Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1755/2021 15.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Kredo” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.02.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən və məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə 2021-ci ilin may ayında yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsində əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 84 ədəd çətənə (kannabis) bitkilərini və 76 ədəd çətənə (kannabis) bitkilərinin ştillərini qanunsuz olaraq əkib, aqrotexniki qaydada qullluq göstərib, yetişdirməklə, kultivasiya etmiş və 08 iyun 2021-ci il tarixdə saat 08:30 radələrində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsinə baxış keçirilərkən evin sol tərəfində ev ilə daş hasar arasındakı sahədən, hovuzun yanındakı dibçəkdən və güllərin əkildiyi yerdən əkib yetişdirməklə kultivasiya etdiyi ümumi təmiz çəkisi 550,0 qram olan külli miqdarda, yəni 160 ədəd əkilib-becərilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və çətənə (kannabis) bitkilərinin ştilləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özü uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2021-ci ilin may ayında yaşadığı evin həyətyanı sahəsində öz şəxsi istifadəsi üçün 100 ədəddən çox narkotik vasitə tərkibli kollar əkib-becərmiş və onlara aqrotexniki qaydada qulluq göstərmişdir. 08.06.2021-ci il tarixdə saat 08:30 radələrində yaşadığı evə polis əməkdaşları gələrək ondan yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün razılıq istəmişlər. O, polis əməkdaşlarının yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirməsinə heç bir etirazını bildirməmişdir. Bundan sonra videoçəkilişlə evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanılmışdır. Polis əməkdaşı yaşadığı evdə, həmçinin evin həyətyanı sahəsində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşmuş və o, evin həyətyanı sahəsində çətənə kollarının olmasını bildirmişdir. Bundan sonra o, həyətyanı sahəyə girdikdə güllərin arasına əkdiyi 04 ədəd çətənə bitkilərinin və hovuzun yanında dibçəyin içərisində əkdiyi 01 ədəd çətənə bitkisinin yerini göstərmişdir. Daha sonra o, yaşadığı evin sol tərəfində xeyli sayda əkdiyi tərkibində narkotik tərkibli bitkilər olan çətənə bitkilərini göstərmişdir. Polis əməkdaşı ondan narkotik tərkibli çətənə bitkilərinin əkilməsində məqsədinin nə olduğunu soruşduqda, o, həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilməsi zərurəti yaranmış və o, polis əməkdaşlarına yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Yaşadığı evə baxış keçirilən zaman qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, çətənə bitkisini əkməkdə məqsədi onları qurudaraq istifadə etmək olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08 iyun 2021-ci il tarixdə bölmənin əməliyyat aparatına ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkib-becərməsi ilə bağlı məlumat daxil olmuşdur. Məlumatı yoxlamaq üçün X10 X1 aqronom vəzifəsində işləyən X6 bölməyə dəvət etmişlər. X9 gəldikdən sonra bölmənin sahə isnpektoru, polis kapitanı Şahid2, o və təhqiqatçı, polis baş leytenantı Firon İsgəndərov ilə birlikdə qeyd edilən ünvana getmişlər. Həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinin giriş qapısının önünə çağırmışlar. Təqsirləndirilən şəxs gəldikdən sonra təhqiqatçı, polis baş leytenantı Firon İsgəndərov videoçəkilişlə Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra o, sahə inspektoru, polis kapitanı Şahid2, eyni zamanda aqronom özünü təqdim etmişdir. Daha sonra təhqiqatçı, polis baş leytenantı X11 Bağırova bölmənin əməliyyat aparatına onun yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmiş, daha sonra yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı etirazının olubolmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkilişlə evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evdə və evin həyətyanı sahəsində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşmuş və Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində çətənə kollarının olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilkin olaraq həyətyanı sahəyə girdikdə güllərin arasında əkdiyi 04 ədəd çətənə bitkilərinin və hovuzun yanında dibçəyin içərisində əkdiyi 01 ədəd çətənə bitkisinin yerini göstərmişdir. Daha sonra yaşadığı evin sol tərəfində xeyli sayda əkdiyi tərkibində narkotik tərkibli bitkilər olan çətənə bitkilərini göstərmiş və mütəxəssis-aqronom həmin bitkilərə baxaraq müvafiq rəy vermişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin əkilməsində məqsədinin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zərurəti yaranmış və Təqsirləndirilən şəxs polis əməkdaşlarına yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş X10 X2 aqronomu X3 08 iyun 2021-ci il tarixli aqronomiki rəyindən görünür ki, ünvan 1 ünvanının həyətyanı sahəsindən bəzək bitkisi əkilmiş yerə, güllərin arasında 15- 20 sm hündürlükdə dörd ədəd, bir ədəd dibçəkdə 20 sm hündürlükdə bir ədəd, yaşayış evi ilə daş hasar arasında təxminən 20-252 sm sahəsi olan yerdə, 5-20 sm hümdürlükdə 157 ədəd əkilməsi və becərilməsi qadağan olunan narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, suvarılmış və alaq edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 7/530 saylı, 08 iyun 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” yazıları və imzalar olan ağ rəngli sintetik bağlamanın içərisində sayı 84 ədəd yaş vəziyyətdə ümumi çəkisi 525 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir, sayı 76 ədəd yaş vəziyyətdə ümumi çəkisi 25 qram olan bitki ştilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləridir. Qalan iki ədəd bitki nümunələri inkişafının cücərmə fazasında olduğuna görə onların hansı növ bitkilərə aid olmasını müəyyən etmək mümkün olmamışdır. İlkin tədqiqat zamanı çətənə bitkisinin təmiz çəkisi 525.0 qram olmuş, tədqiqata 0,2 qram sərf edildikdən sonra qalıq çəkisi 524,8 qram qalmışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13.07.2021-ci il tarixli, 2308 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 10.09.2021-ci il tarixli, 2105 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Məhkəmədə təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdurən hallar müəyəyn edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.02.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 08.06.2017-ci ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Hüsenağa oğlunun cəzası 08 il 03 aya endirilmişdir. 20.09.2017-ci ildə Təqsirləndirilən şəxs cəzanın sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən, cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.02.2010-cu il tarixli hökmünə əsasən yaranmış məhkumluğu ödənilmədən, yenidən qəsdən ağır cinayət törətdiyindən cinayətin təhlükəli residivini yaratmış və məhkəmə tərəfindən bu hal Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 08.06.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 524,8 qram olan 84 ( səksən dörd ) ədəd çətənə (kannabis) bitkiləri və 25,0 qram olan 76 ( yetmiş altı) ədəd çətənə bitkilərinin ştilləri bitkiləri məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 78,82 manat (yetmiş səkkiz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. Bakı şəhəri, 7 saylı Vəkil bürosunun vəkili, Təqsirləndirilən şəxs müdafiəçisi X7 istintaqda iştirak etdiyi üçün 66 saata görə hər saat üçün 6 manat hesabı ilə cəmi 396 manat ödənilmişdir. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Kollegiyası “Kredo” Vəkil Bürosunun vəkili X8 228 (iki yüz iyirmi səkkiz) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 524,8 qram olan 84 ( səksən dörd ) ədəd çətənə (kannabis) bitkiləri və 25,0 qram olan 76 ( yetmiş altı) ədəd çətənə bitkiləri məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 78,82 manat (yetmiş səkkiz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. Bakı şəhəri, 7 saylı Vəkil bürosunun vəkili, Təqsirləndirilən şəxs müdafiəçisi X7 istintaqda iştirak etdiyi üçün 66 saata görə hər saat üçün 6 manat hesabı ilə cəmi 396 manat ödənilsin. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Kollegiyası “Kredo” Vəkil Bürosunun vəkili X8 228 (iki yüz iyirmi səkkiz) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1755/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1755/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver