Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-176/2021 15.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - X2 və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2üvəqqəti məskunlaşmış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilərək belə nəticəyə gəlinmişdir ki, o, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İstintaq orqanı tərəfindən verilmiş ittihamda bildirilir ki, Təqsirləndirilən şəxs 01 noyabr 2019-cu il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 164 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının həyətindəki qarajların qarşısında Zərərçəkmiş şəxs onu ünvanına nalayiq ifadələrlə söyməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs bir dəfə vuraraq ona döş qəfəsinin ön səthinin sağda bir ədəd boşluğa nüfuz etmiş deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamış, himayəsində bir az yaşlı övladı vardır. X5 vəfat edib, anası Xalidə Hümbətova və qardaşı Ceyhun Hümbətovda onun himayəsindədirlər. Özü fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun kəndçisidir, münasibəti yaxşı olubdur, aralarında heç bir düşmənçiliyik yoxdur. Onunla 01 noyabr 2019-cu il tarixdə səhər saatlarında qohumu Fazilgillə birlikdə Keşlə bazarına gedərkən görüşüb tanış olmuşdur. Sonra onun idarə etdiyi avtomobillə Farizin işlədiyi Keşlə bazarına gəlmişlər. Orada çay içib söhbət eləmişlər. Günorta kafedə yemək yemişlər, yemək yeyərkən Farizlə Şahsuvar araq içmişlər. Sonra Şahsuvar idarə etdiyi avtomobillə gəzməyi təklif eləmişdir. Kafedən çıxarkən Şahsuvar içkili olduğu üçün onun idarə etdiyi avtomobili Farizin təklifi ilə o, idarə etmişdir. Fariz avtomobildə arxada, Şahsuvar isə öndə oturmuşdur. Şəhərdən kənara çıxıb gəzən zaman, Şahsuvar onun avtomobili idarə etməyinə irad tutmuşdur. Bu səbəbdən aralarında sözlə mübahisə yaranmışdır. Şahsuvar içkinin təsirindən onun ünvanına söyüş söyməyə başlamışdır. O, ona irad bildirdikdə avtomobili saxlamağını ona bildirmişdir. O, avtomobili saxlayıb yerə düşmüşdür. Şahsuvarda yenə onu söyə-söyə yerə düşüb üstünə gəlmişdir. Bunu görən Fariz yerə düşüb onları ayırmışdır, Şahsuvara irad tutmuşdur. Sonra Şahsuvar sükan arxasında o, isə öndə sağ tərəfdə oturub yollarına davam eləmişlər. Onlar, 20 Yanvar metrosunun yanından hərəkət edib Azadlıq prospektinə çıxmışlar. Yollarına davam edib «Qoşa zaprafka» deyilən «Lukoil» yanacaq doldurma məntəqələrinin yanına çatmışlar. Orada Şahsuvar içkili olduğundan sükan arxasındanda onun ünvanına nəlayiq söyüşlər söyməyə davam etmişdir. O, ona dəfələrlə irad tutsada o, içkinin təsirindən onu söyməkdə davam etmişdir. Bunu görüb avtomobili yolun kənarına çəkib saxlamasını ona bildirmişdir. O, avtomobildən yerə düşüb çıxıb getmək istəyərkən Şahsuvarda yerə düşmüşdür. Yenidən Şahsuvar onun üstünə gəlib ona əl-qol atmışdır. O, Şahsuvarın ondan əl çəkmədiyini və ona nəlayiq söyüşlər söydüyünü görüb cibində olan dırnaq tutanı çıxarıb onu özündən uzaqlaşdırmaq məqsədi ilə ona tərəf hərəkət elətdirmişdir. Bu zaman Şahsuvar ondan ayrılıb avtomobilini saxladığı tərəfə getmişdir. O, avtomobili işə salıb idarə edərək oradan uzaqlaşmışdır. O, da çıxıb yaşadığı evə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 01 noyabr 2019-cu ildə saat 13 radələrində Keşlə bazarında Farizlə görüşmüşlər. Həmin zaman Anarda Farizin yanında olmuşdur. Söhbət zamanı Anarın Farizin qohumu, Zəngilan rayonundan olduğu məlum olmuşdur. Sonra oturub Keşlə bazarında kafedə yemək yemişlər. Həmin zaman o, kafedə içki içmişdir. Sonra saat 16 radələrində kafedən çıxıb maşına oturmuşlar. Həmin zaman Anar içkili olmadığını və bu səbəbdən ondan avtomobili onun idarə etməsinə razılıq verməyini istəmişdir. O, əvvəl onun normal avtomobil idarə edəciyini düşünüb buna razılıq vermişdir. Onun təklifi ilə şəhərdən kənara çıxıb bir az gəzmək istəmişlər. Anar avtomobili idarə edib onun dediyi istiqamətdə avtomobili idarə etmişdir. Hökməli yolunda Anarın avtomobili narahat idarə etdiyini görüb o, yolda onu avtomobildən düşürüb avtomobili özü idarə etmək istəmişdir. Bu səbəbdən onunla arasında mübahisə yaranmışdır. Həmin vaxt o, içkili olduğundan Anarın ünvanına nalayiq söyüş söyərək əl-qol atmışdır. Fariz onları sakitləşdirib avtomobilə mindirmişdir. Onlar yollarına davam edib avtomobili idarə edirək Binəqədi rayonu, Azadlıq prospekti «Qoşa zapravka» adlanan yerə gəlmişlər. Orada onlar yenə mübahisə etmişlər və Anar avtomobili saxlamağını bildirmişdir. O, da avtomobili saxlamışdır. Anar avtomobildən düşmüşdür. O, Anarın bu hərəkətindən əsəbləşib avtomobildən düşmüş və Anarın nə səbəbdən avtomobildən düşməsini öyrənmək üçün onun arxası ilə getmişdir. Anara çatıb nə səbəbdən belə etdiyini soruşmuşdur. Bu zəmində aralarında mübahisə yaranmışdır. Həmin vaxt o, içkili olduğundan Anarın ünvanına nalayiq söyüş söyərək əl-qol atmışdır. Gözləmədiyi anda Anar bıçaqla döş qəfəsinin sağ tərəfinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra avtomobilinə tərəf qaçmışdır. Avtomobilimin yanında duran Farizə demiş ki, Anar məni vurdu. Sonra Farizə demiş ki, halım yoxdu maşın saxla məni aparsın xəstəxanaya. Farizdə maşın saxlaması üçün yanından uzaqlaşmışdır. Bir iki dəqqiqə gözləyib Farizin gəlmədiyini görüb avtomobilini idarə edib xəstəxanaya getmək qərarına gəlmişdir. Avtomobilə əyləşərək avtomobili Elit ticarət mərkəzi istiqamətində idarə etmişdir. Yolda olan zaman, Elit ticarət mərkəzinə çatmamış qanaxmadan huşunu itirmiş və avtomobili yolun hərəkət istiqamətini ayıran səkiyə vurmuşdur. Bundan sonra avtomobildən aşağı düşmüşdür. Bir qədər ayaq üstə qala bilsədə, sonradan özünü itirərək yerə yıxılmışdır. Bir qədər yerdə qaldıqdan sonra tanımadığı şəxs ona yaxınlaşıb köməklik etmişdir. O, isə ondan onu təcili xəstəxanaya çatdırmasını xahiş etmişdir. Bundan sonra olanları xatırlamır. Sonradan Təqsirləndirilən şəxs ailəsi tərəfindən ona müalicəsi ilə əlaqədar maddi yardım göstərilmişdir. O, Təqsirləndirilən şəxsla barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Nərimanov rayonunda yerləşən «Keşlə» bazarında meyvə tərəvəz bölməsinə satıcı işləyir. Təqsirləndirilən şəxs onun xalası oğludur. Uzun illərdi ki, məlum məsələlərlə bağlı bir-birini gec-gec görürlər. Zərərçəkmiş şəxs onun həmyerlisidir. Onu təsadüfən Bakı şəhərində yas mərasimində tanımış və bir yerli kimi münasibətləri yaranmışdır. Şahsuvar taksi fəaliyyəti ilə məşğul olmuş və boş vaxtlarında işlədiyi bazara gəlib birlikdə çay içib söhbət edirmişlər. Təxminən noyabr ayının biri gecə saat 23 radələrində Anar ona zəng edərək Rusiyadan gəldiyini və onunla görüşmək istədiyini bildirmişdir. O, ona ünvanını demiş və onu qarşılayaraq yaşadığı evə aparmışdır. Evdə çay içib söhbət etmişlər. Anar həmin gecəni onlarda qalmışdır. Səhər birlikdə yemək yeyib evdən çıxarkən Şahsuvar ona zəng edərək onlar tərəfdə olduğunu demişdir. O, ona Anarın onlarda olduğunu, bazara getdiklərini bildirmişdir. Şahsuvar boşluq olduğunu, gəlin sizi aparım demişdir. Onlar Şahsuvarla görüşüb onun idarə etdiyi avtomobili lə bazara getmişlər. X4 tanış etmişdir. Birlikdə iş yerinə gəlib orada çay içib söhbət etmişlər. Günorta birlikdə bazarlıq edib kafedə yemək yemişlər, o və Şahsuvar araq içmişlər. O, kafedən çıxarkən Şahsuvarın içkili olduğunu görüb maşını Anarın sürməsini təklif etmişdər. Şahsuvarda razılıq vermişdir. Onlar birlikdə maşina minib kafedən axşamçağı gəzməyə çıxmışlar. O, içkili olduğu üçün arxada oturmuş və yuxlamışdır. Hava qaralanda Şahsuvarla Anarın mübahisə etdiyini eşitmişdir. Özünü toplayıb yerə düşmüşdür. Onları sakitləşdirmişdir. Həmin zaman Şahsuvar Anara söyüş söyüb ona əl qol atmışdır. Oradan Şahsuvar maşını özü idarə edib şəhərə gəlmişlər. O, yenədə arxada oturmuşdur. Onlar maşında sözlə mübahisə edirdilər. Azadlıq prospektində “qoşa zaprafka”nın yanında Anar maşını saxladıb düşüb getmək istəmişdir. Şahsuvar bu zaman ona gözlə gəlirəm deyib maşından düşüb onun ardınca getmişdir. Onlar binaların arxası tərəfə getmiş, bir az sonra o, qayıdıb gəlmiş məni vurdu demişdir. Ona halı olmadığını, maşını saxlamasını demişdir. O, dörd yola çıxıb maşın saxlamaq istəmiş, gec olduğu üçün maşın tapa bilməyib geri qayıtmışdır. Geri qayıdarkən Şahsuvarı və maşını yerində görməmişdir. O, ətrafda onu tapa bilməyərək evə gəlmişdir. Səhər Şahsuvara zəng vurmuşdur. Qohumu ona Şahsuvarın əməliyyat olunduğunu, ailəsinin acıqlı olduğunu, yaxşı olardı onlar tərəfə getməməsini demişdir. Dəfələrlə özünə zəng vurmuş, cavab verməmişdir. Bundan sonra Anarla əlaqə saxlamışdır. Anar ona kim olsaydı onu vurardı, onu söydüyü üçün vuruduğunu demişdir. Həqiqətəndə Şahsuvar onun yanında Anarı söymüşdür. O, da Anara irad tutmuşdur. Şahsuvarı Anar necə, harada vurduğunu görməmişdir. Anarın özü ona Şahsuvarı vurduğunu demişdir. Həmin zaman Şahsuvar başqa heç kəs ilə mübahisə etməmişdir. Şahsuvar özü geri qayıdarkən Anarın onu vurduğunu ona demişdir. Cinayət işinin 101-102-ci vərəqlərində olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Zərərçəkmiş şəxs üzünə qarşı demiş, üzləşdirmə zamanı heç bir ziddiyyət müəyyən edilməmişdir. Cinayət işinin 63-64, 187-ci vərəqlərində olan protokol və qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 bir ədəd köynək, 01 ədəd jaket, 01 ədəd şalvar, 01 ədəd gödəkçə 03.02.2020-ci il tarixdə X3 götürülmüş və həmin paltarlar maddi sübut kimi tanınmaqla saxlanması üçün Binəqədi RPİ NH-nin saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 92-97-ci vərəqlərində olan protokoldan görünür ki, 19 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiklərini ifadənin yerində yoxlanılması zamanı hadisənin hansı şəraitdə və yerdə baş verdiyini göstərmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 88-90-cı vərəqlərində olan protokoldan görünür ki, 10 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiklərini ifadənin yerində yoxlanılması zamanı hadisənin hansı şəraitdə və yerdə baş verdiyini göstərmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 137-140-cı vərəqlərində olan məhkəmə tibbi ekspertizasının 10.02.2020-ci il tarixli 06/2484 №-li rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət- döş qəfəsinin ön səthinin sağda bir ədəd boşluğa nüfuz etmiş deşilmiş-kəsilmiş yarası deşici- kəsici alətin təsirindən onun X6 daxil olduğu və qərarda göstərilən 01.11.2019-cu il tarixdə törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan bir zərbənin təsirindən əmələ gələ bilərdi. Cinayət işinin 164-167-ci vərəqlərində olan məhkəmə trasoloji ekspertizasının 28 mart 2020-ci il tarixli 3/28 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin, jaketin üzərində zədələr vardır. Tədqiqata təqdim edilmiş köynəyin, jaketin üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin, o, cümlədən bıçaq və ya ona bənzər xassəli hər hansı bir kəsici, deşici əlamətlərə malik olan alətin təsiri ilə yaranmağa xarakterik zədələrdir. Cinayət işinin 168-170-ci vərəqlərində olan ambulator məhkəmə psixiatrik ekspertizasının 14.04.2020-ci il tarixli 720 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlikqeyd olunmayıb. Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməli törədərkən anlaqlı olmuşdur.Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 136-cı vərəqində olan DİN-nin BƏSİl-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 129-cu vərəqində olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. İstintaq orqanı tərəfindən verilmiş ittihamda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Lakin qanunun mənasına görə qəsdən sağlamlığa ağır zərər vurma o vaxt CM-nin 126.2.4-cü maddəsi ilə (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) tövsif olunmalıdır ki, təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq qaydalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədilir. Başqa sözlə, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirkarın davranışı ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. Cinayət işinin materiallarından birmənalı görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində belə bir hal olmamışdır, o, cinayət əməlini içkili vəziyyətdə olmuş Zərərçəkmiş şəxsla aralarında yaranmış narazılıqla bağlı onu söyməsi ilə əlaqədar törətmişdir. Bunu yuxarıda tədqiq edilən iş materialları təsdiq edir ki, bu da hadisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanılmış mübahisə ilə əlaqədar yarandığını sübut edir. Eyni zamanda, iş üzrə şahid olan Şahid ifadəsində göstərmişdir ki, “hava qaralanda Şahsuvarla Anarın mübahisə etdiyini eşitmişdir, onları sakitləşdirmişdir. Həmin zaman Şahsuvar Anara söyüş söyüb ona əl qol atmışdır” Sadalanan sübutların məcmusu ilə müəyyən edilir ki, tərəflər arasında mübahisə zərərçəkmiş şəxsin içkili vəziyyətdə Təqsirləndirilən şəxsla mübahisə etməsi, onu söyməsi, ona əl qol atması olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 12 dekabr 2002-ci il tarixli Plenumunun 3№-li qərarının 6-cı bəndində deyilir ki, «Mübahisə və dalaşmanın zərər çəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərər çəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz». Cinayət işinin yuxarıda şərh edilən halları ilə müəyyən olunur ki, bu münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü və hüquqa zidd hərəkətləri səbəbindən baş vermişdir. Odur ki, bu halda da onun əməli CM-nin 126.2.4cü maddəsi ilə (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) tövsif oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilir ki, «Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Şərh edilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1 maddəsinə tövsif edərək hesab edir ki, ona CM-nin 126.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs 01 noyabr 2019-cu il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 164 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının həyətindəki qarajların qarşısında Zərərçəkmiş şəxs onu ünvanına nalayiq ifadələrlə söyüş söyməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs bir dəfə vuraraq ona döş qəfəsinin ön səthinin sağda bir ədəd boşluğa nüfuz etmiş deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs tərəfindən «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan 73-74, 123-125-ci vərəqlərində olan protokol və qərardan görünür ki Təqsirləndirilən şəxs 18 fevral 2020-ci ildə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə müalicə xərcləri ilə əlaqədar maddi yardım göstərilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinin tələblərinə əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz kimi tələbini nəzərə alır. Cinayət işi üzrə mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 310 (üç yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar -Binəqədi RPİ NH-nin saxlama yerinə təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01(bir) ədəd köynək, 01 ədəd jaket, 01 ədəd şalvar, 01 ədəd gödəkçə təsərrüfat təyinatını itirdiyindən məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 310 (üç yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar -Binəqədi RPİ NH-nin saxlama yerinə təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01(bir) ədəd köynək, 01 ədəd jaket, 01 ədəd şalvar, 01 ədəd gödəkçə təsərrüfat təyinatını itirdiyindən məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov