Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1766/2022 27.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X31 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi6, Salyan rayon Vəkil Bürosunun vəkili X8, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 və “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakı ilə, xx xxxx 1991-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Divanlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci, xx xxxx 1989-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3, xx xxxx 1992-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağdaş şəhəri, X30 küçəsi 2/21, ev 11-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4, xx xxxx 1999-cu ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxx 1987-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bərdə rayonu, Mirzalıbəyli kəndində qeydiyyatda olmaqla Tərtər şəhəri, Ə.Paşayev küçəsində yerləşən yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə tamah məqsədi ilə və sifarişlə adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Anar” adlı şəxslə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə tamah məqsədi ilə adam oğurluğu və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə hədəqorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Zərərçəkmiş şəxs qaynı Şahid1 məxsus plastik bank kartına şəxsiyyəti istintaqa məlum olmayan “Anar” adlı şəxs tərəfindən istintaqa məlum olmayan mənbədən göndərilmiş 9.700 manat pulun Şahid1 tərəfindən guya ələ keçirilməsi və sonuncunun olduğu yer məlum olmadığına görə həmin vəsaitin Zərərçəkmiş şəxs alınıb bir hissəsini özlərinə götürmək, bir hissəsini isə deyiləcək hesaba göndərmək barədə “Anar” adlı şəxsin verdiyi sifarişi yerinə yetirmək məqsədi ilə 3 yanvar 2022-ci il tarixdə özünün idarə etdiyi “BMW” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtobillə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhərindən Qusar şəhərinə gedərək orada qrupun üzvü Təqsirləndirilən şəxs2 ilə görüşdükdən sonra cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən aralarında hazırladıqları plana uyğun olaraq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yanlarına çağırıb Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 özünün qonaqları kimi təqdim edib onları Qusar şəhəri ərazisində gəzdirməsini tapşırmış, cinayətdə özünün iştirakını gizlətmək məqsədi ilə şübhə yaranmaması üçün guya evində qalan pul qabını götürməyə getmək bəhanəsi ilə onlardan ayrılıb yalandan bir neçə dəqiqəyə qayıdacağını bildirmiş, Zərərçəkmiş şəxs avtomobilin arxa oturacağında əyləşdikdən sonra Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 onun yanında oturub avtomobildən enməsinə imkan verməyib yumruq və sillə zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurub iradəsinə zidd şəkildə faktiki olduğu yerdən özünün müvəqqəti yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanına gətirib 4 yanvar 2022-ci il tarixdə günorta saatlarınadək 1 gün müddətində orada saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə tamah məqsədi ilə və sifarişlə adam oğurluğu cinayətini törətmiş, həmin müddət ərzində Təqsirləndirilən şəxs2 “WhatsApp” ani mesajlaşma mübadilə proqramı vasitəsilə əlbir olduğu qrup üzvləri ilə əlaqə saxlayıb Zərərçəkmiş şəxs maddi imkanının yaxşı olduğunu, fiziki və psixi təzyiq göstəriləcəyi halda əmlak əldə etməyin mümkün olduğunu bildirdiyindən Təqsirləndirilən şəxs1 cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3lə, həmçinin əvvəlcədən aralarında əldə olunmuş razılığa əsasən həmin mənzilə gələn qrup üzvü Təqsirləndirilən şəxs5 yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş alt dodağın selikli qişasının sol tərəfinin əzilmiş yarası və qansızması, sol qulaq seyvanının, sinəsinin sağ yuxarı hissəsinin, sol budun orta 1/3-nin arxa səthinin qançırları, sağ qulaq pərdəsinin cızılması, sol saidin orta 1/3-nin yan səthinin xətti sıyrığı, sağ tərəfli posttravmatik qansızma kimi sağlamlığına yüngül dərəcəli zərər vuraraq zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq elməklə yanaşı üzərində gəzdirdiyi Makarov konstruksiyalı tapança hesab edilən, 1 ədəd yivli odlu döyüş silahını masanın üzərinə qoyub nümayiş etdirərək zərərçəkmişi psixi təsirlərə məruz qoyaraq sərbəst buraxılması müqabilində ondan 30.000 manat məbləğində pul verməsini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs valideynlərinə və qohumlarına bu barədə verdiyi məlumatdan sonra zərərçəkmişin nənəsi Şahid4 tərəfindən Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 1045 6451 nömrəli plastik bank kartına köçürülmüş 3.000 manat məbləğində pulu əldə edib aralarında böldükdən sonra cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs ona məxsus avtomobilini verməsi müqabilində azad etdikdən sonra sonuncu 4 yanvar 2022-ci il tarixdə Qusar şəhərinə qayıdıb özünə məxsus 9.000 manat dəyərində “BMW E39” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilini Təqsirləndirilən şəxs2 təhvil vermiş, sonuncu həmin avtomobili evakuator xidməti vasitəsilə Bakı şəhərinə göndərmiş, Təqsirləndirilən şəxs1 və cinayətkar qrupun üzvləri həmin avtomobili qəbul edib Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən avtodayanacağa yerləşdirərək zərərçəkmiş şəxsə xeyli miqdarda 12.000 manat dəyərində ziyan vurmaqla Zərərçəkmiş şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətini törətmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, nömrəsi silinmiş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən 1 ədəd yivli odlu döyüş silahını, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 5 ədəd patronu, zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 1 ədəd darağı istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 8 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 13:00-da Bərdə rayonu, Divanlı kəndində yerləşən qəbirsitanlığın yaxınlığında saxlanılaraq Bərdə şəhəri, Babək prospekti 26 ünvanında yerləşən Bərdə rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, nömrəsi silinmiş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən, 1 ədəd yivli odlu döyüş silahı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı hesab edilən 5 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 1 ədəd daraq əynində olan qara rəngli şalvarın sağ tərəfində kəmər hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci maddələri özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin sonlarında “İnstagram” sosial şəbəkəsində təsadüfən “Anar Xəlilzadə” profili ilə qeydiyyatdan keçmiş bir şəxslə tanış olmuşdur. Həmin ərəfələrdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Melissa Park” yaşayış kompleksində mənzil icarəyə götürüb Seylan adlı qadınla yaşamışdır. Anarla danışarkən sonuncu onun əvvəllər məhkum olunduğunu bildikdə özünün Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı yaxşı əlaqələrinin olduğunu demişdir. Sonradan Anar ona Türkiyə dövlətinə aid mobil operator nömrəsindən “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə zəng edib əlaqə saxlamağa başlamışdır. 3 yanvar 2022-ci il tarixdə Anar yenə xarici mobil operatora məxsus nömrədən ona zəng edib Qusar rayonu ərazisində bir nəfər şəxsin onun kartından pul oğurlayıb qaytarmadığını, əgər həmin pulu alsa məbləğin bir hissəsini ona verəcəyini demişdir. Pula ehtiyacı olduğundan tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Qusara getməli olduğunu, onların da onunla gələ bilib-bilməyəcəklərini soruşmuşdur. Həmin şəxslər də onunla razılaşmışdır. 3 yanvar 2022-ci il tarixdə idarə etdiyi “BMW” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Elcan və Seymurla birlikdə Qusar rayonuna gəlmişdir. Anar ona Qusara çatanda Azad adlı şəxslə əlaqə saxlamağını və axtardıqları adamın adının Rafael olduğunu bildirib Azadın ***-***-**-** nömrəsini göndərmişdir ki, Azad Rafaeli tapmaqda onlara köməklik etsin. Onlar Qusara çatandan sonra o, Azada zəng edib görüşmüş və Azad onun maşınına əyləşdikdən sonra Rafaelə zəng edib görüşə çağırmışdır. Bundan sonra Rafael görüş yerinə gəlmişdir. Həmin yerdə Rafaelin 2 polis əməkdaşı ilə söhbət etdiyini görüb onu gözləmişlər. Daha sonra Rafael gəlib onun avtomobilinə əyləşmişdir. Onlar hamısı birlikdə Qusar rayonunda bir qədər avtomobillə gəzdikdən sonra Azadı evinin yaxınlığında düşürmüşlər. Rafael isə Bakı şəhərində işi olduğunu, onu da Bakıya aparmalarını bildirmişdir. Onlar da Rafaellə razılaşmışlar. Yol boyu Rafaellə hər hansı mübahisələri olmamış, söhbət edərək getmişlər. Bakı şəhərinə çatdıqdan sonra Seymur, Elcan və Rafaelə ac olduqlarını, onları evində qonaq etmək istədiyini deyib onları “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən "Melissa Park" yaşayış kompleksində kirayəyə götürdüyü evə gətirmişdir. Evdə olarkən bir qədər spirtli içki qəbul etmişlər. Seymur mobil telefonuna zəng gəldiyi üçün getməli olmuşdur. Daha sonra onlar içməyə davam etmişlər. Rafael evdə öz telefonu ilə dost tanışlarına və qohumlaına zəng edib onlardan müxtəlif bəhanələrlə pul istəmişdir ki, Anara olan borcunu ödəsin. Bundan sonra dostu İslam Fərəcov ona zəng edərək harada olduğunu, görüşə biləcəklərini soruşmuş, o da İslama Bakıda olduğunu, yaşadığı evə gəlməsini demişdir. Həmin gecə saat 1 radələrində Rafaellə birlikdə maşınla Bakı şəhərində gəzməyə çıxmışlar, həmin vaxt İslam və yanında gələnlər də ağ rəngli “Nissan” markalı avtomobillə onların arxasınca gəlmişlər. Evdə olarkən Rafael Anara olan borcunu ödəmək istədiyini, bu məqsədlə avtomobilini satmaq istədiyini, lakin özünün bunu bacarmayacağını bildirib, satışı onların həyata keçirmələrini xahiş etmişdir. Daha sonra Azad ona zəng edib Rafaelin qohumlarından 3.000 manat pul aldığını və həmin pulu onun bank kartına mədaxil etdiyini demişdir. Ardınca Anar ona zəng edib demişdir ki, onun kartına 5.700 manat pul göndərilmişdir. Daha sonra Rafael spirtli içkini çox qəbul etdiyi üçün sərxoş olmuş və nalayiq ifadələr işlətməyə başlamışdır. Bu səbəbdən 1 dəfə özünə gəlməsi üçün Rafaelin başından vurmuşdur. Rafael hərəkətlərini idarə etməkdə çətinlik çəkdiyi üçün həmin gecə onun yaşadığı evdə qalmışdır. X19 rayonuna qayıtmaq üçün pulu olmadığını, ona yol pulu verməyini xahiş etmişdir. O da Rafaelə 30 manat pul vermiş və Rafael getmişdir. Rafael Qusar rayonuna qayıtdıqdan sonra özünə məxsus avtomobili evakuator vasitəsilə Bakı şəhərinə göndərmişdir. Həmin avtomobil təxminən 11.000 manat dəyərində “BMW E39” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı olmuşdur. 5 yanvar 2022-ci il tarixdə Rafael özünə məxsus “BMW E39” markalı avtomobilini Biləcəridə dayanacaqda qoyub yaşadığı Bərdə rayonuna qayıtmışdır. Bundan başqa tutulmamışdan 1 həftə öncə Bərdə rayon, Divanlı kənd qəbrisitanlığının yanından keçərkən yerdən 1 ədəd Makarov tipli tapança və 6 ədəd patron tapmış, tapançanın sandıqçası üstündə olsa da, içi boş, patronlar isə yerdə olmuşdur. O, tapança və patronları üzərində saxlayaraq gəzdirməyə başlamışdır. 8 yanvar 2022-ci il tarixdə saat 13:00 radələrində Bərdə rayonu, Divanlı kənd qəbirsitanlığının yanında olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Ciinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları odlu silah və döyüş sursatını qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması ilə bağlı şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyətsiz olduğunu başa düşüb səmimi olaraq etiraf edərək bildirmişdir ki, hazırda üzərində 1 ədəd Makarov tipli tapança və 6 ədəd patron vardır. Bundan sonra polis əməkdaşları onu Bərdə rayon Polis Şöbəsinə dəvət etdikdə buna etiraz etməyib onlarla birlikdə Bərdə RPŞ-yə gəlmiş, orada hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş və üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində odlu silah olan tapança və patronların olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ kəmər hissəsinə bərkidib saxladığı 1 ədəd odlu silah olan tapançanı və şalvarının sol yan cibindən 6 ədəd patronu, həmçinin şalvarının sağ yan cibindən özünə məxsus 1 ədəd “İphone” markalı mobil telefonunu və 50 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Qusar rayonuna Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3lə birlikdə getmişdir. Qusar rayonuna Rafaeldən Anara olan borcunu almaq üçün getmişlər. Rafael onun idarə etdiyi avtomobilə könüllü əyləşmişdir. Bakı şəhərinə qayıdarkən avtomobili o idarə etmiş, Bakı şəhərinə çatanadək Rafael avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Azad onlarla Bakıya gəlməmiş, Qusarda qalmışdır. Azadın nömrəsini ona Anar vermişdir. Qusara çatdıqdan sonra Azadla olan görüşlərində Rafael yanlarında olmamışdır. Rafaeli onlarla görüşə Azad çağırmışdır. Anarı üzbəüz görməmiş, sadəcə qarşılıqlı telefon zəngləri olmuşdur. Rafael Anara borcu olduğunu qəbul etmişdir. Rafaeli evə gətirən zaman Seylan evdə olmuş, sonuncu onların söhbətlərində iştirak etməmişdir. Rafael yalnız özünün deməsi ilə tanışlarının ona pul verməyəcəyini, onların həmin şəxslərlə telefon əlaqəsi saxlamalarını demişdir. Rafaelin qohumları ilə telefon əlaqəsi saxlayan zaman onlara Rafaelin borcu olduğunu bildirmişlər. Rafaelə avtomobildə olarkən hər hansı xəsarət yetirməmişlər. Avtomobili satmaqla borcun ödənilməsini Rafael özü təklif etmişdir. Yeyib-içərkən Seymur ona zəng gəldiyi üçün evdən bir qədər tez getmişdir. Evdə olarkən Rafaellə onların arasında heç bir mübahisə olmamışdır. İslam, Seymur, Elcanı uzun müddətdir tanıyır, sonuncular onun dəvəti ilə arabir evinə gəlmişlər. Təqsirləndirilən şəxs2 Qusara gedənədək tanımamış, həmin şəxsi ilk dəfə Qusarda görmüşdür. 3.000 manat pulun Azada kim tərəfindən verilməsi barədə məlumatı yoxdur. Rafaelin dayısının polis əməkdaşı olduğu barədə məlumatı olmamışdır. Rafaelin Anara 10.000 manat borcu olmuş, pulu ona Azad göndərmişdir. Rafael evdə olarkən öz mobil nömrəsi ilə qohumları və Azadla telefon əlaqəsi saxlamış, Rafaelin qohumlarına 1 dəfə zəng etməsi ilə pul göndərilmişdir. Bakıda olduğu vaxt İslam özü ona zəng etmişdir. İslam onun evinə qonaq gələn zaman yanında qardaşı və tanımadığı başqa şəxs də olmuşdur. Evdə olarkən İslamla Rafael arasında heç bir mübahisə olmamışdır. Evinə gələnədək İslama Rafaellə bağlı heç nə deməmişdir. Qusarda olarkən Rafael pulu qohumlarından ala biləcəklərini demədiyi üçün borc məsələni Bakıda həll etməli olmuşlar. Rafaeldən Bakıda nə işi olduğunu soruşmamış, sonuncunun Bakı şəhərində işini həll edib-etməməsi ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxs2la Azərbaycan dilində danışmışlar. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsləri müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, 2021-ci ilin sonlarında “İnstagram” sosial şəbəkəsində təsadüfən “Anar Xəlilzadə” profili ilə qeydiyyatdan keçmiş bir şəxslə tanış olmuş, həmin ərəfələrdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Melissa Park” yaşayış kompleksində mənzil icarəyə götürüb Seylan adlı qadınla yaşamışdır. Anarla danışarkən sonuncu onun əvvəllər məhkum olunduğunu bildikdə özünün Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı yaxşı əlaqələrinin olduğunu ona bildirmişdir. Sonradan Anar ona Türkiyə dövlətinə aid mobil operator nömrəsindən “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə zəng edib əlaqə saxlamağa başlamışdır. 3 yanvar 2022-ci il tarixdə Anar yenə xarici mobil operatora məxsus nömrədən ona zəng edib demişdir ki, Qusar rayonu ərazisində bir nəfər şəxs özünün kartından pul oğurlayıb qaytarmır, əgər həmin pulu alsa məbləğin bir hissəsini ona verəcəkdir. Onun pula ehtiyacı olduğundan tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Anarın təklifini çatdırmış və onlar birlikdə Qusara gedib həmin şəxsi tapıb pul almağı qərara alaraq 3 yanvar 2022-ci il tarixdə idarə idarə etdiyi “BMW” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Elcan və Seymurla birlikdə Qusar rayona gəlmişlər. Anar ona Qusara çatanda Azad adlı şəxslə əlaqə saxlamağı və axtardıqları adamın adının Rafael olduğunu bildirib Azadın ***-***-**-** nömrəsini göndərmişdir ki, Azad Rafaeli tapmaqda onlara köməklik etsin. Onlar da Qusara çatandan sonra o, Azada zəng edib görüşərkən Azad onun maşınına əyləşdikdən sonra Rafaelə zəng edib görüşə çağırmışdır. Onlar planlaşdırmışlar ki, Azad Rafaeli aldadıb maşına əyləşdirsin və ardınca onlar Rafaeli Bakı şəhərinə aparıb ondan pulu tələb etsinlər. Beləliklə, Rafael görüş yerinə gəlmiş, maşının qabaq oturacağında əyləşmiş, sonra isə onlar Rafaeli arxa oturacağa keçirtmişlər. Azad onları Rafaelə guya özünün qonaqları kimi təqdim etmiş, sonra isə guya pul qabısının evdə qaldığını bəhanə edərək maşından düşüb Rafaelə qonaqlarını Qusar rayonunun görməli yerlərini göstərməsini, sonra gəlib onu götürməyi tapşırıb onlardan ayrılmışdır. Azad ayrılandan sonra o, Rafaeldən rayonun Bakı şəhəri istiqamətində çıxışını göstərməsini istəmiş, Rafael bu yolu izah etdikdən sonra onlar Bakı istiqamətində hərəkət edib Quba rayonu ərazisindən keçəndə o, Elcan və Seymura tapşırmışdır ki, Rafaelə əslində kim olduqlarını başa salsınlar. Əvvəlcədən nəzər tutmuşlar ki, məsələnin əsl mahiyyətini Bakı şəhərinə çatmayanadək Rafaelə deməsinlər ki, yolda nəsə problem çıxmasın. Bu səbəbdən Elcan və Seymur onların ortasında oturan Rafaelə hədə-qorxu gəlib pulla bağlı sorğu-sual etmiş, Bakı şəhərinə çatdıqdan sonra isə Rafaeli onun “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Melissa Park” yaşayış kompleksində yerləşən kirayəyə götürdüyü mənzilə gətirmişlər. Həmin vaxt Seylan evdə olmuşdur. Onlar Anarla “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə görüntülü danışıb Rafaelin yanlarında olduğunu Anara göstərmişlər. Məhz həmin vaxt ilk dəfə olaraq Anarı görüb onun təxminən 25-30 yaşlarında, sarımtıl və nisbətən dolu sifətli olduğunu görmüşdür. Anar ona demişdir ki, Rafael qohumu Edvik adlı şəxslə birlikdə özlərinin adlarına açıb ona göndərdikləri plastik bank kartından ona məxsus olan 30.000 manatadək pulu oğurlayıblar. Həmin vaxt o, Rafaelin qorxması üçün üzərində gəzdirdiyi Makarov tipli tapançanı masanın üzərinə qoymuşdur. Sonra o, Rafaelin ağız nahiyəsinə yumruqla, Elcan yumruqla Rafaelin başının sol tərəfinə və sinəsinə, Seymur isə yumruqla Rafaelin başının sağ tərəfindən və bədən nahiyəsinə vuraraq döyüb 30.000 manat pul tələb edərək ödənişi etdikdən sonra sərbəst buraxılacığını demişlər, həmçinin gələcəkdə polisə şikayət etməməsi üçün ona hədə-qorxular gəlmişlər. Bir qədər sonra həmin evə əvvəllər onunla birlikdə cəza çəkən Tərtər rayon sakini İslam, onun qardaşı İlqar və tanımadığı bir nəfər şəxslə birlikdə gəlmişlər. İslam Rafaelin hansı səbəbdən evdə olduğunu bilmiş və İslam təpiklə Rafaelin bədən nahiyəsindən vurmuşdur. Rafael ağlayaraq pulu olmadığını dediyinə görə o, Azadla telefonla danışıb Rafaelin maddi durumu barədə maraqlanmış, Azad Rafaelin imkanlı adam olduğunu və qorxutmağa davam etmələrini tapşıraraq demişdir ki, gedib özü də Rafaelin qohumlarına onun vəziyyətinin ağır olduğu izah edib qorxudacaqdır. Rafael evdə öz telefonu ilə dost-tanışlarına və qohumlarına zəng edib, onlardan müxtəlif bəhanələrlə pul istəmişdir. Həmin gecə saat 1 radələrində onlar Rafaeli özləri ilə götürüb maşınla Bakı şəhərini gəzməyə çıxmış, İslam və yanında gələnlər də ağ rəngli “Nissan” markalı avtomobillə onların arxasınca gəlmişlər. Həmin gecə evə gəlib yatmışlar və ertəsi gün səhər o, Rafaeldən pul çıxmadığını görüb ondan heç olmasa 5.000 manat pul tapmasını xahiş etmişdr. Rafael xalasına zəng etmiş, xalası onunla danışaraq demişdir ki, 5.000 manat pulları yoxdur, lakin həmin pulun əvəzində Rafaelin 11.000 manat dəyərində “BMW E39” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı maşınını ona verə bilər. Sonra isə Azad ona zəng edib Rafaelin nənəsindən 3.000 manat pul aldığını bildirmiş və həmin pulu onun göndərdiyi özünə məxsus olan bank kartına mədaxil etmişdir. Ardınca Anar ona zəng edib demişdir ki, Anarın kartına 5.700 manat pul göndərilmişdir. 4 yanvar 2022-ci il tarixdə günorta radələrində onlar Rafaeli özünün maşınını onlara göndərməsi üçün Qusara yola salmağı qərara alaraq İslam və İlqar qardaşları Rafaelə 20 manat pul verib yola salmışlar. 5 yanvar 2022-ci il tarixdə Rafael özünə məxsus “BMW E39” markalı avtomobili evakuatorla qoyub Bakı şəhərinə göndərmiş, o da həmin avtomobili Biləcəridə dayanacaqda qoyub yaşadığı Bərdə rayonuna qayıtmışdır. Bundan başqa o tutulmamışdan 1 həftə öncə Bərdə rayon, Divanlı kənd qəbirsitanlığının yanından keçərkən yerdən 1 ədəd Makarov tipli tapança və 6 ədəd patron tapmış, tapançanın sandıqçası üstündə olsa da içi boş, patronlar isə yerdə olmuşdur. O, tapançanı və patronları üzərində saxlayaraq gəzdirməyə başlamışdır. 8 yanvar 2022-ci il tarixdə saat 13:00 radələrində Bərdə rayonu, Divanlı kənd qəbirsitanlığının yanında olduğu zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünu təqdim etməsini xahiş etdikdə o, özümü təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatını qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımağı ilə bağlı şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyətsiz olduğunu başa düşüb səmimi olaraq etiraf edərək bildirmişdir ki, hazırda üzərində 1 ədəd Makarov tipli tapança və 6 ədəd patron vardır. Bundan sonra polis əməkdaşları onu Bərdə rayon Polis Şöbəsinə dəvət etdikdə buna etiraz etməyib onlarla birlikdə Bərdə RPŞ-yə gəlmiş, orada hüquqlarımın müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş və üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində odlu silah olan tapança və patronların olduğunu bildirib əynində olan qara rəngli şalvarının sağ kəmər hissəsinə bərkidib saxladığı 1 ədəd odlu silah olan tapançanı və şalvarının sol yan cibindən 6 ədəd patronu, həmçinin şalvarının sağ yan cibindən özünə məxsus 1 ədəd “İphone” markalı mobil telefonunu və 50 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Onlar Zərərçəkmiş şəxs Bakıya gətirəndən sonra İslama bu barədə xəbər verərək ona Bakıya gəlib Rafaeldən pul almaqda onlara köməkçilik etməsini tapşırmaqla əldə etdikləri puldan ona da vercəklərini vəd etmiş, lakin bu barədə İslamın qardaşı İlqara heç bir məlumat verməmişlər. İslamın özünün qardaşına bu barədə xəbər verib-vermədiyini, İlqarın və onları Bakıya gətirən taksi sürücüsünün evə nə məqsədlə gəldiklərindən məlumatsız olduqlarını bildirmişdir. Həmçinin onunla birlikə həmin mənzildə qeyri-rəsmi yaşayan Seylanın onların Rafaeldən hədə-qorxu ilə pul tələb etməsindən və mənzildə bu məqsədlə saxlanmasından heç bir məlumatı və əlaqəsi olmamışdır. Sadəcə onlar Rafaeli gətirəndə Seylan evdə olmuşdur (cild 1, iş vərəqə 66-70 və 80-84). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 3-4 il olar ki, tanıyır və dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs4 onunla bir rayonda yaşadığından uşaqlığından tanıyır və yaxın münasibəti olmuşdur. 3 yanvar 2022-ci il tarixdə Sübhan ona Qusar rayonuna getməli olduğunu, onun da özü ilə gedə biləcəyini soruşmuş, o da həmin vaxt hər hansı vacib işi olmadığından Sübhanla razılaşmışdır. Daha sonra Elcanın da onlarla gedəcəyini bilmişdir. Elcandan onun hansı səbəbə onlarla Qusar rayonuna getdiyini soruşduqda, o, Sübhanın yuxulu olduğunu, avtomobili özünün idarə edəcəyini demişdir. Beləliklə, onlar 3 yanvar 2022-ci il tarixdə Sübhanın “BMW” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtobili ilə Qusar rayonuna getmişlər. Oraya çatanda Sübhan “Anar”la telefonla danışmışdır. X22 adlı şəxslə əlaqə saxlamağı tapşırmışdır. Bundan sonra onlar Azada zəng edib onunla görüşdükdən sonra Azad Rafael adlı şəxsə zəng edib onu görüşə çağırmışdır. Onlar Rafaeli gözləyərkən sonuncunun polis əməkdaşları ilə söhbət etdiyini görmüşlər. Həmin şəxs söhbəti bitdikdən sonra gəlib Sübhanın avtomobilinə əyləşib onlarla salamlaşmışdır. Qusar rayonunda avtomobillə bir qədər gəzdikdən sonra Azad onu evinin yaxınlığında düşürmələrini istəmiş və evinə getmişdir. Daha sonra Rafael onların Bakı şəhərinə qayıtdıqlarını bildiyindən özünün Bakıda işləri olduğunu, onu da aparmalarını xahiş etmişdir. Yolda olarkən gündəlik məsələlərdən danışmışlar. Bakı şəhərinə çatdıqda Sübhan onları evində qonaq etmək istədiyini dedikdə onunla razılaşmış və Sübhanın “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Melissa Park” yaşayış kompleksində kirayəyə götürdüyü mənzilinə gəlmişlər. Mənzildə Seylan adlı qadın olmuşdur. Həmin qadın onlarla salamlaşdıqdan sonra evin başqa otağına keçmişdir. Onlar isə qonaq otağında əyləşmişlər. Evdə olarkən Rafaelin kiməsə borcunun olması barədə danışılmışdır. Lakin onun həmin məsələ ilə bağlı məlumatı olmadığı üçün danışıqları diqqətlə dinləməmişdir. Evə çatdıqdan təxminən 20 dəqiqə sonra ona birlikdə kirayə yaşadığı şəxs zəng edib açarının olmadığnı, gedib onun üçün qapını açmağını bildirmişdir. O həmin zəngdən sonra dərhal evdə olan şəxslərlə sağollaşıb getmişdir. Bundan sonra evdə nə baş verməsi barədə məlumatı yoxdur. Sübhandan Qusar rayonuna nə üçün getdiyini soruşmamış, Qusara nə məqsədlə getdikləri barədə məlumatı olmamışdır. Anarı tanımır. Bakıdan gedərkən və qayıdarkən yol boyu qulaqcıqla musiqi dinləmişdir. O, evdə olarkən heç bir mübahisə olmamışdır. Rafaelin kimə və hansı məbləğdə borcunun olması barədə məlumatı olmamışdır. Bakıya qayıdarkən Rafael çatanadək avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Həm Qusara gedərkən, həm də Bakıya qayıdarkən avtomobilin arxa oturacağında əyləşmişdir. Bakıya qayıdarkən avtomobili Sübhan idarə etmişdir. Avtomobildə olarkən Rafaelə qarşı zor tətbiq edilməsi və ya ondan pul tələb edilməsinin şahidi olmamışdır. Sübhanın evində təxminən 20 dəqiqə olmuşdur. Sübhanın yaşadığı evdə olarkən Rafaelə xəsarət yetirilməsinin şahidi olmamışdır. Rafael avtomobilə könüllü əyləşmiş və onlarla Bakı şəhərinə könüllü gəlmişdir. Azad adlı şəxsi ilk dəfə Qusar rayonunda görmüşdür. Bakıya qayıdarkən, ola bilsin ki, ona və avtomobildə olan digər şəxslərə zənglər edilmişdir. Bakıya qayıdarkən ona kim tərəfindən zəng edildiyini və hansı məzmunda danışdığını xatırlamır. Sübhanın evindən çıxdıqdan sonra oraya geri qayıtmamışdır. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsləri müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilərək ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 3-4 il olar ki, tanıyır və dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs4 onunla bir rayonda yaşadığından uşaqlığından tanıyır və münasibətləri vardır. 3 yanvar 2022-ci il tarixdə Sübhan ona və Elcana demişdir ki, hansısa tanışı “Anar” adlı şəxs Türkiyə dövlətinə aid mobil operatora məxsus nömrədən “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə zəng edib demişdir ki, Qusar rayonu ərazisində bir nəfər şəxs “Anar”ın kartından pul oğurlayıb qaytarmamış, əgər ondan həmin pulu ala bilsələr məbləğin bir hissəsini onlara verəcəkdir. Elcan və o, Sübhanın təklifi ilə razılaşmış və onlar birlikdə qərara gəlmişlər ki, Qusara gedib həmin şəxsi tapıb pulu ondan alsınlar. 3 yanvar 2022-ci il tarixdə onlar Elcanla Sübhanın idarə etdiyi “BMW” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonuna gedib oraya çatanda Sübhan “Anar”la telefonla danışmış sonuncu Azad adlı şəxslə əlaqə saxlamağı tapşıraraq axtardıqları adamın adının Rafael olduğunu bildirmiş və Azadın ***-***-**-** nömrəsini göndərmişdir ki, Azad Rafaeli tapmaqda onlara köməklik etsin. Onlar deyilən kimi etmiş, Azada zəng edib onunla görüşdükdən sonra Azad Rafaelə zəng edib onu görüşə çağırmışdır. Onlar planlaşdırmışlar ki, Azad Rafaeli aldadıb maşına əyləşdirsin və ardınca onlar Rafaeli Bakı şəhərinə aparıb ondan pulu tələb etsinlər. Belə də olmuş, Azad Rafaellə telefonla danışmış və görüş təyin etmiş, Rafaeli təyin edilmiş yerdən götürmüşlər. Rafael əvvəlcə maşının qabaq oturacağında əyləşmiş, sonra arxa otaracağa keçmişdir. Azad onları Rafaelə guya özünün qonaqları kimi təqdim etmiş, sonra isə guya pul qabının evdə qaldığını bəhanə edərək maşından düşüb Rafaelə tapşırmışdır ki, guya qonaqlara Qusar rayonunun görməli yerlərini göstərsin və sonradan gəlib onu götürsünlər. Azad ayrılıb gedəndən sonra Sübhan Rafaeldən rayonun Bakı şəhəri istiqamətində çıxışını onlara göstərməsini istəmiş, Rafael də yolu onlara izah etmiş və onlar Quba rayonu ərazisindən keçəndə Sübhan Elcana və ona tapşırmışdır ki, artıq Rafaelə əslində kim olduqlarını başa salsınlar, lakin məsələnin əsl mahiyyətini Bakı şəhərinə çatanadək Rafaelə deməsinlər ki, yolda nəsə problem olmasın. Bu səbəbdən o və Seymur onların ortasında oturan Rafaelə hədə-qorxu gəlib pulla bağlı sorğu-sual etmiş, Bakı şəhərinə çatdıqda Rafaeli Sübhanın “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Melissa Park” yaşayış kompleksində yerləşən kirayəyə götürdüyü mənzilinə gətirmişlər. Onlar Anarla “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə görüntülü danışıb Rafaelin yanlarında olduğunu göstərmişlər. Anar telefonda Sübhana demişdir ki, Rafael qohumu Edvik adlı şəxslə birlikdə adlarına açıb Anara göndərdikləri plastik bank kartından onun 30.000 manatadək pulunu oğurlayıblar. Sübhan Rafaelin qorxması üçün üzərində gəzdirdiyi Makarov tipli tapançasını masanın üzərinə qoymuşdur. X20 ağız nahiyəsindən yumruqla, Elcan ardınca yumruqla Rafaelin başının sol tərəfindən və sinəsindən, o isə yumruqla Rafaelin başının sağ tərəfindən və bədən nahiyəsindən vurmaqla vuraraq döyməyə başlayıb 30.000 manat pul tələb etmişlər, eyni zamanda Rafaelə gələcəkdə polisə şikayət etməməsi üçün hədə-qorxular gəlmişlər. Az sonra həmin evə Sübhanın tanışları, İslam və İlqar qardaşları və tanımadığı bir nəfər şəxs gəlmiş və Rafaeli görüb onun hansı səbəbdən evdə olduğunu bilmişlər. Onun bildiyinə görə İslam Sübhanla əvvəlcədən adamı Qusardan Bakıya gətirəndən sonra ondan pulu almaqda kömək etməsi üçün Bakıya gəlməsi barədə razılaşmışlar və İslam da Rafaeldən pulu tələb edərək təpiklə onun bədən nahiyəsinə vurmuşdur. Rafael pulu olmadığını söylədiyinə görə onlar Azada zəng edib Rafaelin maddi durumu barədə maraqlanmış və Azad Rafaelin imkanlı adam olduğunu deyib qorxutmağa davam etmələrini tapşıraraq, həm də bildirmişdir ki, özü də Rafaelin qohumlarına övladlarının vəziyyətinin ağır olduğunu izah edib qorxudacaqdır. Rafael evdə öz telefonu ilə dost-tanışlarına və qohumlarına zəng edib, onlardan müxtəlif bəhanələrlə pul istəmişdir. Həmin gecə saat 1 radələrində onlar Rafaeli də götürüb Bakı şəhərin ərazisində maşınla gəzməyə çıxmış, İslam da yanında gələnlərlə birlikdə özlərinin gəldikləri ağ rəngli “Nissan” markalı avtomobillə onların arxasınca gəlmişlər. Həmin gecə evə gəlib yatarkən Rafael də onların yanında yatmışdır. Ertəsi gün onlar Rafaeldən pul çıxmadığını görüb ondan heç olmasa 5.000 manat pul tapmasını tələb etdikdə Rafael xalasına zəng etmiş və xalası Sübhanla danışaraq bildirmişdir ki, 5.000 manat pulları yoxdur, lakin həmin pulun əvəzində Rafaelin 11.000 manat dəyərində “BMW E39” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı maşınını onlara verə bilərlər. Sonradan Azad zəng edib Rafaelin nənəsindən 3.000 manat pul aldığını xəbər vermiş, daha sonra isə həmin pulu Sübhanın bank kartına mədaxil etmişdir. X23 zəng edib özünün kartına 5.700 manat pul göndərildiyini xəbər vermişdir. 4 yanvar 2022-ci il tarixdə günorta radələrində onlar Rafaeli özünün maşınını onlara göndərməsi üçün Qusara yola salmağı qərara alaraq İslam və İlqar qardaşları Rafaelə 20 manat pul verib yola salmışlar. 5 yanvar 2022-ci il tarixdə Rafael özünə məxsus “BMW E39” markalı avtomobili evakuatorla qoyub Bakı şəhərinə göndərmiş, Sübhan da onu Biləcəridə dayanacaqda yerləşdirdikdən sonra onlar bir-birindən ayrılmışlar. Aralarındakı razılaşmaya görə Sübhan özünün kartına mədaxil olan puldan onlara verməli olsa da, kimə, nə qədər veriləcəyi barədə danışmamışlar. Sübhan tutulandan sonra isə o da özünün tutulmaması üçün müxtəlif yerlərdə gizlənmişdir (cild 2, iş vərəqə 273-276 və cild 3, iş vərəqə 9-12). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2-3 il olar ki, tanıyır və dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 3 yanvar 2022-ci il tarixdə ona Qusar rayonuna qonaq çağırıldığını bildirib, onun da özü ilə getməsini istəmişdir. O da Sübhanla yaxın olduğu onun üçün təklifi ilə razılaşmışdır. Bundan sonra Seymurun da onlarla gedəcəyini bilmişdir. Sübhan yuxulu olduğu üçün avtomobili onun idarə etməsini xahiş etmişdir. Beləliklə, 3 yanvar 2022-ci il tarixdə Seymur və Sübhanla birlikdə sonuncuya məxsus “BMW” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu istiqamətində getmişlər. Onlar Qusara çatanda Sübhan Azad adlı şəxslə telefonla danışmışdır. Daha sonra Azadla görüşmüşlər və Azad yanlarında Rafael adlı şəxsə zəng edib onu görüşə çağırmışdır. Rafaeli dediyi yerdən götürməyə getdikdə sonuncunun 2 nəfər polis əməkdaşı ilə danışdığını görmüşlər. Bundan sonra Azad avtomobildən düşüb Rafaellə bir qədər söhbət etmişdir. Avtomobildə gözlədiyi üçün onların nə danışdıqlarını eşitməmişdir. Daha sonra Azad və Rafael avtomobilə əyləşmişlər. Onlar bir qədər Qusarda avtomobillə gəzdikdən sonra Azadın xahişi ilə onu Qusarda evinin yaxınlığında düşürmüşlər. Rafael isə həmin vaxt onların Bakıya qayıtdıqlarını bildiyi üçün Bakıda işləri olduğunu, onu da Bakı şəhərinə aparmalarını xahiş etmişdir. Onlar Rafaellə razılaşmış və Bakı şəhərinə yola düşmüşlər. Yol boyu aralarında heç bir mübahisə olmamış, söhbət edərək Bakıya qədər gəlmişlər. Bakı şəhərinə çatdıqda Sübhan onları yaşadığı evdə qonaq etmək istədiyini bildirdikdə onunla razılaşmış və Sübhanın “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Melissa Park” yaşayış kompleksində yerləşən kirayəyə götürdüyü mənzilinə gəlmişlər. Mənzildə olarkən yemək yemiş və bir qədər spirtli içki qəbul etmişlər. Həmin vaxt Seymur təcili işi olduğu üçün bir qədər tez getmişdir. Bundan sonra Sübhanın və onun İslam adlı dostları Sübhanın evinə qonaq gəlmişdir. Həmin vaxt İslam da bir qədər yemək yedikdən sonra yorğun olduğunu, ola bilsin ki, həmin gün Bakıda qalacağını demişdir. Lakin Sübhanın evində qalmaq üçün yer olmadığından otel axtarmaq üçün onlar hamısı, həmçinin Rafael şəhərə çıxmışlar. Bir neçə otellə maraqlansalar da, heç birində yer olmamışdır. Buna görə də həmin gün o, sabah işə getməli olduğu üçün Ağdaş rayonuna geri qayıtmışdır. Rafael isə Sübhanla birlikdə qalmışdır. Bundan sonra Ağdaş şəhərində olduğu zaman yaşadığı evdən çıxıb nənəsigilə gedərkən Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları onu saxlayıb Bakı şəhərinə getmək lazım olduğunu, tanışlarının tutulduğunu, bununla bağlı izahatının alınmalı olduğunu demişlər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Bakı şəhərinə gəlmişdir. Qusar rayonuna Sübhan və Seymurla birlikdə getmiş, Qusar rayonuna getmə səbəblərini bilməmiş, sadəcə avtomobili idarə etmək üçün Sübhanın xahişi ilə getmişdir. Rafael avtomobilə könüllü əyləşmiş və onlarla Bakı şəhərinə könüllü gəlmişdir. Rafaelin hərəkətlərində heç bir narahatlıq olmamışdır. Sübhanla münasibəti həmişə yaxşı olmuşdur. Qusara gedərkən Sübhanın avtomobilini o idarə etmişdir. Qusarda təxminən 1 saat qalmışlar. Bakı şəhərinə gələn zaman Rafael avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Bakıya qayıdarkən o, avtomobilin arxa oturacağında əyləşmiş, avtomobili Sübhan idarə etmişdir. Avtomobildə və evdə olarkən Rafaelə qarşı heç bir zor tətbiq edilməmiş və ondan pul tələb edilməmişdir. Azadı Qusara gedənədək tanımamışdır. Sübhandan nə məqsədlə Qusara getməli olduğunu soruşmamışdır. Ağdaş rayonundan Bakı şəhərinə xidməti avtomobillə polis əməkdaşları ilə birgə gəlmişdir. İslam Sübhanın yaşadığı evə onlardan sonra gəlmiş, həmin vaxt İslamın yanında iki nəfər tanımadığı şəxs olmuşdur. O, Ağdaşa qayıdanda İslam Sübhangillə qalmışdır. Rafael spirtli içkini çox qəbul etmişdir. Borc məsələsi barədə heç bir məlumatı yoxdur, Anar adlı şəxsi tanımır. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsləri müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2-3 il olar ki, tanıyır və dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs3 onunla bir rayonda yaşadığından uşaqlıqdan tanıyır və yaxın münasibətləri vardır. Seymur da onun kimi Sübhanla dostdur. 3 yanvar 2022-ci il tarixdə Sübhan ona və Seymura demişdir ki, hansısa tanışı “Anar” adlı şəxs Türkiyə dövlətinə aid mobil operatora nömrəsindən “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə Sübhana zəng edib Qusar rayonu ərazisində bir nəfər şəxs özünün, yəni Anarın kartından pul oğurlayıb qaytarmır və təklif etmişdir ki, onlar həmin pulu geri alsalar məbləğin bir hissəsini onlara verəcəkdir. Seymur və o, Sübhanın təklifi ilə razılaşıb birlikdə Qusara gedib həmin şəxsi tapıb pulu ondan almağı qərara alaraq, 3 yanvar 2022-ci il tarixdə onlar üçü Sübhanın idarə etdiyi “BMW” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu istiqamətində getmişlər. Onlar Qusara çatanda Sübhan Anarla telefonla danışmış sonuncu Azad adlı şəxslə əlaqə saxlamağı tapşıraraq axtardıqları adamın adının Rafael olduğunu bildirmiş və Azadın ***-***-**-** nömrəsini göndərmişdir ki. Azad Rafaeli tapmaqda onlara köməklik etsin. Onlar deyilən kimi etmiş, Azada zəng edib onunla görüşdükdən sonra Azad Rafaelə zəng edib görüşə çağırmışdır. Onlar planlaşdırmışlar ki, Azad Rafaeli aldadıb maşına əyləşdirsin və ardınca Bakı şəhərinə aparıb ondan pulu tələb etsinlər. Beləliklə, Azad Rafaellə telefonla danışmış vo görüş təyin etmişdir. Rafaeli təyin edilmiş yerdən götürmüşlər. Rafael əvvəlcə maşının qabaq oturacağında əyləşmiş, sonra arxa otaracağa keçmişdir. Azad onları Rafaelə guya özünün qonaqları kimi təqdim etmiş, sonra isə guya pul qabının evdə qaldığını bəhanə edərək maşından düşüb Rafaelə tapşırmışdır ki, qonaqlara Qusar rayonunun görməli yerlərini göstərsin və sonradan gəlib onu götürsünlər. Azad ayrılıb gedəndən sonra Sübhan Rafaeldən rayonun Bakı şəhəri istiqamətində çıxışını onlara göstərməsini istəmişdir. Rafael də yolu onlara izah etmiş və onlar Quba rayonu ərazisindən keçəndə Sübhan ona və Seymura tapşırmışdır ki, artıq Rafaelə əslində kim olduqlarını başa salsınlar, lakin məsələnin əsl mahiyyətini Bakı şəhərinə çatanadək nəsə problem olmaması üçün Rafaelə deməsinlər. Bu səbəbdən o və Seymur onların ortasında oturan Rafaelə hədə-qorxu gəlib pulla bağlı sorğu-sual etmiş, Bakı şəhərinə çatdıqda Rafaeli Sübhanın “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Melissa Park” yaşayış kompleksində yerləşən kirayəyə götürdüyü mənzilinə gətirmişlər. Onlar Anarla “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə görüntülü danışıb Rafaelin yanlarında olduğunu ona göstərmişlər. Anar telefonda Sübhana demişdir ki, Rafael qohumu Edvik adlı şəxslə birlikdə adlarına açıb Anara göndərdikləri plastik bank kartından onun 30.000 manatadək pulunu oğurlayıblar. Sübhan Rafaelin qorxması üçün üzərində gəzdirdiyi Makarov tipli tapançasını masanın üzərinə qoymuşdur. X20 ağız nahiyəsindən yumruqla, arlınca o, yumruqla Rafaelin başının sol tərəfindən və sinəsindən, Seymur isə yumruqla Rafaelin başının sağ tərəfindən və bədən nahiyəsindən vuraraq Rafaeldən 30.000 manat pul tələb etməyə başlamışlar. Onlar Rafaelə gələcəkdə polisə şikayət etməməsi üçün hədə-qorxular da gəlmişlər. Az sonra həmin evə Sübhanın tanışları, əvvəllər məhkumluq həyatı yaşamış şəxslər Tərtər rayon sakinləri İslamı və İlqar qardaşları, yanlarında tanımadığı bir nəfər şəxslə gəlmiş və onlar da Rafaelin hansı səbəbdən evdə olduğunu bilmişlər. İslam Sübhanla əvvəldən danışıb razılaşmışlar ki, onlar adamı Qusardan Bakıya gətirəndən sonra gəlib pulu almağa kömək etsin. İslam mənzildə olan zaman Rafaeldən pulu tələb edərək onun bədən nahiyəsindən təpiklə vurmuşdur. Rafael ondan pul tələb olunduqca ağlayıb pulu olmadığını söyləmişdir. Buna görə də onlar Azada zəng edib Rafaelin maddi durumu barədə maraqlanmış və Azad Rafaelin imkanlı adam olduğunu və qorxutmağa davam etməyini tapşıraraq, həm də özünün Rafaelin qohumlarına Rafaelin vəziyyətinin ağır olduğunu izah edib qorxudacağını bildirmişdir. Rafael evdə öz telefonu ilə dosttanışlarına və qohumlarına zəng edib onlardan müxtəlif bəhanələrlə pul istəmişdir. Həmin gecə saat 1 radələrində onlar Rafaeli də götürüb Bakı şəhərin ərazisində maşınla gəzməyə çıxmış, İslam da yanında gələnlərlə birlikdə özlərinin gəldikləri ağ rəngli “Nissan” markalı avtomobillə onların arxasınca gəlmişlər. Həmin gecə evə gəlib yatarkən Rafael də onların yanında yatmışdır. Səhəri gün onlar Rafaeldən pul çıxmadığını görüb ondan heç olmasa 5.000 manat pul tapmasını tələb etdikdə Rafael də xalasına zəng etmiş və xalası Sübhanla danışaraq bildirmişdir ki, 5.000 manat pulları yoxdur, lakin həmin pulun əvəzində Rafaelin 11.000 manat dəyərində “BMW E39” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı maşınını onlara verə bilər. Sonradan Azad zəng edib Rafaelin nənəsindən 3.000 manat pul aldığını xəbər vermiş, daha sonra isə həmin pulu Sübhan bank kartına göndərmişdir. X23 zəng edib özünün kartına 5.700 manat pul göndərildiyini xəbər vermişdir. 4 yanvar 2022-ci il tarixdə günorta radələrində onlar Rafaeli gedib maşınını göndərməsi şərti ilə Qusara yola salmaq qərarına gələrək İslam və İlqar qardaşları ilə Rafaelə 20 manat pul verib yola salmışlar. 5 yanvar 2022-ci il tarixdə Rafael özünə məxsus “BMW E39” markalı avtomobili evakuatora qoyub Bakı şəhərinə göndərmiş, Sübhan maşını Biləcəridə dayanacaqda yerləşdirdikdən sonra onlar bir-birindən ayrılmışlar. Sübhan onlara kartındakı puldan göndərəcəyini vəd etmişdir. Sonradan isə Sübhanın tutulduğunu bilib özünün də tutulmaması üçün gizlənməyə başlamışdır (cild 3, iş vərəqə 104-107 və 121-124). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında “Tap.az” saytında Anar adlı şəxsin “plastik kartı alıram” elanını görmüşdür. O, ilk dəfə həmin şəxslə “Telegram” sosial şəbəkəsində danışmış, daha sonra isə onunla “WhatsApp” tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Həmin vaxt Anar adlı şəxs bildirmişdir ki, ona başqa şəxsin adına olan ”Uni Bank”-ın debet albalı kartı lazımdır və buna görə 200 manat pul verir. O, Anara həmin pula öz adına kart açıb verə biləcəyini bildirmişdir. Anar ona məxsus "xxxx" ASC-yə aid karta əvvəl 50 manat köçürmüş, o özünə kart açmış, daha sonra isə Quba şəhərinə gedib kart sifariş vermişdir. Kartı gözləyən müddətdə Anar adlı şəxsə mesaj yazaraq təkrarən 50 manat pul istəmiş və Anar ona həmin pulu göndərmişdir. Bundan sonra “Uni Bank”-ın Quba filialından kartını götürüb bu barədə Anara məlumat vermişdir. Həmin kartın şəklini çəkib "WhatsApp” vasitəsi ilə Anara göndərmiş, bundan başqa albalı kartı aldıqdan sonra öz adına nömrə alıb həmin karta mobil nömrəni də qeydiyyatdan keçirmişdir. Növbəti gün Anar həmin kartın balansına 150 manat pul yükləmişdir. Bundan sonra Anarın tapşırığı ilə adına olan ”Uni Bank”-ın debet albalı kartını taksi ilə Bakı şəhərinə göndərmişdir. Taksinin nömrəsini Anara demiş, plastik kartın kimin götürməsindən məlumatı olmamışdır. Sonradan Anar adlı şəxs ona təkrar mesaj yazıb adına yenidən "xxxx" ASC-nin plastik kartını açmağı xahiş etmişdir. O razılıq vermiş və Anar həmin gün ona məxsus "xxxx" ASC-yə aid plastik karta 200 manat pul göndərmişdir. Həmin pulun bir hissəsini özü üçün xərcləyərək, bir hissəsinə plastik kart açıb həmin kartı Qusar-Bakı şəhərlərarası işləyən avtobusla Anara çatdırması üçün Bakıya göndərmişdir. Anar kartı aldıqdan sonra növbəti gün ona "WhatsApp” ani mesajlama mübadiləsi sistemi vasitəsi ilə yazıb bir neçə ədəd albalı plastik kartları lazım olduğunu bildirmişdir. O, Anara kartları tapıb ona xəbər verəcəyini bildirmişdir. Bundan sonra əvvəldən tanıdığı Zərərçəkmiş şəxs ilə görüşüb ona bank kartı lazım olduğunu deyərək onun üçün debet plastik kartları tapmasını xahiş etmiş və bunun üçün pul verəcəyini vəd etmişdir. Rafael razı olmuş və əvvəl öz adından “Uni Bank”-ın debet kartını alıb ona vermişdir. Bundan sonra Rafael Qusar rayonu, Qalacıq kənd sakinləri Rahim, Nadir, İslam, Edvik, Adik və Nadir adlı şəxslərin razı olduğunu bildirmişdir. Bundan sonra birlikdə Quba şəhərinə gedib kartlar sifariş vermişlər. Həmin vaxt hər bir kartın qeydiyyat rüsumu olan 10 manat pulu o özü vermiş, həmçinin "xxxx" nömrələri alıb həmin nömrələri kartlar ilə qeydiyyatdan keçirən zaman istifadə etmələrini tapşırmışdır. Anar ona Rafaelin kartına görə 150 manat pul, digər 5 şəxsin kartına görə isə cəmi 600 manat pul göndərdiyini demişdir. O həmin pulun 200 manatını Rafaelə vermiş, 200 manat pulu özündə saxlamışdır. 200 manat pulu isə kartların qeydiyyat məsələləri və yol pulu kimi xərcləmişdir. Həmin kartları aldıqdan sonra Anara göndərmişdir. Təxminən 2021-cı ilin dekabr ayında Anar ona zəng edib, Edvikin kartından 366 manat pul çıxartdığını, 300 manat pulun isə kartın balansında qaldığını bildirmiş və həmin pulları tələb etmişdir. Rafaellə birlikdə Edvikin yanına gedib ona bildirmişdir ki, həmin pullar başqa adamın pullarıdır və qaytarılmalıdır. Edvik etiraf etməmiş, o isə Rafaelə görə Edvikə baş qoşmamışdır. 1 yanvar 2022-ci il tarixdə Anar ona zəng edib bildirmişdir ki, Edvikin istifadə etdiyi plastik karta 9.700 manat pul köçürülmüş, Edvik isə həmin kartın dublikatını çıxardıb özünün mobil nömrəsi ilə qeydiyyatdan keçirib, buna görə həmin kartdan pulları nağdlaşdıra bilməmişdir. Bundan sonra o, Qusar rayonu, Qalacıq kəndinə gedib orada Edviklə görüşmüş və ondan Anarın pullarını geri qaytarmasını tələb etmişdir. Edvik isə kartı satdığını və ya dəqiq harda olmasını bilmədiyini demişdir. O, Anara zəng etdikdə sonuncu ona və Edvikə pulları geri qaytarmadıqları təqdirdə hədə-qorxu gəlmiş, Edvik də telefonu ondan götürüb Anarla telefonda mübahisə edib telefonu yerə atmışdır. Bu zaman o, Edviklə əlbəyaxa olmuşdur. Bundan sonra Anara demişdir ki, Edvik pulu qaytarmır və sözlərinə də qulaq asmır. 3 yanvar 2022-ci il tarixdə səhər tezdən Anar ona zəng etmiş, dostlarının Qusar şəhərinə yola çıxdıqlarını və onları qarşılayıb, Rafaellə birlikdə Edviki tapmağı tapşırmış və vəd etmişdir ki, dostları Rafael və ya Edvikdən pulu alıb qaytarandan sonra həmin puldan ona da verəcəkdir. O bu təkliflə razılaşaraq həmin tarixdə saat 11:30 radələrində Qusar şəhərinə “BMW” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı maşınla gəlmiş və özlərini ona “avara”, “bandit” kimi təqdim etmiş Sübhan və onun yanında tanımadığı 2 nəfər şəxslə görüşmüşdür. Saat 12 radələrində Rafaelə zəng edib harada olduğunu soruşmuş, sonuncu Qusar şəhər Mərkəzi Poçtun qarşısında olduğunu dedikdən sonra ona Bakı şəhərindən gələn şəxslərə birlikdə görüşüb çay içməyi təklif etmişdir. Rafael razılaşdıqdan sonra Sübhanın maşını ilə Rafaelin yanına getmiş, Rafaelin yanına çatanda pul qabını evdə unutduğunu xatırlamış və evə getmişdir. Qayıtdıqda artıq Sübhanın avtomobilini görməmişdir. Həmin gün axşam radələrində Edvik ona zəng edib plastik kartın şəklini ona göndərmişdir. O da həmin kartın məlumatlarını Anara vermiş və Anar həmin kartda olan 5.700 manat pulu öz hesabına köçürtmüşdür. 4 yanvar 2021-ci il tarixdə gecə saat 4-5 radələrində Rafael ona zəng edib evinə gedərək nənəsindən 3.000 manat pul götürməyini və həmin pulu Sübhana göndərməyini xahiş etmişdir. O da Rafaelin evinə gedib, nənəsindən 3.000 manat pul götürmüş, lakin hər yer bağlı olduğundan həmin pulu ertəsi gün səhər 11 radələrində ödəmə terminalı vasitəsi ilə Sübhanın ona göndərdiyi karta köçürtmüşdür. Həmin gün axşam radələrində Rafael Qusardan qayıtmış, növbəti gün Rafael özünə məxsus “BMW” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili evakutorla Sübhana göndərmişdir. Həmin vaxt o, maşını evakuatora yükləməkdə köməklik göstərmişdir. Həmin gün axşam radələrində Sübhan maşını təhvil aldığını ona bildirmişdir. O, Rafael və tanışlarının adına bank kartı açıldıqdan sonra 2021-ci ilin noyabr ayında o və Rafael qərara gəlmişlər ki, şəxsiyyət vəsiqələri ilə banka yaxınlaşsınlar, ona görə ki, onlar telefona proqram yükləyib kartlarda pul olduğunu öyrənmişlər. Beləliklə, Rafaellə birlikdə İslam və Rahimi götürüb Quba rayonuna getmiş və “Unibank”dan təxminən 4.500 manat pul çıxarmışlar. Həmin pul bir neçə kartdan çıxarılmışdır. Rafaellə həmin pulu götürüb Bakı şəhərinə istirahətə gəlmişlər. İnternetə baxıb Mərdəkanda 2 günlük bağ evi kirayələmişlər. Həmin bağ evi “Çem” marketin yaxınlığında yerləşmişdir. Onlar birinci gün orada dincəlmiş, səhərisi gün axşam saat təxminən 21 radələrində 7-8 nəfər şəxs evin həyətinə daxil olmuşdur. Həmin şəxslər onlara “Banditizm”in əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərin üzərlərində silah da olmuşdur. Onlar onu yerə uzadıb, evdə olan qız tanışlarını diziüstə yerə oturtmuşlar. Bundan sonra onu və Rafaeli evin otaqlarından birinə gətirib döyməyə başlamışlar. O nə baş verdiyini soruşduqda onları Anarın göndərdiyini demişlər. O, artıq vəziyyəti başa düşmüş və Rafaelin buraxılmasını istəyib, onlara bütün məsələni həll edəcəyini bildirmişdir. Həmin şəxslər bu vaxt onu bərk döymüşlər. Həmin şəxslər ondan 20.000 manat pul istəmişlər. O həmin şəxslərə pulunun olmadığını, ancaq Qusara gedəndən sonra pul tapıb verə biləcəyini demişdir. Həmin 7- 8 nəfər şəxs onu evin içində döyüb, əllərində olan silahı, bir bağlı saxta 100 manatlıq əskinasları və narkotik vasitəni otaqda olan dolabın içinə atmış və demişlər ki, bunları götürüb özünün olmağını deməlidir və onlar bunu videoya çəkəcəklər. O həmin şəxslərin dediyini etmiş və onu videoya çəkmişlər. Bundan sonra ona 2 gün vaxt qoymuşlar. O və Rafael Qusara qayıtmışlar və özünə məxsus torpaq sahəsini 5.000 manata satmışdır. Həmçinin anası banka gedib qızıllarını qoyub 6.500 manat kreditə pul götürmüşdür. Ümumilikdə 11.500 manat pulu Anarın ona dediyi karta köçürmüşdür. Sonradan o, Anardan qorxamağa başlamışdır. Edvik pul çıxaranda isə o, artıq nə baş verəcəyini təxmin etdiyinə görə Edvikə pulu yerinə qoymasını tapşırmışdır. Edvik isə ona əhəmiyyət verməmişdir. X24 və digərlərini Qusara göndərəndə o bilməmişdir ki, onlar Rafaeli Bakı şəhərinə aparacaqlar. Anar ondan Edviki tapmağını xahiş etmişdir. O, Rafaelin Bakıya aparılmasını sonradan Rafael özü ona zəng edəndə bilmişdir. Həmçinin o, Sübhanla danışanda Rafaelin imkanlı adam olması və sair barədə heç nə deməmişdir. Sübhan özü ona hədə-qorxu gəlmiş və bir dəfə başına gələnlərdən sonra artıq o, Anarın adamlarından çəkinmişdir. Sübhanın telefonunu da qorxudan götürmüşdür. Rafael onun dostudur və o heç vaxt istəməmişdir ki, Rafaelin başına bu işlər gəlsin. Sübhan və tanışları Qusara gələndə o elə bilmişdir ki, onlarla rayonda oturub söhbət edəcək və onlar çıxıb gedəcəklər, lakin onlar onun xəbəri olmadan Rafaeli qorxudub Bakı şəhərinə aparmışlar. X11 yanında qoymağına səbəb pul qabının, həqiqətən, evdə qalması olmuşdur. Sonradan qayıdanda onları görməyib Rafaelə zəng etmişdir. Rafael əvvəlcə telefonu götürməmiş və sonra demişdir ki, “rayondayıq, birazdan gəlirik”. Təxminən 20 dəqiqə sonra Raafelə və ardınca Sübhana zəng etmiş, lakin onlara zəng çatmamışdır. Mərdəkanda onlara hədə-qorxu gələn şəxslərin şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Həmin şəxslər təxminən 30-40 yaşlarında olmuş, səhv etmirsə, onların birinin üzərində makarov tipli tapança olmuşdur. Onlar “Kia Sorento”, “Hyundai Salaris” və səhv etmirsə, “Hyundai Santafe” markalı avtomobillərlə gəlmişlər. Avtomobillərin qeydiyyat nömrələrini xatırlamır. Anarın hədəsindən qorxduğu üçün Sübhanın zənglərinə cavab verib, onunla görüşmüşdür. Edvik Anara məxsus pulu götürdüyü üçün Anar Sübhan və digərlərini Qusara, onlarla danışmağa göndərmişdir. Bank kartlarının Anarın nə üçün lazım olduğunu və nə məqsədlə istifadə etdiyini bilməmişdir. Qusar rayonunda Rafaelə yaxınlaşan zaman sonuncu polis əməkdaşları ilə söhbət etmiş, bildiyi qədəri ilə, polis əməkdaşları Rafaelin tanışları olmuşdur. X3 kartını almaq üçün gəldiklərini, avtomobildə bu barədə danışacaqlarını demişdir. Rafaelə Edvikin tapılıb-tapılmadığını soruşmaq üçün zəng etmişdir. Anar ona zəng edib Sübhangilin Qusara gələcəyi barədə məlumat vermişdir. Anarı heç vaxt görməmişdir. Kartlardan çıxarılan pulları o və Rafael Anara taksi vasitəsilə göndərmişlər. Anara çatdırılacaq 3.000 manat pulu ona Rafaelin dayısı vermişdir. Rafaelə məxsus avtomobilin qiyməti təxminən 11.000 manat olmuşdur. X6 aparmaq üçün gəldiklərini bilməmişdir. Rafael Bakıya çatdıqdan sonra Rafaellə telefonda əlaqə saxladıqda sonuncunun səsində hər hansı narahatlıq hiss etməmişdir. Avtomobilin Bakıya göndərilməsini Rafael özü ona demişdir. Göndərməsi üçün ona 3.000 manat pulu İslam Şəfiyev vermişdir. Sübhangillə Anar arasında olan münasibət barədə məlumatı olmamışdır. Sübhan, Elcan və Seymuru sonuncular Qusara gələnədək tanımamış, İslamı tanımır. Evakuatoru Rafael özü çağırmışdır. Rafael özünün evdə işi olduğunu, ondan avtomobili evakuartora yükləyib, Bakıya göndərməyini xahiş etmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 yanvar 2022-ci il tarixdə səhər tezdən Anar ona zəng etmiş, dostlarının Qusar şəhərinə yola çıxdıqlarını və onları qarşılayıb, Rafaellə birlikdə Edviki tapmağı tapşırmış və vəd etmişdir ki, dostları Rafael və ya Edvikdən pulu alıb qaytarandan sonra həmin puldan ona da verəcəkdir. O bu təkliflə razılaşaraq həmin tarixdə saat 11:30 radələrində Qusar şəhərində “BMW” markalı **- PB-*** dövlət qeydiyyat nişanlı maşınla gəlmiş və özlərini ona “avara”, “bandit” kim təqdim etmiş Sübhan və onun yanında tanımadığı 2 nəfər şəxslə görüşmüşdır. Saat 12 radələrində o, Rafaelə zəng etmiş harada olduğunu soruşub sonuncunun Qusar şəhər Mərkəzi Poçtun qarşısında olduğunu dedikdən sonra ona yalandan Bakı şəhərindən gələn dostları ilə birlikdə görüşüb çay içməyi təklif etmişdir. Rafael razılaşdıqdan sonra o, Sübhanın maşını ilə Rafaelin yanına getmiş, Rafaelin yanına çatanda da onu ön oturacağa əyləşdirmiş, sonra isə guya evdə pul qabını götürmək adı ilə maşından düşmüş, onlara isə şəhərdə gəzişib sonra onu götürmələrini tapşırmışdır. Əvvəlcədən Sübhan ona demişdir ki, Rafaeli Bakı şəhərinə aparacaq və qohumu Edvikin Anarın kartından götürdüyü pulları geri alacaq. Həmin gün axşam radələrində Rafael ona zəng edib Sübhan və dostlarının ondan 30.000 manat pul tələb etdiklərini bildirmişdir. O, Rafaelə pulunun olmadığını bildirmişdir. Həmin gün axşam radələrində Edvik ona zəng etmiş və plastik kartın şəklini ona göndərmişdir. O da həmin kartın məlumatlarını Anara vermiş və Anar həmin kartda olan 5.700 manat pulu öz hesabına köçürmüşdür. Sübhan ona zəng edib Rafaelin imkanlı adam olub-olmadığını soruşmuş, o Rafaelin 30.000 manat deyil, lakin müəyyən məbləğdə pul düzəldə biləcək imkanda olduğunu demişdir. 4 yanvar 2021-ci il tarixdə gecə saat 4-5 radələrində Rafael ona zəng edib, evinə gedərək nənəsindən 3.000 manat pul götürməsini və həmin pulu Sübhana göndərməyi xahiş etmişdir. O, Rafaelin evinə gedib, nənəsindən 3.000 manat pul götürmüş, lakin hər yer bağlı olduğundan həmin pulu ertəsi gün səhər 11 radələrində ödəmə terminalı vasitəsi ilə Sübhanın ona göndərdiyi karta köçürmüşdür. Həmin gün axşam radələrində Rafael Qusardan qayıtmış, növbəti gün Rafael özünə məxsus “BMW” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili evakuatorla Sübhana göndərmişdir. Həmin vaxt o, maşını evakuatora yükləməkdə köməklik göstərmişdir. Həmin gün axşam radələrində Sübhan maşını təhvil aldığını ona bildirmişdir (cild 1, iş vərəqə 243-246 və cild 2, iş vərəqə 14-18). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə cəzaçəkmə müəssisəsində tanış olmuşdur. Onların azadlığa çıxandan sonra da əlaqələri davam etmişdir. X9 öz avtomobilinə ehtiyat hissələri almalı olduğundan tanışı X1 “Nissan” markalı avtomobili ilə onları Bakı şəhərinə aparmasını xahiş etmişdir. O adətən Tərtər rayonunda olduğu üçün Bakı şəhərinə gəldikdə Sübhanla da görüşmək qərarına gəlmişdir. Bakıya çatdıqdan sonra günün axşam saatlarında Sübhana zəng edib şəhərdə olduğunu, onunla görüşmək istədiyini demişdir. Sübhan da ona Yasamal rayonu ərazisində yerləşən “Melissa Park” yaşayış kompleksinə gəlməyini bildirmişdir. Bundan sonra Elçin və qardaşı İlqarla birlikdə Sübhanın kirayə tutduğu binanın 13-cü mərtəbəsində yerləşən mənzilinə gəlmişlər. Onlar mənzilə daxil olanda orada Sübhan, Elcan və Rafaeli görmüşlər. Evdə olarkən Sübhanın qadın tanışı Seylan adlı qadını da görmüşdür. Lakin həmin qadın evin başqa otağında olmuş, onlarla əyləşməmişdir. Onlar bir qədər yemək yedikdən sonra saat 1 radələrində Rafaeli də götürüb Bakı şəhəri ərazisində maşınla gəzməyə çıxmışlar, qardaşı, o və Elçin sonuncunun ağ rəngli “Nissan” markalı avtomobili ilə Sübhanın avtomobilinin arxasınca getmişlər. Onlar bundan sonra Sübhan, Elcan və Rafaellə sağollaşıb Tərtərə yola düşmüşlər. Anar, Edvik və Azadı tanımır. Rafaelin nə məqsədlə Sübhanın evində olması barədə məlumatı olmamışdır. Rafaelin üzündə hər hansı xəsarət izləri görməmişdir. Borcla bağlı heç bir söhbətdə iştirak etməmiş, onun yanında bu barədə danışılmamışdır. Sübhanın evində təxminən 1 saat olmuşdur. Evdə olarkən Rafaelə qarşı heç kim zor tətbiq etməmiş və hədələməmişdir. Evdə olarkən Rafaelin hərəkətlərində heç bir narahatlıq hiss etməmişdir. Sübhanın evinə çatdıqda Seymur orada olmamışdır. Rafaelin əli-qolu bağlı olmamışdır. Bakı şəhərinə qardaşının avtomobilinə ehtiyat hissələri almaq üçün gəlmişdir. Sübhanın tutulması barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs5 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsləri müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, əvvəllər hədə-qorxu ilə tələb etmə cinayətini törətdiyinə görə məhkum olunmuş və 2019-cu ildə azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs1 ilə cəzaçəkmə müəssisəsində tanış olmuşdur. Onlar azadlığa çıxandan sonra da əlaqələri davam etmişdir. 3 yanvar 2022-ci il tarixdə Sübhan ona demişdir ki, Qusar rayonunda yaşayan Rafael adlı şəxs kiminsə pulun götürüb qaytarmır və digər ümumi tanışları olan Elcan və Seymurla birlikdə Qusara gedib Rafaeli götürüb Bakı şəhərinə gətirib ödəməli olduğu 30.000 manat məbləğində pulu ondan alacaqlar. O, Sübhana demişdir ki, köməklik lazım olsa ona xəbər etsin. Həmin gün Sübhan ona Rafaeli Qusardan götürüb gədiklərini xəbər verdikdən sonra o, Tərtər rayonundan olan tanışı X1 “Nissan” markalı avtomobillə onu Bakı şəhərinə aparmasını xahiş etmiş, onlar yola düşərkən X25 da öz avtomobilinə ehtiyat hissələri almaq üçün Bakıya getməli olduğunu bildirərək onlarla birlikdə gəlmişdir. Bakıya çatanda günün axşam saatları olmuş, o, Sübhana zəng edib şəhərdə olduğunu demiş və Sübhan ona Yasamal rayonu ərazisində yerləşən “Melissa Park” yaşayış kompleksinə gəlməsini tapşırmışdır. O, Elçinə və qardaşı İlqara hər hansı məlumat verməyib dostunun onları qonaq çağırdığını deyərək birlikdə Sübhanın kirayə tutduğu binanın 13-cü mərtəbəsində yerləşən mənzilinə gəlmişlər. Onlar mənzilə daxil olanda orada Sübhan, Elcan, Seymur və Rafael olmuşlar. Sonradan isə mənzilə Sübhanın qadın tanışı da gəlib getmişdir. Onlar içəri daxil olanda Sübhan Rafaeli işarə edib göstərdikdə o, Qusardan gətirdikləri adamın bu şəxs olduğunu başa düşmüşdür. Həmin vaxt Rafaelin üzündə bəzi xəsarətlər olmuşdur. Qardaşı İlqar və Elçin məsələdən məlumatlı olmadığından onların yanında Rafaelə qarşı hər hansı zor və ya hədə-qorxu gəlinməmişdir. İlqar və Elçin digər otağa keçəndən sonra isə Sübhan, Elcan, Seymur və o, Rafaeldən 30.000 manat pulu tələb etməyə başlayaraq o, Rafaelin bədən nahiyəsindən təpiklə vurmuşdur. Sübhan və qeyriləri də onunla birlikdə Rafaeli döyüb pul tələb etmişlər. Onlar Rafaeldən pul istədikcə sonuncu ağlayıb sızıldayaraq pulu olmadığını bildirdiyin görə Sübhan Azad adlı şəxsə zəng edib Rafaelin maddi durumu barədə maraqlanmışdır. Azad da Sübhana Rafaelin imkanlı adam olduğunu və qorxutmağa davam etmələrini tapşırmış, həmçinin demişdir ki, özü də Rafaelin qohumlarına onun vəziyyətinin ağır olduğu izah edib qorxudacaq. Rafael evdə öz telefonu ilə dost-tanışlarına və qohumlarına zəng edib, onlardan müxtəlif bəhanələrlə pul istəmişdir. Həmin gecə saat 1 radələrində onlar Rafaeli də götürüb Bakı şəhərin ərazisində maşınla gəzməyə çıxmış, o özlərinin gəldikləri ağ rəngli “Nissan” markalı avtomobillə qardaşı və dostu ilə birlikdə onların arxasınca gəlmişdir. Həmin gecə evə gəlib yatarkən Rafael də onların yanında yatmışdır. Səhərsi onlar Rafaeldən pul çıxmadığını görüb ondan heç olmasa 5.000 manat pul tapmasını tələb etdikdə Rafael də xalasına zəng etmiş və xalası Sübhanla danışaraq bildirmişdir ki, 5.000 manat pulları yoxdur, lakin həmin pulun əvəzində Rafaelin 11.000 manat dəyərində “BMW E39” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı maşınını onlara verə bilər. Sonradan Azad zəng edib Rafaelin nənəsindən 3.000 manat pul aldığını xəbər vermiş daha sonra isə həmin pulu Sübhan bank kartına köçürmüşdür. X23 zəng edib özünün kartına 5.700 manat pul göndərildiyini xəbər vermişdir. 4 yanvar 2022-ci il tarixdə günorta radələrində onlar Rafaeli maşını göndərməsi şərti ilə Qusara yola salmaq qərarına gələrək o və İlqar Rafaelə 20 manat pul verib yola salmışlar. 5 yanvar 2022-ci il tarixdə Rafael özünə məxsus “BMW E39” markalı avtomobili evakuatora qoyub Bakı şəhərinə göndərmiş, Sübhan maşını Biləcəridə dayanacaqda yerləşdirdikdən sonra onlar bir-birindən ayrılmışlar. Sübhan onlara kartındakı puldan göndərəcəyini vəd etmişdir. Sonradan isə Sübhanın tutulduğunu bilib özünün də tutulmaması üçün gizlənməyə başlamışdır (cild 2, iş vərəqə 170-173 və 192-195). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olmaları ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1 azyaşlı övladı və nənəsi Şahid4 ilə birlikdə yaşayır. Əvvəllər anası Qusar rayonunda notarius işləmiş, 2011-ci ildə vəfat etdikdən sonra ona məxsus gül dükanı, Qusar rayonunda 2 mənzil, 1 ərzaq mağazası və Bakı şəhərində bir mənzil onlara qalmışdır. Onlar da həmin əmlakları icarə verməklə dolanırlar. Onun 1989-cu il istehsalı “BMW” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Təqsirləndirilən şəxs2 onlar bir məktəbdə oxuduqlarına görə tanımış və ümumi münasibətləri olmuşdur. Məktəbi bitirdikdən sonra Azadla münasibətləri kəsilmişdir. Təxminən 2021-ci ilin yay aylarında o, Qusar şəhəri avtovağzal dairəsinin yaxınlığında yerləşən “Köz Dönər”-ə gedən zaman orada Azadla rastlaşmış və söhbət etmişlər. Söhbət zamanı Azad ona bildirmişdir ki, “Köz Dönər”-də kuryer kimi işləyir, həmin vaxt ondan telefon nömrəsini istəmişdir. O, Azadla söhbət edən zaman telefonuna zəng gəlmiş və ona zəng edən Qusar şəhəri “Pəri” Şadlıq sarayın yaxınlığında yerləşən onlara məxsus mənzili kirayə götürmək istəyən şəxs olmuşdur. O həmin şəxslə telefonla danışan zaman Azad ondan həmin evi ona kirayə verməsini xahiş etmişdir. O həmin şəxslə telefon danışığını yekunlaşdırıb, Azadla söhbət etməyə davam etmişdir. Həmin vaxt Azad ondan həmin mənzili ona kirayə verməyini xahiş edərək həmin mənzildə anası ilə birlikdə yaşayacağını bildirmişdir. O, Azadı tanıdığı üçün öz razılığını vermiş, aylıq 300 manata mənzili onlara kirayə vermiş və orada yaşamağa başlamışlar. Təxminən 2021-ci ilin sentyabr ayından etibarən o, Azadla mütəmadi olaraq görüşüb Qusar şəhərində yerləşən müxtəlif kafelərdə oturub yeyib-içmişdir. Təxminən 2021-ci ilin oktyabr ayında axşam radələrində Azadla birlikdə Qusar şəhəri “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən Anelya adlı xanımın işlətdiyi kafeyə getmişlər. Həmin vaxt kafedə kabinetdə oturub söhbət etmişlər. Söhbət zamanı Azad ona bildirmişdir ki, ikisinin də gündəlik qazandığı pul yoxdur və ona iş təklifi etmişdir. Həmin vaxt Azad ondan Qusar şəhərində olan dost-tanışlarını gətirib onların adına plastik bank kartları açmağı və həmin kartları özləri götürüb pul qazanacaqlarını bildirmişdir. O, plastik bank kartları məsələsini eşidib şübhələnmiş və Azaddan məsələni ətraflı danışmasını xahiş etmişdir. Bu zaman Azad ona bildirmişdir ki, “1xbet” onlayn totalizator saytında reklam işləri ilə pul qazanmaq olur və onun adına həmin saytda qeydiyyatdan keçmiş plastik kart var və öz qazancını artırmaq üçün daha çox plastik kartlar lazım olacaq. O, Azada öz kartını verəcəyini bildirmiş, lakin dəvət edəcəyi digər dost-tanışlarının marağı nə olacağını soruşan zaman Azad ona həmin kartlar çıxarmaq üçün tələb olunan rüsumları və digər xərcləri özü qarşılacağını, bundan əlavə həmin şəxslərdən kartları alan zaman onlara 20 manat pul verəcəyini bildirmişdir. O, Azadla razılaşmışdır. Bundan sonra o həmin məsələni qaynı Edvikə danışmış və Edvik də öz razılığını verib, öz dostlarını dəvət etmişdir. Bundan sonra o və Edvikin tanışları Adik, İslam, Rəhim (Ragim) və Nadir öz adlarına “Uni Bank”-ın Quba filialında debet plastik kartları alıb Azada vermişlər. Onlar banka getməzdən əvvəl Azad hər birinə "xxxx" nömrəsi vermiş və kartı bankdan qeydiyyatdan keçirən zaman debet kartları verdiyi mobil telefon nömrələrə qoşmağı tapşırmış, daha sonra isə hər birinin şəxsiyyət vəsiqəsinin şəkillərini çəkərək gələcəkdə kartdan pul çıxaran zaman FİN kodun lazım olduğunu bəhanə gətirmiş, onlar da inanmışlar. Onlar kartları Azada təhvil verən zaman Azad onlara pul verməmişdir. Quba şəhərinə Azad və digər şəxsləri o özü idarə etdiyi “BMW” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı maşınla aparmışdır. Həmin vaxt Azad onun maşınına 50 manatlıq Aİ-92 benzini vurmuşdur. Həmin gün axşam radələrində Azad onlara birlikdə oturmağı təklif etmiş, lakin axşam özü onlarla görüşə gəlməmişdir. Həmin vaxt Azad onun istifadə etdiyi "xxxx" ASC-nə aid debet kartına pul atacağını, həmin pulu Edvik, Adik, İslam, Ragim və Nadirə verməyini tapşırmış, lakin heç bir pul göndərməmişdir. Təxminən 1 həftə sonra Edvik, Adik, İslam, Ragim və Nadir öz narazılıqlarını bildirməyə başlamış, belə ki, Azad onlara söz verdiyi kimi pul verməmişdir. Bu zaman o, Azada zəng edib uşaqların kart məsələsinə görə pulların verilmədiyi üçün öz narazılıqlarını bildirdiklərini izah etmiş və ondan uşaqların pullarını verməsini xahiş etmişdir. Həmin vaxt Azad müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Bu zaman uşağlar ona həmin debet kartlarını bağlayacaqlarını bildirmişlər. Bundan sonra Azad ona bildirmişdir ki, kartları bağlamasınlar və o özü gəlib ödəmə edəcək. Bundan sonra Azad Qusar şəhərinə gəlib onlarla görüşüb, hesabı bağlamadıqları üçün İslam və Ragimə hər birinə 30 manatlıq olmaqla cəmi 60 manat pul vermiş, onun maşınına benzin vurmuşdur. Bundan sonra heç kim plastik kart söhbətlərini açmamış və həmin məsəslə bağlanmış, kartlar Azada qalmış və özü həmin kartlardan istifadə etmişdir. Təxminən 2021-ci ilin dekabr ayın axırlarında Edvik Azaddan borca 50 manat pul istəmişdir. Azad isə pulu olmadığını bildirmiş və həmin axşam radələrində Edvik Azadın restoranda oturub yeyib-içmə şəkillərini internetdə paylaşdığını görüb əsəbləşmiş və həmin kartı bağlayıb Azadın işlərini görməyəcənini bildirmişdir. Həmin vaxt Azad ona zəng edib Edvikin plastik kartı bağlayıb, özünə dublikat debet kartı açdığını, həmin kartı öz mobil nömrəsinə qeydiyyata aldığını demişdir. Azad Edvikin hərəkətlərindən xəbər tutub əsəbləşmiş və Edviki tapa bilmədiyini deyərək ondan Edviki tapmasını istəmişdir. O isə Edvikin harda olması barədə məlumatının olmadığını demişdir. Bu zaman Azad Edvikin yaşadığı ünvana getmişdir. Onların arasında narazılıq baş vermişdir. Həmin vaxt Evdik debet kartı qaytarmaqdan imtina etmişdir. Bundan sonra Azad dəfələrlə Edvikdən debet kartları tələb edən zaman Edvik imtina etmişdir. Buna görə Azadla aralarında olan münasibətlər soyumağa başlamışdır. Azad ondan Edvikin qaytarmadığı pulları tələb etməyə başlamışdır. Həmin vaxt o, Azada bildirmişdir ki, kartda qalıq qalan 366 manat və karta köçürülmüş 299 manat pulu qaytaracaq, lakin Azad qulaq asmamışdır. Belə ki, Azad Edvikdə olan debet bank kartı və həmin kartın qeydiyyata alındığı telefon nömrəsini istəmiş, Edvik də həmin kartı verməmişdir. Bu zaman Azad ona bildirmişdir ki, həmin kartda böyük məbləğlərdə pullar var və Edvik həmin kartı qaytarmasa onun böyük problemləri olacaq. Birinci dəfə o, məsələni həll etmək üçün Edviklə danışmaq istəmiş, lakin tapa bilməmiş, sonra ona məlum olmuşdur ki, Azad və Edvik öz aralarında mübahisə etmişlər. 1 yanvar 2022-ci il tarixdə isə Azadla Qusar rayonu, Qalacıq kəndinə gedib Edviklə görüşmüş və onlar dalaşmışlar. Həmin vaxt Edvik Azadı döymüşdür. O, Edvikdən səbəbini soruşan zaman sonuncu ona bildirmişdir ki, Azad onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün onu döymüşdür. Bundan sonra Edvik çıxıb Bakı şəhərinə getmişdir. Bundan sonra Azad ondan Edvikin yerini və ya Edvikdə olan kartı tələb etmiş, o isə Azada bildirmişdir ki, o onların işinə qarışmır, özü Edviki tapıb, ondan kartı götürsün. 3 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Azad ona zəng edib harda olduğunu soruşmuşdur. O həmin vaxt Qusar şəhərində yerləşən Mərkəzi Poçta kommunal xərcləri ödəməyə getmişdir. Təxminən 1-2 dəqiqə sonra Azad tanımadığı şəxslərlə birlikdə qara rəngli “BMW” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı maşınla gəlmişdir. Həmin vaxt maşından Azad və əvvəllər tanımadığı Sübhan adlı şəxs düşmüşdür. Azad ona yaxınlaşıb təcili işi olduğunu, həmin işi danışmaq üçün onunla birlikdə restorana getməyi, maşında olan şəxslərin isə dosttanışları olduğunu bildirmişdir. O, Azada inanmış və onlarla birlikdə qara rəngli “BMW” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı maşına oturub getmişdir. Həmin vaxt Azad maşının sürücüsü Sübhandan onu evinə aparmasını xahiş etmişdir. Belə ki, o, evdən pul qabını götürməli olmuşdur. Həmin vaxt Sübhan Azadı “Oki” özəl müalicəxanasının qarşısında maşından düşürmüşdür. Azad ona evdən pul qabını götürüb onlara qoşulacağını, həmin vaxt kimi onun dost-tanışlarına Qusar şəhəri gəzdirməyi tapşırmışdır. O da razı olmuşdur. Azad maşından düşdükdən sonra Sübhan ondan Bakı yolunu soruşmağa başlamışdır. O, Sübhana yolu izah etmiş, bundan sonra Sübhan Qusar şəhər avtovağzal dairəsi tərəfdən maşını Qusar şəhərinin girişinə tərəf sürmüş və oradan isə Quba rayonu istiqamətinə sürmüşdür. Onlar Quba rayonu, Xucbala kəndi ərazisində olan zaman Sübhan ona bildirmişdir ki, onlar “Bandootdel” şöbəsinin əməkdaşlarıdır, yuxarıdan gələn əmrə əsasən izahatını almaq üçün onu Bakı şəhərinə aparmalıdırlar. O da onlarla razı olmuşdur. Maşında onlardan əlavə 2 nəfər şəxs də olmuş, onların adlarını bilməmişdir. Onlar Quba rayonun Gəndov yolunda olan zaman Sübhan maşını saxlamış və onu arxaya mindirmiş, digər şəxslər də sol və sağ tərəfində oturmuşlar. Bakı şəhərinə çatana qədər yolda hər iki şəxs məni döymüşlər. Onlar onu döyən zaman döymə səbəbini izah etməmiş, sadəcə olaraq Bakı şəhərinə çatandan sonra hər şeyi başa düçəcəyini bildirmişlər, o da qorxudan onlara heç nə deyə bilməmişdir. Bundan sonra onlar onu Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Melissa Park” yaşayış kompleksində yerləşən binanın 13-cü mərtəbəsinin mənzillərin birinə aparmışlar. Həmin mənzilin nömrəsi və qapısının rəngini qaranlıq olduğu üçün görməmişdir. Onlar mənzilə daxil olan kimi Sübhan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd kastet, 15-20 ədəd bıçaq, həmçinin müxtəlif növ narkotik vasitələri mənzildə olan stolun üstünə qoymuşdur. Onlar əvvəl narkotik vasitədən istifadə etmiş, daha sonra isə Sübhan onu döyməyə başlamışdır. Digər iki nəfərdə yanında durub narkotik vasitələrdən istifadə etmiş, onlar da onu mənzildə arada bir döymüş, onu əsas döyən Sübhan olmuşdur. Bundan sonra Sübhan ondan 30.000 manat pul tələb etməyə başlamışdır. Sübhan ona həmin pulu verdikdən sonra onu sərbəst buraxacağını bildirmişdir. Bundan başqa Sübhan onu döyən zaman onu videoya çəkib narkotik vasitələrin istifadəçisi kim təqdim etmiş, daha sonra isə Sübhan onu özündən polisə şikayət etdiyi təqdirdə ailəsini Qusar şəhər uşağlarına tapşıracağını bildirib ailəsini öldürməklə hədələmişdir. Bundan sonra Sübhan ondan 10.000 manat pul tələb etmişdir. Təxminən 2 saat sonra mənzilə daha 3 nəfər şəxs gəlmişdir. Onların birinin adı İslam olmuş, digər iki nəfər şəxsin adlarını bilməmişdir. Onu İslam, Sübhan və onunla birlikdə olan 2 nəfər şəxs döymüş, İslamla gələn 2 nəfər şəxs isə ona əl vurmamışlar. Həmin vaxt Azad Sübhana zəng edib, ondan pul çıxara bilib-bilmədiklərini soruşmuş, Sübhan onu imkanlı insana oxşamadığını bildirmiş, Azad isə həmin vaxt Sübhana bildirmişdir ki, onun evləri, obyektləri və maşını var, onu yaxşıca döyməyi tapşırmış və özü də onun qohumlaının evinə gedib onlara onun vəziyyətinin ağır olduğu izah edib qorxudacağını bildirmişdir. Bundan sonra Sübhan, İslam və Sübhanla olan digər 2 şəxs onu döyməyə davam etmişdir. Onlar onu axşama kimi döymüşlər. O həmin gün günortadan başlayaraq dosttanışlarına və qohumlarına zəng edib onlardan müxtəlif bəhanələrlə pul istəmişdir. Həmin gecə saat 1 radələrində onlar onu Bakı şəhəri ərazisində maşınla gəzməyə aparmışlar. O olan maşında Sübhan, İslam və Sübhanla olan 2 nəfər şəxs, digər ağ rəngli maşında isə İslamla gələn 2 nəfər şəxs olmuşdur. Onlar təxminən 2 saat ərzində Bakı şəhəri ərazisində maşınla gəzmişlər. Daha sonra təkrar həmin mənzilə qayıtmışlar. Mənzilə qayıdan zaman İslam, Sübhan və Sübhanla gələn 2 nəfər şəxs onu 30 dəqiqə ərzində döymüşlər. Daha sonra onlar hamısı yatmağa getmişdir. Sübhan başqa bir otağda, səhv etmirsə, Seva adlı xanımla qalmış, o isə Sübhanla gəlmiş 2 nəfər şəxs, İslam və İslamla gəlmiş 2 nəfər şəxslə birlikdə evin zalında yatmışdır. O, yerdə yatmışdır. Növbəti gün səhər radələrində Sübhan və İslam onu təkrar döymüşlər. Həmin vaxt Sübhan ondan 5.000 manat pul istəmişdir. O həmin vaxt xalası Təranəyə zəng edib sərbəst buraxılması üçün 5.000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt xalası Təranə telefonu onu qaçırmış şəxsə, yəni Sübhana verməyini istəmişdir. Sübhan xalası Təranə ilə danışmış, xalası Sübhana bildirmişdir ki, 5.000 manat pulu yoxdur, lakin həmin pulun əvəzində ona məxsus 11.000 manat dəyərində “BMW E39” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı maşını verməyi təklif etmiş, Sübhan əvvəl razı olmamış, daha sonra isə başqa şəxslərlə məsləhətləşib öz razılığını vermişdir. 4 yanvar 2022-ci il tarixdə günorta radələrində İslam, onunla gəlmiş və Sübhanla gəlmiş şəxslərdən biri onu Bakı şəhərində Şamaxinka adlanan əraziyə gətirib Qusar şəhərinə gedən taksilərin yanında saxlayıb, ona 20 manat yol pulu vermişlər. Bundan sonra o tanımadığı taksi maşını ilə Quba şəhərinə getmişdir. O, Quba şəhərində Azadla “Lucky” kafesində görüşmüş və ona başına gələnləri danışmışdır. 5 yanvar 2022-ci il tarixdə Azadla görüşüb, maşınını Bakı şəhərinə göndərmək istəmişdir. Həmin vaxt maşın açarları Sübhanda qaldığı üçün maşının qapısını açacaq usta axtarmağa başlamış, lakin tapa bilməmişdir. Həmin gün günorta radələrində avtomobilin sağ arxa qapısının şüşəsini sındırıb, pəncərədən daxil olub maşında olan ona məxsus əşyaları toplamış, maşını Azada təhvil vermiş və ondan həmin maşını Bakı şəhərinə yola salmasını xahiş etmişdir. Azad ona məxsus “BMW E39” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı maşını evakuator vasitəsi ilə Bakı şəhərinə göndərdikdən sonra ona zəng edib xəbər vermişdir. Həmin gün axşam radələrində Sübhan ona zəng edib maşının yola çıxıb-çıxmadığını soruşmuş, o da Sübhana maşının evakuator vasitəsi ilə yola salındığını bildirmişdir. Bundan sonra Azada zəng edib Sübhana evakuator sürücüsünün nömrəsini verməsini xahiş etmiş, Azad da öz razılığını vermişdir. Həmin gün saat 24 radələrində Azad ona istifadə etdiyi ***-***-**-** CİN nömrəsinin “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Sübanın ona göndərdiyi səs yazısını göndərmişdir. Həmin səs yazısında Sübhan maşını təhvil aldığını bildirmişdir. 4 yanvar 2022-ci il tarixdə o, Bakı şəhərindən evə qayıtdıqdan sonra xalası Təranə ona bildirmişdir ki, onu sərbəst buraxmaq üçün Sübhan adlı şəxsin göndərdiyi karta 5.700 manat pul, daha sonra isə 3.000 manat pulu isə Azada vermişlər. 6 yanvar 2022-ci il tarixdə o, ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Azadın onun Sübhan və qeyriləri tərəfindən Bakı şəhərinə aparılaraq pul tələb edilməsi ilə bağlı marağının olub-olmadığını dəqiq bilmir. Lakin Azadın qaynı Edvik tərəfindən döyülməsinə görə Azad həm Edvikin əvəzini ondan çıxmış, həm də “Anar” kimi tanıdıqları şəxsə və sonuncunun göndərdiyi adamlara özünü onların tərəfində olduğunu göstərmək istəmişdir. Həmçinin Edvik kartdan pul çıxarandan sonra Azad və “Anar” konfrans edib onu “WhatsApp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə yığmışlar. Həmin vaxt Anar ondan Edvikin yerini soruşmuş, Anar rus dilli və rus aksenti ilə danışan biri olmuşdur. Anarla 3 dəfə bu formada danışmış və Anar ona Edviki tapmasa başına problemlərin gələcəyini demişdir. Bədənində olan xəsarətləri ona Sübhan və tanışları 3 yanvar 2022-ci il tarixdən 4 yanvar 2022-ci il tarixə keçən gecə Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospektində yerləşən Melissa Parkın 13-cü mərtəbəsində yerləşən mənzildə yetirmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 ağız və dodaq nahiyəsində olan xəsarətləri yumruqla vuraraq yetirmiş, Təqsirləndirilən şəxs4 başının sol tərəfindən və sinə nahiyəsindən yumruqla vurmuş, Təqsirləndirilən şəxs3 isə başının və bədəninin sağ tərəfindən yumruqla vurub ona bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs5 da bədəninin sol tərəfindən təpiklə vurub ona xəsarətlər yetirmişdir. Azadın anası dəfələrlə yaşadığı evə gəlib şikayətçi olmamağını xahiş etdiyindən o həmin qadınla razılaşmışdır. Yazdığı ərizə hazır formada yazılmış ərizə olduğundan ərizəni ona gətirib imza etdirmişlər, o isə heç oxumayıb imza etmişdir. Ərizədə Azadın günahsız olması və ya guya onun da zərərçəkmiş şəxs olması ilə bağlı yazılanlar onun tərəfindən yazılmamışdır. Azadın həbsdən azad olunması ilə bağlı heç bir istəyi və xahişi olmamışdır. Azadın yaxınları iddia edirlər ki, Təqsirləndirilən şəxs1 və qeyriləri ondan hədə-qorxu ilə pul tələb edən zaman guya Azad onun dayısı İslamdan 3.000 manat pul alıb göndərmişdir. Lakin əsl həqiqətdə və ifadələrində göstərdiyi kimi həmin vəsaiti nənəsi Şahid4 vermişdir, pul da vəfat etmiş anasının onun üçün yığıb nənəsinə saxlamağa verdiyi vəsaitdən olmuşdur. Onu görüşə Azad çağırmışdır. Bakıya gedərkən qabaq oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxslər özlərinin polis əməkdaşları olduqlarını bildirib onu izahat almaq üçün Bakı şəhərinə aparmalı olduqlarını demişlər. Evdə olarkən təqsirləndirilən şəxslər tərəfindən fiziki təsirə məruz qalmışdır. Təqsirləndirilən şəxslər onlara 10.000 manat pul vermədiyi təqdirdə onu azad etməyəcəklərini demişlər. Heç kimə pul borcu olmamışdır. Təqsirləndirilən şəxslər o, Qusar rayonuna çatdıqdan sonra avtomobili göndərənədək Azadın ona nəzarət edəcəklərini demişlər. Təqsirləndirilən şəxslər onu aldadaraq apardıqları üçün avtomobilə əyləşərkən və Qusar rayonunu çıxanadək onlara müqavimət göstərməmişdir. Sübhangil gələn zaman o, poçtun önündə həmin ərazidə xidmət edən polis əməkdaşları ilə söhbət etmişdir. Azad pulqabının evdə qaldığını deyib evinin önündə avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs5 evə sonradan gəlmişdir. Evdə olarkən yemək yeməmiş, ona sadəcə çay verilmişdir. Evdə olarkən qadın görmüş, lakin həmin qadın uzun müddət evdə qalmamışdır. Onun fikrincə, evdə olan qadın həmin evdə yaşamamış, sadəcə gəlib-gedən şəxs olmuşdur. Bakıya gedərkən avtomobildə ondan başaq 3 nəfər olmuşdur. Evdə olarkən Təqsirləndirilən şəxs5 ondan pul tələb edərək bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Evdə olarkən Sübhan arabir kiminlə isə telefon əlaqəsi saxlamışdır. Sübhangilin yanında olan zaman Edvikə zəng etməmişdir. Qohumları ilə telefon əlaqəsi saxlayıb pul istəyərkən Sübhan da danışıqlarda iştirak etmişdir. Edvikin borcu ondan tələb edilmişdir. Əvvəllər Mərdəkan ərazisində Azadla ona bir neçə nəfər hücum etmişdir. Azad və ona hücum edən şəxslərin əlində silah olmamışdır. Azad olunması üçün tələb edilən pulu ilk dəfə qayınatasından istəmişdir. Telefon əlaqəsi zamanı qohumları pulu tapacaqlarını, narahat olmamasını demişlər. Pul səhər saatlarında göndərilmişdir. Qohumları tərəfindən göndərilən pul Sübhana çatmalı olmuşdur. Onun azad edilməsi üçün alınan pulda Azadın payının olub-olmaması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxslər tərəfindən bədəninin müxtəif nahiyələrində xəsarətlər yetirilmişdir. Sübhangilin avtomobilinə öz razılığı ilə əyləşmişdir. Bakıya gedərkən yolda Sübhangil ondan pul tələb etməyə başlamışlar. Təqsirləndirilən şəxs5 onu döyərək pul tələb etmişdir. Təqsirləndirilən şəxslərlə barışmış, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 3 yanvar 2022-ci il tarixdə axşam saat 20 radələrində o, bacısıgildən kirayədə yaşadığı “Melissa Park”dakı mənzilə gələn zaman görmüşdür ki, evdə 3-4 nəfər adam var. O həmin şəxslərin kim olduğunu bilməmişdir. Evdə olan zaman Sübhanla dalaşmışdır ki, niyə onların birgə yaşadığı evə tanımadığı insanları gətirmişdir. Sübhan həmin şəxslərin onun dost-tanışları olduğunu və bir gecə saat qalıb çıxıb gedəcəklərini demişdir. Həmin adamlar da ona üzrxahlıq etmiş və o öz yataq otağına getmişdir. Həmin vaxt övladları Mingəçevirdə anasıgildə olmuşlar. O həmin gün saat təxminən 23 radələrində Sübhandan inciyib çıxıb bacısıgilə getmiş və onlarda qalmışdır. Onun sonradan mənzilə kimlərin gəlib-getməsindən xəbəri olmamışdır. Səhərisi gün saat təxminən 11 radələrində evə qayıdan zaman Sübhan və yenə gecə gördüyü 3 nəfər şəxsin mənzildə olduğunu görmüşdür. Sonradan Sübhan evdə qalmış, evdə olan adamlar çıxıb getmişlər. Həmin günün səhərisi o, bacısı Nabat Sübhanın “BMW” markalı avtomobili ilə Mingəçevir şəhərinə anasının ad günü məclisinə getmişlər. Həmin gün onlar oradan Sübhanın anası evinə gəlib gecəni orda qalmışlar. 6 yanvar 2022-ci il tarixdə Bərdə rayonundan Mingəçevir şəhərinə geri qayıdan zaman Sübhan tanışı Coşğunu da götürmüşdür. Onlar yolda olan zaman yol polisi əməkdaşları Sübhana saxla işarəsi vermişlər. Sübhan isə avtomobili saxlamayıb Samir adlı tanışına zəng etmişdir. Samirdən yol polisində tanışı olub-olmadığını soruşmuşdur. Ardınca avtomobili Xaldan yolu deyilən yerdə kolluq tərəfdə saxlayıb demişdir ki, yəqin, yol polisi dalımızca düşəcək ona görə taksi ilə gedək, gəlib sonradan maşını tanışları götürərlər. O heç nə başa düşməyib Sübhanla və Coşğunla birlikdə taksiyə minib Ağdaş istiqamətinə gəlmişdir. Ağdaşda hansısa restoranda Sübhanın dostu Samir onları qarşılamışdır. Coşğun oradan harasa çıxıb getmişdir. Daha sonra onlar Sübhan və Samirlə birlikdə Qəbələ rayonuna getmişlər. Orada gecələməyə mənzil tapmışlar. Sübhan Samirə öz maşınının açarlarını vermişdir ki, sürüb bir yerdə gizlədib saxlayar. Həmin günün səhərisi Sübhan Bərdə rayonuna, o isə Bakı şəhərinə qayıtmışdır. Təqsirləndirilən şəxs3 evə Sübhangildən sonra gəlmişdir. Evdə olarkən Zərərçəkmiş şəxs görmüşdür. Qonaq gələn şəxslərlə ümumilikdə 5-10 dəqiqə bir otaqda olub, sonra yataq otağına keçmişdir. Sübhan və dostları evin qonaq otağında əyləşmişlər. Evdə olarkən kiməsə zor tətbiq edilməsinin şahidi olmamışdır. Yaşadıqları ev 2 otaqlıdır. Sübhanın evə dostları ilə birlikdə gələcəyini bilməmişdir. Onun olduğu yataq otağının pəncərəsi küçəyə açılmışdır. Evin yataq otağı ilə qonaq otağı arasında mətbəx yerləşmişdir. Sübhan arabir dostlarından ayrılıb yataq otağına gəlmişdir. 3 yanvar 2022-ci il tarixində Seymur onların evdə gecələməmişdir. Evdən birinici gedən Seymur olmuş, digərlərinin evdən nə vaxt çıxdığını görməmişdir. Gördüyü qədəri ilə, Sübhan və yanında olan digər şəxslərin Rafael adlı şəxslə münasibətləri normal olmuşdur. Rafaelin hərəkətlərində heç bir narahatlıq hiss etməmişdir. Azad adlı şəxsi tanımır, heç vaxt görməmişdir. Sübhanın Azad adlı şəxsi tanıması və əlaqə saxlaması barədə məlumatı olmamışdır. Evdə olan zaman Sübhangilin olduğu otaqda heç bir səs-küy olmamışdır. Sübhanla 1 azyaşlı övladı var. Hazırda Bərdə rayonunda yaşayır. Sübhana evə dostlarını gətirdiyi üçün irad bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun vəfat etmiş bacısı Yeganə Şəfiyevanın oğludur. Bacısı vəfat edəndə Rafael və bacısı uşaq olmuşlar və onlara anası Şahid4 baxıb böyütmüşdür. Hazırda Rafael ailə həyatı qurmuş və əsasən anası ilə birlikdə yaşayır. 3 yanvar 2022-ci il tarixdə onun evinə yaxın yaşayan anası Ədilə gecə saatlarında ona zəng edib təcili onlara gəlməyini xahiş etmişdir. O da tez durub getmişdir. Anası ona demişdir ki, Rafaeli kimlərsə aparıb yanlarında saxlayıb ondan pul tələb edirlər. Rafael də ona zəng edib təcili 10.000 manat pul tapmasını istəmişdir. O, anasına demişdir ki, Rafaelə yenidən zəng edək daha ətraflı danışaq. Anası Rafaelin telefon nömrəsinə zəng edəndə kimsə başqa adam telefonu götürüb demişdir ki, Rafael onlara 10.000 manat pul borcludur və pulu təcili çatdırın. Az sonra anası Ədilə Rafaelin anasından qalan 3.000 manat pulun olduğunu ona demişdir. O da Rafaelin telefon nömrəsinə zəng etmiş və adını bilmədikləri şəxslə danışıb demişdir ki, 3.000 manat pul verə bilərlər. Həmin şəxs razı olmadıqda o demişdir ki, 3.000 manatı verək qalan pulun əvəzində Rafaelin “BMW” markalı **- LF-*** dövlət qeydiyyat nişanlı avtomobilini götürsünlər. Bir müddət sonra onun tanımadığı, özünü Rafaelin dostu kimi təqdim edən Təqsirləndirilən şəxs2 adlı şəxs anasıgilin evin qapısını döymüş və onlar onu içəri dəvət etmişlər. Azad onlara demişdir ki, Rafaeli Bakı şəhərinə banditlər oğurlayıb aparıblar, Rafael guya pis adamlara baş qoşub onların pulunu götürüb və həmin pullar qayıtmalıdır. Onlar Azadın bütün məsələlərdən xəbərdar olduğunu başa düşüb ona 3.000 manat pul vermişlər. Pulu anası Azada vermişdir. Daha sonra Rafaelin telefonuna zəng çatmamış, həmin gecə Rafael evə gəlməmişdir. Onlar Azada zəng etsələr də, ona da zəng çatmamışdır. Onlar səhər Azadı axtarıb tapmış və pulu həmin şəxslərə göndəribgöndərmədiyini soruşmuşdur. Azad pulu 4 yanvar 2022-ci ildə səhər saatlarında göndərmiş və qəbzi də göstərmişdir. Həmin gün gündüz saatlarında Rafael zəng etmişdir ki, onu buraxıblar rayona gəlir. Gəlib danışmışdır ki, Sübhan adlı şəxs Qusar rayonuna gəlmiş, Azad onu çağırıb Sübhanla tanış etmiş, sonuncu da onu yanında gələn şəxslərlə birlikdə oğurlayıb Bakı şəhərinə aparmışlar. Səhv etmirsə, 5 yanvar 2022-ci il tarixdə Rafael Azadla birgə özünə məxsus avtomobili də evakuatora qoyub göndərmişdir. Rafaeli azad etmək üçün 10.000 manat lazım olduğunu Rafael anası ilə mobil telefonda danışanda özü demişdir. Ona hadisəni anası danışmışdır. Rafaellə telefon əlaqəsi saxlayan zaman sonuncu sadəcə 10.000 manat çatdırmağını demiş, əlavə heç nə danışmamışdır. Rafaelə zərər yetirilə biləcəyindən və azad edilməyəcəyindən qorxub 3.000 manat pulu Azada vermişlər. Rafael Qusar rayonuna qayıtdıqda özünün heç bir günahının olmadığını demişdir. Rafael Bakı şəhərindən qayıtdıqdan sonra onun üzündə və ya bədənində xəsarət izləri görməmişdir. Rafaelin mobil nömrəsinə zəng edən zaman zəngə cavab verən şəxsin kim olduğunu bilməmişdir. Rafaeli saxlayan şəxslər onların avtomobili göndərməklə bağlı o, təkliflərinə əvvəlcə razılaşmamışlar. Pulun dəqiqliklə kim tərəfindən tələb edildiyini bilməmişdir. Təqsirləndirilən şəxs2 anasının evinə gəlib 3.000 manat pulu götürənədək tanımamışdır. Azad onlara banditlərin Rafaeli apardığını desə də, həmin şəxslərin adlarını deməmişdir. Rafaelin avtomobilini Bakı şəhərinə göndərməsini Təqsirləndirilən şəxs2 anası və o demişdir. Rafaelin avtomobili anasının evinin qarşısında olmuşdur. Rafaelin qaçırılma səbəbi ilə çox maraqlanmamışdır. Xəstə olduğu üçün hadisələrdə mümkün dərəcədə az iştirak etməyə çalışmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 3, iş vərəqə 73-75). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 8 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adlı şəxsin qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaqla gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 8 yanvar 2022-ci il tarixdə Bərdə rayonu, Divanlı kəndində yerləşən qəbirsitanlığın yaxınlığında saxlanılmışdır. Anket məlumatlarını soruşduqda, o, Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq odlu silah və döyüş sursatının olması barədə məlumat daxil olduğunu deyərək onu Bərdə RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 buna etiraz etməyib onlarla birlikdə Bərdə RPŞ-nə gəlmişdir. X17 Aslanova hüquq və vəzifələri izah edilib vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs1 siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim edilmiş vəkilə etiraz etmədiyini bildirmiş, ardınca Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını saxlamaqla gəzdirməsində şübhəli bilindiyi və bununla bağlı videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs1 buna etiraz etməyib üzərinə şəxsi axtarış aparılmasına razı olduğunu demişdir. Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etməsi təklif edildikdən sonra o, əynində olan qara rəngli şalvarının sağ kəmər hissəsinə bərkidib saxladığı 1 ədəd odlu silah olan tapançanı və şalvarının sol yan cibindən 6 ədəd patronu, həmçinin şalvarının sağ yan cibindən özünə məxsus 1 ədəd “İphone” markalı mobil telefonunu və 50 manat pulu çıxarıb masanın üzərində qoymaqla təqdim etmişdir. Tapançaya bənzər dəmir predmetə baxış zamanı içində 1 ədəd sandıqçanın olduğu, həmçinin patronların birinin baş tərəfində batıq olduğu müəyyən edilmişdir. Ardınca şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən siqaret qutuları və alışqan aşkar edilmişdir ki, şəxsi axtarış zamanı aşkar olunmuş 50 manat nağd pul, siqaret qutuları və alışqan iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 özünə qaytarılmış, mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 tapançanı patron və sandıqça ilə birlikdə bir həftə əvvəl Bərdə rayonu, Divanlı kəndində yerləşən qəbirsitanlığın kənarından tapdığını bildirmişdir. Ardınca aşkar olunmuş 1 ədəd “Makarov” tipli tapança, 1 ədəd sandıqça və 6 ədəd tamlığı pozulmamış patrona bənzər dəmir predmetlər 1 ədəd kağız zərfin içində qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, bundаn sоnrа baxış keçirilməsinin nəticəsinə dair baş təhqiqatçı tərəfindən protokol tərtib оlunmuş, prотоkоl iştirakçılara ucadan oxunmuş və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məlumat yalnız Təqsirləndirilən şəxs1 barəsində daxil olmuşdur. Təqsirləndirilən şəxs1 Bərdə rayonunda tutmuşlar. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan silah və patronları qəbirsitanlıq ərazisindən tapdığını demişdir. Əməliyyat qrupu yalnız o və Şahid6 ibarət olmuşdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid5 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 3, iş vərəqə 64-66). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Naina adlı bacısı bir ildən çox olar ki, Rafael adlı Qusar rayon sakini ilə ailə həyatı qurmuşdur. O, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vasitəsi ilə tanımışdır. Təxminən 2021-ci ilin oktyabr ayında Rafael ona bildirmişdir ki, Azad internetdə “1XBET” onlayn totalizator saytından reklam edib pul qazanmaq istəyir və bunun üçün bir neçə ədəd plastik bank kartları lazımdır, bundan başqa Azadın hər bir karta görə 20 manat pul verəcəyini bildirmişdir. Həmin vaxt o öz razılığını vermişdir. Bundan sonra Rafael həmkəndliləri Adik, İslam, Ragim və Nadirlə danışıb onun kimi onlara da plastik bank kartları açmağı xahiş etmiş, onlar da öz razılığını vermişlər. Bundan sonra o və tanışları öz adlarına “Uni Bank”-ın Quba filialında debet plastik kartları açmaq üçün Quba şəhərinə Rafaelin idarə etdiyi “BMW” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişlər. Onlar banka getməzdən əvvəl Azad hər birinə "xxxx" nömrəsi vermiş və kartı bankdan qeydiyyatdan keçirən zaman debet kartları verdiyi mobil telefon nömrələrə qoşmağı tapşırmış, onlar da tapşırılanı etmişlər. Onlar Quba şəhərinə gedib, “Uni Bank”-ın Quba filialında plastik debet kartları sifariş vermiş və bankdan onlara 1 həftə sonra kartları gəlib götürməyi tapşırmışlar. Azad ona kartı sifariş veridkdən sonra 20 manat pul vermişdir. Təxminən 8 gün sonra o və tanışları “Uni Bank”-ın Quba filialında öz adlarına hazırlanmış debet plastik kartları götürmək üçün Quba şəhərinə Rafaelin idarə etdiyi “BMW” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişlər. Onlar kartları bankdan götürdükdən sonra Rafaelə, sonuncu da kartları Azada təhvil vermişdir. Təxminən 1 ay sonra, 2021-ci ilin dekabr ayına axırlarında o, Azada verdiyi bank kartını yoxlamaq qərarına gəlmiş və banka gedəndə ona məlum olmuşdur ki, adına olan kartda 5.700 manat pul var. O, dərhal Rafaelə zəng edib, məlumat vermiş və kartı bağlayacağını bildirmişdir. Növbəti gün o, Quba şəhərinə getmiş və kartında olan həmin pulu çıxardıb, təzə dublikat debet kartı sifariş vermiş və pulu həmin karta köçürmüşdür. Həmin gün axşam radələrində Rafael və Azad kəndə gəlmişlər. Söhbət zamanı Azad ondan kartdan niyə pul çıxardığını soruşmuş, o isə Azada həmin kartın onun adına olduğu üçün özü üçün çıxardıb xərclədiyini bildirmişdir. Azad əvvəl ona hədə-qorxu gəlmiş, daha sonra isə o, Azada polisə şikayət edəcəyini bildirmiş, Azad da qorxub ondan pul istəmədiyini bildirmişdir. 1 yanvar 2022-ci il tarixdə günorta radələrində Azad onun yaşadığı kəndə gəlmiş və təkrarən pulu ondan tələb edərkən aralarında mübahisə yaranmışdır. 3 yanvar 2022-ci il tarixdə o, evdə olan zaman Rafael ona zəng edib təcili olaraq 10.000 manat pul lazım olduğunu bildirmişdir. Rafael onda kartda olan pulu Azada verməsini tələb etmişdir. O da Azadla görüşmüş, sonuncu kartdakı pulu hansısa başqa karta köçürmüşdür. Həmin gecə eşitmişdir ki, Azad gəlib Rafaelin nənəsindən 3.000 manat pul götürmüşdür. O, Azada zəng edib soruşan zaman pulu yola saldığını bildirmişdir. Növbəti gün o, Rafaelə zəng edib soruşmuş və Rafael həm 5.700, həm də 3.000 manat pulun çatdığını bildirmişdir. 5 yanvar 2022-ci il tarixdə axşam radələrində Rafael özünə məxsus “BMW” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili Azadın köməyi ilə evakuator maşına mindirib Bakı şəhərinə göndərmişdir. O, Rafaeli görən zaman onun bədənində gözlə görsənən müxtəlif növ xəsarətlər olmuşdur (cild 1, iş vərəqə 160- 162). Cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” protokollardan görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 181-185, 191-195, cild 2, iş vərəqə 174-178 və cild 3, iş vərəqə 28-32, 125-129). Cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 186-190). Cinayət işinin materiallarında olan “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin telefonun tətbiqlər bölməsində “WA BUSİNESS” təbiqininin “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə yenilənməsi versiyası müəyyən edilmiş, həmin ani mesajlaşma mübadilə sistemində Təqsirləndirilən şəxs2 3.01.2022 və 4.01.2022-ci tarixlərdə Təqsirləndirilən şəxs1 +99477 *** ** ** NAR nömrəsi ilə yazışmış, bu yazışmalarda Təqsirləndirilən şəxs1 öz adına olan “Uni Bank”a aid 5243-7544-1045-7451 nömrəli albalı kartına pul köçürmələri həyata keçirilməsi üçün göndərilməsi öz əksini tapmışdır. 4.01.2022-ci il tarixdə saat 00:16-da isə Təqsirləndirilən şəxs2 5.000 manat pul, saat 11:37 və 12:44-də 4 dəfə olmaqla cəmi 3.000 manat pul göndərilməsi barədə qəbzlərin fotoşəkillərini göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 “ANAR ZZZ” +**********23 nömrəsi ilə 1.01.2022- 5.01.2022-ci il tarixlərdə yazışdığı ona albalı debet kartının fotoşəkillərini və telefon nömrələrini fotoşəkillərini göndərməsi, bundan başqa Zərərçəkmiş şəxs məxsus “BMW E39” markalı **-LE- *** dövlət qeydiyyat nişanlı avtomobili evakuatora mindirib Bakı şəhərinə yola salan zaman çəkilmiş fotoşəkillər və videogörüntülər olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 5.000 AZN pul , saat 11:37 və 12:44-də 4 dəfə olmaqla cəmi 3.000 manat pul göndərilməsi barədə qəbzlərin fotoşəkillərini də həmin “ANAR ZZZ”-yə göndərmişdir. Baxış zamanı aşkar edilimiş yazışmaların fotoşəklləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 110-122). Cinayət işinin materiallarında olan “telefon danışıq məlumatlarına baxış keçiriılməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmişdir. Qeyd olunan nömrədən daxil olan və çıxan sms-lərə baxış zamanı əhəmiyyət kəsb edən yazışmalar aşkar edilməmişdir. Lakin mobil nömrəyə daxil olan və çıxan zənglərə baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 3 yanvar və 4 yanvar 2022-ci il tarixlərdə gündüz və gecə saatlarında mütəmadi olaraq Zərərçəkmiş şəxs məxsus ***-***-**-** və təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı nömrələrlə əlaqə saxlamışdır (cild 2, iş vərəqə 208-210). Cinayət işinin materiallarında olan “telefon danışıq məlumatlarına baxış keçiriılməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ***-***-**-**, Zərərçəkmiş şəxs ***-***- **-**, Təqsirləndirilən şəxs1 isə ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə etmişlər. Qeyd olunan nömrələrdən daxil olan və çıxan sms-lərə baxış zamanı əhəmiyyət kəsb edən yazışmalar aşkar edilməmişdir. Lakin mobil nömrələrə daxil olan və çıxan zənglərə baxış zamanı məlum olmuşdur ki, qeyd olunan şəxslərdən Təqsirləndirilən şəxs2 2021-ci ilin ortlarından başlayaraq Zərərçəkmiş şəxslə mütəmadi əlaqə saxlamış, lakin Təqsirləndirilən şəxs2 2021-ci ilin sonundan həmin nömrəni istifadə etməmiş, Zərərçəkmiş şəxs 3 yanvar və 4 yanvar 2022-ci il tarixlərdə gündüz və gecə saatlarında Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs1 da ***-***-**-** saylı nömrəsindən Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlamışdır (cild 2, iş vərəqə 211-213). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 9 yanvar 2022-ci il tarixli 22/30R nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd nömrəsi silinmiş, silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş sursatıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmələrinin üzərində heç bir əlavə dəyişliklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 6 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 9X18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (MP), Steçkin (APS) kosiruksiyalı və s. həmin kalibrli silahdan atəş üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar. Onlardan 1 ədədinin dib hissəsində olan kapsulun üzərində odlu sihalın vurucu milinin izinə xarakterik olan sferik izlərin olması səbəbindən atəş üçün yararsızdır. Digər 5 ədəd üzərində zədə aşkar edilməmiş və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 ədəd aşya zavod üsulu ilə istehsal olunmuşdur. Markarov kostruksiyalı silahların komlekt hissəsi olmaqla texniki cəhətdən sazdır, bircərgəlidir və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur (cild 1, iş vərəqə 43-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin 7 yanvar 2022-ci il tarixli 14 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alt dodağın selikli qişasının sol tərəfinin əzilmiş yarası və qansızması, sol qulaq seyvanının, sinəsinin sağ yuxarı hissəsinin, sol budun orta 1/3-nin arxa səthinin qançırları, sağ qulaq pərdəsinin cızılması, sol saidin orta 1/3-nin yan səthinin xətti sıyrığı, sağ tərəfli posttravmatik qansızma, orta otit küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hisəsində göstərilən müddətdə və şəraitdə, yəni 3.01.2022-ci il tarixdə yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqə 131). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin 12 yanvar 2022-ci il tarixli 60 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthi üzərində hər hansı bir xəsarət və ya izlər aşkar edilməmişdir (cild 4, iş vərəqə 73-75). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 mart 202-ci il tarixli 9/622 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqtına təqdim edilmiş 1997-ci il buraxılışlı “BMW” E39 markalı **-LF- *** dövlət qeydiyyat nişanlı avtomobilin mövcud xüsusatları nəzərə alınmaqla hazırkı vəziyyətdə 2022-cı ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 9.000 manat müəyyən olunmuşdur (cild 4, iş vərəqə 77-78). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 23 aprel 2022-ci il tarixli 1013 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda “Emosional davamsız tip şəxsiyyəti pozuntusu” aşkar edilmişdir. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar (psixi xəstəliklə əlaqədar hərbi xidmətdə olmaması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginliyi altında özünə xəsarət yetirməsi, Azərbaycan Respblikası Səhiyyə Nazirliyi “Respublika psixiatriya xəstəxanası”-da müayinədə olması və onda “Şəxsiyyət emosional davamsız tip pozuntusu, özünü kəsmələr, Ananezmdə BBT” diaqnozunun müəyyən edilməsi və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhval-ruhiyyəsinin dəyişkən olması, emosional sferasının dayanaqsızlığı və s.) sübut edir. Psixiatrik-psixoloji ekspertiza üzrə motivləşdirici hissə: aparılmış eksperimental müayinə gedişində Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanların aldığı təhsil səviyyəsinə uyğun olduğu, iş üçün əhəmiyyət kəb edən halları düzgün qavradığı, bu barədə düzgün məlumat verə biləcəyi müəyyən edilir. Xarakter etibarı ilə implussiv, hirsli, kobud, səbirsiz, konfiliktə meyilli şəxs olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs1 müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs1 cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimia təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun barəsində ibbi xarakterli məcburi müalicə tədbirlərinin təbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci madəsinin təsiri altına düşmür. Məhkəmə psixoloji ekspertizası üzrə aparılmış tədqiqatı yekunlaşdırıb, həmçinin cinayət işi materiallarının psixoloji cəhətdən hərtərəfli təhlil edərək belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs1 inetellektual-mnestik imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir. Hirslilik, implussivlik, emosional oyanıqlıq, qıcığa qarşı tez reaksiya vermək, neqativ amillərin təsirinə qarşı dözümsüzlük kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 hadisə zamanı etdiyi hərəkətləri düzgün qavramaq, dərk etmək, həmçinin öz hərəkətlərinin idarə etmək qabiliyyətinə malik olmuşdur (cild 4, iş vərəqə 82-84). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 25 iyul 2022-ci il tarixli 1942 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 əqli-intellektual imkanları normaya uyğundur. Əqli intellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs4 emosional-iradi sferasında hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Tez özündən çıxmaq, söz götürməmək, inadkarlıq və s. kimi fərd-psixi xüsusiyyətlərə malikdir. Cinayət əməlini törətdiyi zaman psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 4, iş vərəqə 85-88). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd Makarov konstruksiyalı nömrəsi silinmiş tapança və tədqiqatdan sonra qalıq qalmış 3 ədəd patron və Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy” markalı “A71" modelli mobil telefon iş üzrə maddi sübut kim tanınaraq DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 4, iş vərəqə 89- 123). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqə 62-63). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrin və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 16 sentyabr 2011-ci il tarixli qərarı ilə əməlləri Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrindən Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə tövsif edilərək Cinayət Məcəlləsinin 180.2.1 və 170.3-cü maddələri ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 16 sentyabr 2011-ci il tarixli qərarı ləğv edilərək yenidən apellyasiya məhkəməsi baxışına qaytarılmış, Gəncə Apellyasiya Məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 mart 2013-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli qərarı ləğv edilərək yenidən apellyasiya məhkəməsi baxışına qaytarılmış, Gəncə Apellyasiya Məhkəməsinin 15 iyul 2013-cü il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2011-ci il tarixli hökmü dəyişdirilərək əməlləri Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrindən Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə tövsif edilərək ona Cinayət Məcəlləsinin 180.2.1 və 170.3-cü maddələri ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 dekabr 2013-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 15 iyul 2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Gəncə şəhər Nizami rayon məhkəməsinin 26 dekabr 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317.2.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə 6 (altı) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 17 mart 2014cü il tarixli qərarı ilə cəzası 5 (beş) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Bərdə rayon məhkəməsinin 20 may 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 17 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi həmin cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə görə “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci maddələrinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs3 Ağdaş rayon məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 8 (səkkiz) ay 1 (bir) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin cəza 1 (bir) il sınaq müddəti tətbiq edilməklə şərti tətbiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən cinayət törətməyə görə şərti məhkum edilmiş şəxslər barəsində məhkumluq sınaq müddəti başa çatdıqda ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs3 hazırkı cinayəti barəsində tətbiq edilmiş sınaq müddəti başa çatdıqdan sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs4 Ağdaş rayon məhkəməsinin 2 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay 6 (altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin cəza 1 (bir) il 6 (altı) ay sınaq müddəti tətbiq edilməklə şərti tətbiq olunmuşdur. Təqsirləndirilən şəxs4 törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən cinayət törətməyə görə şərti məhkum edilmiş şəxslər barəsində məhkumluq sınaq müddəti başa çatdıqda ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs4 hazırkı cinayəti barəsində tətbiq edilmiş sınaq müddəti başa çatmadan törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şərti məhkum edilmiş Təqsirləndirilən şəxs4 sınaq müddəti ərzində qəsdən ağır cinayət törətdiyindən ona Ağdaş rayon məhkəməsinin 2 iyun 2020-ci il tarixli qərarı ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə ona cəza təyin edilməldir. Təqsirləndirilən şəxs5 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3, 182.2.4 və 221.1-ci maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin 29 iyun 2016-cı il tarixli qərarı ilə cəzası 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş və 5 aprel 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 3, iş vərəqə 50-63 və 212-252). Təqsirləndirilən şəxs5 törətdiyi əvvəlki cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə görə “az ağır” və “ağır” cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs5 əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs5 əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər rayon məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökm 14 noyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir (cild 6). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarına əsasən hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Bakı şəhəri Xəzər rayon məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 törətdikləri cinayət əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur (cild 5). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlində cinayətlərin residivi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 əməllərində isə cinayətlərin təhlükəli residivi onların cəzalarını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 törətdikləri cinayət əməllərini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə tövsif etməklə yanaşı, onların həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalarını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 8 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 8 yanvar 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 207-211). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 21 aprel 2022-ci il tarixdə tutulmuşdur (cild 2, iş vərəqə 261). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablanmışdır (cild 3, iş vərəqə 22-27). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 26 aprel 2022-ci il tarixdə tutulmuşdur (cild 3, iş vərəqə 89). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmışdır (cild 3, iş vərəqə 160-165). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 232). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 yanvar 2022-ci il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 26-30). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 2 mart 2022-ci il tarixdə tutulmuşdur (cild 2, iş vərəqə 159). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs5 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 2 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 203-207). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Təqsirləndirilən şəxs3 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 aprel 2022-ci il, Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 yanvar 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs4 əməlində cinayətlərin residivi olsa da, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 əməllərində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiklərindən onlar təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətlərinin başlanğıcı Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 8 yanvar 2022-ci il, Təqsirləndirilən şəxs5 şübhəli şəxs qismində tutulduğu 2 mart 2022-ci il tarixdən hesablanmalı və onların barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 50 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 hər birindən 10 manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd “Makarov” konstruksiyalı nömrəsi silinmiş tapança və tədqiqatdan sonra qalıq qalmış 3 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə olunaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, -Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy” markalı “A71” modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, -"xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 8 (səkkiz) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 8 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
3. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Ağdaş rayon məhkəməsinin 2 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Ağdaş rayon məhkəməsinin 2 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay 6 (altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
4. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
5. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs5 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs5 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 2 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 50 manata görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 hər birindən 10 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan: -DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd “Makarov” konstruksiyalı nömrəsi silinmiş tapança və tədqiqatdan sonra qalıq qalmış 3 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə olunaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin, -Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy” markalı “A71” modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, -"xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.