Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1756/2023 06.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - "Kamandar Nəsibov və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2020-ci il tarixli hökmü əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən, çəkilməmiş cəzası 6 ay müddətinə azaldılmış və 07 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, 07 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə şəxsiyyəti məlum olmayan “Həsən” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 400 manat müqabilində külli miqdarda - 23 (iyirmi üç) ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan ayrı-ayrılıqda çəkiləri 3,768 qram, 0,431 qram, 0,313 qram, 0,401 qram, 0,412 qram 0,385 qram, 0,401 qram, 0,403 qram, 0,382 qram, 0,381 qram, 0,379 qram, 0,372 qram, 0,407 qram, 0,383 qram, 0,418 qram, 0,431 qram, 0,411 qram, 0,374 qram, 0,429 qram, 0,451 qram, 0,421 qram, 0,333 qram olmaqla ümumi çəkisi 12,086 qram və 26,868 qram olmaqla ümumi təmiz çəkisi 38,954 qram təşkil edən eyni tərkibli qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda heroini və 1 ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan 2,944 qram çəkidə ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamini satış məqsədi ilə əldə edib, bir hissəsini, yəni 22 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,768 qram, 0,431 qram, 0,313 qram, 0,401 qram, 0,412 qram 0,385 qram, 0,401 qram, 0,403 qram, 0,382 qram, 0,381 qram, 0,379 qram, 0,372 qram, 0,407 qram, 0,383 qram, 0,418 qram, 0,431 qram, 0,411 qram, 0,374 qram, 0,429 qram, 0,451 qram, 0,421 qram, 0,333 qram, ümumi çəkisi 12,086 qram təşkil edən heroini, bir ədəd üzərində heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi və eyniləşdirmə üzrə təqdiqatm aparılması mümkün olmayan tərəzini üzərində saxlayıb gəzdirərək daşımış, habelə “Həsən” adlı şəxslə aralarındakı razılaşmaya əsasən, sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Albalıq qəsəbəsi, nömrəsiz ünvanda onun götürməsi üçün qoyduğu 1 ədəd bükümdə 2,944 qram çəkidə külli miqdarda metamfetamini və bir ədəd bükümdə külli miqdarda 26,868 qram çəkidə heroini satış məqsədi ilə saxlamışdır. 07 mart 2023-cü il tarixdə saat 21:40-da Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq adlanan ərazidə saxlanılıb Polis bölməsinin inzibati binasına gətirildikdən sonra həmin gün üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 22 ədəd bükümdə ümumi çəkisi 12,086 qram təşkil edən heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra 08 mart 2023-cü il tarixdə əməliyyat tədbirinin davamı kimi Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən Xəzər rayonu, Albalılıq qəsəbəsində ünvansız fərdi yaşayış evinin yaxınlığına baxış və götürmə zamanı 1 ədəd bükümdə 2,944 qram çəkidə ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamin və 1 ədəd bükümdə 26,868 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəqiq tarixini xatırlamadı bir gün xəstə qardaşını xəstəxanadan gətirmiş və özü də evdə olmuşdur. Samir adlı polis əməkdaşı onlara gəlib, ona türmədən yeni çıxdığını və sosial müavinət aldığını bildirmiş, onların hörmətini etməli olduğunu demişdir. O isə, pulu olmadığını bildirərək, bundan imtina etmişdir. Bu zaman Samir ona yenidən tutulacağını bildirmiş və çıxıb getmişdir. Bundan təxminən 10 gün sonra 8 nəfər polis əməkdaşı onun evinə gəlib evə basqın etmişlər. Polis işçiləri onu yoldan keçəndə yox, evdə olarkən tutmuşlar. Bu zaman «Toyota Aux» markalı maşını da həyətdə olmuşdur. Polis işçiləri ona tək özünü yox, xəstə qardaşını da tutacaqlarını bildirmişlər. O, polis əməkdaşlarına onlarla getməyə razı olduğunu, lakin qardaşını aparmamağı demiş, polislər də onunla razılaşmışlar. Sonra polis işçiləri ilə 14-cü Polis bölməsinə gəlmişlər. Orada onun qabağına bükümlər qoyaraq götürməli olduğunu, həmin bükümlərdəki narkotikləri guya bir iranlıdan aldığını demək lazım olduğunu ona öyrətmişlər. O da, qardaşının tutulmaması üçün deyilənlərlə razılaşmış və həmin narkotiklərin özünə məxsus olduğunu demişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirmişdir ki, polis işçiləri onu «Vişnyovka» dairəsindən evin içindən tutub aparmışlar. O, yaşadığı ünvanda qardaşı ilə birlikdə yaşamışdır. Onu axşam saat 11-də gəlib evdən aparmışlar və bu zaman onun aparılmasını heç kim görməmişdir. Saxlanıldıqdan sonra onu 14-cü Polis bölməsinə aparmışlar, lakin onu aparan polis əməkdaşlarının adlarını bilmir. O, qardaşına görə məcbur olub polislərin təkliflərini qəbul etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən də o, hakimə narkotik vasitənin ona məxsus olmadığını demişdir. Sabunçu RPİ-də onu müstəntiq bir dəfə dindirmiş və o, CM-nin 234.1-ci maddəsi ilə razılaşmışdır. Ona CM-nin 234.4.3-cü maddəsinin verildiyini isə ittiham aktı ona təqdim olunandan sonra bilmişdir. Üzərinə baxış keçiriləndə vəkil iştirak etməmişdir. 07 mart 2023-cü il tarixdə saxlanılarkən Sabir və Samir adlı polis işçiləri də iştirak etmişlər. Əvvəllər də ona 234.4.3-cü maddəsi ilə ittiham vverilsə də, sonradan məhkəmədə əməli CM-nin 234.1-ci maddəsinə tövsif olunmuşdur. Həmin vaxt da onun saxlanılmasında Samir adlı polis işçisi iştirak etmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq etmir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 07 mart 2023-cü il tarixdə saat 21:40-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Vişnoyvka-2 bağ sahəsində olan zaman 3 nəfər şəxs ona yaxınlaşmış, polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə getməli olduğunu bildirmişlər. O da, etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Ona bölmənin xidməti otaqların birində hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa, onu təqdim etsin. O da, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 22 ədəd bükümü və bir ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymuş və bildirmişdir ki, İran İslam Respublikasının adını Həsən kimi bildiyi vətəndaşından almışdır. Həsəni tanımır, onunla heç vaxt görüşməmiş, dəqiq olaraq İran islam Respublikasının vətəndaşı olub-olmadığını da bilmir. Onunla ancaq «vatsap» sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. Onun ***-***-**-** saylı telefon nömrəsini «instaqram» sosial şəbəkəsi vasitəsilə əldə etmişdir. Onun dediyinə görə İran İslam Respublikasının vətəndaşıdır. Lakin danışığında əlavə ləhcə hiss etməmiş, sərbəst şəkildə azərbaycan dilində danışır. Onun üzərindən çıxan 22 ədəd bükümə görə 06 mart 2023-cü il tarixdə «Milli-ön» ödəmə terminalı vasitəsilə 400 manat pulu Həsənin ona atdığı kart hesablına göndərmişdir. Hal-hazırda həmin kart hesabının rekvizitləri onda yoxdur, əldə etdiyi qəbzi isə atmışdır. Bundan sonra Həsən narkotik vasitəni atacağı yerin konumunu ona göndərmişdir. Həmin konum əsasında narkotik vasitənin yerini müəyyən etmişdir. Bundan sonra Həsənin konumunu da telefonundan silmişdir. Bundan başqa, ona 400 manat müqabilində əlavə iki ədəd bükümdə göndərməli imiş və yerini polis əməkdaşları onu tutmamışdan bir neçə saat qabaq bildirmişdir. Əvvələr də bir neçə dəfə Həsəndən narkotik vasitə almışdır. Onu polis əməkdaşları saxlayandan sonra həmin narkotik vasitənin də yerini demişdir. Birlikdə Bakı şəhəri, Xəzər rayonu, Albalılıq adlanan yerə getmiş və orada iki ədəd bükümü də götürmüşdür. Həmin bükümlərdən biri heroin, digəri isə metamfetamin olmuşdur. İlkin çəkiliş zamanı Xəzər rayonu ərazisində olan iki ədəd bükümün olduğunu bildirməmişdir. Çünki işinin ağırlaşacağından qorxmuşdur O, əldə etdiyi narkotik vasitəni özü üçün alsa da, hərdən narkotik vasitəyə olan tələbatını ödəmək üçün satışı ilə də məşğul olur. Sonra üzərindən çıxan və Xəzər rayonu, Albalıq adlanan ərazidə aşkar edilən bükümlər polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunduqdan sonra özü və polis əməkdaşları zərfə və protokola imza etmişlər. Üzərində çıxan narkotik maddədən əlavə heç yerdə narkotik vasitə saxlamır. Polis bölməsində olan zaman ona qarşı psixi və flzki zor tətbiq olunmayıb, onunla yaxşı rəftar olunub (cild 1, iş vərəqi 138-140). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs protokoldakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, istintaq vaxtı ifadəni oxumadan imzaladığını, polis əməkdaşlarının təzyiqi ilə aşkar olunmuş bütün narkotik və psixotrop vasitələrin özünə məxsus olduğunu etiraf etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin sabiq əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Yasamal RPİ, 29cu Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Sabunçu RPİ-nin 14-cü polis bölməsində işlədiyi vaxt ona Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. 07 mart 2023-cü il tarixdə o, əməliyyat məlumatını rəhbərliyə məruzə etdikdən sonra onun rəhbərliyi ilə 14-cü polis bölməsinin əməkdaşları Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 21 radələrində onlar Sabunçu rayonu, 2-ci Albalıq yaşayış massivinə getmiş və Təqsirləndirilən şəxs gəlməsini gözləmişlər. Təxminən 40 dəqiqə sonra onun gəldiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib 14-cü polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyək onlarla birlikdə polis bölməsinə gəlmişdir. 14-cü Polis bölməsinin xidməti otaqlarının birində təhqiqatçı Rəşad İsmayılov tərəfindən vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 22 ədəd şəffaf selofanda olan bükümləri təqdim edib içərisində narkotik vasitə heroin olduğunu, onları İran vətəndaşı Həsən adlı şəxsdən 400 manat müqabilində aldığını bildirmişdir. Əlavə olaraq Kənan 1 ədəd elektron tərəzini də təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, 06 mart 2023-cü il tarixdə İran vətəndaşı Həsən adlı şəxsin ona daha iki ədəd bükümlər atdığını və həmin yeri göstərə biləcəyini demişdir. Onlar Kənanın sözlərinə əsasən, birlikdə Xəzər rayonu, Albalılıq yaşayış massivində deyilən yerə getmiş, orada Təqsirləndirilən şəxs ona göndərilmiş bükümlərin yerini göstərmişdir. Həmin bükümlərdən birinin heroin, digərinin isə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlər də qablaşdırılmış və protokol tərtib olunmaqla götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 və həmin bölmənin sahə inspektoru Şahid1 07 mart 2023cü il tarixdə saat saat 21:40-da Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılıb Polis bölməsinə gətirilməsi, üzərinə şəxsi axtarış zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar olunması, həmçinin onun ərizəsi əsasında Xəzər rayonu, Albalılıq qəsəbəsində ünvansız fərdi yaşayış evinin yaxınlığına baxış və götürmə zamanı 1 ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə külli miqdarda narkotik vasitə heroinin aşkar edilərək götürülməsi ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etdiklərini bildirərək, həmkarları Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işə əlavə edilmiş 07 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 22 ədəd şəffaf selofana bükülümüş narkotik vasitə heroinə bənzər kütlələr, 1 ədəd tərəzi və 4 manat pul əskinasları aşkar olunaraq götürülmüş, 4 manat pul əhəmiyyət kəsb etmədiyi üçün geri qaytarılmış, 22 ədəd bükümdə heroinə bənzər kütlələr və 1 ədəd tərəzi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işində olan baxış və götürmə aparılması haqqında 08 mart 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs naməlum şəxs tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Albalılıq adlanan əraziyə göndərilmiş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər və 1 ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 29-30). Cinayət işinə əlavə edilmiş 23 iyun 2023-cü il baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə aparılmış, bazış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı, həmçinin baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin qeydə alındığı 2 ədəd DVD diskdə əks olunmuş görüntülərin protokollarda qeyd olunanlarla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 134). Məhkəmə-kimyəvi ekspertizasının 08 mart 2023-cü il tarixli 6/1419 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 244” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş 2 ədəd zərfdən birində 1 ədəd bükümdə təmiz çəkisi 2,944 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 26,868 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digərində 22 ədəd bükümdə 3,768 qram, 0,431 qram, 0,313 qram, 0,401 qram, 0,412 qram 0,385 qram, 0,401 qram, 0,403 qram, 0,382 qram, 0,381 qram, 0,379 qram, 0,372 qram, 0,407 qram, 0,383 qram, 0,418 qram, 0,431 qram, 0,411 qram, 0,374 qram, 0,429 qram, 0,451 qram, 0,421 qram, 0,333 qram olmaqla ümumi çəkisi 12,086 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu İlə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 35-39). Məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2023-cü il tarixli 2045 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 95-96). İbtidai istintaq orqanının 23 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 2,944 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 26,868 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 22 ədəd bükümdə 3,768 qram, 0,431 qram, 0,313 qram, 0,401 qram, 0,412 qram 0,385 qram, 0,401 qram, 0,403 qram, 0,382 qram, 0,381 qram, 0,379 qram, 0,372 qram, 0,407 qram, 0,383 qram, 0,418 qram, 0,431 qram, 0,411 qram, 0,374 qram, 0,429 qram, 0,451 qram, 0,421 qram, 0,333 qram olmaqla ümumi çəkisi 12,086 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd tərəzi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 38,8046 qram nakotik vasitə heroin, 2,844 qram psixotrop maddə metamfetamin və 1 ədəd tərəzi, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefon məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Xəzər RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD formatlı disk iş üzrə sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 141-149). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nın xx.xx.2023-cü il tarixli 4384 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicə olunmamışdır (cild 1, iş vərəqi 76). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etməsi cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etməsi cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmışdır (cild 1, iş vərəqi 7). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ittihamda qeyd olunan narkotik və psixotrop maddələrin ona məxsus olmadığını, polis əməkdaşlarının onu evində saxladıqlarını, bu zaman üzərində qanunsuz heç nə olmadığını, polis bölməsinə gətirildikdən sonra polis əməkdaşlarının onu xəstə qardaşı ilə təhdid edərək qardaşını da həbs edəcəklərini bildirdiklərini, həmin təhdidlərdən qorxaraq ona polis işçiləri tərəfindən verilmiş narkotik vasitələrin özünə məxsus olmasını etiraf etdiyini, barəsində sanksiya verilərkən bu haqda hakimə də söylədiyini bildirərək, müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı, həmçinin sonradan ərizəsi əsasında keçirilmiş baxış zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olduğunu, onları 06 mart 2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu Həsən adlı İran vətəndaşı kimi tanıdığı şəxsin kart hesabına 400 manat pul köçürməklə, sonuncunun bildirdiyi yerdən götürüb üzərində saxladığını, həmçinin əlavə 400 manat pul ödəməsi şərti ilə Həsənin ona Albalılıq ərazisinə yenidən heroin və metamfetamin yerləşdirdiyini, onları da təqdim etmək istədiyini bildirmiş, polis əməkdaşları ilə birlikdə həmin yerə gedərək qeyd olunan narkotik vasitə və psixotrop maddəni təqdim etmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs törədilmiş cinayət əməlində özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış çoxsaylı sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla 2 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin çəkilib xırda bağlamalara bükülməsini, şəxsi axtarış zamanı üzərindən elektron tərəzinin də aşkar edilməsini, həmçinin aşkar olunmuş narkotik və psixotrop maddələrin kütləsinin külli miqdar anlayışından dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etməsi cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən onun cəzası 6 ay azaldılmış və 07 fevral 2022-ci il tarixdə cəzanın sonu ilə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən törətdiyi az ağır cinayət əməlinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən ağır cinayət törətmişdir və bu, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi hesab edilməlidir. Həmin Məcəllənin 18.5-ci maddəsinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 07 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2023-cü il tarixli 2045 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Xəzər RPİnin maddi sübutların saxlanması otağında saxlanılan maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan iki ədəd zərfdə 38,8046 qram çəkidə nakotik vasitə heroin və 2,844 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin 1 ədəd tərəzi məhv edilməli hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalı; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və baxış zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirmiş vəkil X1 90 (doxman) manat müdafiə xərci hesablanmış və həmin pul vəsaiti Bakı şəhəri, 8 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini «Kamandar Nəsibov və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmiş, vəkilə müdafiə xərcləri kimi 150 (yüz əlli) manat hesablanmışdır. Odur ki, qeyd olunan pul vəsaiti həmin vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Xəzər RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmaqla Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan iki ədəd zərfdə 38,8046 qram çəkidə nakotik vasitə heroin və 2,844 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin 1 ədəd tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və hadisə yerinə baxış zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafəisini həyata keçirmiş vəkil X1 ödənilməli olan 90 (doxsan) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun hesabına köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsi müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 150 (yüz əlli) manat məbləğində pul vəsaiti «Kamandar Nəsibov və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün; İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1756/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1756/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver