Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1756/2021 17.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hal- hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda, təmiz çəkisi 3,491 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı 08 iyun 2021 -ci il tarixdə saat 12:30 radələrində yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, döngə 4, ev 20 ünvanının yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə aparılmış və bölmədə onun üzərində şəxsi axtarış keçirilən zaman, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, təmiz çəkisi 3,491 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o narkotik vasitə satışı ilə məşğul olmamış. Polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl Balaxanı qəsəbəsində tanımadığı bir şəxsdən öz şəxsi istifadəsi üçün ucuz qiymətə, 12-13 manata 1,5 qram narkotik vasitə almışdı, sonra onu polis əməkdaşları saxladılar. 3-4 dəfə Balaxanı qəsəbəsində tanımadığı ayrı ayrı şəxslərdən narkotik vasitə alırdı. Üzərinə şəxsi axtarış polis bölməsində videoçəkilişdən istifadə edilməklə keçirildi. Polis bölməsində ona təzyiq olunduğu üçün həmin narkotik vasitənin ona məxsus olduğunu dedi, lakin faktiki olaraq üzərində 1,5 qram narkotik vasitə var idi. Saxlanıldıqdan sonra ilk vaxtlar ona təqdim edilən sənədləri imzalayırdı, sonra isə artıq ona təqdim olunan sənədlərdə onun narkotik vasitə satışı ilə məşğul olmağı yazıldığı üçün o həmin sənədləri imzalamaqdan imtina etdi. Narkotik vasitədən istifadə etdiyim üçün peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində Cinayət-axtarış xidməti üzrə əməliyyat müvəkkili işləyir. Xidmət etdiyi polis bölməsinə “Kamal” adlı şəxsin qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin əməliyyat məlumatını yoxlamaq məqsədilə o və digər əməkdaş Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Kürdəxanı qəsəbəsi ərazsində Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldı və onu polis bölməsinə apardılar. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı o, könüllü olaraq üzərində olan 01 (bir) ədəd siqaretin qızlı rəngli kağızına bükülmüş maddəni təqdim etdi. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu və onu öz şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirdi. Şəxsi axtarış keçirilməsi zamanı videoçəkilişdən istifadə olunmuşdu və ona təzyiq olunmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 10 iyun 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/2320 saylı, 08.06.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, təqdiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,491 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. Qeyd: Heroinin təmiz çəkisi: 3,491 qram, sərf edildi 0,1 qram, qalıq 3,391 qram. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsinin 13.07.2021-ci il tarixli, 2325 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər, eyni zamanda sms mətinləri Sabunçu rayon Məhkəməsinin "telefon nömrələri ilə ötürülən məlumatların ələ keçirilməsi haqqında” 10 iyun 2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən CD diskə yazılmaqla götürülmüşdür. Baxış zamanı “ SMS_Tarixçəsi_**********252_706469394” adlı faylda sübut əhəmiyyəti kəsb edən sms mətnləri aşkar edilmişdir: 08.01.2021-ci il tarixdə saat 19:32-də ***-***-**-** saylı mobil nömrədən— "1 dəne 5 diy kofe qardaşımsan ama tez yola sal”. 11.02.2021-ci il tarixdə saat 15:24-də ***-***-**-** saylı mobil nömrədən —- “Ayda qaqaw neyniye bildun gel cxda olem canim agriyir alinmirsa bawqasinan gedim alim”17.02.2021-ci il tarixdə saat 16:22-də ***-***-**-** saylı mobil nömrədən -— “Qaqaw sen 5 dene vere bilersen mene kola, 5 diyde pepsi. he bideki emin diyirki 15 manat versem yari vere biler 2, 3 m kontur ataram” 01.03.2021-ci il tarixdə saat 17:52-də ***-***- **-** saylı mobil nömrədən -— "YETİM OLDUM DAY LOMKADAN BİDE SEVİNDİR MENİ”11.03.2021-ci il tarixdə saat 21:19-da ***-***-**-** saylı mobil nömrədən — "kama menem Elisi sende cox xayis edirem menim xetrime seher İs tutmusm gedcem ise senden xayis edirem mehlevuzde bir yerde kilokda bir cet qoy menumcun seher ise gedende getirim senden xayis edirem bir qaqas kimi seni nad verem Allah, yeriniyaz menim oz nomreme. birde alinar ya yox yaz mene oz nomreme??”01.04.2021-ci il tarixdə saat 22:11-də ***-***-**-** saylı mobil nömrədən- “qerdew 15 20 m pati lazimdi?” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 10 iyun 2021-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan qalıq 3,391 qram təşkil edən narkotik vasitə heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan qalıq 3,391 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1756/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1756/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver