Məhkəmə qərarları › İş №1(101)-1761/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1761/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1761/2022 19.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, orta təhsilli, Yevlax rayonu, Yevlax şəhəri, N.Nərimanov küçəsi ev 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 1030,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış və 16 may 2022-ci il tarixdə saat 02 radələrində Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsində nömrəsiz fərdi yaşayış evinin qarşısında özünü şübhəli apardığına görə saxlanılaraq Sabunçu RPİ-in 12-ci PŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman sol əlində saxladığı ağ rəngli sellofanın içində olan qara rəngli sellofana yaqışqan lentlə bükülmüş 1030,0 qram külli miqdarda çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o 3 ilə yaxındır ki, narkotik vasitədən istifadə edir. 11 may 2022-ci il tarixdə Yevlax rayonunda çayxanada Qədirlə tanış olub, onunla söhbət etdikdə, Qədir ona narkotikdən istifadə edib-etmədiyini soruşmuş, o da narkotik vasitədən istifadə etdiyini bildirdikdə, Qədir onda mal olduğunu, lazım olduqda ona bu barədə müraciət edə biləcəyini bildirmişdir. O da ucuz olduğu və hər dəfə narkotik vasitə satan şəxslərlə narkotik vasitə əldə etmək barədə əlaqə yaratmamaq üçün 15 may tarixdə axşam saat 11 radələrində Qədirlə əlaqə saxlayıb Bakıya gələcəyini, narkotik vasitə əldə etmək istədiyini bildirmişdir. MilliÖn terminalı vasitəsilə özündə olan, qoyunlarını satmaqla əldə etdiyi 2500 manat pulu və əlavə olaraq dostundan borc aldığı 500 manat pulu Qədirin bank hesabına köçürmüşdür. Bakıya gəldikdən sonra Qədirlə Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində görüşmüş və onun dediyi yerdən narkotik vasitəni götürmüşdür. Yenicə götürmüşdü ki, polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və Qədirdən aldığı narkotik vasitəni satmaq məqsədi olmamışdır. Narkotik vasitə aldığı üçün çox peşmandır. Marixuana çəkməkdən başqa heç bir pis vərdişi yox imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfəri vəzifəsində işləyir. 16 may 2022-ci il tarixdə gecə saatlarında digər əməkdaş Şahid2 ilə birlikdə Sabunçu rayonu, Bakıxanov küçəsi, Bəşir Bünyatov küçəsində post-patrul xidməti aparan zamanı Təqsirləndirilən şəxs görmüşlər. Onun əlində torba var imiş və o özünü şübhəli aparırmış. Ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman Təqsirləndirilən şəxs həyəcanlandığını və verilən suallara dolaşıq, doğru-dürüst olmayan cavab verməklə tez bir zamanda ayrılıb getmək istədiyini hiss etmişlər və onu aparıb 12-ci Polis şöbəsinə təhvil vermişlər. Orada təhqiqatçı tərəfindən onların və müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əlində olan torbanı təqdim etmiş və onun içərisində 1 kiloqram miqdarda qurudulmuş marixuana olduğunu, onu Qədir adlı şəxsə 3.000 manat pul ödəməklə əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona məxsus narkotik vasitəni satmaq niyyətində olmamasına dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 16 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan şəxsin üzərinə şəxsi axtarış və götürmə protokolundan görünür ki, 16 may 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PB-də PPXB-nun polis nəfərləri polis serjantı Şahid1 və Şahid2n iştirakı ilə tərəflərindən şübhəli şəxs qismində Sabunçu Bakıxanov qəsəbəsi Anaşkin küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq həmin PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı polis mayoru Anar Məmmədov tərəfindən axtarış keçirilərkən ona üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əlində olan ağ sellofan torbanın içində olan qara sellofana bükülmüş ot kütləsinin təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs etiraf edərək həmin bükümlərdəki ot şəkilli maddənin “nəşə” adlanan qurudulmuş marixuana olmasını və həmin gün İranlı bir şəxsdən 500 manat gəlir əldə etmək məqsədi ilə 3000 manat aldığını bildirmişdir. Göstərilən bükümdə narkotik vasitəyə bənzər ot şəkilli maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq üzəri DİN-in “Zərflər üçün” 159 nömrəli möhürü ilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Cinayət işində olan şübhəli şəxs qismində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videoçəkiliş olan 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti otaqda PŞ-nin baş təhqiqatçısı polis mayoru Anar Məmmədov şübhəli şəxs qismində saxlayaraq PŞ-nə gətirmiş Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri Şahid1 və Şahid2 üzərinə baxış keçirilir. Baxışda iştirak edən şəxslər özlərini təqdim edir, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir. Baxışda iştirak edən şəxslər özlərini təqdim etdikdən sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində və əlindəki torbada qanuna zidd əşya, predmet və ya maddələr varsa təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sellofan torbada 1 ədəd qara rəngli sellofan bükümdə bitki mənşəli kütləni təqdim etməsi müşahidə edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik tərkibli «Nəyşə» olmasını, 3 gün əvvəl İranlı kimi tanıdığı şəxsdən 3000 manata aldığını, sonra 500 manat gəlir əldə etmək məqsədi olmasını, Bakı şəhəri Sabunçu rayon ərazisindən götürdüyünü bildirir. Təhqiqatçı tərəfindən həmin qablaşdırılır və iştirakçılar tərəfindən üzəri imzalarla təsdiq edilir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 16 may 2022-ci il tarixli 7/494 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 1030,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixanadır. Təqdim edilmiş marixuana bir əsəs sellofan bağlamada olduğu üçün müqayisəli tədqiqat aparmaq mümkün olmadı. (Qeyd: Marixananın təmiz çəkisi 1030,0 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq- 1029,98 qramdır.) (ekpertiza tədqiqatın dəyəri 72 (yetmiş iki) manat). Cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasi üzrə azərbaycan respublikasi səhiyyə nazirliyi respublika narkoloji mərkəzi publik hüquqi şəxsin verdiyi narkoloji ekspertizasinin xx.xx.2022-ci il tarixli 4486 nömrəli rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir. ərazi narkoloji disponserində qeydiyyata alinmasi məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxsnа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 16 may 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Sabunçu RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 1029,98 qram marixuana məhv edilməli, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və evində baxış keçirilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 72 (yetmiş iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 72 (yetmiş iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 1029,98 qram marixuana məhv edilsin, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və evində baxış keçirilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar