Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1762/2024 19.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsi, ev 9, mənzil 6-da qeydiyyatda olmaqla, məhkum olunmaqla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəsissəsində cəza çəkən, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2, 193-1.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, o cümlədən cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayaraq vahid niyyətlə xeyli miqdarda pul vəsaitini leqallaşdırmış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərin məzmununa və informasiya resuslarına bilə-bilə yalan məlumatları vahid tamah niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 2021-2022-ci illər ərzində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin tabeliyində olan dövlət qurumlarının təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxsləri, o cümlədən istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dövlət müəssisəsinin vəzifəli şəxslərinə etibar edilmiş dövlət əmlakını mənimsəmək məqsədilə cinayətdən xəbərsiz ayrı-ayrı fiziki şəxslərin adlarına malmaterialın alınması üçün, eləcə də görülən işlərə uyğun olaraq işçi qüvvəsi, maddi bazası olmayan Nizamnamə üzrə qanunvericiliklə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmalarına dair müxtəlif müəssisələr təsis edilməsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyatdan keçirilib vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN) almalarına, habelə artıq təsis edilməklə dövlət qeydiyyatına alınmış eyni tipli müəssisələrin cinayətdən xəbərsiz tanışlarından pul qarşılığında əldə edilməsinə nail olmaqla Şahid6 adına hüquqi ünvanı ünvan 1qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ********** VÖEN-li "xxxx" MMC, ********** VÖEN-li "xxxx" MMC və ********** VÖEN-li "xxxx" MMC, habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 Baş İdarəsində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ********** VÖEN-li "xxxx" MMC, X7 adına hüquqi ünvanı ünvan 2espublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 Baş İdarəsində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ********** VÖEN-li "xxxx" MMC, Şahid5 adına hüquqi ünvanı ünvan 2espublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ********** VÖEN-li "xxxx" MMC və ********** VÖEN-li "xxxx" MMC, Şahid10 adına hüquqi ünvanı ünvan 3ikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 Baş İdarəsində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış ********** VÖEN-li "xxxx" MMC olmaqla ümumilikdə 8 müəssisəni təsis etməklə 2021-ci ilin sentyabr ayından həmin müəssisələrin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirib, əvvəlcədən razılaşdıqları cinayətkar niyyətə uyğun olaraq talama məqsədilə dövlət orqanı tərəfindən ehtimal qiymətini orta bazar qiymətindən artıq qiymətə göstərməklə guya xidmətlərin göstərilməsi, malların alınması və digər işlərin yerinə yetirilməsi barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdikləri bir çox halda Məhdud Məsuliyyətli Cəmiyyətlər dövlət qeydiyyatına alınmasından əvvəlki tarixlərə formal müqavilələr, habelə ödəniş tapşırıqları və digər sənədlər əsasında, rəhbərlik etdiyi müəssisələrin adına "xxxx" və "xxxx" ASC-lərdə açılmasına nail olduğu bank hesablarını özünün rekvizitləri kimi təqdim etməsi ilə sifarişçi qismində çıxış edən dövlət orqanının bank hesabından köçürülmüş müxtəlif məbləğdə pul vəsaitlərini nağdlaşdıraraq əvvəlcədən razılaşdıqları mal-materialların orta bazar qiymətindən artıq göstərilməsi hissəsində əldə edilmiş pul vəsaitini qabaqcadan əlbir olduqları vəzifəli şəxslərlə və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə aralarında bölüb öz şəxsi məqsədlərinə xərcləyərək, həmçinin pul vəsaitinin cinayət yolu ilə əldə olunduğunu bilə-bilə onun həqiqi mənbəyini gizlətmək, o cümlədən əsas hüquq pozuntusunda iştirak etməklə, yəni qabaqcadan əlbir olaraq mənimsəmə cinayəti törətmiş vəzifəli şəxslərin məsuliyyətdən yayınması məqsədilə cinayət yolu ilə əldə olunmuş əmlakdan, yəni pul vəsaitindən istifadə edərək pulun təyinatının guya ayrı-ayrı malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı olması barədə yalan məlumatlar daxil edib özünün faktiki rəhbərlik etdiyi şirkətlərlə maliyyə əməliyyatları həyata keçirməklə o cümlədən, qabaqcadan əlbir olduğu barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik X5 Təcrübi Zavodunun direktoru Şahid1, X12 Məxsusi Konstruktor Bürosunun baş mühasibi X20 və istintaqla şəxsiyyətləri araşdırılan qeyrləri ilə 2021-2022-ci illər ərzində zavoda alınacaq mal-materialın və göstəriləcək xidmətin orta bazar qiyməti 1.002.129,10 (bir milion iki min yüz iyirmi doqquz manat on qəpik) manat olduğu halda cinayətkar niyyətə uyğun olaraq talama məqsədilə həmin mal-materialın və göstəriləcək xidmətin qiymətini 199.988,30 (yüz doxsan doqquz min doqquz yüz səksən səkkiz manat otuz qəpik) manat artıq göstərməklə həmin pul vəsaitini nağdlaşdıraraq öz aralarında bölünməsi hissəsində razılaşıb Bakı şəhəri ərazisində özünün faktiki rəhbərlik etdiyi "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 01/08T nömrəli, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 01-11/21 nömrəli, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 02-11/21 nömrəli, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 03-11/21 nömrəli, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 04-11/21 nömrəli,"xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 05-11/21 nömrəli, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 06-11/21 və "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 01-06/22 nömrəli mal-materialın satılması və xidmətin göstərilməsinə dair məzmununa tamah niyyəti ilə qeyd olunan tarixlərdə Bakı şəhəri ərazisində istintaqa məlum olmayan şəraitdə bilə-bilə yalan məlumatlar daxil edilmiş müqavilələr, o cümlədən razılaşma protokolları, təhvil-təslim aktları, elektron qaimələr və digər sənədlərdə həmin mal-materialın və xidmətlərin orta bazar qiymətindən artıq göstərilməsi, sözügedən sənədlərin dövlət qurumunun rəhbəri və məhdud məsuliyyətli cəmiyyətlərin direktorları tərəfindən imzalanması əsasında VÖEN ********** olan Kosmik X11 AZ39RBTA******************** nömrəli hesabından "xxxx" ASC-nin Sahil filialı vasitəsi ilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ49BRES40060AZ**********001 nömrəli hesabına xx.xx.2021-ci il tarixli, 193 nömrəli ödəniş tapşırığı üzrə 125.870 (yüz iyirmi beş min səkkiz yüz yetmiş) manat, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ05BRES40060AZ**********001 nömrəli hesabına xx.xx.2021-ci il tarixli, 209 nömrəli ödəniş tapşırığı üzrə 195.540 (yüz doxsan beş min beş yüz qırx) manat, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ44NİCB**********0001A40060 nömrəli hesabına xx.xx.2021-ci il tarixli, 208 nömrəli ödəniş tapşırığı üzrə 195.860 (yüz doxsan beş min səkkiz yüz altmış) manat, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ07NİCB**********0001A40060 nömrəli hesabına xx.xx.2021-ci il tarixli, 210 nömrəli ödəniş tapşırığı üzrə 115.082 (yüz on beş min səksən iki) manat və xx.xx.2021-ci il tarixli, 214 nömrəli ödəniş tapşırığı üzrə 70.112 (yetmiş min yüz on iki) manat, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ54BRES40060AZ**********9001 nömrəli hesabına xx.xx.2021-ci il tarixli 215 nömrəli ödəniş tapşırığı üzrə 71.380 (yetmiş bir min üç yüz səksən) manat, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ11BRES******************** nömrəli hesabına xx.xx.2021-ci il tarixli 220 nömrəli ödəniş tapşırığı üzrə 45.040 (qırx beş min qırx) manat, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ84BRES******************** nömrəli hesabına xx.xx.2022-ci il tarixli 14 nömrəli ödəniş tapşırığı üzrə 197.861,40 (yüz doxsan yeddi min səkkiz yüz altmış bir manat qırx qəpik) manat, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ70BRES40060AZ**********001 nömrəli hesabına xx.xx.2022-ci il tarixli 74 nömrəli ödəniş tapşırığı üzrə 185.372 (yüz səksən beş min üç yüz yetmiş iki) manat olmaqla, rəhbərlik etdiyi həmin müəssisələrin bank hesablarına sözügedən Zavod tərəfindən ümumilikdə 1.202.117,40 (bir milion iki yüz iki min yüz on yeddi manat qırx qəpik) manat pul vəsaitinin köçürülməsini təmin edib alınmış malların və xidmətlərin dəyərini 199.988,30 (yüz doxsan doqquz min doqquz yüz səksən səkkiz manat otuz qəpik) manat artıq göstərilmiş və təyinatından yayındırılmış pul vəsaitinin cinayət yolu ilə əldə olunduğunu bilə-bilə, istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sözügedən vəsaitin əldə olunmasını legallaşdırmaq, yəni həqiqi mənbəyini gizlətməklə qanuni görkəm yaratmaq məqsədilə, xarici ticarət əməliyyatları aparmaq istəyən istintaqla araşdırılan şəxslərdən nağd qaydada aldığı pul vəsaitinin bir hissəsini faktiki olaraq özünün rəhbərliyi həyata keçirdiyi müəssisələrə aidiyyəti olmayan istintaqla araşdırılan digər müxtəlif şəxslər vasitəsilə müqavilədə göstərilən işlərin, xidmətlərin görülməsi və malların alınmasını orta bazar qiymətinə icra edilməsinə xərcləməklə, digər, yəni cəmi 199.988,30 (yüz doxsan doqquz min doqquz yüz səksən səkkiz manat otuz qəpik) manat məbləğdə pul vəsaitini barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Milli Aerokosmik X5 Məxsusi Konstruktor Bürosunun baş mühasibi X20 və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik X5 Təcrübi Zavodunun direktoru Şahid1 və qeyriləri ilə Bakı şəhəri ərazisində aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, sonuncular və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid1 etibar edilmiş dövlətə məxsus cəmi 199.988,3 (bir yüz doxsan doqquz min doqquz yüz səksən səkkiz manat otuz qəpik) manat pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, cinayətkar niyyətini davam etdirərək rəhbərlik etdiyi müəssisələrin "xxxx" və "xxxx" ASC-lərdəki bank hesablarında olan, o cümlədən cinayət yolu ilə əldə olunmuş vəsaitlərdən istifadə etməklə mal-materialın satılması və xidmətin göstərilməsinə dair məzmununa tamah niyyəti ilə Bakı şəhəri ərazisində istintaqa məlum olmayan şəraitdə bilə-bilə yalan məlumatlar daxil edilmiş konvertasiya və köçürmə əməliyyatları aparmaqla X16 Zavodundan "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2021-ci il tarixdə daxil olmuş 125.870 (yüz iyirmi beş min səkkiz yüz yetmiş) manat pul vəsaitini konvertasiya edərək həmin dövrün rəsmi məzənnəsi ilə ABŞ dolları ekvivalentində xx.xx.2021-ci il tarixdə mal və xidmətin alınması üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “Lotus Gemıcılık ve X32 Lımıted” şirkətinə, "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2021-ci il tarixdə daxil olmuş 195.540 (yüz doxsan beş min beş yüz qırx) manat pul vəsaitini konvertasiya edərək həmin dövrün rəsmi məzənnəsi ilə ABŞ dolları ekvivalentində xx.xx.2021-ci il tarixdə mal və xidmətin alınması üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “X26 İhracat ve X33” şirkətinə, "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2021-ci il tarixdə daxil olmuş 195.860 (yüz doxsan beş min səkkiz yüz altmış) manat pul vəsaitini konvertasiya edərək həmin dövrün rəsmi məzənnəsi ilə ABŞ dolları ekvivalentində xx.xx.2021-ci il tarixdə mal və xidmətin alınması üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “Lotus Gemıcılık ve X32 Lımıted” şirkətinə, "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2021-ci il tarixdə daxil olmuş 115.082 (yüz on beş min səksən iki) manat və xx.xx.2021-ci il tarixdə daxil olmuş 70.112 (yetmiş min yüz on iki) manat pul vəsaitlərini konvertasiya edərək həmin dövrün rəsmi məzənnəsi ilə ABŞ dolları ekvivalentində xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə mal və xidmətin alınması üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “X26 İhracat ve X33” şirkətinə, “Tachızatcı 2005" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2021-ci il tarixdə daxil olmuş 71.380 (yetmiş bir min üç yüz səksən) manat pul vəsaitini konvertasiya edərək həmin dövrün rəsmi məzənnəsi ilə ABŞ dolları ekvivalentində xx.xx.2021-ci il tarixdə mal və xidmətin alınması üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “Aırstar Lojıstık ve Danısmanlık Lımıted” şirkətinə, "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2021ci il tarixdə daxil olmuş 45.040 (qırx beş min qırx) manat pul vəsaitini konvertasiya edərək həmin dövrün rəsmi məzənnəsi ilə ABŞ dolları ekvivalentində xx.xx.2022-ci il tarixdə mal və xidmətin alınması üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “X27 ve X30 Lımıted” şirkətinə, "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2022-ci il tarixdə daxil olmuş 197.861,40 (yüz doxsan yeddi min səkkiz yüz altmış bir manat qırx qəpik) manat pul vəsaitini konvertasiya edərək həmin dövrün rəsmi məzənnəsi ilə ABŞ dolları ekvivalentində xx.xx.2022-ci il tarixdə mal və xidmətin alınması üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “X26 İhracat ve X33” şirkətinə,"xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2022-ci il tarixdə daxil olmuş 185.372 (yüz səksən beş min üç yüz yetmiş iki) manat pul vəsaitini konvertasiya edərək həmin dövrün rəsmi məzənnəsi ilə ABŞ dolları ekvivalentində xx.xx.2022-ci il tarixdə mal və xidmətin alınması üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “X26 İhracat ve X33” şirkətinə köçürülməklə qeyd olunan dövlət müəssisəsi tərəfindən adları göstərilən özünün rəhbərlik etdiyi fəaliyyətsiz şirkətlərə köçürülmüş ümumilikdə 1.202.117,4 (bir milion iki yüz iki min yüz on yeddi manat qırx qəpik) manat pul vəsaitindən istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsədiyi pul vəsaitinin cinayət yolu ilə əldə olunduğunu bilə-bilə onun həqiqi mənbəyini gizlətmək, o cümlədən əsas hüquq pozuntusunda iştirak etmiş, yəni onunla qabaqcadan əlbir olaraq mənimsəmə cinayəti törətmiş vəzifəli şəxslərin məsuliyyətdən yayınması məqsədilə Bakı şəhəri ərazisində cinayət yolu ilə əldə olunmuş əmlakdan, yəni pul vəsaitindən istifadə etməklə digər əqdlərin həyata keçirilməsi və köçürülməsini həyata keçirməklə xeyli miqdar təşkil edən 199.988,30 (yüz doxsan doqquz min doqquz yüz səksən səkkiz manat otuz qəpik) manat pul vəsaitini vahid niyyətlə leqallaşdırmış, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyətilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Milli Aerokosmik Agentliyin daxilində olan müəsissələrdən birində mühasib kimi çalışan Şahid2la münasibətləri olmuş və 2021-ci ilin sonlarında Şahid2 müraciəti əsasında X16 Zavodu və X1 İnstitutunda alınacaq mal-materialın və göstəriləcək xidmətin orta bazar qiymətini daha artıq göstərməklə əsas məbləğin həmin işlərin görülməsinə istifadə etmək, yaranmış fərqi isə xərcləri nəzərə alınmaqla geri vermək kimi rəsmiləşdirilməsinə dair razılığa gəlmişlər. Həmin dövrdə tanışı və əvvəllər sonuncu ilə birlikdə qanunsuz işlər gördüyü Şahid4 həbs edilmiş, onun adına olan fəaliyyətsiz şirkətlərini sonuncunun oğlu Əmirxan vasitəsilə öz tanışları olan Şahid6 adına rəsmiləşdirmiş və qeydiyyatdan keçirmişdir. Həmin şirkətlər aşağıdakılar olmuşdur: "GREEMVİQ"xxxx" MMC, "xxxx" MMC, "xxxx" və bir neçə digər adlarını xatırlamadığı Məhdud Məsuliyyətli Cəmiyyətlər. Həmçinin Şahid6 adına "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC vǝ "xxxx" MMC-lərini Dövlət Vergi Xidmətində qeydiyyata alınmasını təşkil etmiş, "xxxx" və ya "xxxx"da şirkətlərin hesablarını açdırmışdır. Bu məsələləri həll etdikdən sonra bəzi Cəmiyyətlərin direktorları vəzifəsinə tanışları Şahid8 və Şahid9 adlı şəxsləri təyin etdirmişdir. Bundan sonra Şahid2 vasitəsi ilə Kosmik X11 rəhbəri aralarında olan razılığa əsasən guya zəruri mal-materialın satılması və xidmətin göstərilməsinə dair müqavilələr, razılaşma protokolları, təhvil-təslim aktları, elektron qaimələr və digər sənədlər tərtib edərək həmin mal-materialın və xidmətlərin orta bazar qiymətindən artıq qiymətdə göstərmiş, sözügedən sənədləri həmin dövlət qurumunun rəhbəri və məhdud məsuliyyətli cəmiyyətlərin direktorları tərəfindən imzalanmasını təşkil etmiş, daha sonra Agentlikdən faktiki rəhbərliyi həyata keçirdiyi MMClərə köçürülmüş pul vəsaitlərini nağdlaşdırmaq üçün xarici ticarət əməliyyatları aparmaq istəyən şəxslərdən aldığı pullar hesabına Respublika ərazisində yerləşən bazarlardan və müxtəlif fərdi sahibkarlardan alınaraq nağd qaydada əldə etdiyi mal-materialı Agentliyin müəssisələrinə təqdim etmiş, “şişirtmə” hesabına yaranmış fərqi, yəni pulların bir hissəsini özünə götürüb qalan hissəsini Şahid2 çatdırmış, MMC-lərdə olan pul vəsaitlərini leqallaşdırmaq məqsədilə Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətlərə Agentliyin müəssisələri adından Şahid2 vasitəsilə pul məbləğləri köçürtmüş, Türk şirkətləri Azərbaycanda olan şirkətlərin hesabına pul məbləğlərini qaytarmaqla həmin pul vəsaitlərinin əksər hissəsi Şahid2 vermiş, az bir hissəsi isə ona qalmışdır. Şahid9, Şahid10, Şahid8, Şahid5, Şahid6 və X7 təsisçi və direktorları olduqları şirkətlərin rəhbərliyini 2021-ci ilin sonlarından özü həyata keçirmiş, bütün işlər onun nəzarəti altında yerinə yetirilmişdir. Faktiki rəhbəri olduğu şirkətlərin vasitəsilə Agentliyin tərkibində olan müəssisələrdə heç bir tikinti işləri aparılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onu Milli Aerokosmik X5 Məxsusi Konstruktor Bürosunda baş mühasibi Şahid2 tanımışdır. Belə ki, o və Şahid2 Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə istintaqa cəlb olunmuşlar, lakin dövlətə vurulmuş 300.000 manata yaxın ziyanı o, zavodun işçisi İlham Bəşirovun vasitəsilə ödədiyi üçün cinayət məsuliyyətindən azad olunmuşlar. Belə ki, o, 2021-ci ilin iyun ayından Müdafiə Sənayesi nazirliyinin Milli Aerokosmik X5 Təcrübi Zavodunun direktoru vəzifəsinə təyin olunmuş, həmin ilin sonlarında sözügedən X5 Məxsusi Konstruktor Bürosunda baş mühasibi Şahid2la aralarında aparılan danışıq zamanı müəyyən mal-materialın alınması və xidmətin göstərilməsi ilə bağlı pul vəsaiti ayrılmaqla həmin mal-materialları köçürdükləri vəsaitdən daha ucuz qiymətə əldə etməklə yaranmış qiymət fərqin hesabına gəlir əldə etmək qərarına gəlmişlər. Yəni işlərin yerinə yetirilməsini digər fərdi şəxslər vasitəsi ilə daha ucuz qiymətə həll etmək, bağlanacaq formal xarakterli müqavilələrdə isə həmin işlərin qiymətlərinin artırılması nəticəsində yaranmış pul fərqini özlərinə götürməklə varlanmaq istəmişlər. Direktoru olduğu Kosmik Cihazqayırma zavodu heç bir kosmik cihazı istehsal etməmiş, təsərrüfat xarakterli müəssisə olduğu üçün fərdi sifarişlər əsasında dəmir məmulatlardan müxtəlif əşyalar düzəldib satmışlar. Dövlət büdcəsindən zavoda heç bir vəsait ayrılmamış və dəyəri ödənilməklə hər hansı sifariş verilməmişdir. Zavodun vəsaiti saxta MMC-lərə Şahid2 tərəfindən yönəldilmiş, müəyyən mal-materia alınmaqla yanaşı həmin MMC-lərdən qaytarılan pul məbləğləri Şahid2 tərəfindən ona təqdim olunmuşdur. Təbii ki, həmin mənimsəmə sxemində Qafarın da payı olmuşdur. Ay ərzində Şahid2 ona orta hesabla 30- 50.000 manat arasında Qafar tərəfindən pul verilirdi. MMC-lərin adlarını o bilmir. Belə ki, MMC-lərlə Şahid2 əlaqə saxlayır, onlarla işi o görürdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş Milli Aerokosmik X5 Məxsusi Konstruktor Bürosunun baş mühasibi Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla yaşadığı ünvanda çayxanada tanış olmuşdur. Aralarında ünsiyyət yarandıqdan sonra o, işlədiyi yer haqqında Eldara məlumat vermş, Kosmik Cihazqayırma zavodu üçün mal-material alınması üçün podryatçı axtardığını ona bildirmişdir. Eldar da bildirmişdir ki, səlahiyyətində çoxlu MMC-lər var, həmin MMC-lərə pul köçürdüyü təqdirdə həm mal-material əldə edər, həm də vəsaitin bir hissəsini gəlir kimi ona qaytara bilər. Eldardan bunu necə edəcəyini soruşduqda sonuncu cavab vermişdir ki, mal-materialın bazar qiymətinə uyğun vəsait MMC-nin hesabına köçürülməli, o isə mal-materialı bazar qiymətindən ucuz əldə etməklə həm həmin mal-materialı müəssisəyə göndərəcək, əldə olunmuş pul fərqi isə aralarında gəlir kimi bölünəcəkdir. Bu təklif onu qane etmiş, həmin təklifi zavodun direktoru Şahid1 bildirmiş və sonuncu öz razılığını bildirdikdən sonra saxta müqavilələr əsasında Eldar Şahgəldyevin təqdim etdiyi MMC-lərin hesabına vəsaitlər köçürmüş, Təqsirləndirilən şəxs isə hər bir MMC-yə köçürülmüş vəsaitin 20%-ni nağd şəkildə ona təqdim etmişdir. O da həmin vəsaitdən mütəmadi olaraq müxtəlif məbləğləri Şahid1 təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Eldar Şahgəldiyiev onun atası Şahid4 dostu olmuşdur. Belə ki, atası Şahid4 mülkiyyətində olmuş "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "GREEMVİQ"xxxx" MMC-ləri atası tutulmamışdan əvvəl Şahid6 və X7 adlarına qeydiyyata alınmışdır. Atası tutulduqdan sonra Təqsirləndirilən şəxs ona müraciət edərək atasına məxsus MMC-ləri öz adamlarının adına rəsmiləşdirilməsini xahiş etmişdir. O da atası ilə görüşərək Eldarın xahişini ona çatdırmış və atası öz razılığını vermişdir. Bundan sonra o, Şahid6la görüşmüş, sonuncunun adına qeydiyyata alınmış MMC-ləri Təqsirləndirilən şəxs dediyi şəxslərin adına rəsmiləşdirməsini xahiş etmişdir. Şahid6 da MMC-ləri Təqsirləndirilən şəxs təqdim etdiyi şəxslərin adına sənədləşdirmişdir. Eldar ona hər bir MMC-yə görə 300 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla dostluq münasibətlərində olmuşlar. O, vergi cinayətinə görə məhkum olunmuş və cəza çəkdiyi zaman oğlu Əmirxan ona müraciət edərək bildirmişdir ki, ona məxsus MMC-ləri Təqsirləndirilən şəxs iş görmək üçün istəyir. O da Eldarla dost olduğu üçün buna etiraz etməmiş, qalan məsələləri oğlu ilə Eldar icra etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onun mülkiyyətində ayrı-ayrı MMC-lər olmuş, o, həmin MMCləri xatırlamadığı şəxsə vermiş, MMC-lərin adlarını artıq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Şahid4 tutulmamışdan əvvəl sonuncunun təklifi ilə Şahid4 məxsus MMC-yə direktor təyin olunmuş, hətta bu şəkildə Şahid4 onun adına daha bir neçə şirkət açdırmış, həmin şirkətlərə icraçı direktor kimi onu təyin etdirmişdir. Həmin irkətlərin adlarını xatırlamır. Bu saxta direktorluğa görə Şahid4 ona aylıq olaraq 300-500 manat pul vermişdir. O, icraçı direktor kimi banklara sənəd təqdim etmiş, onun direktoru olduğu MMC-lərin hesabına pulları banklardan qəbul edib, elə bankın binasında Şahid4 təqdim nun mülkiyyətində ayrı-ayrı MMC-lər olmuş, o, həmin MMC-ləri xatırlamadığı şəxsə vermiş, MMC-lərin adlarını artıq xatırlamır. 2021-ci ilin sonlarında İldırım Cabarov tutulduqdan sonra Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, onun bir neçə şirkətinə direktorluq etsin. O da Eldarla razılaşmış və Eldar eyni qayda ilə MMC-ləri onun adına etibarnamə ilə rəsmiləşdirdikdən sonra bank əməliyyatlarını onun adından icra etmişdir. Aylıq olaraq Eldar ona Şahid4 kimi 300-500 manat pul vermişdir. Faktiki o, Eldarın tapşırığı ilə direktor olduğu şirkətlərin hesablarına daxil olan vəsaitləri bankdan çıxarıb Eldara təqdim edirdi. Lakin həmin vəsaitlərin məzmununu və xarakterini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, lakin adını eşitmişdir. Belə ki, o, hal-hazırda cəza çəkən Şahid4 tanışı Şahid6la tanış etmiş, İldırım tutulmamışdan əvvəl özünə məxsus bir neçə MMC-ni Şahid6 adına rəsmiləşdirmişdir. İldırım tutulduqdan sonra həmin MMC-lərin dostu Təqsirləndirilən şəxs adına Şahid6 rəsmiləşdirilməsini xahiş etmişdir. Bu iş üzrə bildiyi budur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, "xxxx", "xxxx", "xxxx" və "xxxx" MMC-lərdə təsisçi və direktoru olmuş, təxminən 2021-ci ilin sonlarında tanışı Şahid7 ona yaxınlaşaraq Şahid4 olmasını bildiyi şəxsin həmin şirkətləri əldə etmək istədiyi demiş, Feyzulla ilə birlikdə Şahid4 yanına getmişlər, danışıq zamanı sonuncu hansısa iri şirkət açacağını, Şahid7 kimi onu da işə götürəcəyini bildirmiş, bu zaman hansı işlə məşğul olacağını soruşduqda, Şahid4 adını hansısa iş yerinə qeydiyyata alacağını və aylıq olaraq 300-500 manat pul verəcəyini demişdir. Elə həmin gün hər üçü Bakı şəhəri, Nərimanov rayonu ərazisinə gedib hansısa telefon satışı dükanından şəxsiyyət vəsiqəsi əsasında adına "xxxx" MMC-yə məxsus hazırda xatırlamadığı mobil nömrə almışlar, nömrəni Şahid4 təqdim etmiş və xatırladığına görə sonuncu ona 100 manat pul vermişdir. Növbəti günlərdə Şahid4 oğlu Şahid3 onunla əlaqə saxlamış, “Asan” xidmət mərkəzinə getməli olduqlarını dediyindən Şahid3 “Hyundai” markalı avtomobili ilə bir yerdə həmin Mərkəzə getmişlər. Orada məzmunu ilə tanış olmadığı sənədləşməni həyata keçirmişlər, konkret olaraq nə olduğunu bilməmiş, lakin bütün sənədləri Şahid3 götürmüşdür. Bu qaydada Əmirxanla bir neçə dəfə görüşmüş, tapşırığı üzrə çayxanada və ya banklarda müəyyən sənədləşməyə imza etmiş və qarşılığında 100-150 manat pul almışdır. Heç vaxt bankdan pul vəsaiti qəbul etməmiş, sadəcə məzmunundan xəbəri olmayan sənədlərə imza etmişdir. Təxminən 2023-cü ilin əvvəllərində Dövlət Vergi Xidmətindən və Nərimanov rayon İcra və Probasiya şöbəsindən məktub gəldikdən sonra adına "xxxx", "xxxx", "xxxx" və "xxxx" adlı Məhdud Məsuliyyətli Cəmiyyətlərin açılmasını, vergi ödəyicisi kimi qeydiyyata alınmasını və adından qanunsuz pul köçürmələri, yəni maliyyə əməliyyatlarının aparılmasını öyrənmişdir. 2021-ci ilin sonlarında Şahid4 Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq olunan cinayət işi üzrə cəza çəkdiyini eşitmiş, İldırımın oğlu Şahid3 atası tutulduğu üçün bu məsələlərə Təqsirləndirilən şəxs rəhbərlik edəcəyini demişdir. Bundan sonra o, Eldarla işləmiş, sonuncu ona qol çəkdirdiyi sənədlərə görə ara-sıra az məbləğlərdə pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, təxminən 2021-ci ilin ortalarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən çayxanaların birində Təqsirləndirilən şəxs ilə ümumi tanışları vasitəsilə tanış olmuş, sonuncu ona özünün çoxsaylı şirkətlərin rəhbəri olduğu və yaxşı gəlirinin olmasını demişdir. O, ona işsiz olduğunu dedikdə Eldar ona bildirmişdir ki, istədiyi halda adına iri şirkət açacağını və ya etibarnamə əsasında təqdim edəcəyini, qarşılığında aylıq olaraq 500-600 manat pul verəcəyini, zəruri olduğu halda müvafiq sənədləşmələrə imza edəcəyini, özünün şirkətə rəhbərliyi həyata keçirəcəyini demişdir. O da Eldarla razılaşmışdır. Bir neçə gün sonra Təqsirləndirilən şəxslə Bakı şəhəri Nərimanov rayonu ərazisində görüşmüşərək birlikdə hansısa telefon satışı dükanına gedib şəxsiyyət vəsiqəsi əsasında adına "xxxx" MMC-yə məxsus hazırda xatırlamadığı mobil nömrə almışlar, həmin nömrəni Eldara vermiş, daha sonra “Asan” xidmət mərkəzlərinin birində məzmunu ilə tanış olmadığı sənədləşməni həyata keçirmişlər, bütün sənədləri Təqsirləndirilən şəxs götürmüş, daha sonra sonuncu bir neçə şirkəti onun adına rəsmiləşdirmişdir. Eldarın tapşırığı ilə çayxana və ya banklarda məzmunundan xəbəri olmadığı müəyyən sənədlərə imza etməklə qarşılığında aylıq olaraq pul almışdır. Bu vəziyyət Təqsirləndirilən şəxs tutulduğu vaxta qədər davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 2022-ci ilin yay aylarında Abşeron rayonu, Məhəmmədi qəsəbəsində məhlə uşağı olan Mahmud Bəkirov onun işsiz olduğunu bildiyini, ona iş təklif edəcəyini demişdir. Mahmud ona ilk olaraq 50 manat vermiş, bundan sonra bir yerdə telefon dükanına gedərək öz adına aldığı telefon nömrəsini Mahmuda vermiş, bundan bir neçə gün sonra Mahmudla birlikdə «Asan-5» xidməti mərkəzinə gedərək orada ilk dəfə Təqsirləndirilən şəxs və onun yanında daha iki nəfər şəxsi görmüşdür. Orada onun adına şirkətlərin rəsmiləşdirilməsi aparılmış, o, məzmununu bilmədiyi sənədlərə qol çəkmiş və oradan ayrılmışdır. Təxminən bir ay sonra Mahmudla yenə həmin «Asan-5» xidməti mərkəzinə getmiş, yenə də məzmununu bilmədiyi sənədlərə qol çəkmişdir. Bundan bir neçə ay sonra onu BMCMİ-yə çağırıb ifadəsini almışlar. Orada bilmişdir ki, Eldargil onun adına bir neçə şirkət açaraq həmin şirkətlərin adından maliyyə əməliyyatlarını aparmışlar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli, MMX-X/0- 3/5/021/2023 nömrəli Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin məktubu və əlavə edilmiş arayışdan (çıxarışlar) müəyyən olunur ki, "xxxx" və "xxxx" ASC-ləri tərəfindən təqdim olunan şübhəli əməliyyatlara dair məlumatlar əsasında aparılmış araşdırma nəticəsində Şahid5, Şahid10, Şahid6 və X7 adlara təsis olunan hüquqi şəxslərə aid hesablara 2021-2022-ci illər ərzində dövlət müəssisələri və digər vergi ödəyicilərindən pul vəsaitlərinin daxil olduğu, bundan dərhal sonra əsasən Türkiyədə yerləşən şirkətlərə köçürüldüyü, müqabilində isə ölkəyə malların idxal edilmədiyi aşkarlanmışdır. Şahid6 adına hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Türkmən küçəsi ev 8 mənzil 1 olmaqla xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ********** VÖEN-li "xxxx" MMC (195.860 manat – xx.xx.2021-ci il tarixdə), ********** VÖEN-li "xxxx" MMC (185.194 manat – xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə), ********** VÖEN-li "xxxx" MMC (125.870 manat – xx.xx.2021-ci il tarixdə) və ********** VÖEN-li "xxxx" MMC (45.040 manat – xx.xx.2021-ci il tarixdə), X7 adına hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu Gen. S.Mehmandarov küçəsi ev 16 mənzil 108 olmaqla xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ********** VÖEN-li "xxxx" MMC (197.861 manat – xx.xx.2022-ci il tarixdə), Şahid5 adına hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu Gen. S.Mehmandarov küçəsi ev 16 mənzil 108 olmaqla xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ********** VÖEN-li "xxxx" MMC (195.540 manat – xx.xx.2021-ci il tarixdə) və ********** VÖEN-li "xxxx" MMC (71.380 manat – xx.xx.2021-ci il tarixdə), Şahid10 adına hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ev 17 mənzil 12 olmaqla xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış ********** VÖEN-li "xxxx" MMC (185.372 manat – xx.xx.2022-ci il tarixdə) olmaqla ümumilikdə 8 Cəmiyyətə “X16 Zavodu” İB-dən köçürülmə aparılmış, bu əməliyyatlardan qısa müddət sonrakı tarixlərdə isə sözügedən Cəmiyyətlərdən qeyd edilən vəsaitlərin həmin dövrün rəsmi məzənnəsi ilə ABŞ dolları ekvivalentilə Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətlərə köçürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş malmaterialın alınması və xidmətin göstərilməsi barədə müqavilələrdən müəyyən olunur ki, Milli Aerokosmik X5 Təcrübi zavodu ilə Şahid9 direktor olduğu "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 01/08T nömrəli, Şahid6 direktor olduğu "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 01-11/21 nömrəli, Şahid9 direktor olduğu "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 02-11/21 nömrəli, Şahid6 direktor olduğu "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 03-11/21 nömrəli, Şahid6 direktor olduğu "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 04-11/21 nömrəli, Şahid6 direktor olduğu "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 05-11/21 nömrəli, "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 06- 11/21 və Şahid8 direktor olduğu "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 01-06/22 nömrəli ikitərəfli müqavilələr bağlanmışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş qiymətlərin razılaşdırılması protokollarından, elektron qaimələrdən, təhvil-təslim aktlarından və ödəniş tapşırıqlarından müəyyən olunur ki, bağlanmış müqavilələrə əsasən mal-materialın satılması və xidmətin göstərilməsi üçün VÖEN ********** olan Kosmik X11 AZ39RBTA******************** nömrəli hesabından "xxxx" ASC-nin Sahil filialı vasitəsi ilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ49BRES40060AZ**********001 nömrəli hesabına xx.xx.2021-ci il tarixli, 193 nömrəli ödəniş tapşırığı üzrə 125.870 (yüz iyirmi beş min səkkiz yüz yetmiş) manat, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ05BRES40060AZ**********001 nömrəli hesabına xx.xx.2021-ci il tarixli, 209 nömrəli ödəniş tapşırığı üzrə 195.540 (yüz doxsan beş min beş yüz qırx) manat, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ44NİCB**********0001A40060 nömrəli hesabına xx.xx.2021-ci il tarixli, 208 nömrəli ödəniş tapşırığı üzrə 195.860 (yüz doxsan beş min səkkiz yüz altmış) manat, "xxxx" MMCnin "xxxx" ASC-də olan AZ07NİCB**********0001A40060 nömrəli hesabına xx.xx.2021-ci il tarixli, 210 nömrəli ödəniş tapşırığı üzrə 115.082 (yüz on beş min səksən iki) manat və xx.xx.2021-ci il tarixli, 214 nömrəli ödəniş tapşırığı üzrə 70.112 (yetmiş min yüz on iki) manat, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ54BRES40060AZ**********9001 nömrəli hesabına xx.xx.2021-ci il tarixli 215 nömrəli ödəniş tapşırığı üzrə 71.380 (yetmiş bir min üç yüz səksən) manat, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ11BRES******************** nömrəli hesabına xx.xx.2021-ci il tarixli 220 nömrəli ödəniş tapşırığı üzrə 45.040 (qırx beş min qırx) manat, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ84BRES******************** nömrəli hesabına xx.xx.2022-ci il tarixli 14 nömrəli ödəniş tapşırığı üzrə 197.861,40 (yüz doxsan yeddi min səkkiz yüz altmış bir manat qırx qəpik) manat, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ70BRES40060AZ**********001 nömrəli hesabına xx.xx.2022-ci il tarixli 74 nömrəli ödəniş tapşırığı üzrə 185.372 (yüz səksən beş min üç yüz yetmiş iki) manat məbləğlərində pul vəsaiti köçürülmüş, habelə həmin mal-materialın anbara mədaxil edilməsi və xidmətlərin göstərilməsi rəsmiləşdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş elektron və anbar təhvili qaimələrindən müəyyən olunur ki, Milli Aerokosmik X5 Təcrübi Zavodu dövlət büdcəsindən maliyyələşən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Təhsil Nazirliyi ilə aralarında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr əsasında çoxsaylı mal-material və görülmüş işlər həmin Nazirliklərə təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli, **********618900 nömrəli və xx.xx.2023-cü il tarixli, **********759100 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavininin məktubu və əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şahid6 adına hüquqi ünvanı ünvan 1qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ********** VÖEN-li "xxxx" MMC, ********** VÖEN-li "xxxx" MMC və ********** VÖENli "xxxx" MMC, habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 Baş İdarəsində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ********** VÖEN-li "xxxx" MMC, X7 adına hüquqi ünvanı ünvan 2espublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 Baş İdarəsində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ********** VÖEN-li "xxxx" MMC, Şahid5 adına hüquqi ünvanı ünvan 2espublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış ********** VÖEN-li "xxxx" MMC və ********** VÖEN-li "xxxx" MMC, Şahid10 adına hüquqi ünvanı ünvan 3ikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 Baş İdarəsində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış ********** VÖEN-li "xxxx" MMC və digər adda Məhdud Məsuliyyətli Cəmiyyətlər mövcud olmaqla "xxxx", "xxxx" və digər ASC-lərdə hesabları vardır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş sənədlərdən müəyyən olunur ki, “X26 İhracat ve X33” şirkəti xx.xx.2021-ci il tarixdə təsis edilməklə səlahiyyətli nümayəndəsi Regaip Fidan olmuş, lakin “Aırstar Lojıstık ve Danısmanlık Lımıted” şirkətinin fəaliyyəti müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli, 3-33/2-005844/2023 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarə rəisinin məktubundan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətə sorğuda qeyd edilən Məhdud Məsuliyyətli Cəmiyyətlərin xarici ticarət fəaliyyətləri haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasına hər hansı məlumat yoxdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin Mütəxəssis təhlilləri şöbəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, 2021-2022-ci illər ərzində Milli Aerokosmik X5 Təcrübi zavodu tərəfindən hüquqi şəxslərə köçürülmüş cəmi 1.202.117,40 manat pul vəsaiti hesabına təhvil verilməsi rəsmiləşdirilən mal-material qiymətliləri üzrə 199.988,30 manat məbləğində pul vəsaitinin təyinatından yayındırıldığı müəyyən edilir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və pul vəsaitlərinin köçürülməsi haqqında” 30 noyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, ********* nömrəli işin ibtidai istintaqı zamanı ödənilmiş və cinayət təqibi başa çatanadək saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına təhvil verilmiş milli valyutadan ibarət olan Müdafiə Sənayəsi Nazirliyinin Milli Aerokosmik Agentliyinin tabeliyində olan Kosmik X11 əməkdaşı X24 tərəfindən iş üzrə vurulmuş 200.000 (iki yüz min) manat məbləğindəki maddi ziyan və cinayət məsuliyyətindən azad edilməsi üçün həmin ziyanın 50 faizi olan 100.000 (yüz min) manat olmaqla ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində və Müdafiə Sənayəsi Nazirliyinin Milli Aerokosmik Agentliyinin tabeliyində olan X1 İnistitunun əməkdaşı X14 tərəfindən iş üzrə vurulmuş 42.625 (qırx iki min altı yüz iyirmi beş) manat məbləğindəki maddi ziyan və cinayət məsuliyyətindən azad edilməsi üçün həmin ziyanın 25 faizi olan 10.656 (on min altı yüz əlli altı) manat olmaqla ümumilikdə 53.281 (əlli üç min iki yüz səksən bir) manat məbləğində pul vəsaitlərinin dövlət büdcəsinə yeni Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarından müəyyən olunur ki, Kosmik X11 əməkdaşı X24 tərəfindən iş üzrə vurulmuş 200.000 (iki yüz min) manat məbləğindəki maddi ziyan və cinayət məsuliyyətindən azad edilməsi üçün həmin ziyanın 50 faizi olan 100.000 (yüz min) manat olmaqla ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik X5 Təcrübi Zavodu və X1 İnistitutunun vəzifəli şəxsləri tərəfindən dövlətə vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, barışıq əldə olunmuş, həmin şəxslərə qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerpkosmik Agentliyinin tabeliyində olan X16 Zavodu və X2 İnistitutunun vəzifəli şəxsləri Şahid1, Şahid2 və X8 törətmiş olduqları cinayət əməlləri nəticəsində vurulmuş ziyan və cinayət məsuliyyətindən azad olunmaları üçün müvafiq olaraq ziyanın 50 və 25 faizi miqdarında pul vəsaitinin dövlət büdcəsinə tam həcmdə ödənilməsi və zərərçəkmiş şəxslə barışmaları nəzərə alınaraq, barələrində aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü və Cinayət Prosessual Məcəlləsinin 40.2 və 40.3-cü maddələrinə əsasən hissəvi xitam verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli, 5483 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin baş direktorunun məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin Xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli 9/2883-9/3069 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizası rəyindən müəyyən olunur ki, 2021-2022-ci illər ərzində Milli Aerokosmik X5 Təcrübi zavodu tərəfindən hüquqi şəxslərə köçürülmüş cəmi 1.202.117,40 manat pul vəsaiti hesabına təhvil verilməsi rəsmiləşdirilən mal-material qiymətliləri üzrə 199.988,30 manat məbləğində pul vəsaitinin təyinatından yayındırıldığı müəyyən edilir. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət təqibinin açılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 193- 1.3.2-ci maddəsindən həmin məcəllənin 179.3.2, 193-1.3.2 və 313-cü maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs barəsində həmin maddələr ilə cinayət təqibi açılmış, təqsirləndirilən şəxs qismində cəlb edilərək CM-nin 179.3.2, 193-1.3.2 və 313-cü maddələri ilə ona ittiham elan olunmuş, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı X23 cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olmaqla istintaqla şəxsiyyətləri araşdırlan qeyri şəxslərin külli miqdarda mənimsəmə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma və vəzifə saxtakarlığı, cinayət əməlləri törətmələri faktı üzrə Azərbaycan Respublikası CM-inn 179.3.2, 193-1.3.2 və 313-cü maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılması haqqında qərar qəbul edilmiş, 2021-2022-ci illər ərzində Milli Aerokosmik X5 Təcrübi Zavodu tərəfindən hüquqi şəxslərə köçürülmüş məbləği 1.202.117.4 (bir milyon iki yüz iki min yüz on yeddi manat qırx qəpik) manat təşkil etməsi istintaqın gedişi zamanı nəzərə alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73- 1.3-cü və CPM-nin 40.2-ci maddəsinə əsasən xitam verilməs üçün əsasların olması, lakin CPM-nin 41.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərarın çıxarıla bilməməsi haqqında məlumat verilmiş, o isə özünü təqsirli bilmədiyindən cinayət təqibinə bəraətvericivi əsaslar olmadan xitam verilməsinə razı olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olmaqla istintaqla şəxsiyyətləri araşdırlan qeyri şəxslərin külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma və vəzifə saxtakarlığı cinayət əməlləri törətmələri fakt üzrə Azərbaycan Respublikası CM-nin 179.3.2, 193-1-3.2 və 313-cü maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmış və həmin cinayət işinə ********* nömrəsi verilməklə icraata qəbul edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəsissəsi tərəfindən təqdim edilən xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs mənfi cəhətdən xarakterizə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat, Statistika və İnformasiya İdarəsindən tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 03 il müddətə dövlət, yerli özünü idarəetmə orqanları və özəl sahədə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə Azərbaycan Respublikası CMin 193.3.1 və 213.3-cü maddələri ilə təqsirli bilinməklə 6 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə təyin olunacaq əsasvə əlavə cəzalar ilə Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmlə təyin edilmiş əsas və əlavə cəzalar cinayətlərin məcmusuna əsasən əsas cəzalar qismən birləşdirilməklə, əlavə cəza isə Bakı şəhər Nərimanov rayon məhkəməsinin hökmülə təyin edilmiş cəza ilə əhatə olunmaqla qəti cəza təyin edilməlidir. Belə ki, CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli X23 çəkməklə, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixə 04 il 01 ay 28 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 179.3.2, 193-1.3.2 və 313-cü maddələri ilə düzgün olaraq tövsif etmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2, 193- 1.3.2-ci maddələr ilə cəza təyin edilməli, dövlət ittihamçısı Azərbaycan Respublikası CMnin 313-cü maddəsi ilə talama cinayəti törətdiyi son epizod üzrə iki il keçdiyi üçün Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməməsini təklif etdiyi üçün məhkəmə CM-nin 313-cü maddəsilə şəxsin cinayət məsuliyyətinə cəlb olunma müddəti keçdiyi üçün onu bu maddə ilə təqsirli bilməklə ona cəza təyin etməməlidir. Azərbaycan Respublikası CM-nin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Cinayət işinin materiallarında icraatın dayandırılması haqqında qərarlardan müəyyən olunur ki, cinayət təqibi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə, yəni Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Belə olan halda dayandırılma ilə bağlı qərarlar müddətin axımına təsir göstərmir. Belə ki, CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə törətdiyi əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu səbəbə görə dövlət ittihamçısı Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə elan edilmiş ittihama görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun CMnin 313-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsi, lakin ona cəza təyin edilməməsini haqlı olaraq məhkəməyə təklif etmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində (cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə) nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talaması, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətməsi, o cümlədən cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayaraq vahid niyyətlə xeyli miqdarda pul vəsaitini leqallaşdırması, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərin məzmununa və informasiya resuslarına bilə-bilə yalan məlumatları vahid tamah niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətməsi özünün və şahidlərin ifadələri, üzləşdirmə protokolu ilə, keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X15 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutlmuş əməli törətməsi ilə bağlı dəymiş ziyan təmamilə ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs qeyd edilən CM-nin 60-cı maddəsinə əsasən həmin məcəllənin 179.3.2-ci maddəsinə münasibətdə təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini qanunsuz yolla əldə olunmuş pul vəsaitlərini leqallaşdırma və nağdlaşdırması, yalançı sahibkarlıq və saxta sənədlərin hazırlanması ilə məşğul olduğundan, vergi borclarını ödəməkdən yayınması cinayətlərini törətməsini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi tətbiq edilən zaman həmin məcəllənin 46.2-ci maddəsinə müvafiq olaraq dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası əlavə cəza kimi, CM-nin 193-1.3.2-ci maddəsinə əsasən isə həmin maddənin sanksiyasında dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası isə müəyyən edildiyindən CM-nin 46.2-ci maddəsi nəzərə alınmadan müəyyən edilməlidir. Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən müəyyən olunur ki, əvvəllər qəsdən törətdiyi cinayətə görə Şirvan şəhər məhkəməsinin 11 noyabr 2014-cü il tarixli 1(032)-84/2014 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən cinayət törədiyinə görə Bakı şəhər Nərimanov rayon məhkəməsinin 1(005)-312/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə əməlində cinayətlərin residivi müəyyən edilmiş və cəzasını ciddi rejimli cəza çəkmə müəsssəsində çəkməsi qət edilmişdir. Belə olan təqdirdə Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə cəzasını ciddi rejim X23 çəkməli və cəzasının əvvəli Bakı şəhər Nərimanov rayon məhkəməsinin nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əasən həbsetmənin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərcləri olan 150 (yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 5 syalı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 320 AZN (üç yüz iyirmi) manat pul Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Cinayət işi üzrə ödəniş tapşırıqları və ödəniş qəbzləri cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2, 193-1.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CMnin 179.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 193-1.3.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-ci maddəsi ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə dövlət, yerli özünüidarə orqanlarında və özəl sahədə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.4, 66.5-ci maddələrinə əsasən əlavə cəzanı əhatə etmə, əsas cəzaları qismən toplamaqla qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 sentyabr 2022-ciil tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci 150 (yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 320 AZN (üç yüz iyirmi) manat pul Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1762/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1762/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver