Məhkəmə qərarları › İş №1(101)-1757/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1757/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1757/2022 13.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkilləri X2 və X3 iştirakı ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan mərhumetmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2019-cu il tarixli qərarı ilə cəzası 2 ilə endirilmiş, 22 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Cəlilabad rayonunun Seyidbazar kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, 28 avqust 1977-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1-ci, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan mərhum etmə cəzasına, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək hökmlərin məcmusu üzrə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 20 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Cəlilabad rayonunun Seyidbazar kəndində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışlar. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olan cinayətkar razılığa əsasən, qrup üzvü Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda - 658,214 qram narkotik vasitə olan tiryək əldə edib Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına daşımış, birlikdə həmin narkotik vasitəni ayrı-ayrı bükümlərə bölərək bir hissəsini üzərlərində, qalan hissəsini isə həmin mənzildə saxlamışlar, onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində onlar birlikdə 30 may 2022-ci il tarixdə saat 19:50 radələrində ünvan 3 ünvanında yerləşən binanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər, orada üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 99,522 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı isə onun əynində olan şalvarın sağ yan cibindən külli miqdarda - təmiz çəkisi 99,930 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 23:15 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanına baxış keçirilərkən mənzilin qonaq otağında divanın alt hissəsindən külli miqdarda - 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 197,460 qram, 105,540 qram, 62,222 qram, 49,990 qram və 43,550 qram olmaqla ümumi təmiz çəkisi 458,762 qram təşkil edən narkotik vasitə tiryək və üzərində narkotik vasitə tiryək izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə 30 may 2022-ci il tarixdə, saat 19:50 radələrində ünvan 5 ünvanın yaxınlığında olarkən 4 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim etmişlər, onların qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirmişlər və onları barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə onların hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuş və onlar şübhəli şəxs qismində tutulmuşlar. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərilərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onlara üzərilərində hər hansı qanunsuz əşya varsa təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Elsevər əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə tiryəki çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Elsevərin üzərində şəxsi axtarış keçirilmiş və onun əynindəki şalvarın cibindən içərisində ***-***-**-** mobil nömrəsi olan “İphone” markalı mobil telefon və 8 manat pul aşkar edilərək götürülmüşdür. Sonra aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Elsevər, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Elsevərin üzərindən aşkar olunmuş bir ədəd “İphone” markalı mobil telefon götürülmüş, səkkiz manat pul isə onun özünə qaytarılmışdır. Bundan sonra ona paltarında, əşyalarında və ya bədənində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. O, polis əməkdaşları tərəfindən tutulan zaman üzərində qətiyyən hər hansı narkotik vasitə olmamışdlr. Sadəcə qorxduğu üçün videoçəkiliş zamanı üzərindən aşkar edilən narkotik vasitənin özünə aid olduğunu bildirmişdir. Amma 30 may 2022-ci il tarixdə onun yaşadığı ünvan 6 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilən zaman qonaq otağındakı divanın alt hissəsindən beş ədəd bükümdə tiryəkin və bir ədəd elektron tərəzinin aşkar olunduğunu etiraf edir. Amma hesab edir ki, həmin narkotik vasitəni oraya polislər hansısa şəkildə özləri qoymuşlar. Videoçəkiliş zamanı polis əməkdaşları tərəfindən ona təzyiq oluna biləcəyindən qorxduğu üçün guya üzərindən aşkar edilən tiryəkin özünə məxsus olduğunu bildirmiş, əslində isə polis əməkdaşları tərəfindən tutulan zaman ümumiyyətlə üzərində narkotik vasitə olmamışdır. Amma həm şəxsi axtarışı, həm də evində baxış keçirilərkən vəkillər iştirak etmiş, bütün çəkilişlər vəkillərin iştirakı ilə aparılmışdır. Polis əməkdaşları onları saxlayan zaman stress keçirmişdir. Ona görə də məhkəmədən bu məsələlərin diqqətə alınmasını və işinə obyektiv baxılaraq barəsində ədalətli qərar qəbul olunmasını xahiş edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş əksər hissədə eyni məzmunlu ifadəsində həmçinin etiraf edib göstərmişdir ki, 30 may 2022-ci il tarixdə onun yaşadığı ünvan 6 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilən zaman qonaq otağındakı divanın alt hissəsindən beş ədəd bükümdə tiryəkin və bir ədəd elektron tərəzinin aşkar olunduğunu təsdiq edir. Sadəcə olaraq Elsevər etibar etdiyinə görə həmin narkotik vasitəni ona saxlamaq üçün vermişdir. Həmin narkotik vasitəni o özündə saxlamış və lazım olanda Elsevər özü gələrək ondan tiryək götürmüşdür. O, həmin maddənin narkotik vasitə tiryək olduğunu bilmiş, Elsevərlə arasında yaxın münasibət olduğu üçün yaşadığı evdə saxlamışdır (cild 1, iş vərəqə 102-106). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, 30 may 2022-ci il tarixdə, saat 19:50 radələrində ünvan 7 ünvanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən dörd nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onların qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin idarədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə onları şübhəli şəxs qismində tutmuşlar. Onlara hüquq və vəzifələri izah olunduqdan sonra üzərilərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona və Təqsirləndirilən şəxs1 üzərilərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki şalvarın sağ yan cibindən bir büküm tiryək çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və əynindəki şalvarın sol yan cibindən içərisində ***-***-**- ** nömrəsi olan bir ədəd “İphone” markalı mobil telefon və 8 manat pul aşkar edilərək götürülmüşdür. Onun təqdim etdiyi tiryək elektron tərəzidə çəkilmiş və çəkisinin 101 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş “İphone” markalı mobil telefon götürülmüş, 8 manat pul isə özünə qaytarılmışdır. Təhqiqatçı ondan narkotik vasitəni haradan əldə etdiyini soruşduqda o, narkotik vasitəni həmin axşam tutulduqları ünvanda evin həyətində Təqsirləndirilən şəxs1 400 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, sonuncu da əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə tiryəki çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və onun əynindəki şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, evin açarı və 20 manat pul aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Fuad telefonunda iki sim kart nömrəsi olduğunu, tiryəki öz istifadəsi üçün 4 il əvvəl Səid adlı İranlıdan aldığını, sonra bir bükümü 400 manata ona satdığını, bir az da yaşadığı mənzildə qaldığını bildirmişdir. Fuadın üzərindən aşkar olunmuş açar və 20 manat pul özünə qaytarılmış, tiryək və telefon isə götürülmüşdür. Bundan sonra polis əməkdaşları və vəkillərlə Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə getmişlər. Mənzildə Fuad divanın altından bir ədəd torbada 5 büküm tiryəki və bir ədəd elektron tərəzini təqdim edərək onların özünə məxsus olduğunu, onları Səid adlı İranlıdan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 evinə keçirilən baxış zamanı oradan aşkar edilmiş tiryəkin ona heç bir aidiyyəti yoxdur. Videoçəkilişlə şəxsi axtarış və mənzilə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 narkotik vasitəni 4 il əvvəl iranlıdan aldığını deyərək məsuliyyəti öz üzərinə götürmüşdür. Həm şəxsi axtarışı, həm də evdə baxış keçirilərkən vəkillər iştirak etmiş, bütün çəkilişlər vəkillərin iştirakı ilə aparılmışdır. Ona görə də məhkəmədən bütün bu halların nəzərə alınmasını və ədalətli qərar qəbul olunmasını xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş əksər hissədə eyni məzmunlu ifadəsində həmçinin etiraf edib göstərmişdir ki, Təqsirləndirilən şəxs1 evinə keçirilən baxış zamanı oradan aşkar edilmiş tiryək ona aiddir, tiryəki bir neçə ay əvvəl Cəlilabad rayonu ərazisində taparaq saxlamaq üçün Fuada vermişdir. Fuad həmin maddənin tiryək olduğunu bilmiş, sadəcə onun xahişi ilə özündə saxlamışdır. O, lazım olduğu təqdirdə tiryəki Fuaddan hissə-hissə götürmüşdür. Tutulan zaman videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləndə və Təqsirləndirilən şəxs1 mənzilinə baxış keçiriləndə narkotik vasitələrin Fuad tərəfindən əldə edildiyini və bir hissəsinin ona satmaq üçün verildiyini göstərmələri, bir-birinin dediklərini təsdiq etmələri ilə sonradan ifadəsindəki ziddiyyətlə bağlı bildirir ki, Təqsirləndirilən şəxs1 dörd il əvvəl iranlıdan aldığını deyib narkotiki əldə etməyi öz üstünə götürməsi ilə razı deyil, orada videoçəkiliş aparılanda Fuadın yalan danışdığını üzünə demək istəməmiş, fikirləşmişdir ki, sonuncu üçün pis olar, indi isə buna razılaşa bilməz, çünki narkotiki özü tapıb Fuadın yanına gətirmiş və ikisi qəbul etmişlər (cild 1, iş vərəqə 117-121). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli ilə bağlı faktiki qismən etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 2022-ci ilin may ayının sonunda xidməti vəzifəsinin icrası zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında qanunsuz olaraq Bakı şəhərinin Nizami rayonu ərazisində narkotik vasitələri əldə edərək saxlamaları və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı almışdır. Bu məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün 30 may 2022-ci il tarixdə rəhbərliyə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri, baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 isə qrupun üzvləri qismində təyin edilmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami rayonu ərazisində olduqları yeri dəqiqləşdirib əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin əraziyə gələrək müşahidə aparmağa başlamışlar. Həmin gün saat 19:50-də Elşən Süleymanov küçəsi 49 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 piyada hərəkətdə olduqlarını görüb onlara yaxınlaşmışlar və özlərini təqdim edərək onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün saxlanıldıqlarını bildirmişlər. Onlar eyni zamanda həmin şəxsləri barələrində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Həmin vaxt saxlanılmış şəxslərin üzərinə şəxsi axtarış aparılması üçün şərait olmadığından onları Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərindən və danışıqlarından onların gözlənilmədən saxlanılmalarından narahat olduqları hiss olunmuş, onlar əvvəlcə sərbəst buraxılmalarını xahiş etsələr də tələbin qəti olduğunu görüb polis idarəsinə getməyə razılaşmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətiriləndən sonra araşdırmanın aparılması X4a tapşırılmışdır. Həmin şəxslər Baş idarəyə gətirilənədək və idarədə təhqiqatçıya təqdim edilərək onların üstündə şəxsi axtarış aparılanadək nəzarət altında olduqlarına görə diqqətdən kənar üstlərində olan hər hansı bir əşyanı atmaq, məhv etmək imkanları olmamış və onlar buna cəhd etməmişlər. X4 həmin şəxslərin hüquqlarının müdafiəsi üçün vəkil dəvət edərək onların şübhəli şəxs qismində tutmuş və onlara hüquq və vəzifələrini izah edərək hər birinin üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağını bildirmişdir. Beləliklə, onların iştirakı ilə həmin şəxslərin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışın videoçəkilişini isə baş əməliyyat müvəkkili Şahid2 aparmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif etmiş, sonuncu da əynindəki şalvarın sağ yan cibindən şəffaf sellofan bükümdə qara rəngli maddəni çıxarıb masanın üstünə qoymuşdur. Təhqiqatçı bükümdə nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs2 həmin maddənin “qara”, yəni tiryək olduğunu, üstündə əlavə heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və onun şalvarının cibindən bir ədəd “İphone” markalı mobil telefon və 8 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 mobil telefonda ***-***-**-** mobil nömrəsinin istifadə olunduğunu bildirmişdir. Aşkar olunmuş pullar Təqsirləndirilən şəxs2 özünə qaytarılmış, telefon və tiryəkə oxşar kütlə isə götürülmüşdür. Təhqiqatçı bükümdə kəsik açıb içindəki tünd qəhvəyi rəngli maddənin narkotik vasitə tiryəkə oxşar olduğunu hamıya göstərəndən sonra maddəni bükümlə birlikdə elektron tərəzidə çəkmiş və həmin maddənin çəkisini 101 qram olduğunu müəyyən etmişdir. Təhqiqatçı həmin bükümü kağız zərfə qoyub üstündə yazılı qeydlər apararaq möhürləmiş, həmin zərfin üzəri Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi tərəfindən imzalamışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansıəşya, predmet varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs1 də əynindəki şalvarın sağ yan cibindən şəffaf sellofan bükümdə qara rəngli maddəni çıxarıb masanın üstünə qoyaraq təqdim etmişdir. Təhqiqatçı bükümdə nə olduğunu soruşduqda Fuad Abdulayev bükümdəki maddənin tiryək olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən şəxsiyyət vəsiqəsi, evinin açarı, qara rəngli “Samsung” markalı mobil telefonu və 20 manat pul aşkar edilmişdir. Fşkar olunmuş pul və açar Fuadın özünə qaytarılmış, mobil telefon isə götürülmüşdür. Təqsirləndirilən şəxs1 mobil telefonunda ***-***-**-** və ***-***-**-** mobil nömrələrini işlətdiyini bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bükümdə də kəsik açıb içindəki narkotik vasitə tiryəkə oxşar tünd qəhvəyi rəngli maddəni iştirakçılara göstərmiş və elektron tərəzidə çəkmişlər. Həmin çəkini hazırda dəqiq xatırlamır, bu barədə müvafiq sənədlərdə qeydiyyatlar aparılmışdır. Bundan sonra təhqiqatçı həmin bükümü kağız zərfə qoyub üstündə yazılı qeydlər apararaq bağlamış, zərfin üzəri Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi tiryəki həmkəndlisi kimi uşaqlıqdan tanıdığı Təqsirləndirilən şəxs1 həmin gün axşam 400 manata aldığını, məqsədinin tiryəki 450-500 manata satıb qazanc əldə etmək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 isə üzərindən aşkar olunan narkotik vasitəni dörd il əvvəl iranlı Səid kimi tanıdığı “podelnikin”dən öz istifadəsi üçün aldığını, pula ehtiyacı olduğuna görə tiryəkin bir hissəsini 400 manata Təqsirləndirilən şəxs2 satdığını, qazandığı pulla borcunu ödəmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin Təqsirləndirilən şəxs2 satdığı və üstündən götürülmüş tiryəkdən başqa yaşadığı mənzildə də bir qədər tiryək olduğunu eturaf etmişdir. Tutulan şəxslər saxlanılmaları ilə əlaqədar etirazlarının olmadığını, onlara qarşı hər hansı qanunusuzluq edilmədiyini, təqdim etdikləri narkotik vasitələrin özlərinə məxsus olduğunu təhqiqatçının və vəkillərin əlavə suallarından sonra bir daha hər kəsin yanında təsdiq etmişlər. X4 elə oradaca Təqsirləndirilən şəxs1 sifət nahiyəsindəki sıyrıntıları qeyd edərək sonuncudan ona qarşı zor tətbiq edilib-edilmədiyini, döyülməsi hallarının olub-olmadığını, həmin izlərin nədən yarandığını soruşmuş, Təqsirləndirilən şəxs1 isə özü bədənini qaşıması nəticəsində həmin yaralara səbəb olduğunu, ona hər hansı fiziki təsir və zorakılıq göstərilmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı şəxsi axtarış keçirilməsi haqqında potokol tərtib edərək iştirakçıları protokolla tanış etmiş və hər kəs protokolu imzalayaraq təsdiq etmiş, heç bir etiraz bildirilməmişdir. Bundan sonra təhqiqatçının qərarı ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 8 ünvana baxış keçirilməsi üçün həmin ünvana yollanmışlar. Həmin vaxt mənzildə heç kim olmamış, Təqsirləndirilən şəxs1 özündəki açarla qapını açmış və onlar içəri daxil olmuşlar. Təqsirləndirilən şəxs1 mənzilin qonaq otağındakı divanın altından düyü torbasında saxlanılan bükümləri çıxardıb təqdim etmişdir. Təhqiqatçı torbanı açıb içində başqa bir sellofan torbaya yığılmış beş ədəd sellofan bükümdə qara rəngli maddələri və bir ədəd boz rəngli elektron tərəzini çıxardıb iştirakçılara göstərmişdir. Təqsirləndirilən şəxs1 həmin bükümlərdə narkotik vasitə tiryək olduğunu, onu dörd il əvvəl iranlı Səid kimi tanıdığı şəxsdən aldığını, bir hissəsini tutulduqları tarixdə yaşadığı binanın həyətində Təqsirləndirilən şəxs2 400 manata satdığını bir daha təsdiq etmişdir. Təhqiqatçı beş bükümün hamısını tərəziyə qoymuş, bükümlərin ümumi çəkisinin 464 qram olduğu müəyyən olmuşur. Bükümlər sellofan torbaya qoyulub qablaşdırılmışdır. Evə baxış keçirilərkən də polis əməkdaşı Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və ya sonradan onlara heç bir təzyiq edilməmişdir. Hətta saxlanılmaları təhqiqatçı tərəfindən sənədləşdirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri də onlara qarşı heç bir qanunsuz təsir olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmkəndli kimi yaxın münasibətlərdə olub qabaqcadan razılaşdırılmış birgə hərəkətləri ilə Bakı şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmaları daxil olmuş əməliyyat məlumatları ilə tam təsdiq olunsa da, onların narkotik vasitələri əldə etdikləri mənbə müəyyən edilməmişdir. Həm şəxsi axtarış, həm də ev baxış keçirilərkən vəkillər iştirak etmiş, bütün çəkilişlər vəkillərin iştirakı ilə aparılmışdır. Həmin çəkilişlər zamanı da vəkillər saxlanılan şəxslərə suallar ünvanlanmış, müdafiə ilə bağlı məqamlar üzrə özlərinə lazım olan bütün məsələləri aydınlaşdırmışlar. Bütün bunlar çəkilişlərdə əks olunmuşdur və hər hansı qanunazidd məqam mövcud olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 Şahid2 ifadəsi oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 224-227) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə-kimyəvi ekspertizasının 31 may 2022-ci il tarixli 6/3033 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N°127” dairəvi möhür əksi, “...Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 büküm...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 99,522 qram olan tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 bükümdə...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 99,930 qram olan tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Üzərində “...Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda aşkar edilmiş...” yazı və imzalar olan zərfi açdıqda içərisində 5 ədəd şəffaf sellofan bükümdə hər birinini ayrı-ayrılıqda təmiz çəkiləri 43,550 qram, 49,990 qram, 62,222 qram, 105,540 qram, 197,460 qram olmaqla, ümumi çəkiləri 458,762 qram olan tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Bir ədəd 11*6 sm ölçüdə, gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə olan tiryəkin izləri vardır. Tiryək iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş tiryəklər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Tiryək 2005ci il 28 iyul tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra tiryəkin qalıq çəkisi 657,864 qram təşkil etmişdir (cild 1, iş vərəqə 73-78). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 iyun 2022-ci il tarixli 3308 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və kannabionidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqə 17-18) Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 iyun 2022-ci il tarixli 3309 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqə 19-20). Şəxsi axtarış və götürmə aparılması haqqında 30 may 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərindən görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən onlara üzərilərində qanunla qadağan edilmiş hər hansı maddə və ya əşya varsa təqdim etmələri təklif edilmişdir. Bundan sonra həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 şalvarlarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər maddə çıxarıb təqdim etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi tiryəki həmkəndlisi kimi uşaqlıqdan tanıdığı Təqsirləndirilən şəxs1 400 manata aldığını, onu 450-500 manata satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə üzərindən aşkar olunan narkotik vasitəni dörd il əvvəl iranlı Səid kimi tanıdığı “podelnikin”dən öz istifadəsi üçün aldığını, pula ehtiyacı olduğuna görə tiryəkin bir hissəsini 400 manata Təqsirləndirilən şəxs2 satdığını, evində də tiryək olduğunu bildirmişdir. Bundan başqa, müdafiəçilərinin suallarını cavablandıran Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılıb idarəyə gətirilərkən onlara qarşı hər hansı təzyiq olunmadığını, üzərilərindən aşkar edilmiş narkotik vasitənin özlərinə məxsus olmaqla çəkisinin real olduğunu, yəni polis əməkdaşları tərəfindən çəkinin artırılmadığını, hər hansı hala etiraz üçün əsasların olmadığını bildirmişlər. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 56-58, 191-195). Mənzilə baxış keçirilməsi və götürmə haqqında 30 may 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 8 ünvana baxış keçirilərkən Təqsirləndirilən şəxs1 mənzildə saxladığı narkotik vasitəni təqdim etməsi təklif edilmiş, sonuncu da mənzilin qonaq otağındakı divanın altından torbanıçıxardıb təqdim etmişdir. Torbaya baxış keçirildikdə onun içərisindən 05 ədəd sellofan büküm və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükümlərdə tiryək olduğunu, onu dörd il əvvəl iranlı Səid kimi tanıdığı şəxsdən aldığını, bir hissəsini həmin gün yaşadığı binanın həyətində Təqsirləndirilən şəxs2 400 manata satdığını bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 63-64, 196-198). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmlərin surətindən görünür ki: - Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2019-cu il tarixli qərarı ilə cəzası 2 ilə endirilmiş, 22 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 220-222).. - Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 08 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 206.3.1-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa, o, Qaradağ rayon məhkəməsinin 07 fevral 2019-cu il trixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 223-225, 238-240). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri ağır cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanı çəkib qurtardıqdan sonra altı il keçməmiş qəsdən ağır cinayət törətmişlər. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən onların əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X8 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mənzildən aşkar edilmiş narkotik vasitəyə aidiyyətlərinin olmaması və digər xüsusatlar üzrə məhkəmədə verdikləri ifadələrinin inkar xarakterli hissələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, hər iki təqsirləndirilən şəxsin müdafiəçilərinin bilavasitə iştirakları ilə keçirilmiş şəxsi axtarış və mənzilə baxış protokolları, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 30 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 may 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 14, 29, 120-123) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 657,864 qram təşkil edən tiryək, bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və mənzilə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 44 (qırx dörd) manat olmaqla cəmi 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 57,346). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 32 saylı vəkil bürosunun X5 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq olaraq Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkilləri X2 və X6 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı X2 və X3 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 30 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 30 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 657,864 qram təşkil dən tiryək və bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və mənzilə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 44 (qırx dörd) manat olmaqla cəmi 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına vəkillər X5 və X3 hər biri üçün 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar