Məhkəmə qərarları › İş №1(101)-1760/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1760/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1760/2023 14.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Möhubbət oğlunun, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi fəaliyyətlə məşğul olmuş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, dalan 4, ev 4-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 46, mənzil 6-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 2,308 qram heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 22:50 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmiş, onun üzərinə Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən açıq mavi rəngli pul kisəsinin içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxladığı 8 ədəd şəffaf sellofan bükümdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,280 qram, 0,288, 0,245, 0,308, 0,370, 0,252, 0,270, 0,295 qram narkotik vasitə olan ümumi çəkisi 2,308 qram xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4 ünvanında yerləşən mənzilindən polis əməkdaşları onu götürüb Sabunçu RPİ-nin 13-cü PB-nə aparmışlar. Bölmədə üzərinə axtarış aparılan zaman cibindən narkotik vasitəni təqdim etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, 2021-ci ildə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq 01 il 09 ay müddətinə azadlıqdan məhrum olunmuşdur. O, münasibətdə olduğu qadınla onun evində olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, yəni Sabunçu rayonu, ünvan 4 ünvanda yerləşən yaşadığı evdə saxlamışlar. İttiham aktında qeyd edilənlərdən saxlanılma yeri ilə bağlı olan hissə ilə razı deyil, belə ki, qeyd etdiyi kimi saxlanılan zaman evdə olmuşdur. Bölmədə üzərinə axtarış aparılan zaman cibindən 8 büküm narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitəni online vasitə ilə əvvəllər də tanımadığı iran vətandaşından əldə etmişdir. Heroin adlı narkotik vasitəni falqaya töküb altından yandıraraq yaranan tüstünü çəkməklə qəbul etmişdir. O, gün ərzində 2-3 dəfə, ümumilikdə, 0.6-0.8 qram narkotik vasitə istifadə edir. O, tutulmazdan qabaq 1 ay telefon istifadə etməmiş, istifadə etdiyi müddətdə də tanıdığı şəxs ilə narkotik vasitə barədə danışsa da heç kimə narkotik vasitə satış üçün təklif etməmişdir. Nərimanov rayonunda yerləşən Yaşıl bazarın yaxınlığında yerləşən qırmızı binaların altındakı Topdan satış ərzaq dükanında işləmiş, ayda 600-700 manat maaş almışdır. Onun qeyri-rəsmi nikahı var. Bölmədə və saxlanıldığı zaman ona qarşı heç bir fiziki, psixoloji təzyiq göstərilməmişdir. O, gün ərzində 2-3 dəfə narkotik vasitə istifadə etdiyinə görə 3-4 günlük istifadəsi üçün 8 büküm narkotik vasitə almışdır. Saxlanılan zaman üzərindən heroin adlı narkotik vasitə aşkar olunmuşdur. Deyilənlərin nəzərə alınaraq cinayət işinin düzgün araşdırılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü irəli sürülün ittiham üzrə, təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 46, mənzil 6-da ailəsiylə birlikdə yaşayır, evlidir, bir övladı var. Təxminən 2 ilə yaxındır ki, narkotik maddələrdən çəkmək üsulu ilə istifadə edir. xx.xx.2023-cü il tarixdə, saat 22:50 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi 4 ünvanında olarkən iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Üzərində narkotik maddələr olduğu üçün onlardan yayınmağa cəhd göstərmişdir. Bundan sonra polis əməkdaşları onu saxlayıb 13-cü PB-nə gətirmişlər. Yol boyu polislər ona ciddi nəzarət etdiklərindən o, üzərində olan narkotik vasitəni kənara ata bilməmişdir. Polis bölməsində ona hüquqları izah edilmiş, ona müdafiəçi təqdim edilmiş, sonra onun xahişi ilə üzərinə müdafiəçi olmadan şəxsi axtarış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyini bildirdikdə qara rəngli gödəkcəsinin sağ yan cibindən üzərində “happy sheep” yazılan pul kisəsini, pul kisəsinin içərisində olan 8 ədəd büküm narkotik vasitə bildiyi heroinləri təqdim etmişdir. Üzərindən aşkar olunan 8 büküm şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli maddələri öz istifadəsi etmək üçün xx.xx.2023-cü il tarixdə, günorta saatlarında “Whatsapp” tətbiqi vasitəsi ilə adını ünvanını bilmədiyi İran vətəndaşının kart hesabına 120 manat pul göndərməklə Nizami rayonu,”Neftçilər” metrostansiyası yaxınlığında olan “İnter Turan” mebel mərkəzinin yaxınlığında əldə etmişdir. Həmin şəxsin kart hesabına pul göndərdikdən sonra narkotik maddələri götürməyi üçün “whatsapp” tətbiqi vasitəsi ilə ona xəritə göndərmiş, həmin xəritədə göstərilən ünvana getməklə əldə etmişdir. Üzərindən aşkar edilən 8 büküm narkotik vasitəyə bənzər maddələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. O, mobil telefon işlətmir, iranlının nömrəsini unutmuşdur. Həmin narkotik maddələri adını ünvanını bilmədiyi İran İslam Respublikasının vətəndaşının kart hesabına 120 manat göndərməklə əldə etmişdir. Onun anket məlumatını bilmir, üzərinə yalnız təhqiqatçı polis bölməsində şəxsi axtarış keçirmişdir. O, aldığı 8 büküm narkotik vasitələri 4-5 gün ərzində istifadə üçün əldə etmişdir. Narkotik vasitənin satışı ilə məşğul deyildir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart aylarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsində xidmətdə olduğu zaman Mehmanı şübhəli şəxs kimi saxlayaraq sonuncunu Sabunçu RPİ-nin 13-cü PB-nə gətirmişlər. Xidməti otaqların birində çəkiliş aparılan zaman Mehmanın cibindən şəffaf sellofana bükülmüş 8 büküm narkotik vasitə aşkar etmişlər. Narkotik vasitə qablaşdırılaraq, tərkibinin və çəkisinin müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs küçədə hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs harda yaşaması ilə bağlı məlumatı yoxdur. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid1la birlikdə saxlamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs heç bir narazılıq, müqavimət göstərməmişdir. Narkotik vasitəni öz istifadəsi üçün tanımadığı İran İslam Respublikasının vətandaşından əldə etdiyini bildirmişdir. X5 RPİ-nin 13-cü PB-də təhqiqatçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Şahid1la saxladıqları vaxt K.Əliyev orada olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4 ünvanında Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə xidmətdə olduqları zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərin təqdim etmişlər. Verilən suallara qeyri-səmimi cavablar verdiyinə görə həmin şəxsi şübhəli şəxs kimi Sabunçu RPİ-nin 13-cü PB-nə gətirmişlər. PB-də şübhəli şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra xidməti otaqların birində təhqiqatçının iştirakı ilə çəkiliş aparılan zaman Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin sağ yan cibindən göy rəngli pul kisəsinin içərisindən 8 büküm narkotik vasitəni könüllü təqdim etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4 ünvanın yaxınlığında görmüşlər. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid2lə birlikdə saxlamışlar. Təqsirləndirilən şəxs özünü şübhəli ağardığına görə ona yaxınlaşmışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs heç bir narazılıq, müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində saxlamışlar. Saxlanılan zaman və Sabunçu RPİ-nin 13-cü PB-də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün üzdən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, DİO-da uzun illərdir ki, xidmət edir və hal-hazırda Sabunçu RPİ-nin 13-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis baş leytenantıdır. 15 mart 2023-cü il tarixdə polis bölməsinin inzibati ərazisində ünvan 7 ünvanda iş yoldaşı Şahid2lə saat 22-50 radələrində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını, müşahidə edib görmüş, ona yaxınlaşıb özlərini təqdim edib, şəxsiyyətini təsdiq edən sənədi istəmiş, adını sonradan bildiyi əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs onlardan yayınmaq istədikdə onu saxlayıb Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Şəxs gətirilərkən üzərində axtarış aparılana kimi müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan 8 büküm heroini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bölmədə ona hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmişdir. Daha sonra şəxsin öz tələb və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərinə axtarış aparılmışdı. Videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs adlı şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ cibindən olan pul kisəsinin içərisindən 8 ədəd bükümdə narkotik vasitə olan heroini onlara təqdim etmişdir. Onun üzərinə baxış zamanı qanunsuz digər əşya və ya predmet aşkar olunmamışdır. Maddi sübutun götürülməsinə dair Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola tədbir iştirakçıları, o cümlədən saxlanılmış Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən imza etmişdir. Şəxsin üzərinə yalnız təhqiqatçının iştirakıyla baxış keçirilmişdi. Həmin şəxs qanunsuz maddələrin satışıyla məşğul olmadığını bildirmişdir.Həmin şəxsə heç bir təzyiq edilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 22.50-dən tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 15) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən açıq mavi rəngli pul kisəsini, həmin pul kisəsinin içərisində olan 08 ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxarıb təqdim etmiş, təqdim etdiyi 08 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, maddələrin heroin bildiyi narkotik vasitələr olduğunu, öz istifadəsi üçün üzərində gəzdirdiyini, “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxladığı tanımadığı İran vətəndaşına 120 manat pul göndərməklə xx.xx.2023-cü il tarixdə, günorta saatlarında əldə etdiyini bildirmişdir. (İ cild, i.v. 24-25) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1597 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8 büküm maddələr» hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,280 qram, 0,288 qram, 0,245 qram, 0,308 qram, 0,370 qram, 0, 252 qram, 0.270 qram, 0,295 qram olmaqla, ümumi çəkisi 2,308 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (İ siyahı) daxildir. (İ cild, i.v. 32-34) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 47-48) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(008)-221/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 68-70) xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən açıq mavi rəngli pul kisəsini, həmin pul kisəsinin içərisində olan 08 ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxarıb təqdim etmiş, təqdim etdiyi 08 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, maddələrin heroin bildiyi narkotik vasitələr olduğunu, öz istifadəsi üçün üzərində gəzdirdiyini, “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxladığı tanımadığı İran vətəndaşına 120 manat pul göndərməklə xx.xx.2023-cü il tarixdə, günorta saatlarında əldə etdiyini bildirmişdir. (İ cild, i.v. 71) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs məxsus ümumi təmiz çəkisi 2,308 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-yə təhvil verilmişdir. (İ cild, i.v. 72, 74) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və xx.xx.2023-cü il tarixli, 1(010)-397/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 27 avqust 2021-ci il tarixdən 27 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanımış, cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023cü il tarixdən hesablanmışdır (İ cild, i.v 81-82, 143-151) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 152-153) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X6 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1718 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 155-156) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi şəxsin kompleks məhkəmə psixiatrik və psixoloji yoxlamanın xx.xx.2023-cü il tarixli, 813 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərin dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqli hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər.Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilmiş əməli törədən anda affekt vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (i.v. 158-160) xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** GSM nömrələrindən sorğu edilən müddət ərzində “Azerfon”, “Azercell”, və “Bakcell” abonentləri ilə əlaqə yaradılmış, Təqsirləndirilən şəxs telefon nömrəsinə daxil olan və çıxan mesaj mətnlərinə baxış zamanı 12 avqust 2022-ci il tarixdə ********** nömrəsindən men pisem mal var sizde mal var mene vermirsiz, həmin tarixdə ********** nömrəsindən men kucelerdeyem agrıyıram meni yada salan yoxdu kimi narkotik vasitənin və psixotrop maddənin satışına dair mesajlara rast gəlinmişdir. (İ cild, i.v. 163-164) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs telefon nömrəsindən daxil olan və çıxan mesaj mətnləri iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (İ cild, i.v. 165) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. (İ cild, i.v. 168-169) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü 29 iyun 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, heç kimə narkotik vasitə satış üçün təklif etməməsi, saxlanılan zaman evdə olması ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan, özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1597 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8 büküm maddələr » hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,280 qram , 0,288 qram, 0,245 qram, 0,308 qram, 0,370 qram, 0, 252 qram, 0.270 qram, 0,295 qram olmaqla, ümumi çəkisi 2,308 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni olub,kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bundan başqa xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** GSM nömrələrindən sorğu edilən müddət ərzində “Azerfon”, “Azercell”, və “Bakcell” abonentləri ilə əlaqə yaradılmış, Təqsirləndirilən şəxs telefon nömrəsinə daxil olan və çıxan mesaj mətnlərinə baxış zamanı 12 avqust 2022-ci il tarixdə ********** nömrəsindən men pisem mal var sizde mal var mene vermirsiz, həmin tarixdə ********** nömrəsindən men kucelerdeyem agrıyıram meni yada salan yoxdu kimi narkotik vasitənin və psixotrop maddənin satışına dair mesajlara rast gəlinmişdir. Təqsirləndirilən şəxs evində saxlanılması ilə bağlı ifadələrinə münasibətdə məhkəmə qeyd etməyi zərur hesab edir ki, iş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokolda, qərarda, şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokolda, iş üzrə dindirilmiş şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanın yaxınlığında saxlanılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-397/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 4 ay müddət cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə törətmiş olduğu cinayət əməlini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-397/2023 nömrəli hökmündən əvvəl törətməsini nəzərə alaraq qeyd edir ki, sonuncunun əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması halları ilə yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-397/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı, ona hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (210100521 saylı cinayət işi üzə) tutulduğu, həbsdə saxlanıldığı 04 ay müddət çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22.50-də azadlığı faktiki məhdudlaşdırılmış, həmin tarixdə, saat 23:50-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(008)-221/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22.50-dən azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 88 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.908 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” formatlı disk, Təqsirləndirilən şəxs telefon nömrəsindən daxil olan və çıxan mesaj mətnləri cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 17 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 17 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi göstərdiyi cəmi 17 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 102 manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-397/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılmaqla barəsində 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək - ********* saylı cinayət işi üzə) onun tutulduğu, həbsdə saxlanıldığı 04 ay müddət çıxılaraq üzərində qəti olaraq 6 (altı) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla hazırkı cinayət işi üzrə həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.908 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” formatlı disk, Təqsirləndirilən şəxs telefon nömrəsindən daxil olan və çıxan mesaj mətnləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 17 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 102 (yüz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar