Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1759/2021 13.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 15 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 13, mənzil 11-də qeydiyyatda olan və həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 17 iyul 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı, 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, həbs olunanadək fərdi əməklə məşöul olmuş, əvvəllər məhkum olunmuş, lakin üzərində məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsində nömrəsiz fərdi evdə qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamış və satmışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda, ümumi təmiz çəkisi - 23,118 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 7,85 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı fərdi evdə gizlətməklə saxlamış, daha sonra həmin narkotik vasitədən ümumi təmiz çəkisi 0,323 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qram və 0,125 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürərək 2 (iki) ədəd bükümə yığıb 15 iyun 2021-ci il tarixdə, təxminən saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində tanışı Şahid6 20 (iyirmi) manata satmış, bundan sonra həmin narkotik vasitənin üzərindən təmiz çəkisi 17,710 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürərək 1 (bir) ədəd sellofan bükümə yığaraq, eləcə də həmin psixotrop maddənin üzərindən təmiz çəkisi 7,527 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin götürərək 1 (bir) ədəd sellofan bükümə yığaraq, satış məqsədilə üzərində saxlamaqla daşımış, Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin və Cinayət Axtarış şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə həyata keçirilmiş istintaq-əməliyyat qrupunun iştirakı ilə təxirəsalınmaz tədbirlər zamanı 17 iyun 2021-ci il tarixdə, saat 17:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsində yerləşən Təqsirləndirilən şəxs2 nömrəsiz evində axtarış və baxış keçirilərkən evin əsas giriş qapısından daxil olan qonaq otağındakı masanın altından Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2lə birlikdə istintaqa məlum olmayan mənbədən külli miqdarda qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 1 (bir) ədəd sellofan torbanın içində olmaqla, 19 (on doqquz) ədəd sellofan kəsiyi bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,298 qram, 0,350 qram, 0,320 qram, 0,145 qram, 0,339 qram, 0,397 qram, 0,371 qram, 0,127 qram, 0,381 qram, 0,220 qram, 0,173 qram, 0,170 qram, 0,292 qram, 0,117 qram, 0,356 qram, 0,334 qram, 0,203 qram, 0,340 qram, və 0,152 qram olmaqla, ümumi xalis çəkisi 5,085 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 13 (on üç) ədəd siqaretin gümüşü kağız kəsiyi bükümdə 0,036 qram, 0,012 qram, 0,041 qram, 0,029 qram, 0,013 qram, 0,021 qram, 0,012 qram, 0,012 qram, 0,027 qram, 0,032 qram, 0,027 qram, 0,033 qram və 0,028 qram olmaqla, ümumi çəkisi 0,323 qram olan ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetamin, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,172 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 ml şpris, təmiz çəkisi 5,0 qram olan narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrə aid olmayan ağ rəngli kristalşəkilli maddə, 1 (bir) ədəd baş hissəsi qırılmış üzərində “Hobokaun” yazılan içərisində narkotik vasitə heroinin izləri olan şüşə ampula və 1 (bir) ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, eləcə də həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ cibindən 1 (bir) ədəd sellofan bükümdə olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə evdən aşkar edilərək götürülmüş ümumilikdə 19 (on doqquz) ədəd sellofan kəsiyi bükümündə olan narkotik vasitə heroinlərlə, eləcə də Şahid6 üzərindən aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdə olan narkotik vasitə heroinlərlə eynilik təşkil edən təmiz çəkisi 17,710 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd sellofan bükümdə olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə evdən aşkar edilərək götürülmüş ümumilikdə 13 (on üç) ədəd sellofan kəsiyi bükümündə olan psixotrop maddə metamfetaminlərlə eynilik təşkil edən təmiz çəkisi 7,527 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini təqdim etmiş, həmin narkotik vasitə və psixotrop maddələr ondan götürülmüşdür. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ümumi təmiz çəkisi 23,118 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 7,85 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsində yerləşən yaşadığı fərdi evdə gizlətməklə saxlamış, daha sonra Təqsirləndirilən şəxs1 həmin narkotik vasitədən ümumi təmiz çəkisi 0,323 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qram və 0,125 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürərək 2 (iki) ədəd bükümə yığıb 15 iyun 2021-ci il tarixdə, təxminən saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində tanışı Şahid6 20 (iyirmi) manata satmış, bundan sonra Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin üzərindən təmiz çəkisi 17,710 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürərək 1 (bir) ədəd sellofan bükümə yığaraq, eləcə də həmin psixotrop maddənin üzərindən təmiz çəkisi 7,527 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürərək 1 (bir) ədəd sellofan bükümə yığaraq satış məqsədilə üzərində saxlamaqla daşımış, Xəzər rayon Polid İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin və Cinayət Axtarış şöbəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilmiş istintaq-əməliyyat qrupunun iştirakı ilə təxirəsalınmaz tədbirlər zamanı 17 iyun 2021-ci il tarixdə, saat 17:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsində yerləşən Təqsirləndirilən şəxs2 nömrəsiz evində axtarış və baxış keçirilərkən evin əsas giriş qapısından daxil olan qonaq otağındakı masanın altından Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1lə birlikdə istintaqa məlum olmayan mənbədən külli miqdarda qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 1 (bir) ədəd sellofan torbanın içində olmaqla 19 (on doqquz) ədəd sellofan kəsiyi bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,298 qram, 0,350 qram, 0,320 qram, 0,145 qram, 0,339 qram, 0,397 qram, 0,371 qram, 0,127 qram, 0,381 qram, 0,220 qram, 0,173 qram, 0,170 qram, 0,292 qram, 0,117 qram, 0,356 qram, 0,334 qram, 0,203 qram, 0,340 qram və 0,152 qram olmaqla, ümumi xalis çəkisi 5,085 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 13 (on üç) ədəd siqaretin gümüşü kağız kəsiyi bükümdə 0,036 qram, 0,012 qram, 0,041 qram, 0,029 qram, 0,013 qram, 0,021 qram, 0,012 qram, 0,012 qram, 0,027 qram, 0,032 qram, 0,027 qram, 0,033 qram və 0,028 qram olmaqla, ümumi çəkisi 0,323 qram olan ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetamin, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,172 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 ml şpris, təmiz çəkisi 5,0 qram olan narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrə aid olmayan ağ rəngli kristalşəkilli maddə, 1 (bir) ədəd baş hissəsi qırılmış üzərində “Hobokaun” yazılan içərisində narkotik vasitə heroinin izləri olan şüşə ampula və 1 (bir) ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, eləcə də Təqsirləndirilən şəxs1 həmin vaxt əynindəki qara rəngli şalvarın sağ cibindən 1 (bir) ədəd sellofan bükümdə olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə evdən aşkar edilərək götürülmüş ümumilikdə 19 (on doqquz) ədəd sellofan kəsiyi bükümündə olan narkotik vasitə heroinlərlə eynilik təşkil edən təmiz çəkisi 17,710 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 (bir) ədəd sellofan bükümdə olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə evdən aşkar edilərək götürülmüş ümumilikdə 13 (on üç) ədəd sellofan kəsiyi bükümündə olan psixotrop maddə metamfetaminlərlə eynilik təşkil edən təmiz çəkisi 7,527 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini təqdim etmiş, həmin narkotik vasitə və psixotrop maddələr ondan götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin istifadəçisidir və narkotik vasitələr marixuana və heroindən istifadə etmişdir. O, tutulmamışdan əvvəl Təqsirləndirilən şəxs2 evinə qonaq getmişdir. Həmin vaxt onun üzərində 2 (iki) dəfə istifadə etmək üçün marixuana olmuşdur. Həmçinin Babanın özündə də narkotik vasitə heroin olmuşdur. Sonra o, Babanın evində sonuncu ilə birlikdə inyeksiya yolu ilə narkotik vasitə heroin qəbul etmişdir. Onun gündəlik istifadə etdiyi narkotik vasitənin miqdarı adətən 0,2-0,3 qram olmuşdur. O, Baba ilə birlikdə Babanın yaşadığı evin həyətində oturub narkotik vasitəni qəbul edən zaman polislər hasardan həyətə basqın etmişlər və onları tutmuşlar. İlkin olaraq 2 (iki) polis əməkdaşı həyətə daxil olmuşdur. Sonradan polislərin sayı artmışdır. Hadisə yerində təqribən 5-10 polis əməkdaşı olmuşdur. Onun üzərindən biraz heroin və bir qədər də marixuana çıxmışdır. O, narkotik vasitələri Baba ilə bölüşmüş və Baba özündə olan heroindən ona vermişdir. O da Babaya marixuana vermişdir. Sonra polislər həm onu, həm də Babanı döymüşlər. Polislər onları külli miqdarda “malla” rəsmiləşdirmək üçün döymüşlər. Polis onu tutduqda, onun üzərində yarım qramdan da az heroin və 2 (iki) çet də marixuana olmuşdur. Onlar tutulduqları vaxt Babanın evində başqa narkotik vasitə və psixotrop maddə olmamışdır. Babanın evində masanın altına polislərdən biri bağlama qoymuşdur. O, bunu görmüşdür. Çünki polislər gələnədək Babanın evində elə bir bağlama olmamışdır. Polislər onları döymüşlər və işgəncə vermişlər. Onlar da nəticədə məcbur olub polislərin dediyi formada ifadə vermişlər. Polislər onları döyməklə külli miqdarda narkotik vasitələri onlara “yükləmək” istəmişlər. Onlar da buna etiraz etmişlər. Sonra polislərdən biri demişdir ki, ”biz dediyimizi etsəz, sizi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəyik”. Onlar da polislərə inanaraq razılaşmışlar. Amma müstəntiq sonradan onları aldatmış və hər ikisinə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, onun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin istifadəçisidir. O, uzun illərdir ki, marixuana və heroindən istifadə edir. İstintaq zamanı polislər onu döyərək etiraf ifadəsinə qol çəkdirmişlər. Onlar tutulduqları gün Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gəlmişdir. Həmin vaxt Anarda narkotik vasitə marixuana, onda isə narkotik vasitə heroin olmuşdur. Onlar birlikdə həmin narkotik vasitələrin bir hissəsini istifadə etmişlər. Onlar qalan narkotik vasitələri növbəti dəfə istifadə etmək üçün saxlamışlar. Polislər bir anda həyətin divarından tullanaraq evə girmişlər və onu qapının ağzında tutmuşlar. Sonra isə polislər onu yerə yıxmışlar. Hətta həmin vaxt onun ayağı kəsilmiş, əli isə əzilmişdir. O, bu barədə şikayət ərizəsi ilə müraciət də etmişdir. Lakin onun şikayətinə məhəl qoyan olmamışdır. Onun yaşadığı evdə masanın altına narkotik vasitəni polislər özləri ilə gətirmişlər. Həmin bağlama onun evində olmamışdır. Polislərdən biri bağlamanı masanın altına qoymuşdur. Həmin narkotik vasitə ona məxsus olmamışdır. Həmin bağlama onun olsaydı o, bağlamanı masanın altında deyil, evdə başqa yerdə gizlədərmiş. Polislər onun evinə basqın edib onları tutduqları zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Sadəcə həmin vaxt onun əlində iynə (şpris) olmuşdur. O, narkotik vasitəni inyeksiya yolu ilə istifadə etmişdir. O, metamfetamindən heç vaxt istifadə etməmişdir. Onun ürəyi xəstə olduğundan ona metamfetamindən istifadə etmək olmazmış. Buna görə də o, ancaq “kakosdan” istifadə etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətlarının olmaması ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətlarının olmaması barədə ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 iyun 2021 -ci il tarixdə, saat 15:00 radələrində ünvan 2-də qeydiyyatda olan və ünvan 1-da yaşayan Şahid6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı ilə əlaqədar o, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsində işləyən əməliyyat müvəkkili Şahid1 ilə birlikdə ünvan 1 ünvanının yaxınlığına getmişlər. Həmin gün saat təxminən 15:30 radələrində onlar həmin yerdə Şahid6 müəyyən etdikdən sonra sonuncuya yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onlar Şahid6 1-ci Polis şöbəsinə dəvət etmişlər. Şahid6 də onlara etiraz etməyərək onlarla birlikdə 1-ci Polis şöbəsinə getmişdir. Bundan sonra o, hadisə barədə raport yazaraq rəhbərliyə məruzə etmişdir. Sonra bu məsələ ilə əlaqədar araşdırmanın aparılması 1-ci Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayevə həvalə edilmişdir. Sonra Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində Şahid6 təhqiqatçı Şahin Mustafayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra dəvət edilmiş müdafiəçinin yanında təhqiqatçı Şahin Mustafayev tərəfindən Şahid6 əvvəlcə hüquq və vəzifələri izah olunmuş və sonuncuya video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Şahid6 üzərində qeyri-qanuni hər hansı əşya və predmet varsa təqdim etmək təklif edilmiş və Şahid6 əynindəki qara rəngli idman şalvarının sağ arxa cibində olan 2 (iki) ədəd siqaretin qara rəngli kağızına bükülmüş maddəni təqdim edərək həmin bükümlərdə narkotik vasitə hesab olunan “kakos” olduğunu, həmin narkotik vasitələri 15 iyun 2021-ci il tarixdə Türkan qəsəbə sakini Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 2 (iki) ədəd siqaret kağızına bükülmüş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və heç bir şikayət və ərizə daxil olmadığından həmin protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmış və müstəntiq tərəfindən təxirəsalınmaz axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Bundan sonra onlar Şahid6 narkotik vasitəni əldə etdiyi ünvana getmişlər. Həmin vaxt məlum olmuşdur ki, Şahid6 Təqsirləndirilən şəxs1 narkotik vasitəni Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsində yerləşən evində almışdır. Onlar Təqsirləndirilən şəxs2 yaşadığı evə yaxınlaşan zaman Təqsirləndirilən şəxs1 və ev sahibi Təqsirləndirilən şəxs2 evdə olmuşlar. Sonra onlar ev sahibi Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları ilə əlaqədar axtarış və götürmə aparılması məqsədilə təxirəsalınmaz qərar qəbul edildiyi bildirilmişdir. Təqsirləndirilən şəxs2 isə yaşadığı evdə axtarış və götürmə aparılmasına heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazaraq onlara təqdim etmişdir. Bundan sonra axtarışda iştirak etmələri üçün həmin yerə 2 (iki) nəfər hal şahidi dəvət edilmiş və sonuncuların iştirakı ilə evdə axtarış keçirilməyə başlanmışdır. Axtarış zamanı evin həyətyanı sahəsinə və evin otaqlarına bir-bir Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, dəvət olunmuş 2 (iki) nəfər hal şahidinin, əməliyyatçı Şahid3 və Şahid2 iştirakı ilə müstəntiq tərəfindən axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin əsas giriş qapısından girilən televizor olan qonaq otağındakı masanın altından 1 (bir) ədəd sellofan torbanın içində olan 19 (on doqquz) ədəd sellofan bükümdə narkotik vasitə heroin, 13 (on üç) ədəd xırda siqaretin gümüşü bükümlərində psixotrop maddələr, 1 (bir) ədəd kibrit qutusunda qurudulmuş marixuana, 2 (iki) ədəd şpris, 1 (bir) ədəd limon duzu, 1 (bir) ədəd ampula və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində qanunla qadağan olunmuş əşya, maddə və ya predmet varsa təqdim etmələri təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 əvvəlcədən əynində olan qara rəngli şalvarın sağ yan cibinə öz şəxsi istifadəsi üçün qoyduğu 2 (iki) ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və bükümlərin birində heroin, digər bükümdə isə metamfetamin olduğunu və qeyd edilən vasitələri öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra bu barədə müstəntiq tərəfindən protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 sorğu-sual zamanı həmin narkotik vasitələri Təqsirləndirilən şəxs1lə birlikdə 450 manat pulun müqabilində internet vasitəsi ilə tanış olduqları və əvvəllər tanımadıqları Mahir adlı şəxsin “Xalqlar dostluğu” metrosunun yanında yerləşən “Ağ Çiçəyim’’ gül mağazasının yanında gizlətdiyi yerdən götürüb əldə etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2, həmçinin üzərində heç bir qanunsuz maddə və əşya olmadığını da bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 iyun 2021-ci il tarixdə, saat 15:00 radələrində ünvan 2 ünvanda qeydiyyatda olan, ünvan 1-da yaşayan Şahid6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar o, Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə ünvan 1 ünvanının yaxınlığına getmişdir. Həmin gün təxminən saat 15:30 radələrində onlar həmin yerdə Şahid6 müəyyən etdikdən sonra sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və yaxınlaşdıqları şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Sonra onlar yaxınlaşdıqları şəxsi 1ci Polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs də onlara etiraz etməyərək onlarla birlikdə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə getmişdir. Bundan sonra o, hadisə barədə raportla rəhbərliyə məruzə etmişdir. Bununla əlaqədar araşdırmanın aparılması Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayevə həvalə edilmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Şahin Mustafayev tərəfindən Şahid6 şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə təhqiqatçı Şahin Mustafayev tərəfindən Şahid6 əvvəlcə hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq Şahid6 üzərində qeyri-qanuni hər hansı əşya və predmet varsa təqdim edilməsi təklif edilmiş və Şahid6 əynindəki qara rəngli idman şalvarının sağ arxa cibində olan 2 (iki) ədəd siqaretin qara rəngli kağızına bükülmüş maddəni təqdim edib həmin maddənin narkotik vasitə “kakos” olduğunu, həmin narkotik vasitəni 15 iyun 202-ci il tarixdə Türkan qəsəbəsində həmin kəndin sakini Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün 20 manata aldığını və şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 2 (iki) ədəd siqaret kağızına bükülmüş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun xalası oğludur. O, Anardan narkotik vasitə almamışdır. O, tutulan vaxt müstəntiqə də Anardan narkotik vasitə almadığını bildirmişdir. Lakin müstəntiq onu dinləməmiş və ona hədə-qorxu gələrək demişdir ki, “ad ver”. O da narkotik vasitəni Emin adlı şəxsdən aldığını demişdir. Lakin sonra polis əməkdaşları onu döymüşlər. Hətta o, aldığı zərbələrdən görmə qabiliyyətini də xeyli itirmişdir. O, narkotik vasitələri Anardan aldığını deməmişdir. Sonra müstəntiq ona demişdir ki, “sən ad verməsən, səni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə “yükləyəcəyik”. Bundan sonra o, üzərindən aşkar edilmiş narkotik vasitəni əvvəllər məhkum olunmuş xalası oğlu Təqsirləndirilən şəxs1 aldığını demişdir. Amma o, heç vaxt Anardan və Babadan narkotik vasitə və psixotrop maddə almamışdır. İbtidai istintaq zamanı o, məcburiyyət altında qalaraq Anarın adını vermişdir. Bu səbəbdən də o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. O, nə Anardan, nədə ki, Babadan heç vaxt narkotik vasitə almamışdır. Polislər onu tutduqdan sonra onu vurub gözünü də kor etmişlər və bundan sonra məcbur edərək sənədləri imzalatdırmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 evinə polislər tərəfindən baxış keçirilən zaman həmin prosesdə hal şahidi qismində iştirak etmişdir. Həmin vaxt Babanın evində Anar da olmuşdur. O, Babanın evinə könüllü şəkildə gəlməmişdir. O, Bəhruzun evində olmuşdur. Onu və Bəhruzu polislər sonuncunun evindən götürərək Babanın yaşadığı evə aparmışlar. Sonra polislər onu və Bəhruzu məcburi şəkildə Babanın yaşadığı evin həyətində saxlamışlar. Baba və Anar onun və Bəhruzun yanında tutulmamışdır. Polislər onları Babanın evinə baxış keçirilməsi prosesində iştirak etmək üçün aparanda artıq Baba və Anar polislər tərəfindən saxlanılmış və sonuncuların əlləri qandallı vəziyyətdə olmuşdur. O, Anar və Bəhruz tutulduqdan sonra sonuncuları görmüşdür. O, başqa heç bir hadisənin şahidi olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 8) görünür ki, Şahid6 narkotik vasitələri yaşadığı evdə qanunsuz şəkildə saxlamasını ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 14) görünür ki, həmin gün Şahid6 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23-24) görünür ki, həmin gün Şahid6 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında qərardan (cild 1, iş vərəqə 30) görünür ki, Şahid6 üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli şəxsi axtarış, baxış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan (cild 1, iş vərəqə 32-33) görünür ki, həmin gün Şahid6 üzərində şəxsi axtarış keçirilərkən o, əynindəki qara rəngli idman şalvarının sağ arxa cibindən qara rəngli siqaret kağızına bükülmüş 2 (iki) bükümdə spesifik iyə malik olan narkotik vasitəyə oxşar tünd qəhvəyi rəngli kütləni təqdim edərək həmin vasitənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 43) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə birgə istintaq-əməliyyat qrupunun yaradılması, habelə Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli təxirəsalınmaz axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 46) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsində yerləşən Təqsirləndirilən şəxs2 məxsus olan fərdi yaşayış evində axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 48) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli axtarış, baxış və götürmə keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 49-61) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsində yerləşən Təqsirləndirilən şəxs2 məxsus fərdi yaşayış evində axtarış keçirilmiş və axtarış zamanı qonaq otağındakı masanın altından 1 (bir) ədəd sellofan torbanın içərisində, ayrı-ayrılıqda 19 ədəd bükümdə açıq qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə oxşar maddələr, 13 ədəd bükümdə kristal formalı ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddələr, 1 (bir) ədəd kibrit qutusunda bitki mənşəli narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, 2 (iki) ədəd şpris iynəsi, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd şüşə ampula və 1 (bir) ədəd polietilen paketdə limon duzuna oxşar maddə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 64) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 80-81) görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 85-86) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 94-95) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 100- 101) görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2464 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 115-117) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Vət.Şahid6 aşkar olunaraq götürülmüş...” sözləri olan 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qram, 0,125 qram, ümumi təmiz çəkisi 0,323 qram olan qəhvəyi rəngli tozşəkilli madələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/565, 6/2472 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 121-125) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 43” dairəvi möhür əksi olan, üzərində “Təqsirləndirilən şəxs2 evində axtarış zamanı həmin evdə qonşusu Təqsirləndirilən şəxs1 üzərindən .... 2 (iki) ədəd sellofan bükümdə....” yazı və imzalar olan zərfə təmiz çəkisi 17,710 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 7,527 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Vət.Təqsirləndirilən şəxs2 ... evindən axtarış zamanı narkotik vasitələrə bənzər maddələr” yazı və imzalar olan zərfdə içərisi boş 2 ml həcmində şprisin, qara rəngli elektron tərəzinin və 1 (bir) ədəd baş hissəsi qırılmış “HOBOKAUN” yazılan şüşə ampulanın içərisində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Zərfdə olan təmiz çəkisi 5,0 qram olan ağ rəngli kristalşəkilli maddə narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrə aid deyildir. Zərfdə olan 19 ədəd sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,298 qram, 0,350 qram, 0,320 qram, 0,145 qram, 0,339 qram, 0,397 qram, 0,371 qram, 0,127 qram, 0,381 qram, 0,220 qram, 0,173 qram, 0,170 qram, 0,292 qram, 0,117 qram, 0,356 qram, 0,334 qram, 0,203 qram, 0,340 qram və 0,152 qram olmaqla, ümumi çəkisi 5,085 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 13 ədəd gümüşü kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmzi çəkisi 0,036 qram, 0,012 qram, 0,041 qram, 0,029 qram, 0,013 qram, 0,021 qram, 0,012 qram, 0,012 qram, 0,027 qram, 0,032 qram, 0,027 qram, 0,033 qram, 0,028 qram olmaqla, ümumi çəkisi 0,323 qram olan ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamin və təmiz çəkisi 2,172 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İki ədəd zərfdə olan ümumi sayı 20 ədəd heroin bükümləri öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə bir-biri ilə eyni, ümumi sayı 14 büküm olan metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə bir-biri ilə eynilik təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 155-156) görünür ki, həmin gün Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 171-173) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 190-192) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-247/2021 saylı qərarından (cild 1, iş vərəqə 207-211) görünür ki, həmin gün Şahid6 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-246/2021 saylı qərarından (cild 1, iş vərəqə 212-217) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-244/2021 saylı qərarından (cild 1, iş vərəqə 218-223) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyun 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5(003)-217/2021 saylı qərarından (cild 1, iş vərəqə 250) görünür ki, 17 iyun 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyun 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5(003)-218/2021 saylı qərarından (cild 1, iş vərəqə 251-253) görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında 17 iyun 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi Ambulator X1 2812 saylı rəyindən (cild 2, iş vərəqə 25-26) görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Əraz narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi Ambulator X1 2813 saylı rəyindən (cild 2, iş vərəqə 27-28) görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Əraz narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 9-10) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə isə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madddəsi ilə təqsirli bilinmiş, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, 03 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən (02 ay 27 gün) vaxtından əvvəl şərti azad olunmuş və 30 noyabr 2020-ci il tarixdə onun cəza müddəti başa çatmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 11) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş, lakin onun üzərində ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3476 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 33-35) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tədqiqat obyekti № 75-Ekspert Rəyi 7/565-6/2472” yazı və imzalar olan paketdə 20 büküm heroin üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tədqiqat obyekti № 67-Ekspert Rəyi 6/2464” yazı və imzalar olan paketdə 2 büküm heroin ilə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 80-95) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə yeni məzmunlu ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Şahid6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş ümumi təmiz çəkisi 22,795 qram olan narkotik vasitə heroinin və ümumi təmiz çəkisi 7,85 qram olan psixotrop maddə metamfetaminin, təmiz çəkisi 2,172 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, 2 ml şprisin, 1 (bir) ədəd baş hissəsi qırılmış üzərində “Hobokaun” yazılan içərisində narkotik vasitə heroinin izləri olan şüşə ampulanın və 1 (bir) ədəd qara rəngli elektron tərəzinin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 22,195 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 7,710 qram təşkil edən psixotrop maddə metamfetaminin, qalıq çəkisi 2,122 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın saxlanılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 105-107) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2021-ci il tarixli arayışdan (cild 2, iş vərəqə 59) görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanda qeydiyyatdadır və onun ailə üzvləri arvadı X6 və 2010-ci il təvəllüdlü qızı X8 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2021-ci il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 60) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2021-ci il tarixli arayışdan (cild 2, iş vərəqə 64) görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanında qeydiyyatdadır və onun ailə üzvləri arvadı X2, qızları 2005-ci il təvəllüdlü X3, 2007-ci il təvəllüdlü X4 və 2013-cü il təvəllüdlü X7 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2021-ci il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 65) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-400/2021 saylı qərarından (cild 2, iş vərəqə 156-160) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 06 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 oktyabr 2021-ci il tarixli Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-401/2021 saylı qərarından (cild 2, iş vərəqə 161-165) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 06 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2021-ci il tarixli Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-544/2021 saylı hökmündən (cild 2, iş vərəqə 234-242) görünür ki, Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2003-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 66) görünür ki, Təqsirləndirilən şəxs2 ilə X9 arasında nikah bağlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər, o cümlədən onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittiham bütövlükdə mübahisələndirildiyindən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış hər bir sübuta ayrı-ayrılıqda hüquqi qiymət verilməli, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın mahiyyətinə izah verilməli, eləcə də təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllər toplanmış sübutlar əsasında qarşılıqlı şəkildə təhlil edilməlidir. Belə ki, qeyd edilən məsələlər həll edilmədən təqsirləndirilən şəxslərin əməllərinin tövsif edilməsi məsələsinin həll edilməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan sübutları və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri mövcuddur. Belə ki, məhkəmə istintaqında araşdırılmış obyektiv sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmişlər, həmin narkotik vasitələri və psixotrop maddələri saxlamaqla daşımışlar, bundan başqa, Təqsirləndirilən şəxs1 narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin alqı-satqısı ilə məşğul olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadıqlarını, onlara qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu, tutularkən polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqlarını, Təqsirləndirilən şəxs2 yaşadığı evdə masanın altında aşkar edilmiş sellofan torbanın və həmin torbanın içərəsində olan vasitənin onlara məxsus olmadığını, masanın altında aşkar edilmiş sellofan torbanın və həmin torbanın içərisində olan narkotik vasitələrin və psixotrop maddələrin polis əməkdaşları tərəfindən masanın altına qoyulduğunu iddia etsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər belə məzmunda ifadə verməklə, o cümlədən onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirməklə cinayət məsuliyyətindən yayınmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Cinayət işinin materiallarından görünür ki, əməliyyat-axtarış tədbirləri əvvəlcə Şahid6 barəsində keçirilmişdir. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid6 17 iyun 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və onun üzərindən 2 (iki) ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu-sual zamanı Şahid6 17 iyun 2021-ci il tarixdə üzərindən aşkar olunmuş 2 (iki) ədəd bükümdə olan narkotik vasitə heroini Türkan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı evdə Təqsirləndirilən şəxs1 20 (iyirmi) manata aldığını bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsinə əsas Şahid6 onlara qarşı vermiş olduğu ifadəsi, yəni üzərindən aşkarlanmış 2 (iki) ədəd bükümdəki narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 evində Təqsirləndirilən şəxs1 alması olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bundan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməllərinin ifşa edilməsi və yaxalanması istiqamətindənövbəti əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə polis əməkdaşları Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı evdə olmuşlar. Sonra Təqsirləndirilən şəxs2 yaşadığı evdə axtarış istintaq hərəkəti keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs2 evinin qonaq otağındakı masanın altından 1 (bir) ədəd sellofan torba aşkarlanmışdır. Həmin sellofan torbanın içərisində 19 ədəd bükümdə narkotik vasitə heroin, 13 ədəd bükümdə psixotrop maddə metamfetamin, habelə 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) ədəd şpris, 1 (bir) ədəd bağlamada limon duzu, 1 (bir) ədəd ampula və 1 (bir) ədəd elektron tərəzi olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. İbtidai istintaq zamanı Şahid6 ifadə verərkən üzərindən aşkar olunmuş 2 (iki) ədəd bükümdə narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 aldığını etiraf etəsə də, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini tam şəkildə təkzib edərək üzərindən aşkar edilmiş narkotik vasitə heroini xalası oğlu Təqsirləndirilən şəxs1 deyil, Emin adlı şəxsdən aldığını bildirmişdir. Belə ki, Şahid6 məhkəmə istintaqı zamanı ifadə verərkən Təqsirləndirilən şəxs1 onun xalasının oğlu olduğunu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitə almadığını, tutulduqdan sonra polis əməkdaşlarının təzyiqi altında üzərindən aşkarlanmış narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Həmçinin Şahid6 bildirmişdir ki, onun barəsində olan cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində mahiyyəti üzrə baxılarkən o, eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs1 onun xalasının oğlu olduğunu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitə almadığını, tutulduqdan sonra polis əməkdaşlarının təzyiqi altında üzərindən aşkarlanmış narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Məhkəmə Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və belə hesab edir ki, o, məhkəmə istintaqında inkaredici məzmunda ifadə verməklə onunla eyni kənddən olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmasına nail olmaq istəmişdir. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Şahid6 barəsində olan cinayət işi üzrə keçirilmiş məhkəmə istintaqında verdiyi ifadəsində üzərindən aşkar olunmuş 2 (iki) ədəd bükümdə olan narkotik vasitə heroini məhz Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Şahid6 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair cinayət işi üzrə keçirilmiş məhkəmə iclasında tamamilə fəqrli məzmunda ifadə verməklə bir daha onunla eyni kənddən olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmasına nail olmaq istəmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Məhkəmə istintaqında ayrı-ayrılıqda ifadə vermiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddə satmadıqlarını iddia etsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin bu hissədə verdikləri ifadələri həqiqəti əks etdirmir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışlar, bundan başqa, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər, başqa sözlə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışlar. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 evli olmaqla, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirə şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, habelə Təqsirləndirilən şəxs2 evli olmaqla, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan və 1 (bir) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onların hər birinə nisbətdə cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin residivi (sadə residiv) müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madddəsi ilə təqsirli bilinməsinə və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, habelə 03 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq, başqa sözlə, dövlət tərəfindən ona güzəşt edilməsinə baxmayaraq, az ağır cinayət törətməyə görə üzərində ödənilməmiş məhkumluğu olduğu halda yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin sadə residivini təşkil edir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə Təqsirləndirilən şəxs2 nisbətdə daha ağır cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə (sadə) görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Məhkəmə qeyd edilənləri bir daha məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına uyğun şəkildə ağlabatan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, habelə Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və onların cəzasının əvvəli onların hər birinin tutulduğu vaxtdan, yəni 17 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 11 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin cinayət işində olan 11 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 22,195 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 7,710 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 2,122 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) dədə şpris, 1 (bir) ədəd baş hissəsi qırılmış üzərində “Hobokaun” yazılan içərisində narkotik vasitə heroinin izləri olan şüşə ampula və 1 (bir) ədəd qara rəngli elektron tərəzi məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 259 (iki yüz əlli doqquz) manat 22 (iyirimi iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 259 (iki yüz əlli doqquz) manat 22 (iyirimi iki) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 22,195 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 7,710 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 2,122 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) dədə şpris, 1 (bir) ədəd baş hissəsi qırılmış üzərində “Hobokaun” yazılan içərisində narkotik vasitə heroinin izləri olan şüşə ampula və 1 (bir) ədəd qara rəngli elektron tərəzi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 259 (iki yüz əlli doqquz) manat 22 (iyirimi iki) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1759/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1759/2021
13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver