Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1768/2021 18.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri “A.İ.M” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımış, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,445 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli falqa bükümdə təmiz çəkisi 0,289 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsiyyəti istintaqa məlum olmayan Ramin adlı şəxsdən 25 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində “ROCK HARD SPARE BLADES” yazısı olan qələm qabının içərisinə qoyub əynindəki göy rəngli şalvarın belinə vurduğu ağ rəngli kəmərin arxa hissəsində saxlamaqla daşımış, 16 aprel 2021-ci il tarixdə saat 22:30 radələrində ünvan 2 ünvanın qarşısında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanda yerləşən Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə gətirilmiş, orada həmin tarixdə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın ağ rəngli kəmərinin arxasında saxladığı, üzərində “ROCK HARD SPARE BLADES” yazısı olan qələm qabının içərisindən həmin bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,445 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli falqa bükümdə təmiz çəkisi 0,289 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs 26 iyun 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində külli miqdarda iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 4,840 qram, 6,982 qram, ümumi təmiz çəkisi 11,822 qram olmaqla kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda dörd ədəd bükümdə ayrı-ayrılıqda 0,350 qram, 0,334 qram, 0,367 qram, 0,370 qram, ümumi təmiz çəkisi 1,421 qram olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən 200 manata satış məqsədi ilə qanunsuz olaraq alıb əldə edərək əynindəki qara rəngli şortun sağ yan cibində saxlamaqla daşımış, 30 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Məhəllə 4042/60, ev 3 ünvanın qarşısında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanda yerləşən Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə gətirilmiş, orada həmin tarixdə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şortun sağ yan cibindən külli miqdarda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,840 qram, 6,982 qram, ümumi təmiz çəkisi 11,822 qram olmaqla kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda dörd ədəd bükümdə ayrıayrılıqda 0,350 qram, 0,334 qram, 0,367 qram, 0,370 qram, ümumi təmiz çəkisi 1,421 qram olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə hesab edilən heroinin və psixotrop maddə hesab edilən metamfetaminin istifadəsi ilə məşğul olduğuna görə, 16 aprel 2021-ci il tarixdə təxminən saat 21 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində üzdən tanıdığı, ünvanını, anket məlumatlarını bilmədiyi və adını Ramin kimi bildiyi şəxsdən öz şəxsi istifadəsi üçün 25 manata 01 ədəd gümüşü falqa bükümdə metamfetamin və 01 ədəd polietilen bükümdə narkotik vasitə heroin almışdır. Alıb əldə etdiyi bir büküm heroini və bir büküm metamfetamini özündə olan qələm qabının içərisinə qoyub, əynindəki şalvarın belinə vurduğu ağ rəngli kəmərin arxa hissəsinə qoyub saxlamışdır ki, sonra lazım olan zaman istifadə etsin. Həmin gün, yəni 16 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ilə gedərkən, həmin küçənin 19 saylı ünvanının qarşısında polis əməkdaşları ona yaxınlaşaraq və özlərini təqdim etdikdən sonra onu Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə dəvət etmişlər. O, polislərin dəvəti ilə Polis bölməsinə getmişdir. Polis bölməsinə müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Polis bölməsində üzərinə axtarış keçirilməmişdən əvvəl, ona təklif edilmişdir ki, üzərində dövriyyəsi qadanğan olunmuş narkotik vasitə və qeyri bir əşya varsa, onları könüllü olaraq təqdim etsin. Təklifə əsasən əynində olan göy rəngli şalvarın belindəki ağ rəngli kəmərin altına qoyub saxladığı, üzərində “ROCK HARD SPARE BLANDES” yazısı olan qələm qabını çıxarıb açaraq, içərisində olan bir büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, ondan aşkar edilərək götürülmüş bir büküm heroini və bir büküm metamfetamini Qaraçuxur qəsəbəsində tanımadığı, yalnız adını Ramin kimi bildiyi şəxsdən satış məqsədi ilə yox, öz şəxsi istifadəsi üçün almışdır ki, sonradan istifadə etsin. Göstərilən fakta görə barəsində olan cinayət işi üzrə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində də başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həbsdə saxlanıldığı Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad edilmişdir. Bundan sonra narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin istifadəsinə ehtiyacı olduğuna görə, 26 iyun 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olarkən, orada adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı olan şəxsdən 200 manata 4 bükümdə heroini və iki bükümdə metamfetamini özü üçün istifadə etməkdən ötrü alıb əldə edərək üzərində saxlamaqla daşımışdır. 30 iyun 2021-ci il tarixdə saat təxminən 22:30 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 3 ünvanın qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək adını soruşmuşlar. O, adının Əli olduğunu bildirdikdə, polis əməkdaşları onun narkotik vasitənin əldə edilməsi, saxlanması, istifadəsində və satışında şübhəli olduğunu deyərək Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birində dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Sonra hüquq və vəzifələri izah edilmiş və videoçəkilişlə üzərinə axtarışın keçirilməsi bildirilmişdir. O, buna etiraz etməmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə üzərində axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində saxlanılması, daşınması və ya gəzdirməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim edilməsi təklif edilmişdir. Təklifə əsasən əynində olan qara rəngli şortun sağ yan cibindən rus dilində olan qəzet bükümün içərisində olan 04 ədəd bükümdə heroini və 02 ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Sorğu zamanı təqdim etdiyi bükümləri 26 iyun 2021-ci il tarixdə axşam saatlarında 200 manata Suraxanı rayonu, Hövsan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi İran İslam Respublikası vətəndaşı olan şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 aprel 2021-ci il tarixdə işlədiyi Polis bölməsinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində Əli adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq və Əli adlı şəxsin hərəkətlərini ifşa etmək məqsədi ilə 16 aprel 2021-ci il tarixdə ondan və işlədiyi Polis bölməsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 22:30 radələrində tərəflərindən keçirilmiş tədbirlər nəticəsində ünvan 7 ünvanın qarşısında sonradan tanıdıqları Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Polis bölməsinə müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati binanın xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarışın və götürmənin keçiriləcəyi bildirilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının belinə vurduğu ağ rəngli kəmərin arxa hissəsində saxladığı, üzərində “ROCK HARD SPARE BLANDES” yazısı olan qələm qabını çıxarıb açaraq, qabın içərisində 01 ədəd polietilen bükümdə olan narkotik vasitə heroini və 01 ədəd gümüşü falqa bükümündə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Sorğu zamanı bir büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini 16 aprel 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı Ramin adlı şəxsdən 25 manata öz şəxsi istifadəsi üçün aldığını, sonradan istifadə etmək üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən zərfə qablaşdırılaraq götürülmüşdür. Bundan bir müddət sonra, yəni 30 iyun 2021-ci il tarixdə işlədiyi Polis bölməsinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Məhəllə 4042/60, ev 3 ünvanın qarşısında Əli adlı şəxsin mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq və Əli adlı şəxsin hərəkətlərini ifşa etmək məqsədi ilə 30 iyun 2021-ci il tarixdə ondan və işlədiyi Polis bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 22:30 radələrində tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Məhəllə 4042/60, ev 3 ünvanın qarşısında sonradan tanıdıqları Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Polis bölməsinə müdafiəçi dəvət olunmuş və sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati binanın xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarışın və götürmənin keçiriləcəyi bildirilmiş, həmçinin hüquq və vəzifələri də izah edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şortunun sağ yan cibindən qəzet kağızına bükülmüş bükümü təqdim edərək içərisində 02 ədəd bükümdə psixotrop maddə metamfetaminin və 04 ədəd bükümdə narkotik vasitə hesab edilən heroinin olmasını bildirmişdir. Təqdim edilmiş büküm açıldıqda həqiqətən də həmin bükümün içərisində 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə və 04 ədəd bükümdə narkotik vasitə hesab edilən heroinə oxşar maddələrin olması aşkar edilmişdir. Sorğu zamanı 02 ədəd bükümdə olan psixotrop maddə metamfetamini və 04 ədəd bükümdə olan narkotik vasitə hesab edilən heroini 26 iyun 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində adını bilmədiyi İran İslam Respublikası vətəndaşından 200 manata öz şəxsi istifadəsi üçün aldığını, sonradan istifadə etmək üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən zərfə qablaşdırılaraq götürülmüş və müvafiq protokol tərtib olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 30 iyun 2021-ci il tarixli epizodla bağlı eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ifadəsində göstərdi ki, 16 aprel 2021-ci il tarixdə işlədiyi Polis bölməsinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində Əli adlı şəxsin mütamadi olaraq narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq və Əli adlı şəxsin hərəkətlərini ifşa etmək məqsədi ilə 16 aprel 2021-ci il tarixdə ondan və işlədiyi Polis bölməsinnin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 22:30 radələrində tərəflərindən keçirilmiş tədbirlər nəticəsində ünvan 7 ünvanın qarşısında sonradan tanıdıqları Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Polis bölməsinə müdafiəçi dəvət olunmuş və sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati binanın xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarışın və götürmənin keçiriləcəyi bildirilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının belinə vurduğu ağ rəngli kəmərin arxa hissəsində saxladığı, üzərində “ROCK HARD SPARE BLANDES” yazısı olan qələm qabını çıxarıb açaraq, qabın içərisində 01 ədəd polietilen bükümdə olan narkotik vasitə heroini və 01 ədəd gümüşü falqa bükümündə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Sorğu zamanı bir büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini 16 aprel 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı Ramin adlı şəxsdən 25 manata öz şəxsi istifadəsi üçün aldığını, sonradan istifadə etmək üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən zərfə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30.06.2021-ci il tarixli raportdan görünür ki, Əli adlı şəxsin narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Eyni zamanda daxil olmuş məlumatda Əli adlı şəxsin axşam radələrində ünvan 8 ünvanın qarşısında olacağı və üzərində narkotik vasitə saxlaması, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 30.06.2021-ci il tarixli qərardan görünür ki, Əli adlı şəxsin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30.06.2021-ci il tarixli raportdan görünür ki, 30.06.2021-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 3 ünvanının qarşısında narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olan, xx.xx.2000-ci il təvəllüdlü, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs saxlanılmış və 22:45 radələrində Suraxanı RPİ-nin 32-ci PB-yə gətirilərək Növbətçi hissəyə təhvil verilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 30.06.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 23:10da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şortun sağ yan cibindən rus hərfləri ilə yazıları olan qəzet kağızına bükülmüş büküm təqdim edərək içərisində narkotik vasitə olan “şüşə” (metamfetamin) və 1 (bir) ədəd bükülü vəziyyətdə ağ rəngli sellofanı 1 (bir) ədədin içərisində narkotik vasitə olan şüşə (metamfetamin) və 4 (dörd) ədəd şəffaf sellofana bükülü vəziyyətdə olan “kakos” (heroin) olduğunu, bu narkotik vasitə “kakos”u (heroini) və “şüşə”ləri (metamfetamini) 2021-ci ilin iyun ayının 26-sı tarixində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində adını bilmədiyi İran vətəndaşından 200 manat qarşılığında aldığını və sonradan narkotik vasitə “kakos”u (heroini) və “şüşə”ni (metamfetamini) şəxsi istifadəsi məqsədilə uzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi rus hərfləri ilə yazıları olan qəzet kağızına bükülmüş bükümü açdıqda içərisində ağ rəngli, spesifik qoxuya malik, narkotik vasitə metamfetaminə bənzər maddənin olması, digər bir ədəd ağ rəngli sellofana bükülmüş bükümü açdıqda içərisində ağ rəngli, spesifik qoxuya malik narotik vasitə metamfetaminə bənzər maddənin olması, 4 (dörd) ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə bükülü açıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi rus hərfləri ilə yazıları olan qəzet kağızına bükülmüş metamfetaminə, ağ sellofana bükülmüş metamfetaminə və digər dörd ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfə qoyulmuş, zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, proses iştirakçıları tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 30-31). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş videoçəkilişə baxış keçirilməsi haqqında 02.07.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “İphone 7” markalı mobil telefondan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi ilə bağlı şikayətlərin və ya etirazların daxil olmadığı görünür. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin olması soruşulur, olduğu halda könüllü təqdim etməsi təklif edilir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şortun sağ yan cibindən qəzet kağızına bükülmüş bükümü təqdim edir, bükümün içərisində 02 ədəd bükümdə psixotrop maddə metamfetaminin və 04 ədəd bükümdə narkotik vasitə heroinin olması, həmin heroin və metamfetamin bükümləri 26 iyun 2021-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı İran vətəndaşından özünün istifadəsi üçün 200 manata aldığını bildirir. Aşkar olunan 04 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə və 02 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qablaşdırılır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zərflər üçün 196 saylı möhürü ilə möhürlənir, bu barədə müvafiq qaydada protokol tərtib edilir. Aparılmış videoçəkiliş 01 ədəd “CD” diskə köçürülərək protokola əlavə edilir (cild 1, iş vərəqi 70). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 01.07.2021-ci il tarixli 6/2655 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,350 qram, 0,334 qram, 0,367 qram, 0,370 qram, ümumi təmiz çəkisi 1,421 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,840 qram, 6,982 qram, ümumi təmiz çəkisi 11,822 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroindən təhqiqata sərf edildi 0,080 qram, qalıq 1,341 qram təşkil edir, metamfetamindən təhqiqata sərf edildi 0,100 qram, qalıq 11,722 qram təşkil edir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 44-51). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ********* saylı cinayət işinin ********* saylı cinayət işi ilə birləşdirilməsi haqqında 08.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan həmin cinayət işləri bir icraatda birləşdirilək istintaqı davam etdirilmişdir (cild 1, iş vərəqi 92-93). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16.04.2021-ci il tarixli raportdan görünür ki, Əli adlı şəxsin narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Eyni zamanda daxil olmuş məlumatda Əli adlı şəxsin axşam radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində olacağı və üzərində narkotik vasitə saxlaması, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir (cild 1, iş vərəqi 99). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 16.04.2021-ci il tarixli qərardan görünür ki, Əli adlı şəxsin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 100-101). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16.04.2021-ci il tarixli raportdan görünür ki, 16.04.2021-ci il tarixdə saat 22:30 radələrində xx.xx.2000-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olan Qarayev X4 rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 19 saylı ünvanın qarşısında saxlanılmış və 22:45 radələrində Suraxanı RPİ-nin 32-ci PB-yə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir (cild 1, iş vərəqi 105). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 16.04.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 23:15də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın ağ rəngli kəmərinin arxasında saxladığı, üzərində “ROCK HARD SPARE BLADES” yazısı olan qələm qabını təqdim edərək, həmin bir ədəd polietilen bükümdə narkotik vasitə olan “şüşə” (metamfetamin) və 1 (bir) ədəd bükülü vəziyyətdə ağ rəngli sellofanı 1 (bir) ədədin içərisində narkotik vasitə olan “kakos” (heroin) olduğunu, bu narkotik vasitə “kakos”u (heroini) və “şüşə”ləri (metamfetamini) 2021-ci ilin aprel ayının 16-sı tarixində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Ramin adlı şəxsdən 25 manata aldığını və sonradan narkotik vasitə “kakos”u (heroini) və “şüşə”ni (metamfetamini) şəxsi istifadəsi məqsədilə uzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda içərisində ağ rəngli, spesifik qoxuya narkotik vasitə metamfetaminə bənzər maddənin olması, digər bir ədəd gümüşü rəngli sellofana bükülmüş bükümü açdıqda içərisində şəffaf sellofana bükülmüş vəziyyətdə bükülü açıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfə qoyulmuş, zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, proses iştirakçıları tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 126-127). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17.04.2021-ci il tarixli, 6/1502 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd zərfin içərisində bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,445 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd gümüşü falqa bükümdə təmiz çəkisi 0,289 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroindən təhqiqata sərf edildi 0,05 qram, qalıq 0,395 qram təşkil edir, metamfetamindən təhqiqata sərf edildi 0,05 qram, qalıq 0,239 qram təşkil edir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, vərəqi 133-138). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş videoçəkilişə baxış keçirilməsi haqqında 18.04.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılardan bu prosessual hərəkətin aparılması zamanı “İphone 7” markalı mobil telefondan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi ilə bağlı şikayətlərin və ya etirazların daxil olmadığı görünür. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin olması soruşulur, olduğu halda könüllü təqdim etməsi təklif edilir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının belinə vurduğu ağ rəngli kəmərin arxa hissəsində saxladığı, üzərində “ROCK HARD SPARE BLANDES” yazısı olan qələm qabını çıxarıb açaraq, qabın içərisində 01 ədəd polietilen bükümdə olan narkotik vasitə heroini və 01 ədəd gümüşü falqa bükümündə olan psixotrop maddə metamfetamini təqdim edir. Sorğu zamanı bir büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini 16 aprel 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı Ramin adlı şəxsdən 25 manata öz şəxsi istifadəsi üçün aldığını, sonradan istifadə etmək üçün üzərində saxlayaraq gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən zərfə qablaşdırılaraq götürülür (cild 1, iş vərəqi 158). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15.09.2021-ci il tarixli, 3450 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 188-189). İşdə olan sübutların qiymətləndirilməsi və elan edilmiş ittihamın dəyişdirilməsi barədə 05.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,445 qram olan (tədqiqata 0,05 qram sərf edildikdən sonra qalığı 0,395 qram təşkil edən) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd gümüşü falqa bükümdə təmiz çəkisi 0,289 qram olan (tədqiqata 0,05 qram sərf edildikdən sonra qalığı 0,339 qram təşkil edən) ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin 30 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,350 qram, 0,334 qram, 0,367 qram, 0,370 qram, ümumi təmiz çəkisi 1,421 qram olan (tədqiqata 0,080 qram sərf edildikdən sonra qalığı 1,341 qram təşkil edən) qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,840 qram, 6,982 qram, ümumi təmiz çəkisi 11,822 qram olan (tədqiqata 0,100 qram sərf edildikdən sonra qalığı 11,722 qram təşkil edən) ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,395 qram çəkidə narkotik vasitə heroin, 0,339 qram çəkidə psixotrop maddə metamfetamin, 1,341 qram çəkidə narkotik vasitə heroin, 11,722 qram çəkidə psixotrop maddə metamfetamin saxlanması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Şəxsi axtarış görüntülərini özündə əks etdirən 2 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 191-201). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 05.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr hesab edilən heroini və psixotrop maddələr hesab edilən metamfetamini əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ********* nömrəli cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 203-205). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 28.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 169). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 18.05.2021-ci il tarixli, 4249 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicə olunmamışdır (cild 1, iş vərəqi 175). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 20.05.2021-ci il tarixli, 5493 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən mərkəzdə müalicə olunmamışdır (cild 1, iş vərəqi 177). İşdə olan Bakı şəhəri Suraxanı rayonu 63 saylı Mənzil-Kommunal İstismarı sahəsinin verdiyi 06.10.2021-ci il tarixli, 746 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır. Həmin ünvanda yaşadığı müddət ərzində barəsində MKİS-ə heç bir şikayət, ərizə daxil olmamışdır (cild 1, iş vərəqi 225). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən 30 iyun 2021-ci il tarixdə aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs üzərindən 30 iyun 2021-ci il tarixdə aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, həmin maddələrin ayrı-ayrı bükümlərə bükülməsi, habelə aşkar edilmiş maddələrin müxtəlif tərkiblərə aid olması hallarını, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən 30 iyun 2021-ci il tarixdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşıması, habelə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib, üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavanlığını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək, 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokollardan, müstəntiqin, prokurorun, və məhkəmənin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs birinci dəfə 16 aprel 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı müstəntiqin vəsatəti prokuror tərəfindən təmin edilməmiş, 18 aprel 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. O, ikinci dəfə 30 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 iyun 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 117, 161-164, 21, 79-81). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs birinci dəfə tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun ikinci dəfə tutulduğu 30 iyun 2021-ci il il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,395 qram çəkidə narkotik vasitə heroin, 0,339 qram çəkidə psixotrop maddə metamfetamin, 1,341 qram çəkidə narkotik vasitə heroin, 11,722 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 02 ədəd CD formatlı disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 195,82 (yüz doxsan beş manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,395 qram çəkidə narkotik vasitə heroin, 0,339 qram çəkidə psixotrop maddə metamfetamin, 1,341 qram çəkidə narkotik vasitə heroin, 11,722 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 02 ədəd CD formatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 195,82 (yüz doxsan beş manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1768/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1768/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver