Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1763/2025 13.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Qasımzadə Banu Pənah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu Ərəbşalbaş kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Muşfiqabad qəsəbəsi, Yeni Yaşayış massivi, ev 22 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 20 mart 2025-ci il tarixdə saat 16:09-da Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkilləri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Yeni Müşfıqabad qəsəbəsi, “Lələtəpə” adlanan yerdə saxlanılıb, həmin tarixdə saat 16:09-da video çəkiliş vasitəsilə üstünün yoxlanılması zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən siqaretin şəffaf sellofanına bükülmüş bükümün içərisində təmiz çəkisi 6,313 qram olan ağ rəngli kristallşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2025-ci ilin mart ayının ortalarında idarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, şəxsi Lələtəpədə saxlamışlar. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni özü şəxsən təqdim etmiş, sonradan polis bölməsində təhqiqatçının otağında bir daha videoçəkiliş aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid əməliyyat məlumatının ona daxil olduğunu, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatının onun narkotik vasitələrin istifadəsi ilə bağlı olduğunu, onu axşamüstü saxladıqlarını, havanın işıqlı olduğunu, saatın təxminən 16:00-18:00 arası olduğunu, təqsirləndirilən şəxsə qarşı heç bir təsir və ya təzyiq göstərmədiklərini, qeyd olunan “TikTok” videosu ilə bağlı məlumatının olmadığını, Qəlbinurdan üzərində hər hansı qanunla qadağan olunmuş predmet olub-olmamasını soruşduqda onun narkotik vasitəni çıxarıb verdiyindən ondan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan şübhələnərək onu tutduqlarını bildirmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mart ayında Qəlbinurun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olmuş, Fərid, Rafael adlı əməkdaşlardan və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Videoçəkilişlə şəxsin üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim etmişdir. Onlar bükümü zərfə qoyaraq şəxsi polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid məlumatın kimə daxil olmasını dəqiq xatırlamadığını, şəxsi saxladıqları zaman saatın 16:00 olduğunu, şəxsi Lələtəpədə saxladıqlarını, Qəlbinurun xarici görünüşünün əlamətləri barədə onlarda məlumat olduğunu, Qəlbinurun həmin gün nə geyindiyi xatırlamadığını, Təqsirləndirilən şəxs saxladıqları yer ilə polis bölməsi arasında 40 dəqiqəlik məsafə olduğunu bildirmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş və məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Şəxsin Lələtəpə ərazisində olmasını müəyyən etmişlər və oraya getmişlər. Həmin günün təfərrüfatlarını xatırlamasa da, iş materiallarında olan videogörüntülərdə hər şey olduğu kimi görünür.
6. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid şəxsin üzərindən narkotik vasitə aşkar etdikdən sonra onu polis bölməsinə apardıqlarını, şəxsin narkotik vasitəni haradan əldə etməsini deyib-deməməsini, şəxsi konkret olaraq saat neçədə saxladıqlarını xatırlamadığını, şəxsi saxladıqda gündüz vaxtı olduğunu, əməliyyat qrupunda 3 nəfər olduqlarını, şəxsi saxladıqları yerdən polis bölməsinə qədər olan məsafənin konkret olaraq nə qədər olmasını xatırlamadığını, şəxsi avtomobillə polis bölməsinə gətirdiklərini, avtomobilin şəxsi və ya xidməti avtomobil olub-olmamasını xatırlamadığını, şəxs barəsində daxil olmuş əməliyyat məlumatının onun həm də narkotik vasitələrin satışı ilə məşğul olmasına dair olduğunu, şəxsin narkotik vasitəni haradan və kimdən əldə etməsinə dair məlumat verib-verməməsini xatırlamadığını bildirmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2025-ci ilin martın 20-si Qəlbinur atası ilə işə getmişdi. Saat 12-yə işləmiş Qəlbinur zəng edərək çay hazırlamağı xahiş etmiş və saat 13:30-da atası ilə nahar üçün gələcəyini bildirmişdir. Qəlbinur çayı götürdükdən 10 dəqiqə sonra həyat yoldaşı ona zəng edərək Qəlbinurun harada olduğunu soruşmuş, o isə Qəlbinurun yəqin yaxın bir neçə dəqiqədə ora çatacağını bildirmişdir. Bir müddət keçdikdən sonra Qəlbinura zəng etdikdə Qəlbinura zəng çatmamışdır. Onlar narahat olmağa başlamışlar və məhəllə-məhəllə Qəlbinuru axtarmağa başlamışlar. Qonşu uşaqları Qəlbinurun tutulduğunu və polis əməkdaşlarının Qəlbinurun əlinə sarı bir şey verdiklərini bildirmişlər. Uşaqların təsvir etdikləri yerə getdikdə Qəlbinurun dörd nəfər tərəfindən maşına mindirildiyini görmüşdür. Həmin vaxt saat 15:00-16:00 radələri olardı. Qəlbinuru maşına qoyub aparmışlar.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs döyərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair etirafedici ifadə verməyə məcbur etmişlər. O, oğlunun polislər tərəfindən tutulub aparılmasına şəxsən şahid olmamış, həyat yoldaşı ona bu barədə danışmışdır.
9. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 20 mart 2025-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən siqaretin şəffaf sellofanına bükülmüş bükümü çıxardaraq təqdim edərək üzərində başqa əşyasının olmadığını, siqaretin şəffaf sellofanına bükülmüş maddənin patı kimi bildiyi narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Qobu qəsəbəsində üzdən tanıdığı İlqar adlı şəxsdən 200 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, bundan sonra siqaretin şəffaf sellofanına bükülmüş büküm açılmış, bükümdə ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Psixotrop maddə metamfetaminə oxşar kütlə tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlənin 6,59 qram çəkidə olduğu müəyyən edilmişdir (cild 01; i.v.11-12).
10. “Baxış və götürmə aparılması haqqında” 20 mart 2025-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı Məhərrəm İsmayılov məlumat verərək xx.xx.2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı narkotik vasitələnin qanunsuz dövriyyəsində şübhəli oldğu üçün Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Yeni Müşfıqabad qəsəbəsi, “Lələtəpə” adlanar yerdə saxlanıldığını, saxlanıldığı yerdə üstünü yoxlanılması zamanı üzərindən 01 ədəd siqaretin şəffaf sellofanına bükülmüş bükümdə psioxtrop maddə metamfetaminə oxşar kütlənin aşkar edilməsini bildirmiş, bundan sonra siqaretin şəffaf sellofanına bükülmüş büküm açılmış, bükümdə ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində narkotik vasitə, psixotrop maddə və ya iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2025-ci il tarixdə, gecə saatlarında Abşeron rayonu, Qobu qəsəbəsində üzdən tanıdığı İlqar adlı şəxsdən 200 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir (cild 01; i.v.33-34).
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 21 mart 2025-ci il tarixli, 6/1170 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün №222” möhür əksi və “L(imza) Təqsirləndirilən şəxs...” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 6,313 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixtrop maddə - metamfetamindir (cild 01; i.v.39- 42).
12. “Baxış keçirilməsi haqqında” 09 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin nömrədən göndərilmiş iş üçün əhəmiyyət kəsb edən SMS və ya telefon zənginə rast gəlinməmişdir (cild 01; i.v.107-108).
13. Məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2025-ci il tarixli, 3868 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01; i.v.153- 154).
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilmiş 23 iyun 2025-ci il tarixli, 2000 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs Mahır oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarda təsvir olunan cinayət əməlini törədən zaman onda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyindən və ona qarşı hər hansı əməlin törədildiyi təsvir olunmadığından sualda göstərildiyi kimi ona qarşı törədilənləri düzgün qavrayıb təsvir etmək imkanının olub-olmamasını cavablandırmaq mümkün deyil. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda psixi (ruhi) xəstə olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hal-hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır (cild 01; i.v.156-158).
15. “Sübutların qiymətləndirilməsi haqqında” 13 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 6,313 qram psixotrop maddə metamfetamin və 03 ədəd disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,213 qram psixotrop maddə metamfetaminin saxlanması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilməsi, 03 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 01; i.v.194-208).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
16. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 20 mart 2025-ci il tarixdə işə gedirmiş. O, fəhləliklə məşğul olur. Hadisə günü işdən zəng edərək ailə üzvlərindən çay hazırlamalarını xahiş etmişdir. Evə gedərək termosla çay götürmüşdür. Saat 12-yə qalmış termosu götürərərək evdən çıxmış və getdiyi istiqamətdə bir neçə mülki geyimdə şəxsin olduğunu görmüşdür. Həmin şəxslər ondan adını soruşduqda o, adını demişdir. Bundan sonra həmin şəxslər onu maşına salaraq üzərini yoxlamağa başlamışlar. Maşında olan zaman həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmişdir. Baxış zamanı üzərindən hər hansı qanunla qadağan olunmuş predmet çıxmamışdır. Onu bölməyə aparan zaman polis əməkdaşlarından onu hansı səbəbdən polis bölməsinə apardıqlarını soruşduqda onlar bir gün öncə bıçaqlanma hadisəsi baş verdiyini, həmin hadisəni əks etdirən videoda onun da göründüyünü bildirmişlər. O, polis əməkdaşlarına bir gün öncə belə bir hadisəyə şahid olmadığını, əksinə, ümumiliyyətlə, həmin gün evdən çıxmadığını bildirdikdə onu sadəcə olaraq izahat almaq üçün apardıqlarını bildirmişlər. Həmin vaxt Rafael İmamverdiyev onu təhqir etmişdir. Ondan hansı səbəbdən təhqir etdiyini soruşduqda “səni içəri keçdikdə başa salacıyıq” demişdir. Polis bölməsinə çatdıqda onu xidməti otaqların birinə aparmışlar. Polis şöbəsinin rəisi də orada olmuşdur. Rafael və Şahid1 də orada idilər. Fəridgil ona rəisin qarşısında diz çökməsini bildirmişlər. O isə bildirmişdir ki, rəisin qarşında diz çökmək istəmir. Bu zaman Fərid onun ayağından vurmuş və o, yerə yıxılmışdır. Rəis onu şillələmiş, Fərid və Rafael isə bədəninə vurmuşlar, eyni zamanda onun ailə üzvlərinin ünvanına söyürdülər. Onun ayaqlarını və əllərini bağlamışlar, şalvarını aşağı çəkib başına oyun açacaqlarını bildirmişlər. O, narkotik vasitəni boynuna götürmürdü. Lakin, sonradan əlini çox sıxdıqlarından dözə bilməmiş və narkotik vasitəni daşımasına dair etirafedici ifadə verməyi qəbul etmişdir. Bu hadisələrdən sonra onu yaşadığı qəsəbəyə aparmışlar. Onların məhləsində olan 2 mərtəbəli bir evin qarşısında dayanmışlar. Rafael ona narkotik vasitəni təqdim etdikdə onları başqa evdə yaşayan bir uşaq görmüşdür. Əməliyyatçılar bunu sezdikdən sonra onu orada yerləşən bir hasarın yaxınlığına aparmışlar. Həmin vaxt qonşusu onu görmüş və hər şeyin yaxşı olub-olmamasını soruşmuşdur. O isə hər şeyin qaydasında olduğunu bildirmişdir. Çəkiliş davam edən zaman anası və atası oraya gəlmişlər və polis əməkdaşlarının bütün qanunazidd hərəkətləri görmüşlər. Əməliyyatçılar həmin ərazidə videoçəkiliş apara bilməyəcəklərini anladıqdan sonra onu yenidən polis maşınına otuzdurub Lələtəpə adlı yerə aparmışlar. Bir neçə dəfə başqa bir evin qabağında videoçəkiliş aparılmışdır. Həmin vaxt evin sahibi çölə çıxaraq nə baş verdiyi ilə maraqlanmış, əməliyyatçılar isə polis əməkdaşları olduqlarını bildirib həmin şəxsə evə girmələrini demişlər. Videoçəkiliş başa çatdıqdan sonra onu yenidən bölməyə aparmışlar. Yolda gedən zaman əməliyyatçılar ona vəkilin yanında fərqli ifadə verəcəyi təqdirdə başına bundan betər oyun açacaqlarını bildirmişlər. Bölməyə gəldikdə vəkil artıq orada olmuşdur. Bu hadisədən bir neçə gün öncə “TikTok” paylaşımı ilə əlaqədar olaraq saxlanıldığını xatırlamış, ola bilsin həmin videoya görə tutulduğunu düşünmüşdür. Bundan sonra MSY-də polis əməkdaşlarından biri ona qışqıraraq “Yaşasın Azərbaycan Polisi” deməsini tələb etmişdir, o da polis əməkdaşının dediyini etmişdir. Həmin vaxt artıq dəqiq olaraq yol polisinin videosunu paylaşdığı üçün tutulduğunu anlamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs yol polisinin tərəfindən çəkilmiş videogörüntüsündə Xocasən dairəsinin əks olunduğunu, orada yol polisin yatdığını görüb əsəbləşdiyindən həmin anları çəkib “TikTok”da paylaşdığını, sonradan həmin videonu sildiyini, həmin yol polisinin idarə etdiyi avtomobilin qeydiyyat nömrəsinin videoda açıq şəkildə göründüyünü, videoda təhqiramiz heç nə demədiyini, videonu “TikTok” platformasında paylaşsa da, paylaşımın altında heç bir şərh yazmadığını, heç bir təhqir yazmamasına baxmayaraq onu məhz bu kimi sadə bir məsələyə görə tutmalarının səbəbini anlamadığını, onu bölmədə “Yaşasın Azərbaycan Polisi” deməyə məcbur etdikdə məhz polis əməkdaşlarının əleyhinə video paylaşdığından tutulduğunu anladığını, həmin videoya dair izahatı tutulmazdan 5 gün öncə verdiyini, ona adını bilmədiyi polis əməkdaşının zəng etdiyini və avtovağzala gəlməsini bildirdiyini, oraya getdikdən sonra avtomobilə əyləşərək bölməyə getdiyini və video ilə bağlı izahat verdiyini, həmin videonu heç kəsə göndərmədiyini, həmin videonu çəkdiyi günün axşamı sildiyini, polis əməkdaşları ondan videonu silməsini tələb etdikdə artıq videonu silmiş olduğunu, qorxduğundan videonu sildiyini, videonu axşamüstü çəkdiyini, evə gəldikdə paylaşdığını, axşam yatmazdan öncə isə sildiyini, polis əməkdaşlarının onun evinin yaxınlığında saxladıqlarını, onu ilkin olaraq Lələtəpədə saxlamadıqlarını, Lələtəpə ilə onun yaşadığı evin arasında təxminən 1 kilometr məsafə olduğunu, Rafael, Fərid və Qaradağ RPİ-nin 10-cu PŞ-nin rəisinin ona qarşı qeyri-insani, ləyaqəti alçaldan rəftar etdiklərini, onu saxlayan digər şəxslərin adlarını bilməsə də, onları üzdən tanıdığını, gözlə görününən xəsarətlərinin olmadığını, onu sillə ilə vurduqlarını, şalvarını siqaretlə deşdiklərini, saqqalını dartdıqlarını, videoçəkiliş zamanı narkotik vasitəni Qobudan tanımadığı şəxsdən 200 manata şəxsi istifadəsi üçün aldığını bildirdiyini, istintaq təcridxanasına daxil olduqda döyüldüyünü bildirdiyini, Fərid və Rafaelin dəqiq olaraq onu saxlayan əməkdaşlar arasında olduqlarını, bölmə ilə yaşadığı evin arasında xeyli məsafə olduğunu, Lələtəpədə videoçəkiliş olan zaman da Rəfael və Fəridin orada olduqlarını, təhqiqatçının otağında videoçəkiliş olan zaman da Rəfael və Fəridin orada olduqlarını, videoçəkiliş zamanı da Fərid və Rəfaelin onu saxladıqlarını bildirdiyini, 20 mart 2025-ci il tarixdə, saat 12:00-da saxlanıldığını, saxlanıldıqdan 1 gün öncə Qobuda olmadığını, sonuncu dəfə Qobuya1 il öncə getdiyini bildirmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
17. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
18. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
19. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
20. “Şübhəli şəxsin tutulması haqqında” 20 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 mart 2025-ci il tarixdə, saat 16:09-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.23-24).
21. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 mart 2025-ci il tarixli, 4(002)- 77/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 mart 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.76-79).
22. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 4(002)- 205/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla, 20 avqust 2025-ci il tarixədək uzadılmışdır (cild 01; i.v.123-126).
23. 2469 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvəllüdlü (X5) uşağı var (cild 01; i.v.138).
24. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 18 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 01; i.v.93).
25. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 4(002)- 237/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla, 20 oktyabr 2025-ci il tarixədək uzadılmışdır (cild 01; i.v.237-241).
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
26. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
27. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
28. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər;
29. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir;
30. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
33. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
34. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
35. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli AR CMnin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir.
36. Məhkəmə istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir:
37. -İlk növbədə xx.xx.2025-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərara münasibətdə məhkəmə qeyd edir ki, həmin qərarda da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və ya satış məqsədi ilə həmin vasitələri əldə etməsi deyil, sadəcə üzərində psixotrop maddə gəzdirməsi, istifadəsi barədə məlumat öz əksini tapmışdır. Belə olan halda şəxsə üzərində aşkar edilmiş psixortop maddəni məhz satış məqsədi ilə əldə edərək daşımasına dair ittihamın verilməsi bu halı təsdiq edən kifayət qədər sübutların müəyyən edildiyi halda şəxsi narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar ittihamın verilməsi ilə nəticələnə bilər. Hazırki halda isə cinayət işinin materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi məşğul olması öz təsdiqini tapmadığından şəxsə ağır maddə ilə ittihamın irəli sürülməsi yolverilməzdir.
38. Bununla yanaşı, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əsk etdirən videodiskdə olan görüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs təhqiqatçının, o cümlədən, müdafiəçinin sualına cavab olaraq üzərindən aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 200 manata aldığını bildirmiş, bundan sonra istər şübhəli şəxs qismində, istərsə 21 mart 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir.
39. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını dəfələrlə vurğulamış, bunun əksini təsdiq edə biləcək hər hansı sübut isə ibtidai istintaq orqan tərəfindən müəyyən edilməmişdir.
40. -Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarına, yəni külli miqdar təşkil etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, psixotrop maddənin külli miqdar təşkil etməsi həmin maddənin satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özü-özlüyündə həmin psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz.
41. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarının külli miqdarda olması onun həmin maddəni satış məqsədi ilə əldə etməsinə dəlalət etməməklə öz şəxsi istifadəsi üçün də həmin miqdarda psixotrop maddəni (6,313 qram) əldə edərək saxlaması mümkündür.
42. Göstərilən bu hallar onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair nəticəyə gələrkən həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır.
43. Belə ki, həmin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
44. Göründüyü kimi, Plenum qərarında narkotik vasitə və ya psixotrop maddənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin miqdarı həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz.
45. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddənin külli miqdar təşkil etməsi müəyyən edilsə də, Təqsirləndirilən şəxs digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün psixotrop maddələri xırda bükümlərə qablaşdırması, həmin maddənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir.
46. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, həmin maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” həmin maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir.
47. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır.
48. Bununla yanaşı, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS-lər və o cümlədən, həmin nömrə ilə aparılmış zənglərə baxış zamanı həmin telefon zənglər və yazışmaların heç birində Təqsirləndirilən şəxs narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir hala rast gəlinməmişdir (cild 01; i.v.107).
49. Məhkəmə qeyd edir ki, şəxsin üzərindən külli miqdarda psixotrop maddənin aşkar olunması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız öz-özlüyündə həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin maddələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz.
50. -Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs üzərindən yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər.
51. Həmin şahid ifadələrinə münasibətdə məhkəmə həmin şahidlərin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərini, sadəcə təqsirləndirilən şəxsin üzərindən psixotrop maddənin aşkar edilməsinə əsaslanaraq ifadə verdiklərini (halbuki, şahidlər özləri ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi üçün aldığını qeyd etdiyini bildirmişlər) nəzərə alaraq həmin şahid ifadələrinin şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir.
52. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında nəinki çoxsaylı sübutlara, psixotrop maddələrin satılmasını və ya satış məqsədi ilə əldə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarına istifadə etməklə kifayətlənmişdir.
53. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
54. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
55. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun əməlini üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir.
56. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir.
57. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində qanunsuz predmetin olmadığını, psixotrop maddənin onun üzərinə polis bölməsində qoyulduğunu, polis əməkdaşları tərəfindən döyüldüyündən videoçəkiliş zamanı psixotrop maddənin ona aid olduğunu bildirdiyini, çəkiliş zamanı dediklərinin polis əməkdaşlarının sözləri olduğunu, fiziki təzyiqlərə dözmədiyindən onların dediklərini təkrarladığını, onun ittihamda qeyd olunan ərazidə saxlanılmadığını, evinin yaxınlığında saxlanıldıqdan sonra polis idarəsinə aparıldığını, orada təzyiqlərə məruz qaldıqdan sonra Yeni Müşfiqabadda “Lələtəpə” ərazisinə gətirilərək üzərinə baxış keçirildiyini bildirsə də, məhkəmə Təqsirləndirilən şəxs hazırki ifadəsini işin faktiki halları və iş materiallarında olan mötəbər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli və qeyri-səmimi ifadə kimi qiymətləndirir.
58. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də 21 mart 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ilkin ifadəsində özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, üzərindən aşkar edilmiş maddəni öz şəxsi istifadəsi üçün 19 mart 2025-ci il tarixdə öz şəxsi istifadəsi üçün üzdən tanıdığı İlqar adlı şəxsdən 200 manata aldığını bildirmiş, ona ünvanlanmış suallara cavab olaraq narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı zorakılıq tətbiq olunmadığını göstərmiş, ifadəsinin sonunda əlyazma şəklində ifadənin onun sözləri ilə yazıldığını, əlavəsinin olmadığını və imzası ilə təsdiq etdiyini qeyd etmişdir.
59. Bununla yanaşı, iş materiallarında olan videodiskdən görünür ki, təhqiqatçının otağında şəxsin üzərindən aşkar edilmiş maddəyə baxış keçirilən zaman orada iştirak edən müdafiəçi təqsirləndirilən şəxsə “bu sənin öz malındır? Üstünə qoymayıblar” sualına Təqsirləndirilən şəxs “necə ki?” deyə cavab vermiş, bundan sonra müdafiəçi “Yəni ki, polis döyməyib, söyməyib? Deməyib ki, bunu götür?” məzmunda sual ünvanladıqda təqsirləndirilən şəxs hər iki suala “Yox” deyə cavab vermiş, müdafiəçinin digər “Çəkmirdinsə niyə bu maddəni alırdın?” sualına cavab olaraq isə “Usta işləyirdim, dedilər sümükləri boşaldır, ona görə” kimi cavab vermişdir ki, bu da təqsirləndirilən şəxs tam sərbəst şəkildə, hər hansı təzyiq olmadan öz müdafiəçisinin suallarına səmimi cavab verməsinin göstəricisidir. Belə ki, onun həmin suallara tərddüdsüz və sərbəst şəkildə cavab verməsi görüntülərdən açıq-aydın sezilir.
60. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyündən ilkin olaraq etirafedici ifadələr verdiyini iddia etsə də, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən təqdim edilmiş 26 mart 2025-ci il tarixli, 2765/2025 saylı məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olan zaman həbs olunan zaman xəsarət aldığını bildirsə də, onda xəsarət izi aşkar olunmamışdır.
61. Bundan savayı, iş materiallarında olan videodiskdən görünür ki, təhqiqatçının otağında şəxsin üzərindən aşkar edilmiş maddəyə baxış keçirilən zaman həm təhqiqatçı, həm də müdafiəçi təqsirləndirilən şəxsə konkret sual ünvanlayaraq ondan polis əməkdaşları tərəfindən zor tətbiq olunub-olmamasını, onlar tərəfindən döyülüb-döyülməməsini soruşsalar da, təqsirləndirilən şəxs hər iki suala tərəddüd etmədən belə bir halın olmadığını və döyülmədiyini bildirmişdir.
62. Bundan sonra təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsində baxılan zaman polis əməkdaşları tərəfindən döyüldüyünü bildirdiyindən məhkəmə tərəfindən bu barədə aidiyyəti prokurorluq orqanına məlumat göndərilmiş və araşdırmanın nəticəsində qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 aprel 2025-ci il tarixli qərarla AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
63. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsini iddia etsə də, məhkəmə onun iddialarının onun adına açılmış tibb kartına əsasən öz təsdiqini tapmadığını, təqsirləndirilən şəxs tərəfindən bu halı təsdiq edə biləcək hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.
64. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
65. Məhkəmə göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsin arqumentlərinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin polis bölməsində təsir-təzyiqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdüyü dəlil onun sadəcə törətdiyi cinayətə görə cəzaya məruz qalmasından yayınmasına yönəlik dəlil kimi qiymətləndirilməklə onun məhkəmə iclasında səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır.
66. Məhkəmə iclasında təqsirləndirilən şəxs bir müddət öncə yol polisinin videosunu paylaşdığından onun hazırda əsassız yerə ittiham olunduğunu və üzərinə psixotrop maddə qoyulduğunu iddia etsə də, məhkəmə qeyd edir ki, müvafiq videonun paylaşılması təsdiq olunsa idi belə, bu hal təqsirləndirilən şəxsə həmin hərəkətinə cavab olaraq polis əməkdaşları tərəfindən onun üzərinə pxisotrop maddə qoyularaq ona əsassız olaraq ittiham verilməsi qənaətinə gəlmək üçün əsas ola bilməz.
67. Məhkəmə iclasında təqsirləndirilən şəxs əslində 20 mart 2025-ci il tarixdə, saat 16:09 radələrində deyil, həmin gün saat 12-13 radələrində evinin yaxınlığında saxlanıldığını, daha sonra Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə aparılaraq təzyiqlərə məruz qalıb üzərinə psixotrop maddə qoyulduğunu, ondan sonra Yeni Müşfiqabad ərazisində Lələtəpə adlanan yerə gətirilərək üzərinə videoçəkilişlə baxış keçirildiyini iddia etsə də, ətraflı və hərtərəfli məhkəmə araşdırması nəticəsində bu hal da öz təsdiqini tapmamışdır.
68. Belə ki, təqsirləndirilən şəxs saat 16 radələrində deyil, 12-13 radələrində saxlanılaraq polis şöbəsinə aparıldığını, daha sonra yenidən videoçəkiliş keçirilmiş əraziyə aparıldığını bildirdiyindən məhkəmə müdafiə tərəfin vəsatəti əsasında Bakı şəhəri Qaradağ RPİ-nə sorğu ünvanlayaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nin “MSYdə saxlanılan şəxslərin uçotu kitabı” və “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”ndakı qeydlərə əsasən Təqsirləndirilən şəxs kimlər tərəfindən saat neçədə Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilməsi, həmin tarixdə saat neçədən Qaradağ RPİ-nin 10-cu PŞ-nin müvəqqəti saxlama yerində saxlanması barədə sənədlərin məhkəməyə təqdim olunmasını təmin etmiş, daxil olmuş qeydiyyat kitabında olan məlumatlarla onun 20 mart 2025-ci il tarixdə, saat 17:00 radələrində Qaradağ RPİ-nin MSY-nə təhvil verilməsi, onun polis şöbəsinə Şahid1, Rafael İmamverdiyev və Şahid3 tərəfindən gətirilməsi müəyyən olunmuşdur.
69. İş materiallarında olan videodiskdə olan görüntülərdə Təqsirləndirilən şəxs müdafiəçinin sualına cavab olaraq özünün həmin vaxt videoçəkilişdə yanında olan Şahid1 və Rafael İmamverdiyev tərəfindən deyil, başqa şəxslər tərəfindən saxlanıldığını bildirdiyindən məhkəmə iclasında hər şahid ifadəsindən sonra təqsirləndirilən şəxsə dindirilmiş şahidlərin onu saxlayan polis əməkdaşları olubolmamasına dair təkrar suallar ünvanlanmış, təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan şəxslər tərəfindən saxlanıldığını təsdiq edərək videoçəkiliş zamanı hansı səbəbdən o formada ifadə işlətməsinin səbəbini bilmədiyini qeyd etmişdir.
70. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin saxlanma saatının dəqiq müəyyən olunması, o cümlədən, onu saxlayan şəxslərin ittihamda göstərilən şəxslər olub-olmamasının aydınlaşdırılması üçün həm təqsirləndirilən şəxsin, həm də şahidlərin mobil nömrələrinin 20 mart 2025-ci il tarixə olan anten dairə məlumatlarının əldə edilməsi məqsədi ilə müvafiq mobil operatorlara qərarla müraciət etmiş, təqdim olunmuş məlumatlarla təqsirləndirilən şəxsin ifadəsindəki xüsusat öz təsdiqini tapmamışdır.
71. Belə ki, təqsirləndirilən şəxs 20 mart 2025-ci il tarixdə, saat 12 radələrində yaşadığı ünvanın (ünvan 4ğında Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq oradan təxminən 30-40 dəqiqəlik məsafədə yerləşən Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsinə aparılaraq təzyiqlərə məruz qalaraq döyüldükdən və cibinə psixotrop maddə qoyulduqdan sonra saat 16 radələrində yenidən Müşfiqabad ərazisinə qaytarılaraq üzərinə videoçəkilişlə baxış keçirildiyini iddia etsə də, təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları ilə onun həm 12:15, həm də 15:12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində olması müəyyən edilmişdir ki, bu da təqsirləndirilən şəxsin saat 12-də saxlanılaraq saxlanıldığı yerdən 30-40 dəqiqəlik məsafədə yerləşən polis şöbəsinə aparılaraq saat 16 radələrində yenindən həmin əraziyə qaytarılmasına dair iddialarının öz təsdiqini tapmamasına dəlalət edir.
72. Bununla yanaşı, təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşlarından Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin, Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin və X1 istifadəsində olmuş 055-512- 5-97 mobil nömrəsinin anten məlumatları ilə onların cinayət işinin materiallarında şəxsin saxlanılması kimi qeyd olunan saat 16 radələrindən savayı, həm saat 11-12 radələrində, həm də 13-14 radələrində Müşfiqabad qəsəbəsində olmaları müəyyən edilmişdir ki, bu da həmin ərazidə xidmət aparan əməliyyatçıların günün müxtəlif saatlarında xidmət etdikləri ərazidə olmalarının, təqsirləndirilən şəxsin ifadəsində göstərilənlərin təkzib olunmasının göstəricisidir. Belə ki, təqsirləndirilən şəxsin iddiasına əsasən o, saat 12 radələrində saxlanıldıqdan sonra Qaradağ RPİ-nin 10cu polis şöbəsinə aparılmış və adı çəkilən şəxslər tərəfindən yenidən saat 16 radələrində Müşfiqabad qəsəbəsinə gətirilərək üzərinə baxış keçirilmişdir. Halbuki, şahidlərin istifadəsində olan mobil nömrələrin anten məlumatları onların saat 16dək olan saatlarda da (saat 13-14 radələri) Müşfiqabad qəsəbəsində olmalarını təsdiq etmişdir ki, bu da təqsirləndirilən şəxsin guya onu saxlayan sözügdən şahidlərin də saat 12 radələrindən saat 16 radələrinədək onunla birlikdə Qaradağ RPİ-nin 10-cu polis şöbəsində olmalarına (Müşfiqabad qəsəbəsi ilə şəxsi saxlanıldığı yer arasında olan məsafə nəzərə alınmaqla həmin ərazilərin eyni antenin əhatə dairəsində olması real deyil), sonradan onu Müşfiqabad qəsəbəsinə gətirmələrinə dair iddialarının həqiqəti əks etdirməməsinə dəlalət edir.
73. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
74. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaqın ilk dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri və məhkəmə iclasında əldə edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində və 21 mart 2025-cil tarixdə təqsirləndirilən şəxs qismində verdiyi məzmunu yuxarıda qeyd olunan ifadələrini inandırıcı hesab edir və onun ibtidai istintaqın sonrakı gedişatında, o cümlədən, məhkəmə istintaqı zamanı verdiyi ifadələri özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir.
75. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tam əhatə olunduğundan o, həmin maddə ilə təqsirli bilinməlidir.
76. Qeyd edilən AR CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
77. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.
78. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
79. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut-03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.
80. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
81. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
82. İş üzrə mülki iddia yoxdur.
83. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
84. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin saxlancına verilmiş 6,213 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut-03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov