Məhkəmə qərarları › İş №1(101)-1760/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1760/2025

12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1760/2025 12.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X6 (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 29 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X11 küçəsi 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən istintaqla müəyyən edilməyən şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən istintaqla müəyyən edilməyən şəxslə «Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı sonuncunun ona bildirdiyi ünvanlara çatdırmaq üçün istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 1050,0 qram narkotik vasitə heroin, təmiz çəkisi 1525 qram narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 1010 qram narkotik vasitə tiryək əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 7 ünvanının qarşısına daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyun 2025-ci il tarixdə saat 22:50 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 7 ünvanının qarşısında narkotik vasitələrin satış məqsədi ilə qanunsuz əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli şəxs qismində saxlanılaraq həmin yerdə üstünün yoxlanılması zamanı əlində saxladığı 1 ədəd qara rəngli idman çantasındakı 01 ədəd sellofan bağlamada xüsusilə külli miqdarda təmiz çəkisi 1050,0 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin çantadakı bir ədəd üzəri skoçlu qara rəngli sellofanda külli miqdarda təmiz çəkisi 1525 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin çantadakı bir ədəd üzəri skoçlu qara rəngli sellofanda külli miqdarda təmiz çəkisi 1010 qram maddə xaş xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qudurulmuş marixuanadan və psixotrop maddələrdən nəfəs yolu ilə 8 ay istifadə etmişdir. Həmçinin narkotik vasitələrdən 7-8 il qabaq da istifadə etmişdir. Özünü müəllim kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə +**********04 saylı nömrəsi ilə “whatsapp” tətbiqi vasitəsilə danışan zaman ona məkan göndərərək idman çantasının içərisində narkotik vasitələr və dərman olduğunu bildirmişdir. Həmin şəxs ona bildirmişdi ki, çantanı götürdükdən sonra ona digər ünvanlar bildirəcək və o da çantanın içərisindəki narkotik vasitələri həmin şəxsin ona deyəcəyi ayrı-ayrı ünvanlara çatdıracaq. O, həyat yoldaşının xəstə olduğu və 1800 manat pul lazım olduğu üçün razılaşmışdır. Ehtiyacı olan puldan 800 manat tapmış, 1000 manat qalmışdır. İranlı ona 3-4 gün yazdıqdan sonra cavab vermişdir. O, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində iranlının göndərdiyi məkanda göstərilən Səbail rayonu, Teymur Elçin küçəsi 7 ünvanına yaxınlaşaraq həmin idman çantasını götürdükdən sonra mülki geyimli şəxslər ona yaxınılaşaraq saxlamışlar. Həmin vaxt oradan uzaqlaşmaq istəsə də polis əməkdaşları buna imkan verməmişlər. Həmin şəxslər videoçəkilişlə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini xahiş etmişlər. Bu zaman yerdə qoyduğu qara rəngli idman çantasının içərisində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşı idman çantasını açaraq içərisinə baxış keçirən zaman 01 ədəd sellofan bağlamada qurudulmuş marixuana, 01 ədəd sellofan bağlamada narkotik vasitə tiryək, 01 ədəd sellofan bağlamada narkotik vasitə heroin və bir ədəd sellofanda üzərində methadon 40 yazısı olan 10 ədəd dərman vasitəsi aşkar etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin bağlamalar yenidən üzəri skoçlanaraq idman çantasına qoyulmuş, qablaşdırılmış və üzəri möhürlənmişdir. O və polis əməkdaşları həmin qablaşdırmanı imzalamışlar. Daha sonra polis əməkdaşları onun üzərini yoxlamış və o şalvarının sağ arxa cibindən bir ədəd pul kisəsini çıxarıb təqdim etmişdir. Həmin pul kisəsinin içərisində 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi 01 ədəd “ABB” banka maxsus “Tamkart” plastik kart, 01 ədəd “Bakıkart” kartı 01 ədəd “Unibank” plastik kart və ümumilikdə 161 manat kağız pul polis əməkdaşı tərəfindən götürülmüş və baxış keçirilmişdir. Şalvarının sağ yarı cibindən 01 ədəd qara rəngli “Poco 5” markalı mobil telefonu çıxarıb polis əməkdaşına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Səbail RPİ-nin 41-ci PB-nə aparmışlar. Orada xidməti otaqda üzərinin yoxlanılması haqqında protokola imza etmişdir. Təhqiqatçı tərəfindən üzərindən götürülmuş narkotik vasitələrə, həmçının videogörüntüyə baxış keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, şəxsin narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Səbail rayonu ərazisində onun rəhbərlik etdiyi qrup tərəfindən əməliyyat tədbiri keçirilmiş, nəticədə şəxs saxlanılmışdır. Şəxs saxlanılarkən üstündə gəzdirdiyi qara rəngli bağlamada bükümlər aşkar edilmişdir. Şəxs özü bildirmişdir ki, həmin bükümləri İran vətəndaşından “whatsapp” vasitəsilə danışaraq başqa yerə çatdırmaq məqsədilə əldə etmişdir. Bağlamada 3 büküm narkotik və psixotrop dərmanlar olmuşdur. Həmin dərmanlar üstündə İran yazısı olan metodon dərmanlar olmuşdur. Bükümlərdən biri ot mənşəli kokos, digəri narkotik vasitə olmuşdur. Narkotik vasitələr aşkar edildikdən sonra qablaşdırılmış və təhqiqata təhvil verilmişdir. Şəxs müdafiəçi ilə təmin olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, xidmət etdikləri ərazi istiqamətində, axşam radələrində tanımadıqları şəxsə çəkiliş vasitəsilə yaxınlaşmışlar. Şəxs saxlanılan zaman narkotik vasitəni götürüb qaçmaq istəmişdir. Şəxsdən paketdə bir büküm marixuana, qara paketdə 10 ədəd psixotrop maddə, 1 bükümdə başqa narkotik vasitə aşkarlanmışdır. Şəxs narkotik vasitəni İran vətəndaşından əldə etdiyini bildirmişdir. Müdafiəçisi yanında olmaqla şəxsin telefonunda İran nömrəsinə baxış keçirilmişdir. Aşkarlanan bükümlər ümumilikdə 3 büküm olmuşdur. Maddələr aşkarlandıqdan sonra qablaşdırılmış və təhqiqata təhvil verilmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon, X11 küçəsi 1 (inzibati bina), ünvanında qeydiyyatda olmaqla, ünvan 4 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələr satış məqsədi ilə əldə edib Bakı şəhəri Səbail rayonu ərazisndə dövriyyəsi ilə məşğul olması barədə mütəmadi olaraq 41-ci Polis Bölməsinə əməliyyat məlumatları daxil olmuşdur. 19 iyun 2025-ci il tarixdə 41-ci polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, polis sahə inspektoru polis leytenantı Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra Şahid1 tərəfindən həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Səbail rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu 19 iyun 2025-ci il tarixdə saat 22:50-dəqiqədə ünvan 5 ünvanının qarşısında saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, nəqliyyat vasitələrin intensiv hərəkət etməsi səbəbindən üstünü həmin ünvanda yoxlamağa başlamışlar. Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri könüllü olaraq təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində tutduğu qara rəngli üzərində “Sport Travel” yazısı olan idman çantası ilk olaraq yoxlanılmış, içərisindən 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan tiryəkə bənzər, 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlələr və 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş üzərində “Scored tablets methadon 40” yazısı olan 10 (on) ədəd dərman vasitələri aşkar edilərək götürülmüşdür. Bununla yanaşı olaraq Təqsirləndirilən şəxs üzərindən qara rəngli pul kisəsinin içərisində 07 (yeddi) ədəd 20 (yirmi) manatlıq pul əskinası, 01 (bir) ədəd 10 (on) manatlıq pul əskinası, 02 (iki) ədəd 5 (beş) manatlıq pul əskinası, 01 (bir) ədəd 1 (bir) manatlıq pul əskinası, 01 (bir) ədəd “Unibank”a məxsus plastik kart, 01 (bir) ədəd “Tamkart” plastik kart, 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 01 (bir) ədəd “Bakıkart” və 01 (bir) ədəd qara rəngli “POCO 5” markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, əlində tutduğu qara rəngli üzərində “Sport Travel yazısı olan idman çantasında olan narkotik vasitə və psixotrop maddəni tanımadığı, şəxsiyyəti barədə məlumatı olmayan İran İslam Respublikası vətəndaşı olan şəxsin mobil telefon vasitəsilə göndərdiyi məkanda, yəni ünvan 5 ünvanının qarşısına qoyulmuş yerdən götürüb ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinin yoxlanması ünvan 5 ünvanının qarşısında keçirilmişdir. Üzərinin yoxlanması zamanı “İphone” markalı mobil telefon vasitəsilə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı Şahid4 tərəfindən video çəkiliş aparılmışdır. Yekun olaraq protokolu yerində tərtib etmək üçün şəraitin olmaması səbəbindən Səbail rayon polis idarəsinin 41-ci polis bölməsinin inzibati binasında tərtib edilmişdir. Tərtib edilən protokol iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və vəsatət daxil olmamış, imzalarla təsdiq edilməklə 1 (bir) ədəd DVD diskə əlavə olunmuşdur. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid4 Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki,(cild 1, iş vərəqə 1) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4-1-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 7-9) Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə saat 22:50 dəqiqədə ünvan 6 ünvanının qarşısında saxlanılmış, hüquq və vəzifələri, həmçinin tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl paltarında əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində tutduğu qara rəngli üzərində “Sport Travel” yazısı olan idman çantası yoxlanılmış, içərisindən 01 ədəd qara rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, 01 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan tiryəkə bənzər, 01 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlələr və 01 ədəd qara rəngli sellofana bükülmüş üzərində “Scored tablets methadon 40” yazısı olan 10 ədəd dərman vasitələri aşkar edilərək həmin idman çantasına qablaşdırılmış və Təqsirləndirilən şəxs üzərindən qara rəngli pul kisəsinin içərisində 07 ədəd 20 manatlıq pul əskinası, 01 ədəd 10 manatlıq pul əskinası, 02 ədəd 5 manatlıq pul əskinası, 01 ədəd 1 manatlıq pul əskinası, 01 ədəd “Unibank”a məxsus plastik kart, 01 ədəd “ABB” banka məxsus Tamkart plastik kart, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd “Bakıkart” və 01 ədəd qara rəngli “POCO 5” markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, əlində tutduğu qara rəngli üzərində “Sport Travel” yazısı olan idman çantasında olan narkotik vasitə və psixotrop maddəni tanımadığı İran İslam Respublikası vətəndaşı olan şəxsin mobil telefon vasitəsilə ona göndərdiyi məkanda, yəni Səbail rayonu Teymur Elçin küçəsi 7 ünvanının qarşısına qoyulmuş yerdən götürüb ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Üstünü yoxlama Səbail rayonu Teymur Elçin küçəsi 7 ünvanının qarşısında keçirilmişdir. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 12-15) Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə saat 22:50 dəqiqədə ünvan 6 ünvanının qarşısında saxlanılaraq üstünün yoxlanılması zamanı əlində tutduğu qara rəngli üzərində “Sport Travel” yazısı olan idman çantasının içərisindən 01 ədəd qara rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, 01 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan tiryəkə bənzər, 01 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlələr və 01 ədəd qara rəngli sellofana bükülmüş üzərində “Scored tablets methadon 40” yazısı olan 10 ədəd dərman vasitələri aşkar edilərək həmin idman çantasına qablaşdırılmış və Təqsirləndirilən şəxs üzərindən qara rəngli pul kisəsinin içərisində 07 ədəd 20 manatlıq pul əskinası, 01 ədəd 10 manatlıq pul əskinası, 02 ədəd 5 manatlıq pul əskinası, 01 ədəd 1 manatlıq pul əskinası, 01 ədəd “Unibank”a məxsus plastik kart, 01 ədəd “ABB” banka məxsus Tamkart plastik kart, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd “Bakıkart” kartı və 01 ədəd qara rəngli “POCO 5” markalı mobil telefon götürülmüş, içərisində narkotik vasitə və psixotrop maddələr olan 1 (bir) ədəd qara rəngli üzərində “Sport Travel” yazılı idman çantası qablaşdırılmış vəziyyətdə, həmçinin 1 ədəd qara rəngli “POCO 5” markalı mobil telefon, 1 ədəd qara rəngli pul kisəsi üstünü yoxlama prosesini əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd DVD formatlı disklə birlikdə aidiyyəti üzrə təqdim edilmişdir. Təqdim olunan 1 (bir) ədəd qara rəngli üzərində “sport travel” yazılı idman çantasına və 1(bir) ədəd DVD-yə baxış keçirilmiş, Təqsirləndirilən şəxs əlində saxladığı 1 ədəd üzərində “sport travel” yazısı olan idman çantasının içərisindən aşkar edilmiş 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş bükümdə qara rəngli, spesifik iyə malik olan narkotik vasifə tiryəkə bənzər, 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngdə spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlələr və 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş bükümdə üzərində “scored tablets methadon 40” yazısı olan 10 ədəd dərman vasitələri aşkar olunmuş, sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən qara rəngli pul kisəsinin içərisində 7 ədəd 20 manatlıq əskinas, 1 ədəd 10 manatlıq əskinas 2 ədəd 5 manatlıq əskinas, 1 ədəd 1 manatlıq əskinas, 01 ədəd Unibanka məxsus plastik kart, 1 ədəd ABB banka məxsus Tamkart plastik kart, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd Bakıkart və 1 ədəd qara rəngli “Poco 5” markalı mobil telefon aşkar edilərək götürülmüş, içərisində +**********77 mobil nömrə olan “Poco 5” markalı mobil telefona baxış keçirilən zaman “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə +**********04 mobil nömrə ilə yazışmalarda, qara rəngli idman çantasının fotoşəkili, məkan və məkanın izahı aşkar edilmişdir. Daha sonra 1 (bir) ədəd DVD diskə HP markalı kompüterdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 28) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2025-ci il tarixdə saat 22:50 dəqiqədə tutulmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/895 nömrəli ekspert rəyindən görünür ki, ,(cild 1, iş vərəqə 44-48) tədqiqata təqdim edilmiş bir ədəd üzərində “.......5..imza Təqsirləndirilən şəxs.....” yazılan qara rəngli polietilen bağlamada olan qara rəngli idman çantasında bir ədəd üzəri skoçlu qara rəngli sellofanda təmiz çəkisi 1525 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş bir ədəd üzərində “.......5..imza Təqsirləndirilən şəxs......” yazılan qara rəngli polietilen bağlamada olan qara rəngli idman çantasında bir ədəd üzəri skoçlu qara rəngli sellofanda təmiz çəkisi 1010 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/2254 nömrəli ekspert rəyindən görünür ki, ,(cild 1, iş vərəqə 49-53) tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 239” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s.adlar, soyadlar, imzalar olan kağız yapışdırılmış 01 ədəd qara rəngli idman çantasındakı 01 ədəd sellofan bağlamada təmiz çəkisi 1050,0 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərilərində “Methadone 40” yazısı olan 10 ədəd blisterdəki kustar üsulla hazırlanmış ümumilikdə 100 ədəd qəhvəyimtil-boz rəngli dərman tabletlərinin tərkibində güclü təsir edən maddə - tramadol müəyyən edildi. Mərkəzdə tramadolun standart (referans) nümunəsi olmadığından təqdim olunmuş tabletlərin tərkibində onun miqdarını müəyyən etmək mümkün olmadı. DVD disklərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 63) DVD formatlı diskdə əks edilmiş görüntülər 19 iyun 2025-ci il tarixdə saat 22:50 dəqiqədə qeydə alınmışdır. ünvan 7 ünvanın qarşısında Səbail RPİ-nin 41-ci PB-nin Cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, 41-ci PBnin CA üzrə əməliyyat müvəkkilləri - polis leytenantı Şahid2, polis leytenantı Şahid3 və PB-nin polis sahə inspektoru, polis leytenantı X7 tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanması zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs qara rəngli üzərində “Sport Travel” yazısı olan idman çantasını təqdim etmişdir. Həmin çanta açılaraq baxış keçirilən zaman içərisindən 01 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə tiryəkə bənzər kütlə, 01 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd qara rəngli sellofan bağlamada üzərində “Scored tablets methadon 40” yazısı olan 10 ədəd dərman vasitələri aşkar edilmişdir. Həmin kütlələrə baxış keçirildikdən sonra qablaşdırılaraq üzərləri möhürlənmiş və qeydlər aparılmaqla götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən bir ədəd qara rəngli pul kisəsini, şalvarının sağ yan cibindən isə 01 ədəd POCO 5 markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bir ədəd pul kisəsinə baxış zamanı içərisində 7 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq pul əskinası, 1 ədəd «Unibank» plastik kartı, 1 ədəd «ABB» bank plastik kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd «Bakıkart» ictimai nəqliyyat kartı olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qara rəngli pul kisəsi və bir ədəd mobil telefon sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin üzərində digər hər hansı əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, o, əlində saxladığı qara rəngli idman çantasının içərisindəki narkotik vasitələri tanımadığı İran İslam Respublikası vətəndaşının mobil telefon vasitəsilə ona göndərdiyi məkandan, yəni Səbail rayonu, Teymur Elçin küçəsi 7 saylı ünvanın qarşısında qoyulmuş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədilə əldə etdiyini bildirmişdir. DVD disklərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 64) həmin DVD diskdə əks edilmiş görüntülər 20 iyun 2025-ci il tarixdə xidməti otaqda qeydə alınmışdır. Videogörüntüdən xidməti otaqda təhqiqatçı Emil Abuzərli, Səbail RPİ-nin 41-ci PB-nin Cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, 41-ci PB- nin CA üzrə əməliyyat müvəkkilləri - polis leytenantı Şahid2, polis leytenantı Şahid3 və PB-nin polis sahə inspektoru, polis leytenantı X7, saxlanılan şəxs Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Səbail RPİ-nin 41-ci PB-nin Cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 saxlanılan şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı götürülmüş içərisində 01 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə tiryəkə bənzər kütlə, 01 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd qara rəngli sellofan bağlamada üzərində “Scored tablets methadon 40” yazısı olan 10 ədəd dərman vasitələri olan qara rəngli idman çantasını qablaşdırılmış vəziyyətdə, 01 ədəd mobil telefonu və 01 ədəd qara rəngli pul kisəsini, həmçinin üstünü yoxlama prosesini əks etdirən videogörüntünün olduğu 01 ədəd DVD formatlı diski təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı maddə və əşya olmadığını bildirmişdir. Təqdim edilmiş bir ədəd DVD formatlı diskdə olan görüntülər təhqiqatçı tərəfindən kompyuterdə baxış iştirakçılarına nümayiş etdirilmişdir. Bundan sonra qara rəngli idman çantası açılaraq içərisindəki sellofan bağlamalara baxış keçirilmiş və sonra yenidən çantaya qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs götürülmüş “POCO” markalı mobil telefona təhqiqatçı tərəfindən baxış zamanı mobil telefonun üzərində ***-***-**-** GSM nömrənin olması müəyyən edilmişdir. Mobil telefonda olan Whatsapp ani mesajlaşma tətbiqində +**********04 mobil nömrə ilə yazışmalarda qara rəngli idman çantasının fotoşəkil, məkan və məkanın izahı barədə mesaj mətnlərinin olması müəyyən edilmişdir. Bundan sonra bir ədəd mobil telefon və bir ədəd qara rəngli pul kisəsi təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qismində cəlb etmə etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 65-66) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 83-85) mobil telefon cihazı POCO M5 markalı, 22071219CG modelli, **********36628, **********36636 İMEİ kodlu, sensorlu qara rəngli mobil telefondur. Mobil telefonun simkart yuvası açıldıqda üzərində Azerfon mobil şəbəkəsinə aid ***-***-**- ** GSM nömrəsi olması müəyyən edilmişdir. Mobil telefonun ekranı təhlükəsizlik kodu ilə kilidli olduğundan ekrana 1313 təhlükəsizlik kodu daxil edilməklə telefonun ekranı açılmış və mobil telefonun menyusuna daxil olduqdan sonra telefonda quraşdırılmış Whatsapp ani mesajlaşma tətbiqinə və digər qovluqlara baxış keçirilmişdir. Whatsapp ani mesajlaşma tətbiqinə baxış zamanı tətbiqin ***-***-**-** GSM nömrəsi ilə qeydiyyatdan keçdiyi, lakin, söhbət pəncərələrində yazışma mətnlərinin, səs qeydlərinin, videoyazıların, fotoşəkillərin silinməsi müəyyən edilmişdir. Mobil telefonun Qalareya adlı qovluğuna baxış zamanı narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar sübut əhəmiyyəti kəsb edən 2 ədəd fotoşəkil müəyyən edilmişdir. Həmin fotoşəkillərə baxış zamanı qaranlıq hava şəraitində ağacın dibində qara rəngli sellofan bağlamanın olduğu müəyyən edilmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik digər hər hansı məlumat aşkar edilməmişdir. Mobil telefona baxış zamanı müəyyən edilən sübut əhəmiyyətli fotoşəkillər printerdə çap edilərək protokola əlavə edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(009)-317/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 103-106) Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Maddi sübutu tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki,(cild 1, iş vərəqə 118-120) Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1525 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 1010 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, təmiz çəkisi 1050,0 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut hesab edilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış 1524,95 qram marixuana, 1009,95 qram tiryək, 1049, 8 qram heroin, üzərilərində “Methadone 40” yazısı olan, tərkibində güclü təsir edən maddə - tramadol olan 90 dərman tabletinin saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki,(cild 1, iş vərəqə 134) Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 2259 saylı ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 168-170) Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində hər hansı tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/690 saylı ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 178-182) tədqiq olunan “POGO M5” markalı, “22071219CG” modelli mobil smartfonun yaddaşında mövcud olan bir sıra məlumatlar və pozulmuş (çat seansı (WhatsApp, WhatsApp Business), foto təsvirlər və s.) məlumatlar müəyyən olunmuş, həmin müəyyən olunmuş məlumatlar və onlar əsasında tərtib edilən (Extraction Report) hesabat “Ekspertiza 5-690” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülmüşdür. İş materiallarında olan X1 xx.xx.2025-ci il tarixli, 5447 nömrəli ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 183-184) müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 186-188) diskin yaddaşında ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyatda olması müəyyən edilmişdir. Sms mətnlərinə baxış zamanı narkotik vasitələrin dövriyyəsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Baxış zamanı 1 vərəqdə məlumatlar printer vasitəsilə çap edilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.3-cü maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.3-cü maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər şəklində izah verilmişdir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-cü maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4- 1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə hazırki iş üzrə iş materiallarını və məhkəmə iclasında müəyyən edilmiş halları tam və hərtərəfli tədqiq edərək aşağıda şərh edilən hüquqi dəyərləndirmədən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsə qarşı AR CM-nin 234.4-1-ci maddəsi ilə irəli sürülmüş ittiham (qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma) qanuni və əsaslı hesab edilməlidir. Belə ki, AR Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır; 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır; 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs özünü “müəllim” kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olaraq cinayət barədə razılığa gəlirlər. Bu hal təqsirləndirilən şəxsin həm şəxsi marağı, həm də mənfəət əldə etməsi müqabilində iranlı ilə əlbir olmasına dəlalət edir. Təqsirləndirilən şəxsin narkotik vasitələri əldə etdiyi iranlının müəyyən olunmaması əsası ilə “qabaqcadan əlbir olan bir qrup şəxs” ifadəsinin ittihamdan xaric edilməsi məhkəmənin mövqeyinə görə düzgün hesab edilə bilməz. Belə ki, cinayətin digər şəxslə qabaqcadan əlbir olaraq törədilməsi məsələlərinin həlli zamanı “digər şəxsin” şəxsiyyətinin konkret olaraq bəlli olmaması halı əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Analoji ittihamların təsdiqi üçün “digər şəxsin” cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri əvvəlcədən əlbir olmaqla icra etməsi kifayətdir. Yəni, iştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Daha dəqiq desək, Təqsirləndirilən şəxs öz hərəkətlərinin ictimai təhlükəliliyini və planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçı ilə birgə iştirak etməyi arzulayır. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsin müəyyən edilməsi məqsədilə cinayət işi ayrılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.3-cü maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə – səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.3-cü maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.3-cü maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.3-cü maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(009)-317/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 iyun 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə bu hissədə Səbail Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, cinayət işi materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsin azadlığı 19 iyun 2025-ci il tarixdən məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.3-cü maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Poco M5” markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın. Bakı Şəhəri Səbail Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 1524,95 qram marixuana, 1009,95 qram tiryək, 1049,8 qram heroin və tərkibində güclü təsir edən maddə-tramadol olan 90 dərman tableti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 19 iyun 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı Şəhəri Səbail Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 1524,95 qram marixuana, 1009,95 qram tiryək, 1049,8 qram heroin və tərkibində güclü təsir edən maddə-tramadol olan 90 dərman tableti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Poco M5” markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Bakı şəhəri 29 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 29 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli Hakimlər Hafiz Kamranov Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar