Məhkəmə qərarları › İş №1(101)-1758/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1758/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1758/2024 17.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə naməlum İran islam Respublikası vətəndaşı “Milad" adlı şəxslə qabaqcadan əlbir olan bır qrup şəxs halında naməlum vaxtda və ünvana qoyulmuş külli miqdarda təmiz çəkisi 9,132 qram narkotik vasitə heroıni, külli miqdarda təmiz çəkisi 172,084 qram psixotrop maddə metamfetamini və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə “Methadone 40" markalanma göstəricisi olan 1 ədəd konvalyutda, 5 ədəd üzərində “F/M 40" yazısı həkk olunmuş, metadon tərkibli təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan (üzərindəki qeyd edilmiş göstəricisinə əsasən 1 həbdə 0,04 metadon olmaqla) həbləri satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, onun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 23 yanvar 2024-cü il tarixdə saat 21:15-də ünvan 3 ünvanının yaxınlığında saxlanılıb ünvan 4rləşən Xətai RPİ-nin 36-cı PŞnə gətirilərək videoçəkilişlə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində olan qızılı rəngli əl çantasından külli miqdarda satış məqsədilə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,264 qram və 3,868 qram, ümumi çəkisi 9,132 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda satış məqsədilə 2 ədəd bükümdə təmiz çəkiləri 97,038 və 62,925 qram, ümumi təmiz çəkisi 159,963 qram ağ rəngli kristal şəkilli maddələr və 27 (iyirmi yeddi) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,379 qram, 0,362 qram, 0,367qram, 0,327qram, 0,381 qram, 0,319 qram, 0,330 qram, 0,364 qram, 0,300 qram, 0,350 qram, 0,315 qram, 0,315 qram, 0,388 qram, 0,314 qram, 0, 354 qram, 0,347 qram, 0,375 qram, 0,358 qram, 0,376 qram, 0,376 qram, 0,344 qram, 0,155 qram, 0,344 qram, 0,989 qram, 0,376 qram, 1,191 qram, 0,058 qram ümumi təmiz çəkisi 10,454 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə matamfetamin, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda, 5 ədəd üzərində “F/M 40" yazısı həkk olunmuş, qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan (üzərindəki qeyd edilmiş göstəricisinə əsasən 1 həbdə 0,04 metadon olmaqla) həbləri, üzərində heroinlə metamfetaminin izləri olan 1 ədəd elektron tərəzi, ***-***-**-** nömrəsi olan "İphone 11" markalı və +********** nömrəsi olan “Samsung Galaxy A 21s" markalı mobil telefonlar aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 23:15-də onun yaşadığı ünvan 6 ünvanında videoçəkilişlə müdafiəçinin iştirakı ilə keçirilən baxış zamanı mətbəxdə, qaz sobasının yanındakı qutudan 1 ədəd bükümdə təmiz çəkisi 1,667 qram ağ rəngli kristalşəkilli xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə matamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil, o yalnız 1 dəfə metamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. Onun 1 yaşında körpəsi var. O, övladıyla birlikdə Xətai rayonu, Zığ yolu küçəsində kirayə evdə yaşayır. O, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı X8 ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdır. Onlar Samidlə 1 il müddətinə kimi bir yerdə yaşamışlar. O, Samidin evli olduğunu öyrənəndən sonra onu həyatında istəməmiş və getməsini demişdir. Amma Samid getmək istəməmiş və ona hədə-qorxu gəlmişdir. Samid onu hədələyib demişdir ki, onunla əlaqədə olduğuna görə hamını, axırda da onu tutuduracaq. Lakin elə olmuşdur ki, tanışlarından birinci o tutulmuşdur. Onun Lalə adlı rəfiqəsi var imiş. O, 23 yanvar 2024-cü il tarixində rəfiqəsi Laləni evə aparıb düşürmək istəyəndə polis əməkdaşları onları maşının içində saxlamışlar. Onlar videoçəkiliş etmişlər. Polis əməkdaşları çantanın kimə aid oluğunu soruşmuşlar. O, çantanın ona məxsus olduğunu demişdir. Polis əməkdaşları çantadakı pul qabının kimə aid olduğunu soruşmuşlar. Pulqabının içərisində kosmetika var imiş. O, pul qabının ona aid olduğunu demişdir. Polis əməkdaşları evə girib evdə axtarış etmişlər. Evindən 1 qram yarım metamfetamin tapılmışdır. O, həmin metamfetamini bir dəfə istifadə edib sonra mətbəxdəki qaz sobasının yanına atmışdır. Polis əməkdaşları onu rəfiqəsi və uşağının gözü qarşısında döymüşlər. Onu evdə videoya çəkmişlər, o videoda 1 qram yarım metamfetaminin ona məxsus olduğunu demişdir. Lakin sonra polis əməkdaşları qərara gəlmişlər ki, onu 36-cı PB-nə aparsınlar. İdarədə videoçəkiliş zamanı qarşısında başqa maddələr də var imiş. İndar və Elmir adlı polis əməkdaşları pul qabını açıb narkotiki çıxaranda demişdir ki, pul qabında kosmetika olmalı imiş, narkotik vasitə yox. Ona qərəzli olan Samid imiş. O, İndar və Elmin adlı əməkdaşlarının telefon danışığını eşidirmiş, onlar deyirmişlər ki, rəisləri ilə danışır. Amma danışdıqları şəxs Samid imiş. O, kokos adlanan maddəni, M40 adlanan həbi ilk dəfə İdarədə görmüşdür. Bu ittiham ona qarşı 1 qrup şəxs tərəfindən hazırlanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, istintaq zamanı təzyiq altında ifadə verdiyindən ifadəsini təsdiq etmir. Polis əməkdaşları ona demişlər ki, boynuna almasa 3 nəfər rəfiqəsini onunla birlikdə iştirakçı kimi qoşacaqlar. Həm evdə, həm İdarədə videoçəkiliş olmuşdur. Videoçəkiliş 30 dəfə dayandırılıb onu öyrədib davam etmişlər. Onun övladı təzə yeriməyə başlamış, uşaq ona tərəf gələndə polis əməkdaşları onu döyürmüşlər. O, məcbur qalıb boynuna götürmüşdür. O, bircə dəfə metamfetamindən istifadə etmiş, səhv etmişdir. Həmin metamfetamini internet vasitəsilə tapdığı Azərbaycan vətəndaşı olan tanımadığı şəxsdən almışdır. O, «İphone» markalı mobil telefondan istifadə etmişdir. O, türk nömrəsi olan +**********, ***- ***-**-** mobil nömrələrindən istifadə etmişdir. ***-***-**-** mobil nömrəsi X4 aid imiş. Samid evlidir və ailəsi var. O, Samidin ailəli olduğunu sonradan bilmiş, elə bilirmiş ki, o, boşanmışdır. Yaşadığı evi X1 götürmüşdür. Uşağının atası Rafiq adlı şəxsdir, onlar Rafiqlə də rəsmi nikahda olmamışlar. Övladının atalığı müəyyən edilməmişdir. O, tutulan gün rəfiqələri onlara qonaq gəlmişlər. O, başqa kişilərlə görüşmürmüş. Dəfələrlə Samidlə mübahisə edirmişlər. İstintaq zamanı X8 barəsində ifadə verməmişdir. O, vəkili görməmiş, o, vəkili sanksiya olandan sonra imza çəkəndə görmüşdür. O, narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul deyil, onu Samid həbs etdirmişdir. O, “Milad” adlı şəxsi tanımır. Onun 1 telefonu var, başqa telefonla da “Milad” adlı şəxslə yazışmamışdır. 1 qram yarım metamfetamin onundur, buna görə peşmandır. Təcridxanaya gedəndə bədənində xəsarət izləri olsa da bu barədə heç kimə nəsə deməmişdir. Prokurorluq orqanında əməkdaş onun yanına gəlmiş, ona demişdir ki, səhv edib döyülməyini deməmişdir. Onun evində 3 rəfiqəsi- X3, Şahid3 və X5 yanında döymüşlər. Elan olunmuş cinayət işinin 29-30-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya və cinayət işinin 35-36-cı vərəqələrində olan evə baxış aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi izahat, ifadə ilə hazırki ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadələri elan olunmuş, izahatın, ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 37-ci vərəqəsində olan izahatında, 51-53 və 67-68-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...təxminən 2024-cü ilin yanvar ayının 18-də İran islam Respublikası vətəndaşı "Milad” adlı şəxsin istifadəsində olan +98 990 *** **** mobil nömrəsilə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayıb danışan zaman bildirmişdir ki, Xırdalan rayonu ərazisində sellofanda bir neçə növ narkotik vasitələr atmışdır. O, həmin yerdən narkotik vasitələr olan bükümləri götürüb qızılı rəngli əl çantasına qoymuşdur. Razılığa əsasən Miladın ona verdiyi narkotik vasitələri satdıqdan sonra 2500 manat pul ödəməli imiş. xx.xx.2024cü il tarixdə saat 21:15-də yaşadığı evə gələrkən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi ev 3 ünvanının yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, narkotik vasitənin qanunsuz dövriyyəsində şübhələndikləri üçün saxlayaraq onlarla birgə Xətai rayon 36-cı Polis Şöbəsinə getməyini izah etmişlər. O, polis əməkdaşları ilə birgə 36-cı polis şöbəsinə getdikdən sonra şübhəli şəxs qismində tutularaq hüquq, vəzifələri izah edilməklə təqdim olunmuş vəkillərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılması ətraflı izah edilmişdir. Bununla bağlı üzərində olan qeyri qanuni və digər əşyaları masanın üzərinə qoymaq təklif olunmuşdur. Bu təklifdən sonra o, sağ əlində tutduğu qızılı rəngli əl çantasını təqdim etmişdir. Həmin çantanın içərisində nə olması soruşulduqda, sellofan bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Çantanın içərisinə baxıldıqda oradan 2 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 30 ədəd sellofan bükümdə matamfetamin, 5 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa şalvarının sol cibindən üzərində ***-***-**-** nömrəsi olan “İphone 11" markalı, üzərində +********** Türkiyə nömrəsi olan “Samsung Galaxy A 21 s" markalı mobil telefonları, şalvarının arxa cibindən 223 manat pul, şəxsiyyət vəsiqəsi və yaşadığı evin açarları aşkar olunmuşdur. Təqdim etdiyi heroinin tərəzidə çəkisi 12 qram, metamfetaminin çəkisi isə 178 qram olmuşdur. Ondan həmin narkotik vasitələri nə vaxt və haradan almağı soruşulduqda, bildirmişdir ki, 5 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin dediyi yerdən, yəni Xırdalan rayonu ərazisindən götürüb üzərində saxlamışdır. Həmin narkotik vasitələri satdıqdan sonra 2500 manat pul ödəməli imiş. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onun razılığı əsasında yaşadığı evə, yəni Xətai rayonu, Zığ yolu küçəsi ev 3, mənzil 31 ünvanına gedərək baxış keçirilmişdir. Baxış zamanı o, yaşadığı evin mətbəxindəki, qaz sobasının yanında saxladığı qutudan 1 ədəd sellofan bükümdə metamfetamini təqdim etmişdir. Təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş və 1,74 qram olması müəyyən olunmuşdur. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları təzyiq altında imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili işləyir. 23 yanvar 2024-cü il tarixdə daxil olmuş əməliyyat-məlumatı əsasında Xətai rayonu, Zığ yolu küçəsi ev 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış və Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan əl çantasını təqdim edərək həmin çantada narkotik vasitə olduğunu bildirmişdir. Çantadan metamfetaminə və metadon həblərinə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, "Milad" adlı İran İslam Respublikasının vətəndaşının qoydurduğu yerdən götürdüyünü, yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Mənzilə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində, qaz sobasının yanında qutuda 1 ədəd sellofan bükümü təqdim etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs Bakı şəhərində İran vətəndaşları ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi məşğul olması imiş. Məlumatın yoxlanılmasından sonra Təqsirləndirilən şəxs saxlamışlar. Keçirdikləri tədbir tam qanunidir. Əməliyyat məlumatında deyilirmiş ki, Təqsirləndirilən şəxs axşam 19:00-dan sonra çıxıb kuryerlik edir. O da yoxlamış və görmüşdür ki, Təqsirləndirilən şəxs həqiqətən saat 19:00-də evdən çıxır və bu işi görür. Təqsirləndirilən şəxs telefonunda İranlıların nömrəsi var imiş. Həmçinin telefonda danışıqlar yaxud mesajlar var imiş ki, bəli filan yerdən götürmüş, filan yerə qoyacaq və s. Təqsirləndirilən şəxs bu iş üzrə yaxşı təcrübəsi var. Təqsirləndirilən şəxs özünün müştəriləri də var imiş. Təqsirləndirilən şəxs üstündə narkotik vasitə var imiş, telefonunda mesajlar var imiş. O, İranlıya pul köçümələri olub-olmadığını xatırlamır. O, X6 tanımır, saxlanılan zaman da Təqsirləndirilən şəxs onun adını çəkirmiş. Amma həmin şəxsin onların İdarəsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iştirak etməsi üçün iş üzrə Şahid3 dəfələrlə Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə SMS-xəbərdarlıq bildirişi göndərilmiş və şifahi şəkildə məlumat verilmişdir. Lakin, Şahid3 üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etmədiyi üçün, sonuncu barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2024-cü il tarixli, 1(101)- 1758/2024 nömrəli qərarı ilə məcburi gətirmə tətbiq edilmiş və qərar icra edilməsi üçün aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilmiş, Şahid3 məhkəmə iclasına gətirilməsi təmin olunmadığından, 20 iyun 2024-cü il tarixli və 04 iyul 2024-cü il tarixli xatırlatma məktubları ilə müraciət edilmiş, lakin, şahid Lalə Əliyevin məhkəmə iclasında iştirakı baş tutmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, təxminən 2 ilə yaxındır Təqsirləndirilən şəxs tanıyır, rəfiqədirlər. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Nərgizin yaşadığı Xətai rayonu, Zığ yolu küçəsi ev 3, mənzil 31 ünvanına qonaq getmişdir. O, Nərgizlə biraz evdə oturduqdan sonra sonuncu, bildirmişdir ki, bir nəfərlə görüşüb qayıdacaq. O, evdə Nərgizi gözlədiyi zaman gecə saat 23.15 radələrində Nərgiz yanında polis əməkdaşları ilə birlikdə evə qayıtmışdır. Mənzildə Nərgizin icazəsi ilə polis əməkdaşları onların iştirakı ilə videoçəkilişlə mənzilə baxış keçirmişlər. Baxış zamanı Nərgiz mətbəx otağındakı qaz sobasının yanındakı qutudan 1 ədəd sellofan bükümdə psixotrop maddəni polis əməkdaşlarına təqdim edərək bildirmişdir ki, həmin maddə metamfetamindir, özünə məxsusdur. Həmin maddə elektron tərəzidə çəkilmiş və 1,74 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş maddə qablaşdırılaraq götürülmüşdür. Evin digər hissələrinə də baxış keçirilmişdir. Baxış zamanı Nərgiz verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş psixotrop maddənin özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı "Milad" adlı şəxsdən Xırdalan rayonu ərazisinə qoydurduğu yerdən götürdüyünü, həmin narkotik vasitəyə görə “Milad"a pul ödəmədiyini, lakin üzərindən aşkar olunmuş narkotik vasitələri satdıqdan sonra 2500 manat pul ödəməli olduğunu, narkotik vasitələri, psixotrop maddələri istifadə etmək və satmaq məqsədilə saxladığını, yaşadığı evdə narkotik vasitə saxladığından kimsənin, eləcə də onun xəbərinin olmadığını bildirmişdir. Baxış zamanı o, Təqsirləndirilən şəxs evində narkotik vasitə saxlaması barədə heç bir məlumatının olmamasını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 23 yanvar 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 23 yanvar 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətovun 23 yanvar 2024-cü il il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 29-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 yanvar 2024-cü il il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs sağ əlində olan qızılı rəngli əl çantasını təqdim edərək həmin çantada narkotik vasitə və psixotrop maddələrin olduğunu demişdir. Çantanın içərisindən 02 bükümdə narkotik vasitə heroinə bənzər maddələr, 30 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr, 05 ədəd narkotik vasitə metadon həbinə bənzər həblər və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən üzərində ***-***-**-** nömrəsi olan “İphone" markalı, üzərində +********** Türkiyə nömrəsi olan “Samsung" markalı mobil telefon, şalvarının arxa cibindən 223 manat pul, şəxsiyyət vəsiqəsi və açar aşkar olunmuşdur. Təqdim edilən heroinə bənzər kütlənin tərəzidə çəkisi 12 qram, metamfetaminə bənzər maddənin çəkisi isə 178 qram olmuşdur. Aşkar edilmiş bükümlər, 01 ədəd tərəzi və mobil telefonlar götürülmüş, pul və açar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 5 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin dediyi yerdən, yəni Xırdalan rayonu ərazisindən götürdüyünü, həmin narkotik vasitələri satdıqdan sonra 2500 manat pul ödəməli olduğunu, yaşadığı evdə də narkotik vasitə olduğunu, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 32-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, yaşadığı ünvan 6 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 35-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 yanvar 2024-cü il il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, araşdırılmış Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilən zaman, Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindəki, qaz sobasının yanında saxladığı qutudan 1 ədəd sellofan bükümdə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Təqdim edilən bükümün elektron tərəzidə çəkisi 1,74 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 5 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin dediyi yerdən, yəni Xırdalan rayonu ərazisindən götürdüyünü, həmin narkotik vasitələri satdıqdan sonra 2500 manat pul ödəməli olduğunu bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 44-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/488 nömrəli, 24 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7"-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs Ədülfəs qızının üzərindən aşkar edilmiş.... şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan paketdəki, - 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,264 qram və 3,868 qram, ümumi təmiz çəkisi 9,132 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroındır: - 2(iki) ədəd torbada ayrı-ayrılıqda təmiz çəkiləri 97,038 qram və 62,925 qram, ümumi təmiz çəkisi 159,963 qram ağ rəngli kristalşəkilli maddələr və 27 (iyirmi yeddi ) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,379 qram, 0,362 qram, 0,367 qram, 0,327 qram, 0,381 qram, 0,319 qram, 0,330 qram, 0,364 qram, 0,300 qram, 0,350 qram, 0,315 qram, 0,315qram, 0,388 qram, 0,314 qram, 0,354 qram, 0,347 qram, 0,375 qram, 0,358 qram, 0,376 qram, 0,376 qram, 0,344 qram, 0,155 qram, 0,344 qram, 0,989 qram, 0,376 qram, 1,191 qram, 0,058 qram, ümumi təmiz çəkisi 10,454 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 5 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 5 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla); - 1 (bir) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır, iz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkilərini və bükümlərdə olan metamfetaminlə və heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs Ədülfəs qızının evindən aşkar edilmiş... şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,667 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs Ədülfəs qızının üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 172,084 qramdır və həmin metamfetamin xarici əlamətlərinə və kimyəv komponent tərkibinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr'in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahisına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısına daxildirlər. Cinayət işinin 54-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 yanvar 2024-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 23 yanvar 2024-cü il il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs sağ əlində olan qızılı rəngli əl çantasını təqdim edərək həmin çantada narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirir. Çantanın içərisindən 02 bükümdə narkotik vasitə heroinə bənzər maddələr, 30 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr, 05 ədəd narkotik vasitə metadon həbinə bənzər həblər və 01 ədəd elektron tərəzi aşkar edildir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd mobil telefon, 223 manat pul, şəxsiyyət vəsiqəsi və açar aşkar olunur. Təqdim edilən bükümlər elektron tərəzidə çəkilir. Aşkar edilmiş bükümlər, 01 ədəd tərəzi və mobil telefonlar götürülür, pul və açar isə Təqsirləndirilən şəxs qaytarıldır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 5 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin dediyi yerdən, Xırdalan rayonu ərazisindən götürdüyünü, həmin narkotik vasitələri satdıqdan sonra 2500 manat pul ödəməli olduğunu, yaşadığı evdə də narkotik vasitə olduğunu, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirir. Cinayət işinin 56-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 yanvar 2024-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 23 yanvar 2024-cü il il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindəki, qaz sobasının yanında saxladığı qutudan 1 ədəd sellofan bükümdə metamfetaminə bənzər maddəni təqdim edir. Təqdim edilən bükümün elektron tərəzidə çəkisi 1,74 qram müəyyən edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 5 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin dediyi yerdən, yəni Xırdalan rayonu ərazisindən götürdüyünü, həmin narkotik vasitələri satdıqdan sonra 2500 manat pul ödəməli olduğunu bildirir. Cinayət işinin 89-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2024-cü il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “İphone 11" markalı mobil telefona baxış keçirilmiş, baxış keçirilən zaman iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 93-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2024-cü il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Galaxy A 21s" markalı mobil telefona baxış keçirilmiş, baxış keçirilən zaman mobil telefonun "whatsapp" proqramında İİR vətəndaşı Milad adlı şəxsin +**********16 nömrəsi ilə adının "M" kimi qeyd edilməsi və sonuncunun Təqsirləndirilən şəxs səsli sms göndərərək harada olmasını soruşması müəyyən edilmişdir. Cinayət işinin 115-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 mart 2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilmiş, baxış keçirilən zaman iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 123-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-dən daxil olmuş 01 aprel 2024-cü il tarixli, 2724/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və pspixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatlar müəyyən edilmişdir. Cinayət işinin 144-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı X2 23 aprel 2024-cü il tarixli cinayət işindən başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onda cəmi 1 qram yarım metamfetamin olmuş, özü istifadə etmişdir, polis idarəsində polis əməkdaşları onu döydüyü üçün ittihamda qeyd olunan maddələri üzərinə götürüb, protokollara imza çəkmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən tam fərqli, bir-birinə zidd ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Bakı şəhəri, Nərimanov rayon prokurorluğuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına və Bakı şəhəri Xətai Rayon Prokurorluğuna sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 10 iyun 2024-cü il tarixli, 3-16-17/40/2-3972/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kartoçkanın surətindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Bakı şəhəri Xətai rayon prokurorluğundan daxil olmuş 05 iyun 2024-cü il tarixli, ********* nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılmamış və məlumat daxil olmamışdır. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 800 qramdan artıq xüsusilə külli miqdar, metadonun 0,02 qramı şəxsi istehlak miqdarından artıq, 1,6 qramından artıq külli miqdar, 160 qramdan artıq xüsusilə külli miqdar psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən birlikdə aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 172,084 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından 1147 dəfə çox, ümumi təmiz çəkisi 9,132 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 60,88 dəfə çox, 0,2 qram metadon şəxsi istehlak miqdarından 10 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Bundan başqa, cinayət işinin 93-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2024-cü il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Galaxy A 21s" markalı mobil telefona baxış keçirilmiş, baxış keçirilən zaman mobil telefonun "whatsapp" proqramında İİR vətəndaşı Milad adlı şəxsin +**********16 nömrəsi ilə adının "M" kimi qeyd edilməsi və sonuncunun Təqsirləndirilən şəxs səsli sms göndərərək harada olmasını soruşması müəyyən edilmişdir. Həmçinin, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə halları olmuşdur. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 104-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı -xx.xx.2022-ci il təvəllüdlü X10 vardır. Cinayət işinin 105-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası TƏBİB X12 Bakı Baş Səhiyyə X14 Şəxsindən daxil olmuş 16 fevral 2024-cü il tarixli, 18-1-1/2-773/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrində ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X7 Şəxsindən daxil olmuş 15 mart 2024-cü il tarixli, 3506 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 126-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Balaxanı qəsəbəsi İƏDÜ nümayəndəliyindən daxil olmuş 17 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 127-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X12 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 aprel 2024-cü il tarixli 2259 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs PSİXOSTİMULYATORLARİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 23 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan 23 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 74-79-cu vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 4(011)-63/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evaən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 2 ədəd bükümdə 8,932 qram heroin, 2 ədəd bükümdə 159,563 qram metamfetamin, 27 ədəd bükümdə 10,184 qram metamfetamin, 4 həb metadon təsiredici maddəsi, 01 ədəd elektron tərəzi, 1 ədəd bükümdə 1,567 qram metamfetamin məhv edilməli, 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evaən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 2 ədəd bükümdə 8,932 qram heroin, 2 ədəd bükümdə 159,563 qram metamfetamin, 27 ədəd bükümdə 10,184 qram metamfetamin, 4 həb metadon təsiredici maddəsi, 01 ədəd elektron tərəzi, 1 ədəd bükümdə 1,567 qram metamfetamin məhv edilsin. 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar