Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1755/2024 27.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X15, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları X22 və Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi Vidadı qızı və X9 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum edilmiş, 11 yanvar 2018-ci ildə cərimə cəzası tam ödənilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, ev 42-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, H.Aslanov küçəsi, döngə 3, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 20 avqust 1998-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər Nizami Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə təqsirli bilinərək, 01 il 02 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan heroini, qurudulmuş marixuananı, metadon tərkibli həblərdən ibarət dərman preparatını və psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama, daşıma və göndərmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə, şəxsiyyətləri naməlum İran İslam Respublikasının vətəndaşı Səxavət adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyəti naməlum İran islam Respublikasının vətəndaşı Səxavət adlı şəxsin külli miqdarda narkotik vasitələri və psixotrop maddəni sonuncunun qeyd etdiyi ünvandan götürüb özlərində saxlamaqla və sonradan daşıyıb digər şəxslərə çatdırılması üçün müxtəlif ünvanlara yerləşdirmək barədə verdiyi təlimatına və bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 43872 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı, kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 28322,921 qram təmiz çəkidə narkotik vasitə heroini, kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 14429,304 qram təmiz çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda tərkibində narkotik vasitə metadon təsir maddəsinin ümumilikdə miqdarı 169,2 qram təşkil edən, üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutlarda üzəriləri “F/M40” yazılı ümumilikdə 4230 ədəd həblərdən ibarət dərman preparatını şəxsiyyəti naməlum İran İslam Respublikasının vətəndaşı Səxavət adlı şəxsin təlimatı üzrə cinayətin digər naməlum iştirakçısı tərəfindən istintaqa naməlum tarixdə və vaxtda Abşeron rayonu, Novxanı kəndi, M.Əsədov küçəsində yerləşən fermanın yaxınlığında gizlədildiyi yerdən əldə edib daşımaq üçün 02 avqust 2023-cü il tarixə keçən gecə saatlarında Təqsirləndirilən şəxs1 tərəfindən idarə edilən “Chevrolet” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gedib birgə əldə etdikdən sonra qeyd edilən maddələrdən narkotik vasitə heroinin 01 ədəd sellofan büküm halında 26,221 qram təmiz çəkidə olan hissəsini Təqsirləndirilən şəxs1, psixotrop maddə metamfetaminin 01 ədəd sellofan büküm halında 20,104 qram təmiz çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs2 öz üzərilərində, qalan narkotik vasitələri və psixotrop maddəni isə 03 ədəd sintetik kisələrdə olmaqla “Chevrolet” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı həmin avtomobilin arxa yük saxlanc yerinə birgə daşıyıb yerləşdirməklə saxlamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə əvvəldən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 avqust 2023-cü il tarixdə saat 01:40-da Abşeron rayonu, Novxanı kəndi, M.Əsədov küçəsində yerləşən fermanın yaxınlığında “Chevrolet” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında müəyyən edilib saxlanılmaqla həmin avtomobillə birlikdə ünvan 2 ünvanında yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra, orada 02 avqust 2023-cü il tarixdə saat 04:00-dan etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən narkotik vasitə heroinin 26,221 qram təmiz çəkidə olan hissəsi Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə, qeyd edilən psixotrop maddə metamfetaminin 20,104 qram təmiz çəkidə olan hissəsi Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Bundan sonra DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətinə yerləşdirilmiş həmin “Chevrolet” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 razılıqları və özlərinin iştirakı ilə həmin gün saat 05:00-dan etibarən keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrin və psixotrop maddənin qalan hissələri olan ümumilikdə 43872 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 2007 qram, 527 qram, 2033 qram, 2041 qram, 957 qram, 1968 qram, 1005 qram, 2013 qram, 2096 qram, 1685 qram, 1485 qram, 997 qram, 2040 qram, 1101 qram, 1600 qram, 2020 qram, 940 qram, 2064 qram, 860 qram, 1992 qram, 2072 qram, 720 qram, 955 qram, 985 qram, 990 qram, 2090 qram, 936 qram, 1963 qram və 1730 qram olan 29 ədəd sellofan bağlamalarda, ümumilikdə 28296,7 qram təmiz çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 1112,6 qram, 859,7 qram, 1189,3 qram, 1126,7 qram, 872,3 qram, 980,5 qram, 1190,9 qram, 996,7 qram, 1034,3 qram, 815,2 qram, 1196,7 qram, 1117,7 qram, 1088,0 qram, 825,8 qram, 1199,0 qram, 937,9 qram, 1020,2 qram, 1131,2 qram, 1023,8 qram, 2734,4 qram, 3549,2 qram və 2294,6 qram olan 22 ədəd sellofan bağlamalarda, ümumilikdə 14409,2 qram təmiz çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 1016,5 qram, 995,8 qram, 982,5 qram, 985,1 qram, 862,8 qram, 1135,0 qram, 988,4 qram, 1152,9 qram, 994,8 qram, 1030,2 qram, 981,3 qram, 1023,3 qram, 1056,1 qram və 1204,5 qram olan 14 ədəd sellofan bağlamalarda olmaqla tərkibində narkotik vasitə metadon təsir maddəsinin ümumilikdə miqdarı 169,2 qram təşkil edən, üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutlarda üzəriləri “F/M40” yazılı ümumilikdə 4230 ədəd həblərdən ibarət dərman preparatı ilə birgə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Chevrolet” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlanc yerindən təqdim etdikləri 03 ədəd sintetik kisələrin içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə məhkum olunmuşdur. O, narkotik vasitə istifadəçisi deyil. O, X14 ilə ailə həyatı qurmuş, həyat yoldaşı Nahidənin əvvəlki nikahından Arzu adlı bir qız övladı var və onlar birlikdə yaşayırmışlar. Təqsirləndirilən şəxs2 onun dostudur. O, 01 avqust 2023-cü il tarixində günorta saatlarında əmisigilə gəlmiş, sonra evə gedib evdəkiləri götürüb bibisigilə gəlmişdir. Dostu Qabil də onların evində imiş. O, axşam saatlarında əmisini Hövsan qəsəbəsində düşürtmüş və Qabilə zəng edib atasıgildən çörək alıb evə gələcəyini demişdir. Qabil evdə sıxıldığını, onu da maşınla götürməyi demişdir. O, Qabili də maşınla götürüb atasıgilə getmişdir. O, axşam saat 12-ə qalmış atasıgildən çıxanda maşında oturan yoldaşı Nahidə ona dənizkənarına getmək istədiyini demişdir. Onlar dənizkənarına gedərkən Novxanı istiqamətində maşın xarab olmuşdur. O, maşını saxlamış, Qabil isə ayaqyoluna getmişdir. Bu vaxt atəş səsləri eşidilmişdir. Qabil ona qaçmağını deyib qışqırmışdır. O, qaçmamış, amma Qabil qaçmışdır. 5-6 nəfər polis əməkdaşı onu arxadan itələmiş, qabaqda dayanan polis əməkdaşı isə ayağından vurmuş və o yerə yıxılmışdır. Onlar həmin vaxt telefonla çəkiliş edirmişlər. O, yerə yıxılanda polislər qolunu qandallamışlar və ciblərini axtarmışlar. Polis əməkdaşları cibindən atasının verdiyi 50 manat pulu, özünə məxsus 10-15 manat pulun hamısını götürmüşlər. Onların xarab olan maşınları yolun sağ tərəfində imiş. Polis əməkdaşları onları yolun sol tərəfində olan maşınlarına mindirmişlər. Polis əməkdaşları maşında onun “Redmi” markalı telefonunu özünə verərək İran vətəndaşının nömrəsini verməyini istəmişlər. O, İran vətəndaşının kim olduğunu soruşanda ona Səxavət adlı İran vətəndaşının nömrəsini veməyini demişlər. O, isə “Səxavət” adlı şəxsi tanımırmış. Sonra polis əməkdaşları ona Nahidə Əliyevanın “OPPO” markalı telefonunu gətirib “15 kilodan çoxdur” cümləsini dedirdib səs mesajı göndərtmişlər. Onlar yolun ortasında döyülmüşlər. Sonra qara rəngli “JEEP” markalı maşın gəlmiş və polis əməkdaşları həmin maşında olan 1 yeşik malı onun maşınının baqajına qoymuşlar, lakin yeşik yerləşmədiyi üçün onlar baqajda olan əlavə təkər və digər əşyaları atmışlar və baqaja 3 yeşik yerləşdirmişlər. Sonra polis əməkdaşlarır onları İdarəyə aparmışlar. O, döyüldüyü üçün təzyiq altında məcbur qalıb narkotik vasitənin ona məxsus olduğunu demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, dəfələrlə müstəntiqə hər şeyi danışmış, o, müstəntiqə verdiyi ifadəni təsdiq etmir. Müstəntiqə ifadə verərkən videoçəkiliş aparılmamışdır. Onlar yalnız «corona» virusla bağlı ekspertizaya aparılmışlar, narkotik vasitə istifadəçisi olub-olmamaqlarıyla bağlı ekspertiza keçirilməmişdir. Ondan analiz götürülməmişdir. O, Təcridxanaya gedərkən bədənində xəsarət izləri var imiş. Onu döyən şəxsləri tanımır. Onun maşını Novxanıda dənizə gedən yolda Fermanın yanında xarab olmuşdur. Maşında qabaqda Nahidə, onun qızı Arzu arxa oturacaqda Qabil əyləşmişlər. Onu yerə yıxıb üstünə baxış keçirmişlər. O, polis əməkdaşlarından saxlanılma səbəbini soruşa bilməmiş, onların danışmağına imkan vermirmişlər. Onlar axşam saat 01:00 radələrində saxlanılmışlar. Polis əməkdaşları onları döyüb özlərinin “Hyundai” markalı maşınlarına əyləşdirmişlər. O, səsli mesajın göndərildiyi nömrəni görməmişdir. Çünki polis əməkdaşları düyməni basıb dedikləri cümləni təkrarlamağını demişlər. Qara rəngli “JEEP” markalı maşın “025” olan sarı şirkət nömrəsi ilə imiş. Polis əməkdaşları onların maşınına yeşikləri yüklədərkən Nahidə və Arzu maşında imişlər, oturmuşlar. Onlar 03:00-04:00 radələrində polis əməkdaşlarının maşını İdarəyə gətirilmişlər. Onların maşını evakuatorla gətirilmişdir. Elan olunmuş cinayət işinin 1-i cild 60-63-cü vərəqələrində olan şəxsi axtarış və götürmə protokoluna, cinayət işinin 1-ci cild 69-71-ci vərəqələrində olan avtomobilə baxış keçirilməsi haqqında protokola və protokollardakı imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolları təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi, izahatı, ifadələri elan edilmiş və izahatın, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 73-75-ci vərəqələrində olan izahatında və 1-ci cild 114-120, 144-151-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...Təxminən iki ay qabaq özü hazırda məhkumluq həyatı yaşayan Ramin adlı tanışının vasitəsilə İran İslam Respublikasının vətəndaşı olan Səxavət adlı şəxslə tanış olmuşdur. X13 mobil telefonda Vatsap proqramı vasitəsilə internet üzərindən bir neçə dəfə telefon danışıqları da olmuş, bir-biri ilə əlaqə saxlayıb danışmışlar. Aralarındakı danışıqlar zamanı Səxavətin deməsinə görə bilmişdir ki, o İrandan Azərbaycana Bakı şəhərinə müxtəlif narkotik və psixotrop maddələr göndərir və satdırır. Təxminən bir ay bundan qabaq aralarındakı telefon danışığı zamanı Səxavət ona təklif etmişdir ki, özünün Bakı şəhəri, Suraxanı rayonu ərazisinə göndərdiyi təxminən 200 qram narkotik maddə kakosun, yəni heroinin satılmasında ona köməklik göstərsin, yəni həmin maddəni Hövsan yolunda onun hansısa adamları vasitəsilə qoydurduğu yerdən gedib götürsün, özündə saxlasın, sonra isə ona deyəcəyi vaxtlarda Bakı şəhərində deyəcəyi hansısa ünvanlara qoysun. Səxavət ona demişdir ki, bu işi görməyi müqabilində ona qazanc olaraq 200 manat pul göndərəcəkdir. Özü də Səxavətlə razılaşmış, çünki maddi cəhətdən dolanışığı zəif olmuş, bir qədər pula ehtiyacı olmuşdur. Həmin günlərdə Masallı rayonundan olan yaxın dostu Təqsirləndirilən şəxs2 da onun evində qonaq kimi qalmışdır. Qabillə aralarında yaxın dostluq var, ədavət və düşmənçiliyi olmamışdır, hazırda da yoxdur. İranlı Səxavətin göndərdiyi həmin narkotik maddəni özü ilə birlikdə gedib götürməyi Qabilə də təklif etmiş, Qabil də onunla razılaşmışdır. X24 şəxsən tanımır, onu özü tanıyır, sadəcə Səxavətin sözü ilə hərəkət etdiyini Qabilə bildirmişdir. Qabillə birlikdə gedib həmin narkotik maddə heroin bükümünü Hövsan yolunda Səxavətin Vatsapla göndərdiyi kordinat üzrə yerini tapıb götürəndən sonra özü həmin narkotik maddəni Səxavətin sözü ilə hissə-hissə təxminən 3-4 dəfə Bakı şəhəri Qara Qarayev metrostansiyası yaxınlığında müxtəlif yerlərə qoymuş, bunun müqabilində iranlı Səxavət onun Unibank-a aid Leobank kartına 200 manat pul göndərmişdir. Özü isə həmin pulu sonradan dostu Qabillə birlikdə xərcləmişdir. Narkotik maddəni qoyduğu yerlərdən hansı müştərilərin gəlib götürdüyünü özü bilmir, bu barədə müştəriləri Səxavət özü tanımışdır. 01 avqust 2023-cü il tarixdə İranlı Səxavət yenə onunla mobil telefonda Vatsap proqramı ilə danışaraq bildirmişdir ki, təxminən Novxanı kəndi ərazisinə bir qədər narkotik və psixotrop maddələr qoyduracaq, imkan edib həmin maddələr olan bağlamanı oradan götürsün. Özü də bu barədə Qabilə demişdir ki, Səxavətin göndərdiyi həmin narkotik və psixotrop maddələri birlikdə gedib götürsünlər. Həmin gün axşam saatlarında arvadı Nahidə hamilə olduğu üçün təmiz hava almaqdan ötrü onu dəniz kənarına aparmasını xahiş etmiş, həmçinin onun qızı Arzu da evdə darıxdığını, anası ilə birgə dəniz kənarı əraziyə getmək istədiyini bildirmişdir. Özü isə etiraz etməmişdir. Həmin gün axşam saatlarında öz idarə etdiyi «Chevrolet» markalı **- AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə dostu Qabil, arvadı Nahidə və qızı Arzu Abşeron rayonu Novxanı kəndinin dənizkənarı ərazisinə gəlmişlər, bir qədər avtomobillə gəzib dolaşmış, bir qədər də dəniz kənarında piyada gəzişmişlər. Həmin ərəfədə iranlı Səxavətlə özü ara sıra telefonda danışmış, Səxavət ona yaxın saatlarda Novxanı kəndi ərazisində narkotik və psixotrop maddələri qoyduracağı yerin ünvanını, yəni konumunu internet üzərindən Vatsapla göndərəcəyini bildirmişdir. Bu barədə dostu Qabilə də özü demişdir. Lakin arvadı Nahidənin, yaxud qızı Arzunun onun İranlı şəxslə narkotik barədə olan danışığından ümumiyyətlə xəbəri olmamışdır, bu barədə Qabildən başqa heç kim bilməmişdir. Səxavət ona həmin maddələri oradan götürməyi müqabilində pul gönədərəcəyini bildirmiş, lakin dəqiq məbləği deməmişdir. Sadəcə tapşırmışdır ki, həmin maddələri mütləq götürüb saxlasın, sonradan onun deyəcəyi hansısa ünvanlara aparıb qoysun. Bir qədər sonra Səxavət ona həmin maddələri qoydurduğu yerin ünvanını Vatsapla göndərmişdir. Artıq 02 avqust 2023-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində özü Səxavətlə telefonda danışıb həmin maddələrin yerini dəqiqləşdirəndən sonra Qabilə bu barədə bildirmiş və evə qayıdanda yolüstü avtomobillə həmin ərazidən keçib qeyd edilən maddələr olan bağlamanı birlikdə götürməli olduqlarını demişdir. Qabil də etiraz etməmişdir. Sonra artıq evə qayıtmalı olduqları üçün birlikdə özünün idarə etdiyi «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Arvadı Nahidənin və qızı Arzunun heçnədən xəbəri olmamış, onlar hər ikisi avtomobildə salonda arxada əyləşmiş, Qabil isə qabaqda özünün yanında oturmuşdur. Novxanıdan qayıdanda özü avtomobili Səxavətin göndərdiyi ünvan üzrə idarə edib bağ evləri olan küçə ilə sürməyə başlamış və Novxanıda “Dalğa” Plaza olan obyektin yerləşdiyi yolda işıqfordan döngəyə dönərək hərəkət edib sonra yenə də sola dönməklə bağ evləri olan küçə ilə avtomobili sürməyə başlamışdır. Yaxında ev tikintisi gedən ərazidə mişar daşları yığılan və “Satılır” sözləri yazılan bir dəmir elan lövhəsi olan yerin yaxınlığında avtomobili saxlamış, arvadı Nahidəyə yalandan bildirmişdir ki, avtomobildən düşməsin, özü tualetə getmək istəyir, Qabillə bir az işi var, tez qayıdıb gəlirlər. Nahidə də heçnədən şübhələnməmiş, salonda arxada oturub gözləməli olmuşdur. Onun qızı Arzu isə yanında oturmaqla qulaqcıq taxıb musiqiyə qulaq asmaqda olmuşdur. Özü Qabillə avtomobildən düşüb cəld bir qədər aralıda həmin mişar daşları yığılan yerin arxa tərəfinə getmiş və iranlı Səxavətin oraya qoydurduğu üç ədəd içi dolu kisələri, həmçinin bir kiçik bükümdə heroini və bir kiçik bükümdə də metamfetamini Qabillə birlikdə götürüb «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf qayıtmışlar. Kiçik heroin bükümünü özü öz cibinə, metamfetamin bükümünü isə Qabil cibinə qoymuş və içi dolu həmin kisələri avtomobilin arxa baqaj yerinə çatdırıb yenicə qoymuşlar ki, kənardan onlara tərəf bir neçə nəfər mülki geyimdə şəxslər “polis” deyə qışqırıb yaxınlaşaraq onu və Qabili saxlamışlar. Həmin şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirməklə onların narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatları olduğunu, əməliyyat axtarış tədbiri keçirildiyini demişlər. Polislər özünü və Qabili elə «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Baş Narkotiklərlə Mübarizə idarəsinə aparmışlar, avtomobil həmin idarənin həyətinə yerləşdirilmişdir. ...Özü əynində olan boz rəngli cins şalvarının sağ yan cibindəki həmin bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. ...Sonra dostu Qabil də polis əməkdaşının təklifi əsasında əynində olan qara şalvarının sağ yan cibindəki metamfetamin bükümünü çıxarıb təqdim etmişdir. ...Sorğu sual zamanı özü həmin narkotik və psixotrop maddələri iranlı Səxavətin sözü ilə Novxanı ərazisində qoyulduğu yerdən Qabillə birlikdə əldə etdiyini səmimi şəkildə etiraf etmiş, «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa baqaj yerində də narkotik və psixotrop maddələr olduğunu da bildirmiş, dostu Qabil də onun dediklərini təsdiqləmişdir. ...Daha sonra həmin idarənin həyətində özünün, Qabilin və vəkillərin iştirakı ilə «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilməyə başlanmış, baxış zamanı özü və Qabil avtomobilin arxa baqaj yerində saxladıqları üç ədəd kisələrdə olan narkotik və psixotrop maddələri çıxarıb polis əməkdaşlarına təqdim etmişlər. Açığı, həmin kisələrdəki narkotik və psixotrop maddələrin hansının neçə sayda bağlamada olduğunu özü əvvəldən bilməmiş, çünki Səxavət sayını bildirməmişdir. ...Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət edilib aparılarkən, şəxsi axtarış və avtomobilə baxış keçirilərkən nə özünə, nə də Qabilə qarşı heç bir təzyiq, zorakılıq edilməmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları təzyiq altında imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil. Təqsirləndirilən şəxs1 onun dostudur. 01 avqust 2023cü il tarixində o axşamüstü evdə oturarkən Zahid ona zəng etmiş və «Baksovet» tərəfə gedərək atasıgildən çörək götürəcəyini demişdir. O, Zahidə evdə sıxıldığını və onunla getmək istədiyini demişdir. Onlar birlikdə «Baksovet» tərəfə getmiş və Zahidin atası Nazimgildən çörək götürmüşlər. Maşında o, Zahid, Zahidin yoldaşı Nahidə və Nahidənin qızı Arzu var imiş. Onlar evə qayıdan zaman Nahidə dənizkənarına sürmələrini istəmişdir. Lakin maşın yolda xarab olmuşdur. O da ayaqyoluna getmək üçün maşından düşmüşdür. Həmin vaxt polis əməkdaşları onları saxlamışlar. Onlar saxlanılarkən gecə saat 01:00 radələri olarmış. Onlar saxlanılarkən üzərlərinə baxış keçirilmişdir. Onların maşını evakuatorla idarəyə aparılmışdır. İdarədə şəxsi axtarış zamanı 4-5 dəfə çəkiliş olmuş, o təzyiq altında polis əməkdaşlarının dediklərini təsdiq etmişdir. Onda heçnə olmamışdır. Proses iştirakçılrının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ondan narkotik vasitə istifadəçisi olub-olmamağıyla bağlı analiz götürülməmişdir. İstintaq zamanı təzyiq altında ifadə vermişdir. Ona, işgəncə göstərildiyi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna, Nərimanov Rayon Prokurorluğuna, istintaq zaman Ombudsmana, Qızıl Xaç Cəmiyyətinə müraciət etmişdir. Hər bir müraciətinin araşdırılacağı deyilmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 60-63-cü vərəqələrində olan şəxsi axtarış və götürmə protokoluna, cinayət işinin 1-ci cild 69-71-ci vərəqələrində olan avtomobilə baxış keçirilməsi haqqında protokola və protokollardakı imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolları təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi, izahatı, ifadələri elan edilmiş və izahatın, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 76-78-ci vərəqələrində olan izahatında və 1-ci cild 128-134, 161-167-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «...Zahid onu Bakı şəhərinə çağırıb bildirmişdir ki, özünün İranlı Səxavət adlı şəxslə görəcəyi işdə köməklik göstərsin, ona da pul qazancı verəcəkdir. Zahid bildirmişdir ki, İran İslam Respublikasında yaşayan Səxavət adlı bir tanışı var, həmin şəxs narkotik və psixotrop maddələr göndərməklə məşğul olur, özü Səxavətin tapşırığı ilə həmin maddələri onun qoydurduğu yerdən götürməlidir, sonra isə Bakıda ayrı-ayrı yerlərə, ərazilərə aparıb qoymaqla pul qazanmaq istəyir. Zahid ona demişdir ki, bu işdə özünə kömək etsin, öz qazancından ona da müəyyən məbləğdə pul verəcəkdir. Özü isə Zahidin bu təklifi ilə razılaşmış, etiraz etməmiş, çünki özünün də maddi cəhətdən dolanışığı zəif və pula ehtiyacı olmuşdur. İranlı Səxavət adlı həmin şəxslə danışıqları Zahid özü mobil telefonda Vatsap proqramı ilə aparmış, özü sadəcə Səxavətin adını Zahiddən eşidib bilmiş, özü həmin İranlı şəxsi tanımır, onu Zahid tanıyır. Bundan sonra özü bir dəfə Zahidlə birlikdə gedib İranlı şəxsin göndərdiyi həmin narkotik maddə heroin bükümünü Hövsan yolunda qoyulduğu yerdən götürmüşdür. Sonra Zahid özü həmin narkotik maddəni Səxavətin sözü ilə hissə-hissə Bakı şəhərində aparıb müxtəlif yerlərə qoymuşdur. Həmin narkotik maddə təxminən 200 qram heroin olmuşdur. Zahidlə birlikdə həmin heroini götürməyə getdiyi üçün sonradan Zahid bu işdə kömək etdiyinə görə ona cəmi 70 manat pul vermiş, X17 nə qədər pul göndərdiyini isə özü dəqiq bilməmişdir. 01 avqust 2023-cü il tarixdə Zahid yenə iranlı Səxavətlə mobil telefonda Vatsap proqramı ilə danışmış, sonradan Zahid ona demişdir ki, Səxavət Novxanı kəndi ərazisinə bir qədər narkotik bağlaması qoyduracaqdır, həmin bağlamanı oradan götürməlidirlər. Özü getmək istəməmiş, yəni ehtiyat etmiş, lakin Zahid onu dilə tutub bildirmişdir ki, narahat olmasın. Həmin gün axşam saatlarında Zahidin arvadı Nahidə hamilə olduğu üçün təmiz hava almaq istəmiş, azyaşlı qızı Arzu ilə birgə Zahid onu Novxanıya dəniz kənarına aparmalı olmuşdur. Özü də Zahidin sözü ilə onlarla getmişdir. Həmin gün axşam saatlarında Zahid idarə etdiyi «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu, arvadı Nahidəni və onun qızı Arzunu Abşeron rayonu Novxanı kəndinin dənizkənarı ərazisinə aparmışdır. Orada bir qədər avtomobillə gəzib dolaşmışlar, bir qədər də dəniz kənarında piyada gəzmişlər. Həmin ərəfədə Zahid bir neçə dəfə onun yanında İranlı Səxavətlə telefonda danışmış, deməsinə görə Səxavət ona yaxın saatlarda Novxanı kəndi ərazisində narkotik bağlamasını qoyduracağı yerin ünvanını, yəni konumunu internet üzərindən Vatsapla göndərəcəkmiş. Lakin arvadı Nahidənin, yaxud onun qızı Arzunun bu məsələdən ümumiyyətlə xəbərləri olmamışdır. Zahidin deməsinə görə Səxavət ona həmin narkotik bağlamasını oradan götürməyi müqabilində pul göndərəcəkmiş. Zahid həmin puldan ona da qazanc verəcəyini bildirmiş, lakin dəqiq məbləğ deməmişdir. Bir qədər sonra İranlı Səxavət həmin narkotiki qoydurduğu yerin ünvanını Vatsapla Zahidə göndərmişdir. Artıq 02 avqust 2023-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində Zahid Səxavətlə telefonda danışıb həmin maddələrin yerini dəqiqləşdirəndən sonra ona da bu barədə bildirmiş və evə qayıdanda yolüstü avtomobillə həmin ərazidən keçib qeyd edilən bağlamanı birlikdə götürməli olduqlarını söyləmişdir. Özü isə etiraz etməmişdir. Sonra artıq evə qayıtmalı olduqları üçün birlikdə Zahidin idarə etdiyi «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Nahidənin və qızı Arzunun heçnədən xəbəri olmamış, onlar hər ikisi avtomobildə salonda arxada əyləşmiş, özü qabaqda Zahidin yanında oturmuşdur. Novxanıdan qayıdanda Zahid avtomobili Səxavətin göndərdiyi ünvan üzrə idarə edib bağ evləri olan küçə ilə sürməyə başlamış və yolda işıqfordan döngəyə dönərək tanımadığı bir küçə ilə bağ evləri arasından avtomobili sürmüşdür. Yaxında ev tikintisi gedən ərazidə mişar daşları yığılan yer olmuş və “Satılır” sözləri yazılan bir dəmir elan lövhəsi də qoyulmuşdur. Həmin yerin yaxınlığında Zahid avtomobili saxlamış, arvadı Nahidəyə yalandan bidirmişdir ki, avtomobildən düşməsin, tualetə getmək istəyir, birlikdə biraz işləri var, tez qayıdıb gəlirlər. Nahidə də heçnədən şübhələnməmiş, salonda arxada oturub gözləməli olmuşdur. Onun qızı Arzu isə yanında oturmaqla qulaqcıq taxıb musiqiyə qulaq asmaqda olmuşdur. Özü Zahidlə avtomobildən düşüb cəld bir qədər aralıda həmin mişar daşları yığılan yerin arxa tərəfinə doğru getmiş və İranlı Səxavətin oraya qoydurduğu üç ədəd içi dolu kisələri, həmçinin bir kiçik bükümdə heroini və bir kiçik bükümdə də metamfetamini Zahidlə birlikdə götürüb «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf qayıtmışlar. Kiçik heroin bükümünü Zahid öz cibinə, metamfetamin bükümünü isə özü öz cibinə qoymuş və içi dolu həmin kisələri avtomobilin arxa baqaj yerinə çatdırıb yenicə qoymuşlar ki, özlərinə tərəf kənardan hardansa bir neçə nəfər mülki geyimdə şəxslər çıxıb “polis" deyə qışqıraraq yaxınlaşıb özünü və Zahidi saxlamışlar. Həmin şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirməklə onların narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatları olduğunu, əməliyyat axtarış tədbiri keçirildiyini demişlər. Zahidin arvadı Nahidə də bu səs-küyü eşidib avtomobildən düşmüş, nə baş verdiyini anlamamışdır. Polislər özünü və Zahidi elə «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, avtomobil həmin idarənin həyətinə yerləşdirilmişdir. ...Zahid əynindəki boz rəngli cins şalvarının sağ yan cibində olan həmin bir ədəd sellofan bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. ...Sonra özü də polis əməkdaşının təklifi əsasında əynindəki qara şalvarının sağ yan cibindəki həmin metamfetamin bükümünü çıxarıb təqdim etmişdir. ...Sorğu sual zamanı Zahid həmin narkotik və psixotrop maddələri İranlı Səxavətin sözü ilə Novxanı ərazisində qoyulduğu yerdən onunla birlikdə əldə etdiyini etiraf etmiş, «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa baqaj yerində də narkotik maddələr olduğunu da bildirmiş, özü də Zahidin dediklərini təsdiqləmiş, doğru olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilməsinə etiraz etmədiklərini, oradakı narkotik kisələrini təqdim edə biləcəklərini də söyləmişlər. Daha sonra həmin idarənin həyətində özünün, Zahidin və vəkillərin iştirakı ilə «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilməyə başlanmış, baxış zamanı özü və Zahid avtomobilin arxa baqaj yerində olan üç ədəd kisələrdəki narkotik bağlamalarını çıxarıb polis əməkdaşlarına təqdim etmişlər. Həmin kisələrdəki narkotik və psixotrop maddələrin hansının neçə sayda bağlamada olduğunu özü əvvəldən bilməmiş, özünə məlum olmamışdır. ...Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib aparılarkən, şəxsi axtarış və avtomobilə baxış keçirilərkən nə özünə, nə də Zahidə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları təzyiq altında imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 avqust 2023-cü il tarixdə ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-biriləri ilə qabaqcadan əlbir olaraq qanunsuz şəkildə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri, Abşeron rayonu ərazisində bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri o imiş. 02 avqust 2023-cü il tarixdə gecə saatlarında Abşeron rayonu, Novxanı kəndi, M.Əsədov küçəsində yerləşən fermanın yaxınlığında “Chevrolet” markalı avtomobil dayanmış vəziyyətdə olarkən şübhəli şəxslərdən birini saxlamışlar. Digər şübhəli şəxs qaçmağa cəhd göstərmiş və tərəfləindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqdim edib onların anket məlumatlarını soruşduqda onların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elə «Chevrolet» markalı avtomobillə birgə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Onlara İdarədə hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarının cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin maddənin heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 əynində olan şalvarının cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmiş və təqdim etdiyi maddənin metamfetamin olduğunu bildirmişdir. Şifahi sorğu sual zamanı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Səxavət adlı şəxsin sözü ilə narkotik vasitələri qoyulduğu yerdən götürüb və deyiləcək ünvanlara qoymaqla pul alacaqlarını, avtomobilin arxa baqaj yerində də narkotik və psixotrop maddələrin qalan hissəsinin olduğunu bildirmişlər. Qeyd vərəqindən istifadə edərək bildirmişdir ki, Baş İdarənin həyətində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, onların vəkillərinin iştirakı ilə «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilin arxa baqaj yerində saxladıqları üç ədəd bağlamaları təqdim etmişlər. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı Səxavət adlı şəxsin sözü ilə Novxanı ərazisində qoyulduğu yerdən tanışı Qabillə birlikdə əldə etmişdir, Səxavətin tapşırığı ilə həmin maddələri hansısa ünvanlara aparıb qoymaq məqsədində olmuşdur, bunun müqabilində Səxavət ona qazanc olaraq pul göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin qeyd etmişdir ki, özü iranlı Səxavətlə mobil telefonda Vatsap proqramı vasitəsilə əlaqə saxlayıb danışmışdır, tanışı Qabilin Səxavətlə heç bir əlaqəsi olmamışdır və danışıq aparmamışdır, avtomobildə olmuş arvadı Nahidə Əliyevanın isə bu hadisədən ümumiyyətlə xəbəri və məlumatı olmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 da tanışı Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlayarkən maşında bir xanım da var imiş. O, Zahidin həyat yoldaşı imiş. Həmin xanım da İdarəyə dəvət edilmişdir. Onlar təxminən şübhəli şəxsləri axşam saatlarında saxlamışlar. İdarəyə saat neçədə gəldiklərini xatırlamır. Şəxsi axtarış İdarədə keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maşınları ağ rəngli «Chevrolet» markalı imiş. 3 kisə maddə avtomobilin yük yerindən aşkar olunmuşdur. Maşın yolda nasaz vəziyyətdə imiş kimi kapot hissəsi açıq halda saxlanılsa da, təcrübələrinə əsasən bilirlər ki, əslində maşına mal yükləmək üçün kapot açıq vəziyyətdə imiş. Təqsirləndirilən şəxslərə tərəflərindən heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında iştirak etmələri barədə iş üzrə şahidlər X10 və Şahid6 dəfələrlə məlumat verilmiş, 05 iyun 2024-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barələrində məcburi gətirmə haqqında qərar çıxarılmış və icra edilməsi üçün müvafiq polis idarəsinə göndərilmiş, lakin, adları qeyd edilmiş şahidlərin məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid X7 ifadəsindən görünür ki, əri Təqsirləndirilən şəxs1 və 2008-ci il təvəllüdlü qızı Şahid6 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 özünün ikinci nikahda olduğu əridir, Zahidlə özü 2023-cü ilin yanvar ayında rəsmi nikahla ailə həyatı qurmuşdur. Əvvəllər isə X11 ilə qeyri-rəsmi olaraq təxminən 2 il evli olmuş, rəsmi nikahı olmamış, həmin nikahdan qızı Arzu dünyaya gəlmişdir. Qızı Arzunun iki yaşı olan ərəfələrdə özü Elnurdan ayrılmışdır. Özü rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Qızı Arzu Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 189 nömrəli orta məktəbdə oxumuşdur, lakin hazırda oxumur, 6-cı sinifdən məktəbdən çıxmışdır, ali məktəbə qəbul üçün fərdi qaydada hazırlaşır. Əri Təqsirləndirilən şəxs1 da heç yerdə işləmir, əvvəllər Bakı şəhəri, Neftçilər metrostansiyası yaxınlığında kafe işlətmiş, son vaxtlarda isə icarəyə götürdüyü «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi sürücülüyü ilə məşğul olmuşdur. Əri Zahid də əvvəllər Günel adlı qadınla rəsmi nikahla evli olmuş, sonra boşanmışdır, əvvəlki nikahından Zahidin də Arzum adlı bir qız övladı vardır. 01 avqust 2023-cü il tarixdə axşam saatlarında özü və qızı Arzu evdə bir qədər darıxdıqları üçün dənizkənarına getmək, təmiz hava almaq istəmişlər. Bu barədə özü əri Zahidə də bildirmişdir. Belə ki, özü hazırda hamilə olduğu üçün təmiz hava almaq yaxşı təsir etdiyindən qızı Arzu ilə dənizkənarına getmək istəmişdir. Zahidin dostu olan Təqsirləndirilən şəxs2 da bir neçə gün imiş ki, onların evində qonaq qalmışdır. Qabillə ailəvi gediş-gəlişləri də var, Qabil Masallı rayonundandır, lakin Qabillə nə özünün, nə də əri Zahidin qohumluğu yoxdur. Bakı şəhəri, Novxanı kəndi ərazisinə dənizkənarına gedib bir qədər gəzişmək, hava almaq qərarına gələndən sonra həmin gün axşam saatlarında əri Zahid idarə etdiyi «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları Novxanıya aparmış, özü və qızı Arzu avtomobildə arxada əyləşmiş, dostu Qabil isə Zahidin yanında qabaqda oturmuşdur. Novxanı ərazisinə gələndən sonra dənizkənarı ərazidə bir qədər gəzişib dolaşmışlar, təmiz hava almışlar, özü qızı Arzu ilə gəzişmiş, Zahid də dostu Qabillə söhbət edə-edə gəzməkdə olmuşdur. Bir müddətdən sonra artıq gec olduğunu nəzərə alıb 02 avqust 2023-cü il tarixə keçən gecə saatlarında birlikdə evə qayıtmaq üçün avtomobilə əyləşmişlər. Özü yenə də qızı Arzu ilə birgə avtomobilin salonunda arxada əyləşmiş, Qabil də sürücü Zahidin yanında qabaqda oturmuşdur. Zahid Novxanı kəndi ərazisində tanımadığı bir küçə ilə avtomobili bir qədər sürəndən sonra saxlamış, ona və qızı Arzuya «siz maşında oturun, düşməyin, tualetə getmək istəyirəm, həm də Qabillə bir az işim var» deyərək dostu Qabillə birgə avtomobildən düşmüş və arxa tərəfə getmişlər. Qızı Arzu həmin vaxt qulağına qulaqcıqlar taxmaqla gözlərini yumub musiqi dinləməkdə olmuş, özü isə bel ağrıları olduğu üçün balaca döşəkçəni öz bel nahiyəsinə söykəyib Zahidin və Qabilin qayıtmasını gözləmişdir. Elə 2-3 dəqiqə keçməmiş salonun içindən avtomobilin yan güzgüsünə baxanda Zahidin və Qabilin avtomobilin arxa yük yerinə nə isə torbalar gətirib qoyduqlarını görmüşdür. Elə həmin ərəfədə onların yanında səs-küy yaranmış, kənardan kimlərsə onlara tərəf yaxınlaşıb «polis, polis» deyə qışqırmışlar. Özü və qızı Arzu da bu səs küyə salondan yerə düşmüşlər. Zahidə və Qabilə yaxınlaşmış bir neçə nəfər mülki geyimli şəxslər özlərinin polis əməkdaşları olduqlarını bildirməklə Zahidi və Qabili saxlamışlar. Həmin polis əməkdaşları Zahidi və Qabili «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə özləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, həmçinin özünü də həmin idarəyə dəvət etmişlər. Sonradan orada özünə məlum olmuşdur ki, Zahid və dostu Qabil narkotik və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduqlarına görə tutulmuşlar, belə ki, onların üzərilərindən və avtomobilə qoyduqları torbaların içindən narkotik və psixotrop maddələr aşkar edilmişdir. Həmin idarədə özünü də sorğu suala tutub izahat almışlar, özü isə özünə nə məlum idisə bu barədə izahatını vermişdir… Polis əməkdaşları tərəfindən saxlanılarkən Zahidə və ya onun dostu Qabilə qarşı hər hansı zorakılıq tətbiq edilməsi, təzyiq göstərilməsi halları olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid6 ifadəsindən görünür ki, anası Nahidə 2023-cü ilin yanvar ayında, səhv etmirsə, yanvar ayının 6-da rəsmi nikahla Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 ilə evlənmişdir. Zahid onun anası ilə nikaha girəndən sonra birlikdə Bakı şəhəri, Ramana qəsəbəsində Zahidin kirayə tutduğu evdə qalmışlar. Atası və Qabil tutulduqdan sonra, 3 ay anası ilə qalandan sonra özü ögey atası Zahidin bacısı olan, yəni bibi deyə müraciət etdiyi X5 mobil telefonda Vatsap vasitəsi ilə yazıb bildirmişdir ki, artıq anası ilə qalmaq istəmir, onu öz qaldığı evinə aparsın. Bibisi də onun qarşısında şərt qoymuşdur ki, əgər Zahidin cinayət işində Zahidin tərəfini tutacaqsa, onun məhkəmədən azad olunmasına kömək edəcəksə onu öz qızı kimi yanına, evinə gətirə bilər. Aralarındakı danışıq zamanı özü bibisi Pərvanədən axı özünün Zahidə tutulduğu iş üzrə necə kömək edə bilmək imkanının olduğunu, neyləyə biləcəyini soruşanda Pərvanə də ona «sən narahat olma, biz sənə məhkəmədə Zahidin xeyrinə necə, nə cür danışmaq lazım olduğunu başa salacağıq, əzbərlədib izah edəcəyik» deyə bildirmişdir. Özü də artıq gedəsi yeri olmadığı üçün bibisi Pərvanənin sözü ilə razılaşmış, Pərvanə gəlib onu öz yaşadığı, Bakı şəhəri, Ramana qəsəbəsində, dəqiq bilmədiyi ünvanda yerləşən həyət evinə aparmış və özü orada qalmağa başlamışdır. Bakı şəhəri Ramana qəsəbəsindəki kirayədə qaldıqları dövrdə Zahidin dostu kimi bildiyi Qabil də onlarla birgə təxminən 2-3 ay onların evində qalmışdır. Özü evdə bir neçə dəfə görmüşdür ki, Zahid hansısa narkotik maddələri evdə büküm formasında, kiçik sellofan torbalarda paketləşdirib sonra Qabilə vermişdir. Həmin paketlər təxminən «gürcü xəngəli» formasında olmuşdur. Özü Zahidin bu işlə məşğul olduğunu evdə dəfələrlə görmüşdür. Zahid Qabili bu işlə məşğul olmaqda özünə kömək etməsi üçün sanki işçi kimi yanına götürmüş və ona bu işi görməyə görə pul da vermişdir. Belə ki, Zahid həmin bükümləri özü hazırlamış, sonra Qabilə verib tapşırmışdır ki, onları Ramana ərazisində hansısa dəmir turbaların dib yerlərinə, ayrı-ayrı yerlərə aparıb qoysun, fotoşəkillərini telefonla çəkib ona göndərsin, həmçinin bükümləri qoyduğu yerlərdən onun telefonuna «konum» da atsın. Qabil də Zahidin dediyi kimi etmişdir, onun verdiyi bükümləri götürüb aparmışdır. Zahid hətta Qabil üçün velosiped də almış, Qabil həmin yerlərə velosiped sürərək gedirmiş. Özü bu halları evdə dəfələrlə görmüşdür. Anasının isə onların bu işlərindən özü bildiyinə görə xəbəri olmamış, bu halları görüb-görmədiyini dəqiq bilmir. Zahid bir neçə dəfə özünü qorxudub «gördüklərin burda qalsın, bu barədə anana heçnə demə» deyə bildirmişdir. Özü isə anası Nahidəyə bu şeylər barədə bildirməmiş, çünki Zahiddən qorxmuşdur. Lakin, nə Zahidin, nə də Qabilin özlərinin narkotik maddə qəbul etmələrini heç vaxt görməmişdir. Özü hətta bir neçə dəfə onu da görmüşdür ki, Zahid hansısa İranlı şəxslə danışıb ondan özünə mobil telefonuna «konum» göndərməsini də istəyir. Belə ki, danışdığı şəxsin iranlı olması və aralarındakı söhbətin məzmunu barədə Zahid özü Qabillə aralarında danışıq apararkən eşidib bilmişdir. Söhbətin narkotik maddələrdən getdiyini də Qabillə danışığı zamanı özünə məlum olmuşdur. Zahid həmin söhbətlərində tez-tez «patı», «kakos», «şüşə» deyə həmin narkotiklərdən bəhs etmişdir. Özü Zahidin əlində bir neçə dəfə bu maddələri görmüş, Zahid ağ rəngli şüşə qırıntısına oxşar maddəyə «patı» demiş, bəzən də elə «şüşə» adlandırmış, tünd rəngli, yaxud torpağa oxşar maddəyə isə «kakos», yaxud «kola» deyirmiş. Torpağa oxşayan həmin narkotik maddənin çox pis iyi olmuş, bir neçə dəfə özü bu iyi hiss etmişdir. 02 avqust 2023-cü il tarixdə anası Nahidə ilə birlikdə ögey atası Zahidin idarə etdiyi “Chevrolet” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 da avtomobilin salonunda olmuşdur. Lakin, Zahidin və Qabilin polis əməkdaşları tərəfindən tutulma ərəfəsində özü avtomobilin salonunda arxada mürgüləyib yatmış, qulağında da qulaqcıq olmuş, musiqiyə qulaq asmaqla yuxuya getmişdir. Polis əməkdaşları onları tutarkən özü nə baş verdiyini heç dəqiq anlaya da bilməmişdir. Onlar polislər tərəfindən tutulandan sonra anası Nahidənin ona danışmasına görə bilmişdir ki, özləri avtomobildə dənizkənarından qayıdanda Novxanı ərazisində Zahidlə Qabil orada hansısa yerdə kisələrdə narkotik maddə götürmüşlər, lakin özünün bundan heç bir məlumatı olmamışdır. Onlar polislər tərəfindən tutulmazdan əvvəl isə 01 avqust 2023-cü il tarixdə axşamüstü saatlarında özü və anası Nahidə evdə darıxdıqları üçün harasa bir yerə getmək istəmişlər. Anası özü dənizkənarı bir yerə getmək istədiyindən Zahidə demişdir ki, onları gəzməyə, çay içməyə aparsın. Zahidin dostu Təqsirləndirilən şəxs2 da onların evində qalmaqda olmuş, Zahid də anasının sözünü yerə salmamış, birlikdə Zahidin idarə etdiyi «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə əvvəlcə Zahidin bibisi olan Ədilə adlı qadının evinə getmişlər. Daha sonra Zahid avtomobili Novxanı kəndi istiqamətində sürməyə başlamış, onları dənizkənarına aparmışdır. Qabil əvvəlcə salonda arxada özünün yanında otursa da, sonradan Novxanı ərazisində qabaq oturacaqda əyləşmiş, özü və anası Nahidə arxada əyləşmişlər. Novxanı ərazisinə gələndən sonra dənizkənarı ərazidə bir qədər gəzişib dolaşmışlar, özü qulağında qulaqcıqla musiqiyə qulaq asmış və anası ilə gəzişmişdir. Zahid də dostu Qabillə söhbət edə-edə gəzmişdir. Bir müddətdən sonra Zahid nədənsə bildirmişdir ki, artıq gecdir, özünün işi var, gələn dəfə gələndə oturub çay içərlər və evə qayıtmağı təklif etmişdir. Artıq 02 avqust 2023-cü il tarixə keçən gecə saatları olmuş, saat dəqiq yadında deyil, özünün də yuxusu gəlmiş, yorğun olmuş və evə qayıtmaq istəmişdir. Birlikdə evə qayıtmaq üçün avtomobilə əyləşmişlər. Anası Nahidə yenə də özü ilə birgə avtomobilin salonunda arxada əyləşmiş, Qabil də sürücü Zahidin yanında qabaqda oturmuşdur. X29 kəndi ərazisində avtomobili tanımadığı küçə ilə sürməyə başlamışdır. Özü həmin vaxt qulağında qulaqcıqlar taxmaqla gözlərini yumub musiqi dinləyə- dinləyə mürgüləməkdə olmuş, yavaş-yavaş yuxusu gəlmişdir. Xatırladığı odur ki, biraz gedəndən sonra özlərinin olduğu avtomobil dayanmışdır. Özü nəyə görə, nə üçün dayandıqlarını bilməmişdir. Bir də ətrafda qopmuş bərk səs-küyə, kimlərinsə «polis, polis» deyə qışqırtı səsinə ayılmışdır. Özü həmin vaxt yarıyuxulu halda olmuş, nə baş verdiyini heç tam anlaya bilməmiş, sadəcə bilmişdir ki, bir neçə nəfər polis əməkdaşları Zahidlə Qabili tutmuşlar, hətta sonra onların əllərinə qandal vurduqlarını da görmüşdür. Polis əməkdaşları özünü və anası Nahidəni kənara çəkmişlər, onları özlərinin gəldikləri hansısa markasını bilmədiyi bir avtomobilə əyləşdirmişlər, Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməyi təklif etmişlər, anası da etiraz etməmişdir. Sonradan bildiyinə görə Zahidi və Qabili də «Chevrolet» markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə həmin idarəyə aparmışlar… Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 01 avqust 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 8-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 01 avqust 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən, polis polkovniki Ələkbər Xələfovun 01 avqust 2023-cü il tarixli, 3-13-7/Ə292/2023 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 60-63-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra, Təqsirləndirilən şəxs1 əynində olan həmin şalvarın sol arxa cibindən 01 ədəd “Hoppo” markalı, 01 ədəd “Redmi” markalı mobil telefonlar, sol yan cibindən 15 manat pul, bank kartı, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və 01 ədəd avtomobil açarı aşkar olunmuşdur. Aşkar edilmiş heroinə bənzər maddənin çəkisi 28 qram olmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 10 manat pul, “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş metamfetaminə bənzər maddənin kütləsi 21 qram olmuşdur. Aşkar edilmiş bükümlər və mobil telefonlar qablaşdırılaraq götürülmüşdür. Digər əşyalar şübhəli şəxslərin özünə qaytarılmışdır. Şifahi sorğu zamanı, Təqsirləndirilən şəxs1 narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Səxavət adlı şəxsin tapşırığı ilə Abşeron rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri deyiləcək yerə çatdırıb əvəzində pul almaq üçün götürdüyünü, Səxavət adlı şəxslə “whatsapp” vasitəsilə əlaqə saxladığını, aşkar edilmiş narkotik vasitələri Qabil ilə birgə əldə etdiklərini, əlavə olaraq idarə etdiyi “Chevrolet” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitə saxladıqlarını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiqləmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 67-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 02 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq idarə etdiyi “Chevrolet” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 69-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 avqust 2023-cü il tarixli avtomobilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Chevrolet” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, avtomobilin arxa hissəsindən 03 ədəd polietilen torba aşkar edilmişdir. Həmin torbalardan 14 bağlamada narkotik vasitə heroinə bənzər maddə, 14 bağlamada psixotrop maddə metamfetaminə bənzər maddə, 29 bağlamada qurulmuş marixuanaya bənzər maddə, 4230 ədəd metadon həblərinə bənzər həblər aşkar edilmişdir. Aşkar edilmiş bağlamalar qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı, Təqsirləndirilən şəxs1 narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Səxavət adlı şəxsin tapşırığı ilə Abşeron rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri deyiləcək yerə çatdırıb əvəzində pul almaq üçün götürdüyünü, Səxavət adlı şəxslə “whatsapp” vasitəsilə əlaqə saxladığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiqləmişdir. Baxış və götürmə aparılması zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 258-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qəbzdən görünür ki, X16 “Chevrolet” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Cinayət işinin 1-ci cild 87-90-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 02 avqust 2023-cü il tarixli, 3-16-16/2-7/1105 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd narıncı rəngli sintetik torbadakı 15 (on beş) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 2007 qram, 527 qram, 2033 qram, 2041 qram, 957 qram, 1968 qram, 1005 qram, 2013 qram, 2096 qram, 1685 qram, 1485 qram, 997 qram, 2040 qram, 1101 qram, 1600 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə aşkar olunan...” yazısı və imzalar olan bir ədəd narıncı rəngli sintetik torbadakı 14 (on dörd) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2020 qram, 940 qram, 2064 qram, 860 qram, 1992 qram, 2072 qram, 720 qram, 955 qram, 985 qram, 990 qram, 2090 qram, 936 qram, 1963 qram və 1730 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 43872 qramdır. -Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin 1-ci cild 92-97-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 02 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4116 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan paketdə, üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan bükümdə təmiz çəkisi 26,221 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində “Təqsirləndirilən şəxs2” yazısı olan bükümdə təmiz çəkisi 20,104 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar olunan...” yazısı və imzalar olan kisədəki: -22 (iyirmi iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1112,6 qram, 859,7 qram, 1189,3 qram, 1126,7 qram, 872,3 qram, 980,5 qram, 1190,9 qram, 996,7 qram, 1034,3 qram, 815,2 qram, 1196,7 qram, 1117,7 qram, 1088,0 qram, 825,8 qram, 1199,0 qram, 937,9 qram, 1020,2 qram, 1131,2 qram, 1023,8 qram, 2734,4 qram, 3549,2 qram və 2294,6 qram, ümumi təmiz çəkisi 28296,7 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -14 (on dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1016,5 qram, 995,8 qram, 982,5 qram, 985,1 qram, 862,8 qram, 1135,0 qram, 988,4 qram, 1152,9 qram, 994,8 qram, 1030,2 qram, 981,3 qram, 1023,3 qram, 1056,1 qram və 1204,5 qram, ümumi təmiz çəkisi 14409,2 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -Üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutlardakı ümumilikdə 4230 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır və 4230 həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 169,2 qram təşkil edir. (Üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 28322,921 qram (28 kq 322,921 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Metamfetaminin ümumi təmiz çəkisi 14429,304 qram (14 kq 429,304 qr) təşkil edir və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildirlər. Cinayət işinin 1-ci cild 219-225-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 avqust 2023-cü il tarixli mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və ona məxsus 01 ədəd “OPPO” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı “OPPO” markalı mobil telefon aparatının yaddaşında həm “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində, həm də “Kontaktlar” bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +98 933 *** **** saylı mobil nömrənin adsız qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı həmin mobil telefon aparatının yaddaşında həm “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində, həm də “Kontaktlar” bölməsində hazırki iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin “.Takis” adı altında qeydə alındığı müəyyən edilmişdir. Baxış zamanı “OPPO” markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində adsız qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 933 *** **** saylı mobil nömrə istifadəçisi tərəfindən 02 avqust 2023cü il tarixdə saat 01:20-də durğu işarəsindən ibarət SMS-in, ardınca həmin tarixdə saat 01:20-də buraxılmış səsli zəngə dair məlumatın, ardınca həmin tarixdə saat 01:28-də +98 933 *** **** saylı mobil nömrənin istifadəçisinə cavab olaraq “Götürdüm” məzmunlu səsli mesajın, ardınca həmin tarixdə saat 01:29-da +98 933 *** **** saylı mobil nömrə istifadəçisi tərəfindən “Canım qurban, Allah razı kəssin, evə getdin məni yığarsan, gözləyirəm, zəng eləməyəcəm sənə, evə çatdın mənə deyərsən” məzmunlu, ardınca həmin tarixdə saat 01:30-da “Yazışmalarımız var, hamısını silginən, telefonu təmizlə, getginən evə, məni yığarsan özün” məzmunlu səsli mesajların, daha sonra həmin tarixdə saat 01:30-da +98 933 *** **** saylı mobil nömrənin istifadəçisinə “Nə qədərdi burda obşi?” məzmunlu səsli mesajın, buna cavab olaraq həmin tarixdə saat 01:30-da +98 933 *** **** saylı mobil nömrə istifadəçisi tərəfindən “Qaqa dəftərə baxıb deyəcəyəm, dəftərə yazılıb, on beşə yaxındı” məzmunlu səsli mesajın, ardınca həmin tarixdə saat 01:31-də +98 933 *** **** saylı mobil nömrənin istifadəçisinə cavab olaraq “Çoxdu, ona görə dedim sənə” məzmunlu səsli mesajın, buna cavab olaraq həmin tarixdə saat 01:31-də +98 933 *** **** saylı mobil nömrə istifadəçisi tərəfindən “Sən çat evə, çat evə, yazmışıq da, dəftərdə vardı burda, dəftərə yazmışıq nə mənədi, böyük bir dənə bağlamadı” məzmunlu səsli mesajın, buna cavab olaraq həmin tarixdə saat 01:32-də +98 933 *** **** saylı mobil nömrənin istifadəçisinə “Set gedir gəlmir, çatım yığıram” məzmunlu səsli mesajın göndərilməsi faktlarından ibarət qarşılıqlı dialoq üzərində qurulmuş danışıq faktlarının qeydə alındığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 235-240-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 avqust 2023-cü il tarixli mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və ona məxsus 01 ədəd “Redmi” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı “Redmi” markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” və “WA Business” ani mesajlaşma mübadilə sistemi bölmələrində, həm də “Kontaktlar” bölməsində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin “Tt” ad altında qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı həmin mobil telefon aparatının yaddaşında həm “Whatsapp” və “WA Business” ani mesajlaşma mübadilə sistemi bölmələrində, həm də “Kontaktlar” bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +98 933 *** **** saylı mobil nömrənin adsız qeydə alındığı müəyyən edilmişdir. Baxış zamanı “Redmi” markalı mobil telefon aparatının yaddaşında “WA Business” ani mesajlaşma mübadilə sistemi bölməsində adsız qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 933 *** **** saylı mobil nömrə istifadəçisi tərəfindən 02 avqust 2023-cü il tarixdə saat 02:34-də və saat 03:06-da göndərilən silinmiş mesajlara dair məlumatın, ardınca həmin tarixdə saat 03:25-də “Smaylik” işarəsinin (insan əhval-ruhiyyəsini təsvir edən işarənin), ardınca həmin tarixdə saat 04:15-də “Noldu” sözündən ibarət SMS-in, ardınca həmin tarixdə saat 05:08-də durğu işarəsindən ibarət SMS-in, ardınca həmin tarixdə saat 08:05də “N” hərfindən ibarət SMS-in göndərilməsi faktlarına dair, eləcə də +98 933 *** **** saylı mobil nömrə istifadəçisi tərəfindən həmin tarixdə saat 03:46-da, saat 04:30-da, saat 04:36da, saat 08:04-də və saat 08:28-də edilmiş və buraxılmış səsli zənglərə dair məlumatların qeydə alındığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 259-263-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 avqust 2023-cü il tarixli mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və ona məxsus 01 ədəd “Samsung Galaxy” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 335-336-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və cinayət işinin 2-ci cild 3-4-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə üzrə telefonla aparılan danışıqları və məlumatları özündə əks etdirən, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş CD disklərə baxış keçirilmişdir. Baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 188-191-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 fevral 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən əldə edilmiş 01 ədəd CD diskin yaddaşında olan məlumatlara baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 adına olan 5404 08** **** 0945 və 4169 73** **** 5970 nömrəli, Təqsirləndirilən şəxs2 adına olan 4169 73** **** 7131,4169 73** **** 8554, 4169 73** **** 7109 və 4169 73** **** 4428 nömrəli bank kartları üzrə müxtəlif tarixlərdə və vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitlərinin mədaxilinə və məxaricinə dair maliyyə əməliyyatlarının həyata keçirilməsi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 239-242-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 mart 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlarına olan bank kartları ilə aparılan əməliyyatları özündə əks etdirən «Unibank» Kommersiya Bankı» ASC-dən daxil olmuş 01 ədəd CD diskin yaddaşında olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı CD diskin yaddaşında Təqsirləndirilən şəxs2 adına olan 4098**** ****1420 nömrəli bank kartı üzrə, həmçinin Təqsirləndirilən şəxs1 adına olan 4098 5844 6004 4496 nömrəli və 5243**** ****7462 nömrəli bank kartları üzrə müxtəlif tarixlərdə və vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitlərinin mədaxilinə və məxaricinə dair maliyyə əməliyyatlarının həyata keçirilməsi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 204-208-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra onların üzərindən və avtomobildən külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib satışı ilə məşğul olmaları müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 209-212-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid3 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı, şahid Vüqar Qəmbərov istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra onların üzərindən və avtomobildən külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib satışı ilə məşğul olmaları, həmin maddələri İran vətəndaşından əldə etmələri müəyyən edilmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 298-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş 03 oktyabr 2023cü il tarixli, 3-13-7/2-7902/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə məlumat əldə edilmişdir. Lakin, onların əlaqədə olduğu digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 306-309-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik leytenantı X3 16 aprel 2024-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən və avtomobildən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin müəyyən edilməsi, həmçinin, İran İslam Respublikasının vətəndaşı Səxavət adlı şəxsin müəyyən edilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməyərək, ifadələrində göstərmişlər, onlarda narkotik vasitə olmamış, narkotik satışı ilə məşğul olmamışlar, hər hansı İran vətəndaşı ilə danışıb narkotik satışını həyata keçirməmişlər, istintaq zamanı təzyiq altında etirafedici ifadələrə imza etmişlər. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli, birbirinə zidd ifadələr verib onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onların məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 800 qramdan artıq xüsusilə külli miqdar, psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar, “qurudulmuş marixuana”nın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda külli miqdar, 50.000 qramından artıq miqdarda xüsusilə külli miqdar, metadonun 0,02 qramı şəxsi istehlak miqdarından artıq, 1,6 qramından artıq miqdarda külli miqdar, 160 qramından artıq miqdarda isə xüsusilə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və avtomobildən birlikdə aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 43872 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından 8774,4 dəfə çox, 28322,921 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 188819,47 dəfə çox, 14429,304 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından 96195,36 dəfə çox, 169,2 qram metadon isə şəxsi istehlak miqdarından 8460 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onların narkotik maddəni və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Həmçinin, iş üzrə Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilən zaman, sonuncunun telefonunda İİR-nın mobil operatoruna məxsus mobil nömrə ilə narkotik vasitələrlə bağlı danışıqların aparılması müəyyən edilmişdir. Bundan başqa, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəylərindən göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisində narkotik vasitələrdən istifadə haları olmuşdur. Məhkəmə iclasında dindirilən zaman təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldıqları üçün etirafedici ifadələr verdiklərini bildirmişlər. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 04 iyun 2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş tibbi kartoçkaların surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilkin müayinə zamanı belin sol yan tərəfində 4-5 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara və tünd bənövşəyi rəngli qançırlar müşahidə edilmişdir. Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin 1-ci cild 287-291-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X4 21 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 2-ci cild 56-60-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X6 19 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməllərini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif olunmuş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununlarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenumun 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenumun 12-ci bəndinə görə, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 292-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 daxil olmuş 20 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməyiblər. Cinayət işinin 1-ci cild 303-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikas Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 03 okyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 1-ci cild 226-227-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət işinin 1ci cild 317-319-cu vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum edilmiş, 11 yanvar 2018-ci ildə cərimə cəzası tam ödənilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cild 293-294-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25 sentyabr 2023-cü il tarixli 6110 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş elektron-məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı -xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X8 vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət işinin 1-ci cild 228-229-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət işinin 1ci cild 321-332-ci vərəqələrində olan Nizami Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 02 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cild 295-296-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25 sentyabr 2023-cü il tarixli 6096 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 312-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Masallı RİHB-nın Boradigah qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 02 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət 1-ci cild 30-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 02 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 195-201-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 4(005)-1174/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 02 avqust 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 02 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət 1-ci cild 50-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 02 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 202-208-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 4(005)-1173/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 02 avqust 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən və avtomobildən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı ümumilikdə qalıq 43869,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, qalıq 26,121 qram və qalıq 28296,04 qram çəkilərdə narkotik vasitə heroin, qalıq 20,004 qram və qalıq 14408,78 qram çəkilərdə psixotrop maddə metamfetamin, qalıq 4220 həbdən ibarət narkotik vasitə metadon tərkibli dərman preparatı məhv edilməli; -Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “OPPO” markalı və 01 ədəd “Redmi” markalı mobil telefon aparatları, «Unibank» Kommersiya Bankı» ASC-yə aid 4098 5844 6004 4496 nömrəli 01 ədəd “Leobank” plastik bank kartı sonuncunun yaxın qohumlarına, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd “Samsung Galaxy” markalı mobil telefon aparatı isə Təqsirləndirilən şəxs2 yaxın qohumuna qaytarılmalı; -şəxsi axtarış və götürmə aparılması haqqında, həmçinin avtomobilə baxış keçirilməsi və götürmə haqqında müvafiq proseslərin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklərin cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 192 (yüz doxsan iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarlarının və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununun izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən və avtomobildən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı ümumilikdə qalıq 43869,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, qalıq 26,121 qram və qalıq 28296,04 qram çəkilərdə narkotik vasitə heroin, qalıq 20,004 qram və qalıq 14408,78 qram çəkilərdə psixotrop maddə metamfetamin, qalıq 4220 həbdən ibarət narkotik vasitə metadon tərkibli dərman preparatı məhv edilsin. Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “OPPO” markalı və 01 ədəd “Redmi” markalı mobil telefon aparatları, «Unibank» Kommersiya Bankı» ASC-yə aid 4098 5844 6004 4496 nömrəli 01 ədəd “Leobank” plastik bank kartı sonuncunun yaxın qohumlarına, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd “Samsung Galaxy” markalı mobil telefon aparatı isə Təqsirləndirilən şəxs2 yaxın qohumuna qaytarılsın. Şəxsi axtarış və götürmə aparılması haqqında, həmçinin avtomobilə baxış keçirilməsi və götürmə haqqında müvafiq proseslərin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklərin cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 192 (yüz doxsan iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Səbinə Məmmədzadə
Əli Məmmədov