Məhkəmə qərarları › İş №1(101)-1759/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1759/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1759/2023 19.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X6 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X2 və Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları - X4 və Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala rayonu, Neftçala şəhəri, Aşağı Surra kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən fərdi evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxt və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan «Samir» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncudan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda təmiz çəkisi 3,242 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış və Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 00:30-da Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən «Çempion» adlanan kafenin yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 02:30-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli jaketin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 3,242 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, o, heç vaxt narkotik vasitə istifadə etməmişdir.Yaşadığı evə polis əməkdaşı gəlmiş və onun ailə üzvlərinə mobil nömrə verərək qeyd etmişlər ki, o evə gələn zaman həmin mobil nömrə ilə əlaqə saxlasın. O da öz növbəsində evə gələn kimi polis əməkdaşı ilə əlaqə saxlamış və haraya gəlməli olduğunu onlardan soruşmuşdur. O, həmin polis bölməsinə könüllü şəkildə özü getmişdir. Polis bölməsində ona narkotik vasitənin satışı ilə bağlı ittiham olunduğu bildirilmişdir. Onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə rəsmiləşdiriləcəyini və bununla bağlı sənədlərə imza atmağını, imza atmayacağı təqdirdə isə homoseksuallar çağıracaqlarını və onlarla birlikdə şəkillərini sosial şəbəkələrdə paylaşılacağını bildirərək ona qarşı psixi təsir və təzyiq etmişlər. O polislərin dedikləri ilə razılaşmamış və polis əməkdaşlarına bildirmişdir ki, Xocasən camaatı onu tanıyır, onun narkotik maddələrin dövriyyəsi ilə məşğul olmağına inanmayacaqlar. Bundan sonra isə polis əməkdaşları onun tərəfindən həmin sənədlərə imza atmayacağı təqdirdə eyni zamanda qonşusunun ona evinə polis gəlməsi ilə bağlı məlumat verdiyi üçün qonşusunu da həbs edəcəklərini bildirmişlər və sonuncunu polis bölməsinə gətirmişlər. O, homoseksuallarla şəkillərinin yayılacağı təqdirdə biyabır olacağını, eyni zamanda ona görə qonşusunun həbs ediləcəyi təqdirdə vicdan əzabı çəkəcəyini düşünərək göstərilən sənədlərə qol çəkmişdir. Polislər tərəfindən ona qarşı yalnız psixi təsir və təzyiq olmuş, hər hansı fiziki təzyiq göstərilməmişdir. Onu “Çempion” adlı kafenin yanında saxlamamışlar. O, ümumiyyətlə, həmin ərazini tanımır və həmin yerlə yaşadığı ünvan arasındakı məsafənin nə qədər olduğunu bilmir. Polis əməkdaşlarının ona qarşı qərəzli münasibətlərinin səbəbini bilməmiş, onlarla hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Daha sonra polis əməkdaşları onu aldadaraq bildirmişlər ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcək və səhərisi gün o, azadlığa buraxılacaqdır. Qeyd edilən səbəblərə görə o, ilkin olaraq müvafiq sənədlərə qol çəkmişdir. O, müdafiəçinin nə vaxt polis bölməsinə gəldiyini bilməmiş və həmin müdafiəçini ümumiyyətlə tanımamışdır. Müdafiəçi gələnə qədər onun ifadəsi alınmamış və hər hansı bir sənədlərə imza etmək təklif edilməmişdir. Polis bölməsində ona qarşı edilmiş təhdidlərlə bağlı müdafiəçisinə məlumat vermək imkanı olmamışdır. Videoçəkiliş onun müdafiəçisi gəldikdən sonra keçirilmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, videoçəkliş aparılan zaman o, qeyd edilən narkotik vasitənin ona məxsus olduğunu və həmin maddənin “Samir” adlı tanımadığı şəxsdən xəstəliyi ilə əlaqədar aldığını bildirsin. Videoçəkiliş bir neçə dəfə aparılmışdır. Əvvəlcə narkotik vasitəni polis əməkdaşı onun cibinə qoymuş, daha sonra isə həmin maddəni özü götürərək cibinə qoymuşdur. Videoçəkiliş zamanı otaqda o, təhqiqatçı və digər iki nəfər polis əməkdaşı olmuş, müdafiəçisi isə videoçəkiliş zamanı iştirak etməmişdir. Ertəsi gün onu müvəqqəti saxlama yerinə, oradan da polis idarəsinə gətirmişlər. O, həmin vaxt polis idarəsində ona təqdim olunan sənədlərə imza etməkdən imtina etmişdir. Bundan sonra onu prokurorluğa, daha sonra isə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparmışlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə özünə məxsus deyil. Belə ki, 31 mart 2023-cü il tarixdə saat 00:30 radələrində polis əməkdaşları tərəfindən Binəqədi RPİ-nin 40-cı polis bölməsinə çağırılmışdır. Bölməyə getdiyi zaman, ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməklə bağlı saxlanılacağını və video çəkiliş zamanı, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını və həmin maddəni Samir adlı şəxsdən almış olduğunu bildirmək lazım olduğunu demişlər. İlk öncə o, polis əməkdaşları ilə razılaşmamış, lakin, polis əməkdaşları ona bölməyə homoseksuallar çağıracaqlarını və onlarla birlikdə şəkillərini çəkərək yayacaqlarını, eyni zamanda qonşusunun ona evinə polis gəlməsi ilə bağlı məlumat verdiyi üçün qonşusunu da həbs edəcəklərini bildirmişlər. O, homoseksuallarla şəkillərinin yayılacağı təqdirdə biyabır olacağını, eyni zamanda ona görə qonşusunun həbs ediləcəyi təqdirdə vicdan əzabı çəkəcəyini düşünərək polis əməkdaşları ilə razılaşmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus deyil, narkotik vasitələrin istifadəçisi deyil eyni zamanda satışı ilə də məşğul olmamışdır. (Cild 1, iş vərəqi 102-103) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi xidməti zərurətlə əlaqədar tanıyır, onunla və digər proses iştirakçıları ilə qohumluq münasibətləri, eyni zamanda, düşmənçiliyi və ədavəti yoxdur. Daxili İşlər Nazirliyinin Binəqədi RPİ-nin 40-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 31 mart 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq onun qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi və satışı ilə məşğul olması barədə şübhəli olduğunu bildirmiş, onu Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Onun üzərinə təhqiqatçının otağında videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd bükümdə narkotik vasitəni özü könüllü şəkildə təqdim etmişdir. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi, daşıması və satışı ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri konkret olaraq hər hansı şəxsə satması ilə bağlı fakt mövcud olmamışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Onu Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yolunda yerləşən “Çempion” kafesinin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitəni “Samir” adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. O, tərəflərindən saxlanılan vaxt tabesizlik nümayiş etdirməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən 31 mart 2023-cü il tarixdə gecə saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində saxlanılmış, onu Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. O saxlanılan vaxt tək olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı vaxt “Çempion” kafesinin ətrafinda başqa adamlar olmamışdır. O, tutulan vaxt ondan üzərində narkotik vasitənin olub-olmadığını soruşmamışlar. Videoçəkiliş zamanı o, sahə inspektoru Şahid2, təhqiqatçı, ekspert və Təqsirləndirilən şəxs iştirak etmişdir. Videoçəkiliş cəmi bir dəfə keçirilmiş, həmin görüntülərə baxılmış və etiraz olmamışdır. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olduğu zaman, ona xx.xx.1970-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala rayonu, Neftçala şəhəri, Aşağı Surra kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq, satış məqsədi ilə narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-nin 40-cı PB-nin sahə rəisi, polis baş leytenantı Şahid2la birlikdə xx.xx.2023-cü il tarixdə saat 00:30-da Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən «Çempion» adlanan kafenin yaxınlığına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq, sonuncuya narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama, satma və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 40-cı PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlarla birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getmişdir. Yol boyu həmin şəxin üzərində olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı İlkin İsmayılova həvalə olunmuşdur. Bölmədə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli jaketin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu və həmin maddəni Abşeron rayonu, Qobu qəsəbəsində «Samir» adlı şəxsdən 40 manat müqabilində bədənində ağrılar olduğu üçün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra bütün iştirakçılar tərfindən həm zərf, həm də protokol imzalanmışdır. (Cild 1, iş vərəqi 114-115) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 2023-cü il tarixdə gününü dəqiq xatırlamasa da mart ayının ya 28 ya da 29-u saat 03:00-da qapıda polis maşınının dayandığını görmüşdür. Polis əməkdaşları onu maşınlarına dəvət etmiş və köhnə məscidin yanına aparmışlar. O, həyətə girən kimi təxminən 20 nəfər polis əməkdaşını həyətdə görmüşdür. Onların içərisində kəndin sahə müvəkkili də olmuşdur. O, Təqsirləndirilən şəxs hacı, ruhani olduğunu və həmin evdə yaşamadığını bildirmişdir. Polislər ona Siyasəti axtarmalarının səbəbini deməmişlər və onu Siyasətin qudası olduğu üçün özləri ilə gətirdiklərini bildirmişlər. Həmin polislər Neftçala rayon polis idarəsinin əməkdaşları olmuşlar. Həmin gündən 2 gün sonra Təqsirləndirilən şəxs tutulmuşdur. O, heç vaxt Təqsirləndirilən şəxs hər hansı narkotik vasitədən istifadə etdiyinin şahidi olmamışdır. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə saat 10:00-da gəlinləri və qardaşı arvadı Xocasəndə yerləşən evlərində olmuşlar. Qapı döyülmüş və qardaşı arvadı qapını açmışdır. Bu zaman 4 nəfər mülki geyimli şəxsin gəldiyini görmüşdür. Onlar Təqsirləndirilən şəxs soruşmuşlar, o isə cavabında Siyasətin evdə olmadığını bildirmişdir. O Təqsirləndirilən şəxs mobil telefonuna zəng etmiş, lakin ona zəng çatmamışdır. O, qonşuları Asəf Hüseynova zəng etmişdir. Hal-hazırda Asəf Hüseynov da həbs edilmişdir. Polislər davamlı olaraq axşama kimi evə gedib-gəlmişlər. Təxminən axşam saat 22-23 radələrində qapı yenidən döyülmüş və o qapını açarkən qapıda çoxlu sayda şəxslərin olduğunu görmüşdür. Neftçala rayon polis idarəsinin bir nəfər əməkdaşı və Binəqədi RPİnin 40-cı PB-nin “Renat” adlı əməkdaşı evdə axtarış etmişlər. Bundan sonra Renat ona mobil nömrə verərək Siyasətin onunla əlaqə saxlamasını bildirmişdir. Ertəsi gün yenidən polis əməkdaşı ona zəng etmiş, lakin o Siyasətin hələ də evə gəlmədiyini, gələcəyi təqdirdə onunla əlaqə saxlayacağını bildirmişdir. Polislər Siyasəti hansı səbəbə axtardıqlarını ona bildirməmişlər. 30 mart 2023-cü il tarixdə “Şam” namazından sonra Siyasət evə gəlmiş və ona durumu izah etmişdir. O, özü şəxsən Renata zəng vuraraq hacının (Siyasətin) haraya gəlməli olduğunu soruşmuşdur. Renat əvvəlcə Siyasətin Binəqədi RPİ-nin 40-cı PB-nə gəlməsini bildirmişdir. Daha sonra o, Siyasətin 2 mərtəbə aralığı adlanan yerə gəlməli olduğunu söyləmişdir. Renat daha sonra ona yenidən zəng vuraraq Siyasətin 10-15 (on-on beş) dəqiqə gecikməsini bildirmiş, o isə Renata Siyasətin artıq evdən çıxdığını söyləmişdir. Siyasətdən bir müddət xəbər çıxmadığı üçün ertəsi gün saat təxminən 11 radələrində o, bacısı oğlunu Binəqədi RPİ-nin 40-cı PB-nə göndərmişdir. O, isə bölmədə təsadüfən hacını (Siyasəti) gördüyünü bildirmişdir. Siyasəti Nərimanov rayonunda yerləşən müvəqqəti saxlanma yerinə aparmışlar. Daha sonra hacını (Siyasəti) xəstəliyi olduğu üçün Bakı İstintaq Təcridxanasından X1 yerləşdirmişlər. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə baldızı Turəgilə getmişdir. Qapı döyülmüş, və o qapını açarkən orada 4 nəfər şəxsin olduğunu görmüşdür. Həmin şəxslər onlardan hacını (Siyasəti) soruşmuşlar. Axşam evə daha çox adam gəlmişdir. Əvvəl gələn 4 nəfər şəxs də onların içərisində olmuşlar. Polislər Turəyə nömrə verərək Siyasət gəldikdə onunla əlaqə saxlamasını bildirmişlər. Siyasət evə gələn kimi durumu ona izah etmişlər. Daha sonra baldızı yəni, Turə həmin polis əməkdaşına zəng vurmuşdur. O, isə hacının (Siyasətin) 2 mərtəbə deyilən yerə gəlməsini bildirmişdir. Təxminən 15-20 (on beş-iyirmi) dəqiqə keçdikdən sonra qapı döyülmüş, o, qapını açdıqda “Renat” adlı şəxsi görmüşdür. Renat baldızından telefon istəmiş, o da vermişdir. O, Siyasətin tutulduğu anı görməmiş, yalnız sonradan onun tutulduğunu eşitmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Binəqədi RPİ 40-cı PB-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-5) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 00:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən «Çempion» adlanan kafenin yaxınlığında saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-ə gətirilmişdir. (Cild 1, iş vərəqə 7) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 17-19) 31 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli jaketin ön sağ yan cibindən içərisində qəhvəyi rəngli, toz şəkilli spesifik qoxuya malik olan narkotik maddəyə bənzər maddə olan ağ rəngli 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu bildirib, bükümü könüllü olaraq təqdim etmişdir. Həmin heroini o, Abşeron rayonu, Qobu qəsəbəsində «Samir» adlı şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə qablaşdırılaraq möhürlənmişdir. (Cild 1, iş vərəqə 29-31) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1882 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Zərflər üçün №234» dairəvi möhür əksi olan «imza Bağırov C...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,242 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Cild 1, iş vərəqə 38-42) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 57-58) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 80-84) xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokollar və ona əlavə edilmiş CD disklər, ekspert rəyləri, maddi sübut və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 139-144) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur .(Cild 1, iş vərəqə 89) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, ümumiyyətlə üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını söyləmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman qeydə alınmış videoçəkilişdə narkotik vasitələrin özünə məxsus olması kimi etirafedici ifadələr verməsinin səbəbini polis əməkdaşları tərəfindən ona qarşı psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Bakı şəhəri Nərimanov rayon prokurorluğuna sorğu ünvanlamış, xx.xx.2023-cü il tarixli 1270xid-23 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hər hansı psixi və ya fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polis bölməsində hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməməsi müəyyən edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa iş üzrə şahidlər Şahid2 və Şahid1 məhkəmədə dindirilərkən onlara verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir və təzyiq edilmədiyini bildirmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti protokolunun məzmunundan, həmin istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən CD diskdən, həmçinin təhqiqat araşdırması dövründə müdafiəçisinin iştirakı ilə vermiş olduğu izahatından (Cild 1, iş vərəqi 44-45) da görünür ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitə olan heroinin ona məxsus olduğunu, həmin maddəni polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl “Samir” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin ibtidai istintaq dövründə verdiyi sonuncu ifadəsində Təqsirləndirilən şəxs həm şübhəli, həm təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən imtina edərək, həmin ifadələrin barəsində psixi təzyiq tətbiq ediləcəyi hədəsinə məruz qaldığı üçün tərəfindən verildiyini, eləcə də videoçəkilişlə qeydə alınması üsulu ilə barəsində şəxsi axtarış istintaqı hərəkəti keçirilməsinə və narkotik vasitə heroin təqdim etməyə razı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında da bir daha eyni məzmunlu ifadə verərək göstərmişdir ki, polis əməkdaşları ona bölməyə homoseksuallar çağıracaqlarını və onlarla birlikdə şəkillərini çəkərək yayacaqlarını söyləmiş, həmçinin qonşusunun ona evinə polis gəlməsi ilə bağlı məlumat verdiyi üçün qonşusunu da həbs edəcəkləri barədə hədə qorxu yolu ilə ona psixi təsir edildiyini göstərərək şəxsi axtarış istintaq hərəkəti keçirilməsi zamanı təqdim etdiyi narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, istintaq protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Bundan başqa sonradan keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroini əldə etmə mənbəyi, hansı şəxslərə narkotik vasitə satmağa cəhd etməsi, hansı şəxslərin onunla bu sahədə alış-veriş etməsinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda təmiz çəkisi 3,242 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli jaketin ön sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 3,242 qram olan qəvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittiham üzrə həmin maddələrdə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlləri satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə iş üzrə əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələrinə münasibətdə isə qeyd edir ki, həmin şəxslərlə Təqsirləndirilən şəxs arasında qohumluq münasibətləri vardır. Belə ki, X9 təqsirləndirilən şəxsin həyat yoldaşı, X13 təqsirləndirilən şəxsin qudasıdır. Həmçinin Təqsirləndirilən şəxs isə X5 bildirməsinə görə onun baldızının əridir. Belə olan halda təqsirləndirilən şəxslə qohumluq münasibətləri olan həmin əlavə şahidlərin öz ifadələrində həqiqətə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş və onun lehinə ifadə vermələri məntiqəuyğun və ağlabatandır. Məhkəmədə iş üzrə dindirilmiş yuxarıda adları qeyd edilən əlavə şahidlərin ifadələri iş materialları, işin faktiki halları, dindirilmiş şahid ifadələri və digər sənədlərlə təkzib olunmuşdur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl cinayətlərin təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: ""Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 31 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3,192 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2497 №li rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Bağırov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 125-126) CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3,192 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar