Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1755/2022 12.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Tərtər Hərbi Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirli bilinərək N il intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Bakı Hərbi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 7-1(093)-13/2019 saylı qərarı ilə cəzasının çəkilməmiş 05 (beş) ay 10 (on) gününü çəkməkdən şərti olaraq azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 21 aprel 2022-ci il tarixdə, saat 10:00 radəiərində müalicə aldığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi" X6 inzibati binasının yeməkxanasında özünə aid olmayan fincanında təhvil verilməsindən imtina etməsi səbəbindən həmin Mərkəzin 4-cü Şöbəsində yerləşən palatada müəssisədə müalicə alan digər xəstə Zərərçəkmiş şəxs onunla kobud danışması səbəbindən yaranmış mübahisə zamanı başı ilə sonuncunun sifət nahiyyəsindən qəsdən bir dəfə vuraraq baş beyinin ağır dərəcəli əzilməsi, sağ təpə-gicgah pay üzərində epidural (sərt qişaüstü) hematoma, sağ təpəgicgah sümüklərinin xətti və burun sümüyünün yerini dəyişən qapalı sınıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3 ay imiş ki, narkotik vasitələrdən istifadə etdiyi üçün narkotik vasitələrə asılılığı yaranmışdır. Narkotik vasitələrdən asılılıqdan qutarmaq üçün müalicə almağı qərarlaşdırmışdır. Bu məqsədlə 14 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsinə müraciət etmişdir. Orada tibbi yoxlamalar aparılmış və 14 aprel 2022-ci il tarixindən stasionar müalicəyə qəbul edilmişdir. 21 aprel 2022-ci il tarixində saat 10 radələrində xəstəxananın nəzdində olan yeməkxanaya düşərək səhər yeməyini yemişdir. Yemək yedikdən sonra palatasına qayıdarkən yeməkxananın qarşısında bir nəfər, əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxslə qarşı-qarşıya gəlmişlər. Bu zaman Ziya əlində tutduğu su fincanını ona tərəf uzadaraq onu aparıb yeməkxanaya qoymağını bildirmişdir. O, Ziyaya yeməkxananın qarşısında olduğunu bildirərək su fincanını özünün apararaq qoymasını demişdir. Bu zaman Zərərçəkmiş şəxs narazı halda tələsdiyini bildirərək su fincanını yeməkxanaya qoymağını istəmişdir. O, Ziyaya təkrarən su fincanını özünün aparıb yeməkxanaya qoymasını bildirərək yoluna davam etmişdir. Yoluna davam etdiyi zaman Zərərçəkmiş şəxs etdiyi hərəkətin düzgün olmadığını, nə üçün deyilən sözü yerinə yetirmədiyini ona bildirmişdir. O, hərəkətinə davam edə-edə sözü olduğu halda palataya gələrək deməsini təklif edərək qaldığı palataya qalxmışdır. Palataya qalxdıqdan sonra yerində uzanmış və bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs palataya daxil olmuşdur. O, Ziyanın gəldiyini görüb ayağa qalxmışdır. Ayağa qalxdıqdan sonra Ziya əsəbi şəkildə nə üçün dediyini etmədiyini soruşmuşdur. O, Zərərçəkmiş şəxs yeməkxanaya daxil olaraq su fincanını oraya qoyub çıxmasının eledə uzun vaxt almadığını bildirərək nə üçün özünün su fincanını yeməkxanaya qoymadığını soruşmuşdur. Onun sualından sonra Ziya daha da əsəbiləşərək düzgün etdiyini, Ziyaya məxsus su fincanını onun yeməkxanaya qoymağını istədiyini bildirmişdir. O, Ziyaya onunla bu qaydada danışmasının düzgün olmadığını bildirərək palatadan çıxıb getməsini tələb etmişdir. Bu zaman Ziya üzərinə gələrək yaxasından tutmuş və onunla kobud şəkildə danışmağa başlamışdır. Ziyadan palatadan çıxaraq getməsini tələb etsə də, Ziya onun sözünə məhəl qoymayaraq öz hərəkətlərinə davam edərək onu vurmağa çalışmışdır. Bu zaman o başıyla Ziyanın sifət nahiyyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs geriyə getmiş və başı divara dəyərək yerə yıxılmışdır. Bundan sonra Ziya yerdən qalxaraq heç bir söz demədən palatadan çıxaraq getmişdir. Ziya getdikdən bir neçə saat sonra Ziyanın vəziyyətinin pisləşdiyi üçün X8 maşını ilə Xəstəxanaya göndərildiyini eşitmişdir. Bu xəbəri eşitdikdən bir müddət sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 inzibati binasına polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları ondan izahat almışlar və o, baş verənləri ətraflı şəkildə onlara danışmışdır. O, zərərçəkmiş şəxsi əvvəllər tanımamış, orada müalicə alarkən onu görmüşdür. Onlar Zərərçəkmiş şəxs ilə mübahisə edərkən səslərinə heç kim gəlməmiş, onların səsi palatadan kənara çıxmamışdır. Əməlindən peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 5 aydır ki, narkotik vasitələrdən istifadə edir və mütəmadi ağrıları olduğundan müalicə almağa qərara almışdır. Təqribən 11 aprel 2022-ci il tarixdən Maştağa qəsəbəsində yerləşən Respublika Narkotoji Mərkəzinə müalicə almaq üçün müraciət etmiş və həmin tarixdən müalicə olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində səhər yeməyinə getdiyi zaman bufetin girişində ondan öndə dayanan, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə əlində olan fincanı uzadıb, onu orada işləyən qadınlara verməsini xahiş etmişdir. Bu zaman həmin şəxs nə üçün ondan belə bir şeyi xahiş etdiyini soruşmuşdur. O, Rasimə ondan irəlidə olduğunu bildirib, yenidən fincanı orada işləyən qadınlara verməsini xahiş etmişdir. Ancaq Təqsirləndirilən şəxs fincanı özünün verə biləcəyini bildirərək fincanı götürməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxsla aralarında sözlə mübahisə düşmüşdür. Mübahisə zamanı Təqsirləndirilən şəxs otağına getdiyini, sözü olduğu halda ona otağına gəlməsini bildirmiş və oradan çıxıb getmişdir. O da sonra Təqsirləndirilən şəxs otağına getmiş və otağa keçib qapını örtmüşdür. Qapını örtdükdən sonra nə üçün aqressiv cavab verdiyini Rasimdən soruşmuşdur. Bu vaxt Rasim ona nə üçün camaatın içində ondan fincanını qadınlara verməsini istədiyini soruşmuşdur. O, Rasimə fincanın qadınlara verməyin ağır iş olmadığını demişdir. Bu sözdən sonra yenidən aralarında sözlə mübahisə olmuş və mübahisə zamanı bir-birilərinin yaxasından tutmuşlar. Bu zaman Təqsirləndirilən şəxs onun sifətindən bir dəfə kəllə ilə vurmuşdur. Zərbənin təsirindən o, geri getmiş və başı divara dəymişdir. Bundan sonra baş verənlərdən xəbəri olmamış və ayıldığı zaman xəstəxanada olduğunu görmüşdür. Mübahisə zamanı palatada Təqsirləndirilən şəxs və ondan başqa heç kim olmamış, aralarında olan münaqişə təqribən 2-3 dəqiqə davam etmiş, Rasimlə əvvəllər heç bir mübahisəsinin olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 4-cü Şöbəsində tibb qardaşı işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs işlədiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 4-cü Şöbəsində stasionar müalicədə olmuşlar. Onların hər ikisini oradan tanımışdır. Onların hər ikisi ilə münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixində, Zərərçəkmiş şəxs isə 11 aprel 2022-ci il tarixində stasionar müalicəyə qəbul edilmişlər. 21 aprel 2022-ci il tarixində, saat 16 radələrində stasionar müalicədə olan Zərərçəkmiş şəxs vəziyyətinin pisləşməsini eşitmişdir. Dərhal onun müalicə aldığı palataya getmişdir. Həmin vaxt Ziyanın başından qan gəldiyini görmüşdür. Ziyadan nə baş verdiyini və harada xəsarət aldığını soruşduqda, Ziya digər xəstə Təqsirləndirilən şəxs müalicə olunduğu palatada aralarında mübahisə olduğunu, mübahisə zamanı Rasimin onu vurduğunu bildirmişdir. Bundan sonra X8 maşını çağıraraq X5 03 saylı Şəhər Kliniki Xəstəxanasına göndərmişlər. O, hadisəni görməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 4-cü Şöbəsində tibb qardaşı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs işlədiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 4-cü Şöbəsində stasionar müalicədə olmuşlar və onların hər ikisini oradan tanımışdır. Onların hər ikisi ilə münasibəti normal olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixində, Zərərçəkmiş şəxs isə 11 aprel 2022-ci il tarixində stasionar müalicəyə qəbul edilmişdir. 21 aprel 2022-ci il tarixində, saat 16 radələrində stasionar müalicədə olan Zərərçəkmiş şəxs vəziyyətinin pisləşməsini eşitmişdir. Dərhal onun müalicə aldığı palataya getmiş və bu zaman Ziyanın başından qan gəldiyini görmüşdür. Ondan nə baş verdiyini və harada xəsarət aldığını soruşmuşdur. Bu zaman Ziya digər xəstə Təqsirləndirilən şəxs müalicə olunduğu palatada aralarında münaqişə olduğunu, münaqişə zamanı Rasimin onu vurduğunu bildirmişdir. Bundan sonra X8 maşını çağıraraq X5 03 saylı Şəhər Kliniki Xəstəxanasına göndərmişdir. Bu hadisədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi ilə əlaqədar tutulduğunu eşitmişdir. Zərərçəkmiş şəxs vəziyyəti pisləşdiyi vaxtadək onların münaqişə etməsindən xəbərinin olmadığını, çünki münaqişə ilə bağlı şöbədə heç bir səs-küy olmadığını, Ziyanın halı pisləşdikdən sonra onların münaqişə etməsini və Ziyanın xəsarət almasını bildiyini qeyd etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Samir Allahverdiyevin 22 aprel 2022-ci il tarixli raportundan görünür ki, 21.04.22-ci ildə Zərərçəkmiş şəxs müraciət edərək Respublika Narkoloji Mərkəzində tanımadığı xəstə tərəfindən döyülərək bədən xəsarəti alması barədə məlumat vermişdir. Cinayət işinin 6-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 aprel 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzidir. Hadisənin baş verdiyi palataya baxış keçirildikdə, iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 123-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-dən daxil olmuş 19 iyul 2022-ci il tarixli, 220050618-14598 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan münaqişə zamanı ətrafda şahidlər olmamışdır. Cinayət işinin 130-132-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X2» X6 01 avqust 2022-ci il tarixli, 1602 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyinin ağır dərəcəli əzilməsi, sağ təpə-gicgah pay üzərində epidural (sərt qişaüstü) hematoma, sağ təpə-gicgah sümüklərinin xətti və burun sümüyünün yerini dəyişən qapalı sınıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 28 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirli bilinərək N il intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əalvə edilmiş Bakı Hərbi Məhkəməsinin 01 noyabr 2019cu il tarixli, 7-1(093)-13/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş N il intizam xarakterli hərbi hissədə saxlama cəzasının çəkilməmiş 05 (beş) ay 10 (on) gününü çəkməkdən şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və cinayətin residivini yaratmır. Cinayət işinin 93-cü vərəqəsində olan zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi notarial qaydada təsdiq edilmiş 11 may 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını, gələcəkdə də olmaycağını bildirmişdir. Həmçinin, məhkəmə iclasında zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 05 otyabr 2022-ci il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 103-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X6 ambulator məkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1402 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəfiliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Cinayət işinin 38-ci vərəqəsində olan 23 aprel 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 66-69-cu vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 4(008)-334/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 113-121-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 4(008)-602/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində 23 avqust 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 145-146-cı vərəqələrində olan Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 15 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və sonuncu tutulanadək cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 149-cu vərəqəsində olan 16 sentyabr 2022-ci il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olduğunu öyrəndikdən sonra könüllü İŞ-nə gəlmişdir. Cinayət işinin 175-177-ci vərəqələrində olan Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 16 sentyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu tarixədək olan 04 (dörd) ay müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut yoxdur İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu tarixədək olan 04 (dörd) ay müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1755/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1755/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver