Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1759/2025 11.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçilər: X2 və X1 iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 7,669 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xeyli miqdarda 1,670 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla 10 iyun 2025-ci il tarixdə ünvan 2 ünvanının qarşısına daşımış, 10 iyun 2025-ci il tarixdə saat 03:50-də Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan qara rəngli çantadan 01 ədəd siqaret qutusunun içərisindən 01 ədəd bükümdə külli miqdarda olmaqla təmiz çəkisi 7,669 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə xeyli miqdarda olmaqla təmiz çəkisi 1,670 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır: Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, adətən “Yaşıl bazar”da fəhləlik edir, tutulduğu gün saat 3-4 radələrində də orada olmuşdur. O, səkinin yanındakı şam ağacının altında paket tapmış, paketin içinə baxanda metamfetamin olduğunu görmüşdür. Daha sonra yanından avtomobil keçəndə bir nəfər ona baxmış, onu çağırmışlar və iki nəfər şəxsin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər onda nə olduğunu soruşmuş, o da metamfetamin olduğunu bildirmiş və onlara təqdim etmişdir. O, həmin şəxslərlə avtomobilə oturmuş, ondan nə işlədiyini soruşmuşlar. O, dostuna zəng etmək istəsə də, ona zəng etməyə şərait yaratmamışlar. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, polis əməkdaşları ona hər hansı bir fiziki və ya psixi təzyiq göstərməmişlər. Paketin içinə baxanda o, falqaların içində olan maddələri görmüş, həmin maddələrin nə olduğunu anlamış, tapdığı paketi kimin oraya qoyduğunu bilməmişdir. O, dörd ayda bir dəfə narkotik vasitədən istifadə etmiş, metamfetamin adlı maddəni həmişə əldə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, metamfetamindən istifadə etdiyi üçün onu özünə saxlamağı, heroin istifadə etmədiyi üçün onu atmağı düşünmüşdür, lakin atmağa imkan tapmadan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 10 iyul 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Murtuza Nağıyev 4 ünvanında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, onun üzərindən metamfetamin və heroinə bənzər kütlə aşkar olunmuş, şəxs 18-ci Polis Bölməsinə gətirilərək, orada video çəkilişlə aşkar olunmuş maddələrə baxış keçirilmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda Şahid2, Şahid3 və o iştirak etmiş, şəxsi Murtuza Nağıyev 4 ünvanında saxlamışlar. Şəxs onlara hər hansı müqavimət göstərməmişdir. Daxil olan məlumat narkotiklərin qanunsuz dövriyyəsi, daşınması və istifadəsi ilə bağlı olmuş, şəxsi saxlayan zaman mülki geyimdə olmuşlar. Şəxsi saxlayanda hansı avtomobillə olduqlarını xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin iyul ayının 10-da saxlamışlar. Şəxsin əlində çanta olmuş və çantanın içərisində 2 ədəd büküm olmuşdur. Şəxsə yaxınlaşaraq özlərini təqdim edib üzərində qanunsuz olan nə varsa təqdim etməsini bildirmişlər. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda üç nəfər olmuşlar, şəxsi Murtuza Nağıyev 4 ünvanında saxlamışlar. Şəxs onlara hər hansı müqavimət göstərməmişdir. O, təqsirləndirilən şəxsi saxlamamışdan əvvəl tanımamış, onu saxlamaq istəyən zaman özünü şübhəli aparmış, təqsirləndirilən şəxsi hansı avtomobillə apardıqları yadında qalmamış, təqsirləndirilən şəxsin üzərinə yerində baxış keçirmişlər. Təqsirləndirilən şəxsi bölməyə şəxsi avtomobilləri ilə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 10 iyul 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid2 və Şahid1la birlikdə Murtuza Nağıyev 4 ünvanında vətəndaşı saxlamış, üzərinə baxış keçirilən zaman 1 büküm metamfetamin və 1 büküm heroin aşkarlanmışdır. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsin üzərinə baxışı Şahid1 həyata keçirmiş, şəxs üzərində narkotik vasitə olduğunu etiraf etmiş, şübhəli şəxs qismində onun ərazisində aşkar olunmuş, şəxsin narkotik vasitəni haradan əldə etməsi ilə bağlı məlumatı olmamış, təqsirləndirilən şəxsi saxlayan zaman o, özündə olmamışdır. - xx.xx.2025-ci il tarixli şəxsin saxlanılması və üstünün yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi bildirilmiş və Təqsirləndirilən şəxs qara rəngli çantasından 01 ədəd siqaret qutusunun içərisinə yerləşdirdiyi 01 ədəd bükümdə “metamfetamin” adlı kütlə, 01 ədəd bükümdə “kokos” adlandırılan kütlə, 02 ədəd şpris və özünə məxsus pasportu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində metamfetaminə bənzər kütlə, digər 01 ədəd bükümün içərisində isə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri bir gün öncə “Yaşıl Bazar” adlı yerin arxa küçəsində tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılaraq 224 saylı möhürlə möhürlənmiş, imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. ( cild 1 i/v 7-8 ) - xx.xx.2025-ci il tarixli təqdim olunan maddəyə baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci Pş-nin təhqiqatçısı, polis mayoru Zöhrab Salmanov polis şöbəsində xidməti otaqda polis əməkdaşlarının, müdafiəçi Osman Kazımovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və 01 ədəd zərfdə qablaşdırılmış 02 ədəd şəffaf sellofan bükümdə olan maddələrə baxış keçirir. Baxış zamanı 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə və digər 01 ədəd bükümün içərisində narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi bükümlərdəki kütlə narkotik maddədir, həmin narkotik vasitə və psixotrop maddəni “Yaşıl Bazar” adlanan ərazinin arxasındakı küçədə yerdən tapmış və daha sonra istifadə etmək üçün özündə saxlamışdır. Baxış keçirildikdən sonra həmin 02 ədəd bükümdə olan kütlələr 01 ədəd zərfdə qablaşdırılmış və 224 nömrəli möhürlə möhürlənmişdir. ( cild 1 i/v 30-31) - 10 iyun 2025-ci il tarixli və 06 dəqiqə 50 saniyədən ibarət videoçəkilişdən görünür ki, polis əməkdaşları ünvan 2 ünvanının qarşısında olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs qara rəngli çantanın içərisindən siqaret qutusunun içərisinə yerləşdirdiyi 02 ədəd bükümü, 02 ədəd şprits, 01 ədəd “Vegas” markalı siqaret qutusunu, 01 ədəd xarici pasportu təqdim edir. 01 ədəd bükümdə ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və digər 01 ədəd bükümün içərisində qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində axtarış aparırlar. Axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilmir. Daha sonra isə 02 ədəd bükümdə olan maddələrə baxış keçirilir. Baxış keçirildikdən sonra həmin 02 ədəd şəffaf sellofan bükümdə olan maddələr 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. - 10 iyun 2025-ci il tarixli və 05 dəqiqə 25 saniyədən ibarət çəkilmiş videoçəkilişdən görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Zöhrab Salmanov polis şöbəsində xidməti otaqların birində polis əməkdaşlarının, müdafiəçi Osman Kazımovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və 01 ədəd zərfdə qablaşdırılmış 02 ədəd şəffaf sellofan bükümdə olan maddələrə baxış keçirir. Baxış zamanı 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və digər 01 ədəd bükümün içərisində narkotik vasitə heroin aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi bükümlərdəki kütlə narkotik maddədir, həmin narkotik vasitə və psixotrop maddəni “Yaşıl Bazar” adlanan ərazinin arxasında, yolun kənarından tapmış və özündə saxlamışdır. Baxış keçirildikdən sonra həmin 02 ədəd şəffaf sellofan bükümdə olan metamfetamin və heroin 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. ( cild 1 i/v 92-93) - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 6/2134 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №224” dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 7,669 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 1,670 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetaminin təmiz çəkisi 7,669 qram, tədqiqata sərf edilmişdir 0,05 qram, qalıq 7,619 qram. Heroinin təmiz çəkisi 1,670 qram, tədqiqata sərf edilmişdir 0,05 qram, qalıq 1,620 qram ( cild 1 i/v 38-42 ) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X6-Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 3477 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. ( cild 1 i/v 118-119 ) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1867 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda hər hansı psixi xəstəlik və ya psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsidə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. ( cild 1 i/v 120-122) Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, CM-nin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Metamfetamin və heroin həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in və “Azərbyacan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop madddələri”-in siyahısına (Siyahı İ) daxildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Narkotik vasitə və psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə qadağan olunmuş əşya olduğundan və psixotrop maddə metamfetaminin miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 18, 19, 20, 21-ci bəndləri). Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Mirzəyev X3 Vilayəti Orsk şəhəri Sovet R. Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən RF CM-nin 228-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqi 115-116). Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 22-ci bəndi). İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qərarı ilə barəsində əvvəli 10 iyun 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 99-102). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (qərarın 23, 29 və 30-cu bəndləri). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 10 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut Nərimanov RPİ-nin maddi sübutların saxlanılma yerində saxlanılan qalıq çəkisi 7,619 qram təşkil edən kustar üsulla hazırlanmış ağ rəngli kristallik maddə psixotrop maddə metamfetamin və 1,620 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi 418 (dörd yüz on səkkiz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. İş üzrə maddi sübutlar Nərimanov RPİ-nin maddi sübutların saxlanılma yerində saxlanılan qalıq çəkisi 7,619 qram təşkil edən kustar üsulla hazırlanmış ağ rəngli kristallik maddə psixotrop maddə metamfetamin və 1,620 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi 418 (dörd yüz on səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Səbuhi Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1759/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1759/2025
11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver