Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1758/2025 13.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Qanuni nümayəndə: Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxxx 2008-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli olmaqla Bakı şəhəri, Nizami rayonu 1 nömrəli idman litseyinin 11 E sinfində oxuyan, Bakı şəhəri, Xətai rayonu Telnov küçəsi ev 10-da qeydiyytda olan və ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, təqsirləndirilir ondan ötrü ki, o, 06 may 2025-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanında “24 saat market”in qarşında olarkən sərxoş halda market istiqamətində gələn Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bir dəfə yumruqla sonuncunun sifət nahiyəsindən vuraraq yerə yıxdıqdan sonra bir dəfə də təpiklə baş nahiyəsindən vuraraq ona baş-beynin ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsinin lövhəvari subdural hemotoması və sağ alın payının beyindaxili hemosefaliyası ilə nəticələnən xəsərətlər yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 06 may 2025-ci il tarixdə gecə saat 04 radələrində qardaşı Muhammədlə birlikdə “24 saat” marketin qarşısında oturmuş, telefonla oynamış, bu zaman 2 nəfər tanımadığı şəxs onlara yaxınlaşıb, nalayiq sözlərlə burada niyə oturduqlarını bildirmişlər. Ayağa qalxmış, zərərçəkmiş şəxs Ülvi atasının ünvanına nalayiq sözlər işlətmiş, Ülvini yumruqla vurmuş, zərərçəkmiş şəxs yerə yıxılmışdır. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra yenə nalayiq sözlər işlətməyə davam etmiş, təpiklə onun baş nahiyəsinə bir zərbə vurmuşdur. Sonra zərərçəkmiş şəxsi pilləkana qoyub marketdən su almış və onu ayıltmağa çalışmış, sonra zərərçəkmiş şəxs çıxıb getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, hadisə gecə saat 04 radələrində baş vermişdir. Hövsan qəsəbəsi Yeni küçə ev 4 ünvanında yaşayır. Əvvəllər Telnov küçəsində yaşadığına görə ora getmiş, anası zəng etmiş, lakin ona pulunun olmadığını deməmiş, anası hadisədən 20 dəqiqə əvvəl zəng etmiş, anasına dostugildə olduğunu demişdir. 1 saylı idman məktəbində oxuyur. Əvvəllər 7 il cüdo idman növü ilə məşğul olmuşdur. Ülvi və onun yanında olan şəxsin ağızlarından iy gəldiyinə görə onların sərxoş olduqlarını bilmişdir. Marketin qarşısında 2 pillədən ibarət pilləkan olmuş, orada oturmuşlar. Pilləkanda oturmaqları həmin şəxslərə mane olmasa da birbaşa onlara təhqirlə müraciət etmişlər. Ülvinin yanındakı şəxslə qardaşı Muhamməd mübahisə etmiş, Ülvi əvvəlcə onu təhqir etmiş, ona fikir verməməyə çalışmış, sonra Ülvi atasını təhqir etmiş, o da Ülvini vurmuşdur. Ülvinin üz nahiyəsindən yumruqla vurmuş, Ülvi yerə yıxılmışdır. Ülvi yerdə ona müqavimət göstərməmişdir. Ülvi yerdə söyüş söydüyünə görə onun baş nahiyəsindən 1 dəfə təpiklə vurmuşdur. Ülvinin ağır xəsarət alacağını ehtimal etməmişdir. Təpiklə vurduqdan sonra zərərçəkmiş şəxs nalayiq sözlər işlətməyi dayandırmışdır. Zərərçəkmiş şəxs təpik zərbəsindən sonra huşunu itirmiş, marketdən su almış və onu ayıltmağa çalışmışdır. Marketin sahibi onu tanıdığına görə suyu borca almışdır. Qardaşı Muhammədin hadisəyə aidiyyatı olmamışdır. Həmin vaxt qardaşının nə etdiyini görməmiş, sonradan qardaşı bildirmişdir ki, zərərçəkmiş şəxsin yanında olan şəxs də qardaşına əl-qol atmışdır. Ülvi əvvəlcə ona əl-qol atmış, onu itələmiş, hadisə zamanı heç bir xəsarət almamış, Ülvi yerə yıxıldıqdan sonra ayağa qalxmaq istəmiş, Ülvi fiziki cəhətdən ondan daha böyük və daha güclü olmuşdur. Ülvi ayağa qalxsa onu vura bilərdi. Yerdə olarkən Ülviyə daha çox xəsarət yetirə bilərdi, lakin etməmişdir. Hadisə zamanı qardaşı yanında olmuşdur. Həmin vaxt qardaşının telefonu yox idi. Ülvi onu təhqir etmişdir. Onları marketin sahibi Mahir və 2-3 nəfər başqa şəxslər aralamışlar. Ülvi ayıldıqdan sonra getmiş, o da dostugilə getmişdir. Ülvinin yanındakı adam qaçıb getmiş, Ülvi tək qalmışdır. Ülvinin özünə gəldiyini görüb çıxıb getmişdir, çünki özünə gələndən sonra mübahisə edə bilərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, hadisəni xatırlamır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxsi cəmi 1 dəfə məhkəmədə görmüş, restoranda spirtli içki qəbul etmiş, onu kimin vurmasını xatırlamır. Hadisə evinin yaxınlığında baş vermişdir. Döyüldüyünü, evimə necə getdiyini xatırlamır. Həmin gün rakı, araq və pivə içmişdir. Protokoldakı və izahatdakı imzalar ona məxsusdur. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 06 may 2025-ci il tarixdə gecə saat 04 radələrində qardaşı Mirsəidlə birlikdə “24 saat” marketin qarşısında oturmuş, bu zaman 2 nəfər tanımadığı şəxs onlara yaxınlaşıb nalayiq sözlərlə burada niyə oturduqlarını bildirmişlər. Ayağa qalxmış və onlara irad bildirmişlər. Zərərçəkmiş şəxs yenə nalayiq sözlər işlətmiş, qardaşı onu yumruqla vurmuş, zərərçəkmiş şəxs yerə yıxılmış, sonra qardaşı təpiklə onun baş nahiyəsinə bir zərbə vurmuşdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, 11 ildir ki, cüdo idman növü ilə məşğul olur. Yaşca qardaşından böyükdür. Ülvinin atasını təhqir etməsini eşitmişdir. Təkcə Ülvi atasını təhqir etmiş, Ülvinin yanında olan şəxs onun üzərinə gəlmiş, həmin şəxsi özündən uzaqlaşdırmaq istəyərkən qardaşının Ülvini vurduğunu görmüş, həmin şəxslərin sərxoş olmalarını hiss etməmiş, lakin Ülvinin özünü aparmağından onun sərxoş olmasından şübhələnmişdir. Qardaşının Ülvini vurmasını görmüş, qardaşı Ülvini 1 dəfə yumruqla vurmuş, Ülvi yerə yıxılmış, qardaşı ilə arasında 7-8 metr məsafə olmuş, qardaşı Ülvini vurana qədər Ülvinin qardaşını təhqir etməsini eşitməmiş, Ülvi vurulmamışdan əvvəl nalayiq sözlər işlətmiş, Ülvi vurulmamışdan 10-15 saniyə əvvəl onun nalayiq sözlər işlətdiyini eşitməmiş, Ülvinin yerə yıxıldığını görmüş, qardaşı istəsəydi Ülvini yenə vura bilərdi. Ülvi yerə yıxılandan sonra ayağa qalxmağa cəhd etməmiş, çünki özündə olmamış, Ülvini marketin yanında otuzdurmuş, sonra marketdən su aldıb vermişlər, sonra Ülvi özünə gəlməyə başlamışdır. Ülvinin yanındakı şəxs sonradan çıxıb getmiş, Ülvi ayılandan sonra başqa şəxslər onu evinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, onlar dükan işlətdiyi ərazidə yaşayırlar. Mirsəid qardaşı ilə söhbət edən zaman 2 nəfər sərxoş vəziyyətdə bunlara yaxınlaşmış, nalayiq ifadələr işlətmişlər. Mirsəidlə qardaşı Muhamməd həmin şəxsləri yola verməyə çalışmışlar, lakin mümkün olmamış, bunların aralarında mübahisə başlamışdır. Sərxoş vəziyyətdə olan şəxslərdən biri Mirsəidi təhqir etmiş, Mirsəid də onu yumruqla vurmuşdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə gecə saat 12 radələrində baş vermiş, zərərçəkmiş şəxsin adını bilməmiş, lakin üzdən tanımış, Mirsəid və qardaşı dükana girməmiş, dükanın qarşısında olmuşlar. Mübahisəni dükanın içərisindən görmüş, Ülvigil dükanın qabağından keçərkən Ülvi Mirsəidgilə təhqiramiz ifadə işlətmişdir. Təhqiramiz ifadələri Ülvi işlətmiş, Ülvi ilə Mirsəid dalaşmağa başlamış, Ülvi sərxoş olmuş, onun dalaşmağa halı olmamış, Mirsəidin Ülvini vurduğunu görmüş, mübahisə zamanı Ülvinin Mirsəidi təhqir etməsini eşitməmiş, davanın səbəbi Ülvinin Mirsəidi təhqir etməsi olmuş, Mirsəid Ülviyə bir zərbə vurmuş, Mirsəid vurandan sonra Ülvi yerə yıxılmış, onları aralamışlar. Muhamməd Mirsəid ilə Ülvini aralayarkən qardaşı Mirsəidi saxlamağa çalışmış, Ülvi sərxoş olmuş, onu aralamağa ehtiyac olmamış, Mirsəid Ülviyə xəsarət yetirəndən sonra onları aralamışlar. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Əfətli kəndində qeydiyyatda olsa da ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, 7-8 ildir qardaşı Mahir Əbdürrəhmanovla birlikdə ünvan 4 ünvanında yerləşən “24 Saat Market”i icarəyə götürüb işlədir. 06 may 2025-ci il tarix saat 05 radələrində marketə gələrək qardaşı Mahirdən növbəni təhvil almaq istəmiş, həmin vaxt marketin sol tərəfində 4 nəfər şəxs olmuş, onlardan biri yerdə oturmuş, digər üç nəfər isə onun ətrafında dayanmış və üzünə su vurmuş, onlardan yalnız Qoca ləqəbli şəxsi tanımış, əvvəlcə yerdə oturan şəxsin sərxoş olmasını və digərlərinin onu ayıltmağa çalışdığını fikirləşmiş, lakin qardaşı Mahir yerdə uzanan sonradan adının Ülvi olduğunu bildiyi şəxsi çöldə olan şəxslərdən biri, sonradan adını bildiyi Mirsəid adlı azyaşlı şəxsin vurmasını bildirmiş, sonra Mahir dükanı təhvil verərək evə getmiş, daha sonra marketdəki müşahidə kameralarının görüntüsünə baxmış və orada iki nəfərin, yəni Mirsəidin və qardaşı Muhəmmədin “Qoca” və Ülvi ilə mübahisə etməsini, Mirsəidin Ülvini yumruqla vurub yerə yıxmasını və yerdə təpiklə vurmasını görmüşdür. Ülviyə bir stəkan çay vermiş, sonradan Ülvinin yanındakı Qoca ləqəbli şəxsin və azyaşlı uşaqların getməsini görmüş, artıq səhərə yaxın olmuş və hava işıqlaşmış, Ülviyə yaxınlaşaraq ona gödəkçə vermək istəmiş, ancaq Ülvi evə getmək istədiyini bildirmiş, ondan harada yaşadığını soruşduqda əli ilə yaşadığı evin istiqamətini göstərmiş, sonra Ülvinin qolundan tutaraq ona kömək etmiş və birlikdə yaşadığı ünvan istiqamətində hərəkət etmiş, Ülvini marketdən qarşı yola keçirtmiş və «X10» çatmamış bir yerə qədər onunla birlikdə getmiş, orada Ülvidən evinə təkbaşına gedə biləcəyini soruşmuş və Ülvi başı ilə “bəli” deyə işarə etdiyinə görə onu yola salıb mağazaya qayıtmış, Ülvi isə yavaş-yavaş uzaqlaşmışdır. Sonradan Ülvinin sərxoş vəziyyətdə mağazanın qarşısında dayanmış azyaşlı uşağa nalayiq sözlər dediyinə görə aralarında mübahisə olmasını və Mirsəid adlı uşağın onu vurmasını eşitmiş, baş vermiş hadisənin canlı şahidi olmasa da mağazaya gəldikdə Ülvi adlı şəxsdən başqa xəsarət alan olmasını görməmişdir. (cild 1, i/v. 191-193) Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olsa da ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır, subaydır, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs təxminən 15 ildir tanıyır, eyni məktəbdə oxumuş, məktəb illərindən Ülvi ilə yaxın münasibəti olmuş, hətta Zərərçəkmiş şəxsla arada görüşüb yeyibiçmişdir. 05 may 2025-ci il tarixdə axşam saatlarında ortaq tanışları Şahid5la Xətai rayonu, Neapol dairəsi yaxınlığında olarkən Ülvi zəng edərək harada olduğunu soruşmuş, cavab olaraq Əbülfətlə birlikdə Neapol dairəsi yaxınlığında olmasını bildirmiş, sonra Ülvi təxminən 15-20 dəqiqəyə gələcəyini demiş və dediyi vaxtda olduqları yerə gəlmiş, həmin vaxt birlikdə “Olivium” restoranına gedib yeyib-içmək qərarına gəlmiş, restoranda üçünə 750 qramlıq spirtli İçki qəbul etmiş, təxminən saat 23 radələrində restorandan çıxmış və Əbülfəti yaşadığı ünvana qədər yola salmış, daha sonra Ülvi ilə birlikdə Xətai rayonunda yerləşən «Sərin Məkan» adlı kafeyə gedərək hərəsinə 1-2 bakal pivə içmiş, saat 01 radələrində ortaq tanışları olan Qoca da həmin kafeyə gəlib çıxmış və onlarla birlikdə oturub pivə içmiş, saat 02 radələrində kafe bağlandığı üçün birlikdə kafedən çıxmış və yaxınlıqdakı başqa bir kafeyə gedib yemək sifariş etmiş, həmin vaxt üçünə 0,5 litrlik spirtli içki qəbul etmiş, sonra kafedən çıxıb birlikdə Xətai rayonu, Sarayevo küçəsində yerləşən “Arizona” PUB-a getmiş və orada ülvi bir bakal pivə içmişdir. 06 may 2025-ci il tarixdə saat 03:30-da “Arizona” PUB-dan çıxmış və onlarla sağollaşıb yaşadığı ünvana getmiş, ancaq Ülvi tanışı Qoca ilə birlikdə qalmış, ertəsi günü, yəni 06 may 2025-ci il tarixdə səhər saatlarında Ülvinin qardaşı Pərviz zəng edərək Ülvinin gecə döyülməsini bildirmiş və kiminlə mübahisə edib- dalaşmasını soruşmuş, Pərvizə bu barədə heç bir məlumatı olmadığını, gecə Ülvidən ayrıldığını və evində olduğunu bildirmişdir. Ülvi İlə birlikdə çoxlu spirtli içki qəbul etdiyinə görə hər ikisi sərxoş olmuş, ancaq özünü idarə edə bilmiş, sonradan Ülvi ilə Qocanın yeyib-içməyi davam etdirdiyini, Ülvinin gecə saatlarında Qoca ilə birlikdə Sarayeva küçəsində olan «24 saat» marketə gedərkən orada tanımadığı bir uşaqla mübahisə edib dalaşmasını və Ülvinin başından xəsarət almasını eşitmiş, ancaq mübahisənin şahidi olmadığından hansı səbəbdən baş verməsini dəqiq bilməmiş və Ülvini döyən şəxsi tanımamışdır. (cild 1, i/v. 175-176) Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında qeydiyyatda olsa da ailəsi ilə birlikdə ünvan 9 ünvanında yaşayır, subaydır, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs təxminən 10- 15 ildir tanıyır, münasibətləri çox yaxın olmuş, tez-tez görüşüb bir yerdə yeyib içmişdir. 05 may 2025-ci il tarixdə saat 19 radələrində sinif yoldaşı Müşfiqlə birlikdə ünvan 10 ünvanında dayanıb söhbət edərkən tanışı Zərərçəkmiş şəxs Müşfiqə zəng vuraraq harada olduğunu soruşmuş, Müşviq isə olduğu yeri və onunla birlikdə olduğunu demiş, həmin vaxt Ülvi təxminən 15 dəqiqəyə yanlarına gələcəyni bildirmiş, daha sonra Ülvi gəlib çıxmış və onlarla birlikdə Neapol dairəsində yerləşən “Olivium" restoranına çörək yemək üçün getməyi qərarlaşdırmış, birlikdə qeyd olunmuş restorana gedib çörək yemiş və üçünə 750 qramhq araq içmiş, həmin günü saat 23 radələrində restorandan çıxmış, Ülvi və Müşfiq onunla birlikdə yaşadığı ünvana qədər gəlmiş, sonra sağollaşıb evinə getmiş, ancaq Ülvi və Müşfiq bir yerdə qalmışdır. Ertəsi günü, yəni 06 may 2025-ci il tarixdə səhər saatlarında Ülvinin qardaşı Pərviz zəng edərək Ülvinin gecə döyülməsini öildirmiş və kiminlə mübahisə edibdalaşmasını soruşmuş, Pərvizə cavab verərək bu barədə heç bir məlumatı olmadığını, gecə Ülvidən ayrıldığını və evində olduğunu demiş, sonradan isə Ülvinin və Müşfiqin ondan sonra başqa bir kafeyə gedib pivə içmələrini, orada ortaq tanışları olan Qoca ilə rastlaşmalarım, Müşfiq getdikdən sonra Ülvinin Qoca ilə yeyib-içməyə davam etmələrini, daha sonra Ülvinin gecə saatlarında Qoca ilə birlikdə Sarayeva küçəsində olan «24 saat» marketə gedərkən orada tanımadığı bir uşaqla mübahisə edib dalaşmasını və həmin vaxt Ülvinin başından xəsarət almasını eşitmiş, ancaq mübahisənin şahidi olmadığından hansı səbəbdən baş verməsini dəqiq bilməmiş və Ülvini döyən şəxsi tanımamışdır. (cild 1, i/v. 180-181) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 4 iyul 2025-ci il tarixli protokoldan görünürki, Təqsirləndirilən şəxs həmin gün saat 20:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v. 105-106); Bakı şəhəri Xətai rayon Məhkəməsinin 5 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 4 iyul 2025-ci il tarixdən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i/v. 152-156); Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 1, i/v. 238-243); Məhkəmə-tibbi ekspertizasının 28 iyun 2025-ci il tarixli, 101 saylı rəyi ilə müəyyən edilmişdir ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs baş-beynin ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsinin lövhəvari subdural hematoması, sağ alın beyindaxili hemosefaliyası müəəyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərdiyi kimi xx.xx.2025-ci il tarixdə törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. (cild 1, i/v. 65-67); Ambulator məhkəmə kompleks-psixiatrik və psixoloji ekspertizasının 07 iyul 2025-ci İl tarixli, 2180 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs hər hansi psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materiallari, anamnestik məlumatlar və hal-hazirki psixiatrik müayinənin nəticələri və s. Sübut edir. Beləki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazirki müayinə zamani psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental- psixoloji müayinə gedişində idrak prosessləri, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi- psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci mədəsinin təsiri altına düşmür Təqsirləndirilən şəxsnın hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, söz götürməmək kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmir. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir edə bilmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. (cild 1, i/v. 212-214); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, i/v. 64); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 2.10.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 may 2025-ci il tarixdə saat 04 radələrində sərxoş halda market istiqamətində gələn Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bir dəfə yumruqla sonuncunun sifət nahiyəsindən vuraraq yerə yıxdıqdan sonra bir dəfə də təpiklə baş nahiyəsindən vuraraq ona baş-beynin ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsinin lövhəvari subdural hemotoması və sağ alın payının beyindaxili hemosefaliyası ilə nəticələnən xəsərətlər yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiqini tapmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun əməli qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlidir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza həddini və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yetkinlik yaşına çatmayan şəxs olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halların məcmusunu nəzərə almaqla, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edər ki, bu da belə bir şəxs üçün kifayət qədər ağır cəza olar. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlansın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Vüqar Seyidov Hakimlər Nigar İmanova Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1758/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1758/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver