Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-176/2024 22.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X7 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 29 avqust 1985-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Marat Əmirxanov küçəsi, ev 16, mənzil 1-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Səid” adlı şəxs və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, “Səid” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 33,554 qram çəkidə narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 2,4 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 60 ədəd dərman tableti, külli miqdarda 264,526 qram çəkidə psixotrop maddə metamfetamin və külli miqdarda 71,511 qram çəkidə psixotrop maddə alfa-pirrolidinovalerofenonu əldə etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin külli miqdarda 9,499 qram hissəsini bölüb 01 ədəd bükümə yığmaqla qanunsuz olaraq üzərində saxlayaraq daşımış, narkotik vasitə və psixotrop maddələrin qalan hissəsini idarə etdiyi “Ravon” markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobilin salonunda saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə, saat 13:00-da ünvan 1 ünvanının yaxınlığında idarə etdiyi "Ravon" markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş İdarəyə gətirilmiş, həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 9,499 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 19 oktyabr 2022-ci il tarixdə, saat 15:45-dən etibarən idarə etdiyi “Ravon” markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ön saxlanc hissəsindən 01 ədəd sellofan paketin içərisində olan 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 9,802 qram, 4,614 qram və 9,639 qram olmaqla, ümumilikdə külli miqdarda 24,055 qram çəkidə narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 2,4 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 60 ədəd dərman tableti, 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,886 qram, 9,640 qram və 250 qram olmaqla, ümumilikdə külli miqdarda 264,526 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd sellofan torbada külli miqdarda 71,511 qram çəkidə psixotrop maddə alfapirrolidinovalerofenon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ittiham aktında yazılanlarla razı deyil. Belə ki, ittiham aktında yazılanlar yalandır. Həmin narkotik vasitələr onun üzərindən aşkar edilməmiş, çünki onun üzərində heç vaxt narkotik vasitə olmamışdır. O, tutulmamışdan əvvəl narkotik vasitələrin istifadəçisi olmamışdır. Doğrudur o, əvvəllər müəyyən qədər narkotik vasitələrdən hərdən istifadə etmiş, lakin bu mütəmadi hal almamışdır. O, polislər tərəfindən tutulduqdan sonra Polis İdarəsinə aparılmış və orada qarşısına narkotik vasitələr qoyaraq demişlər ki, “bu narkotik vasitələr sənə məxsusdur, həmin narkotik vasitələrin sənə məxsus olduğunu qəbul etməlisən və boynuna almalısan”. Ona polislər demişlər ki, “üzərində hansı qanunsuz əşyalar varsa təqdim et”. O da demişdir ki, “üzərimdə heç bir qanunsuz əşya yoxdur”. Sonra onu polislər orada saxlamışlar. İttiham aktında qeyd edilir ki, guya o, günorta vaxtı polislər tərəfindən saxlanılmışdır. Halbuki bu belə deyil. Polislər onu axşam vaxtı, yəni hava qaraldığı vaxt saxlamışlar. Polislər onun üzərində axtarış hərəkətlərini Polis İdarəsinin zirzəmisində həyata keçirmişlər ki, videoçəkiliş zamanı havanın qaraldığı bilinməsin. Ona Polis İdarəsində axşama qədər əziyyət vermişlər və nəticədə o, buna dözməyərək boynuna qoyduqları narkotik vasitələrin ona məxsus olduğunu qəbul etmişdir. Polislər ona işgəncə verərək narkotik vasitələrin ona məxsus olduğunu deməyə məcbur etmişlər. O da işgəncəyə dözməyərək narkotik vasitələrin ona məxsus olduğunu bildirmiş və ona təqdim edilən sənədləri imzalamışdır. Ona Bakı İstintaq Təcridxanasında müstəntiq yaxınlaşmışdır. O, müstəntiqə etiraz edərək narkotik vasitələrin ona məxsus olmadığını demişdir. Lakin hazırkı günə qədər heç bir məsələ dəyişməmişdir. O, Polis İdarəsinə könüllü getməmişdir. Onu polislər məcburi qaydada ora aparmışlar. Onu Polis İdarəsinə aparanda yanında bir şahid də olmuş və həmin xanımın adı Şahid5dır. Onun avtomobilində də heç bir narkotik vasitə olmamışdır. Axşam polislər guya onun avtomobilindən tapdıqları narkotik vasitələri gətirərək Polis İdarəsində onun qarşısına düzmüşlər və həmin narkotik vasitələri ona məxsus olduğunu deməyə onu məcbur etmişlər. Buna görə də o, ittiham aktında qeyd edilənlərlə razı deyil, ittiham aktında yazılıb ki, guya həmin narkotik vasitələr “Yeni Günəşli” qəsəbəsində 81 nömrəli məktəbin yanına qoyulmuş, o da həmin narkotik vasitələri guya oradan götürmüşdür. Halbuki “Yeni Günəşli” qəsəbəsində 81 nömrəli məktəb yoxdur. Bununla da polislər ona şər atmışlar. Verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra zorakılığa məruz qalmış, polislər onu toka vermişlər, ayağını skoçla bağlayıb döymüşlər, saçını yolmuşlar, lakin aldığı xəsarətlərin izi qalmamış, işgəncəyə məruz qalsa da, bununla bağlı heç bir orqana şikayət etməmiş, çünki şikayət etmək üçün üzərində heç bir iz olmamış, yəni əlində bununla bağlı sübut olmamış, əvvəllər maraq üçün marixuanadan istifadə etmiş, lakin narkotik vasitələri mütəmadi olaraq qəbul edən bir şəxs olmamış, təxminən 2 (iki) il əvvəl “palatka” (çadır) toylarında olarkən marixuanadan istifadə etmiş, polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, təxminən saat 11:00-12:00 radələrində “Neftçilər” metrosunun yaxınlığında saxlanılmış, onu saxlayan polis əməkdaşları mülki geyimdə olmuşlar, saxlanıldıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, onunla birlikdə həmin vaxt yanında olan Şahid5 da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, “Səid” adlı İran vətəndaşını tanımır, heç vaxt İrana gedib-gəlməmiş, üzərində axtarış keçirilən zaman orada müdafiəçi olmuş, həmin vaxt müdafiəçiyə narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, lakin müdafiəçi ona demişdir ki, “nə yazılıbsa odur”. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin olmamasını, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmasını, idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə və psixotrop maddələr olmamasını, işgəncəyə məruz qaldığından ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur qalmasını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 19 oktyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində satış məqsədilə əldə etmiş olduğu narkotik vasitə var. Əməliyyat məlumatı ilə bağlı dərhal 04 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna onunla birlikdə Şahid3, Şahid2 və Şahid4 da daxil olmuşdur. Əməliyyat qrupu olaraq onlar 19 oktyabr 2022-ci il tarixdə günorta saatlarında küçədə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik maddələrin qanunsuz satışı ilə bağlı Təqsirləndirilən şəxs Baş İdarədə üzərinə baxış keçirilməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da baxışla bağlı Baş İdarəyə getməyə razılıq vermişdir. Baş İdarədə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edimişdir. Bundan sonra təqsirləndirilən şəxsə məxsus nəqliyyat vasitəsinə də baxış keçirilmiş və baxış keçirilən zaman nəqliyyat vasitəsindən metamfetamin və heroin aşkar edilmişdir. Şahid1 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. 19 oktyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 19 oktyabr 2022-ci il tarixli qərar qəbul edilmiş, habelə əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. Bundan sonra o, əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti istiqamətində hərəkət etmişlər. Saat 13:00-da onlar Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon” markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobilin yol kənarında dayanmasını və avtomobilin yanında 02 nəfər şəxsin dayanmasını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və həmin şəxslərə özlərini təqdim etmələrini bildirmişlər. Həmin şəxslər də özlərini təqdim edərək Təqsirləndirilən şəxs və Şahid5 olmalarını bildirmişlər. Sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyat axtarış-tədbirlərinin həyata keçirilməsi haqqında” qərar ilə tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yanında olan Şahid5 ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş və Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. İlk öncə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, əynində olan şalvarının sol cibindən siqaret qutusunu, şəxsiyyət vəsiqəsini, 03 ədəd plastik bank kartı, əynində olan şalvarının arxa cibindən pul və əynində olan qəhvəyi rəngli gödəkcənin sol yan cibindən avtomobil açarını və 01 ədəd “Huawei” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən sellofan bükümün içərisində tünd qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Huawei” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və 03 ədəd plastik bank kartı götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul, avtomobil açarı və siqaret qutusu onun özünə geri qaytarılmışdır. Daha sonra Şahid5 üzərinə baxış keçirilmişdir. Şahid5 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Baxış zamanı Şahid5 üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şahid5 üzərindən aşkar edilmiş '‘Samsung” markalı mobil telefon onun özünə geri qaytarılmışdır. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon” markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs avtomobildə qanunla dövriyyəsi qadağan edilən narkotik vasitə və psixotrop maddələr varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib avtomobili açmış və avtomobilin ön saxlanc hissəsindən 01 ədəd sellofan paketi çıxarıb təqdim etmişdir. Həmin sellofan paketə baxış keçirilərkən sellofan paketin içərisində 03 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd qara rəngli və 02 ədəd şəffaf rəngli sellofan büküm olmaqla, ümumilikdə 03 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, 06 ədəd konvalyutda üzərində “Methadone 40” sözləri qeyd edilmiş 60 ədəd dərman həbi və 01 ədəd sellofan bükümdə naməlum maddə aşkar edilərək cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış və götürmə aparılması barədə protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2 (iki) ildir ki, tanıyır. O, Təqsirləndirilən şəxslə birlikdə “Neftçilər” metro stansiyasının yaxınlığında saxlanılmışdır. Belə ki, o, Təqsirləndirilən şəxslə birlikdə “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən bir restoranda yemək yedikdən sonra onlar birlikdə çölə çıxmışlar. Onlar restorandan çölə çıxdıqdan sonra o, Təqsirləndirilən şəxs avtomobilinə əyləşmiş, Təqsirləndirilən şəxs isə ondan aralanmışdır ki, gedib özünə siqaret alsın. Təqsirləndirilən şəxs siqaret almaq üçün ondan aralandıqdan 15 dəqiqə sonra 3 (üç) nəfər polis əməkdaşı Təqsirləndirilən şəxs qolundan tutub saxlayaraq onun əyləşdiyi avtomobilə doğru gətirmişlər. Bundan sonra həmin polis əməkdaşları Natiqin avtomobilinə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs və 3 (üç) nəfər polis əməkdaşı avtomobilə yaxınlaşdıqda, həmin polis əməkdaşından biri avtomobildə onun yanına əyləşmişdir. Həmin polis əməkdaşı avtomobildə onun yanına əyləşdikdən sonra qalan 2 (iki) nəfər polis əməkdaşı Təqsirləndirilən şəxs qollarına qandal vurmuşlar. Həmin vaxt Natiqin avtomobilində heç bir narkotik vasitə olmamışdır. Natiq namaz qılan adamdır, Natiqin narkotik vasitələrlə heç bir əlaqəsi olmamışdır. 3 (üç) nəfər polis əməkdaşı onu və Natiqi saxladıqdan sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətində olanda polis əməkdaşlarından biri əlini Natiqin avtomobilinin oturacaqlarından birinin altına atmış və oradan narkotik vasitə çıxartmışdır. O, Natiqin avtomobilinin oturacağının altından narkotik vasitəni çıxaran polis əməkdaşını keçən dəfə məhkəmədə görmüşdür. Həmin polis əməkdaşı əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmişdir. Həmin polis əməkdaşının ağzı yekə olmuş və həmin vaxt ağ rəngli köynək geyinmişdir. O, həmin polis əməkdaşını məhkəmənin dəhlizində görmüşdür. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətində üç nəfər polis əməkdaşı Natiqi onun gözlərinin qarşısında döymüşdür. Bundan sonra üç nəfər polis əməkdaşı onu və Təqsirləndirilən şəxs fərqli otaqlara aparmışlar. Polis əməkdaşı ona bildirmişdir ki, “sənə heç nə etməyəcəyik, sadəcə olaraq Təqsirləndirilən şəxs döyərək ona deyirik ki, guya səni döyürük. Natiq də sənin döyülməməyinə görə narkotik vasitəni boynuna alacaq”. O, bu vaxt Natiqin döyülmə səsini eşitmişdir. Daha sonra başqa polis əməkdaşı əli qanlı şəkildə onun olduğu otağa daxil olaraq demişdir ki, “sən Təqsirləndirilən şəxs haradan tanıyırsan? Bəs Təqsirləndirilən şəxs “Nizamidə” evi var və sair”. O da bunu deyən polis əməkdaşına demişdir ki, “belə bir şey yoxdur, Təqsirləndirilən şəxs cəmi bir evi var”. Ona bunu deyən polis əməkdaşı da demişdir ki, “bəs biz Təqsirləndirilən şəxs demişik ki, biz burada guya səni döyürük”. Beləliklə, polis əməkdaşları Təqsirləndirilən şəxs döyə-döyə və Natiqə guya onun da döyüldüyünü deyərək narkotik vasitəni Təqsirləndirilən şəxs boynuna qoymuşlar. Daha sonra polis əməkdaşı ona bir sənəd verərək demişdir ki, “sən buna imza atmalısan”. O, imza atdığı sənədin mahiyyətinin nədən ibarət olduğunu bilməmişdir. Sonra polis əməkdaşları onu buraxmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 19 oktyabr 2022-ci il tarixdə “Natiq” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil oldu. Daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu olaraq onlar 19 oktyabr 2022-ci il tarixdə günorta saatlarında “Qara Qarayev” prospektində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir şəxsi görmüşlər və həmin şəxsin idarə etdiyi avtomobilə yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Avtomobildə 2 (iki) nəfər şəxs olmuşdur. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə Raisə adlı bir qadın olmuşdur. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra onlar Natiqi Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılması barədə qərarla tanış edərək Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla Baş İdarəyə getməyə razılıq vermişdir. Baş İdarədə inzibati otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd bükümdə narkotik vasitə heroini cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs məxsus avtomobilin saxlanc yerinə baxış keçirilərkən də avtomobildən 03 ədəd bükümdə narkotik vasitə heroin, 06 ədəd konvalyutada “Methadon- 40” həbi və 03 ədəd bükümdə metamfetamin aşkar olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 19 oktyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması barədə əməliyyat tədbiri keçirilmişdir. 19 oktyabr 2023cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs tanışı Şahid5 ilə birlikdə tərəflərindən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. BMCMİ-də videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı X2 əynində olan şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. BMCMİ-də Şahid5 da üzərinə şəxsi axtarış keçirilmiş, lakin bu şəxsin üzərindən narkotik vasitə və ya psioxtrop maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitələri 17 oktyabr 2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşı olan “Səid” adlı şəxs vasitəsilə əldə etdiyini və narkotik vasitəni Suraxanı rayonu ərazisindən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin narkotik vasitəni “Səid” adlı şəxsin dediyi yerə qoyacağı təqdirdə müəyyən miqdarda pul əldə edəcəyini də bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin bir hissəsini idarə etdiyi avtomobilin saxlanc yerində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilərkən avtomobilin saxlanc yerindən 01 ədəd sellofan paket aşkar edilmişdir. Həmin sellofan paketə baxış keçirildikdən sonra həmin paketin içərisindən 03 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə, 03 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, üzərində “Methadone 40” yazılmış 60 ədəd dərman həbi və 01 ədəd sellofan bükümdə naməlum maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 56 ünvanının yaxınlığında idarə etdiyi “Ravon” markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobilin yanında Şahid5 ilə birlikdə olduğu zaman saxlanılmış, saxlanılarkən orada üzərinə şəxsi axtraış aparılmasına və idarə etdiyi avtomobilə baxış keçirilməsinə şərait olmadığından avtomobillə birlikdə Baş İdarəyə aparılmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 29-31) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, şalvarının sol cibindən 03 ədəd plastik bank kartı, şalvarının sağ arxa cibindən 292 manat pul və əynində olan gödəkcənin sol yan cibindən avtomobil açarı və 1 (bir) ədəd “Huawey” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 33) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon” markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə icazə vermişdir. xx.xx.2022-ci il tarixli baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon” markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 35-36) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon” markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və həmin vaxt avtomobilin ön saxlanc yerindən 01 ədəd sellofan paket, həmin paketin içərisindən 03 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər, 01 ədəd qara rəngli və 02 ədəd şəffaf rəngli sellofan büküm olmaqla, 03 əddə sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 06 ədəd konvalyutda üzərində “Methadone 40” sözləri qeyd edilmiş 60 ədəd dərman həbi və 01 ədəd sellofan bükümdə naməlum maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/6088 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 55-60) görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,499 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən...” sözləri olan 2 №-li zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,886 qram, 9,640 qram, 250 qram, ümumi təmiz çəkisi 264,526 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,802 qram, 4,614 qram, 9,639 qram, ümumi təmiz çəkisi 24,055 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 06 ədəd üzərində F/M 40 göstəricisi olan blisterdə 60 ədəd açıqqəhvəyi rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 2,4 qram təşkil edir. Bir ədəd sellofan torbada təmiz çəkisi 71,511 qram olan açıq qəhbəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə alfa-pirrolidinovalerofenondur. 1 və 2 №-li kağız paketlərdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr” in siyahısına (Siyahı İİ) daxildir. Metamfetamin və alfa-pirrolidinovalerofenon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına” (Siyahı İ)daxildir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 1, iş vərəqə 76-77) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1141/2022 saylı qərarından (cild 1, iş vərəqə 99-101) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nizmai Rayon Məhkəməsinin 5(007)-522/2022 saylı qərarından (cild 1, iş vərəqə 118) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 19 oktyabr 2022-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 6467 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 143-144) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 141-142) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2022-ci il tarixli BMCMİ-nin rəis müavini, polis polkovniki Fariz Vəliyev tərəfindən həmin idarənin rəisinə ünvanlanmış məktubdan (cild 1, iş vərəqə 146) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsini, həmçinin “Səid” adlı İİR vətəndaşının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə (cild 1, iş vərəqə 148-160) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, Şahid5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 307-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən videogörüntüləri özündə saxlayan 02 ədəd DVD disk cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 33,354 qram təşkil edən narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 2,4 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 58 ədəd dərman tableti, 264,426 qram təşkil edən psixotrop maddə metamfetamin, 71,411 qram təşkil edən psixotrop maddə alfa-pirrolidinovalerofenonun maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Huawei” markalı mobil telefon və 03 ədəd plastik bank kartın onun ailə üzvlərinə qaytarılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 163) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs aid şəxsi işin materiallarından və tibbi kitabçadan (cild 1, iş vərəqə 250-258) görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarət izinin olması barədə qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, müxtəlif vəsatətlər vermiş, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, əməliyyat orqanına Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi (əldə etməsi, saxlaması, daşıması və satışı) ilə məşğul olması barədə məlumat daxil olmuş və onun qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 19 oktyabr 2022-ci il tarixdə günorta saatlarında ünvan 1 ünvanının yaxınlığında idarə etdiyi "Ravon" markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobilin yanında tanışı Şahid5 ilə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə aparılmış, orada həmin gün onun və tanışı Şahid5 üzərinə şəxsi axtarış keçirilmiş, habelə onun idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Şahid5 üzərinə şəxsi axtarış keçirilərkən dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 9,499 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin gün Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon” markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və həmin vaxt avtomobilin ön saxlanc hissəsindən 01 ədəd sellofan paketin içərisində olan 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 9,802 qram, 4,614 qram və 9,639 qram olmaqla, ümumilikdə külli miqdarda 24,055 qram çəkidə narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 2,4 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 60 ədəd dərman tableti, 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,886 qram, 9,640 qram və 250 qram olmaqla, ümumilikdə külli miqdarda 264,526 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd sellofan torbada külli miqdarda 71,511 qram çəkidə psixotrop maddə alfa-pirrolidinovalerofenon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində tutulduqdan, həm təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra, həm də müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılarkən üzərindən, eləcə də idarə etdiyi nəqliyyat vasitəsinə baxış aparılarkən avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin növünü, çəkisini və bükümlərin sayını, o cümlədən həmin vasitə və maddələrin ona məxsus olduğunu mübahisələndirməmiş, əksinə həmin vasitələri xx.xx.2022-ci il tarixdə “Səid” adlı şəxsin dediyi yerdən muzd müqabilində götürüb başqa yerlərə qoyacağını bildirmişdir. Məhkəmə istintaqında isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələrindən tamamilə fərqli məzmunda ifadə verərək polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə heroin olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və BMCBİ-nə aparıldıqdan sonra orada döyüldüyünü, işgəncəyə və pis rəftara məruz qaldığını, bunun nəticəsində etirafedici ifadə verməyə məcbur qaldığını, habelə idarə etdiyi nəqliyyat vasitəsində də narkotik vasitə və psixotrop maddələr olmadığını bildirməklə irəli sürülmüş ittihamı bütovlükdə mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları araşdırmaq məqsədi ilə onun saxlanıldığı istintaq təcridxanasından şəxsi iş materiallarını və tibbi kitabçasını əldə edərək məhkəmə istintaqında tədqiq etmişdir. Şəxsi işin materialları və tibbi kitabça əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən onun üzərində xəsarət izinin olması barədə qeydiyyat aparılmamışdır. Eyni zamanda o, məhkəmə istintaqında da ifadə verərkən döyüldüyünü və işgəncəyə məruz qaldığını qeyd etsə də, həmin vaxt üzərində xəsarət izinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən həmin vaxt onun yanında olmuş və onunla birlikdə BMCMB-nə aparılmış Şahid5 məhkəmədə ifadə verərək Təqsirləndirilən şəxs saxlanılarkən üzərində və idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitələr və psixotrop maddələr olmadığını, əksinə Təqsirləndirilən şəxs BMCMB-nə aparıldıqdan sonra orada döyüldüyünü və nəticədə etirafedici ifadə verməyə məcbur qaldığını bildirmişdir. Şahid5 da məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda ifadə verərək Təqsirləndirilən şəxs məhkəmədə iddia etdiyi halları faktiki olaraq təsdiq etmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs və Şahid5 iddia etdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, qeyd edilən şəxslərin iddia etdiyi kimi Təqsirləndirilən şəxs döyüldüyü və işgəncəyə məruz qaldığı halda onun üzərində xəsarət izinin olmaması və bu barədə səlahiyyətli orqan tərəfindən qeydiyyat aparılmaması ağlabatan olmamaqla yanaşı, həmçinin inandırıcı deyil. Həmçinin Şahid5 polis əməkdaşları tərəfindən saxlanılıb sonradan azad olunduqdan sonra səlahiyyətli dövlət orqanlarına müraciət edərək Təqsirləndirilən şəxs və özü barəsində edilmiş qanunsuzluqlarla bağlı şikayət etməmişdir. Məsələ ondan ibarətdir ki, Şahid5 məhkəmədə bildirdiyi məlumatlara görə o, faktiki olaraq psixoloji təzyiqə məruz qalmışdır. Onun psixoloji təzyiqə məruz qaldığı və yaxın münasibətdə olduğu Natiq Məhərrəməvun işgəncəyə məruz qaldığı halda bu kimi vacib məlumatları vaxtında səlahiyyətli dövlət orqanlarına bildirməməsi başa düşülən deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şahid5 məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda ifadə verməklə yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs məsuliyyətdən azad olunmasına nail olmaq istəmişdir. Əks nəticəyə gəlmək üçün başqa hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə araşdırılmış sübutlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddələri əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroin və külli miqdarda müxtəlif psixotrop maddələrin növünü, çəkisini və müxtəlif təsiredici gücə malik olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, həmin külli miqdarda vasitə heroin və psixotrop maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə belə nəticəyə gələrkən həm də onu əsas tutmuşdur ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş narkoloji ekspertiza rəyinə əsasən o, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən əziyyət çəkməyən şəxsin üzərində külli miqdarda 9,499 qram narkotik vasitə heroin, idarə etdiyi nəqliyyat vasitəsində 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 9,802 qram, 4,614 qram və 9,639 qram olmaqla, ümumilikdə külli miqdarda 24,055 qram çəkidə narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 2,4 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 60 ədəd dərman tableti, 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,886 qram, 9,640 qram və 250 qram olmaqla, ümumilikdə külli miqdarda 264,526 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd sellofon torbada külli miqdarda 71,511 qram çəkidə psixotrop maddə alfa-pirrolidinovalerofenonu şəxsi istifadəsi üçün əldə edib üzərində saxlayaraq daşıması ağlabatan və inandırıcı deyil. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 6467 nömrəli ekspertiza rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan, ali təhsilli və evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına əsasən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 19 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 33,354 qram təşkil edən narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 2,4 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 58 ədəd dərman tableti, 264,426 qram təşkil edən psixotrop maddə metamfetamin, 71,411 qram təşkil edən psixotrop maddə alfa-pirrolidinovalerofenon məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən videogörüntüləri özündə saxlayan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Huawei” markalı mobil telefon və 03 ədəd plastik bank kartı onun yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və həmin maddələr ilə ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 19 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 33,354 qram təşkil edən narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 2,4 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 58 ədəd dərman tableti, 264,426 qram təşkil edən psixotrop maddə metamfetamin, 71,411 qram təşkil edən psixotrop maddə alfapirrolidinovalerofenon məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən videogörüntüləri özündə saxlayan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Huawei” markalı mobil telefon və 03 ədəd plastik bank kartın onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-176/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-176/2024
22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver