Məhkəmə qərarları › İş №1(101)-1765/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1765/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1765/2022 13.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X9 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Şahid1 iştirakları ilə, Təqsirləndirilən şəxs- xx.xx.2000-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olmaqla, müvəqqəti olaraq Bakı şəhəri, Nəsimi rayonunda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə bağlı olan basqın edərək qulduqluq etmiş, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanın yaxınlığında Şahid1 məxsus əmlakı ələ keçirmək məqsədilə hücuma məruz qalmış Şahid1 həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə bağlı basqın edərək qəsdən yumruqla sonuncunun üz nahiyəsindən vurub yerə yıxmaqla Şahid1 hər iki burun dəliyində tənəffüs məhdudluğu ilə müşayiət olunan burunun şişkinlik halında əzilməsi, sol gözətrafı nahiyənin qançırı, üst dodağın şişkinlik halında əzilməsi, üst dodağın selikli qişa səthinin qansızması, sağ əlin İ barmağının sıyrığı ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə əlində olan hər biri 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri ilə işləyən 280 manat dəyərində “Redmi 9a” markalı mobil telefonu ələ keçirərək Şahid1 ümumilikdə 300 manat miqdarında ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,808 qram narkotik vasitə heroin və 0,256 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarxdə saat 15:30 radələrində ünvan 2 ünvanın qarşısında xx.xx.2022-ci il tarixdə baş vermiş quldurluq cinayətində şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 129 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilərək şöbənin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd qırmızı rəngli dəmir qutuda 15(on beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,050 qram, 0,045 qram, 0,050 qram, 0,047 qram, 0,035 qram, 0,056 qram, 0,070 qram, 0,056 qram, 0,071 qram, 0,038 qram, 0,056 qram, 0,086 qram, 0,056 qram, 0,053 qram, 0,039 qram, ümumi təmiz çəkisi 0,808 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə- heroin və 01 ədəd qara rəngli qutuda 11 (on bir) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,088 qram, 0,008 qram, 0,023 qram, 0,013 qram, 0,055 qram, 0,008 qram, 0,007 qram, 0,020 qram, 0,006 qram, 0,006 qram, 0,022qram, ümumi təmiz çəkisi 0,256 qram ağ rəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmş psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvələr də məhkum olunmuş və azadlığa buraxıldıqdan sonra qalmağa yeri olmamış, ayrı-ayrı ünvanlarda, dostlarının yanında müvəqqəi olaraq qalmışdır. Bir müddət tikintilərdə fəhlə işləyib dolanmış, lakin hər bir halda maddi ehtiyacını ödəyə bilməmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında metronun “Neftçilər” stansiyası yaxınlığında olan zaman əvvəllər tanımadığı, daha sonra adınının Şahid1 olduğunu bildiyi cavan bir oğlanın mobil telefonla vaxt keçirdiyini görmüş, həmin telefonu onun əlindən almaq üçün ona yaxınlaşıb onu qucaqlamış və ona yalan söyləyərək onu əvvəldən tanıdığını bildirmişdir. Onunla tanış olduqdan sonra bir yerdə kofe içmişlər, daha sonra metronun “Neftçilər” stansiyası yaxınlığındakı orta məktəbin yanına getmişlər. Yolda Akşinə söyləmişdir ki, telefonun enerjisi bitib, telefon mağazasında enerjiyə qoşdurub, bir nəfərə zəng etmək üçün ondan bir dəqiqəlik telefonunu istəmişdir. Akşin üzərində olan “Redmi 9A” markalı mobil telefonun kodunu açıb ona vermişdir. O həmin kodu görüb yaddaşında saxlamış və bir nəfərə zəng etdikdən sonra telefonu qaytarmadan ona telefonundan xoşu gəldiyini, istifadə etmək üçün bir neçə günlük ona verməsini söyləmişdir. Akşin onunla razılaşmamış və ona etiraz etmişdir. O, Akşinin bu hərəkətini bəhanə edib əli ilə onun sifətindən itələmiş, Akşin yerə yıxılmış və o, telefonla hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Telefonun ekran kodunu bildiyi üçün onu satmaq qərarına gəlmişdir. Odur ki, telefonun üzərində olan hər iki mobil nömrələri çıxarıb tullamış və iki gün sonra maddi ehtiyacı ilə əlaqədar həmin “Redmi 9A” markal mobil telefonu Xəqani adlı tanışının vasitəsi ilə metronun “28 may” stansiyası yaxınlığında mobil telefon mağazalarının birinə 80 manata satmış, pulu xərcləmişdir. Xəqani həmin telefonu onun cinayət yolu ilə əldə etdiyini bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 15.30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.B.Vəzirov küçəsi ilə C.Məmmədquluzadə küçələrinin kəsişdiyi yerdə piyada gedən zaman ona üç nəfər mülki paltarda olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, xx.xx.2022-ci il tarixdə onun etdiyi cinayət əməlinə görə şübhəli şəxs qismində onu Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtrış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində öz istifadəsi üçün saxladığı bir qram metamfetamin aşkar olunmuşdur. Onda bir qram metamfetamindən başqa narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində quldurluq epizodu ilə bağlı hissəni təsdiq etmiş və göstərmişdir ki, həmin hadisədən 2-3 gün keçdikdən sonra axşam saatlarında o, ünvan 5 ünvanında yerləşən “İVY" mehmanxanasının yanından keçən zaman təsadüfən yol kənarında olan qaz borusunun altında iki ədəd dəmir qutular onun diqqətini cəlb etmişdir. Həmin qutuları götürmüş və içərisindəkilərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümləri olduğunu aşkar etmişdir. Həmin gün tapdığı metamfetamin bükümlərindən iki bükümünü suya qarışdıraraq qəbul etmişdir, qalanlarını qablarında cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 15.30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.B.Vəzirov küçəsi ilə C.Məmmədquluzadə küçələrinin kəsişdiyi yerdə piyada gedən zaman ona mülki geyimdə üç nəfər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək xx.xx.2022-ci il tarixdə etdiyi cinayət əməlinə görə şübhəli şəxs qismində onu Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. 25-ci PŞ-də təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edildikdən sonra ona hüquqları və vəzifləri izah edilərək bu barədə bildiriş təqdim edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtrış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş maddə, yaxud əşya olduğu halda təqdim etmək təklif edilmişdir. Həmin vaxt o əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd dəmir qutuları, sol yan cibindən özünə məxsus “Redmi 2” markalı mobil telefonu və qara rəngli pul kisəsini çıxararaq təqdim etmiş və bildirmişdir ki, dəmir qutularda olanlar heroin və metamfetamin bükümləridir. Dəmir qutuları bir neçə gün əvvəl Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 73F ünvanında yerləşən “İVY” mehmanxanasının yanından keçən zaman təsadüfən yol kənarında olan qaz borusunun altından tapmışdır, öz istifadəsi üçün üzərində saxlamışdır. Təqdim etdiyi dəmir qutular içərisində olan bükümlər ilə bir yerdə təhqiqatçı tərəfindən götürülmüş, qablaşdırılaraq ekspert müayinəsinə göndəriləcəyi bildirilmişdir. Şəxsi axtarışın nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib etmiş və imzalarla təsdiq edilmişdir. O, narkotik vasitə, yaxud psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri polis əməkdaşlarının təzyiqi altında verdiyini və məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Məhkəmdə zərər çəkmiş şəxs qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, atası fərdi olaraq tikintilərdə usta işləyir, anası isə nənəsi ilə bir yerdə Nizami rayonunda yerləşən “Neolit” şadlıq sarayında qab yuyan işləyirlər. xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində o, ana və nənəsini qarşılayıb evə ötürmək üçün “Neolit” şadlıq sarayına getmişdir. Həmin gün o, evdən bir qədər tez çıxmış, məqsədi metronun “Neftçilər” stansiyası yaxınlığında olan “Mcdonalds” kafesinin pulsuz internetindən istifadə etmək olmuşdur. O, yaşadığı Sabunçu qəsəbəsində 62 saylı marşurut avtobusu ilə metronun “Koroğlu” stansiyasına, oradan da metro ilə “Neftçilər“ stansiyasına gəlmişdir. “Mcdonalds” kafesinin qarşısında dayanıb mobil telefonla vaxt keçirən zaman tanımadığı bir nəfər ona yaxınlaşıb boynunu qucaqlayaraq onu tanıdığını, onunla söhbət etmək istədiyini söyləmişdir. O həmin oğlandan, sonradan istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs içki iyi hiss etdiyi üçün Nazimə onu başqası ilə səhv saldığını, sonuncunu tanımadığını bildirib sonuncudan uzaqlaşmaq istəmişdir. Lakin Nazim hərəkətlərinə davam edib telefonla sevgilisi ilə danışmaq istədiyini, lakin telefonunda enerji olmadığını, telefonu yaxınlıqda olan telefon mağazalarının birində enerjiyə qoşdurduğunu deyib ondan bir dəqiqəlik zəng etmək üçün telefonunu istəmişdir. O, Nazimə inanıb üzərində olan ***-***- **-** və ***-***-**-** nömrələri ilə istifadə etdiyi “Redmi 9A” markalı mobil telefonunu vermişdir. Nazim onun yanında telefonu ilə bir nəfərə zəng edib danışaraq yaxınlıqdakı kafe istiqamətinə yollanmışdır. O telefonuna görə məcbur olub Nazimin arxası ilə getmişdir. Nazim yolda ondan siqaret istəmişdir. O üzəridə olan 20 qəpik ilə bir ədəd siqaret alıb Nazimə vermişdir. Nazim yaxınlıqda olan mobil telefon mağazalarından birinə girib orada enerjiyə qoşdurduğu telefonunu götürmüş və binaların arasına girmişdir. O, Nazimin arxası ilə gedib sonuncudan telefonunu istəyən zaman Nazim ona söyləmişdir ki, telefonu ona 2 gün müddətinə lazımdır. O etiraz edən zaman Nazim qəflətən yumruğu ilə onun sifətindən vuraraq qaçmışdır. Zərbə güclü olduğu üçün o arxası üstə yerə yıxılmışdır, ayağa qalxan zaman özünü piss etmiş, ətrafda kimsə olmadığı üçün yaxınlıqda olan dönərçini yanına gedib sönərçinin telefonu ilə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Zərər çəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 6 ünvanında yerləşən “Re Telekom” mağazasında satıcı işləyir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında iş yerində olan zaman iki nəfər, əvvəllər tanımadığı cavan oğlanlar mağazaya gəlmiş və onlardan biri üzərində olan “Redmi 9A” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O həmin oğlanın təklif etdiyi telefona baxmış, telefonu 80 manat dəyərində qiymətləndirmişdir. Telefonun kilidi olmamış və telefonu təklif edən öz şəxsiyyət vəsiqəsini də təqdim etmişdir. Odur ki, o həmin telefonu yoxlayıb sonradan adını bildiyi X1 şəxsiyyət vəsiqəsinin surətinin üzərində müvafiq qeydiyyat aparmasını demişdir. Bundan sonra Xəqani həmin surətin üzərində satışın tarixi, əlaqə nömrəsini - ***-***-**-**, telefonun imei kodunu, telefonun ona məxsus olmasını, oğurluq və girovda olmaması barədə qeydlər aparmış və o Xəqaniyə 80 manat verib həmin telefonu almışdır. Hadisədən 3-4 gün sonra həmin telefonu tanımadığı bir müştəri almışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşıb Xəqani İmanovdan aldığı mobil telefonun cinayət yolu ilə əldə edilməsini bildirmiş və telefonun kim tərəfindən satıldığını soruşmuşlar. Həmin vaxt o, Xəqani İmanova məxsus üzərində qeydlər aparılmış sənədi təqdim etmişdir. Xəqani İmanovdan aldığı mobil telefonun cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanın qarşısında naməlum şəxsin Şahid1 qarşı quldurluq cinayəti törədib hadisə yerindən qaçması faktı ilə bağlı şöbənin polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxsin yaxalanması istiqamətində əməliyyat axtarış tədbirləri keçirilmişdir. O həmin tədbirlərdə iştirak etmiş və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər analoji cinaytə görə məhkum olmuş Təqsirləndirilən şəxs müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 15.30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.B.Vəzirov küçəsi ilə C.Məmmədquluzadə küçələrinin kəsişdiyi yerdə Təqsirləndirilən şəxs piyada yol ilə gedərkən saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmişdir. Şöbədə aparılan sorğusual zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması nəzərə alaraq şöbənin təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi qərara alınmışdır. Nazim Bəkilovun hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilərək hüquq və vəzifləri izah edilmişdir. Sonra təhqiqatçı tərəfindən vəkilin, onun, şöbənin Cinayət Axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid3 və şöbənin operatoru, polis serjantı Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı mobil telefon vasitəsi ilə video çəkilişin aparılması Şahid5 həvalə edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən göy və qırmızı rəngdə olan dəmir qutuları təqdim edib qırmızı qutuda olan 15 ədəd bükümlərin narkotik vasitə heronin olduğunu, qara rəngli qutuda olan 11 ədəd bükümlərin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dəmir qutuları bir neçə gün əvvəl ünvan 5 ünvanında yerləşən “İVY” mehmanxanasının yanından piyada keçən zaman təsadüfən yol kənarında olan qaz borusunun altından tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əməliyyat marağı daşıyan başqa əşya, yaxud da maddə aşkar edilməmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və baxışın nəticəsinə dair protokol tərtib edilərək onların tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 məhkəmədə eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuş Şahid5 həmin ifadəsindən görünür ki, o, şahidlər Şahid3 və Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işində olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Nizami rayonu, K.Balakişiyev küçəsi 59 saylı binanın qarşısıdır. Həmin yerdə naməlum şəxs Şahid1 məxsus mobil telefonu alıb ələ keçirmək məqsədilə yumruqla Şahid1 sifət nahiyəsindən vurub hadisə yerindən qaçmışdır. Baxış zamanı fotoşəkilər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi” haqqında protokollardan görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşlarının törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs saxlanması istiqamətində keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarxdə saat 15:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə və N.B.Vəzrov küçələrinin kəsişdiyi yerdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 129 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş, şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd qırmızı rəngli dəmir qutuda 15(on beş) ədəd bükümdə ümumi təmiz çəkisi 0,808 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə- heroin və 01 ədəd qara rəngli qutuda 11 (on bir) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,256qram ağ rəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısına gəlib xx.xx.2022-ci il tarixdə saat 22 radələrində bir qədər əvvəl danışmaq bəhanəsi ilə Şahid1 aldığı “Redmi 9A” markalı mobil telefonu ələ keçirmək məqsədilə həmin yerdə əli ilə Şahid1 sifətindən itələyərək yerə yıxmış və hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 6 ünvanına gələrək quldurluq yolu ilə ələ keçirdiyi ”Redmi” markalı mobil telefonu Xəqani adlı tanışının vasitəsi ilə həmin ünvanda yerləşən mobil telefon mağazasına 80 manata satdığını bildirmişdir. İfadənin yerində yoxlanamsı zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli “CD diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində Nizami RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən 01 ədəd qırmızı rəngli dəmir qutuda 15(on beş) ədəd bükümdə narkotik vasitə- heroin və 01 ədəd qara rəngli qutuda 11 (on bir) ədəd bükümdə psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan xx.xx.2022-ci il tarixli “baxış və götürmə” haqqında tərtib edilmiş protokoldan görünür ki, ünvan 6 ünvanında yerləşən “Re Telekom” mağazasında satıcı işləyən Şahid2 təqdim etdiyi sənədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş sənəd üzərində X4 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin surəti, həmin surətin üzərində “xx.xx.2022, Model: Redmi 9a,əlaqə 070 260 25 25, İmei 8631 8305 3370 72, Satdım telefonu özümə məxsusdur, oğurluq və girov deyildir“ sözləri və imza qeyd edilmişdir. Şahid2 tərəfindən təqdim edilmiş sənəd iş üzrə sübut əhəmiyyəti daşıdığı üçün müstəntiq tərəfindən götürülmüşdür. Cinayət işində olan iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2784 saylı rəyindən görünür ki, “ tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün № 163” dairəvi möhür əksi, "vət.Təqsirləndirilən şəxs götürülmüş 2 ədəd dəmir qutuda...”yazısı, imzalar olan kağız paketdəki - 01 ədəd qırmızı rəngli dəmir qutuda 15(on beş) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,050qr., 0,045 qr., 0,050 qr., 0,047 qr., 0,035 qr., 0,056 qr., 0,070 qr., 0,056 qr., 0,071 qr., 0,038 qr., 0,056 qr., 0,086 qr., 0,056 qr., 0,053 qr., 0,039 qr., ümumi təmiz çəkisi 0,808 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitəheroin və 01 ədəd qara rəngli qutuda 11 (on bir) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,088 qr., 0,008 qr., 0,023 qr., 0,013 qr., 0,055 q.r, 0,008 qr., 0,007 qr., 0,020 qr., 0,006 qr., 0,006 qr., 0,022 qr., ümumi təmiz çəkisi 0,256 qram ağ rəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmş psixotrop maddə - metamfetamindir”. Cinayət işində olan iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 X6 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 336 saylı rəyindən görünür ki, “Vət.Şahid1 hər iki burun dəliyində tənəffüs məhdudluğu ilə müşayiət olunan burnun şişkinlik halında əzilməsi, sol gözətrafı nahiyənin qançırı,üst dodağın şişkinlik halında əzilməsi, üst dodağın selikli qişa səthinin qansızması, sağ əlin İ barmağının sıyrığı olmuşdur. Qeyd oluna xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni xx.xx.2022-ci il arixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya X5 şəxsin xx.xx.2022-ci il tarixli 4384 saylı məktubundan görünür ki, “xx.xx.2000-ci il təvəllüdlü Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xəstəxanada müalicədə olmamışdır.” Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 2826 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizamii rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 4(007)-263/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 14 may 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 181.2.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon Məhkəmsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 08 il 02 aya endirilmiş və Xəzər rayon Məhkəmsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 11 ay 09 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Cinayət işinə əlavə edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs Şahid1 Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1 və 234.2-ci maddələrində ilə nəzərdə tutulan əməllərini törətməsi, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsini inandırıcı hesab etmir və həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olsa da residiv nəzərə alınmayacaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1–ci maddəsi ilə təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törədiyinə görə ona təyin olunmuş 11(on bir) ay 09 (doqquz) gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzayla qismən birləşdirilməklə barəsində qəti cəza müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs ağır cinayət törətdiyinə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş – ümumi təmiz çəkisi 0,808 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroin tədqiqata sərf edildikdən sonra qalığı qalığı 0,658 qarm heroin və ümumi təmiz çəkisi 0,256 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmş psixotrop maddə - metamfetamin tədqiqata sərf edildikdən sonra qalığı 0,196 qram metamfetamin məhv edilməli; iş üzrə maddi sübut olan Şahid2 təqdim etdiyi üzərində X4 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin surəti, həmin surətin üzərində “xx.xx.2022, Model: Redmi 9a,əlaqə 070 260 25 25, İmei 8631 8305 3370 72, Satdım telefonu özümə məxsusdur, oğurluq və girov deyildir“ sözləri və imza qeyd edilmiş sənəd və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş video görüntünün olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 14 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmədə Təqsirləndirilən şəxs göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 6 saylı vəkil bürosunun vəkili X2 360 (üç yüz altmış) manat, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törədiyinə görə ona təyin olunmuş 11(on bir) ay 09( doqquz) gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 07 il (yeddi) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan –14 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin təyin edilsin, o ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş – ümumi təmiz çəkisi 0,808 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroin tədqiqata sərf edildikdən sonra qalığı qalığı 0,658 qarm heroin və ümumi təmiz çəkisi 0,256 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmş psixotrop maddə - metamfetamin tədqiqata sərf edildikdən sonra qalığı 0,196 qram metamfetamin məhv edilsin; iş üzrə maddi sübut olan Şahid2 təqdim etdiyi üzərində X4 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin surəti, həmin surətin üzərində “xx.xx.2022, Model: Redmi 9a,əlaqə 070 260 25 25, İmei 8631 8305 3370 72, Satdım telefonu özümə məxsusdur, oğurluq və girov deyildir“ sözləri və imza qeyd edilmiş sənəd və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş video görüntünün olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İbtidai istintaq zamanı və məhkəmədə Təqsirləndirilən şəxs göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 6 saylı vəkil bürosunun vəkili X2 360 (üç yüz altmış) manat, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar