Məhkəmə qərarları › İş №1(101)-1764/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1764/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1764/2022 21.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş, üzərində məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib üstündə saxlamaqla daşımış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa adı məlum olmayan tanımadığı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 5,135 qram olan kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmək məqsədi ilə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 177 ünvanının həyətyanı sahəsində 25 (iyirmi beş) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 586,5 qram olan bitkiləri külli miqdarda kultivasiya etmiş, əkilib-becerilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etmiş və daha sonra Yasamal RPİ-nin 27ci PB-nə gətirilmiş, PB-də onun üzərində şəxsi axtarış və götürmə aparılmış və əynindəki şalvarın sağ cibindən 1 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 5,135 qram olan kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, evlidir, 2 (iki) uşağı və 2 (iki) nəvəsi var. Onun arvadı yataq xəstəsidir. O, yaşadığı evə yaxın yerdə yerləşən yeni tikili binaya aid qazanxanada işləmişdir. O, narkotik vasitə olan çətənə kollarından istifadə etmişdir. O, heç vaxt narkotik vasitə satmamış, lakin yaşadığı yerə yaxın yerdə bir çox şəxs narkotik vasitə satmışdır. Kim narkotik vasitələri satırdısa, o da həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitə almışdır. O, işdə olarkən onu işdən məhəlləyə çağırmışlar. O, məhəlləyə çatdıqda, polis əməkdaşı ona yaxınlaşıb demişdir ki, “gedək, kollara baxaq.” O da buna etiraz etməmiş və polis əməkdaşı ilə birlikdə yaşadığı həyət evinin damına çıxaraq orada dibçəklərdə əkdiyi çətənə kollarını göstərmişdir. Damda təxminən 8 (səkkiz) ədəd dibçək olmuşdur. Hər bir dibçəkdə 2 (iki) ədəd ştil olmuşdur. Ümumilikdə isə 16 (on altı) ədəd çətənə kolu olmuş, bu kollardan səkkizi balaca, səkkizi isə iri olmuşdur. O, həmin çətənə kollarını istifadə etdiyi çətənənin içindən çıxan toxumlar vasitəsilə əkmişdir. O, həmin bitkiləri gübrəli torpaqda əkmiş və su verərək yetişdirmişdir. O, toxumları aprel ayında öz istifadəsi üçün əkmişdir. O, gələcəkdə narkotik vasitəyə pul verməsin deyə, bu çətənə kollarını əkmişdir. O, bir dibçəkdən 50-100 qram təmiz “mal” etməli olmuşdur. Polis əməkdaşları onun yaşadığı evə gələn zaman özləri ilə aqronom da gətirmişlər. Bundan başqa, polislər evdə aşkar etdikləri quru çətənə kollarını da dibçəklərə güclə yerləşdirərək kolların sayını 24 (iyirmi dörd) ədədə çatdırmışlar. Ümumilikdə 24 (iyirmi dörd) ədəd çətənə kolu olmuşdur. Lakin onun üzərində narkotik vasitə olmamışdır. O, Polis İdarəsinə aparıldıqdan sonra orada onun üzərinə baxış keçirilərkən polislər ona demişlər ki, “cibinə qoyduğumuz qutunu çıxar təqdim et, evdən tapdıqlarımızı nəzərə almayaq.” O da polislərin belə deməsinə sevinmiş və cibindən qutunu çıxararaq içində marixuana olduğunu demişdir. Lakin bundan sonra polislər onu buraxmamışlar və bununla da onun “torbasını tikmişlər”. Bundan sonra o, başa düşmüşdür ki, polislər onu həm şəxsi istifadə, həm də kultivasiya ilə rəsmiləşdirmişlər. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik vasitənin olmaması, eləcə də aşkar edilmiş çətənə kollarının ümumi sayının 25 (iyirmi beş) ədəd deyil, 16 (on altı) ədəd olması ilə bağlı hissədə verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında yuxarıda qeyd edilən məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ona Təqsirləndirilən şəxs yaşadığı evin damında dibçəklərdə qanunsuz olaraq çətənə bitkisi əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu məlumatı aldıqdan sonra raportla bu məlumatın yoxlanması üçün BNMİ-nin rəhbərliyinə müraciət etmişir. Bundan sonra rəhbərlik tərəfindən əməliyyat tədbirlərinin keçirilməsinə razılıq verilmişdir. Həmçinin əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna onunla bərabər, həmçinin digər polis əməkdaşı Şahid2 daxil olmuşdur. Sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Onlarda olan məlumata əsasən Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısına çatdıqda, orada piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək sonuncunu barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Həmçinin onlar Təqsirləndirilən şəxs müraciət edərək sonuncunun yaşadığı evə baxış keçirilməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs da onların dediklərinə etiraz etməyərək yaşadığı evə daxil olmağa və orada baxış keçirməyə icazə vermişdir. Sonra onlar Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı evin 3-cü mərtəbəsinə qalxmışlar və orada dibçəklərdə çoxlu sayda çətənə kollarını görmüşlər. Bundan sonra təhqiqatçı, aqronom və müdafiəçinin iştirakı, eləcə də videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və çoxlu sayda çətənə kolları aşkar edilmişdir. Aşkar edilmiş çətənə kollarının sayı təxminən 24-25 ədəd olmuşdur. Çətənə kollarının arasında həm böyük kollar, həm də nisbətən balaca kollar olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs dibçəklərdə olan çətənə kollarını öz istifadəsi üçün əkib-becərdiyini, həmin kollara vaxtıvaxtında qulluq etdiyini və suladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində polis əməkdaşı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 tərəfindən bu barədə rəhbərliyə məruzə edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış və həmin qrupa rəhərlik Şahid1 həvalə olunmuşdur. O da həmn qrupun üzvü olmuşdur. xx.xx.2022-ci il tarixdə onların tərəfindən əməliyyat təbiri keçirilmiş və həmin tədbirdə Təqsirləndirilən şəxs saxlanılmışdır. Saxlanılan vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə sual verilmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu, eləcə də yaşadığı evin damında dibçəklərdə çətənə kolları əkib-becərdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə razı olması barədə ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və həmin vaxt evin 3-cü mərtəbəsində dibçəklərdə 25 (iyirmi beş) ədəd çətənə kolu aşkar edilmişdir. Bundan əvvəl isə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd bükümdə az çəkildə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2022-ci il əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 7-8) görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması məqsədi ilə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 11) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 177 ünvanında yerləşən yaşayış evində baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli evə baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 12) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 177 ünvanında yerləşən evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli evə baxış keçrilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 13-14) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 177 ünvanında yerləşən evə baxış keçirilən vaxt ümumilikdə 25 (iyirmi beş) ədəd çətənə bitkisinə oxşar kollar aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli mütəxəssis rəyindən (cild 1, iş vərəqə 19) görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 177 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsində dibçəklərdə əkilmiş 25 (iyirmi beş) ədəd narkotik maddələr olan çətənə kollarının hər birinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 37) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 38-39) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq rəngli, spesifik iyə malik malik marixuanaya oxşar kütlə, eləcə də 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/586 saylı məhkəmə-bioloji ekspertiza rəyindən (cild 1, iş vərəqə 48-51) görünür ki, tədqiqata təqdim edilmiş 25 (iyirmi beş) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 586,5 qram olan bitkilər, əkilibbecərilməsi qadağan olmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərdir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kibrit qutuda təmiz çəkisi 5,135 qram olan kütlə narkotik ntərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyun 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-606/2022 saylı qərarından (cild 1, iş vərəqə 53) görünür ki, 06 iyun 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 57-58) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-487/2022 saylı qərarından (cild 1, iş vərəqə 78-82) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etməmnin əvvəli onun tutulduğu vaxtdan, yəni 06 iyun 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 104-105) görünür ki, Təqsirləndirilən şəxs 2006-cı il tarixdə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin yeni cinayət törədərkən onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 4480 saylı rəyindən (cild 1, iş vərəqə 116-117) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 sentyabr 2022-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 120) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 121-129) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,115 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, qalıq çəkisi 586,5 qram təşkil edən 25 (iyirmi beş) ədəd çətənə kolunun maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, eləcə də 2 (iki) ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 sentyabr 2022-ci il qəbzdən (cild 1, iş vərəqə 145) görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon ibtidai istintaq orqanı tərəfindən onun arvadı X3 təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2016-cı il tarixli əlillik vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 68) görünür ki, Təqsirləndirilən şəxs arvadı X6 2-ci qrup əlildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2019-cu il tarixli tibbi arayışdan (cild 1, iş vərəqə 69) görünür ki, Təqsirləndirilən şəxs “koronar çoxdamar (LMCA)” xəstəliyi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, ümumilikdə isə təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qismən (Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə nisbətdə aşkar edilmiş çətənə kollarının sayını) mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərin bütün zəruri əlamətlərinin olması və qeyd olunan cinayət əməllərinin qəsdən törədilməsi tam təsdiq olunmuşdur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasəb tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedidkə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 3-cü Siyahısının 1-ci bəndinə əsasən - 16 (on altı) ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs hansı sayda çətənə (kannabis) toxumlarını əkməsini müəyyən etmək mümkün olmadı. Lakin məhkəmə istintaqında təqsirləndirilən şəxsin külli miqdarda, yəni 25 (iyirmiş beş) ədəd çətənə kolunun aqrotexniki qaydada əkibbecərməsi (yetişdirməsi) öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək etirafedici ifadə versə də, məhkəmə istintaqında verdiyi ifadəsində tutularkən üzərində narkotik vasitə qurudulmuş marixuananın olmadığını, eləcə də ümumilikdə 25 (iyirmi beş) ədəd deyil, cəmi 16 (on altı) ədəd çətənə kolu əkib-becərdiyini bildirərək faktiki olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı, həmçinin həmin Məcəllənin 237.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə aşkar edilmiş çətənə kollarının sayını mübahisələndirmişdir. Məhkəmə bu hissədə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən yayınmaq, həmin Məcəllənin 237.2.3-cü maddəsi ilə isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, cinayət işində olan mütəxəssis rəyindən görünür ki, təqsirləndirilən şəxsin yaşadığı yaşayış sahəsinə aid ərazidən ümumilikdə 25 (iyirmi beş) ədəd çətənə kolu aşkar edilmiş və qeyd edilən çətənə kollarına aqrotexniki qaydada qulluq edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinə görə məsuliyyət o vaxt yaranır ki, aqrotexniki qaydada yetişdirilmiş çətənə kollarının sayı 16 (on altı) və daha çox sayda olmuş olsun. Eyni zamanda təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bir neçə dəfə ifadə versə də, üzərindən narkotik vasitənin aşkarlanmasını və yaşadığı ünvandan aşkarlanmış çətənə kollarının sayını mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında yaşadığı ünvandan cəmi 16 (on altı) ədəd çətənə kolunun aşkar edilməsini bildirməklə məhz cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilmədi. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 25 (iyirmi beş) ədəd çətənə kolunu satış məqsədi ilə əkib-becərməsi, habelə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması da öz təsdiqini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də 25 (iyirmi beş) ədəd çətənə kolunu məhz şəxsi istifadəsi üçün əkib-becərmiş və həmin kollara aqrotexniki qaydada qulluq etmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qəsdən törədilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşlı olmasını, uzun müddət ərzində ürək xəstəliyindən əziyyət çəkməsini, himayəsində olan arvadının 2-ci qrup əlil olmasını, ailədə yeganə qazanc gətirən şəxs onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunduğu kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayət törətmiş, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərin heç birinə görə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif məddələri ilə nəzərdə tutulmuş iki müstəqil cinayət əməlini (Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri üzrə) törətməsi həmin Məcəllənin 17.1 maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin bütün hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri üzrə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Lakin Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddi ilə bağlı məhkəmə qeyd edir ki, onun yaşlı və uzun müddət ürək xəstəliyindən əziyyət çəkməsi, habelə evli olması, himayəsində olan arvadının 2-ci qrup əlil olması, ailədə yeganə qazanc gətirən şəxs olması halları ona cəza təyini zamanı mütləq şəkildə nəzərə alınmalı və ona elə həddə cəza təyin edilməlidir ki, bu cəza onun sağlamlığının daha çox pozulmasına səbəb olmasın və ailə şəraitinə uyğun olsun. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələr üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən Təqsirləndirilən şəxs göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin imperativ tələbinə əsasən həmin Məcəllənin 234.1 və 237.2.3-cü maddələri üzrə cinayətlərin məcmusu qaydasında aşağı həddə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır, həmin Məcəllənin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti cəzanı, yəni azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabinioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,115 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 586,5 qram təşkil edən 25 (iyirmi beş) ədəd çətənə bikisi məhv edilməli, 2 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 1173-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə 3 (üç) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,115 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 586,5 qram təşkil edən 25 (iyirmi beş) ədəd çətənə bikisi məhv edilsin, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar