Məhkəmə qərarları › İş №1(101)-176/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-176/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-176/2025 01.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Vüqar Elbrus oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X11 və X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər-“Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 234.1-ci maddələri ilə, xx xxxxxxx 1999-cu il tarixdə Gürcüstan Respublikasının Rustavi şəhərində doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə silah qismində istifadə edilən əşyalardan istifadə edərək adam oğurluğu etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Cinayət Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verərək işgəncə verməklə oğurlanmış şəxsə əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməklə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə təkrarən əmlakını hədə-qorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxs1 həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs1 adam oğurluğu, əzab vermə və hədə-qorxu ilə tələb etmə cinayətlərinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X5 ilə Zərərçəkmiş şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğuna görə cəzalandırıb pul vəsaitini ələ keçirmək məqsədilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən 2021-ci ilin aprel ayının ortalarında qrup üzvləri Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Astra” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 5 ünvanın qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Ruslan Fərruxzadə Zərərçəkmiş şəxs1 yaxınlaşaraq aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs1 nümayiş etdirərək narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda günahlandırıb Ruslan Fərruxzadə ilə birlikdə onun qollarından tutaraq həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə iradəsi ziddinə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Astra” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə qanunsuz olaraq mindirib qrupun üzvü Təqsirləndirilən şəxs3 qabaqcadan cinayətkar niyyətlərini həyata keçirmək üçün təşkil etdiyi ünvan 6 ünvanına aparmaqla tamah məqsədi ilə adam oğurluğu etmiş, orada Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 paltarlarını soyundurub əllərini arxadan iplə, ağzını isə köynəklə bağlayaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Ruslan Fərruxzadə ilə birlikdə ona yumruq və təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs1 yerə yıxıb mütəmadi olaraq döyüb və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablara məruz qoymaqla oğurlanmış Zərərçəkmiş şəxs1 üç gün müddətində işgəncə edərək əzab vermiş, həmçinin Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə yenidən döyəcəyi, ona əzab verəcəyi hədəsi ilə sərbəst buraxılması müqabilində 5000 (beş min) manat pulu hədə-qorxu ilə tələb etmiş, nəticədə Zərərçəkmiş şəxs1 burun tənəffüsünün sol tərəfli mülayim dərəcədə pozulması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan burunun küt travması xəsarəti yetirib sağlamlığa yüngül zərər vurmuşlar. - Həmçinin, Təqsirləndirilən şəxs1 təkrarən hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X5 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2021-ci ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs2 “Whatsapp” mobil tətbiqi vasitəsilə videogörüntü ilə zəng edib Zərərçəkmiş şəxs1 yerdə əlləri arxadan bağlı vəziyyətdə uzadıldığını və narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün qrup üzvləri tərəfindən döyülməsini göstərib Zərərçəkmiş şəxs2 da şəxsiyyəti üzərində zor tətbiq edəcəyi hədəsi ilə ondan 500 (beş yüz) manat pulu hədə-qorxu ilə tələb edərək 2021-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Ruslan Fərruxzadə və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 500 (beş yüz) manat pulunu ələ keçirmişlər. - Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,863 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində qanunsuz saxlamaqla Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsişməsinə qanunsuz daşımış, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 05 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsişməsində saxlanılaraq Nizami Rayon Polis İdarəsinə gətirilərək, orada 05 oktyabr 2021-ci il saat 23:00-dan etibarən üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,863 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

3. Təqsirləndirilən şəxs2 adam oğurluğu, əzab vermə və hədə-qorxu ilə tələb etmə cinayətlərinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və X5 ilə Zərərçəkmiş şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğuna görə cəzalandırıb pulu vəsaitini ələ keçirmək məqsədilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən 2021-ci ilin aprel ayının ortalarında qrup üzvləri Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Astra” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 5 ünvanın qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Ruslan Fərruxzadə Zərərçəkmiş şəxs1 yaxınlaşaraq aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs1 nümayiş etdirərək narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda günahlandırıb Ruslan Fərruxzadə ilə birlikdə onun qollarından tutaraq həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə iradəsi ziddinə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Astra” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə qanunsuz olaraq mindirib qrupun üzvü Təqsirləndirilən şəxs3 qabaqcadan cinayətkar niyyətlərini həyata keçirmək üçün təşkil etdiyi ünvan 6 ünvanına aparmaqla tamah məqsədi ilə adam oğurluğu etmiş, orada Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 paltarlarını soyundurub əllərini arxadan iplə, ağzını isə köynəklə bağlayaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Ruslan Fərruxzadə ilə birlikdə ona yumruq və təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs1 yerə yıxıb mütəmadi olaraq döyüb və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablara məruz qoymaqla oğurlanmış Zərərçəkmiş şəxs1 üç gün müddətində işgəncə edərək əzab vermiş, həmçinin Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə yenidən döyəcəyi, ona əzab verəcəyi hədəsi ilə sərbəst buraxılması müqabilində 5000 (beş min) manat pulu hədə-qorxu ilə tələb etmiş, nəticədə Zərərçəkmiş şəxs1 burun tənəffüsünün sol tərəfli mülayim dərəcədə pozulması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan burunun küt travması xəsarəti yetirib sağlamlığa yüngül zərər vurmuşlar. - Həmçinin, Təqsirləndirilən şəxs2 təkrarən hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və X5 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2021-ci ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs2 “Whatsapp” mobil tətbiqi vasitəsilə videogörüntü ilə zəng edib Zərərçəkmiş şəxs1 yerdə əlləri arxadan bağlı vəziyyətdə uzadıldığını və narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün qrup üzvləri tərəfindən döyülməsini göstərib Zərərçəkmiş şəxs2 da şəxsiyyəti üzərində zor tətbiq edəcəyi hədəsi ilə ondan 500 (beş yüz) manat pulu hədə-qorxu ilə tələb edərək 2021-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Ruslan Fərruxzadə və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 500 (beş yüz) manat pulunu ələ keçirmişlər.

4. Təqsirləndirilən şəxs3 adam oğurluğu, əzab vermə və hədə-qorxu ilə tələb etmə cinayətlərinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X5 ilə Zərərçəkmiş şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğuna görə cəzalandırıb pul vəsaitini ələ keçirmək məqsədilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən 2021-ci ilin aprel ayının ortalarında qrup üzvləri Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Astra” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 5 ünvanın qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Ruslan Fərruxzadə Zərərçəkmiş şəxs1 yaxınlaşaraq aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs1 nümayiş etdirərək narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda günahlandırıb Ruslan Fərruxzadə ilə birlikdə onun qollarından tutaraq həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə iradəsi ziddinə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Astra” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə qanunsuz olaraq mindirib qrupun üzvü Təqsirləndirilən şəxs3 qabaqcadan cinayətkar niyyətlərini həyata keçirmək üçün təşkil etdiyi ünvan 6 ünvanına aparmaqla tamah məqsədi ilə adam oğurluğu etmiş, orada Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 paltarlarını soyundurub əllərini arxadan iplə, ağzını isə köynəklə bağlayaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Ruslan Fərruxzadə ilə birlikdə ona yumruq və təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs1 yerə yıxıb mütəmadi olaraq döyüb və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablara məruz qoymaqla oğurlanmış Zərərçəkmiş şəxs1 üç gün müddətində işgəncə edərək əzab vermiş, həmçinin Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə yenidən döyəcəyi, ona əzab verəcəyi hədəsi ilə sərbəst buraxılması müqabilində 5000 (beş min) manat pulu hədə-qorxu ilə tələb etmiş, nəticədə Zərərçəkmiş şəxs1 burun tənəffüsünün sol tərəfli mülayim dərəcədə pozulması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan burunun küt travması xəsarəti yetirib sağlamlığa yüngül zərər vurmuşlar. - Həmçinin, Təqsirləndirilən şəxs3 təkrarən hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X5 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2021-ci ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs2 “Whatsapp” mobil tətbiqi vasitəsilə videogörüntü ilə zəng edib Zərərçəkmiş şəxs1 yerdə əlləri arxadan bağlı vəziyyətdə uzadıldığını və narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün qrup üzvləri tərəfindən döyülməsini göstərib Zərərçəkmiş şəxs2 da şəxsiyyəti üzərində zor tətbiq edəcəyi hədəsi ilə ondan 500 (beş yüz) manat pulu hədə-qorxu ilə tələb edərək 2021-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Ruslan Fərruxzadə və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 500 (beş yüz) manat pulunu ələ keçirmişlər.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

5. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, 2021-ci ilin iyul ayında Nizami rayonu, Naxçıvanski küçəsi 48 ünvanının qarşısında ağ rəngli “Opel” markalı avtomobil dayandıqdan sonra həmin avtomobildən Vaqif adlı şəxs, ardınca isə əlavə 3 nəfər şəxs düşərək onun əlini və gözlərini bağlayaraq avtomobilin arxa oturacağına əyləşdirilmiş, Hövsan qəsəbəsində tanımadığı evə aparılıb 3 gün ac-susuz saxlanılaraq ona işgəncələr verilmişdir. (Cild 1, iş vərəqi 7)

6. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 30)

7. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Götürmə və diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi videogörüntüyə baxış keçirilərkən Zərərçəkmiş şəxs1 yerdə üzü aşağı uzadılması, əynində yalnız göy rəngli şortik olması, yanında olan şəxslər tərəfindən təpik zərbələri ilə vurulması, həmin şəxslərin ona “bariqalıq edirsən ə” demələri, ağzının köynəklə bağlı olması, həmin şəxslərin onu çevirərək qarın və sinə nahiyələrinə də təpiklə zərbə endirmələri müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 həmin şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Ruslan adlı şəxslər olmasını, onu oğurlayaraq Hövsan qəsəbəsində yerləşən evə aparıb orada döyərkən çəkdikləri videogörüntülər olmasını bildirmişdir. (Cild 1, iş vərəqi 40)

8. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat raportu, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, 67 nömrəli əmr və raportdan görünür ki, Nizami rayonu ərazisində “Vaqif” adlı şəxsin mütəmadi şəkildə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri və Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması, eləcə də Zərərçəkmiş şəxs1 qarşı adam oğurluğu, işgəncə verilməsi və digər cinayətlərin törədilməsində şübhəli olması barədə məlumatın yoxlanması məqsədilə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs1 həmin tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsişməsində saxlanılıb Nizami RPİ-nin inzibati binasına gətirilmişdir. (Cild 1, iş vərəqi 70-72; 74)

9. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 oktyabr 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli gödəkçənin sol yan cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli spesifik iyə məxsus olan maddəni təqdim edib həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən Nərimanov rayonunun ərazisindən 70 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd şəffaf sellofana bükülmüş maddə ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 162 saylı möhürü ilə möhürlənmişdir. (Cild 1, iş vərəqi 92-93)

10. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 oktyabr 2021-ci il tarixli, 6/4406 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,863 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 1,863 qram olmuş, 0,050 qram tədqiqata sərf edildikdən sonra 1,813 qram qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik təşkil edir. (cild 1, iş vərəqi 101-105)

11. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər tərəfindən saxlanıldığı ünvanı göstərmişdir. (Cild 1, iş vərəqi 110-114)

12. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (cild 1, iş vərəqi 205-207)

13. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Elkhan adlı və Ruslan adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. (Cild 1, iş vərəqi 208)

14. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “İfadələrin yerində yoxlanılması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ifadələri yerində yoxlanılarkən ittihama uyğun məzmunda bildirmişlər. (cild 1, iş vərəqi 123-128; 129-134)

15. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, həmin tarixli qərarla Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqi 196)

16. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, aşkar olunub götürülərək tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 1,813 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilməklə saxlanılmasından ötrü Nizami Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 231)

17. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Samux Rayon İcra hakimiyyəti Başçısının Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqi 98)

18. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2628 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild 2, iş vərəqi 186- 186)

19. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1203 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 şəxsiyyətin şizoid tip pozuntusu müəyyən edilib. Bu pozuntu adətən uşaqlıq və ya yeniyetmə dövründə meydana gələrək xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin birbaşa nəticəsi olmayaraq şəxsiyyətin pozuntusu və fərdin davranışında kəskin kənara çıxmalarla özünü göstərir. Təqsirləndirilən şəxs3 müəyyən edilən müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs3 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 əməli Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (cild 2, iş vərəqi 188-190)

20. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 03 iyun 2022-ci il tarixli, 285/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarət - burun tənəffüsünün sol tərəfli mülayim dərəcədə pozulması ilə müşayiət olunan burunun küt travması bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, müayinədən 1-1,5 il əvvəl əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin xarakterini, lokalizasiyasını və əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə törənə bildiyindən, o cümlədən ilkin yardımla əlaqədar tibbi məlumat olmadığından dəqiq olaraq hansı şəraitdə və vaxtda törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi. (Cild 2, iş vərəqi 192-193)

21. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və ona əlavələr sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasının və Zərərçəkmiş şəxs1 döyülməsinin videogörüntülərinin əks edildiyi iki ədəd “CD” disk maddi sübut kimi tanınmışdır. (Cild 2, iş vərəqə 194-217)

22. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci il aprel ayının orta on günlüyündə axşam saatlarında Ramil adlı şəxsdən hər ay 750 manat ödəmək şərti ilə idarə etmək üçün etibarnamə əasasında bir il müddətinə kredit yolu ilə aldığı ağ rəngli “Opel Astra” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışları Elkhan, Ruslan və Əli adlı şəxslərlə birlikdə şəhəri gəzərkən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə adını “Nərgiz” kimi bildiyi Şahid3 zəng edərək Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı ünvan 5 evin qarşısında narahat etdiyini bildirmişdir. O, Xaliqi yetkinlik yaşma çatmayan uşaqlara narkotik vasitələri satan şəxs kimi tanımış və Qönçə də bu barədə bir daha ona mobil telefonda məlumat vermişdir. X16 başa salmasını və bir daha narahat etməməsini ondan xahiş etdikdə, o, Qönçəyə 10-15 dəqiqəyə həmin yerdə olacağını və Xaliqi başa salacağını demiş, Qönçə ilə aralarında başqa danışıq olmamışdır. Buna görə də, yolda hərəkətdə olarkən o, yanında olan Elkhan, Ruslan və Əli ilə öz aralarında danışıb Əlinin tanışının Hövsan qəsəbəsində yerləşən evinə Xaliqi aparıb orada döyüb xəsarətlər yetirərək həmin evdə bir neçə gün saxlamaq və Xaliqdən pul alaraq maddi gəlir əldə etdikdən sonra Xaliqi buraxmaq barədə razılaşmışlar. O, avtomobili göstərilən ünvanın qarşısına sürmüş, çatdıqdan sonra Xaliqi orada gördükdə avtomobili saxlamışdır. Əli, Ruslan və Elkhan avtomobildən düşmüşdür. Xaliqə yaxınlaşdıqdan sonra Elkhan Xaliqin sağ qolundan, Ruslan isə sol qolundan tutmuş və Xaliqdən avtomobilə oturmasını tələb etmişlər. Əli, Ruslan və Elkhan Xaliqi avtomobilə əyləşdirmişlər. Xaliq arxa oturacaqda ortada oturmuş, Elkhan sağında, Ruslan solunda, Əli qabaq sərnişin oturacağında əyləşmiş, o isə avtomobili idarə etmişdir. Əli həmin evin yerini göstərməsi üçün qabaqda oturmuş, Əli yolu göstərmişdir. Yolda olarkən Elkhan Xaliqin başını aşağı əymiş, Xaliqin əllərini kapron pilka kimi olan kəndirlə bağlamışdır. Sonradan Ruslan və Elkhan yumruqla Xaliqin baş nahiyəsinə vurmuşlar. Onlar Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlib çatmışlar. O, avtomobili dayandırdıqda Əli avtomobildən düşüb tanışına məxsus bir mərtəbəli həyət evinin darvazasının kilidini açmışdır. Elkhan avtomobildən düşüb Xaliqi də düşürtmüş, hamısı Xaliqi evə aparmışdır. Evin iki otaqdan ibarət olduğunu və onların həmin iki otaqdan birinə daxil olduqlarını bildirmişdir. Otaqda o, Xaliqin əllərini açaraq paltarlarını çıxartmasını sonuncudan tələb etmiş, Xaliq əynində olan paltarlarını çıxartmış, əynində sadəcə olaraq alt geyimi olan şortik qalmışdır. Bundan sonra yenidən o, Xaliqin əllərini arxaya doğru dartaraq həmin kapron iplə bağlamışdır. Daha sonra evdən nazik materialdan olan köynək taparaq Xaliqin ağzının üstünə sıxıb ağzını bağlamışdır. O, Xaliqin sinə nahiyəsindən təpiklə vurmuş, Xaliq özünü saxlaya bilməyib yerə yıxılmışdır. Xaliq yerdə döşəmənin üzərində uzanıqlı vəziyyətdə olarkən o, Ruslan, Əli, Elkhan təpiklə Xaliqin baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya “bariqalıq edirsən ə” demişlər. Həmin vaxt o, özünə məxsus mobil telefonla Xaliqi döymələrinin videoçəkilişini aparmışdır. Təxminən 5- 10 dəqiqə Xaliqi döydükdən sonra o, evdən dəmir parçası taparaq Xaliqin baş nahiyəsindən bir dəfə vurduqda Xaliq zərbədən huşunu itirmişdir. Bir müddət keçdikdən sonra o, mobil telefonla “whatsapp” mobil tətbiqi vasitəsi ilə Qönçəyə zəng etmiş, Qönçə Xaliqi soyundurulmuş, yerdə uzanıqlı döyülmüş vəziyyətdə görmüşdür. Həmin vaxt o, Xaliqdən Qönçəyə “Qönçə, qələt eləmişəm, birdə sənə yaxın durmaram” deməsini tələb etmişdir. Lakin Xaliq bu sözü deməmiş və o, dəmir parçası ilə Xaliqin arxa nahiyəsindən vurmuşdur. Bundan sonra, Qönçə baxa bilmədiyini deyərək telefonu Arzuya vermişdir. O, Xaliqi nə günə saldığını Arzuya göstərmiş, Arzunun da narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün ona hər ay 500 manat pul verməli olduğunu demişdir. Arzu ondan qorxduğu üçün razılaşmış və həmin pulu göndərəcəyini bildirmişdir. Bundan sonra o, telefonu söndürmüşdür. Xaliq yerdə uzanıqlı vəziyyətdə qalmışdır. O, Əli, Ruslan və Elkhan əvvəlcədən aralarında olan razılığa əsasən Xaliqin onlara 5000 manat pul verməli olduğunu, həmin pulun müqabilində Xaliqi azad edəcəklərini, əks halda, yəni dedikləri məbləğdə pulu vermədiyi halda Xaliqi uzun müddət həmin evdə saxlayacaqlarını, mütəmadi olaraq döyəcəklərini, narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə polis orqanlarına məlumat verəcəklərini Xaliqə demişlər. Xaliq ona kirayəşin yaşadığı və heç bir məbləğdə pulu olmadığı üçün onlara pul verə bilməyəcəyini bildirmişdir. Onlar Xaliqi 3 gün müddətində həmin evdə saxladıqdan sonra Xaliqin pulunun olmadığını görüb, Xaliqə hissə-hissə olaraq 5000 manat dəyərində narkotik vasitə verəcəklərini, Xaliq həmin narkotik vasitələrin satışı ilə məşğul olub yığılan pulları onlara verəcəyini, 5000 manat tamam olduqda Xaliqdən əl çəkəcəklərini demişlər. Evin giriş qapısı və pəncərələr bağlı olduğundan, Xaliq bayıra çıxa bilməmişdir. Xaliq onlarla razılaşmış, onlar üçün 5000 manat dəyərində Xaliqə verəcəkləri narkotik vasitələri satacağını bildirib buraxılmalarını xahiş etmişdir. Onlar Xaliqi onun idarə etdiyi avtomobilə mindirmişlər. O, Xaliqə mobil telefon verib həmin mobil telefonda olan nömrə ilə Xaliqlə əlaqə saxlayacağını demiş, yolla gələrək Əhmədli qəsəbəsində Xaliqi avtomobildən düşürtmüşdür. Xaliq evinə getdiyini deyərək onlardan uzaqlaşmışdır. Sonradan o, Xaliqin yaşadığı ünvanı tanıdığı üçün 10 qram narkotik vasitə olan heroini özü ilə götürüb Elkhanla birlikdə Xaliqin mənzilinə getmişlər. Narkotiki verdikdən sonra Xaliqin həmin narkotik vasitəni satıb nağd pul əldə edərək pulu onlara verməsi üçün qapını döymüşlər. Lakin Xaliq giriş qapısını açmamış, onlar Xaliqi döydüyü üçün xəsarətlər aldığından ev şəraitində müalicə aldığını bildirmişdir. O, Xaliqə sözünü tutmadığını, onlardan inciməməsini dedikdən sonra oradan getmişlər. Bundan sonra bir daha Xaliqi tapa bilməmişlər. Həmçinin o, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. 05 oktyabr 2021ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində adını bilmədiyi, təsadüfən tanış olduğu şəxsdən 70 manat müqabilində narkotik vasitə olan heroin almışdır. Belə ki, həmin şəxs ondan 70 manatı götürdükdən sonra bir büküm narkotik vasitə olan heroin vermişdir. Həmin maddəni götürüb əynində olan göy rəngli gödəkçəsinin sol yan cibinə qoymuş və münasib vaxtda istifadə etmək qərarına gəlmişdir. Bundan sonra o, etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı 99- XU-285 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə getmişdir. Orada Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsişməsində olarkən saat 21 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Ona özlərini Nizami Rayon Polis idarəsinin əməkdaşları kimi təqdim edən mülki geyimli 3 nəfər şəxslə həmin polis idarəsinə gətirilmişdir. İdarədə onun üzərinə xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılaraq baxış keçirilmiş, baxış zamanı o, polis əməkdaşlarına əynində olan göy rəngli gödəkçənin sol yan cibindən şəffaf sellofan bükümdə narkotik vasitə kimi bildiyi heroini çıxardaraq təqdim etmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin polis əməkdaşlarının iştirakı ilə qablaşdırılıb götürülərək möhürlənmişdir. Qablaşmanın üzəri o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O, narkotik vasitə aldığı şəxsi tanımamış, həmişə onun narkotik vasitə aldığı yerdə olmuş və buna görə də həmin şəxsdən almışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir.

23. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci il aprel ayının orta on günlüyündə axşam saatlarında Təqsirləndirilən şəxs1 idarə etdiyi ağ rəngli “Opel Astra” markalı **-SS- *** dövlət qeydiyyat nişanlı avtomobildə tanışları Təqsirləndirilən şəxs3 və Ruslan adlı şəxslə birlikdə şəhəri gəzərkən Vaqifin istifadəsində olan mobil nömrəyə adını “Nərgiz” kimi bildiyi Şahid3 zəng edərək Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı ünvan 5 evin qarşısında olmaqla narahat etdiyini bildirmişdir. Onlar Xaliqi yetkinlik yaşma çatmayan şəxslərə narkotik vasitələr satan şəxs kimi tanımış və Qönçə də bu barədə bir daha telefonla məlumat vermişdir. X16 başa salmalarını, Xaliqin bir daha Qönçəni narahat etməməsini xahiş etmişdir. Vaqif Qönçəyə 10-15 dəqiqəyə orada olacağını və Xaliqi başa salacağını demişdir. Qönçə ilə aralarında başqa danışıq olmamışdır. Buna görə də yolda hərəkətdə olarkən o, Vaqif, Ruslan və Əli ilə öz aralarında əvvəlcədən razılaşıb Xaliqi Hövsan qəsəbəsində yerləşən Əlinin tanışının evinə aparıb orada Xaliqi döyüb xəsarətlər yetirməklə orada bir neçə gün saxlamaq və Xaliqdən pul alaraq maddi gəlir əldə etdikdən sonra Xaliqi buraxmaq qərarına gəlmişlər. Vaqif avtomobili idarə etmiş və göstərilən ünvanın qarşısına çatmışlar. Onlar çatdıqdan sonra Xaliqi orada gördükdə avtomobili saxlamışlar. Avtomobildən o, Əli və Ruslan düşüb Xaliqə yaxınlaşmışlar. O, Xaliqin sağ qolundan, Ruslan isə sol qolundan tutmuş, o, Xaliqin böyür nahiyəsinə cibində olan bıçağı çıxarıb dirəmiş və avtomobilə oturmasını tələb etmişdir. O və Ruslan Xaliqi avtomobilə mindirmiş, Xaliq arxa oturacaqda ortada, o sağında, Ruslan solunda, Əli qabaq sərnişin oturacağında oturmuş və Vaqif isə avtomobili idarə etmişdir. Əli həmin evin yerini göstərməsi üçün qabaq sərnişin oturacağında oturmuşdur. Əli yolu göstərmiş və Vaqif avtomobili idarə etmişdir. Yolda olarkən o, Xaliqin başını aşağı əyib əllərini kapron pilka kimi kəndirlə bağlamış, sonradan o və Ruslan yumruqla Xaliqin baş nahiyəsinə vurmuşlar. Onlar Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlib çatmışlar. Vaqif avtomobili dayandırdıqda Əli avtomobildən düşüb tanışına məxsus bir mərtəbəli həyət evinin darvazasının kilidini açmış, o, avtomobildən düşüb Xaliqi də düşürtmüşdür. Onlar hamısı Xaliqi evə aparmışlar. Onlar ikiotaqlı evin otaqlarından birinə daxil olmuş, otaqda Vaqif Xaliqin əllərini açaraq qışqırıb paltarlarını çıxartmasını tələb etmiş, Xaliq əynində olan paltarlarını çıxartmış, əynində sadəcə olaraq alt geyimi olan şortik qalmışdır. Bundan sonra yenidən Vaqif Xaliqin əllərini arxaya doğru dartaraq həminki kapron iplə bağlamış, daha sonra evdən nazik materialdan olan köynək taparaq ağzının üstünə sıxıb ağzını bağlamışdır. Vaqif Xaliqin sinə nahiyəsindən təpiklə vurmuş, Xaliq özünü saxlaya bilməyib yerə yıxılmışdır. Xaliq yerdə döşəmənin üzərində uzanıqlı vəziyyətdə olarkən o, Ruslan, Əli və Vaqif təpiklə Xaliqin baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq “bariqalıq edirsən ə” demişlər. Həmin vaxt Vaqif özünə məxsus mobil telefonla Xaliqi döymələrinin videoçəkilişini aparmışdır. Onlar təxminən 5-10 dəqiqə Xaliqi döydükdən sonra Vaqif evdən dəmir parçası taparaq Xaliqin baş nahiyəsindən bir dəfə vurduqda Xaliq zərbədən huşunu itirmişdir. Bir müddət keçdikdən sonra Vaqif mobil telefonla “whatsapp” tətbiqi vasitəsi ilə Qönçəyə zəng etmişdir. Qönçə Xaliqi soyundurulmuş, yerdə uzanıqlı döyülmüş vəziyyətdə görmüş, bu vaxt X14 “Qönçə, qələt eləmişəm, birdə sənə yaxın durmaram” deməsini tələb etmişdir. Lakin Xaliq bu sözü deməmiş və Vaqif dəmir parçası ilə Xaliqin arxa nahiyəsindən vurmuşdur. Bundan sonra Qönçə baxa bilmədiyini deyərək, telefonu Arzuya vermişdir. X20 nə günə saldığını gördüyünü soruşmuş, Arzunun da narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün hər ay 500 manat pul verməli olduğunu demişdir. Arzu Vaqif və digərlərindən qorxmuş və razılaşmışdır. Bu, onların hamılıqla tələbi olmuşdur. Arzu həmin pulu göndərəcəyini bildirmişdir. Bundan sonra Vaqif telefonu söndürmüşdür. Xaliq yerdə uzanıqlı vəziyyətdə qalmışdır. O, Əli, Ruslan və Vaqif əvvəlcədən aralarında olan razılığa əsasən Xaliqin onlara 5000 manat pul verməli olduğunu, həmin pulun müqabilində Xaliqi azad edəcəklərini, dedikləri pulu verməyəcəyi halda Xaliqi uzun müddət həmin evdə saxlayacaqlarını, mütəmadi olaraq döyəcəklərini, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə polis orqanlarına məlumat verəcəklərini demişlər. Xaliq onlara kirayəşin yaşadığını və heç bir məbləğdə pulu olmadığı üçün onlara pul verə bilməyəcəyini bildirmişdir. Onlar Xaliqi 3 gün müddətində həmin evdə saxladıqdan sonra Xaliqin pulunun olmadığını görüb Xaliqə hissə-hissə olaraq 5000 manat dəyərində narkotik vasitə verəcəklərini, Xaliqin həmin narkotik vasitələrin satışı ilə məşğul olub yığılan pulları onlara verəcəyini, 5000 manat tamam olduqda Xaliqdən əl çəkəcəklərini bildirmişlər. Evin giriş qapısı və pəncərələr bağlı olduğundan Xaliq bayıra çıxa bilməmişdir. Xaliq onlarla razılaşmış, onlar üçün 5000 manat dəyərində Xaliqə verəcəkləri narkotik vasitələri satacağını bildirib buraxmalarını xahiş etmişdir. X21 idarə etdiyi avtomobilə əyləşdirmiş, Vaqif Xaliqə mobil telefon vermiş və həmin mobil telefonda olan nömrə vasitəsilə Xaliqlə əlaqə saxlayacağını demişdir. Yolda gələrək Əhmədli qəsəbəsində Xaliqi avtomobildən düşürtmüşlər. Xaliq evinə getdiyini deyərək oradan uzaqlaşmış, sonradan Vaqif Xaliqin yaşadığı ünvanı tanıdığı üçün 10 qram narkotik vasitə olan heroini özü ilə götürmüş, Xaliqin həmin narkotik vasitəni satıb nağd pul əldə edərək onlara verməsi üçün onunla birlikdə Xaliqin yaşadığı evə getmişdir. Lakin Xaliq giriş qapısını onlara açmamış, onların Xaliqi döydüyü üçün xəsarətlər aldığından ev şəraitində müalicə aldığını bildirmişdir. Vaqif Xaliqə sözünü tutmadığını və onlardan inciməməsini dedikdən sonra oradan getmişlər. Bundan sonra bir daha Xaliqi tapa bilməmişlər. O, sonradan həmin bıçağı Hövsan qəsəbəsində olan zibilxanaların birinə tullamışdır.

24. Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci il aprel ayının orta on günlüyündə axşam saatlarında tanışı Vaqifə məxsus “Opel Astra” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Vaqif, digər tanışları Elkhan və Ruslanla birlikdə avtomobillə şəhəri gəzərkən Arzu və Qönçə Vaqifin istifadəsində olan mobil nömrəyə zəng edərək Xaliq adlı şəxsin Qönçənin yaşadığı ünvan 5 evin qarşısında olmaqla narahat etdiyini və Xaliqin yetkinlik yaşına çatmayan uşaqlara narkotik vasitə satdığını demiş, Xaliqi başa salmaq lazım olduğunu bildirmişlər. Vaqif avtomobili göstərilən ünvanın qarşısına sürmüş, orada Xaliqi gördükdə avtomobili saxlamışdır. Avtomobildən o, Ruslan və Elkhan düşmüş, Elkhan Xaliqin sağ qolundan, Ruslan isə sol qolundan tutmuş, avtomobilə oturmasını tələb etmişlər. Onlar Xaliqi avtomobilə mindirmişlər. Xaliq arxa oturacaqda ortada oturmuş, Elkhan sağında, Ruslan solunda, o isə qabaq sərnişin oturacağında oturmuş və Vaqif avtomobili idarə etmişdir. Onlar Suraxanı rayonu, Hövsan qəsəbəsində ünvanını dəqiq bilmədiyi, lakin göstərə biləcəyi evə getmişlər. Yolda olarkən Elkhan Xaliqin başını aşağı əymiş, Xaliqin əllərini kapron pilka kimi olan kəndirlə bağlamışlar. Sonradan Ruslan və Elkhan yumruqla Xaliqin baş nahiyəsinə vurmuşlar. Avtomobil dayandıqda o, avtomobildən düşüb bir mərtəbəli həyət evinin darvazasının kilidini açmışdır. Elkhan avtomobildən düşüb Xaliqi düşürtmüş, onlar da Xaliqi evə aparmışlar. Vaqif Xaliqin əllərini açıb paltarlarını çıxartmasını demiş. Xaliq əynində olan paltarlarını çıxartmış, əynində sadəcə olaraq alt geyimi olan şortik qalmışdır. Bundan sonra Vaqif yenidən Xaliqin əllərini arxaya doğru dartaraq həminki kapron iplə bağlamışdır. Evdən nazik materialdan olan köynək taparaq Xaliqin ağzının üstünə sıxıb ağzını bağlamışdır. Vaqif Xaliqin sinə nahiyəsindən təpiklə vurmuş, Xaliq özünü saxlaya bilməyib yerə yıxılmışdır. Xaliq yerdə olarkən Ruslan, Vaqif, Elkhan təpiklə Xaliqin baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq “bariqalıq edirsən ə” demişlər. O, həmin vaxt Vaqifə videoçəkilişi dayandırmasını demiş və Xaliqi döymələrinə icazə verməmişdir. Ruslan, Elkhan və Vaqif Xaliqi təxminən 5-10 dəqiqə döydükdən sonra Vaqif evdən dəmir parçası taparaq Xaliqin baş nahiyəsindən bir dəfə vurmuş, Xaliq zərbədən huşunu itirmişdir. Bir müddət keçdikdən sonra Vaqif mobil telefonla “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Qönçəyə zəng etmişdir. Qönçə Xaliqi soyundurulmuş, yerdə uzanıqlı döyülmüş vəziyyətdə görmüşdür. Bu vaxt X14 “Qönçə, qələt eləmişəm, birdə sənə yaxın durmaram” deməsini tələb etmiş, Xaliq bu sözü demədikdə Vaqif dəmir parçası ilə sonuncunun arxa nahiyəsindən vurmuşdur. Bundan sonra Qönçə telefonu Arzuya vermiş, Vaqif Arzunun göstərişini yerinə yetirdiyini, hazırda Arzunun Xaliqin vəziyyətini gözü ilə gördüyünü, ona görə də Arzunun əvvəlcədən söz verdiyi 1000 manat pulu verməsini demişdir. Arzu 500 manat göndərəcəyini, qalıq 500 manatı isə 2-3 günə verəcəyini söyləmişdir. Bundan sonra telefonu söndürmüşlər. Xaliq yerdə uzanıqlı vəziyyətdə qalmışdır. Vaqif, Ruslan və Elkhan Xaliqə 5000 manat pul verməli olduğunu, həmin pulun müqabilində Xaliqi azad edəcəklərini, əks halda uzun müddət saxlayacaqlarını, döyəcəklərini, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə polis orqanlarına məlumat verəcəklərini bildirmişlər. Xaliq onlara kirayəşin yaşadığını və heç bir məbləğdə pulu olmadığı üçün onlara pul verə bilməyəcəyini bildirmişdir. Onlar Xaliqi 3 gün müddətinə həmin evdə saxladıqdan sonra həqiqətən də pulu olmadığını görmüşlər. O, həmin 3 gün ərzində həmin evdə olmuşdur. Vaqif və digərləri Xaliqə hissəhissə olaraq 5000 manat dəyərində narkotik vasitə verəcəklərini, Xaliqin də həmin narkotik vasitələrin satışı ilə məşğul olub yığılan pulları onlara verəcəyini, 5000 manat tamam olduqda Xaliqdən əl çəkəcəklərini demişdir. Evin giriş qapısı açarla bağlı olduğundan Xaliq bayıra çıxa bilməmişdir. Xaliq onlarla razılaşmış, onlar üçün 5000 manat dəyərində Xaliqə verəcəkləri narkotik vasitələri satacağını bildirib buraxmalarını xahiş etmişdir. Onlar Xaliqi həmin avtomobilə mindirmişdir. Vaqif Xaliqə mobil telefon vermiş və həmin mobil telefonda olan nömrə vasitəsilə əlaqə saxlayacağını demişdir. Əhmədli qəsəbəsində Xaliqi avtomobildən düşürtmüşlər, Xaliq də evinə getmişdir. Sonradan Vaqif 10 qram narkotik vasitə götürüb sataraq nağd pul əldə edib Vaqifə verməsi üçün Xaliqə vermək istəmiş, lakin Xaliq Vaqifə yaşadığı evin qapısını açmamış və Vaqif bir daha Xaliqi tapa bilməmişdir. O, Xaliqi ikisi otaqda tək olan zaman əllə yumruqla vurmuşdur. O, Xaliq yerdə olarkən digərləri ilə birlikdə vurmamışdır.

25. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs1la “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuş, Vaqif Bakıya gələndə sonucnu ilə yaxından tanış olub, yeyib-içmişlər. Onun Nərgiz adlı şəxslə münasibəti olmuş, bir gün Nərgizlə arasında mübahisə düşməsi səbəbindən Nərgizə qarşı kobudluq etmiş, son dövrlərdə münasibətləri normal olmadığından ayrılmaq qərarına gəlmişlər. O, sonuncu dəfə sağollaşmaq məqsədi ilə Nərgizin yaşadığı binanın həyətinə gedib, sonuncuya aşağı düşməsini, sağollaşmaq üçün gəldiyini demiş, həmin vaxt Vaqif və digərləri “Opel” markalı avtomobillə ona yaxınlaşıb mübahisə etməyə başlamışlar. O, həmin şəxslərə həyətdə mübahisə etməyin düzgün olmadığını söyləyib başqa yerə getməyi tövsiyyə etdiyindən, onlar Hövsan qəsəbəsində yerləşən evə getmişlər. Orada o, dörd nəfər şəxs tərəfindən döyülmüş, həmin günün axşamı üzü şiş olduğundan, öz istəyi ilə həmin evdə qalmış və növbəti gün evinə getmişdir. Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, o, Əli və Elkhanı Vaqif vasitəsilə tanımış, Hövsan qəsəbəsinə öz istəyi ilə getmiş, avtomobildə olarkən Ruslan adlı şəxs onu vurmuş, onun hadisə yerindən qaçmağa imkanı olsa belə, öz iradəsi ilə evdə qalmış, öz evinə həmin vəziyyətdə getmək istəməmişdir. Əlləri əski ilə bağlanmış, ən sonda əllərini Əli açmış, təqsirləndirilən şəxslərdən heç biri ondan pul tələb etməmiş, baş verənlər barədə polisə şikayət etməmiş, polis əməkdaşları onu çağırıb istədikləri şəkildə ifadə verməyə məcbur edib imzalatdırmış, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləməmiş, təqsirləndirilən şəxslər onu videoya çəkmiş, lakin heç bir pis niyyəti olmamışdır. Təqsirləndirilən şəxslərdən heç birinə şikayəti və tələbi yoxdur.

26. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 1(101)-423/2023 nömrəli hökmünə əsasən həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, Qönçəni Nərgiz adı ilə tanımış, Nərgiz ilə bir il bundan öncə tanış olmuşdur. Bir müddət Nərgizlə münasibəti olduqdan sonra, Nərgiz onu 8-ci kilometrdə kirayə yaşadığı evə qonaq çağırmış, o, orada olduğu zaman “bibi” dedikləri Arzu, Nərgizi tez-tez digər otağa çağıraraq ona nə isə söz demişdir. Nərgizdən Arzunun ona nə dediyini soruşmuş, o isə daha sonra deyəcəyini bildirmişdir. Bir müddət sonra Nərgiz ilə görüşməli olmuş, ona demişdir ki, axşam saat 6-7 arası binanın qarşısına gəlsin. O da Nərgizin dediyi vaxtda onun kirayə yaşadığı binanın qarşısına getmiş və bir az gözlədikdən sonra, Nərgizə zəng edib soyuqda onu gözlədiyini demişdir. Nərgiz də ona “indi düşürəm” desə də, yenə bir müddət gözlədikdən sonra Nərgiz gəlməmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Vaqifgilin idarə etdiyi maşın binanın qarşısında, yəni onun yanında dayanmışdır. Maşını Vaqif idarə etmiş, onun yanında əyləşən Əli olmuş, arxa oturacaqda solda Ruslan, sağda isə Təqsirləndirilən şəxs2 əyləşmişdir. Onlar maşından aşağı düşmüşlər, Elkhan onun sağ tərəfinə keçmiş və bıçaq çıxararaq ona demişdir ki, “səs-küy etmə, otur maşına gedək”. Bu zaman Ruslan da onun sağ tərəfində dayanmışdır. O, həmin şəxslərin maşınında arxa oturacaqda orta hissədə əyləşmiş, Ruslan sol tərəfində, Təqsirləndirilən şəxs2 isə sağ tərəfində əyləşmişdir. Maşında Təqsirləndirilən şəxs2 yumruq ilə onu vuraraq, əllərini arxadan bağlayaraq başını aşağı salmışdır ki, qarşıdan gələn maşınların işığı üzünə düşməsin. O, başını aşağı saldığı zaman üzünə və başına yumruqla vurmuşlar. Hara getdiklərini bilməmiş, lakin ünvana çatdıqları zaman bilmişdir ki, onu Hövsana gətirmişlər. Hövsana çatana qədər onu maşında döymüşlər. Hövsana çatdıqları zaman ona, “biz sənə deyəndə maşından çıx, lakin səs-küy etmə, qonşular var” demişlər. Həmin an onda səsküy salmağa hal olmamışdır. Həyətə girdikdə, iki qapı olmuşdur. O, iki qapının birindən içəri girmiş, içəri girdikdən sonra Vaqif ona demişdir ki, əynindəki paltarları çıxarsın. Onun əlləri bağlı olmuşdur. Vaqif digərlərinə tapşırmışdır ki, onun əlini açsınlar, onlar da əllərini açmışlar. O, şalvarını çıxarmış, əynində yalnız qısa şort qalmışdır. Daha sonra yenidən əllərini, yerdə olan parça ilə ağzını bağlamış və yenidən onu döyməyə başlamışlar. İlk olaraq Vaqif başlamış, daha sonra Vaqif onu döymələri üçün digərlərinə göstəriş vermişdir. Bu zaman onun gözləri bağlı olduğu üçün kimlərin onu döydüyünü görməmişdir. Daha sonra yerdə içi qurğuşunlu olan “bita” ilə onu döyməyə başlamışlar. O, huşunu itirmiş, ayıldığı zaman Vaqifin Nərgizlə görüntülü danışaraq, Nərgizə “Necədir? Yaxşıdır, yoxsa biraz da döyüm?” dediyini eşitmişdir. Nərgiz “Bəsdir” deyib, daha sonra telefonu ona baxması üçün “bibi”yə, yəni Arzuya vermək istəmişdir. Arzunun səsini eşitmişdir ki, o, “yox mənim şəkərim var, mən baxa bilmərəm” demişdir. Bir az danışdıqdan sonra, Vaqif Arzuya “pul demişdin, onu necə edək?” demiş, bir neçə gün orada qaldıqdan sonra, Ruslan ilə Təqsirləndirilən şəxs2 harasa getmişlər. Onun yanında Əli qalmış, digər otaqda isə Vaqif olmuşdur. Onun qaldığı otaqda heç bir şərait olmamasına baxmayaraq Vaqifin olduğu otaqda istilik sistemi, yeməyi və şəraiti olmuşdur. Orada qaldığı müddət ərzində bir dəfə Əli ona yemək gətirmiş, bir gecə də Ruslan yemək gətirib vermişdir. İkinci gün Ruslangil getdikdən sonra Əli onun yanında qalmışdır. Vaqif isə digər otaqda olmuş və Şəmkir rayonundan tanımadığı şəxslə görüntülü danışmışdır. Həmin adamla görüntülü danışdığı zaman bildirmişdir ki, “necə edim mən bu adamdan pul alım? Bundan pul çıxmır”. Həmin görüntülü danışdığı adam da bildirmişdir ki, “Necə yəni pul çıxmır? Özbaşına deyil ki? Yaxşı döyməmisiz, ona görə pul çıxmır”. Vaqif yanlarına gələrək Əliyə “mən bir də eşitməyim ki, bundan pul çıxmır deyəsiz, mən qayıdana qədər ondan pul çıxsın” demiş və getmişdir. O, Əlidən onu niyə döydüklərini soruşmuş və binanın qarşısına qızla sağollaşıb getmək üçün gəldiyini bildirmişdir. Əli ona demişdir ki, Vaqif onlara bildirib ki, guya o, Nərgizdən Arzugilin narkotik vasitə satdıqlarına görə ayrılır, onlara problem yaratmaqla bağlı hədələmişdir. Əli ona bildirmişdir ki, onlar onu tanımır, yalnız Vaqifin sözünə görə gəlib bura çıxmışlar. Əli ona tapşırmışdır ki, Vaqif ona nə desə razılaşsın, təki burdan çıxıb getsin. Əli ilə danışdıqdan sonra bilmişdir ki, Əli ilə Ruslan dostdur. Üçüncü gün Təqsirləndirilən şəxs2la Ruslan gəlmişlər, o, artıq Vaqifin öz otağında olmuşdur. Vaqif əvvəlcə Ruslana demişdir ki, “telefonu ver, evə zəng etsin”. Ruslan isə bildirmişdir ki, telefonun enerjisi yoxdur, o, sonra öz telefonunu vermişdir ki, evə zəng etsin və desin ki, adam vurub, 5000 (beş min) manat pul lazımdır. O da demişdir ki, onun atası kafedə aşpaz işləyir, onun 400 (dört yüz) manat maaşı var, işə də təzə düzəlib. Onun atasında 5000 (beş min) manat pul yoxdur, olsaydı o, bir otaqlı evdə kirayə qalmazdı. Ruslan öz telefonunu götürərək digər otaqda telefonunun batareyasını doldurmağa getmişdir. Sonra Vaqif demişdir ki, anasına zəng vursun, o da bildirmişdir ki, onun atasında pul olmayandan sonra anasında hardan pul olsun? Həmin vaxt Vaqif onun sifət nahiyəsindən yumruq vuraraq, onu yenidən döyməyə başlamışdır. Vaqif digərlərinə demişdir ki, “gəlin bunu götürün aparın, başa salın”. Ruslangil onu digər otağa aparmışlar. Sonra Vaqif yenidən gələrək “Siz bundan necə pul ala bilmirsiz? İndi görərsiz mən necə alıram” deyərək kəməri ilə onun baş nahiyəsindən 4-5 zərbə vurduqdan sonra, digər otağa keçmiş və “şəmkirli” dediyi şəxslə görüntülü danışmışdır. Həmin şəxsin Vaqifə “barmağını kəsin” dediyini eşitmişdir. Sonra Təqsirləndirilən şəxs2 taxta gətirərək əllərini həmin taxtanın üzərinə qoymuş və özündə olan xəncəri çıxararaq ona demişdir ki, “ya barmağın, ya pul”. O da “pulum olsa verərdim, pul canımdan artıq deyil, gəlib mənim yaşadığım evə baxın, görün ki, 5000 manat pulu olan adama oxşayırammı?”. O, xəncəri bir balaca barmağına sürtmüş və barmağı bir azca qanamışdır. Axşam tərəfi o, Əliyə demişdir ki, böyrəkləri ağrıyır, onu tualetə aparsın. Əli onu tualetə aparan zaman ona demişdir ki, Ruslana vəziyyəti danışıb, o da bilir. O, bildirmişdir ki, bura Vaqifin sözü ilə gəliblər. Səhəri gün ona yemək gətirəndə Əliyə demişdir ki, yemək yeyə bilmir, ancaq su içir. Ağzından qan gəldiyi üçün heç nə yeyə bilmir. Əli və Ruslan arada ona su və siqaret gətirmişdir. Səhəri gün Vaqif ilə Təqsirləndirilən şəxs2 onu yenidən döyməyə başlamışdır. Bir müddət keçdikdən sonra, Vaqif yanına gələrək, “sənə yazığım gəldiyi üçün sənə bir yaxşılıq edəcəm. Səni evə buraxıram, sənə telefon da verəcəm, 5000 (beş min) manat dəyərində ot, yəni narkotik vasitə marixuana da verəcəm ki, satıb pulunu hissə-hissə verəsən”. Axşam hava qaranlıq olan zaman taksi ilə onu evə yola salmışlar. Evə getdikdən sonra, həyat yoldaşı onun vəziyyətini görüb, həkim çağırıb-çağırmamağı soruşduqda, o, yoldaşına həkim çağırmamasını, sadəcə aptekə gedib lazım olan dərmanları almasını demişdir. Bir müddət keçdikdən sonra evdə qapı döyülmüş, yoldaşı qapıya baxdıqdan sonra gəlib ona demişdir ki, Vaqif və Təqsirləndirilən şəxs2 adlı şəxslər gəlib, onu çağırır. Evdə tək olmadığı üçün qapını açmamışdır. Vaqif ona demişdir ki, “bizə söz vermişdin, sənə mal, yəni narkotik vasitə gətirmişik”. O, Vaqifə bildirmişdir ki, hal-hazırda xəstədir, sağaldığı zaman onunla özü əlaqə saxlayacaq. Onlar ona “bizdən incimə” deyib getmişlər. Bir neçə gündən sonra o, Əli ilə danışmış, Əliyə demişdir ki, o, Ağdama gedir. Vaqifə görə Ağdama getmiş, bir müddət orada qalmışdır. Daha sonra onun “İnstagram” səhifəsinə İran İslam Respublikası səhifəsindən döyülmə videoları göndərilmiş və həmin video ilə birlikdə “bundan da betər günə qalacaqsan” deyə təhdid mesajları gəlmişdir. Daha sonra o, Məhəmməd adlı bir şəxslə tanış olmuş, ona bildirmişdir ki, çıxılmaz vəziyyətdə qalmışdır. Məhəmməd ona bir tanışı vasitəsi ilə hüquq mühafizə orqanlarına şikayət etmək üçün istiqamət vermiş, o da şikayət etmişdir. Həmin məhkəmə iclasında Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, Ruslan ona gizlincə su, yemək və siqaret vermiş, digərləri ilə müqayisədə Ruslan onunla yaxşı davranmışdır. Ruslan sadəcə Vaqifin göstərişlərini yerinə yetirmişdir. Nərgiz həmin vaxt kirayədə qalmışdır. Həmin vaxt Nərgiz onunla görüşmək istədiyini, evdə problemləri olduğunu və özünü pis hiss etdiyini demişdir. Evdən çıxandan sonra, o, aşağıda yarım saat onu gözləmişdir. O, Ruslanı tanımamışdır. Onlar 4 nəfər birlikdə gəlmişdir. Onun həmin şəxslərlə aralarında söhbət olmamışdır. O, özü demişdir ki, nə isə problem varsa, həll etsinlər. Onlar maşından düşəndən sonra, o bu barədə fikrini bildirmişdir. Onu bıçaqla hədələyərək maşına minməyə məcbur edən Təqsirləndirilən şəxs2 olmuşdur. Ruslan Vaqifin göstərişlərini yerinə yetirmişdir. Ruslan onun oradan çıxmasına köməklik etmişdir. Vaqifdən başqa, maşından hamısı düşmüş, onlardan biri arxada durmuş, Ruslan yanında dayanmışdır. Təqsirləndirilən şəxs2 da əlində bıçaq onu təhdid etmişdir. Ruslan maşında onun sol tərəfində oturmuşdur. Onun əli və gözləri bağlı olmuşdur. Ona görə də onu kimin vurduğunu bilmir. Gözü açıq olandan sonra Ruslan və digər şəxsləri görmüşdür. Onun oradan çıxmasına kömək edən şəxs Əli və Ruslan olmuşdur. Ruslan ona getməsi üçün 5 manat taksi pulu vermişdir. O, evə gedəndən sonra halallıq niyyəti ilə görüşmüşlər. Onu buraxanda demişlər ki, “Vaqif nə desə razı ol, bircə burdan çıx”. “Şəmkirli” ona görüntülü zəng etmiş və 5000 manat pul verməli olduğunu demişdir. O, sağaldıqdan sonra verəcəyini demiş, 20 gün sonra ona təkrar zəng edib pulu istəyəndə hələ də sağalmadığını bildirmişdir. O, saxlandığı yerdən çıxanda ona papaq və maska vermişlər ki, üzü görünməsin.

27. Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan onun xx.xx.2021-ci il tarixli ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, təxminən 10 ay əvvəl Nərgiz kimi tanıdığı, lakin sonradan Şahid3 olmasını bildiyi şəxslə tanış olmuşdur. O, Nərgizlə hərdən bir görüşmüş, onlar qeyri-rəsmi nikah münasibətində olmuşlar. Təxminən 4 ay keçdikdən sonra Nərgiz onu yaşadığı ünvan 9 ünvanına dəvət etdiyindən, o, Nərgizin yaşadığı mənzilə getmiş və orada Arzu adlı qadınla tanış olmuşdur. O, həmin evdə olarkən Qönçə ilə Arzunun bir kənara çəkilib sakitcə aralarında danışmalarını görmüş, o, Qönçə ilə Arzunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını başa düşmüşdür. O, Qönçədən bu barədə soruşduqda, Qönçə ona başqa vaxt açıqlama verəcəyini demiş, bir neçə gün sonra o, Qönçə ilə görüşdükdə sonuncu narkotik vasitələrin satışı ilə məşğul olduqlarını, eləcə də özünün əxlaqsızlıqla məşğul olduğunu, bu işlərdən gəlir əldə etdiyini, həmin gəlirlərin çox hissəsini Arzu adlı qadına verdiyini bildirmişdir. Bundan sonra Qönçənin təklifinə əsasən o da Qönçənin vasitəsilə Arzu adlı şəxsdən narkotik vasitə və psixotrop maddələr alaraq özü istifadə etməklə yanaşı satmağa başlamışdır. Lakin 2021-ci il in aprel ayının orta on günlüyündə axşam saatlarında hava qaranlıq olarkən Qönçənin evinin qarşısında olduğu zaman Qönçədən ayrılmağa qərar vermiş və bu barədə Qönçə ilə danışmaq istədiyini sonuncuya demişdir. Qönçə Naxçıvanski küçəsi 48 ünvanının qarşısında təxminən 15 dəqiqə onu gözlətdikdən sonra oraya “Opel Astra” markalı 99-SS son rəqəmlərini xatırlamadığı dövlət qeydiyyat nişanlı avtomobil gələrək dayanmışdır. Avtomobildə 4 nəfər şəxs olsa da, sürücüdən başqa 3 nəfər şəxs düşmüş, həmin şəxslərdən nisbətən alçaq boylu və orta bədən quruluşlu idmançı görünüşü olanı sonradan adının Ruslan olduğunu bildiyi şəxs sol qolundan, Elkhan isə sağ qolundan tutmuşdur. Elkhan cibindən bıçaq çıxararaq sağ böyrünə dirəyib qışqıracağı təqdirdə onu vuracağını deyib avtomobilə oturmasını tələb etmişdir. Həmin şəxslər onu avtomobilə əyləşdirmiş, o, arxa oturacaqda oturmuş, Elkhan sağında, Ruslan solunda, Əli qabaq sərnişin oturacağında oturmuş, Vaqif də avtomobili idarə etmişdir. Yolda olarkən Elkhan onun başını aşağı əymiş, onun əllərini kapron kəndirlə bağlamışdır. Sonradan Elkhan və Ruslan yumruqla onun baş nahiyəsinə vurmuşlar. Onun başı aşağı olduğundan hansı yolla hərəkət etdiklərini görməmiş, lakin onlar çatdıqda o, Hövsan qəsəbəsində olduqlarını eşitmişdir. Avtomobil dayandıqda Elkhan avtomobildən düşüb onu da düşürtmüşdür. Həmin şəxslərin hamısı avtomobildən düşərək onu evə aparmışlar. Vaqif onun əllərini açaraq qışqırıb paltarlarını çıxartmasını demişdir. O, paltarlarını çıxartmış əynində sadəcə alt geyimi olan şortik qalmışdır. Bundan sonra yenidən Vaqif onun əllərini arxaya doğru dartaraq həmin kapron iplə bağlamışdır. Evdən nazik materialdan olan köynək taparaq ağzının üstünə sıxaraq ağzını bağlamışdır. Vaqif onun sinə nahiyəsindən təpiklə vurmuş, o, özünü saxlaya bilməyərək yerə yıxılmışdır. O, yerdə olarkən həmin şəxslərin hamısı, yəni Ruslan, Vaqif, Elkhan və Əli təpiklə onun baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq “bariqalıq edirsən ə” demişlər. Elkhan mobil telefonu ilə bunu videogörüntüyə çəkmişdir. Həmin şəxslər onu təxminən 5-10 dəqiqə döydükdən sonra Vaqif evdən dəmir parçası taparaq onun baş nahiyəsindən bir dəfə vurmuş və o, zərbədən huşunu itirmişdir. Bir müddət keçdikdən sonra o ayılmış və Vaqifin “Whatsapp” mobil tətbiqi vasitəsilə Qönçəyə zəng etdiyini görmüşdür. Qönçə onu soyundurulmuş, yerdə uzanıqlı, döyülmüş vəziyyətdə görmüşdür. Bu vaxt Vaqif ondan Qönçəyə “Qönçə, qələt eləmişəm, bir də sənə yaxın durmaram” deməsini tələb etmişdir. O, bu sözləri Qönçəyə deməkdən imtina etdikdə Vaqif dəmir parçası ilə onu arxa nahiyəsindən vurmuş, daha sonra Qönçə telefonu Arzuya vermişdir. Vaqif Arzuya onu nə günə saldığını göstərmiş, Arzunun da narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün hər ay 500 manat pul verməli olduğunu demişdir. Arzu Vaqifdən qorxduğu üçün Vaqiflə razılaşmış və pulu Vaqifə göndərəcəyini bildirmişdir. Bundan sonra telefonu söndürmüşlər. Vaqif və digərləri ona yaxınlaşaraq onun 5000 manat pul verməli olduğunu, həmin pulun müqabilində onu azad edəcəklərini, əks halda uzun müddət saxlayacaqlarını, döyəcəklərini, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə polisə məlumat verəcəklərini bildirmişlər. O, həmin şəxslərə kirayəşin yaşadığını və heç bir məbləğdə pulu olmadığı üçün pul verə bilməyəcəyini demişdir. Həmin şəxslər onu 3 gün həmin evdə saxladıqdan sonra onun pulunun olmadığını görmüşlər. Vaqif və digərləri ona hissə-hissə olaraq 5000 manat dəyərində narkotik vasitə verəcəklərini, onun da həmin narkotik vasitələrin satışı ilə məşğul olub pulunu verəcəyini, 5000 manat tamam olduqdan sonra ondan əl çəkəcəklərini bildirmişlər. O, 3 gün müddətində orada cəmi bir-iki dəfə yemək yediyini, ac vəziyyətdə olduğunu, döyüldüyü üçün bərk ağrılar hiss etdiyini bildirmişdir. O, tualetdən istifadə edə bilmədiyini bildirmişdir. Evin giriş qapısını açarla bağladıqlarından bayıra çıxa bilməmiş, pəncərələr bağlı olduğundan heç hava ala bilməmişdir. Buna görə də razılaşmış, Vaqifgil üçün 5000 manat dəyərində ona verəcəkləri narkotik vasitələri satacağını bildirmiş və onu buraxmalarını xahiş etmişdir. Vaqifgil onu avtomobilə mindirmişlər. Vaqif ona telefon verərək onunla həmin telefonda olan nömrə vasitəsilə əlaqə saxlayacağını bildirmişdir. Əhmədli qəsəbəsində onu avtomobildən düşürtmüş, o da evinə getmişdir. Bir neçə gün onun birgə yaşadığı qeyr-rəsmi arvadı olan Vəfa aptekdən dərman ləvazimatları alaraq onu ev şəraitində müalicə etmişdir. Lakin təxminən yeddi gün keçdikdən sonra səhər saatlarında Vaqif və Elkhan onun yaşadığı ünvan 10 ünvanının qarşısına gəlib giriş qapısını döymüşlər. Vəfa yuxudan oyanaraq qapıya yaxınlaşmış, qapını açmamış və onu çağırmışdır. O da gəlib qapını açmamış, Vaqifgilə hazırda müalicə aldığını bildirmişdir. Vaqif 10 qram narkotik vasitə gətidiyini, həmin narkotik vasitəni ona vermək istədiyini, onun da həmin narkotik vasitəni sataraq pulunu Vaqifə verməsini istədiyini bildirmişdir. Ancaq o, müalicə aldığını və bir neçə gün bayıra çıxa bilməyəcəyini dedikdə Vaqif “sən sözünə əməl etmədin, bizdən incimə” deyərək oradan getmişdir. Bundan sonra o, Vaqifgildən qorxduğu üçün Vaqifin ona verdiyi mobil telefonu zibilə tullamış, telefonun üzərində hansı nömrə olmasını xatırlamamışdır. Özü isə gizlənmək üçün Ağdam rayonunda olan qohumlarını yanma getmişdir. Lakin qohumlarına baş vermiş hadisə barədə hər hansı söz deməmişdir. Bundan sonra İran İslam Respublikasında narkotik vasitələrin satışı ilə məşğul olan bir nəfər şəxs ona “İnstagram” sosial şəbəkəsi vasitəsilə Vaqif və digərləri tərəfindən döyülməsi barədə videogörüntü göndərərək ona problem yaradacağını bildirmiş, lakin o, həmin şəxsi tanımamışdır. O, sosial şəbəkədə Məmməd adlı şəxslə tanış olmuş, həmin şəxs ona polis orqanlarına şikayət etmək lazım olduğunu demişdir. Bu səbəbdən də Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir.

28. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qönçə bir müddət əvvəl Təqsirləndirilən şəxs1 verəcəyini deyib ondan 700 manat borca pul istədiyindən, o, Qönçəyə 700 manat pul vermiş, daha sonra isə Qönçə lazım olmadığını deyib həmin pulu ona geri gaytarmışdır. Nərgiz hər ay 400 manat pul qarşılığında ondan uşağına baxmağı istədikdə o da razılaşmışdır. O, Qönçənin uşağına 3 aylığından 7 yaşına kimi baxmış, Nərgizin Xaliq adlı şəxslə münasibəti olması və birgə yaşamalarından onun məlumatı olmuşdur. O, bazardan gələndə Nərgizlə rastlaşdıqda sonuncu ondan evində gecələməsinə icazə istəmiş, birlikdə binanın blokuna daxil olarkən lift açılmış, Xaliq liftən çıxaraq bıçaq çıxarmış və Nərgizə gəlməli olduğunu, əks halda Nərgiz üçün pis olacağını söyləmişdir. O, Xaliqə bıçağı yığışdırmasını, 9 ildir ki həmin binada yaşadığını, qonşulardan ayıb olduğunu demiş, həmin vaxt qonşularından biri çıxdıqda Xaliq bıçağı yığışdırmış, o, Xaliqə Nərgizlə danışacağını və Nərgizin aşağı düşəcəyini deyib yuxarı qalxmaq istəmişdir. Onlar evə girəndə Nərgiz telefonu açaraq Vaqifə zəng vurmuş və demişdir ki, “Xaliq məni öldürür”. X13 binanın həyətində olduğunu da Vaqifə demişdir. Bir qədər müddət keçdikdən sonra Nərgiz ona Xaliqi apardıqlarını, narahat olmağa əsasın olmadığını söyləmişdir. O, Vaqifin binanın həyətinə kimlə və hansı avtomobillə gəldiyini görməmiş, hadisədən bir gün keçdikdən sonra Xaliq gələrək ondan üzr istəmişdir. Təqsirləndirilən şəxslərdən heç biri ona hədə-qorxu gəlməmişdir.

29. Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan onun xx.xx.2021-ci il tarixli ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, tanış olduğu şəxslərə özünü “Nərgiz” kimi təqdim edən Şahid3 müxtəlif kafelərdə ofisiant işlədiyi dövrdə o, sonuncunun qızı X10 qulluq etmişdir. O, Qönçənin vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Elkhan adlı şəxsləri tanısa da, Ruslan və Əli adlı şəxsləri tanımamış, həmin şəxslərin adlarını sonradan eşitmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 isə Şahid3 ilə birlikdə qeyri-rəsmi nikah münasibətində olan şəxs kimi tanımışdır. O, Xaliqlə Qönçənin əvvəlki vaxtlarda kirayəşin yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.ünvan 11 ünvanda Qönçə ilə birlikdə yaşamağa başlamışdır. O, Qönçənin vasitəsi ilə narkotik vasitələrin satışı ilə məşğul olmuş, həmçinin Qönçə əxlaqsızlıqla məşğul olduğu üçün əldə etdiyi nağd pul vəsaitlərinin çox hissəni ona vermişdir. Onun Qönçə ilə yaxşı münasibətləri olmuş, bundan sonra Xaliq Qönçənin vasitəsi ilə ondan narkotik vasitə və psixotrop maddələr almağa başlamış, Xaliq özü istifadə etməklə yanaşı həmin maddələrin satışı ilə də məşğul olmuşdur. Son vaxtlarda Xaliq Qönçəni qısqandığından, sonuncunun bütün işlərinə müdaxilə etməyə başlamışdır. Buna görə də, Qönçə Xaliqlə görüşmək istəməmiş, həmçinin o və Qönçə Vaqifin tanışları Əli, Ruslan və Elkhanla birlikdə Xaliqi axtardıqlarını, Xaliqin narkotik vasitələrin satışı ilə məşğul olması müqabilində Vaqifgilə hər ay 300 manat pul verməsini istədiklərini bilmişdir. 2021-ci ilin aprel ayının orta on günlüyündə axşam saatlarında hava qaranlıq olarkən Xaliq onunla Qönçənin birlikdə kirayəşin yaşadığı C.Naxçıvanski küçəsi 48 ünvanının qarşısına gəlib Qönçə ilə görüşüb danışmaq istədiyini bildirdikdə, Qönçə Təqsirləndirilən şəxs1 zəng edərək Xaliqin yerini bildirmişdir. Qönçənin zəngindən təxminən 25 dəqiqə vaxt keçdikdən sonra Vaqif Qönçənin istifadəsində olan mobil telefona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə videogörüntü ilə zəng etmiş, həmin vaxt o da Qönçənin yanında olduğundan videogörüntünü görmüşdür. Vaqif idarə etdiyi avtomobilin içini görüntüdə göstərmiş, həmin vaxt Vaqifin idarə etdiyi ağ rəngli “Opel Astra” markalı avtomobildə qabaq sərnişin oturacağında Əli oturmuş, arxa oturacaqda Elkhan və Ruslan, onların ortasında isə Xaliq oturmuşdur. Həmin vaxt Xaliqin qolları arxaya doğru bağlı və başı aşağı əyilmiş vəziyyətdə olmuşdur. Ruslan və Elkhan Xaliqi arxa oturacaqda yumruqlarla vuraraq döymüşlər. Daha sonra zəng yekunlaşdırılmış, bir müddət vaxt keçdikdən sonra Vaqif yenə də mobil telefonla “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Qönçəyə zəng etmişdir. Artıq Vaqifgil hansısa ünvanını bilmədiyi evdə olmuş, orada Xaliq soyundurulmuş, qolları və əli bağlı vəziyyətdə yerdə uzanıqlı olmuşdur. Xaliqi Vaqif, Ruslan, Əli və Elkhan təpiklə vuraraq döymüşlər. Bu vaxt Vaqif Qönçəyə “Qönçə, qələt eləmişəm, birdə sənə yaxın durmaram” deməsini Xaliqdən tələb etmiş, sonuncu bu sözü demədikdə Vaqif dəmir parçası ilə Xaliqin arxa nahiyəsindən vurmuşdur. Bundan sonra Qönçə telefonu ona vermiş, Vaqif ona Xaliqi nə günə saldığını görməsini, onun da narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün hər ay Vaqifə 500 manat pul verməli olduğunu, əks halda onu da bu hala salacağını, hətta saçını qırxıb, onu keçəl edəcəyini demişdir. O, Vaqifdən qorxduğu üçün razılaşmış, həmin 500 manat pulu göndərəcəyini bildirmişdir. Danışıqdan 3 gün sonra ünvan 9 ünvanında olarkən Qönçə ona Təqsirləndirilən şəxs1 adlarını yuxarıda qeyd etdiyi şəxslərlə birlikdə binanın həyətində olduğunu və Vaqifə söz verdiyi 500 manat pulu vermək lazım olduğunu bildirmişdir. O da Qönçəyə 500 manat pulu vermiş, Qönçə binanın həyətinə düşərək həmin pulu Vaqifə vermişdir. Bundan sonra o, Vaqifgilin əlindən həmin mənzildən çıxaraq ünvan 12 ünvanına kirayəşin olaraq köçmüş və Vaqiflə heç bir kontaktı olmadığından Vaqif onu tapa bilməmişdir. Sonrakı aylarda Vaqifə heç bir məbləğdə pul verməmişdir. Həmçinin, Vaqiflə yanında olan şəxslərin Xaliqi 3 gün müddətində həmin yerdə saxladıqlarını, Xaliqi döyərək 5000 manat pul tələb etdiklərini, daha sonra pulu olmadığını gördükdə Vaqifgil üçün 5000 manat dəyərində verəcəkləri narkotik vasitələri satıb pullarını verməsi müqabilində buraxdıqlarını eşitmişdir.

30. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 1(101)-423/2023 nömrəli hökmünə əsasən həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayında Qönçə onun evinə gəlmiş, Xaliqdən ayrılmaq istədiyini, lakin Xaliqin ondan əl çəkmədiyini bildirmişdir. Həmin gün axşam saatlarında hava qaranlıq olarkən Xaliq kirayəşin yaşadığı C.Naxçıvanski küçəsi 48 ünvanının qarşısına gəlib Qönçə ilə görüşüb danışmaq istədiyini bildirmiş, liftin qarşısında Xaliq Qönçənin yaxasından tutaraq onunla evə getməsini tələb etmişdir. Qönçə də onunla evə getmək istəmədiyini demiş, ondan əl çəkməsini istəmişdir. Xaliq ilə Qönçənin səsləri yüksəldiyi üçün, o, Xaliqə onu qonşularının yanında pis etməmələrini demişdir. Xaliq ona, “bibi, onda Qönçəyə de ki, mənimlə getsin” demişdir. O, Xaliqə Qönçənin onunla gedəcəyinə söz vermiş, Qönçə də Xaliqə evə qalxıb evdə olan bəzi əşyalarını götürüb gələcəyini demişdir. Qönçə evə girdikdən sonra telefon ilə zəng etməyə başlamış, o, Qönçənin telefonda kiminlə danışdığını bilməmişdir. Qönçənin telefonla danışdığı şəxsin Qönçədən “haradadır” deyə soruşduğunu, Qönçənin isə ona “həyətdədir” dediyini eşitmişdir. Qönçənin telefonda danışdığı şəxs bildirmişdir ki, “onun başını qatsın gəlir”. O, Qönçədən kiminlə danışdığını soruşmuş, sonra ona narahatçılıq yaratmamasını xahiş etmişdir. Qönçə ona bildirmişdir ki, onun yaxın adamı var, o, həmin şəxsə Xaliqin onu incitdiyini, həmin adamın da gəlib Xaliqi buradan aparacağını demişdir. Bir müddət keçdikdən sonra, Qönçə mətbəxin pəncərəsindən baxıb, Xaliqi götürdüklərini demişdir. O, bu barədə sual verəndə Qönçə bildirmişdir ki, onsuz da həmin şəxslər Xaliqi axtarırmışlar. Xaliqi apardıqdan bir müddət sonra Qönçəyə “whatsapp” proqramı vasitəsilə zəng gəlmiş, Qönçə ona demişdir ki, “gəl bax, Xaliqi döyürlər”. Onun ürəyi dözmədiyi üçün həmin görüntülərə baxa bilməmişdir. Həmin məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Xaliq Qönçə ilə birlikdə kirayədə yaşamış, yaşadıqları evin ünvanını tam dəqiq bilmir. Qönçə ilə Xaliqin yaşadığı evə getməmişdir. O, Vaqif ilə Təqsirləndirilən şəxs2ı əvvəllər tanımamışdır. Xaliqi gəlib aparmaları üçün Qönçənin kimə zəng etdiyini bilməmişdir. Xaliq döyülərkən o, həmin görüntüyə baxa bilməmiş, sonradan eşitmişdir ki, Xaliqi gəlib məhəllədən götürən şəxslər Vaqif, Əli adlı şəxslər olmuş, başqa bir şəxsin də adı çəkilmiş, lakin həmin şəxsin adını tam dəqiq xatırlamır. Xatırladığı qədəri ilə üç nəfər olmuşlar. Bir müddət keçdikdən sonra Vaqif ona zəng etmiş və demişdir ki, “Vaqifdir, Xaliqi aparıb döyən oğlan, bəlkə eşidərsən”. Vaqif özünü ona tanıdandan sonra ilk öncə 700 manat pul istəmişdir. Vaqifin ondan pul istəməsinin səbəbi isə Qönçənin narkotik vasitə ilə bir-iki dəfə onun yaşadığı evə gəlməsi olmuşdur. Vaqifin onu tutduracağı ilə hədələmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Vaqif ilk öncə 700 manat istəyərək onu hədələmişdir ki, guya o, narkotik vasitələrin satışı ilə məşğul olur, əgər ona pul verməsə, onu tutduracaq, doğmalarına bu barədə məlumatlar verəcək. O da bu vəziyyətdən qorxduğu üçün həmin pulu qonşuları vasitəsilə düzəldib Vaqifə vermişdir. Pulu Vaqifə vermək üçün Qönçə gəlib ondan götürmüşdür. Qönçənin həmin şəxslərlə nə kimi əlaqəsinin olduğunu bilmir. Vaqif özü Qönçəni göndərmişdir ki, gəlib pulu ondan alsın və aparıb onlara versin. Qönçənin narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını bilmir, lakin Qönçə özü ona narkotik vasitənin istifadəçisi olduğunu bildirmişdir. Xaliqin narkotik vasitənin satışı ilə məşğul olub-olmamasını bilmir.

31. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 10 aydan bəri Zərərçəkmiş şəxs1 ilə tanış olmaqla, sonuncu ilə aralarında qeyri-rəsmi nikah münasibəti olmuşdur. O, Xaliqə özünü Nərgiz kimi təqdim etmiş, Xaliqlə hərdən bir görüşmüşlər. Təxminən 4 ay keçdikdən sonra o, Xaliqi həmin ərəfələrdə kirayəşin yaşadığı ünvan 9 ünvanına dəvət etmiş, həmin vaxt Arzu adlı tanışı da orada olmuşdur. Arzu onun azyaşlı övladına baxmış, habelə narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. O, hətta müxtəlif kafelərdə ofisiant işlədiyi vaxtlarda Arzunun onun 7 yaşlı qızı X6 vasitəsi ilə tanımadığı şəxslərə narkotik vasitə satdığını sonradan bilmişdir. Arzu narkotik vasitəni yaxınlıqda gözləyən müştəriyə çatdırması üçün onun qızına vermişdir. Xaliqlə Arzu onun yaşadığı evdə tanış olmuş, bundan sonra Xaliq Arzudan narkotik vasitələr alıb istifadə etməklə yanaşı satışı ilə məşğul olmağa başlamışdır. O da Xaliqlə birlikdə narkotik vasitələrdən istifadə etmişdir. Lakin son zamanlar Xaliq onun bütün işlərinə müdaxilə etməyə və onu qısqanmağa başladığından, o, Xaliqdən canını qurtarmaq istəməmiş, həmçinin Vaqifin tanışları Əli, Ruslan və Elkhanla birlikdə Xaliqi axtardıqlarını, narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün Vaqifgilə hər ay 300 manat pul verməsini istədiklərini bilmişdir. Buna görə də, 2021-ci ilin aprel ayının son on günlüyündə axşam saatlarında hava qaranlıq olarkən Xaliq onun evinin qarşısına gəlib onu narahat etməyə başladıqda, o, Vaqifə zəng edərək Xaliqi axtarmasından məlumatı olduğunu, Xaliqin hazırda onun evinin qarşısında dayandığını və Xaliqi orada tuta biləcəyini demiş, o, bu yolla Xaliqdən canını qurtarmaq istəmişdir. Vaqif 15 dəqiqəyə gəlib çatacağını bildirmiş, həmin zəngdən təxminən 25 dəqiqə keçdikdən sonra Vaqif onun istifadəsində olan mobil telefona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə videogörüntü ilə zəng etmişdir. Həmin vaxt Arzu da onun yanında olub videogörüntünü görmüşdür. Vaqif idarə etdiyi avtomobilin içərisini görüntüdə göstərmiş, Təqsirləndirilən şəxs1 idarə etdiyi ağ rəngli “Opel Astra” markalı avtomobildə Vaqifin yanında qabaq sərnişin oturacağında Əli, arxa oturacaqda Elkhan və Ruslan, ortada isə Zərərçəkmiş şəxs1 oturmuşdur. Həmin vaxt Xaliqin qolları arxaya doğru bağlı və başı aşağı əyilmiş vəziyyətdə olmuş, Ruslan və Elkhan Xaliqi arxa oturacaqda yumruqlarla vuraraq döymüşlər. Daha sonra zəng yekunlaşdırılmış, bir müddət keçdikdən sonra Vaqif yenə də mobil telefonla “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona zəng etmiş, artıq Vaqifgil hansısa ünvanını bilmədiyi evdə olmuşlar. Orada Xalıq soyundurulmuş, qolları və əli bağlı vəziyyətdə yerdə uzanıqlı olmuş və Xaliqi Vaqif, Ruslan, Əli və Elkhan təpiklə vuraraq döymüşlər. Bu vaxt Vaqif “Qönçə, qələt eləmişəm, bir də sənə yaxın durmaram” deməsini Xaliqdən tələb etmiş, Xaliq bu sözü demədikdə Vaqif dəmir parçası ilə Xaliqin arxa nahiyəsindən vurmuşdur. Bundan sonra o, mobil telefonu Arzuya vermiş, X24 nə günə saldığını görməsini, Arzunun da narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün hər ay 500 manat pul verməli olduğunu, əks halda Arzunu da bu hala salacağını, hətta saçını qırxıb keçəl edəcəyini demişdir. Arzu Vaqifdən qorxaraq razılaşmış, 500 manat pulu göndərəcəyini bildirmişdir. Danışıqdan 3 gün sonra ünvan 13 ünvanında olarkən Vaqif ona zəng edib yuxarıda qeyd etdiyi şəxslərlə birlikdə binanın həyətinə gəldiyini və Arzunun söz verdiyi 500 manat pulu vermək lazım olduğunu demişdir. Arzu ona 500 manat pulu vermiş və o, binanın həyətinə düşərək həmin pulu Vaqifə təqdim etmişdir. Bundan sonra Arzu Vaqifin əlindən həmin mənzildən çıxaraq ünvan 12 ünvanına kirayəşin olaraq köçmüş və heç bir kontaktı olmadığından Vaqif Arzunu tapa bilməmişdir. Buna görə sonrakı aylarda Arzu Vaqifə heç bir məbləğdə pul verməmişdir. Həmçinin Vaqiflə yanında olan şəxslərin Xaliqi 3 gün müddətində həmin yerdə saxladıqlarını, Xaliqi döyərək 5000 manat pul tələb etdiklərini, daha sonra pulu olmadığını gördükdə Vaqifgil üçün 5000 manat dəyərində verəcəkləri narkotik vasitələri satıb pullarını verməsi müqabilində Xaliqi buraxdıqlarını eşitmişdir.

32. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə əsasən oxşar məzmunda ifadə verməklə göstərmişdir ki, o, hazırda Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, əvvəlki iş yeri Nizami Rayon Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Hadisədən uzun müddətdən keçdiyindən təfərrüatları dəqiq yadında qalmamışdır. Arzu adlı şəxsdən pul tələb etməsi, habelə narkotik vasitə üzərində saxlaması ilə bağlı daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərində saxlanılıb Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin inzibati binasına aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkarlanmışdır. Həmçinin Xaliq adlı şəxsi qaçırıb Hövsan qəsəbəsində evdə pul tələb etmələri müəyyən edildiyindən, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 də saxlanılmışdır.

33. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 05 oktyabr 2021-ci il tarixdə Nizami RPİ-yə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla Nizami Rayon Polis İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs1 müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 05 oktyabr 2021-ci il tarixli qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 olması ehtimal edilən Sumqayıt şəhərinə yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 05 oktyabr 2021-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsişməsində Təqsirləndirilən şəxs1 bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması Təqsirləndirilən şəxs1 bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Nizami Rayon Polis İdarəsinin inzibati binasına dəvət edilmişdir. Polis İdarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs1 müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 hüquqlаrının müdаfiə edilməsi məqsədi ilə müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlаrının həmin vəkil tərəfindən müdаfiə еdilməsinə еtirаzı оlmаdığını bildirmiş, Təqsirləndirilən şəxs1 müdafiəçisi ilə kоnfidеnsiаl ünsiyyət sахlаmаq üçün şərаit yаrаdılmışdır. Təqsirləndirilən şəxs1 müdafiəçisi ilə kоnfidеnsiаl ünsiyyət sахlаdıqdan sonra şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli gödəkçənin sol yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni üzdən tanıdığı adını bilmədiyi şəxsdən Nərimanov rayonu ərazisində 70 manata aldığını bildirmişdir. Həmin büküm ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən sübut əhəmiyyətinə malik ola biləcək hər-hansı əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir.

34. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami Rayon Polis İdarəsinin əməkdaşları olmuş Şahid1 və Şahid4 Şücayət oğlu Şahid2 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişlər.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş sübutlar aşağıdakılardır:

35. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, tanışı Qönçə, yəni Nərgiz ona zəng edib Zərərçəkmiş şəxs1 əlində bıçaqla onu öldürməyə gəldiyinə görə qorxduğunu və kömək istədiyini demiş, həmin vaxt o, Qara Qarayev deyilən ərazidə çayxanada olduğundan, Elkhan və Əli də onun yanında əyləşmişlər. Onlar birgə Qönçənin evinə çatdıqda vəziyyətin həqiqətən də yaxşı olmadığını görmüş, Xaliq özü təklif etmişdir ki, çəkilib bir tərəfdə söhbət etsinlər. Daha sonra onun yaşadığı evə getmişlər. O, həm də Xaliqin narkotik vasitə satdığını bildiyindən, dəfələrlə sonuncuya xəbərdarlıq etmiş, evə gəldikdən sonra Xaliqlə söhbət zamanı sözləri düz gəlməmiş və Xaliqin əl-qol atmaq istədiyini gördükdə əl-qolunu bağlayıb sonuncunu döymüş, daha sonra Zərərçəkmiş şəxs1 növbəti gün evinə yola salmışdır. O, Xaliqdən pul tələb etməmiş, Xaliq ümumiyyətlə ondan şikayət etməmişdir. Tanışı olan Məhəmməd adlı şəxsə onun borcu olduğundan, aralarındakı münasibət korlanmış, Məhəmməd həmin hadisəni öyrəndikdən sonra Xaliqi öyrədib polis idarəsinə apararaq orada şikayət yazdırmışlar. O, Arzudan heç vaxt pul istəməmiş, o, bir dəfə Nərgizdən pul istəmiş, sonradan da həmin pula ehtiyac olmamışdır. Narkotik vasitə isə ona məxsus olmamış, onun üzərinə polis əməkdaşları həmin narkotik vasitəni qoymuşlar. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir.

36. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edildikdən sonra bildirmişdir ki, həmin ifadəni təsdiq etmir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməsi nəticəsində həmin məzmunda ifadə vermişdir.

37. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin ortalarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə çayxanada oturarkən Nərgiz, yəni Qönçə Təqsirləndirilən şəxs1 zəng edərək Zərərçəkmiş şəxs1 yaşadığı evə gəlib döymək istədiyini demiş, Təqsirləndirilən şəxs1 getmək istədikdə, o, sonuncuya birgə getdiklərini söyləmişdir. Onlar birlikdə avtomobillə Nərgizin yaşadığı evin qarşısına getmişlər. İlk öncə o, avtomobildən düşüb Zərərçəkmiş şəxs1 yaxınlaşaraq sonuncunun əlindən bıçağı alıb nə baş verdiyini soruşmuş, daha sonra Təqsirləndirilən şəxs1 yaxınlaşmışdır. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 birbirlərini tanıyırlar. Daha sonra onlar avtomobilə əyləşib Hövsan qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs1 evinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 orada olmamışdır. Evdə söhbət edəndə Xaliq içkili olduğundan danışığını bilməmiş, söhbət əsnasında məlum olmuşdur ki, Xaliq narkotik tərkibli maddələrin satışı ilə məşğuldur. Orada onlar Xaliqi döymüş, axşam isə getmişlər. Xaliq orada qalmış, növbəti gün Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 aparıb evinə yola salmışdır.

38. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməsi nəticəsində həmin ifadəni imzaladığını bildirmişdir.

39. Təqsirləndirilən şəxs3 məhkəmə baxışında Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birgə kafedə oturarkən, Təqsirləndirilən şəxs1 zəng gəlmiş, zəng edən şəxs Vaqifə Xaliqin tanışı qızın yaşadığı evə gəlib əlində bıçaqla orada səs-küy yaratdığını söyləmişdir. Onlar da avtomobilə əyləşib həmin yerə getmişlər. Qönçənin yaşadığı evin qarşısında avtomobildən düşəndə orada Xaliqi görüb sonuncu ilə danışmışlar ki, kənarda gedib söhbət etsinlər. Xaliq əvvəldən Vaqifi tanımışdır. Avtomobilə əyləşib Hövsan qəsəbəsində yerləşən Vaqifin evinə getmiş, evdə oturub söhbət etmişlər. X17 söhbəti düz gəlməmiş və Xaliqi döymüşdür. Axşam evdə qalmışlar. Növbəti gün Vaqif Xaliqi aparıb Əhmədli qəsəbəsindən yola salıb gəlmişdir.

40. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməsi nəticəsində imza çəkdiyini bildirmişdir.

41. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, “Neftçilər” metr stansiyasının yaxınlığında kafedə əyləşərkən Təqsirləndirilən şəxs1 zəng gəlmiş, bu səbəbdən Vaqiflə birlikdə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 8-ci km ərazisinə, həmin ünvana çatdıqda avtomobildən düşüb Zərərçəkmiş şəxs1 yanına getmişlər. Əslində Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 dost olmuş, Zərərçəkmiş şəxs1 onlara küçədə hamının içində danışmağın düzgün olmadığını söyləyərək Təqsirləndirilən şəxs1 Hövsan qəsəbəsi ərazisində qaldığı evə getməyi təklif etmiş, Zərərçəkmiş şəxs1 könüllü istəyi ilə sonuncunu maşına əyləşdirərək Hövsan qəsəbəsinə aparmışlar. Təqsirləndirilən şəxs1 qaldığı evə getdikdən sonra o, Yasamal rayonu ərazisinə getmək üçün evdən çıxmışdır. O, Zərərçəkmiş şəxs1 qarşı heç bir zorakılıq hərəkətləri etməmiş, Zərərçəkmiş şəxs1 bir gecə öz istəyi ilə Təqsirləndirilən şəxs1 evində qalaraq hadisənin növbəti günü evdən getmiş, heç kəs Xaliq Hüseynovdan pul tələb etməmiş, Xaliqin qollarını bağlayaraq Təqsirləndirilən şəxs1 məxsus olan evə aparmamışdır. Təqsirləndirilən şəxs1 növbəti gün Zərərçəkmiş şəxs1 taksi vasitəsilə yaşadığı evdən yola salmışdır. Cinayət işinin materiallarındakı videodan məlumatlı olmuş, lakin o, həmin video lentdə olmamış, həmin videonu o, çəkməmiş, onun həmin video ilə heç bir əlaqəsi olmamışdır.

42. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 21 dekabr 2024-cü il tarixli, 3-16-17/40/2-8072/2024 nömrəli məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində olan tibbi kitabçaların kserosurətlərindən görünür ki, həmin şəxslər istintaq təcridxanasına daxil olarkən hər hansı xəsarət almadıqlarını bildirmiş, müayinə zamanı bədənləri üzərində xəsarət və ya xəsarət izi aşkarlanmamışdır.

43. Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışdığını, onlara qarşı tələbi və şikayətinin olmadığını, ona vurulmuş zərərin tamamilə ödənildiyini bildirmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

44. Maddə 133.2.1., 133.2.3. və 133.2.6. Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə, iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, işgəncə verməklə törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

45. Maddə 144.2.3., 144.2.4., 144.2.5. və 144.2.6. Adam oğurluğu bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə, silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, tamah məqsədi ilə və ya sifarişlə törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

46. Maddə 182.2.1., 182.2.2. və 182.2.3. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, zor tətbiq etmə ilə törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

47. Maddə 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (həmin dövrdə qüvvədə olan cinayət qanununa əsasən)

48. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

49. Maddə 17.1. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.

50. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

51. Maddə 41.1. və 41.2. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

52. Maddə 43.1., 43.2. və 43.3. İctimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir. Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə, əmlak müsadirəsi və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir.

53. Maddə 52. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.

54. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

55. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

56. Maddə 60.1. Həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

57. Maddə 66.3. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.

58. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

59. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

60. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

61. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

62. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

63. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

64. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

65. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

66. Maddə 198.1. Bu Məcəllənin 197.1.1., 197.1.2., 197.1.4., 197.1.5-1–197.1.9. Həmin maddələrdə sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

67. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

68. Maddə 329. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.

69. Maddə 330. Zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir.

70. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu (cinayət törədilən zaman qüvvədə olan):

71. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli və külli külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanuna əsasən, narkotik vasitə heroinin təmiz halda 0,15 qramdan 2 qramadək miqdarı şəxsi istehlak miqdarından artıq hesab edilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

72. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

73. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

74. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

75. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

76. 5.7. bənd. İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

77. Bənd 25. (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

78. Bənd 26. CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli Qərarı

79. Bənd 1-1. CM-in 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur.

80. Bənd 3. CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir.

81. Bənd 3. (4-cü abzas) Hədə-qorxu ilə tələb etmə zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının oğurlanması, qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və ya girov saxlanması ilə müşayiət edilərsə, təqsirkarın əməli CM-in 182-ci maddəsi və müvafiq olaraq 144-cü, 145-ci və ya 215-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır.

82. Bənd 3-1. Hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır.

Avropa Məhkəməsinin president hüququ:

83. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

84. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli özlərinin qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir.

85. Məhkəmə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-423/2023 nömrəli hökmünə əsasən X5 Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

86. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-423/2023 nömrəli məktubundan görünür ki, X2 barəsində olan sözügedən hökm qanuni qüvvəsini almaqla icraya yönəldsilmişdir.

87. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxslərə (Təqsirləndirilən şəxs1 irəli sürülmüş narkotik vasitə ilə bağlı olan ittiham istisna) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-423/2023 nömrəli hökmündə müəyyən edilmiş hallara uyğun məzmunda ittiham irəli sürülmüşdür.

88. Cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə məhkəmə üçün məcburi xarakter daşıdığından, yuxarıda qeyd olunan hökmlə müəyyən edilmiş hallar preyudisial əhəmiyyətlidir və yenidən sübutetmə tələb etmir.

89. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmədə ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli məzmunda ifadə verərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər hansı məbləğdə pul tələb etmədiklərini, Zərərçəkmiş şəxs1 zorla avtomobilə əyləşdirmədiklərini, 3 gün Hövsanda yerləşən evdə saxlamadıqlarını, Zərərçəkmiş şəxs1 təklifi və razılığı ilə Hövsanda yerləşən evə getdiklərini, orada yaranan anlaşılmazlığa görə Təqsirləndirilən şəxs1 sonuncunun əl-qolunu bağlayıb döydüklərini göstərmişdir. Təqsirləndirilən şəxs1 isə həmçinin ona əlavə olaraq ittiham verilmiş epizod üzrə heç vaxt narkotik vasitədən istifadə etmədiyini, saxlanılarkən üzərində hər hansı çəkidə narkotik vasitə olmadığını bildirmişdir.

90. Ancaq təqsirləndirilən şəxslərin bu dəlilləri ilkin araşdırma materialları ilə, zərərçəkmiş şəxslərin ilkin ifadələri ilə, şahid ifadələri ilə, ekspert rəyləri ilə, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hazırki və Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 1(101)-423/2023 nömrəli hökmünə əsasən həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilərkən məhkəmə iclaslarında verdikləri ifadələri, eləcə də Zərərçəkmiş şəxs1 döyülmə videogörüntüsü ilə, istintaq hərəkətlərinin protokolları ilə, maddi sübutlar və cinayət işinin digər materialları ilə tam təkzib edilmişdir.

91. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadə verərək ittiham olunduğu əməl üzrə özlərini təqsirli bilib törətmiş olduğu cinayət əməllərini etiraf etmişlər.

92. Təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı etirafedici ifadələr vermələrini polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmaları ilə əsaslandırmış, lakin təqsirləndirilən şəxslərin ifadələrini həmin hissədə yoxlamaq məqsədi ilə onların saxlanıldığı Bakı İstintaq Təcridxanasına məhkəmə tərəfindən sorğu verilmiş, istintaq təcridxanasında onların adına açılmış tibbi kitabçanın surəti əldə edilməklə məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilmiş, lakin ilkin tibbi müayinə zamanı onların üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir.

93. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq inandırıcı hesab etmir və hesab edir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı verdikləri ifadələrindən fərqli ifadə verərək məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşlər.

94. Məhkəmə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 1(101)-423/2023 nömrəli hökmünə əsasən həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilərkən məhkəmə iclasında onun oğurlanması, döyülüb işgəcələrə məruz qalması, ondan pul tələb olunması ilə bağlı prosesi əvvəlindən axırına qədər tam təfərrüatı ilə təsvir etmiş və ifadəsində göstərmişdir ki, hadisə vaxtı Vaqifgilin idarə etdiyi maşın binanın qarşısında, yəni onun yanında dayanmışdır. Elkhan onun sağ tərəfinə keçmiş və bıçaq çıxararaq ona demişdir ki, “səs-küy etmə, otur maşına gedək”. O, onların maşınında arxa oturacaqda orta hissədə əyləşmiş, Ruslan sol tərəfində, Təqsirləndirilən şəxs2 isə sağ tərəfində əyləşmişdir. Maşında Təqsirləndirilən şəxs2 yumruq ilə onu vuraraq, əllərini arxadan bağlayaraq başını aşağı salmışdır ki, qarşıdan gələn maşınların işığı üzünə düşməsin. O, başını aşağı saldığı zaman üzünə və başına yumruqla vurmuşlar. Hara getdiklərini bilməmiş, lakin ünvana çatdıqları zaman bilmişdir ki, onu Hövsana gətirmişlər. Hövsana çatana qədər onu maşında döymüşlər. İçəri girdikdən sonra Vaqif ona demişdir ki, əynindəki paltarları çıxarsın. Onun əlləri bağlı olmuşdur. Vaqif digərlərinə tapşırmışdır ki, onun əlini açsınlar, onlar da əllərini açmışlar. O, şalvarını çıxarmış, əynində yalnız qısa şort qalmışdır. Daha sonra yenidən əllərini bağlamışlar. Yerdə olan parça ilə ağzını bağlamışlar. Daha sonra yenidən onu döyməyə başlamışlar. İlk olaraq Vaqif başlamış, daha sonra Vaqif onu döymələri üçün digərlərinə göstəriş vermişdir. Bu zaman onun gözləri bağlı olduğu üçün kimlərin onu döydüyünü görməmişdir. Daha sonra yerdə içi qurğuşunlu olan “bita” ilə onu döyməyə başlamışlar. O, huşunu itirmiş, ayıldığı zaman Vaqifin Nərgizlə görüntülü danışaraq, Nərgizə “Necədir? Yaxşıdır, yoxsa biraz da döyüm?” dediyini eşitmişdir. Nərgiz “Bəsdir” deyib, daha sonra telefonu ona baxması üçün “bibi”yə, yəni Arzuya vermək istəmişdir. Arzunun səsini eşitmişdir ki, o, “yox mənim şəkərim var, mən baxa bilmərəm” demişdir. Bir az danışdıqdan sonra, Vaqif Arzuya “pul demişdin, onu necə edək?” demiş, bir neçə gün orda qaldıqdan sonra, Ruslan ilə Təqsirləndirilən şəxs2 harasa getmişlər, onun yanında Əli qalmış, digər otaqda isə Vaqif olmuşdur. Onun qaldığı otaqda heç bir şərait olmamasına baxmayaraq Vaqifin olduğu otaqda istilik sistemi, yeməyi və şəraiti olmuşdur. Orada qaldığı müddət ərzində bir dəfə Əli ona yemək gətirmiş, bir gecə də Ruslan yemək gətirib vermişdir. İkinci gün Ruslangil getdikdən sonra Əli onun yanında qalmışdır. Vaqif isə digər otaqda olmuş və Şəmkir rayonundan tanımadığı şəxslə görüntülü danışmışdır. Həmin adamla görüntülü danışdığı zaman bildirmişdir ki, “necə edim mən bu adamdan pul alım? Bundan pul çıxmır”. Həmin görüntülü danışdığı adam da bildirmişdir ki, “Necə yəni pul çıxmır? Özbaşına deyil ki? Yaxşı döyməmisiz, ona görə pul çıxmır”. Vaqif yanlarına gələrək Əliyə “mən bir də eşitməyim ki, bundan pul çıxmır deyəsiz, mən qayıdana qədər ondan pul çıxsın” demiş və getmişdir. Əli ona demişdir ki, Vaqif onlara bildirib ki, guya o, Nərgizdən Arzugilin narkotik vasitə satdıqlarına görə ayrılır, onlara problem yaratmaqla bağlı hədələmişdir. Əli ona bildirmişdir ki, onlar onu tanımır, yalnız Vaqifin sözünə görə gəlib bura çıxmışlar. Əli ona tapşırmışdır ki, Vaqif ona nə desə razılaşsın, təki burdan çıxıb getsin. Üçüncü gün Təqsirləndirilən şəxs2la Ruslan gəlmişlər, o, artıq Vaqifin öz otağında olmuşdur. Vaqif əvvəlcə Ruslana demişdir ki, “telefonu ver, evə zəng etsin”. O, pul tapa bilməyəcəyini demişdir. Vaqif onun sifət nahiyəsindən yumruq vuraraq, onu yenidən döyməyə başlamışdır. Vaqif digərlərinə demişdir ki, “gəlin bunu götürün aparın, başa salın”. Ruslangil onu digər otağa aparmışlar. Sonra Vaqif yenidən gələrək “Siz bundan necə pul ala bilmirsiz? İndi görərsiz mən necə alıram” deyərək kəməri ilə onun baş nahiyəsindən 4-5 zərbə vurduqdan sonra, digər otağa keçmiş və “şəmkirli” dediyi şəxslə görüntülü danışmışdır. Həmin şəxsin Vaqifə “barmağını kəsin” dediyini eşitmişdir. Sonra Təqsirləndirilən şəxs2 taxta gətirərək əllərini həmin taxtanın üzərinə qoymuş və özündə olan xəncəri çıxararaq ona demişdir ki, “ya barmağın, ya pul”. O da ona, “pulum olsa verərdim, pul canımdan artıq deyil, gəlib mənim yaşadığım evə baxın, görün ki, 5000 manat pulu olan adama oxşayırammı?”. O, xəncəri bir balaca barmağına sürtmüş və barmağı bir azca qanamışdır. Səhəri gün ona yemək gətirəndə Əliyə demişdir ki, yemək yeyə bilmir ancaq su içir. Ağzından qan gəldiyi üçün heç nə yeyə bilmir. Əli və Ruslan arada ona su və siqaret gətirmişdir. Səhəri gün Vaqif ilə Təqsirləndirilən şəxs2 onu yenidən döyməyə başlamışdır. Bir müddət keçdikdən sonra, Vaqif yanına gələrək, “sənə yazığım gəldiyi üçün sənə bir yaxşılıq edəcəm. Səni evə buraxıram, sənə telefon da verəcəm, 5000 (beş min) manat dəyərində ot, yəni narkotik vasitə marixuana da verəcəm ki, satıb pulunu hissə-hissə verəsən”. Axşam hava qaranlıq olan zaman taksi ilə onu evə yola salmışlar. Evə getdikdən sonra, həyat yoldaşı onun vəziyyətini görüb, həkim çağırıb-çağırmamağı soruşduqda, o, yoldaşına həkim çağırmamasını, sadəcə aptekə gedib lazım olan dərmanları almasını demişdir. Bir müddət keçdikdən sonra evdə qapı döyülmüş, yoldaşı qapıya baxdıqdan sonra gəlib ona demişdir ki, Vaqif və Təqsirləndirilən şəxs2 adlı şəxslər gəlib, onu çağırır. Evdə tək olmadığı üçün qapını açmamışdır. Vaqif ona demişdir ki, “bizə söz vermişdin, sənə mal, yəni narkotik vasitə gətirmişik” O, Vaqifə bildirmişdir ki, halhazırda xəstədir, sağaldığı zaman onunla özü əlaqə saxlayacaq. Onlar ona “bizdən incimə” deyib getmişlər. Bir neçə gündən sonra o, Əli ilə danışmış, Əliyə demişdir ki, o, Ağdama gedir. Vaqifə görə Ağdama getmiş, bir müddət orada qalmışdır. Daha sonra onun “İnstagram” səhifəsinə İran İslam Respublikası səhifəsindən döyülmə videoları göndərilmiş və həmin video ilə birlikdə “bundan da betər günə qalacaqsan” deyə təhdid mesajları gəlmişdir. O, saxlandığı yerdən çıxanda ona papaq və maska vermişlər ki, üzü görünməsin.

95. Bununla da təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 avtomobilinə könüllü şəkildə əyləşməsi, Zərərçəkmiş şəxs1 hər hansı məbləğdə pul tələb edilməməsi və digər xüsusatlarla bağlı ifadələri tam təkzib olunmuşdur.

96. Məhkəmə bir halı qeyd etməyi zəruri bilir ki, Zərərçəkmiş şəxs1 hazırki məhkəmə iclasında törədilmiş cinayət əməli barədə səthi məlumat versə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 1(101)-423/2023 nömrəli hökmünə əsasən həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilərkən cinayət hadisəsi barədə təfərrüatlı ifadə vermişdir. Məhkəmə cinayət hadisəsinin üstündən uzun müddət keçməsinə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışmasına görə onun hazırki məhkəmə iclasında həmin məzmunda ifadə verdiyi qənaətinə gəlir.

97. Beləliklə, Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq, həm hazırki, həm də Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 1(101)-423/2023 nömrəli hökmünə əsasən həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 digəri ilə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq elməklə silah qismində istifadə edilən əşyalardan istifadə edərək adam oğurluğu etməsi, həmçinin ona işgəncə verməklə oğurlanmış şəxsə əzab verməsi tam təsdiqini tapmışdır.

98. Bundan başqa, məhkəmə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs2 cinayət törətməkdə təqsirli bilinərək məhkum edilmiş, o, özü də kriminal aləmin üzvlərindən biri olmaqla təqsirləndirilən şəxsin xeyrinə ifadə verməyə və onun vəziyyətini yüngülləşdirməyə çalışmış, bu məqsədlə də ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini bildirmişdir.

99. Halbuki o, ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 video görüntü ilə zəng edən zaman Xaliqin yumruqlarla vurulararaq döyüldüyünü gördüyünü, daha sonra Vaqif ikinci dəfə video görüntü ilə zəng edən zaman Xaliqin hansısa evdə soyundurulmuş, qolları və əli bağlı vəziyyətdə yerdə uzanıqlı olduğunu, Xaliqi Vaqif, Ruslan, Əli və Elkhanın təpiklə vuraraq döydüyünü, ondan pul tələb edildiyini bildirmişdir.

100. Bundan başqa, məhkəmə X2 məhkəmə iclasında verdiyi ifadədinə qiymət verərək qeyd edir ki, onun həmin ifadəsi ümumiyyətlə işin faktiki halları, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri ilə ziddiyyət təşkil edir, aşkar surətdə təqsirləndirilən şəxsləri məsuliyyətdən kənarda qoymağa yönəlmişdir.

101. Belə ki, X9 Zeynalovun həmin mənzilə özünün təklifi ilə gəlməsi, ona heç bir zor tətbiq olunmaması, Zərərçəkmiş şəxs1 həmin mənzildə ümumiyyətlə üç gün qalmaması, özünün xahişi ilə bir gecə qalması, səhəri gün Təqsirləndirilən şəxs1 tərəfindən onun öz evinə yola salınması isə ümumiyyətlə ağlabatan və inandırıcı olmamaqla, tamamilə hadisələrin təhrif olunmasına yönəlmişdir.

102. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri məhkəmə istintaqı zamanı da öz təsdiqini tapdığından təqsirli bilinib cəzalandırılmalıdırlar.

103. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir.

104. Məhkəmə Təqsirləndirilən şəxs1 əlavə olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə qeyd edir ki, o, məhkəmədə narkotik vasitə istifadəçisi olmadığını və heç vaxt narkotik vasitə qəbul etmədiyini bildirmişdir.

105. Lakin məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkir. O, xx.xx.2021-ci il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı könüllü şəkildə cibindən narkotik vasitə heroini çıxarıb təqdim etmiş, həmin maddə təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra müvafiq zərf ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. Müvafiq istintaq hərəkətinin videoçəkilişindən də görünür ki, videoyazı fasiləsiz aparılmış, hər hansı kəsintiyə yol verilməmişdir. Habelə, iş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2 və Şahid4 Şücayət oğlu həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə heroin aşkarlandığını bildirmişlər.

106. Məhkəmənin mövqeyinə görə Təqsirləndirilən şəxs1 irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən həmin dəlillər əsassız hesab edilməlidir.

107. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 həmçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir.

108. Beləliklə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3cü, Təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər CM-in yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir.

109. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayətməsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur.

110. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Füzuli Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 134, 331.2 və 349.1-ci maddələri ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum olunmuş və cərimə tam ödənilmişdir. Təqsirləndirilən şəxs3 hazırda məhkumluğu yoxdur. (Cild 2, iş vərəqi 62-63)

111. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqi 64-65)

112. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqi 181-182)

113. Məhkəmə araşdırması zamanı CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

114. Məhkəmə Təqsirləndirilən şəxs1 CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, ailə vəziyyətini, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

115. Məhkəmə Təqsirləndirilən şəxs3 CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, ailə vəziyyətini, səhhətini, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

116. Məhkəmə Təqsirləndirilən şəxs2 CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

117. Məhkəmə CM-in 60.1-ci maddəsinin tələblərinə riayət etməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən ağır cinayət törətmələri, həm sosial ədalətin bərpası, həm onların islah olunması, təqsirləndirilən şəxslərin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin müvafiq maddələrin sanksiyaları sanksiyası daxilində, şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır.

118. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs1 barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir.

119. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs2 barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir.

120. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs3 barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir.

121. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 05 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 07 oktyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 83-84, 175-178, cild 2, iş vərəqi 49-53, 137-142, cild 4, iş vərəqi 125-130).

122. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 09 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 11 oktyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 219, 257-260, cild 2, iş vərəqi 43-47, cild 2, iş vərəqi 145-150, cild 4, iş vərəqi 137-141).

123. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs3 06 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 07 oktyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 54, 179-182, cild 2, iş vərəqi 56-61, 154-158, cild 4, iş vərəqi 131-136).

124. Təqsirləndirilən şəxslər hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

125. Beləliklə, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 05 oktyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 06 oktyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 isə cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 09 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır.

126. Məhkəmə təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.

127. Məhkəmə həmçinin bildirir ki, Təqsirləndirilən şəxs2 xx.xx.1999-cu ildə Gürcüstan Respublikasında anadan olmaqla, həmin ölkənin vətəndaşıdır, subaydır, övladı yoxdur.

128. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir.

129. CM-in 52.2-ci maddəsində göstərilən və məcburi çıxarılmaya mane olan hallar məhkəmə iclası zamanı aşkar edilmədiyindən, təyin olunan əsas cəza ilə yanaşı, əsas cəzanı çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır.

130. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,813 qram olan narkotik vasitə heroin məhv edilməli, xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs1 üzərində “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş bir ədəd CD disk və Zərərçəkmiş şəxs1 döyülməsini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır.

131. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, xüsusi müsadirə edilməli olan əmlak yoxdur.

132. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

133. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir.

134. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.6-cı maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 tutulduğu vaxtdan, yəni 05 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.6-cı maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.6-cı maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 09 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində o, əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilsin. Əlavə cəzanın icra edilməsi məhkumun əsas cəzasını icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,813 qram olan narkotik vasitə heroin məhv edilsin. xx.xx.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd CD disk və zərərəkmiş Zərərçəkmiş şəxs1 döyülməsini özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş, xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Vüqar Quliyev Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar