Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1765/2024 21.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Astara rayonu, Kakalos kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Astara rayonu, Kakalos kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, F.Maqsudov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 iyun 2024-cü il tarixdə, saat 17:25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,621 qram və 4,102 qram olmaqla ümumi təmiz çəkisi 5,723 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8,532 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 26 yanvar 2024-cü il tarixdə, saat 13:30 radələrində ünvan 1 ünvanının qarşısında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23cü Polis Bölməsinin (bundan sonra mətndə-Nizami RPİ-nin 23-cü PB-nin) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən həmin polis bölməsinin inzibati binasına aparılıb orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindən külli miqdarda 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,621 qram və 4,102 qram olmaqla ümumi təmiz çəkisi 5,723 qram olan ağ rəngli kristalşəkilli maddə, kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8,532 qram olan bozumtul-qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd səthində psixotrop maddəmetamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə (bax iş vərəqi (bundan sonra mətndə i.v.) 34-35; 55-58; 68-70; 145-148;) əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, himayəsində 2003-cü il təvəllüdlü Asiman Əliyev və 2006-cı il təvəllüdlü Məhəmməd Əliyev adlı iki övladı vardır. Həbs olunmazdan əvvəl rezin boru sexində usta kimi fəaliyyət göstərmişdir. Təxminən 3 ildir “kakos” kimi tanıdığı heroin və “patı” kimi tanıdığı metamfetamindən siqaretin kağızına doldurub çəkmə üsulu ilə istifadə etmişdir. Bir il əvvəl istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “whatsapp” ani mesajlaşma mobil tətbiqinə tanımadığı İran İslam Respublikasına məxsus mobil telefon nömrəsindən mesaj gəlmiş, ona mesaj yazan şəxs adının Əli olduğunu və İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. Əli ona narkotik vasitə satdığını və onun da narkotik vasitə istifadə etdiyini bildiyi üçün özünə lazım olduğu təqdirdə ondan almağını təklif etmək üçün yazdığını bildirmişdir. O da narkotik tapmaqda çətinlik çəkdiyi üçün Əli ilə razılaşmışdır. Bir ilə yaxındır Əlinin ona göndərdiyi yadında qalmayan müxtəlif bank kartlarına ödəmə terminallarından pul göndərib onun yerləşdirdiyi ərazidən şəxsi istifadəsi üçün heroin və metamfetamin götürərək istifadə etmişdir. Sonuncu dəfə 2024-cü ilin yanvar ayının 26-da təxminən səhər saat 06:00 radələrində əvvəlcədən danışdıqları kimi Əlinin ona göndərdiyi Suraxanı rayonu, Hövsan qəsəbəsində tam olaraq dəqiq ünvanı xatırlamadığı yerdən bir ədəd qara sellofan torbada narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürmüşdür. İçərisinə baxdıqda iki büküm ağ rəngli “patı” kimi tanıdığı metamfetamin, iki büküm qəhvəyi rəngli “kakos” kimi tanıdığı heroin və bir ədəd elektron tərəzi olduğunu görmüşdür. Əvvəllər Əliyə aldığı narkotiklərin çəkisinin dediyi kimi olmadığını bildirdiyi üçün sonuncu bu dəfə ona narkotikləri ölçməsi üçün tərəzi də göndərmişdir. Ona bu dəfə narkotikləri ölçdükdən sonra pulunu göndərəcəyini demişdir. Narkotiklərin hər birinin qramını Əlidən 25 manatdan almışdır. Narkotikləri götürdükdən sonra “patıdan” bir qədər çəkib istifadə edib yaşadığı evə getmişdir. Narkotiklər olan sellofan torbanı gödəkçəsinin sağ yan cibində gizlətmişdir. Günorta saatlarında yaşadığı evdən çıxıb Keşlə qəsəbəsində işlədiyi sexə getmişdir. Təxminən saat 13:30 radələrində iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitə istifadə etdiyindən və narkotik vasitələri daşıdığından şübhələndikləri üçün onlarla birlikdə Nizami RPİ-nin 23-cü PB-yə getməyi təklif etmiş, o da sonuncularla razılaşmışdır. Polis bölməsində onun şəxsiyyəti müəyyən olunduqdan sonra xidməti otaqların birində üzərində narkotik vasitə olmasından şübhələndiklərinə görə şəxsi axtarış və götürmə aparacaqlarını bildirmişlər. Ona görə də hüquqlarını izah edib istədiyi vəkili hüquqlarının müdafiəsi üçün dəvət etməkdən ötrü ona vəkil siyahısı təqdim etmişlər. O da təqdim olunmuş siyahıdan X3 adlı vəkili hüquqlarının müdafiəsi üçün seçmiş, vəkil Abuzər Səfərov idarəyə dəvət edilmişdir. Vəkil gəldikdən sonra onun iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Nizami RPİ-nin 23-cü PB-də onu bölməyə gətirmiş əməkdaşların iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparmağa başlamışlar. Təhqiqatçı ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişdir. O da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan 1 ədəd qara rəngli sellofan torbanı və sol yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Baxış zamanı qara rəngli sellofan torbanın içərisində bir ədəd elektron tərəzi və 4 (dörd) ədəd bükümdə narkotik vasitələr aşkar edilmişdir. Polis əməkdaşı bükümlərə baxdıqda onların iki büküm ağ rəngli kristal şəkilli, iki büküm isə qəhvəyi rəngli narkotik vasitələr olduğu müəyyən edilmişdir. Həmin bükümləri Hövsan qəsəbəsindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq hər hansı bir əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərindən aşkar edilmiş heroin, metamfetamin və tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənib götürülərək bu barədə protokol tərtib edilib ucadan oxunmuşdur. O, hüquqlarını müdafiə edən vəkil və digər iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Həmin prosesi polis əməkdaşlarından biri telefon vasitəsilə video çəkilişlə qeydə almışdır. O, narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olmamışdır.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, üzərindən aşkar edilən narkotik vasitələri və psixotrop maddələri 26 yanvar 2024-cü il tarixdə, təxminən saat 06:00 radələrində İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsin Suraxanı rayonu, Hövsan qəsəbəsində əvvəlcədən qoyduğu yerdən öz istifadəsi üçün götürmüş, həmin aldığı narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Əli ilə “Whatsapp” vasitəsi ilə əlaqə saxlamış, mobil nömrəsini də telefonunda yaddaşa yazmamış, adından başqa heç bir anket məlumatını bilmir. İlk dəfə Əli adlı şəxs bir il əvvəl özü ona yazmış, Əli ilə yazışmalarını da telefonundan silmişdir. Əsasən Əli özü ona yazanda ondan narkotik istəmişdir. Baxış zamanı üzərindən aşkar edilən həmin elektron tərəzini İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxs ona göndərmişdir. Çünki Əliyə onu qramlarda aldatdığını dediyi üçün narkotikləri aldıqdan sonra ölçə bilsin deyə ona göndərmişdir. İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxslə ondan aldığı narkotik vasitəni pul və ya hər hansı başqa maraq qarşılığında başqa şəxsə vermək, ötürmək və göndərmək barədə aralarında hər hansı razılaşma olmamış, o, Əlidən yalnız öz istifadəsi üçün narkotik almışdır. “Əli” adlı şəxsdən və ya hər hansı başqa şəxsdən əldə etdiyi narkotik vasitəni heç vaxt heç kimə satmamış və ya pay verməmiş, yalnız özü narkotik vasitə istifadə etmişdir. Onun hər dəfə narkotik əldə etmək imkanı olmadığından, imkan düşəndə daha çox əldə etməyə çalışmışdır. Eyni zamanda həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamindən istifadə etmişdir. Üzərindən aşkar edilmiş 4 bükümdən ikisində metamfetamin, birində heroin, birində isə həmin maddələrlə əlaqəsi olmayan bilmədiyi bir kütlə olmasının müəyyən edilməsi barədə bildirmişdir ki, İran vətəndaşı 4-cü bükümü ona heroin adı ilə verərək onu aldatmışdır.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, təxminən 3-4 ildir narkotik vasitələrdən istifadə edir. Üzərində ona verilmiş ittihamda göstərilən miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuş, hər iki maddəni şəxsi istifadə məqsədi ilə əldə etmiş, həmin maddələrdən heç kimə satmamış, habelə üzərində aşkar olunmuş elektron tərəzini alarkən aldanmamaq üçün saxlamışdır. Narkotik vasitələri satan şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bildiyindən daha ucuz qiymətə narkotik vasitə təşkil edə biləcəyini bildirmiş, o da qiymətinin ucuz başa gəlməsi üçün kredit götürməklə narkotik vasitələri külli miqdarda əldə edib qəbul etmişdir. Narkotik vasitə aldığı şəxs onunla “Whatsapp” vasitəsilə əlaqə yaratmış, sonuncu onu bir neçə dəfə aldatmaqla razılaşdırılan miqdardan az miqdarda narkotik vasitə vermişdir. İbtidai istintaq zamanı narkotik vasitələrin satışı ilə məşğul olması barədə bildirməmiş, aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi məqsədilə üzərində gəzdirmiş, törətdiyi əməlindən çox peşmandır. O, saxlanılarkən, polis bölməsinə aparılarkən, polis bölməsində olarkən və sonradan hər hansı şəxs, o cümlədən polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi zorakılığa, eləcə də qanunsuz təsirlərə və pis rəftara məruz qalmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, həmin xəstəlikdən tam müalicə olunaraq sağalmaq istədiyini, polis əməkdaşları tərəfindən tutulmadığı təqdirdə narkotik vasitə və psixotrop maddələrdən sui-istifadə nəticəsində sağlamlığının daha da pisləşəcəyi üçün tutularaq cinayət məsuliyyətinə cəlb olunduğu üçün həmin şəxslərə təşəkkür etdiyini, himayəsində iki övladınının olduğunu, ailədə özündən başqa gəlir gətirən şəxsin olmadığını, narkotik vasitə və psixotrop maddələrdən sui-istifadə etdiyi üçün çox peşman olduğunu bildirərək yaşını və ailə vəziyyətini nəzərə alaraq məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
7. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin PB-nin 23-cü PB-nin polis sahə rəisi, polis baş leytenant Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 26 yanvar 2024-cü il tarixdə bölmənin əməliyyat müvəkkili Şahid1lə birlikdə inzibati ərazidə xidmətdə olan zaman təxminən saat 13:30 radələrində ünvan 5 ünvanının qarşısında olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslə söhbət apararkən onun özünü qeyri-səmimi aparması onlarda şübhə oyatmış, həmçinin həmin şəxsin xarici görünüşündə də onun narkotik vasitə istifadə etməsinə xarakterik əlamətlər olmuşdur. Ona görə də həmin şəxsi araşdırma aparılması məqsədilə Nizami RPİ-nin 23-cü PB-yə dəvət etmiş, həmin şəxs etiraz etmədiyindən birlikdə polis bölməsinə gələrək bu barədə bölmə rəhbərliyinə raportla məruzə etmişlər. Polis bölməsində həmin şəxsin şəxsiyyətinin müəyyən edilərək Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilmiş və vəkil dəvət edilərək onların və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan tünd qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli sellofan torbanın içərisində olan dörd ədəd şəffaf sellofan bükümü və bir ədəd elektron tərəzini çıxararaq masanın üstünə qoymuşdur. Həmçinin Təqsirləndirilən şəxs həmin gödəkçəsinin sol yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təhqiqatçı dörd ədəd bükümləri açdıqda onlardan ikisinin içərisində ağ rəngli kristal şəkilli maddə, digər ikisində isə qəhvəyi rəngli toz şəkilli maddə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddələrin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşduqda o həmin maddələrdən ikisinin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin, ikisinin isə “kakos” kimi adlandırdığı narkotik maddə heroin olduğunu, həmin bükümlərdəki metamfetamini və heroini Suraxanı rayonu, Hövsan qəsəbəsində dəqiq ünvanını bilmədiyi yerdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da başqa hər hansı əşya tapılmamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və elektron tərəzi zərfə qoyulub möhürlənmiş, həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmişdir. Bütün iştirakçılar zərfin üzərini və protokolu imzalamışdır.
8. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs barəsində onlara hər hansı əməliyyat məlumatı daxil olmamış, sonuncu saxlanılarkən onlara qarşı hər hansı etiraz etməmişdir. O, uzun müddət narkomaniya ilə mübarizə sahəsində çalışdığından Təqsirləndirilən şəxs görən kimi onda sonuncunun hərəkətlərindən narkotik vasitə istifadəçisi olması barədə fikir formalaşmışdır.
9. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, 26 yanvar 2024-cü il tarixdə sahə inspektoru Şahid2lə birlikdə Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsində xidmət apararkən zahiri əlamətlərinə görə narkotik vasitə və psixotrop maddənin təsiri altında olan bir nəfər şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncu onların polis əməkdaşı olduqlarını bildikdə özünü həyəcanlı aparmağa başlamış, lakin onlara qarşı hər hansı etirazını bildirməmişdir. Şəxs Nizami RPİ-nin 23-cü PB-yə aparıldıqdan sonra şəxsiyyəti müəyyən olunmuş, raportla bu barədə rəhbərliyə məruzə edildikdən sonra təhqiqatçının otağında prosessual hərəkətlər aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara hər hansı məlumat daxil olmamış, sonuncu saxlanılarkən əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir.
10. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
11. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 26 yanvar 2024-cü il tarixdə, saat 13:30 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş torba, həmin torbanın içərisindəki 1 (bir) ədəd qutunun içərisində 1 (bir) ədəd elektron tərəzi və 3 (üç) ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş 3 (üç) ədəd büküm, həmin bükümlərin içərisində - birinci bükümdə şəffaf rəngli sellofan torbaya bükülmüş çəkisi 1,621 qram olan metamfetamin, ikinci bükümdə şəffaf rəngli sellofan torbaya bükülmüş çəkisi 4,102 qram olan metamfetamin və üçüncü bükümdə şəffaf rəngli sellofan torbaya bükülmüş çəkisi 8,532 qram olan heroinin aşkar edilərək götürülməsi faktına görə Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən 27 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
12. Nizami RPİ-nin 23-cü PB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və həmin PB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 tərəfindən tərtib olunmuş 26 yanvar 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 13:30 radələrində inzibati ərazidə xidmətdə olan zaman Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev 42 ünvanının qarşısında zahiri əlamətlərindən narkotik vasitələrin istifadəsində və saxlanılmasında kifayət qədər şübhələr olan bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edən zaman sonuncu özünü qeyri-səmimi apararaq onlarda şübhə yaratdığından həmin şəxsi PB-yə dəvət etmişlər, orada həmin şəxsin xx xxxxxx 1973-cü ildə Astara rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur (Cild 1, i.v.3;).
13. “Şübhəli şəxsin tutulması haqqında” 26 yanvar 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Əliyev X9 RPİ-nin 23-cü PB-in təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən həmin tarixdə, saat 14:30-da müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə bu barədə protokol tərtib edilmişdir. Qərarın və protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı, yəni 26 yanvar 2024-cü il tarixdə, saat 13:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v.15-16;).
14. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisi X2 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və həmin bölmənin sahə inspektoru, polis baş leytenantı Şahid2 iştirakı ilə Nizami RPİ-in 23-cü PB-in inzibati binasında 3 saylı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd qara rəngli sellofan torba, həmin torbanın içərisindən 4 (dörd) ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş 4 (dörd) ədəd büküm və 1 (bir) ədəd qutunun içərisində 1 (bir) ədəd elektron tərəzi, əynində olan tünd qara rəngli gödəkçəsinin sol yan cibindən isə 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra PB-in sahə inspektoru, polis baş leytenantı Şahid2 köməyindən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd qara rəngli sellofan torbanın içərisində olan 1 (bir) ədəd qutunun içərisində 1 (bir) ədəd elektron tərəzi və 4 (dörd) ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş 4 (dörd) ədəd büküm, içərisində kristalvari, gümüşü rəngli maddə olan 2 (iki) ədəd büküm bir ədəd torbaya, digəri, yəni içərisində qəhvəyi rəngli maddə olan 2 (iki) ədəd büküm başqa bir torbaya qoyularaq kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd “Samsung” markalı mobil telefon maddi sübut əhəmiyyətli olduğu üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narkotik vasitə “şüşə və kakos” olduğunu, həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən iki gün bundan qabaq şəxsi istifadəsi üçün aldığını, həmin şəxslə özünə məxsus olan mobil telefon vasitəsilə əlaqə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddənin tam çəkisini öyrəndikdən sonra həmin şəxsə ödəniş edəcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokolda “İphone13 Pro” markalı mobil telefondan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 26; 29-31;).
15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 yanvar 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 18 dəqiqə 39 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq H.E.Səddam tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 29 yanvar 2023cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 91-92;).
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/2-6/693 saylı, 27 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 163 №-li“ dairəvi möhür əksi olan bağlamadakı 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,621 qram; 4,102 qram; ümumilikdə təmiz çəkiləri 5,723 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə metamfetamindir. 1 ədəd bükümdə təmiz çəkisi 8,532 qram bozumtulqəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. 1 ədəd bükümdəki təmiz çəkisi 3,823 qram tünd qəhvəyi rəngli kütlənin tərkibində qadağan olunan və nəzarətdə olan maddələr müəyyən edilmədi. Elektron tərəzinin səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroinin təmiz çəkisi – 8,532 qram, tədqiqata sərf edildi - 0,01 qram, qalıq - 8,432 qramdır. Metamfetaminin təmiz çəkisi – 5,723 qram, tədqiqata sərf edildi - 0,01 qram, qalıq - 5,623 qramdır. Nəzarətdə olmayan maddə - 3,823 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 3,723 qramdır. Aparılmış tədqiqatın dəyərinin 110 (bir yüz on) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 38-42;).
17. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Abbas Məmmədov tərəfindən Nizami RPİ-nin İŞ-nə göndərilmiş, həmin şöbənin baş müstəntiqi, polis kapitanı X8 tərəfindən cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 44; 47;).
18. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 28 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 59-60;).
19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2024-cü il tarixli, 4(007)- 33/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimatın təmin olunmasına etiraz etməmişdir. (Cild 1, i.v.77-81;).
20. “Mobil telefon cihazına baxış keçirilməsi haqqında” 28 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən təqdim etdiyi bir ədəd qara rəngli “Samsung” markalı mobil telefona Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X8 tərəfindən baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı aşkar edilməmişdir (Cild 1, i.v. 82;).
21. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixində aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 5,723 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 8,532 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmaqla tədqiqatlardan sonra qalıq qalmış 5,623 qram metamfetaminin, 8,432 qram heroinin, eləcə də üzərində metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzinin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, 1 (bir) ədəd bükümdə təmiz 3,823 qram tünd qəhvəyi rəngli kütlənin tərkibində qadağan olunan və nəzarətdə olan maddələr müəyyən edilmədiyindən iş üzrə maddi sübut hesab edilməyərək tədqiqatlardan sonra qalıq çəkisi 3,723 qram olan kütlənin cinayət işində saxlanılması, “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 26 yanvar 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişinin əks olunduğu 1 (bir) ədəd “DVD-R” formatlı diskin sübut əhəmiyyəti kəsb etdiyindən iş materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild 1, i.v. 93-94;).
22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 20 fevral 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 14 sentyabr 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (1 sentyabr 2000-ci ilədək qüvvədə olan) 220-1 maddəsinin 2-ci hissəsi, 83-cü maddəsinin 4-cü hissəsi və 38-ci maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir (Cild1, i.v. 116-117;).
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 17 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 6 dekabr 2006-cı ildə Niftəliyeva (Əliyeva) Xatirə Şirin qızı ilə Astara rayonunun Kakalos kənd icra nümayəndəliyində nikaha daxil olduğu müəyyən edilmişdir. Eyni zamanda valideynləri Təqsirləndirilən şəxs və Niftəliyeva (Əliyeva) Xatirə Şirin qızı olan 21 aprel 2003-cü il təvəllüdlü Asiman Əliyevin və 27 oktyabr 2006-ci il təvəllüdlü Məhəmməd Əliyevin doğumunun Astara rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur (Cild 1, i.v. 118;).
24. Nizami RPİ-nin 23-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Xəyal Şükürovun 22 fevral 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitəni əldə etdiyi şəxslərin, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edib-etməməsinin, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmamasının, kimlərlə əlaqədə olmasının, həmin vaxtlarda və ondan əvvəllər onun narkotik vasitə və ya psixotrop maddədən istifadə edən və ya daşıyan şəxslərlə əlaqəsinin, habelə onun başqa cinayətlər törədib-törətməməsinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (Cild 1, i.v.119;).
25. “Təqdim edilmiş CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə aparılmış 1 dekabr 2023-cü il tarixdən 26 yanvar 2024-cü il tarixədək olan müddət ərzindəki zəngləri, sms mətnləri və ötürülmüş digər məlumatların götürülməsinə dair "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında alınmış diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (Cild 1, i.v.121-123;).
26. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 9 aprel 2024-cü il tarixli qərardan görünür ki, Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v.126;).
27. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 23 fevral 2024cü il tarixli, 1238 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin qərarın təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs öz deməsinə görə, 3 ildən çoxdur ki, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (Cild 1, i.v.134-135;).
28. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 17 fevral 2024-cü il tarixli, 421 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir, həmçinin öz prosessul hüquqlarını həyata keçirmək iqtidarındadır. Həmin rəyin tədqiqi hissəsində göstərilmişdir ki,..ona ittiham olunan əməl barədə soruşduqda qərarın təsviri hissəsində göstərilən əməlini (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan) etiraf edir(Cild 1, i.v. 136-138;).
29. “Sübutların qiymətləndirilməsi barədə” 22 aprel 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 5,723 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 8,532 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzinin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və aparılmış tədqiqatlardan sonra qalıq qalmış 5,623 qram metamfetamin, 8,432 qram heroin, eləcə də üzərində nmetamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzinin saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsinin qərara alınmasının nəzərə alınması, hazırkı vaxtda Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,823 qram tünd qəhvəyi rəngli kütlənin tərkibində qadağan olunan və nəzarətdə olan maddələr olmadığından həmin kütlənin məhv edilməsi üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 26 yanvar 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişin əks olunduğu 1 (bir) ədəd “DVD-R” disk iş üçün əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmaqla cinayət işinin istintaq materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Samsung” markalı mobil telefonun iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması qərara alınmışdır (Cild 1, 152-159; 166;).
30. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq müstəntiq Əflatun Səlimov tərəfindən icraatına qəbul edilərək istintaqı davam etdirilir (Cild 1 i.v. 161-162;).
31. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ə.A.Səlimov tərəfindən 26 aprel 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 29 aprel 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.167-175;).
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 319/2024 saylı məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Həmin kitabçada göstərilənlərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinədən keçirilmiş, həm özünün deməsinə, həm də müayinəyə əsasən bədən səthində hər hansı zədə və ya xəsarət izi aşkar olunmamışdır (Cild 2). Əməlin tövsifi və digər hüquqi məsələlər:
33. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
34. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
36. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
37. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
38. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
39. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmiş, həmin Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.
40. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 8,532 qram narkotik vasitə heroinin miqdarının xeyli miqdarından təxminən 56 dəfə, külli miqdarından isə təxminən 4,2 dəfədən artıq olması, habelə 5,723 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının xeyli miqdarından təxminən 38 dəfədən, külli miqdarından isə təxminən 2,8 dəfədən artıq olması, satış üçün külli miqdarda narkotik vasitəni ayrı-ayrı bükümlərdə qablaşdırması, üzərində üç bükümdə olmaqla müxtəlif növdə narkotik vasitə və psixotrop maddələrin, o cümlədən üzərində metamfetamin izləri olan elektron tərəzinin aşkar edilməsi, habelə özünün də müdafiəçisinin iştirakı ilə videoçəkilişlə həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı da etiraf etdiyi həmin predmetləri, o cümlədən elektron tərəzini saxlanılmazdan iki gün əvvəl etməsinə baxmayaraq, üzərində saxlamaqla daşıması və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
41. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi məqsədilə əldə etməsi, həmin narkotik vasitə və psixotrop maddələri heç kimə satmaması, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, aşkar olunmuş elektron tərəzinin “Əli” adlı şəxs tərəfindən sonuncunun göndərdiyi narkotik vasitələrin qramını ölçməsi üçün göndərilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
42. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
43. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
45. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin və ya psixotrop maddənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
46. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan digər sübutlarla onun qeyd edilən cinayət əməlini, ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq tam sübuta yetirilir.
47. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
48. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
49. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
50. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
51. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
52. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
53. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
54. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
55. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
56. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını, sonuncu dəfə cinayət məsuliyyətinə cəlb olunduqdan sonra uzun müddət ərzində cinayətkar fəaliyyətdən uzaq olması, 50 yaşında olmaqla narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istəməsini bildirməsini və məhkəmə icraatı dövründə davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
57. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
58. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
59. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
60. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
61. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
62. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
63. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 26 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
64. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.
65. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 yanvar 2024-cü il tarixdən hesablanmalıdır.
66. Məhkəmə hökmün 27-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
67. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
68. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Nizami RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 8,432 qram olan narkotik vasitə heroin, 5,623 qram psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
69. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
70. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
71. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
72. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
73. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
74. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 8,432 qram olan narkotik vasitə heroin, 5,623 qram psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.