Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-176/2023 07.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Zərərçəkmiş şəxs Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibləri X9 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, ”Femida” Vəkil Bürosunun Vəkili Müdafiəçi3, zərər çəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxslər Şahid2 və Şahid5 iştirakı ilə 05 avqust 1984-cü ildə Astara rayonu, Təngərüd kəndində anadan olmuş, Azərbaycan Respublikasınn vətəndaşı, subay, orta təhsili, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə özünü Şahid6 yüksək vəzifəli şəxslərlə yaxın əlaqəsi olan şəxs kimi təqdim edərək almaq istədiyi Şəmkir rayonu ərazisində yerləşən “Günəş” Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinə məxsus 1,5 hektar torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin rəhbər vəzifəli şəxslərinə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 40 000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla ünvan 2 ünvanında 24 sentyabr 2014-cü il tarixdə 10 000 manat və 06 aprel 2015-ci il tarixdə 30 000 manat olmaqla ümumilikdə 40 000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Şahid6 xeyli miqdarda 40 000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 40 000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid6 digər üsullarla təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid5 özünü iş adamı kimi təqdim edərək ona Bakı şəhəri, Xətai rayonu ərazisində 1.000.000 manat dəyərində obyekt verildiyini, lakin obyektin sənədləşməsi üçün pul lazım olduğunu, pul verəcəyi təqdirdə sənədləşmə işlərini müsbət həll edəcəyini və obyektin bir hissəsini ona verərək birlikdə işləyəcəklərini bildirməklə Bakı şəhəri Xətai Rayon İcra hakimiyyəti və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxslərinə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 64.500 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla ünvan 3 ünvanında 2013-cü ilin sentyabr ayının sonlarında 1.000 manat və 2.000 manat, 2013-cü ilin oktyabr ayının ortalarında 5.000 manat, 2013-cü ilin dekabr ayının sonlarında 7.000 manat, 2014-cü ilin fevral ayının əvvəllərində 5.000 manat, 2014-cü ilin aprel, iyun və dekabr aylarında hər dəfə 5.000 manat olmaqla 15.000 manat, 2015-ci ilin aprel ayında birinin qiyməti 750 manat olan 4 ədəd qızıl qolbağ, 7.000 manat dəyərində qızıl üzük, sırğa, qolbağ, boyunbağı və kulon dəsti, qiyməti 1.000 manat olan üzərində 1 ədəd böyük qara qaş, ətrafında brilliant qaşları olan qızıl üzük, 500 manat dəyərində qızıl kişi qolbağı, 1.500 manat dəyərində qızıl kişi boyunbağısı, 1.500 manat dəyərində ətrafında brilliant qaşları olan paxlava formalı qızıl üzük, 700 manat dəyərində üzərində yaşıl böyük qaş, ətrafında brilliant qaşları olan qızıl üzük, 500 manat dəyərində üzərində brilliant qaşları olan qızıl üzük, 1 500 manat dəyərində üzərində brilliant qaşları olan qızıl sırğa üzük dəsti, 800 manat dəyərində üzərində brilliant qaşları olan qızıl üzük, 600 manat dəyərində üzərində saffir qaşı olan qızıl üzük, 700 manat dəyərində qızıl sırğa kulon dəsti və 200 manat dəyərində 1 cüt qızıl sırğa və 2015-ci ilin iyun ayında 10.000 manat olmaqla ümumilikdə 45.000 manat nağd pulu və 19.500 manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Şahid5 külli miqdarda 64.500 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 64.500 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid5 digər üsullarla təkrarən təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə özünü Şahid2 yüksək vəzifəli şəxslərlə yaxın əlaqəsi olan şəxs kimi təqdim edərək qardaşı X6 Azərbaycan Respublikası Təhsil Nazirliyinə şöbə müdiri vəzifəsinə işə düzəldilməsi üçün Nazirliyin rəhbər vəzifəli şəxslərinə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 2017-ci ilin mart ayında ayrı-ayrı vaxtlarda Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsində ümumilikdə 25.000 manat, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən «444» adlı kafedə 2017-ci ilin aprel ayının əvvəllərində 25.000 manat, 2017-ci ilin aprel ayının ortalarında 25.000 manat və 2017-ci ilin aprel ayının sonlarında 25 000 manat ümumilikdə 100.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Şahid2 külli miqdarda 100.000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100 000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid2 digər üsullarla təkrarən təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə özünü Şahid3 və Şahid4 yüksək vəzifəli şəxslərlə yaxın əlaqəsi olan şəxs kimi təqdim edərək Şahid4 atası X3 barəsində Abşeron Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-in 228.1 və 315.1-ci maddələri istintaqı aparılan cinayət işi üzrə Eldar Novruzovun cinayət məsuliyyətindən azad edilib həbsdən buraxılması üçün prokurorluğun rəhbər vəzifəli şəxslərinə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 32 000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onların inam və etibarını qazandıqdan sonra, bu adla 2017-ci ilin sentyabr ayı ərzində hissə-hissə olmaqla Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Şəhidlər xiyabanı”-nın qarşısında Şahid3 10.000 manat və Şahid4 isə Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında 10.000 manat, Bakı-Quba avtomagistral yolununun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında hər dəfəsində 5.000 manat olmaqla iki dəfəyə 10.000 manat və ünvan 4 ünvanının qarşısında 2.000 manat olmaqla ümumilikdə 32.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Şahid3 xeyli miqdarda 10.000 manat və Şahid4 xeyli miqdarda 22 000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Eldar Novruzovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 32 000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid3 və Şahid4 digər üsullarla təkrarən təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü yüksək vəzifəli şəxslərin yaxın qohumu kimi təqdim edərək onlara xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs Bakı şəhəri 6 nömrəli Birləşmiş Şəhər və ya Abşeron rayon Mərkəzi Xəstəxanalarından birinə baş həkim vəzifəsinə təyin edilməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 45.200 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 61 ünvanının yaxınlığında yerləşən kafedə 2021-ci ilin iyun ayının əvvəllərində 10.000 manat və 20.000 manat, 2021-ci ilin iyun ayının ortalarında həmin dövrün məzənnəsi ilə 10.200 manat təşkil edən 6.000 ABŞ dolları və 2021-ci ilin iyun ayının sonlarında ünvan 6 ünvanında yerləşən “Pioner Arena” idman və əyləncə mərkəzinin yaxınlığında 5.000 manat olmaqla ümumilikdə 45.200 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda 45.200 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 45.200 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs digər üsullarla təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2021-ci ilin iyun ayının əvvəllərində tanışı Şahid8 vasitəsi ilə Yasamal rayonu 19 nömrəli poliklinikanın yanındakı kafedə Zərərçəkmiş şəxslə tanış olmuşdur. Belə ki, o şəkər xəstəsidir və şəkər dərəcəsinin müalicəsi ilə əlaqədar tanış həkim soruşduqda Şahid8 Zərərçəkmiş şəxs adlı tanışının olmasını demiş və onu kafeyə dəvət etmişdir. Kafedə onlar Zərərçəkmiş şəxslə söhbət zamanı ona şəkər xəstəliyinin müalicəsi ilə əlaqədar dərmanlar yazmış və o da həmin dərmanları alıb qəbul etmişdir. Beləcə bir müddət sonra o Zərərçəkmiş şəxslə söhbət zamanı ona demişdir ki, biznes fəaliyyətilə məşğul olmaq istəyir. Belə ki, onun deməsinə görə tanışı olan müəssisələrin birində inventar ehtiyyatından silinən lazer aparatını almaq istəyir və həmin lazer aparatlarına bu gün cəmiyyətdə tələbat vardır. O, da Əhmədlə lazer epilyasiya aparatını alıb birlikdə işlədib pul qazancı əldə etmək barədə razılaşmışlar. Əhmədin deməsinə görə iki ədəd lazer epilyasiya aparatını klinikanın inventarından silinməsi və hər iki aparatı almaq üçün 45.000 manat o Əhmədə pul verməli, qalan məbləği isə Əhməd özü şəxsi hesabından verəcəkdir. Beləcə o Əhmədlə razılaşmışdır. 2021-ci ilin iyun ayının ortalarında Yasamal rayonunda yerləşən 19 nömrəli poliklinikanın arxasında olan kafedə Zərərçəkmiş şəxslə görüşmüş və ona orada lazer epilyasiya aparatlarını alması üçün 45.000 manat pul vermişdir. Bundan bir müddət keçmişdir. Əhmədlə görüşüb danışan zaman ona demiş ki, o, Siyəzən rayon diaqnostika mərkəzindən işdən çıxarıb təhvil təslim zamanı bütün sənədləşmələri təhvil verərkən onun yerinə təyin edilən şəxs həmin sənədləşmələri oxumadan imza edərək qəbul etmiş, guya həmin xəstəxanada pul vəsaitlərinin yeyintisi və mənimsənilməsi baş verməsi halları şübhəsi ilə orada korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən yoxlamalar getmişdir. Buna görə də Əhməd ondan aldığı 45.000 manat pulu lazer epilyasiya aparatının alqı satqısına deyil, həmin problemin həll edilməsi istiqamətində mənimsədiyi pul vəsaitinin yerinə qoymuşdur. Bir müddət gözlədikdən sonra o Zərərçəkmiş şəxslə bir neçə dəfə görüşüb söhbətləşmiş və ondan görəcəyi işin nə yerdə qaldığını, yəni lazer aparatı alıb almadığını soruşduqda Əhməd demişdir ki, həkimlə bu barədə danışıb o, lazer epilyasiya aparatlarının inventar hesabdan silinməsini gözləyir. 2021-ci ilin dekabr ayının təxminən 13-də Zərərçəkmiş şəxs onunla telefon danışığı zamanı ondan pulunu nə vaxt qaytaracağını soruşmuşdur. O da Əhmədə əslində onun borclu olduğunu, lazer epilyasiya aparatları alması üçün ona 45.000 manat pul verdiyini xatırlatmış və pulunu qaytarmasını tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, X10 və onun həyat yoldaşı Şahid7 təxminən 2013-cü ilin əvvəllərində tanıyır. Belə ki, həmin vaxtlarda o, Biləcəri qəsəbəsində yaşayan Şəhla adlı bir xanimla qeyri-rəsmi yaşamış və Şəhlanin evində olduğu vaxt Şahid7 ilə həyat yoldaşı X18 evinə qonaq gəlmişlər. Söhbət zamanı məlum olmuşdur ki, Şəhlanın anası ilə Şahid7 bir yerdə işləyiblər, ailəvi münasibətləri vardır. Şəhlanın evində olduğu təxminən 1-2 saat ərzində Oruc və Tamara ilə söhbət etmiş, söhbət zamanı onlar onun telefon nömrəsini götürmüşlər, həmçinin o, onların telefon nömrələrini götürmüşdür. Söhbət əsnasında Oruc və Tamara özləri barədə ona danışmışlar. Məlum olmuşdur ki, Tamara Ədliyyə Nazirliyində işləyir. Onlarla Şəhlanın evində olan görüşlərindən təxminən bir həftə sonra Tamara ona zəng edib onu Novxanıda yerləşən bağ evlərinə qonaq dəvət etmişdir. Dəqiq vaxtını xatırlamasa da, ancaq 2013-cü ilin yay ayları olmuş, o, saat təxminən 11-12 radələrində onların yaşadıqları evə getmişdir. Tamara və Oruc sonuncunun Orucun təsis etdiyi “Günəş” Beynəlxalq uşaq sağlamlıq mərkəzini təcili pul lazım olduğu üçün sağlamlıq mərkəzini 1.000.000 manata satmaq istədiklərini, həmin sağlamlıq mərkəzinin inzibati binasi Xətai rayonu ərazisində olsa da, ancaq Sumqayıt şəhərində və digər rayonlarda həmin sağlamlıq mərkəzinə aid torpaq sahələrinin olduğunu bildirmişdir. Təxminən 10-15 gün sonra Tamara zəng edib onu yenə Novxanıya evlərinə dəvət etmişdir. Orada olan zaman yenə də, sağlamlıq mərkəzi barədə söhbət etmiş, o, onlara sağlamlıq mərkəzinə baxdıqdan sonra fikrini deyəcəyini bildirmişdir. Daha sonra dəqiq tarixini xatırlamadığı bir gün Orucla Xətai rayonu ərazisində yerləşən həmin mərkəzin inzibati binasına baxmağa getmişlər. Təxminən 25-30 ədəd iki mərtəbəli binalarin bir qismində məcburi köçkünlər yaşasa da, qalanları istifadəsiz olmuşdur. Bundan başqa o, mərkəzin Sumqayıt şəhərindəki yerlərinə də gedib baxmışdır. Daha sonra Neftçala və Sabirabad rayonlarında yerləşən torpaq sahələrinə baxmış, bundan sonra o, həmin mərkəzi almaq qərarına gəlmişdir. Ancaq məlum olmuşdur ki, həmin sağlamlıq mərkəzi sadəcə bir mərkəz kimi Orucun adına sənədləşdirilmiş, yəni məhdud məsuliyyətli cəmiyyət olmadığı üçün həmin mərkəzi alqı-satqı etmək mümkün deyildir. O, Tamaraya mərkəzin pulunu, yəni istədikləri 1 milyon manatı tam şəkildə verə bilməcəyini, həmin pulu hissə-hissə verəcəyəni demiş, onlar da onunla razılaşmışlar. Odur ki, aralarında olan şifahi razılaşmaya əsasən 2015-ci ilin may ayının 29-da, o, şəxsi avtomobili ilə Novxanıya Tamaragilin yaşadıqları evə gedib, 300.000 manat pulu onun həyat yoldaşı Orucun yanında Tamaraya vermişdir. Tamara pulu götürdükdən sonra 2015ci ilin may ayının 30-da ona etibarnamə verməsi üçün Yaşamal rayonu 19 saylı notariat kontorunda görüşəcəklərinə dair razılaşmışlar. Tamara və Orucla aralarında razılaşmışlar ki, o, mərkəzin alqı-satqısı üçün tələb olunan 1.000.000 manatın hamısını verəndən sonra ona uzun müddətə etibarnamə veriləcəkdir. Odur ki, verdiyi 300 min manatın qarşılığında bir aylıq etibarnamə vermişlər. Bunun üçün 2015-ci ilin may ayının 30-da, saat təxminən 10 radələrində 19 saylı notariat kontorunda görüşərək, orada olan zaman Orucun adından ona 1 ay müddətinə etibarnamə verilmiş, bundan təxminən bir ay sonra, yəni 2015-ci ilin iyul ayının 2-də yenə də 300.000 manat götürüb şəxsi avtomobili ilə Tamaragilin Novxanıdakı evlərinə gedib, Orucun yanında pulu Tamaraya vermiş, əvvəlki kimi razılaşmışlar ki, növbəti günü notariat kontorunda görüşsünlər. 03 iyul 2015-ci ildə səhər saatlarında 19 saylı notariat kontorunda Tamara və Orucla görüşmüş, Oruc ikinci etibarnaməni ona bir il müddətinə vermişdir. Belə ki, bir il müddət ərzində pulun qalan hissəsinin verilməsinə razılaşmışlar. Bundan təxminən bir il üç ay sonra, yəni 2016-ci ilin oktyabr ayının 9-da o, 380.000 manat pul götürüb, Tamaranın Yaşamal rayonu ərazisində, Vergilər nazirliyinin arxasında yerləşən evinə getmişdir. O, pulu verməyə getdiyində Tamara evdə tək olmuşdur. Həmin vaxt o, oraya sürücüsü Asiflə birlikdə getmiş, Tamara evdə onu qarşıladıqdan sonra 380000 manat pulu ona vermişdir. Əlavə olaraq o, orada Tamaraya 20.000 manat pulun əvəzində 300 qram qızıl da vermişdir. 2016-ci ilin oktyabr ayının 10-da, saat təxminən 10-11 radələrində Tamara və Orucla 19 saylı notariat kontorunda görüşmüş, onlar mərkəzin əsas sənədini, yəni Xətai rayonu ərazisində yerləşən əsas binanin sənədlərini ona vermişlər. Həmçinin Tamara ərizə ilə müraciət edib “Günəş” beynəlxalq sağlamlıq mərkəzinin təsis planının satılmasına, həmin mərkəzin əmlakının satılmasına, bağışlanmasına və ya girova qoyulmasına, həmçinin həmin mərkəzin özəlləşdirilməsinə etirazı olmadığını bildirmiş, hər ikisinin razılığı ilə X8 adından onun adına həm mülki etibarnamə, həm də sağlamlıq mərkəzi ilə bağlı 30 il müddətinə baş etibarnamə verilmişdir. Etibarnamə verildikdən sonra elə həmin gün axşam saatlarında o, yenidən onların Yasamaldakı evlərinə getmiş, onlara getməkdə məqsədi mərkəzə aid digər rayonlarda olan torpaqların hamısının sənədlərini almaq olmuşdur. O, həmin sənədləri də onlardan almışdır. Tamara və Orucdan sənədləri götürəndən təxminən bir ay sonra ona məlum olmuşdur ki, Tamara ilə Oruc həmin mərkəzin Sumqayıt şəhərində yerləşən 3 hektar torpaq sahəsini iki-üç nəfərə də satmışlar. Belə ki, o, Sumqayıtda olan torpaq sahəsinə baxıb, Bakı şəhərinə qayıtdıqdan sonra ona bir nəfər zəng edib demişdir ki, Sumqayıt şəhərində onun baxdığı torpaq sahəsinin 1,5 ha hissəsi ona satılmışdır. O, onunla mübahisə edəndə həmin adam torpağa aid alqı-satqı sənədinin şəklini “vatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona göndərmişdir. O, elə həmin günü Tamara və Orucla görüşüb bu barədə onlardan soruşmuş, onlar ona həmin torpaq sahəsini iki nəfərə satdıqlarını, ancaq sonra aralarında anlaşma pozulduğu üçün torpağın qarşılığında aldıqları evi və pulu sahibinə qaytardıqlarını bildirmişlər. Bundan sonra həqiqətən Tamara və Orucun mərkəzin Sumqayıt şəhəri ərazisində yerləşən torpaq sahəsini bir nəfərə satmaqları və həmin şəxsin də, başqa birisinə satması ona məlum olmuşdur. O, Tamara və Orucdan bu barədə soruşduqda, onlar məhkəmədə həmin şəxslərin sənədlərini ləğv etdirmək üçün ondan 45000 manat pul istəmişlər, lakin, o, qorxduğu üçün onların dediklərini etməmişdir. Daha sonra o, həmin mərkəzin Xətai rayonu ərazisində yerləşən binalarını və təxminən 1,5 hektar torpaq sahəsini 1.300.000 manata satmaq üçün müştəri tapmışdır. 2016-ci ilin sonlarında Tamara ilə Oruc ona zəng edib bildirmişlər ki, pulun bir qismini onlara versin, yəni onlar həmin yeri 1.500.000 manata satmaq istədiyindən məlumatlı olduqları üçün həmin pulun 1.300.000 manatini ondan tələb etməyə başlamışlar. Ona demişlər ki, ya onların istədiyi məbləği verməlidir, əks təqdirdə etibarnaməni ləğv etdirəcəklər. O, onların dediklərinə inanmamış, fıkirləşmişdir ki, sadəcə hədə-qorxu gəlirlər. 2017-ci ilin mart ayında ona məlum olmuşdur ki, onlar verdikləri etibarnaməni həqiqətən ləğv etdiriblər. Bundan sonra o, onlardan pulunu tələb etsə də, onlar pula qaytarmamışlar. Daha sonra ifadəsində göstərmişdir ki, Şahid6 Tamara vasitəsilə tanımışdır. 2015-ci ilin may ayında Tamara ona oğlunun narkotik vasitələrin istifadəçisi kimi tutulduğunu, bu səbəbdən ona 40000 manat pul lazim olduğunu demiş, o da Tamaraya 40000 manat borc pul vermişdir. Sonrakımüddət ərzində Tamara ona zəng vuraraq, Nuriyyənin işlədiyi yerə gedib ondan pulu götürməsini bildirmiş, o, Nuriyyənin işlədiyi Nərimanov ərazisində yerləşən tikiş sexinə getmiş, orada olan zaman tanımadığı bir nəfər şəxs, Nuriyyənin orada olmadığını bildirib ona 8000 manat pul vermişdir. Bundan sonra o, ağ kağız verib 8000 manat alması barədə həmin kağıza yazmasını demiş, o, da onunla razılaşıb həmin kağıza 8000 manat pul aldığını yazıb, qarşısından imza etmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, Şahid5 onu tanışı Seyran vasitəsilə tanımışdır. Belə ki, dostu Seyranın qardaşı xəstə olduğu görə ona müalicə üçün pul lazim olmuşdur. Buna görə də Seyran Dürdanədən 4.000 manat faizə pul götürmüşdür sonra Seyran da ondan Dürdanədən faizi dayandırmağını xahiş etməsini istəmişdir. Daha sonra Dürdanə ona demişdir ki, səni şərləyəcəm, mənə pul verməlisən. O, da 5.000 manat pulu və 65 qram qızılı Dürdanəyə vermişdir ki, onu şərləməsin. Bundan əlavə ifadəsində qeyd etmişdir ki, Şahid3 Mirismayil oğlu onun qohumudur. Şahid4 Mircəlal vasitəsilə tanımışdır. Belə ki, 2017-ci ilin iyun ayında Mircəlal ona zəng edrək görüşmək istədiyini bildirmişdir. Buna görə də, o, Sumqayıt şəhərinə getmiş, Sumqayıt şəhərində Micəlal ilə görüşdükdən sonra onunla öz işləri ilə bağlı ümumi söhbətlər aparmışdır. Həmin vaxtdan təxminən 10 gün sonra şəxsi işləri ilə əlaqədar olaraq Sumqayıt şəhərində olan zaman Mircəlal zəng vuraraq söhbət etmək istədiyini bildirmiş, o, onunla razılaşıb Mircəlalın iş yerinin yanına getmişdir. Həmin vaxt Ehtibar da, orada olmuşdur. Mircəlal Ehtibarın qohumunun Abşeron rayon icra hakimiyyətinin işçilərinə atəş açdığı üçün Abşeron rayon prokurorluğu tərəfindən həbs edildiyini demiş və həmin şəxsə kömək etmək üçün tanışının olubolmadığını soruşmuşdur. O, ona bu barədə maraqlanacağını demiş, bir müddət sonra Ehtibar və Mircəlal ilə Sumqayıt şəhər ərazisində şəhidlər xiyabanının yaxınlığında görüşən zaman, Ehtibar həbsdə olan şəxsin yaşlı və şəkər xəstəsi olduğunu, onun həbsdən azad etdirmək üçün Masallı rayonunda yaşayan tanışı ilə danışdığını bildirmiş, sonuncu dəfə onlarla görüşən zaman Ehtibar tezliklə məsələnin həllini tapacağını demişdir. Lakin, ondan bu məsələni həll etmək üçün hər hansi bir məbləğdə pul almamışdır. Onun dedikləri şər və böhtandır. Bundan başqa ifadəsində bildirmişdir ki, Şahid2lara 700000 manata torpaq satmışdır. Sonuncular həmin torpağın satışından 100000 manat özlərinə götürməli və qalan pulu ona verməli idilər, lakin onlar ona pul verməmişlər. Hazırda onun Şahid2 borcu yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin verilmiş ittihamda özünü təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmaq məqsədi daşıyır və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ixtisası endokrinoloqdur, 15 il Tibb sahəsində həkimlik üzrə iş stajı vardır. Son 6 il Siyəzən rayon Mərkəzi poliklinikasında baş həkim vəzifəsində çalışmışdır. 2021-ci ilin mart ayında işlədiyi vəzifədən şəxsi istəyi ilə çıxmışdır. Belə ki, gündəlik olaraq Bakı-Siyəzən istiqamətində hərəkətdə olmaq yorucu olmuşdur. İşlədiyi müddət ərzində müalicə etdiyi şəkər xəstəsi olan qadının əri Şahid8lə 2021-ci ilin iyun ayında tanış olmuşdur. Şahid8 bildirmişdir ki, onun Təqsirləndirilən şəxs adında dostu var. Valeh yüksək vəzifəli şəxsin kürəkənidir. Ona işə düzəlməyi üçün Təqsirləndirilən şəxslə tanış edəcəyini bildirmiş və 2021-ci ilin iyun ayının əvvəlində o, Şahid8 vasitəsi ilə Valeh Şükürovla Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsi yaxınlığında yerləşən kafedə görüşmüşlər. Valehlə danışıq zamanı Valeh özünü ona yüksək vəzifəli şəxsin kürəkəni olduğunu bildirmişdir. Onun qohumluq əlaqələrini öyrənmək istəsə də Şahid8 ona demişdir ki, ona başı ilə cavabdehdir,Valeh bu barədə düz danışır. Beləcə o, Valehə inanmışdır. Danışıq zamanı ona Bakı şəhərində ixtisası üzrə dövlət işinə düzəlmək istədiyini dedikdə Valeh bildirmişdir ki, onu bir ay ərzində Bakı şəhəri 6 saylı X4 ya da Abşeron rayonu Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin etdirəcəkdir. Ondan bunun müqabilində 70.000 manat pul istəmişdir. O, həmin məbləğdən bu işin düzəlməsində köməklik göstərəcək şəxslərə hədiyyə alacağını və bir hissəsini də özü üçün götürəcəyini demişdir. O, bu qədər pul tapa bilməyəcəyini dedikdə Valeh son məbləğ kimi bu işi 60.000 manata düzəldə biləcəyini demişdir. Bundan 3 gün sonra o, Şahid8 və Valeh Şükürovla qeyd edilən ünvanda yerləşən həmin kafedə görüşmüşlər. Valeh demişdir ki, onun işini düzəlməsi üçün ilki mərhələ olaraq bir nəfər vəzifəli şəxsə 10.000 manat dəyərində hədiyyə almalıdır. Beləcə o, həmin kafedə Valehə ilkin olaraq 10.000 manat pul vermiş, üç gün sonra eyni kafedə Şahid8 iştirakı ilə Valehə işinin düzəlməsi vədinə inanaraq 20.000 manat pul vermiş, dörd gün sonra təxminən 2021-ci ilin iyun ayının ortalarında qeyd edilən ünvanda Valehə 6.000 ABŞ dolları pul vermişdir. Daha sonra 2021-ci ilin iyun ayının 20dən sonra Valehə Bakı şəhəri Nəsimi rayonu 20 yanvar küçəsində Pioner Arenanın yanında 5.000 manat pul vermişdir. Valeh ona 2021-ci ilin iyun ayının sonunadək onun işinin düzələcəyini bildirmiş, bir müddət gözlədikdən sonra Valeh yenidən ona gözləməsini, işinin düzələcəyini söz verib vəd etmişdir. 2021-ci ilin avqust ayının 24-ü Valehlə telefon əlaqəsi zamanı ondan pulunun qaytarılmasını, ya da işinin düzəlməsini tərəddüdlə tələb etdikdə, Valeh onunla yaşadığı ünvanın yaxınlığında görüşüb ona 10.000 manat pul qaytarmış və həm işini düzəldəcəyini, həm də pulunu 100.000 ABŞ dolları kimi qaytaracam demişdir. Sonra bir nəfər zəng edərək Valeh müəllimin göstərişi ilə ona 100.000 ABŞ dolları pul verəcəyini demiş, o, da bir qədər sakitləşmiş, lakin Valeh onu aldatmışdır. Cinayət nəticəsində ona 45.200 manat maddi ziyan dəymişdir, həmin puldan 10.000 manatı qaytarılmış, 35.200 manat ona qaytarılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2014-cü ildən Siyəzən rayonu mərkəzi poliklinikada tibbi qeydiyyatçı işləmişdir. 2021-ci ilin iyun ayının 7-də işdən şəxsi razılığı ilə çıxmışdır. Həkim Zərərçəkmiş şəxs o işlədiyi Siyəzən rayon poliklinikasında baş həkim vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs baş həkim çalışdığı vaxtlarda Sənubər adında bir qadını şəkər xəstəliyi ilə əlaqədar müalicə etmişdir. Sənubərin bacısının əri Şahid8 də arada ailəvi şəkildə həkimə təşəkkür etmək üçün poliklinikaya gəlib getmişlər. Beləcə onları şifahi olaraq tanımağa başlamışdır. Bundan sonra həkim Əhməd müəllim işdən çıxdıqdan sonra Şahid8lə bir neçə dəfə yeni işə düzəlmək üçün Səhiyyə sistemi ilə əlaqəli olan şəxslə tanış olmaq istədiyini ona demişdir. Zərərçəkmiş şəxs eşitdiyinə görə Alim adlı şəxs onunla söhbət zamanı yüksək vəzifəli şəxsin qohumu olan Valeh adlı şəxslə onu görüşdürə biləcəyini Zərərçəkmiş şəxs demişdir. Beləliklə bir dəfə 2021-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs onunla söhbət zamanı ona başına gələnləri danışmışdır. Belə ki, onun deməsinə görə Valeh adlı şəxslə Alimin vasitəsilə tanış olub. Alimin deməsinə görə Valeh Alimin bir neçə işini həll etmişdir. Zərərçəkmiş şəxs vasitəçiliklə tanıdığı Valehə baş həkim kimi Bakı şəhərində yerləşən xəstəxanalardan birinə işə düzəlmək üçün ilk dəfə 10.000 manat pul verdiyini, hazırda Valehin 20.000 manat pul istədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona demişdir ki, Valehlə görüşə gedəcək və ona pul verəcəkdir. Ancaq bundan öncə Zərərçəkmiş şəxs Alimin dediklərinə tam əmin olmaq üçün o Alimgilin Masazır qəsəbəsində yerləşən evlərinə qonaq getmişdir. Onlar onu Siyəzən rayonu poliklinikasından ətraflı tanımışlar. Beləcə onu qonaq qəbul etmişlər. İki gün onlarda qalmışdır. Söhbət zamanı arada Zərərçəkmiş şəxs işini Alimin özündən və arvadından soruşmuşdur. Alim demişdir ki, Əhmədin işi yüz faiz düzəlib. Valeh yüksək vəzifəli şəxsin qohumudur. Bu işə başı ilə cavabdehdir sözlərini Alim dəfələrlə deyib təkrar etmişdir. Bundan bir gün sonra 2021-ci ilin iyun ayının ilk on günlüyündə Zərərçəkmiş şəxs Alim gilin evinə gəlmiş və o Alimlə birlikdə onların evindən çıxmış və Zərərçəkmiş şəxs idarə etdiyi Hyundai Elantra markalı avtomobilinə əyləşmişlər. Ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Alimin iştirakı ilə Valehlə görüşüb işinin düzəlməsi üçün Valehə 20.000 maat pul verəcəkdir. Onlar Yasamal rayonundan yerləşən 19 saylı poliklinikanın yaxınlığında yerləşən kafeyə getmişlər. Orada o avtomobildə olanda Əhməd sürətlər qutusunun yanında zərfin içərisində olan pulu çıxarıb sayaraq Alimə burada 20.000 manat pul olmasını bildirmişdir. X21 avtomobildən düşmüşlər və kafeyə daxil olmuşlar. Bir neçə dəqiqə sonra Əhməd, Alimlə yanlarında bir nəfər kök bədən quruluşlu şəxslə kafedən çıxmışlar. Əhmədin, Alimin deməsinə görə həmin şəxs Valeh olmuşdur, Valehin əlində Əhmədin avtomobildən düşməzdən öncə saymış olduğu 20.000 manat pulun olduğu zərf var idi. Bundan başqa, Əhməd tərəfindən Alimin iştirakı ilə Valehə verdiyi 6.000 ABŞ dolları, sonra 5.000 manat pulun məsələlərini Əhməd ona danışmış və onun bunlardan Əhmədin deməsi ilə xəbəri olmuşdur. Əhmədin deməsinə görə Valeh ondan almış olduğu pullardan 10.000 manatını 2021-ci ili avqust ayının 24-də geri qaytarmışdır. Əhmədin deməsinə görə Valehin hazırda ona 35.000 manat pul ödənişi qalmışdır. O Valeh adlı şəxsi tanımır, onunla heç bir əlaqəsi və tanışlığı, görüşü olmamışdır. Onu bir dəfə uzaqdan görmüşdür. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid10 2005-ci ildən tanıyır. X15 uzun müddət işsiz olduğundan bu barədə tanışı Sənana demiş, Sənan isə onu yaxın dostu olan Valeh adlı şəxslə tanış edəcəyini, Valehin yaxın dostlarının vasitəsi ilə İlyar Vahabovu iş düzəltməyin mümkün olmasını demişdir. 2017-ci ilin mart ayında Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən “Dəniz İnciləri” restoranında Valeh ilə görüşmüş, Sənan Valehin sahibkar olduğunu, vəzifəli şəxslər ilə əlaqəsinin olduğunu demişdir. O, Valehə qardaşı İlyarı Təhsil Nazirliyinə işə düzəltmək istədiyini demişdir. Valeh isə onun qardaşı İlyarı Təhsil Nazirliyinə şöbə müdiri vəzifəsinə təyin etdirə biləcəyini demişdir. O, Valehin bu təklifi ilə razılaşaraq, qardaşı İlyara dedikdən sonra onunla danışacağını demişdir. O, Valehdən bu işin düzəlməsi üçün ümumilikdə nə qədər pul lazım olduğunu soruşduqda, o, maraqlanıb yaxın günlərdə deyəcəyini bildirmişdir. Təxminən dörd gün sonra Valeh ilə əlaqə saxlayıb görüşdükdə o, ilkin olaraq 5.000 manat pul istəmiş, həmin günün səhərisi o, Bakı şəhəri, Nəsimi rayonu S.Vurgün küçəsində Valehin göndərdiyi tanımadığı sürücüyə Valehə çatdırması üçün 5.000 manat pul vermişdir. Sənan Valeh ilə maraqlandıqda o, pulu sürücüdən aldığını bildirmişdir. Həmin yerdən Valehə çatdırması üçün həmin sürücyə ayrı-ayrı vaxtlarda ümumilikdə 25.000 manat pul vermişdir. 2019-cu ilin aprel ayında Valeh Sənana zəng edərək işin düzəlməsi üçün əlavə olaraq 50.000 manat pul lazım olduğunu bildirmişdir. Onlar 2019-cu ilin aprel ayında Nərimanov rayonu ərazisində yerləşən “444” adlı kafedə görüşmüşlər. O, orada Valehə əlaqə olaraq 25.000 manat pul vermişdir. Valeh bildirmişdir ki, həmin işin düzəlməsi üçün ümumilikdə 100.000 manat pul tələb olunur. Həmin pulun 75.000 manatı işi düzəldən şəxsə veriləcək, qalan 25.000 manat pul isə onun özünə çatmalıdır. Təxminən bir həftə sonra onlar yenidən Valeh ilə görüşərək, ona 25.000 manat pul vermişlər. Valeh pulu götürərək narahat olmamalarını yaxın günlərdə işin düzələcəyini demişdir. Bir neçə gün sonra yenidən Valeh ilə görüşən zaman o, 25.000 manat pul istəmişdir. O, Valehə pulunun olmadığını dedikdə, Valeh təkidlə pulu qısa müddətdə çatdırmasını bildirmiş, əks halda verilən pulların batacağını demişdir. O, Sənan ilə tanışlarından pul axtarmağa başlamış və Sənan ona zəng edərək 25.000 manat pul tapdığını bildirmişdir. O, həmin pulu Valehə verməsini xahiş etmiş və Sənan da həmin pulu Valehə vermişdir. O, Valehdən bu barədə soruşduqda o, Sənandan pulu aldığını bildirmişdir. O, sonradan özü həmin pulu Sənana qaytarmışdır. Valeh narahat olmamasını, yaxın günlərdə qardaşının işinin düzələcəyini bildirmiş, bundan sonra o və Sənan Valehə zəng etsələrdə o, müxtəlif bəhanələrlə hər dəfə görüşməkdən imtina etmişdir. O, Valehə ondan şikayət edəcəyini bildirdikdə, Valeh onunla görüşməyə razılıq vermiş və onlar Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İstanbul” kafesində görüşmüş, görüş zamanı Valeh ona məxsus Xətai rayonu ərazisində torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini baha qiymətə satacağını və onun pulunu qaytaracağını demişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin sənədin Valehin adına olan etibarnaməsi ləğv edilmişdir. Bundan sonra o, Valeh barədə şikayət etmişdir. Hadisə nəticəsində ona 100.000 manat maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10, zərər çəkmiş şəxs Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2013-cü ilin aprel ayından etibarən tanıyır. Belə ki, 2013-cü ilin aprel ayında şirniyyat satışı ilə məşğul olan Seyran adlı şəxs iş yerinə gələrək tanışı olan iş adamın obyekt satdığını, bununla bağlı həmin şəxsin onunla görüşmək istədiyini bildirmişdir. İlk öncə marağını cəlb etmədiyindən o, həmin şəxsin barəsində çox maraqlanmamışdır. Həmin vaxtdan 2-3 gün sonra iki nəfər şəxslə onun iş yerinə gəlmiş, həmin şəxslərdən biri, sonradan adının Valeh olduğunu bildiyi şəxs ondan kişi paltarları tikib-tikmədiyini soruşmuş, o, Valehə ancaq qadın paltarları tikdiyini bildirmiş və onlar çıxıb getmişlər. Sonra Seyran onun iş yerinə gələrək az öncə yanında olan şəxsin ona bəhs etdiyi iş adamı Valeh olduğunu, Valehin telefon vasitəsilə onunla əlaqə saxlamaq istədiyini bildirmiş, o, Seyranla razılaşıb ona məxsus mobil nömrəsini Valehə verməsini demişdir. Təxminən bir həftə sonra Valeh ona zəng vuraraq dostunun ona 1.000.000 manat borcu olduğunu, həmin borcun əvəzində dostunun ona Bakı şəhəri, Xətai rayonu ərazisində böyük obyekt verdiyini, istədiyi təqdirdə həmin obyektin müəyyən hissəsini ona verə biləcəyini demişdir. O, Valehlə görüşüb bu barədə söhbət etməyi təklif etmiş, Valeh işlərinin çox olduğunu, boş vaxtı olan zaman ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra Valehlə telefon vasitəsilə mütəmadi olaraq əlaqə saxlamışlar. Hər dəfə mobil telefon vasitəsilə Valehlə danışan zaman o, quracağı böyük işlər barədə ona məlumat vermişdir. 2013-cü ilin təxminən sentyabr ayının sonlarında Valeh zəng vuraraq Xətai rayonu ərazisində yerləşən dostunun borc əvəzində ona verdiyi obyekti sənədləşdirmək üçün ona 1000 manat pul lazım olduğunu, daha sonra ona geri qaytaracağını demişdir. O, Valehlə razılaşmış, və həmin gün axşam vaxtı Bakı şəhəri, Nərimanov rayonu F.X.Xoyski küçəsində yerləşən iş yerinin qarşısında Valehin sürücüsü kimi tanıdığı Zöhraba Valehə çatdırması üçün 1.000 manat pul vermişdir. Həmin vaxtdan üç gün sonra Valeh yenidən obyekti sənədləşdirmək üçün 2.000 manat pul istəmiş, o, Valehə inandığı üçün yenidən onunla razılaşmış və həmin gün Zöhraba Valehə çatdırması üçün 2.000 manat pul vermişdir. Təxminən 2013-cü ilin oktyabr ayının ortalarında Valeh zəng vuraraq obyektin sənədləşdirmə işlərini yekunlaşdırmaq üçün ona təcili 5.000 manat pul lazım olduğunu demiş, o, onunla razılaşıb həmin günün səhəri iş yerinə gələn İsmayıl adlı şəxsə Valehə çatdırması üçün 5.000 manat pul vermişdir. 2013-cü ilin dekabr ayının sonlarında Valehlə danışan zaman o, yenidən sənədləşmə adı ilə 7.000 manat pul istəmiş, o, Valehə öz etirazını bildirən zaman, o, narahat olmamasını, Bakı şəhəri, Xətai rayonu, ərazisində yerləşən ona məxsus obyektdən yer verəcəyini, ona verdiyi pulları isə həmin yerin pulundan çıxacağını demişdir. O, obyektə baxmaq istədiyini dedikdə, Valeh hazırda orada məcburi köçkünlərin yaşadığını, onları oradan köçürtdükdən sonra onu həmin yerə aparacağını demişdir. Belə olan halda o, Valeh ilə razılaşmışdır. Həmin günün səhəri o, iş yerinə gələn Valehin göndərdiyi tanımadığı şəxsə Valehə çatdırması üçün 7.000 manat pul vermişdir. 2014-cü ilin fevral ayının əvvəllərində Valeh Xətai rayon İcra Hakimiyyətinə vermək adı ilə 5.000 manat pul istəmiş, o, həmin pulun Valehin satacağı obyektin pulundan çıxılacağını fikirləşərək onunla razılaşıb Valehin göndərdiyi tanımadığı şəxsə ona çatdırması üçün 5.000 manat pul vermişdir. O, həmin 5.000 manat pulu tanışı Solmazdan almışdır. Bundan sonra növbə ilə 2014-cü ilin aprel, iyun və dekabr aylarında hər dəfə Solmazdan 5.000 manat alaraq Valehə göndərmişdir. Belə ki, Valeh hər dəfə pul istəyən zaman, həmin pulun ona satacağı obyektin pulundan çıxılacağını demişdir. O, Valehə hər dəfə obyekti görmək istədiyini dedikdə o, səbrli olmağı, tezliklə obyekti ona təhvil verəcəyini demişdir. Valehin deməsinə görə verəcəyi obyekt 3 hissədən ibarət olmuşdur. O, isə həmin obyektin bir hissəsini gözəllik salonu, bir hissəsini moda evi, digər hissəsini isə ziyafət paltarlarının kirayəsi etmək barədə fikirləşmişdir. O, bundan sonra ondan israrla obyekti göstərməsini tələb etdikdə, o, onu Yasamal rayonunda yaşadığı evə apararaq, həmin obyektin sənədlərini göstərmişdir. Valeh ilə tez-tez əlaqə saxlasa da, bəzi vaxtlarda bu mümkün olmamışdır. Valehdən harada olduğunu soruşduqda o, xarici ölkələrə işgüzar səfərlər etdiyini demişdir. 2015-ci ilin aprel ayında Valeh ona zəng vuraraq ona 7.000 manat pul lazım olduğunu demişdir. O, pulunun olmadığını dedikdə, Valeh ona məxsus qızıl zinət əşyalarını dostu Həci adlı şəxsə girov verib 7.000 manat götürə biləcəyini demişdir. O, Valehlə razılaşıb hər birinin qiyməti 750 manat olan 4 ədəd qızıl qolbaq, 7000 manat dəyərində qızıl üzük, sırğa, qolbağ, boyunbağı və kulon dəsti, qiyməti 1000 manat olan üzərində 1 ədəd böyük qara qaş, ətrafında brilliant qaşları olan qızıl üzük, 500 manat dəyərində qızıl kişi qolbağı, 1500 manat dəyərində qızıl kişi boyunbağısı, 1500 manat dəyərində ətrafında brilliant qaşları olan paxlava formalı qızıl üzük, 700 manat dəyərində üzərində yaşıl böyük qaş, ətrafında brilliant qaşları olan qızıl üzük, 500 manat dəyərində üzərində brilliant qaşları olan qızıl üzük, 1500 manat dəyərində üzərində brilliant qaşları olan qızıl sırğa üzük dəsti, 800 manat dəyərində üzərində brilliant qaşları olan qızıl üzük, 600 manat dəyərində üzərində saffir qaşı olan qızıl üzük, 700 manat dəyərində qızıl sırğa kulon dəsti və 200 manat dəyərində 1 cüt qızıl sırğanı dostu Həciyə verib pul götürməsi üçün Valehə vermişdir. Həmin qızılların ümumi çəkisi 300 qram olmuşdur. Qızılları Valehin göndərdiyi şəxs iş yerinə gələrək oradan götürmüşdür. Sonuncu dəfə 2015-ci ilin iyun ayında Valeh 10.000 manat pul istəmişdir. O, öz adına və şəriki Zümrüdün adına “Dəmir bank”dan ümumilikdə 11.000 manat pul götürüb həmin pulun 10.000 manatını Valehə iş yerində vermişdir. Bir müddət sonra o, Valehin onu aldatdığını görüb ondan pulunu tələb etmişdir. Belə ki, o, Valehlə əlaqə saxlayıb harada olduğunu soruşduqda o, Türkiyədə olduğunu demişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, Valeh Bakı şəhərindədir. Həmçinin Zöhrabla danışan zaman o, Valehin sürücüsü olmadığını, təsadüfən tanış olduqlarını, pul müqabilində taksi sürücüsü kimi fəaliyyət göstərdiyini bildirmişdir. Bundan sonra Valehin onu aldatmasına əmin olmuşdur. Valehdən hər dəfə pulunu tələb edən zaman, ona narahat olmamasını, pulu tezliklə qaytaracağını demişdir. Lakin, o, verdiyi vədlərə əməl etməmişdir. Sonuncu dəfə Valeh onu aldadaraq yeni tikilmiş binada evinin olduğunu, həmin evi ona verdiyi pulların əvəzində onun adına sənədləşdirəcəyini demişdir. Lakin həmin vədinə də, əməl etməmişdir. Belə olan halda o, Valeh barəsində şikayət etmişdir. Onun barəsində şikayət etdikdən sonra Valehin yaxın münasibətdə olduğu Solmaz adlı qadın onunla əlaqə saxlayaraq, Valehin ona səsli ismaric göndərdiyini, tez bir zamanda pulu və qızıllarını geri qaytaracağını demiş, o, Solmazın dediklərinə inanaraq Valehlə barışması barədə notariat kontorunda ərizə vermişdir. Lakin, Valeh və onun tanışı Solmaz yenə də, verdikləri vədə əməl etməmişlər. Yəni Valeh pul və qızılları geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ondan ümumilikdə 45.000 manat pul və 19.500 manat dəyərində qızıl zinət əşyası almışdır. Ümumilikdə ona 64.500 manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş və sonradan zərər çəkmiş şəxs qismində tanınmış Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı Zakirin baldızı oğludur. O, həmişə özünü geniş imkanlara malik olduğunu, vəzifədə işləyən dostlarının olduğunu bildirmiş və buna görədə həmişə Valehə inanmışdır. 14 iyul 2017-ci il tarixdə dostu Həbibin babası X13 RİH-nin işçiləri ilə mübahisə edib onlarla dalaşdığı üçün onun barəsində Abşeron rayon prokurorluğunda cinayət işi başlanmış və barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 2017-ci ilin sentyabr ayının əvvəllərində Valeh onun işlədiyi Sumqayıt şəhərində yerləşən məntəqəyə gəlib dişlərini düzəltdirən zaman o, baş vermiş hadisə barədə Valehə demiş, Valeh isə yaxın dostlarının köməkliyi ilə bu məsələni həll edə biləcəyini demişdir. O, bu barədə dostu Həbibə bildirmiş, sonra onlar Valeh ilə Sumqayıt şəhərində yerləşən “Dəm” çay evində görüşmüşlər. Valeh bildirmişdir ki, bu məsələnin həlli üçün 40.000 manat pul olsa məsələni həll edə bilər. O, isə həmin pulu verməyə imkanlarının olmadığını və 30.000 manat düzəldə biləcəklərini demişdir. Valeh də razılaşaraq, həmin pulu tam verdikdən 15 gün sonra məsələnin həll olunacağını bildirmişdir. Bundan bir neçə gün sonra o, Valeh ilə görüşərək Sumqayıt şəhəri, Şəhidlər xiyabanın yanında 10.000 manat pulu Valehə vermişdir. Təxminən 3-4 gün sonra yenidən Valeh ilə Bakı şəhəri, Yasamal rayonu, "xxxx" ASC-nin qarşısında görüşüb 10.000 manat pulu ona vermiş, daha sonra Sumqayıt şəhərinin girişində yerləşən “Azpetrol” YDM-nin qarşısında Valeh ilə görüşüb 5.000 manat pulu ona vermiş, 2-3 gün sonra yenidən Valeh ilə həmin ünvanda görüşüb 5.000 manat pulu Valehə vermişdir. Bununla Valehə söz verdikləri 30.000 manat pulu tam vermişlər. Valeh isə bildirmişdir ki, 15 gün müddətində bu məsələ tam həll olunacaqdır. 2017-ci ilin sentyabr ayının sonlarında Valeh zəng edərək məsələni həll etdiyini, 2.000 manat pulu işi düzəldən şəxsə şirinlik verməli olduğunu bildirmişdir. Bundan sonra Valeh ilə Abşeron rayon məhkəməsinin qarşısında görüşüb 2.000 manat pulu ona vermişdir. Lakin, aradan xeyrli müddət keçsədə, Valeh onların telefonlarına cavab verməmişdir. O, bundan sonra polisə ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş və sonradan zərər çəkmiş şəxs qismində Şahid4, zərər çəkmiş şəxs Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş və sonradan zərər çəkmiş qismində tanınmış şəxs X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü ildə rəfiqəsi Tamaranın vasitəsi ilə tanımışdır. Belə ki, Tamaranın həyat yoldaşı Oruca məxsus “Günəş” Beynəlxalq uşaq Sağlamlıq mərkəzi olmuş, mərkəzin baş ofisi Xətai rayonu ərazisində yerləşsə də, müxtəlif rayonlarda torpaq sahələri olmuşdur. 2014-cü ildə Tamara ona həmin mərkəzi satmaq istədiyini, istədiyi təqdirdə həmin mərkəzin Şəmkir rayonu ərazisində yerləşən torpaq sahəsini ona sata biləcəyini demişdir. Belə olan halda o, Şəmkir rayonunda həmin torpaq sahəsini alıb, orada tikiş fabriki aça biləcəyini düşündüyü üçün torpaq sahəsini almaq qərarına gəlmişdir. Torpaq sahəsinin ümumi sahəsi 1,5 ha olmuş, razılaşmaya əsasən Tamara həmin torpaq sahəsini 150.000 manata satmağa söz vermişdir. Tamara həmin torpaq sahəsinin özəlləşmədiyini, özəlləşdikdən sonra satacağını demiş, o, isə torpaq sahəsinin özəlləşdikdən sonra alacağını bildirmişdir. 2014-cü ilin sentyabr ayında Tamara və həyat yoldaşı Oruc onun işlədiyi tikiş sexinə gələrək, yanlarında olan tanışları Valehin həmin torpaq sahəsini onun adına sənədləşdirəcəyini demiş, lakin, Tamara torpağın sənədləşməsi üçün pul lazım olduğunu, həmin pulu verməsini və həmin pulun torpağın pulundan çıxılacağını demiş, o, Tamara ilə razılaşmışdır. 24 sentyabr 2014-cü il tarixdə işdə olan zaman Tamara ona zəng edərək Valehin onun yanına gələcəyini, torpaq sahəsinin sənədləşməsi üçün 10.000 manat pulu Valehə verməsini bildirmiş, günorta saatlarında Valeh onun iş yerinə gəlmiş və ilkin sənədləşmənin aparılması üçün 10.000 manat pulu Valehə vermişdir. Təxminən bir ay sonra Valeh onun iş yerinə gələrək, Şəmkir rayon icra hakimiyyətindən etibarnamə aldığını, tezlikdə məsələnin həll olunacağını demiş, sonra o, tez-tez Valeh ilə əlaqə saxlamışdır. 06 aprel 2015-ci il tarixdə Valeh ona zəng edərək, sənədlərin hazır olduğunu, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə 30.000 manat pul verildikdən sonra sənədlərin götürülə biləcəyini demişdir. O, Valeh ilə razılaşdıqdan sonra saat 15:00 radələrində Valeh onun iş yerinə gələrək xəzinədar Ofelyadan 30.000 manat pul götürmüşdür. Valeh həmin pulu götürdükdən sonra həmin pulu lazım olan yerə çatdıracağını və torpağın sənədinin sentyabr ayının sonlarına kimi həll olunacağını demişdir. Həmin müddətdə Valehdən xəbər olmadığı üçün onunlaq əlaqə saxlamış, Valeh isə yaxın günlərdə məsələnin həll olunacağını bildirmişdir. Bir müddət keçdikdən sonra o, Valeh ilə yenidən əlaqə saxlamış, Valeh isə onu hər dəfə müxtəlif bəhanələrlə aldatmışdır. Bundan sonra o, bu barədə Nərimanov RPİ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, X14 onun həyat yoldaşı, Şahid6 isə onun tanışıdır. Təqsirləndirilən şəxs rəfiqəsi Şəhlanın vasitəsilə tanımışdır. Valehlə tanışlıqdan sonra həyat yoldaşı Orucla Valeh arasında onlara məxsus şirkətin Şəmkir rayonu ərazisində yerləşən torpaq sahəsinin Valeh tərəfindən özəlləşdirilərək çıxarış almasına dair razılaşma olmuşdur. Məhz buna görə Oruc Valehə öz adından etibarnamə vermişdir. Bir neçə gün sonra Valeh torpağın özəlləşdirilərək çıxarış alınması üçün Şəmkir rayon İcra Hakimiyyətinə yazmış olduğu məktubun surətini onlara təqdim etmişdir. Həmin vaxtdan bir neçə gün sonra Nuriyyəyə məxsus tikiş sexində olan zaman Valeh də onların yanlarında olmuşdur. Söhbət əsnasında Valeh bildirmişdir ki, torpaq haqda olan bütün məsələləri həll edib, ona görə də pul lazımdır. Həmin vaxt Nuriyyə nə torpaq olması ilə bağlı maraqlanmış və mini tikiş fabriki tikmək istədiyini bildirmişdir. Nuriyyə nə qədər pulun özəlləşmə üçün lazım olduğunu Valehdən soruşanda Valeh ilkin olaraq 40.000 manat pul lazım olduğunu demişdir. Həmin ərəfədə Nuriyyə qeyd olunan Şəmkir rayonunda yerləşən torpağın özəlləşməsi üçün onun da razılığı ilə Valehə iki dəfəyə 40.000 manat pul vermiş, Valeh həmin pulu aralarında olan şifahi müqaviləyə əsasən dəftərə imza edərək Nuriyyədən qəbul etmişdir. Valeh pulu götürüb getdikdən sonra yalandan vədlər versə də, ancaq torpağın özəlləşməsi istiqamətində heç bir iş görməmişdir. Həmin vaxdan təxminən bir il keçmiş, Valehin bəhanələri davam etmiş, Nuriyyə ondan pulunu tələb etməyə başlamışdır. Valeh yalandan yenə də Nuriyyəyə vədlər vermişdir. Hətta onların həmin qeyd olunan torpağı özəlləşdirmək istiqamətində Nuriyyənin Valehə 40.000 manat pulu verərək qaytarıb ala bilməməsi istiqamətində dəfələrlə telefon danışıqları olmuşdur. 2016-cı il yay aylarında Valeh briliyantdan olan qara rəngli qaş gətirmiş, Nuriyyənin ofisində onun və Nuriyyənin işçilərinin, Vidadi adlı şəxsin yanında Nuriyyəyə pul əvəzində təklif etmiş, o, Nuriyyə və Valeh Bakı şəhərində yerləşən bir neçə qızıl alqı-satqısı ilə məşğul olan mağazalara getmiş, lakin heç bir zərgər həmin briliyanta pul verməmiş və Valeh özü satıb pulunu gətirəcəyini bildirmişdir. Lakin əmin vaxtdan sonra Valeh yoxa çıxmış, iki aydan sonra pul lazım olduğu üçün yenidən peyda olmuş və yenə də, Nuriyyəni aldatmaqda davam etmişdir. Ona görə də, Nuriyyə onun barəsində şikayət etmək məcburiyyətində qalmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, onun arvadı X5 şəhərində yaşayan Sənubər adlı bacısı şəkər xəstəsi olduğundan Siyəzən rayonu Diaqnostika Mərkəzində baş həkim Zərərçəkmiş şəxs tərəfindən müalicə olunmuşdur. Beləcə Zərərçəkmiş şəxslə tanışlığı yaranmışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs iş yerindən çıxmış, 2021-ci ilin iyun ayının əvvəllərində bir neçə dəfə Bakı şəhərində Zərərçəkmiş şəxslə görüşüb söhbətləşmişlər. Zərərçəkmiş şəxs ona iş axtardığını demişdir. Belə ki, o, xəstəxanalardan hər hansı birinə direktor təyin edilmək istəmişdir. Ona bildirmişdir ki, Valeh adlı bir nəfər vardır. Valehin deməsinə görə o, yüksək vəzifəli şəxsin kürəkənidir və guya “Heydər Əliyev” adına fondda çalışır. Valehlə onu Anar adlı şəxs Yasamal rayonu ərazisində kafedə tanış etmişdir. Beləcə o Əhmədə Valehlə tanış olmağı təklif etmişdir. Əhmədlə söhbət zamanı ona demiş ki, əgər işi alınarsa, nəticədə ona da hörmət edər. 2021-ci ilin iyun ayının əvvəlində Bakı şəhəri Yasamal rayonu 19 nömrəli poliklinikanın yaxınlığında kafedə o Zərərçəkmiş şəxslə birlikdə Valehlə görüşmüşdür. Valehlə söhbət zamanı Valeh Zərərçəkmiş şəxs özünü yüsək vəzifəli şəxsin kürəkəni kimi təqdim etmiş və bildirmişdir ki, “Heydər Əliyev” adına fondda çalışır. Əhmədlə o bir neçə dəfə Valehdən kimin yoldaşı və ya kürəkəni olduğunu soruşsa da o bildirmişdir ki, yüksək vəzifəli şəxslərdir. Söhbət zamanı Zərərçəkmiş şəxs Valehə bildirmişdir ki, o, Bakı şəhərində xəstəxanalardan birində direktor-baş həkim təyin edilmək istəyir. Valeh ona demişdir ki, ya 6 saylı X4, ya da Abşeron rayonu Mərkəzi Xəstəxanasına baş həkim təyin edilməsində köməklik göstərəcəkdir. Valeh Zərərçəkmiş şəxs 70.000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs 60.000 manat pul verə biləcəyini, 30.000 manat ilkin mərhələdə hissə-hissə, qalıq 30.000 manat isə yekun nəticədə, yəni işə təyin olunduğu zaman verə biləcəyini bildirmişdir. Bundan 2 gün sonra Zərərçəkmiş şəxs ona zəng edərək Valehlə həmin ünvanda görüşəcəyini və onun da iştirak etməsini demişdir. Onlar 2021-ci ilin iyun ayının təxminən 10-da həmin kafedə Valehlə görüşmüşlər. Görüş zamanı Valeh demişdir ki, qohumu olan yüksək vəzifəli ailəyə hədiyyə almalıdır və 10.000 manat pul hazırda verilməlidir. Zərərçəkmiş şəxs sarı rəngli kağız paketdə 10.000 manat pulu Valehə vermiş və demişdir ki, bu paketdə 10.000 manat pul var. Bundan 3 gün sonra 2021-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs ona zəng etmiş və Valehlə yenə də həmin ünvanda görüşəcəyini demişdir. Onlar bir yerdə həmin kafedə görüşmüşlər. Valeh pulun digər hissəsini də verməsini Əhmədə bildirdikdə, Əhməd öz avtomobilinin əşya saxlama yerindən sarı kağız paketi gətirmiş və Valehə təqdim edərək burada 20.000 manat pul olmasını demişdir. Valeh həmin paketi də götürüb Əhmədə arxayın olmasını demişdir. Həmin vaxt o Zərərçəkmiş şəxs Valehlə hər hansı sənəddləşmə etməsini desə də, Valeh sənədləşmənin etibarsızlıq əlaməti olması məzmununda söhbət etmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs ona zəng edərək Valehin ondan yenə 10.000 manat pul istədiyini bildirmişdir. O Əhmədə telefonla danışığı zamanı Valehə daha pul verməməsini, işi alındığı təqdirdə pulun qalığını verməsini demişdir. Bundan sonra Əhməd onunla görüşüb Valehlə görüşə bir yerdə getməyi təklif etmiş və onlar X17 Cabbarlı adına kinostudiyanın qarşısında görüşmüşlər. Orada o, Valehə demişdir ki, Əhmədin pulu yoxdur, sən onu dirəyib pul istəməklə o, hazırda pul tapa bilməyəcəkdir. Bundan sonra Əhməd onun iştirakı olmadan Valehlə görüşüb ona 6.000 ABŞ dolları pul vermişdir. Bundan bir müddət sonra təxminən 2021-ci ilin iyul ayının ortalarında Əhmədlə söhbət zamanı Əhməd ona demişdir ki, Valeh ondan 5.000 manat pul istəyir. O Əhmədə pul verməməsini demiş və şəxsən özü Əhmədin iştirakı ilə Valehlə görüşdə ona demişdir ki, Əhməd onun ailəvi tanışıdır, əgər onun işini düzəltməyəcəksə, pulu qaytarmaq lazımdır. Valeh Əhmədin bəzi dövlət qurumlarda işlədiyi müddətdə problemləri olduğunu və həmin problemlərin həll edilməsi ilə məşğuldur. Bundan sonra Əhməd onun iştirakı olmadan Valehlə görüşüb ona 5.000 manat pul vermişdir. Onun bildiyinə görə təxminən 2021-ci ilin sentyabr ayında Valeh Zərərçəkmiş şəxs 10.000 manat pul qaytarmışdır. Bundan sonrakı müddət ərzində Valeh Zərərçəkmiş şəxs söz verdiyi işi görə bilməmiş və onun təyinatına köməklik etməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 45.000 manat pulunu dələduzluqla ələ keçirmişdir. Ona həmin puldan heç bir məbləğ verilməyib və ya o hər hansı maddi maraq qarşılığında onları tanış etməmişdir. Valehlə Zərərçəkmiş şəxs tanış etməkdə məqsədi Valehin Əhmədi işə düzəltməkdə köməklik etmək olmuşdur. Valehlə Əhməd arasında lazer aparatı almaq məsələsi olmamış, Valeh Əhmədə 45 000 manat pul verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə əsasən ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2017-ci il tarixli, 17062 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, göy rəngli üz qabığında “FİS Manuscript Book” sözləri yazılmış qeydiyyat dəftərin 14-cü vərəqinin üz tərəfindən orta hissədə qırmızı rəngli rəngləyici maddə ilə haşiyələnmiş imza; üz qabığında “Historical Monuments A4 oyal ofice book” sözləri yazılmış qeydiyyat dəftərin 16-cı vərəqinin üz tərəfinin aşağı hissəsində qırmızı rəngli rəngləyici maddə ilə haşiyələnmiş imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməllərində təqsirli olması zərər çəkmiş şəxslərin və sahidlərin ifadələri ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin 02-ci cildinin, 62-68-ci vərəqlərində olan Təqsirləndirilən şəxs ilə Şahid6 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir. Cinayət işinə əlavə olunmuş Şahid6 bir ədəd göy rəngli üzlüklü üzərində “FİS Manuscript Book” və bir ədəd üzərində “Historical Monuments A4 oyal ofice book” sözləri yazılmış qeydiyyat dəftərlərindən görünür ki, həmin “FİS Manuscript Book” sözləri yazılmış dəftərin 14-cü vərəqinin üz tərəfindən orta hissədə “10000-Valeh “imza var” N-x ver” sözləri yazılmışdır. “Historical Monuments A4 oyal ofice book” sözləri yazılmış dəftərin 16cı vərəqinin üz tərəfindən aşağı hissədə “30 000-Valeh “imza var” sözləri yazılmışdır. Cinayət işinin 01-ci cildinin, 41-47-ci vərəqlərində olan Təqsirləndirilən şəxs ilə Şahid7 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir. Həmçinin, cinayət işinin 02-ci cildinin 34-40 və 244-249-cu vərəqlərində olan Təqsirləndirilən şəxs ilə Şahid5 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir. Eləcə də, cinayət işinin 03-cü cildinin 79-82-ci vərəqlərində olan Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir. Cinayət işinin 03-cü cildinin 84-87-ci vərəqlərində olan Təqsirləndirilən şəxs ilə Şahid10 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid10 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir. Cinayət işinin 03-cü cildinin 92-93-cü vərəqlərində olan “Diskə baxış keçirilməsi” barədə 23 mart 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi içərisində Təqsirləndirilən şəxs ilə danışıqlar olan bir ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskin içərisində bir ədəd fayl vardır, həmin faylda 13 dəqiqə 28 saniyə səs yazısı vardır. Həmin səs yazısında Təqsirləndirilən şəxs Şahid2 külli miqdarda pulunu ələ keçirməsini bir daha təsdiq edilir. Bundan başqa cinayət işinin 02-ci cildinin 239-242-ci vərəqlərində olan Təqsirləndirilən şəxs ilə Şahid4 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir. Cinayət işinin 01-ci cildinin 61-64-cü vərəqlərində olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir bildirmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş «flaş karta baxış keçirilməsi» haqqında 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində Təqsirləndirilən şəxs ilə danışıqlar olan bir ədəd flaş kartdakı səs yazılarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, təqdim edilmiş flaş kartda Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında olan danışıqların səs yazıları olan 23 ədəd fayl vardır. Həmin fayıllarda səs yazılara baxış zamanı müəyyən edilir ki, zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulunu istəməyi, Təqsirləndirilən şəxs sabah pulu qaytaracağını bildirir. Zərərçəkmiş şəxs də ona hər dəfəsində sabah, sabah qaytarcağını, özünün də pulu kimlərdənsə aldığını və həmin şəxslərin ondan pul tələb etiklərini bildirmişdir. Danışıqların birində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs lazım olarsa 100 000 manat verə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs isə 100 000 istəmədiyini 40 000 manat pulunu istədiyini, Təqsirləndirilən şəxs isə pulu qısa müddətə verəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs digər ittihamlarla yanaşı zərər çəkmiş şəxs Şahid6 qarşı törədilmiş cinayət əməllərinə görə də ittiham verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə 24 sentyabr 2014-cü il və 06 aprel 2015ci il tarixdə ümumilikdə 40.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, Şahid6 xeyli miqdarda 40.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 40.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid6 digər üsullarla təhrik etmişdir. Göstərilən epizod üzrə də təqsirləndirilən şəxsə verilmiş ittiham tam sübuta yetirilmiş, lakin həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, iş materiallarından və verilən ittihamdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Nuriyə Əhmədovaya qarşı həmin əməllər 2014-2015-ci illərdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin tələblərinə əsasən göstərilən epizod üzrə törədilmiş əməllər “az ağır” cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə cəza təyin edilərkən göstərilən hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək ona ayrı-ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 06 dekabr 2018-ci il tarixdən 24 aprel 2019-cu il tarixədək həbsdə və 28 oktyabr 2019-cu il tarixdən 28 mart 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 09 (doqquz) ay 18 (on səkkiz) gün ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (maddə 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (maddə 181.1). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (maddə 187.1). Cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş və qismən ödənildikdən sonra qalıq qalmış 35.200 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi xahiş edilmişdir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs 45.200 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə qeyd edilən mülki iddianı və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsi təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanla bağlı 35.200 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bundan başqa iş üzrə zərərçəkmiş şəxslər Şahid2, Şahid3, Şahid4, X7 və Şahid5 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş 01 ədəd flaş kart və 01 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2–ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 dekabr 2018-ci il tarixdən 24 aprel 2019-cu il tarixədək həbsdə və 28 oktyabr 2019-cu il tarixdən 28 mart 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 09 (doqquz) ay 18 (on səkkiz) gün ona təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 06 (altı) il 08 (səkkiz) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsi təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanla bağlı 35.200 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Zərərçəkmiş şəxslər Şahid2, Şahid3, Şahid4, X7 və Şahid5 gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş 01 ədəd flaş kart və 01 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılsın. Cinayət işi üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Zərərçəkmiş şəxs Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-176/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-176/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver