Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1762/2021 04.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X8 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs “Şam-Fİ X2” MMC-nin nümayəndəsi Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1993-cü il tarixdə Yardımlı rayonu, Bozayran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Şam-Fİ X2” MMC-də satış təmsilçisi işləmiş, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi ev 49-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını talayaraq mənimsəmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentİnin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 01,04,2004-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla (VÖEN**********) ərzaq və qida məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olan “Şam-Fİ X2” məhdud məsuliyyətli cəmiyyətində 1 may 2020-ci il tarixdən 9 dekabr 2020-ci il tarixədək olan müddətdə satış təmsilçisi vəzifəsində işləyərkən həmin MMC ilə arasında bağlanmış 1 may 2020-ci il tarixli əmək və tam maddi- məsuliyyət haqqında müqavilələrə əsasən özgə əmlakını talama məqsədilə ona etibar edilmiş və qulluq mövqeyinə görə öhdəsində olan əmlak üzərində müəyyən, yəni təyin olunmuş ərazi üzrə MMC-yə məxsus malların müştərilərə satılması və satılmış mallara görə müştərilərin MMC-yə olan borclarının nağd formada yığılıb MMC-nin kassasına gündəlik təhvil verilməsi səlahiyyətlərinə malik məsul şəxs kimi, vahid qəsdlə davamlı olaraq onun sifarişi ilə xidməti ərazisi olan Bakı şəhərinin Xəzər və Sabunçu rayonları üzrə müxtəlif ünvanlarda yerləşən ayrı-ayrı ticarət obyektlərinə MMC-nin anbarından rəsmi sənədlərə əsasən, o cümlədən 05.05.2020-ci il tarixli MERF**********13 nömrəli, 06.05.2020-ci il tarixli- MERF**********52 nömrəli, 08.05.2020-ci il tarixli-MERA**********08 nömrəli, 12.05.2020-ci il tarixli - MERF**********58 nömrəli,12.05.2020-ci il tarixli-MERF**********81 nömrəli, 13.05.2020-ci il tarixli - MERF**********42 nömrəli, 22.05.2020-ci il tarixli-MERF**********21 nömrəli, 26.05.2020-ci il tarixli- MERF**********49 nömrəli, 27.05.2020-ci il tarixli - MERF**********24 nömrəli, 02.06.2020-ci il tarixli -MERF**********38 nömrəli,02.06.2020-ci il tarixli -MERF**********49 nömrəli,03.06.2020-ci il tarixli -MERF**********73 nömrəli, 05.06.2020-ci il tarixli -MERR**********46 nömrəli, 05.06.2020ci il tarixli -MERF**********80 nömrəli, 09.06.2020-ci il tarixli -MERA**********59 nömrəli, 09.06.2020-ci il tarixli -MERA**********78 nömrəli,10.06.2020-ci il tarixli, MERR**********98 nömrəli, 12.06.2020-ci il tarixli -MERN**********97 nömrəli,23.06.2020-ci il tarixli -MERA**********28 nömrəli,24.06.2020-ci il tarixli -MERF**********89 nömrəli, 26.06.2020-ci il tarixli -MERA**********25 nömrəli, 26.06.2020-ci il tarixli -MERA**********10 nömrəli, 29.06.2020-ci il tarixli - MERF**********57 nömrəli,01.07.2020-ci il tarixli -MERA**********94 nömrəli, 03.07.2020-ci il tarixli -MERF**********17 nömrəli, 07.07.2020-ci il tarixli -MERF**********89 nömrəli, 07.07.2020-ci il tarixli -MERF**********52 nömrəli, 07.07.2020-ci il tarixli -MERA**********81 nömrəli, 08.07.2020-ci il tarixli -MERA**********34 nömrəli,08.07.2020-ci il tarixli -MERA**********36 nömrəli, 14.07.2020-ci il tarixli -MERA**********87 nömrəli, 14.07.2020-ci il tarixli -MERF**********20 nömrəli, 14.07.2020-ci il tarixli -MERA**********92 nömrəli, 17.07.2020-ci il tarixli -MERF**********28 nömrəli, 21.07.2020ci il tarixli -MERA**********81 nömrəli, 21.07.2020-ci il tarixli -MERA**********99 nömrəli, 22.07.2020-ci il tarixli -MERF**********38 nömrəli, 22.07.2020-ci il tarixli -MERF**********57 nömrəli, 24.07.2020-ci il tarixli -MERF**********59 nömrəli, 24.07.2020-ci il tarixli -MERF**********63 nömrəli, 07.2020-ci il tarixli -MERF**********64 nömrəli, 28.07.2020-ci il tarixli -MERF**********59 nömrəli, 28.07.2020-ci il tarixli -MERF**********96 nömrəli, 29.07.2020-ci il tarixli -MERF**********09 nömrəli, 29.07.2020-ci il tarixli -MERF**********12 nömrəli, 29.07.2020-ci il tarixli -MERA**********70 nömrəli, 03.08.2020-ci il tarixli -MERF**********61 nömrəli, 03.08.2020-ci il tarixli -MERF**********56 nömrəli, 03.08.2020-ci il tarixli -MERF**********48 nömrəli, 04.08.2020-ci il tarixli -MERF**********17 nömrəli, 06.08.2020-ci il tarixli -MERR**********75 nömrəli, 06.08.2020-ci il tarixli - MERR**********73 nömrəli, 06.08.2020-ci il tarixli -MERR**********72 nömrəli, 07.08.2020-ci il tarixli -MERF**********71 nömrəli,10.08.2020-ci il tarixli -MERF**********87 nömrəli,10.08.2020-ci il tarixli -MERF**********30 nömrəli, 11.08.2020-ci il tarixli -MERR**********92 nömrəli, 11.08.2020-ci il tarixli -MERR**********95 nömrəli, 12.08.2020-ci il tarixli -MERF**********69 nömrəli, 13.08.2020-ci il tarixli -MERA**********75 nömrəli, 13.08.2020-ci il tarixli -MERA**********77 nömrəli,14.08.2020-ci il tarixli -MERF**********27 nömrəli, 17.08.2020-ci il tarixli -MERF**********77 nömrəli, 17.08.2020-ci il tarixli -MERF**********78 nömrəli,17.08.2020-ci il tarixli-MERF**********26 nömrəli, 18.08.2020-ci il tarixli -MERA**********52 nömrəli,18.08.2020-ci il tarixli -MERA**********60 nömrəli, 20.08.2020-ci il tarixli -MERF**********25 nömrəli, 20.08.2020-ci il tarixli -MERF**********49 nömrəli, 24.08.2020ci il tarixli -MERF**********80 nömrəli,24.08.2020-ci il tarixli -MERF**********14 nömrəli, 24.08.2020ci il tarixli -MERF**********26 nömrəli,24.08.2020-ci il tarixli -MERF**********29 nömrəli, 25.08.2020ci il tarixli -MERF**********22 nömrəli, 28.08.2020-ci il tarixli -MERA**********37 nömrəli, 31.08.2020-ci il tarixli -MERF**********76 nömrəli, 01.09.2020-ci il tarixli -MERF**********76 nömrəli, 01.09.2020-ci il tarixli -MERF**********79 nömrəli, 01.09.2020-ci il tarixli -MERF**********82 nömrəli, 03.09.2020-ci il tarixli -MERF**********32 nömrəli, 03.09.2020-ci il tarixli -MERF**********81 nömrəli, 03.09.2020-ci il tarixli -MERF**********00 nömrəli, 03.09.2020-ci il tarixli -MERF**********12 nömrəli, 07.09.2020-ci il tarixli -MERF**********73 nömrəli,07.09.2020-ci il tarixli -MERF**********10 nömrəli, 08.09.2020-ci il tarixli -MERF**********41 nömrəli, 08.09.2020-ci il tarixli -MERF**********75 nömrəli, 10.09.2020-ci il tarixli -MERF**********56 nömrəli, 10.09.2020-ci il tarixli-MERF**********57 nömrəli, 10.09.2020-ci il tarixli -MERF**********93 nömrəli, 11.09.2020-ci il tarixli -MERA**********54 nömrəli, 11.09.2020-ci il tarixli,-MERA**********70 nömrəli, 11.09.2020-ci il tarixli-MERA**********88 nömrəli, 14.09.2020-ci il tarixli -MERF**********23 nömrəli, 14.09.2020-ci il tarixli -MERF**********30 nömrəli,14.09.2020-ci il tarixli -MERF**********38 nömrəli, 14.09.2020-ci il tarixli -MERF**********39 nömrəli, 14.09.2020-ci il tarixli -MERF**********41 nömrəli, 14.09.2020-ci il tarixli -MERF**********44 nömrəli, 15.09.2020-ci il tarixli -MERA**********61 nömrəli, 15.09.2020-ci il tarixli - MERA**********23 nömrəli, 15.09.2020-ci il tarixli -MERA**********44 nömrəli,17.09.2020-ci il tarixli -MERA**********02 nömrəli, 18.09.2020-ci il tarixli -MERF**********61 nömrəli, 18.09.2020-ci il tarixli -MERF**********95 nömrəli, 18.09.2020-ci il tarixli -MERF**********01 nömrəli, 18.09.2020-ci il tarixli -MERF**********13 nömrəli, 21.09.2020-ci il tarixli -MERF**********90 nömrəli, 21.09.2020-ci il tarixli -MERF**********58 nömrəli, 22.09.2020-ci il tarixli -MERF**********07 nömrəli, 2.10.2020-ci il tarixli -MERF**********57 nömrəli, 02.10.2020-ci il tarixli -MERF**********61 nömrəli, 02.10.2020-ci il tarixli -MERF**********71 nömrəli, 02.10.2020-ci il tarixli -MERF**********73 nömrəli, 05.10.2020-ci il tarixli -MERF**********34 nömrəli, 06.10.2020-ci il tarixli -MERF**********19 nömrəli, 06.10.2020-ci il tarixli -MERF**********20 nömrəli, 06.10.2020-ci il tarixli -MERF**********24 nömrəli, 06.10.2020-ci il tarixli -MERF**********50 nömrəli, 08.10.2020-ci il tarixli -MERF**********45 nömrəli, 08.10.2020-ci il tarixli -MERF**********58 nömrəli, 09.10.2020-ci il tarixli -MERR**********92 nömrəli,09.10.2020-ci il tarixli -MERR**********98 nömrəli, 09.10.2020-ci il tarixli -MERR**********08 nömrəli, 12.10.2020-ci il tarixli -MERF**********88 nömrəli,12.10.2020-ci il tarixli -MERF**********45 nömrəli,13.10.2020-ci il tarixli -MERF**********78 nömrəli, 13.10.2020-ci il tarixli -MERF**********08 nömrəli, 15.10.2020-ci il tarixli -MERF**********54 nömrəli, 15.10.2020-ci il tarixli -MERF**********09 nömrəli, 16.10.2020-ci il tarixli -MERF**********80 nömrəli,16.10.2020-ci il tarixli -MERF**********88 nömrəli, 19.10.2020-ci il tarixli -MERF**********81 nömrəli, 20.10.2020-ci il tarixli -MERR**********47 nömrəli, 20.10.2020ci il tarixli -MERR**********52 nömrəli, 20.10.2020-ci il tarixli -MERR**********54 nömrəli, 20.10.2020-ci il tarixli -MERR**********56 nömrəli, 20.10.2020-ci il tarixli -MERR**********80 nömrəli, 23.10.2020-ci il tarixli -MERF**********38 nömrəli, 23.10.2020-ci il tarixli -MERF**********52 nömrəli,23.10.2020-ci il tarixli -MERF**********74 nömrəli,26.10.2020-ci il tarixli -MERF**********64 nömrəli, 27.10.2020-ci il tarixli -MERF**********24 nömrəli, 29.10.2020-ci il tarixli -MERF**********15 nömrəli, 29.10.2020-ci il tarixli -MERF**********16 nömrəli, 29.10.2020-ci il tarixli -MERF**********18 nömrəli, 30.10.2020-ci il tarixli -MERR**********88 nömrəli, 30.10.2020-ci il tarixli - MERR**********90 nömrəli, 30.10.2020-ci il tarixli -MERR**********91 nömrəli, 30.10.2020-ci il tarixli -MERR**********06 nömrəli, 30.10.2020-ci il tarixli -MERR**********14 nömrəli, 30.10.2020-ci il tarixli -MERR**********17 nömrəli, 02.11.2020-ci il tarixli -MERF**********59 nömrəli,03.11.2020-ci il tarixli -MERR**********71 nömrəli, 03.11.2020-ci il tarixli -MERR**********02 nömrəli, 03.11.2020ci il tarixli -MERR**********04 nömrəli,04.11.2020-ci il tarixli -MERF**********17 nömrəli, 10.11.2020ci il tarixli -MERF**********25 nömrəli, 10.11.2020-ci il tarixli -MERF**********26 nömrəli,10.11.2020ci il tarixli -MERF**********27 nömrəli, 11.11.2020-ci il tarixli -MERF**********86 nömrəli,12.11.2020ci il tarixli -MERF**********58 nömrəli, 12.11.2020-ci il tarixli -MERF**********59 nömrəli, 12.11.2020-ci il tarixli -MERF**********66 nömrəli, 12.11.2020-ci il tarixli -MERF**********73 nömrəli, 13.11.2020-ci il tarixli -MERR**********10 nömrəli, 13.11.2020-ci il tarixli -MERR**********15 nömrəli,13.11.2020-ci il tarixli -MERR**********16 nömrəli, 16.11.2020-ci il tarixli -MERF**********10 nömrəli, 16.11.2020-ci il tarixli -MERF**********30 nömrəli, 16.11.2020-ci il tarixli -MERF**********35 nömrəli, 17.11.2020-ci il tarixli -MERR**********82 nömrəli, 17.11.2020-ci il tarixli - MERR**********98 nömrəli,17.11.2020-ci il tarixli -MERR**********06 nömrəli, 17.11.2020-ci il tarixli -MERR**********08 nömrəli, 17.11.2020-ci il tarixli -MERR**********13 nömrəli, 18.11.2020-ci il tarixli -MERF**********70 nömrəli, 19.11.2020-ci il tarixli -MERR**********01 nömrəli, 19.11.2020-ci il tarixli -MERR**********13 nömrəli, 19.11.2020-ci il tarixli -MERR**********17 nömrəli, 19.11.2020-ci il tarixli -MERR**********38 nömrəli, 20.11.2020-ci il tarixli -MERF**********07 nömrəli, 20.11.2020-ci il tarixli -MERF**********22 nömrəli, 20.11.2020-ci il tarixli -MERF**********23 nömrəli, 20.11.2020-ci il tarixli -MERF**********36 nömrəli, 20.11.2020-ci il tarixli -MERF**********37 nömrəli, 23.11.2020-ci il tarixli -MERF**********36 nömrəli, 23.11.2020-ci il tarixli -MERF**********39 nömrəli,23.11.2020-ci il tarixli -MERF**********50 nömrəli, 23.11.2020-ci il tarixli -MERF**********60 nömrəli, 23.11.2020-ci il tarixli -MERF**********66 nömrəli,24.11.2020-ci il tarixli -MERF**********83 nömrəli, 24.11.2020-ci il tarixli -MERF**********86 nömrəli, 24.11.2020-ci il tarixli -MERF**********88 nömrəli, 24.11.2020-ci il tarixli -MERF**********91 nömrəli, 24.11.2020-ci il tarixli -MERF**********97 nömrəli, 25.11.2020ci il tarixli -MERR**********08 nömrəli,25.11.2020-ci il tarixli -MERR**********12 nömrəli, 26.11.2020-ci il tarixli -MERF**********87 nömrəli, 26.11.2020-ci il tarixli -MERF**********95 nömrəli,,27.11.2020-ci il tarixli -MERR**********88 nömrəli, 27.11.2020-ci il tarixli - MERR**********15 nömrəli, 27.11.2020-ci il tarixli -MERR**********17 nömrəli, 27.11.2020-ci il tarixli -MERR**********18 nömrəli, 27.11.2020-ci il tarixli -MERR**********19 nömrəli, 27.11.2020-ci il tarixli -MERR**********22 nömrəli, 30.11.2020-ci il tarixli -MERF**********08 nömrəli,01.12.2020-ci il tarixli -MERR**********10 nömrəli, 01.12.2020-ci il tarixli -MERR**********24 nömrəli, 01.12.2020-ci il tarixli -MERR**********25 nömrəli, 03.12.2020-ci il tarixli -MERR**********91 nömrəli, 04.12.2020ci il tarixli -MERF**********40 nömrəli, 04.12.2020-ci il tarixli -MERF**********46 nömrəli, 04.12.2020-ci il tarixli -MERF**********63 nömrəli, 04.12.2020-ci il tarixli -MERF**********64 nömrəli, 04.12.2020-ci il tarixli -MERF**********66 nömrəli, 07.12.2020-ci il tarixli -MERR**********74 nömrəli, 07.12.2020-ci il tarixli -MERR**********75 nömrəli, 07.12.2020-ci il tarixli- MERR**********86 nömrəli, 07.12.2020-ci il tarixli -MERR**********87 nömrəli, 08.12.2020-ci il tarixli -MERF**********40 nömrəli, 08.12.2020-ci il tarixli -MERF**********49 nömrəli, 08.12.2020-ci il tarixli -MERF**********50 nömrəli, 08.12.2020-ci il tarixli -MERF**********51 nömrəli, 08.12.2020-ci il tarixli -MERF**********74 nömrəli, 08.12.2020-ci il tarixli -MERF**********79 nömrəli, ümumi 226 ədəd qaimə faktura əsasında maddi məsuliyyətinə götürdüyü cəmi 31544,55 manat (otuz bir min beş yüz qırx dörd manat əlli beş qəpik ) dəyərində ərzaq məhsullarını Bakı şəhəri, Xəzər və Sabunçu rayonu ərazisində yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış məqsədilə təhvil verərək həmin malların 2971,45 manat (iki min doqquz yüz yetmiş bir manat qırx beş qəpik) dəyərində olan hissəsini tələbata cavab verməyən ərzaq məhsulları kimi cəmiyyətin anbarına qaytarması, marketlərə satdığı məhsulun müqabilində ödəniş kimi qəbul etdiyi 14062,62 manat (on dörd min altmış iki manat altmış iki qəpik) pul vəsaitini MMC-nin xəzinəsinə köçürməsi, eləcə də 10.12.2020-ci il tarixdən 12.12.2020-ci il tarixədək satış nöqtələri üzrə aparılmış yoxlama zamanı satış nöqtələri tərəfindən 2.036,37 manat (iki min otuz altı manat otuz yeddi qəpik) dəyərində məhsulun cəmiyyətin anbarına geri qaytarılması və 547,53 manat (beş yüz qırx yeddi manat əlli üç qəpik) məbləğdə pul vəsaitinin MMC-yə ödənilməsi, habelə satış nöqtələrinin MMC-yə 5.304,11 manat (beş min üç yüz dörd manat on bir qəpik) məbləğdə pul vəsaitini borclu qalması nəzərə alınmaqla təhkim olunduğu Bakı şəhəri, Xəzər və Sabunçu rayonları ərazisində həmin ərzaq məhsullarının satışından əldə etdiyi cəmi 6.622,47 manat (altı min altı yüz iyirmi iki manat qırx yeddi qəpik) məbləğində pul vəsaitini ticarət obyektlərindən təhvil aldıqdan sonra həmin pulu cəmiyyətin ünvan 2 ünvanda yerləşən xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına xərcləyib “Şam-Fİ X2” MMC-yə məxsus olmaqla ona etibar olunmuş 6.622,47 manat (altı min altı yüz iyirmi iki manat qırx yeddi qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək qəsdən həmin cəmiyyətə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 8,549 qram psixotrop maddə olan metafetamini əldə edərək üzərində, habelə təmiz çəkisi 603,0 qram narkotik vasitə olan heroini və təmiz çəkisi 25,583 qram psixotrop maddə olan metafetamini əldə edib idarə etdiyi “Hyundai” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış və daşımış, 10 mart 2021-ci ildə saat 15:30-da Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi 36 nömrəli ünvanda yerləşən "ABU" yanacaqdoldurma məntəqəsinin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunaraq orada üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi 8,549 qram çəkidə külli miqdarda psixotrop maddə metafetamin, habelə ünvan 4 ünvanın qarşısında saxladığı onun müvəqqəti istifadəsində olan Hyundai markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün dəvəti, icazəsi və iştirakı ilə baxış keçirilərkən qeyd edilən avtomobilin arxa yük hissəsindən satış məqsədi ilə əldə edərək saxladığı və daşıdığı bir ədəd sellofan torbanın içərisində 9 ədəd ayrıayrılıqda bükümlərdə təmiz çəkiləri 21,048 qram, 0, 929 qram, 0,490 qram, 0,439 qram, 0,445 qram, 0,455 qram, 0,471 qram, 0,426 qram, 0,880 qram, ümumi təmiz çəkisi 25,583 qram çəkidə, külli miqdarda psixotrop maddə metafetamin və 2 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 143 qram və 460 qram olmaqla, ümumi təmiz çəkisi 603 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 mart 2021-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində “ABU” petrolun yaxınlığında piyada gedərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və hüquq və vəzifələri izah edilməklə bildiriş təqdim edilmişdir. Müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən ona üzərimdə qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd “Xiaomi” markalı mobil telefonunu, şalvarının sağ yan cibindən 23 (iyirmi üç) manat pulunu, 1 ədəd üzərində 5315-9921-2605-3914 rəqəmləri əks olunmuş “Bank of Baku” plastik bank kartını, 1 ədəd sellofan bükümü, əynindəki sarı rəngli gödəkcənin sol yan cibindən 1 ədəd avtomobil açarını təqdim etmiş və üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir şey aşkar edilməmişdir. Təqdim etdiyi 23 manat məbləğində pul, avtomobil açarı özünə qaytarılsa da, ona məxsus “Xiaomi” markalı mobil telefon və 1 ədəd plastik bank kartı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metafetamin olması müəyyən edilmişdir. Həmin sellofan bükümdə olan maddənin elektron tərəzidə çəkildikdə təxmini çəkisinin 8,9 qram olması müəyyən edilmişdir. Həmin sellofan bükümdə olan maddə 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, 1 ədəd kağız zərfin üzəri möhür ilə möhürlənib iştirakçılar tərəfindən imzalandıqdan sonra araşdırma aparan təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra icarəyə götürərək idarə etdiyi Sabunçu rayonu ərazisində saxladığı qara rəngli, “Hyundai” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsi üçün Sabunçu rayonuna getmişlər. Orada avtomobilə baxış keçirilməyə başlanılan zaman ondan avtomobilində saxladığı narkotik tərkibli maddələri təqdim etməsi xahiş olunmuşdur. Həmin avtomobilin arxa yük hissəsini açaraq orada narkotik tərkibli maddələr saxladığını bildirmişdir. Avtomobilin arxa yük hissəsindəki sellofan torbanı çıxarıb içərisində olan maddələri təqdim etmişdir. Həmin sellofan torbanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olması müəyyən edilmişdir. Həmin maddələrin də təxmini çəkisi müəyyən edilmək məqsədilə elektron tərəzi ilə çəkilib zərfə qoyularaq qablaşdırılmışdır. Sellofan torbanın içərəsində olan madələrin ümumilikdə 25,583 qram çəkidə metafetamin, habelə 2 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 143 qram və 460 qram olmaqla ümumi çəkisi 603 qram heroin olduğu müəyyən edilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmin narkotik vasitələri və metafetamini bir dəfəlik təkrar almamaq və özü istifadə etmək üçün almışdır ki, istəyəndə yavaş-yavaş istifadə etsin. Həmin narkotik və psixotrop maddələri satmaq məqsədi olmamışdır. Şəxsi axtarış zamanı polis əməkdaşlarına təqdim etdiyi bank kartı "xxxx" MMC-dən işdən çıxdıqdan sonra “Az Alko” adlı araq firmasında işləyən zaman firmanın işlərinə lazım olduğu üçün açdırmış və malların satışından ödənilən pulları müştərilər həmin karta köçürmüşlər. Həmin kart vasitəsi ilə narkotik satışından pul əldə etməmişdir. ünvan 5 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də 2020-ci ilin fevral ayından stajor satış təmsilçisi kimi işləməyə başlamışdır. 1 may 2020-ci il tarixdən isə həmin MMC ilə arasında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən MMC-də satış təmsilçisi işinə keçirilmiş və əmək haqqı olaraq 500 manat məbləğdə maaş müəyyən edilmişdir. Satış təmsilçisi kimi vəzifəsi şirkətin məhsullarını bölgədə olan mağzalara təklif edərək satışını təşkil etmək və satışdan əldə etdiyi pulları toplayıb MMC-nin kassasına ödəmək olmuşdur. Satış təmsilçisi kimi xidməti ərazidə olan marketlərə gedib onlardan alacaqları ərzaq və qida məhsulları barədə sifariş qəbul edərək həmin sifarişi firma tərəfindən satış təmsilçilərinə təhkim edilən planşetdə olan xüsusi proqram vasitəsi ilə firmanın məlumat bazasına daxil etmişdir. Sifarişi əsasında firmada aidiyyəti işçilər tərəfindən sifarişdə göstərilmiş məhsullarınsiyahısı tərtib edilmiş və həmin siyahı qeyd edilən məhsulların hazırlanması üçün anbardara göndərilmişdir. Anbardar həmin siyahı əsasında malları yük maşınına doldurmuş və siyahı əsasında qaimə tərtib edilməsi üçün siyahını operatora göndərmişdir. Operator siyahıda göstərilən mallara uyğun “malın təhviltəslim aktı ” adı ilə 3 nüsxəli akt tərtib edir və həmin aktları sürücüyə vermişdir. Sürücü isə malları marketə təhvil verdikdən sonra marketdə təhvil alan şəxsə həmin qaimələri imzalatdırmışdır. Qaimələrin biri marketdə malları təhvil alan şəxsdə, ikisi isə sürücüdə qalmışdır. Sürücü onda olan 2 qaiməni MMC-yə gətirib qaimədən birini ona, digərini isə MMC-nin təftiş şöbəsinin əməkdaşlarından birinə təhvil vermişdir. Mallar marketə təhvil verildikdən bir neçə gün sonra marketlərdən mal pulunu yığıb özündə olan planşet vasitəsi ilə firmanın xüsusi proqramında ödəniş edən marketin adının qarşısında marketin ödədiyi pul məbləğini qeyd etmişdir. Ödənilən məbləğ proqramda göstərilən həmin market üzrə borc məbləğindən çıxılaraq avtomatik olaraq sistemdən silinmiş və ya ödənişin məbləğinə uyğun azalmışdır. Daha sonra isə sifariş verdiyi malların sürücü tərəfindən marketə təhvil verilməsi barədə tərtib edilmiş və marketdə mal təhvil alan şəxs tərəfindən imzlanmış nüsxəsini sürücüdən alıb malın müqabilində ödənilmiş pulla birlikdə MMC-nin mühasibinə təqdim edtmişdir. Mühasib isə ödənişi qəbul etməsinə dair 2 nüsxəli mədaxil qəbzi tərtib edərək həmin qəbzi imzalamışdır. Qəbzin bir nüsxəsini ona vermiş, bir nüsxəsini isə özündə saxlamışdır. Belə ki, təxminən 10-15 dekabr 2020-ci ildə MMC-nin rəhbərliyi tərəfindən ona bildirilmişdir ki, bir sıra mağazalardan aldığı pullardan 6622,47 manat məbləğində hissəsini mənimsəyərək kassaya ödəməmişdir. Ona izahat yazaraq 6.622 manat məbləğində borcunun olmasını etiraf etməli olduğunu demişlər. Odur ki, o da bu barədə özü etirafedici izahat yazıb onu imza etmişdir. Həmin vaxt "xxxx" MMC-dən işdən çıxarılmışdır. MMC-yə məxsus 6622, 47 (altı min altı yüz iyirmi iki manat qırx yeddi qəpik) qəpik məbləğdə pulu ehtiyacı olduğu üçün mənimsəmiş və əməlimndən səmimi peşmandır. "xxxx" MMC ilə tam maddi məsuliyyət haqqında müqavilə və əmək müqaviləsi haqqındakı müqavilələrdəki “Təqsirləndirilən şəxs” adının qarşısındakı imzalar ona məxsus olmuş və "xxxx" MMC-də satış təmsilçisi işinə qəbul edilərkən həmin müqavilələr firma ilə onun arasında bağlanmışdır. "xxxx" MMC-də satış təmsilçisi işinə qəbul edilərkən Bakı şəhərinin Xəzər və Sabunçu rayonları onun xidməti ərazisi olmuşdur. "xxxx" MMC-də satış təmsilçisi işinə qəbul edilərkən özündən əvvəlki satış təmsilçisindən hansı məbləğdə borc qalığı qaldığını hazırda dəqiq xatırlamır. "xxxx" MMC-də satış təmsilçisi işindən çıxarıldıqdan sonra MMC-yə məxsus pul vəsaitini mənimsəyib-mənimsəmədiyi ilə əlaqədar keçirilən audit yoxlamasında iştirak edə bilməməyinin səbəbi həmin vaxt Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılması və 12 mart 2021-ci il tarixdə Sabunçu rayon məhkəməsinin qərarı ilə həbs edilməsi olmuşdur. Mallar marketlərə təhvil verildikdən sonra həmin malların təhvil-təslim edilməsi barədə aktlar əsasında MMC-nin kassasına marketlərdən aldığı ödənişləri köçürüb kassa mədaxil qəbzləri almışdır. Lakin həmin qəbzləri saxlamadığından istintaqa heç bir qəbz təqdim edə bilməmişdir. Hansı nömrəli qaimələr əsasında kassaya hansı məbləğdə pul köçürməsi, işdən çıxarılarkən öhdəliyində hansı məbləğdə borc məbləğinin qalması isə yadında qalmamışdır. MMC-də işlədiyi son 1.000 manat maaş fikrində tutduğu hesablamalara əsasən ona ödənilməli olduğunu hesab etdiyi üçün əvvəlki ifadəsində bunu qeyd etmişdir. Hansı aylarda nə qədər maaş aldığı dəqiq yadında qalmamışdır. Göstərilən mədaxil qəbzləri əsasında, doğurdan da, 6622,47 manat pulu şirkətin kassasına ödəməyərək mənimsəyib şəxsi ehtiyaclarına xərcləmişdir. Narkotik vasitə və psixotrop maddəni yalnız öz istifadəsi üçün almışdır. Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunan kart vasitəsi ilə narkotik satışından pul əldə etməmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsir göstərilməmişdir. MMC-yə məxsus 6622, 47 manat məbləğdə pulu ehtiyacı olduğu üçün mənimsəmişdir. Əməlindən peşmandır. MMC-yə hər hansı miqdarda pul ödəməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilən şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 aprel 1993-cü ildə Yardımlı rayonunda anadan olmuş, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 10 mart 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatını baş idarə rəhbərliyinə raportla məruzə etmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçirilməsinə idarə rəhbərliyi tərəfindən razılıq verilmiş və tədbiri keçirilməsi üçün o və baş əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 10 mart 2021-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “ABU Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs idarəyə gətirildikdən sonra üzərinə BNMİ-nin təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd “Xiaomi” markalı mobil telefonu, şalvarın sağ yan cibindən 23 manat pulu, 1 ədəd üzərində bank kartını, 1 ədəd sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofana baxış keçirilən zaman içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə psixotrop maddə olan metafetamindir, həmin psixtrop maddəni 4-5 ay əvvəl sosial şəbəkədə tanış olduğu, adını Əli kimi bildiyi İran İslan Respublikası vətəndaşından 9 mart 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində öz istifadəsi üçün əldə etmişdir. Həmin metafetamin elektron tərəzi ilə çəkilmiş və çəkisinin təxminən 8,9 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş metafetamin bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, təqdim etdiyi psixotrop maddədən başqa icarəyə götürərək idarə etdiyi **-VN-*** dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilində də psixotrop maddə və narkotik vasitələr var və onları da təqdim edə bilər. Şəxsi axtarış keçirildikdən sonra Təqsirləndirilən şəxs ilə birlikdə onun idarə etdiyi avtomobili saxladığı ünvan 7 ünvanın qarşısına getmişlər. Orada Təqsirləndirilən şəxs iştirakı ilə onun avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa yük hissəsindən 1 ədəd sellofan torbanı götürərək onlara təqdim etmişdir. Həmin sellofan torba tərəflərindən götürülərək içərisinə baxış keçirilmiş və içərisində 11 sellofan büküm olması aşkar edilmişdir. Həmin sellofan bükümlərdən 9 ədədinin içərisində ağ rəngli, kristalşəkilli, metafetaminə bənzər, digər 2 sellofan bükümün içərisində isə qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərdəki kütlələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra içərisində ağ rəngli, kristalşəkilli metafetamin olan 9 ədəd büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və ümumi çəkisinin 26 qram olduğu müəyyən edilmişdir. İçərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroin olan qalan 2 ədəd bükümlərdən isə birinin çəkisinin 474 qram, digərinin çəkisinin isə 148 qram olduğu müəyyən edilmişdir. Bundan sonra isə həmin 11 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri imzalarla təsdiq edilib möhürlənmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirdimişdir. Şəxsi axtarış və avtomobilə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2014-cü ildən "xxxx" MMC-də işləyir. ünvan 8 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin fəaliyyət istiqaməti müxtəlif çeşidli ərzaq məhsullarının ölkə ərazisində topdan və pərakəndə satışından ibarətdir. MMC həmin ərzaq məhsullarını xarici ölkələrdən idxal edir, başqa sözlə idxal etdiyi məhsulları təklif edir. MMC rəsmi qaydada ********** nömrəsi ilə dövlət qeydiyyatından keçmişdir. Təqsirləndirilən şəxs həmin MMC-yə 1 may 2020-ci il tarixdən rəsmi əmək müqaviləsi ilə satış təmsilçisi vəzifəsinə qəbul olunmuşdur. Satış təmsilçisi kimi Özalın vəzifəsi şirkətin məhsullarını bölgədə olan mağzalara təklif edərək satışını təşkil etmək və satışdan əldə etdiyi pulları yığıb firmanın kassasına ödəmək olmuşdur. Özalın satdığı malların pulları bir sıra mağazalar tərəfindən dərhal və nağd şəkildə ödənilmişdir. Şirkətin satışa nəzarət şöbəsi aşkar etmişdir ki, həmin nağd şəkildə ödəniş edən mağazalar pulları vaxtında ödəmir. Özal isə həmin mağazalara malları nisyə şəkildə verdiyini bildirmişdir. Bu da rəhbərlikdə şübhə oyandırdığından şirkətdə daxili audit keçirilmiş və müəyyən edilmişdir ki, Özal malların satılması nəticəsində əldə etdiyi pullardan 6622,47 manatını şirkətin kassasına mədaxil etməyərək mənimsəmişdir. Bu barədə Özaldan soruşulduqda o, 6622,47 manatı şəxsi ehtiyaclarına, o cümlədən xəstə anasının müalicəsinə sərf etdiyini etiraf etmiş və həmin pulun qatarılması üçün vaxt istəmiş, lakin pulu ödəməmişdir. Təqsirləndirilən şəxs 15 dekabr 2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən vəzifəsinin icrasından kənarlaşdırılmışdır. Özala satış təmsilçisi kimi NTC markalı **********74060 İMEİ kodlu satış terminalı, yəni planşet təhkim olunmuş və Özal marketə gəldikdə həmin terminal ilə sifarişi qəbul etmiş, anbardar həmin sifarişə əsasən malları maşına yükləyib sifariş edən mağaya çatdırmışdır. Özal həmin malların pulunu aldıqdan sonra terminalda göstərməli, mağazadan pulu alıb mağazanın borcunu terminal vasitəsi ilə silməli olmuşdur. Özal nağd işləyən bir neçə mağazanın ödədiyi pulu terminal ilə sistemdən silməmişdir. Daxili audit zaman həmin mağazaların sahibləri ilə araşdırma aparılmış və mağazaların sahibləri borclu olduqları kimi göstərilən pul məbləğini Özala nağd olaraq ödədiklərini bildirmişlər. Özalın 6622,47 manatı mənimsəməsi sərbəst auditor tərəfindən aparılan audit yoxlaması zamanı da öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs tərəfindən MMC-yə vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4, Məhərrəmov Orxan Ağalar oğlu və Şahid6 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı Şahid5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 2, iş vərəqə 261-262). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2021-ci il tarixli 6/984 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, yazılar və imzalar qeyd edilmiş 2 ədəd kağız paketin içərisində olan üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş..,” sözləri qeyd edilmiş kağız paketi açdıqda içərisindən 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 143,0 qram, 460,0 qram ümumi təmiz çəkisi 603,0 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 9 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 21,048 qram, 0,929 qram, 0,490 qram, 0,439 qram, 0,445 qram, 0,455 qram, 0,471 qram, 0,426 qram, 0,880 qram ümumi təmiz 25,583 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri qeyd edilmiş 1 ədəd kağız paketi açdıqda içərisindən 1 ədəd bükümdə təmiz çəkisi 8,549 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 9 ədəd bükümdə olan metafetaminlər ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metafetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir (Qeyd: heroinin ümumi təmiz çəkisi 603 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 602,9 qram, metafetaminin ümumi təmiz çəkisi 34,132 qram, tədqiqata sərf edildi 0,3 qram, qalıq 33,832 qram, cild 3, iş vərəqə 55-58). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 12 aprel 2021-ci il tarixli 1034 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olar metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, iş vərəqə 108-109). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş 258 nömrəli lisenziyaya əsasən fəaliyyət göstərən sərbəst auditor İ.İ.Hacı-Əzizovun 19 mart 2021-ci il tarixli auditor hesabatından görünür ki, “Şam-Fİ X2” MMC-nin satış təmsilçisi, maddi məsul şəxs Təqsirləndirilən şəxs, cəmiyyətin anbarından satılmaq üçün verilmiş qida mallarının dəyərinin cəmiyyətin kassasına ödənişini dəfələrlə uzun müddətə gecikdirməklə tam ödəməməsi nəticəsində onun öhdəsində 6.622,47 (altı min altı yüz iyirmi iki manat 47 qəpik) manat məbləğində satış pulunun çatışmazlığı aşkar edilmiş, son nəticədə onun tərəfindən həmin məbləğ qədər cəmiyyətə ziyan vurulmuşdur (cild 1, iş vərəqə 27-32). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 iyun 2021-ci il tarixli 9/3039 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Şam-Fİ X2” MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs hesabında 6.622,47 manat satış pulu çatışmazlığı müəyyən edilməklə 19.03.2021-ci tarixli audit aktının gəldiyi nəticənin düzgünlüyü müəyyən olunur, o cümlədən Təqsirləndirilən şəxs 10.12.2020-ci il tarixinə cəmiyyətin mühasibat uçotu hesabatına əsasən öhdəliyində olan pul qalığı 14.510,48 manat, faktiki satış nöqtələrinin maddi məsul şəxslər tərəfindən təsdiq edilmiş borc qalığı 5.304,11 manat, təftiş zamanı ticarət nümayəndələri tərəfindən təhvil verilən satış pulunun məbləği 547,53 manat, təftiş dövründə geri qaytarılan mallar 2.036,37 manat olmaqla nəticədə çatışmazlıq 6.622,47 manat olaraq müəyyən edilmişdir (cild 2, iş vərəqə 37-40). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Şam-Fİ X2” MMC-nin direktoru Nümayəndə 1 may 2020-ci il tarixli 20 nömrəli əmri ilə həmin MMC-də satış təmsilçisi işinə qəbul edilmiş, onunla tam maddi-məsuliyyət haqqında və əmək müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən o təyin olunmuş ərazi üzrə cəmiyyətə məxsus malların müştərilərə satılması və satılmış mallara görə müştərilərin cəmiyyətə olan borclarının nağd formada yığılıb cəmiyyətin kassasına gündəlik təhvil verilməsi səlahiyyətlərinə malik olmuş, tərəflərin bir birlərinə vurduqları maddi ziyana görə qarşılıqlı maddi məsuliyyətləri olmuşdur. “Şam-Fİ X2” MMC-nin direktoru Nümayəndə 15 dekabr 2020-ci il tarixli 249.1-K nömrəli əmri ilə Təqsirləndirilən şəxs Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən azad olunmuşdur (cild 1, iş vərəqə 10, 58, 68-70, 72). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ van cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi 8,549 qram çəkidə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür (cild 3, iş vərəqə 39-41). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **-VN-*** dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobilə baxış keçirilməsi barədə 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin avtomobilin arxa yük hissəsindən onun satış məqsədi ilə əldə edərək saxladığı və daşıdığı 1 ədəd sellofan torbanın içərisində 9 ədəd ayrı-ayrılıqda bükümlərdə təmiz çəkisi 25,583 qram olan külli miqdarda psixotrop maddə metafetamin və 2 ədəd ayrı-ayrı bükümlərdə təxmini çəkiləri 143 qram və 460 qram olmaqla külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür (cild 3, iş vərəqə 45-46). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdə 11 dəqiqə 22 saniyə müddətində olan video vardır. Həmin videofayl açıldıqdan sonra görünür ki, polis əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə BNMİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetamini təqdim etmiş, həmin psixotrop maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və təxmini çəkisinin 8,9 qram olduğu müəyyən edilmişdir. Daha sonra isə qeyd edilən bükümdə olan psixotrop maddə götürülərək kağız zərfə qoyulub qablaşdırılmışdır (cild 4, iş vərəqə 32). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-VN-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsinə dair cinayət işinə əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə 13 dəqiqə 51 saniyə müddətində olan video vardır. Həmin videofayl açıldıqdan sonra görünür ki, polis əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olan **-VN-*** dövlət nömrə nişanlı “Hundai” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin avtomobilin arxa yük hissəsindəki 1 ədəd sellofan torbanı polis əməkdaşlarına təqdim edir. Həmin sellofan torba açıldıqdan sonra içərisindən 11 ədəd sellofan büküm çıxarılmışdır. Həmin sellofan bükümlərdən 9 ədədinin içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər maddə olması, digər iki sellofan bükümdə isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş, sellofan bükümlərdəki maddələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış vəziyyətdə olan elektron tərəzi ilə çəkilmiş, içərisində ağ rəngli kirstalşəkilli maddə olan 9 ədəd sellofan bükümün ümumi təxmini çəkisinin 26 qram(iyirmi altı qram) olması müəyyən edilmişdir. İçərisində qəhvəyi rəngli kəskin iyli maddə heroinə bənzər kütlə olan bükümlərdən birinin çəkisinin 474 qram (dörd yüz yetmiş dörd qram), digərinin təxmini çəkisinin isə 148 qram (yüz qırx səkkiz qram) olması müəyyən edilmişdir (cild 4, iş vərəqə 33). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə və idarə etdiyi **-VN-*** dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilə baxış keçirilməsinə dair cinayət işinə əlavə edilmiş 2 ədəd CD disk, habelə üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 8,549 qram çəkidə külli miqdarda psixotrop maddə metafetamin, həmçinin idarə etdiyi **-VN-*** dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin arxa yük hissəsindən aşkar edilərək götürülmüş 1 ədəd sellofan torbanın içərisində 9 ədəd ayrı-ayrılıqda bükümlərdə təmiz çəkiləri 21,048 qram, 0,929 qram, 0,490 qram, 0,439 qram, 0,445 qram, 0,455 qram, 0,471 qram, 0,426 qram, 0,880 qram, ümumi təmiz çəkisi 25,583 qram çəkidə, külli miqdarda psixotrop maddə metafetamin və 2 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 143 qram və 460 qram olmaqla, ümumi təmiz çəkisi 603 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Qeyd edilən 2 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş, narkotik vasitə və psixotrop maddələr isə Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanılması yerində saxlanılmışdır(cild 4, iş vərəqə 92-130). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 34-35). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 3, iş vərəqə 95). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələri ilə tövsif etməklə yanaşı onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 3, iş vərəqə 30). Cinayət işinin materiallarında olan Sabunçu rayon məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 mart 2021-ci il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 233-235). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 mart 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 215 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs “Şam-Fİ X2” MMC-nin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərərçəkmiş şəxsin nümayəndəsinə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 8,549 qram çəkidə külli miqdarda psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs idarə etdiyi **-VN-*** dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin arxa yük hissəsindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 25,583 qram çəkidə külli miqdarda psixotrop maddə metafetamin və ümumi təmiz çəkisi 603 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin məhv edilməli; -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə və idarə etdiyi **-VN-*** dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilə baxış keçirilməsinə dair 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 215 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 8,549 qram çəkidə külli miqdarda psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs idarə etdiyi **-VN-*** dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin arxa yük hissəsindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 25,583 qram çəkidə külli miqdarda psixotrop maddə metafetamin və ümumi təmiz çəkisi 603 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin məhv edilsin; -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə və idarə etdiyi **-VN-*** dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilə baxış keçirilməsinə dair 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs “Şam-Fİ X2” MMC-nin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1762/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1762/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver