Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1756/2022 25.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror metodisti Dövlət ittihamçısı, müdafiəçilər: «AİM» Vəkil Bürosunun vəkili X4 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2016-cı il təvəllüdlü uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Y.Saratov küçəsi, ev 72B-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımışdır.. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,207 qram olan narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 28 may 2022-ci il tarixdə saat 16.00 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsi Y.Saratov küçəsində nömrəsiz evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanda yerləşən Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirilib həmin şöbənin inzibati binasında üstünə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən selofana bükülmüş bir bükümdə içərisində külli miqdarda təmiz çəkisi 5,207 qram olan kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Y.Saratov küçəsi ev 72B-də ailəsi ilə birgə yaşayır və iki az yaşlı övladı vardır. Narkotik vasitə olan heroini ağrıları olduğu üçün çəkmək yolu təxminən 3-4 aydır istifadə etməyə başlamışdır. Ancaq onun narkotik vasitə istifadə etməsini nə qohumlar, nə də ki həyat yoldaşı heç vaxt bilməmişdir. Narkotik vasitələri o tanımadığı şəxslərdən, istifadə edənlərdən öz istifadəsi üçün əldə edir. 27 may 2022-ci il tarixdə axşam saatlarında bədənində ağrılar olduğu üçün o narkotik vasitə almaq üçün Ramana qəsəbəsinə getmiş, orada tanımadığı şəxsə üzərində 40 manat pul olduğunu bildirərək narkotik vasitə olan heroini əldə etmişdir. 28 may 2022-ci il tarixdə o Sabunçu RPİ-nin 12-cu PB-nin yaxınlğından keçərək işə gedən zaman ona iki nəfər mülkü geyimdə olan şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onun şəxsiyyətini təsdiq edən sənədini təqdim etməyini xahiş etmiş, polis əməkdaşları onu 12-ci polis bölməsinə gətirmişdirlər. Polis bölməsinin inzibati binasında o təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutuldu və orada dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələrim izah olundu. Üzərinə baxış zamanı ondan aşkar olnmuş heroinin ona heç bir aidiyyatı yoxdur. Baxış zamanı heroinin ona məxsus olması, onu əldə etməsi barədə izahı, bundan sonra verdiyi ifadələri təsdiq etmir, yaxalanan zaman üzərində heç bir qanunsuz əşya və telefon olmamış, narkotik vasitə onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur, bununla əlaqədar hətta videoçəkiliş bir neçə dəfə dayandırılmış, sonra yenidən davam edilmişdir.Narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olsa da satışı ilə heç vaxt məşqul olmamışdır və olmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti ərazisi olan Sabunçu rayonu Sabunçu qəsəbəsi Yefim Saratov küçəsində yaşayan ərazi sakini kimi tanıyır. Sabunçu RPİ-nin 12-PŞ-nin inzibati ərazisində oğurluq hadisələri çox olduğundan, reydlər keçirilmişdir.28 may 2022-ci il tarixdə o 12-ci polis şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə saat 16 radələrində Sabunçu rayon polis idarəsinin inzibati ərazisində xidmət aparan zamanı Sabunçu rayonu Sabunçu qəsəbəsi Yefim Saratov küçəsi nömrəsiz evin qarşısında özünü şübhəli apardığından Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onlardan yayınmağa cəhd etsədə onlar onu 12-ci polis şöbəsinə gətirmiş və təhqiqatçıya təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs bildirildi ki, üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcək. Təqsirləndirilən şəxs təyin edilmiş vəkil baxış zamanı kənarlaşdırılmamışdır, o özü xahiş etmişdir ki, şəxsi axtırış vəkilin iştirakı olmadan üzərinə keçirilsin. Videoçəkişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd selofana bükülmüş bir bükümdə içərisində narkotik vasitə heroinə bənzər olan qəhvəyi rəngli toza oxşar spesifik iyli maddə aşkar edilib götürüldü. Suallara cavab verən Təqsirləndirilən şəxs bildirdi ki, aşkar olunmuş maddə narkotik vasitə heroindir. Həmin narkotik vasitəni o öz istifadəsi üçün 27 may 2022-ci il tarixdə axşam saatlarında Ramana qəsəbəsindən tanımadığı şəxsdən 40 manata almışdır. Həmin narkotik vasitə heroini başqa bir şəxsə satmağa fikrində olmayıb, bədənində ağrıları olduğuna görə heroini qəbul edir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə oxşar olan maddə qablaşdırıldı bu barədə protokol tərtib olundu. Protokol ucadan oxundu və imzalandı.Təqsirləndirilən şəxs qarşı polis şöbəsinə gətirilən zaman heç bir fiziki zor və təzyiq işlədilməmiş, polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ərazidə yaşayan sakin kimi tanıyır. Onun narkotik vasitə istifadəçisi olduğunu bilirdilər, ancaq onlarda narkotik vasitəni satması ilə bağlı məlumat olmayıb. 28 may 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-PŞnin inzibati ərazisində narkotik vasitələrin istifadə və satışı ilə məşğul olan şəxslər barəsində tədbirlər keçirilmiş, həmin gün o və 12-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 saat 16 radələrində Sabunçu rayon polis idarəsinin inzibati ərazisində xidmət aparan zamanı Sabunçu rayonu Sabunçu qəsəbəsi Yefim Saratov küçəsi nömrəsiz evin qarşısında özünü şübhəli apardığından Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs ona görə şübhəli görünmüşdür ki, üst-başı çirkli halda, gözləri qızarmışdır. Təqsirləndirilən şəxs onlardan yayınmağa cəhd etsədə onlar onu 12-ci polis şöbəsinə gətirmiş və təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilən zamanı onlar diqqətlə baxırdılar ki, əgər üzərində hər hansı bir qeyri qanuni əşya varsa, həmin əşyanı tullamasın. 12-ci polis şöbəsinin inzibati binasında olarkən Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs bildirdi ki, üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcək. Təqsirləndirilən şəxs isə şəxsi axtırışın vəkilin iştirakı olmadan üzərinə keçirilməsini istədi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd selofana bükülmüş bir bükümdə içərisində narkotik vasitə heroinə bənzər olan qəhvəyi rəngli toza oxşar spesifik iyli maddə aşkar edilib götürüldü. Suallara cavab verən Təqsirləndirilən şəxs bildirdi ki, aşkar olunmuş maddə narkotik vasitə heroindir. Həmin narkotik vasitəni o öz istifadəsi üçün 27 may 2022-ci il tarixdə axşam saatlarında Ramana qəsəbəsindən tanımadığı şəxsdən 40 manata almışdır. Həmin narkotik vasitə heroini başqa bir şəxsə satmağa fikrində olmayıb, bədənində ağrıları olduğuna görə heroini qəbul edir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə oxşar olan maddə qablaşdırıldı bu barədə protokol tərtib olundu. Protokol ucadan oxundu və imzalandı.İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq və qanunsuz hərəkət olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkilləri Şahid2 və Şahid1 tərəfindən Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, həmin tarixdə saat 16.00 radələrində inzibati ərazidə xidmət apararkən Sabunçu rayon, Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində nömrəsiz fərdi evin qarşısında Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün saxlayıb PŞnə dəvət etmişlər. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X5 iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli videoçəkilişlə aparılmış protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək əşyaların təqdim edilməsi təklif edildikdən sonra o, qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə təqdim etmiş, suallara cavab olaraq isə həmin maddənin “kakos”, yəni heroin olduğunu, 6 aya yaxındır istifadə etdiyini və Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 40 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Həmin maddə DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənərək götürülmüşdür.Protokol iştirakçılara ucadan oxunmuş, protokola dair əlavə və qeydlər daxil olmamış və iştirakçılar tərəfindən öz imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “video yazıya baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış Sabunçu RPİ-nin 12-ci PŞnin xidməti otağında keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi “kakos”, yəni heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin dindirilməsi” barədə protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini öz istifadəsi üçün Sabunçu rayonu, Ramana qəsəbəsində 40 manata almış və polis tərəfindən ona qarşı hər hansı şəxs tərəfindən fiziki zor və təzyiq tətbiq edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor və ya təzyiq edilməsindən şikayət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Sabunçu RPİ-nin istintaq şöbəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən və xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs bacısı X6 ona məxsus olan və qardaşı ilə birgə yaşadığı ünvan 5 ünvanında axtarış aparılmasına icazə vermiş və evə axtarış keçirilən zaman heç bir qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizası təyin olunmuş və ekspertizanın 29 may 2022-ci il tarixli 6/3026 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159 möhür əksi “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 5,207 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizanın 3058 saylı xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yararan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “maddi sübut kimi tanınması haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, ekspertizanın tədqiqatından sonra 5,107 qram çəkidə qalıq qalmış heroin saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmə video görüntülər əks olunmun 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnamədən, Bakı şəhər Nizami rayon məhkəməsinin hökm və göstərişindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətində azadlıqdan məhrum edilmişdir və 01 il müddətinə nəqliyyat vasitənin idarə etməsi hüquqdan məhrum edilmişdir. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Bundan başqa Bakı şəhəri Nizami rayon məhkməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, hökm 17 avqust 2022-ci il tarixdə qanuni qüvvəyə minməklə icraya yönəlmişdir. Bu hökmdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkum olunduğu cinayət işi üzrə cinayət əməlini 2021-ci ilin mart-aprel ayında törətmiş və hökm xx.xx.2022-ci il tarixdə çıxarılmış, hal-hazırda baxılan iş üzrə cinayət əməlini isə xx.xx.2022-ci il tarixdə törətmiş, belə olan halda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu olmaqla ona cinayətlərin məcmusuna görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəza baxılan iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunduqda həmin cəzalar cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən toplanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən qaydalara uyğun olaraq, cinayətlərin məcmusu üzrə, azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən çəkilmiş cəza qəti cəza müddətinə daxil edilməklə, cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi qismən olaraq özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs külli miqdarda narotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, saxlamsı və daşıması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satın məqsədi ilə əld etməsi hər hansı mötəbər sübut növü ilə təsdiqini tapmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş DVD diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 28 may 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - 01 ədəd bükümə sellofana bükülmüş bükümdə təmiz çəkisi 5,207 qram, ancaq ekspertiza tədqiqatından sonra qalığı qalmış 5,107 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «AİM» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün «AİM» Vəkil Bürosunun nəfinə 180 AZN (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28.05 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş - ekspertizanın tədqiqatından sonra 5,107 qram çəkidə qalıq qalmış heroin məhv edilsin, şəxsi axtarış və götürmə video görüntülər əks olunmun 01 “DVD” ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi 180 AZN (yüz səksən) manat pul «AİM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1756/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1756/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver