Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1768/2023 18.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən X3, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs whatsapp ani mesajlaşma mübadilə sistemi vasitəsilə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7,074 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 8,866 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 28 mart 2023-cü il tarixdə saat 01:10 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 4erləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibindən çıxardığı siqaret qutusundan, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,534 qram və 4,540 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 7,074 qram olan qəhvəyi rəngli tozşəkilli maddə şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə 8,866 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və içərisində narkotik vasitə heroinin izləri olan 01 ədəd dəmir borucuq aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o narkotik vasitəni öz şəxsi istifadəsi üçün almış, heç bir satış məqsədi olmamışdır. Bu niyyətini istintaqda verdiyi istər şifahi, istərsə də yazılı ifadələrdə bildirmişdir. O, Suraxanı rayonu X.Ələkbərov 74 ünvanında yaşayır. Evlidir, 4 uşağı var. Bir çox yerlərdə, şəxsi evlərdə kafel ustası kimi işləmişdir. Əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. 6 aydır ki, narkotik vasitə olan “patı”dan (metanfetamin), “kola”dan (heroin) istifadə edir. Narkotik vasitəni Yavər adlı İran vətəndaşından almışdır. Yavəri 5-6 aydır ki, tanıyır. Həmin şəxslə tanışlığı Yavərin sosial şəbəkədən ona yazması ilə yaranmışıdr. Sosial şəbəkələrdən whatsappdan istifadə edir. Yavər özü onunla əlaqə saxlayaraq narkotik vasitə almağını təklif etmiş o da narkotik vasitə istifadəçisi olduğu üçün onu hardan tanıdığını soruşmadan qəbul etmişdir. Onun narkotik vasitə istifadəçisi olduğunu hardan, kimdən, necə öyrəndikləri ilə bağlı heç bir məlumatı yoxdur. Yavərdən mütəmadi olaraq 5-6 qram çəkidə heroin alırmış, pulu isə bankomatdan həmin şəxsin məlumatlarını atdığı karta ödəyirmiş. Adətən narkotik vasitəni 100-150 manat qarşılığında alırmış. Günlük tələbatı isə 1-1,5 qram heroin və az çəkidə metanfetamindən ibarət olmuşdur. Aldığı narkotik vasitələri heç kimə satmamış və təklif də etməmişdir. Yalnız özü istifadə etmişdir. Anar və Vüqar adlı narkotik vasitə istifadəçisi olan şəxslər onlara narkotik vasitə verməklə bağlı ona müraciət etmişlər. Lakin o heç kimə narkotik vasitə verməmişdir. Nərimanov rayonu, “Montin” bazarının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman həmin ərazidə Yavər adlı İran vətəndaşının göndərdiyi, narkotik vasitə olan heroini götürmək üçün orda imiş. Yavər ona narkotik vasitələrin məhz həmin yerdə olması ilə bağlı WhatsAPP-dan şəkil göndərmişdir. Narkotik vasitə “Montin” bazarının yaxınlığında, daşın arxasında siqaret qutusunda imiş. O həmin siqaret qutusunu götürmək üçün yaxınlaşmış, siqaret qutusunu götürdükdə 3 nəfər mülki geyimdə polis əməkdaşı onu saxlamışdır.Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldığı əraziyə 5 qram çəkidə heroin almaq üçün getmişdir, marixuananı isə sifariş etməmişdir. Narkotik maddəni həmin gün Yavər adlı İran vətəndaşından sifariş etmişdir. Lakin üzərindən çıxan heroinin 2 büküm olmasının və əlavə də marixuananın da olmasının səbəbini bilmir. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü polis əməkdaşları tərəfindən döyülərək ona fiziki və psixoloji təzyiqlər edilmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 mart 2023-cü il tarixdə iranlı ona göndərdiyi narkotiki götürüb evə yollanan zaman ünvan 2 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üstündə narkotik maddələr olduğunu bildirmişdir. Daha sonra əynində olan qəhvəyi rəngli qış gödəkcənin sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisində narkotik maddələr olmasını bildirmişdir. Daha sonra həmin qış gödəkcəsinin sağ yan cibindən bir ədəd borucuq, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir mobil telefon, sol yan cibindən isə pul əskinaslarım çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi əşya və predmetlərə polis tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Təqdim olunan bir ədəd dəmir borucuğa baxış keçirilmişdir. Borucuq yaşıl və qara rəngli hissələrdən ibarət dəmir tərkibli olmuşdur. Həmin vaxt zaman borucuğu narkotik maddəni qəbul edərkən istifadə etdiyini bildirmişdir. Daha sonra təqdim etdiyi bir ədəd siqaret qutusuna polis tərəfindən baxış keçirilmişdir. Siqaret qutusunun içərisində 03 ədəd sellofan büküm olması müəyyən edilmişdir. Həmin bükümlərin hər biri video çəkilişdəki şəxslərin iştirakı ilə açılmışdır. 1-ci sellofan bükümdə “nəşə” olaraq bildiyi maddə olması müəyyən edilmişdir. Daha sonra 2-ci və 3-cü sellofan bükümlərə baxış keçirilmişdir. Həmin bükümlərdə olan maddələrin isə “kola” olaraq adlanmasnı bildirmişdir. Şifahi sorğu zamanı özünün təxminən 3-4 ay müddətdir ki, narkotik maddə olaraq tanıdığı “kola” adlı maddədən istifadə etdiyini, bu maddəni üstündən aşkar edilmiş olan bir ədəd dəmir borucuq vasitəsilə qəbul etdiyini, bu maddələri hər dəfə tanımadığı şəxslərdən almağını, üstündən aşkar edilmiş bir ədəd siqaret qutusunda olan sellofan bükümdə olan maddələri həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 00:00-01:00 radələrində İran İslam Respublikası vətəndaşı olaraq tanıdığı, adını və ya digər anket məlumatlarını bilmədiyi şəxsdən pulunu sonradan ödəmək şərti ilə əldə etməyini, belə ki, həmin şəxsin təxminən 3-4 gün əvvəl ona zəng edərək onunla əlaqə saxlamasını, ona narkotik vasitələrin satışı ilə məşğul olmağı təklif etməsini, həmin şəxsin bu təklifini qəbul etməyini, lakin niyyətinin bu maddələri əldə edərək yalnız öz istifadəsi üçün üzərində saxlamaq olmasını, bu maddələri əldə etdikdən sonra heç bir şəxsə satmayacaq olmağını, daha sonra həmin İran vətəndaşının ona mobil tətbiq üzərindən ünvan şəklinin göndərməsini, bu ünvanın Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsində yerləşən “Montin bazarı” deyilən yerdə olmasını, bu maddələri həmin ünvanda yerdən götürdükdən sonra yaşadığı ünvana getmək istəməyini, lakin bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanılmağını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş bir ədəd siqaret qutusunda olan iki ədəd sellofan bükümlərdəki narkotik vasitə heroinə oxşar maddələr, bir ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə həmin siqaret qutusu ilə birlikdə, eləcə də, üstündən aşkar edilmiş bir ədəd dəmir borucuq kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş bir ədəd mobil telefon götürülmüş, pul əsginasları isə özünə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 27 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olduğu ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş, onun Nərimanov rayonunda “Montin” kimi tanınan ərazidə İ.Hidayətzadə 37 ünvanı qarşısında olduğu müəyyən olunmuşdur. Onlar həmin ünvana getmiş, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla baş idarəyə getmişdir. Baş idarədə vəkilin iştirakı ilə Rasimin üzərinə baxış keçirilmişdir. Onun üzərinə baxış keçirilən zaman gödəkçəsinin cibində olan, siqaret qutusunun içində ümumilikdə 3 büküm olmaqla müxtəlif növ narkotik vasitəni könüllü şəkildə təqdim etmiş, təqsirləndirilən şəxsin üzərinə axtarış nəticəsində 1 büküm marixuanaya bənzər maddə, digər 2 bükümdə isə heroin olmuş və daha sonra həmin narkotik vasitələr qablaşdırılaraq ekspertizaya təqdim olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. 27 mart 2023-cü il tarixdə onun tərəfindən xx.xx.1985-ci ildə Gürcüstanın Rustavi şəhərində rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisində küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, Ülvi və İbrahim birlikdə məlumat əsasında xx.xx.2023-cü il tarixdən 01:10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 37A ünvanının yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də, özünü xx.xx.1985-ci ildə Gürcüstanın Rustavi şəhərində rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Rasimə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlamışlar. Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Rasim də buna etiraz etmədikdən sonra sonuncunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apararaq barəsində araşdırma aparılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Kənan Kərimliyə təhvil vermişlər. Kənan Kərimli də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Rasimə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Rasim də əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunu, sağ yan cibindən 01 ədəd borucuğu, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonu, sol yan cibindən 12 manat pul əsginasmı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul əsginası Özünə qaytarılsa da, “Honor” markalı mobil telefon və 01 ədəd borucuq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman içərisindən 03 ədəd sellofan büküm olması müəyyən edilmişdir. Həmin bükümlərə baxış keçirilən zaman isə bükümlərdən birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya, ikisinin içərisində isə narkotik vasitə heroinə bənzər maddələr olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərdə olan maddənin narkotik vasitə heroin və qurudulmuş marixuana olduğunu, həmin maddələri xx.xx.2023-cü il tarixdə, saat 00:00-01:00 radələrində İran İslam Respublikası vətəndaşı olaraq tanıdığı, adını və ya digər anket məlumatlarını bilmədiyi şəxsdən pulunu sonradan ödəmək şərti ilə əldə etdiyini, həmin şəxsin təxminən 3-4 gün əvvəl ona zəng edərək əlaqə saxlamasını, ona narkotik vasitələrin satışı ilə məşğul olmağı təklif etməsini, həmin şəxsin bu təklifini qəbul etməsini, lakin niyyətinin bu maddələri əldə edərək yalnız öz istifadəsi üçün üzərində saxlamaq olduğunu, bu maddələri əldə etdikdən sonra heç bir şəxsə satmaq olmadığını, daha sonra həmin İran vətəndaşının ona mobil tətbiq üzərindən ünvan şəklinin göndərdiyini, bu ünvanın Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsində yerləşən “Montin bazarı” deyilən yerdə olmasını, bu maddələri həmin ünvanda yerdən götürdükdən sonra yaşadığı ünvana getmək istəməyini, lakin bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Rasimin üzərindən aşkar olunmuş kütlə zərfə qoyaraq möhürləndi və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Rasİm tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 27 mart 2023-cü ildə həmkarım Şahid1 əməliyyat məlumatı daxil olub. Bununla bağlı əməliyyat qrupu təşkil olunub, o və Şahid2 əməliyyat qrupunun üzvü olublar. Təqsirləndirilən şəxs barəsində üzərində narkotik vasitələrin əldə olunması, saxlanması, daşınmasında, satışında şübhəli bilindiyi üçün tədbir görülüb və şəxs tərəflərindən saxlanılıb. Təqsirləndirilən şəxs ünvan 11 ünvanının qarşısında saxlanılıb. Daha sonra baş idarəyə gətirilməsi təmin olunub. Təhqiqatçı tərəfindən prosessual qaydanın tələbi olaraq üzərinə axtarış keçirilib və üzərində narkotik vasitə aşkarlanıb. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindəki gödəkçənin cibindən siqaret qutusu çıxmış və siqaret qutusunda da 3 büküm olmuşdur. Bükümlərdən birində, marixuana, digər ikisində isə heroin olub. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiq göstərilməmişdir, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi barədə bildirdikləri həqiqətəuyğun deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olan əməliyyata əsasən, 28 mart 2023-cü il tarixdə gecə 01 radələrində tədbir keçirilib. 28 mart 2023-cü ildə gecə saatlarında Rasimin yaşayış ünvanı müəyyən edilərək o, saxlanılmışdır. Ona narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli bilinməsi ilə bağlı məlumat verərək onu baş idarəyə aparmışlar. Baş idarəyə gəldikdən sonra iş təhqiqatçıya həvalə olunmuş. Müdafiəçinin iştirakı ilə şübhəli şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman onun üzərindən içində narkotik vasitə heroin və marixuanaya bənzər maddə olan siqaret qutusu və narkotik maddədən istifadə etmək üçün istifadə olunan boru aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından aldığını və narkotik vasitənin satışı ilə bağlı ona gələn təklifi qəbul etdiyini bildirmişdir. Bundan sonra təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitələr qablaşdırılmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq isə bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərinə videoçəkiliş ilə axtarış keçirilən zaman ondan telefon da, aşkar olunub. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq (tutularaq) idarəyə gətirilmişdir. “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərarından görünür ki, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 27 mart 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (həmin protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs həmin gün 01:10-da ünvan 12 ünvanın qarşısında olduğu vaxt saxlanılaraq Baş idarəyə gətirilmişdir. Orada üzərinə aparılan axtarış zamanı o, əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaret qutusu, borucuğu və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd mobil telefonu (***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrə), sol yan cibindən isə pul əskinaslarını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra Rasim Müftiyevin təqdim etdiyi 01 ədəd siqaret qutusunun içərisində 03 ədəd sellofan büküm aşkar edilmiş, həmin bükümlərdən olan 02 ədəd bükümdə heroinə bənzər maddə, digər 01 bükümdə isə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Onun üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işi materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “diskə (CD) baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrəyə 12 dekabr 2022-ci il tarixdən 29 mart 2023-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 13:18:53-də “Qaqaw deyesen yatmisan duran da yixda hem lakndani getirdim. Deyeri şenlik 1 2 ewya var lazimlidi”, xx.xx.2022-ci il tarixdə saat 19:53:34-də “Qaqaw50m var goruwmek olar dunenkin sora hel eleyikde ibiwdi”, 055-255- 58-52 saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 11:11:31 -də “Sased salam necesen yari lazimdi”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 23:23:30-da “VRAT İMKAN OLSA HEL ELEDE DERMAN OLSA OLAR”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 03:27:12-də “Yalan deyenin Qeyretin ..... sen hazirsan sadece olarag bayramin qurtarmasin gozleyirler seni bedbext eleyecem ay pati satan menim yox senin oz adamin bu gun her weyı daniwib opurem ozunden mugayet ol”, saat 23:36:05-də “Sen ne danisirsan sene didim camaatin balalarin zeherleneme durub bbariqaliq edirsiz mal satirsiz satdirirsiz camaata zeherliyorsiz sene didim qeybelini tap gelib gorusecem sennen”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 03:10:40-da “Emi pul hazirdi sabah yuxudan duran kimi puramoy size gelecem bidene0.5 sagliyarsan yadindan cixmasin qardasimsan xais edirem sağla sene arxayinam gecen xeyre opur”, ***-***-**-** saylı mobil nömrədən cü il tarixdə “Qardasimsan meni pis veziyetse qoyma usaq qalin burda yanimda ozude lomkada.swncani birsey ele xais elirem”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 12:54:12-də “Sevda isdiyirdi yari ona gore soruşdum”, ***-***-**-** saylı mobil nömrədən saat 20:06:41-də “Rasim 70 m pul var lq kola yarida pati elin çatan yer varsa pulu verim sene gotur ver qalmisam evde agrda”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 01:05:12-də “əxi kanal tapmışam 1 qramni 35 manata pul divij elə gotrey 60 manat tapsam 2 qram gotrurem, qaqa cavab ver senol ağrıdayam” sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. İş üzrə "xxxx" MMC-dən götürülmüş (təqdim olunmuş) qeyd olunan 01 ədəd disk (CD) maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/442 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar olunan maddə və predmetlər” yazıları və imzalar olan sarı rəngli kağız paketdə 1 ədəd sellofan bükümdə təmiz çəkisi-8,866 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1757 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs aşkar olunan maddə və predmetlər; Təqsirləndirilən şəxs-imza, dörd imza, Tərtib etdi: Kənan Kərimli-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri -2,534 qram,-4,540 qram, ümumi təmiz çəkisi-7,074 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd siqaret qutusunun və 01 ədəd dəmir borucuğun içərisində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 8,866 qram olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd bükümdə ilkin təmiz çəkisi 7,074 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 6,874 qram çəkidə narkotik vasitə olan heroin, 8,846 qram narkotik vasitə qurudulmuş marixuana saxlanış üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarına (maddi sübutların saxlanılması yeri) təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 3650 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarin məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə qoyulduğunu, həmçinin polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş, həmin protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq Təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı bədəni üzərində xəsarətlərin aşkar olunmadığı barədə qeyd aparıldığı müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs istifadəsində olmuş mobil (***-***-**-**) nömrəyə daxil olan smslərin məzmununu və mahiyyəti ilə bağlı məhkəmə iclasında bildirmişdir ki, qeyd olunan smsmlərdən xəbəri yoxdur, ola bilsin ki, həmin smslər ona şər atmaq məqsədi ilə yazılmışdır. O, ümumiyyətlə həmin smslərin heç birinə cavab yazmamışdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, həmin smslərin məzmunundan və göndərilmə tarixlərindən müəyyən olunur ki, həmin smslər müxtəlif tarixlərdə göndərilmiş və əksəriyyətinin məzmununda təqsirləndirilən şəxsdən narkotik vasitələr və psixotrop maddələr istənilmiş, bundan başqa ona münasibətdə hədələyici ifadələrdən də istifadə olunmuşdur. Qeyd olunan smslərin məzmunu belə olmuşdur: ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 13:18:53-də “Qaqaw deyesen yatmisan duran da yixda hem lakndani getirdim. Deyeri şenlik 1 2 ewya var lazimlidi”, xx.xx.2022-ci il tarixdə saat 19:53:34-də “Qaqaw50m var goruwmek olar dunenkin sora hel eleyikde ibiwdi”, 055-255- 58-52 saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 11:11:31 -də “Sased salam necesen yari lazimdi”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022ci il tarixdə saat 23:23:30-da “VRAT İMKAN OLSA HEL ELEDE DERMAN OLSA OLAR”, ***-***- **-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 03:27:12-də “Yalan deyenin Qeyretin ..... sen hazirsan sadece olarag bayramin qurtarmasin gozleyirler seni bedbext eleyecem ay pati satan menim yox senin oz adamin bu gun her weyı daniwib opurem ozunden mugayet ol”, saat 23:36:05-də “Sen ne danisirsan sene didim camaatin balalarin zeherleneme durub bbariqaliq edirsiz mal satirsiz satdirirsiz camaata zeherliyorsiz sene didim qeybelini tap gelib gorusecem sennen”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 03:10:40-da “Emi pul hazirdi sabah yuxudan duran kimi puramoy size gelecem bidene0.5 sagliyarsan yadindan cixmasin qardasimsan xais edirem sağla sene arxayinam gecen xeyre opur”, ***-***-**-** saylı mobil nömrədən cü il tarixdə “Qardasimsan meni pis veziyetse qoyma usaq qalin burda yanimda ozude lomkada.swncani birsey ele xais elirem”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 12:54:12-də “Sevda isdiyirdi yari ona gore soruşdum”, ***-***-**-** saylı mobil nömrədən saat 20:06:41-də “Rasim 70 m pul var lq kola yarida pati elin çatan yer varsa pulu verim sene gotur ver qalmisam evde agrda”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 01:05:12-də “əxi kanal tapmışam 1 qramni 35 manata pul divij elə gotrey 60 manat tapsam 2 qram gotrurem, qaqa cavab ver senol ağrıdayam”. Göründüyü kimi, həmin smslərin əksəriyyətində sms ünvanlanan şəxsdən (təqsirləndirilən şəxsdən) narkotik vasitə və ya psixotrop maddələr istənilmişdir. Məhkəmə qeyd olunan smsmlərdən təqsirləndirilən şəxsin xəbərinin olmaması ilə bağlı verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri inandırıcı olmamaqla yanaşı işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Bundan əlavə təqsirləndirilən şəxsin həmin smsmlərə cavab yazmaması ilə bağlı bildirdikləri ilə bağlı isə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs həmin smsmlərə cavab yazmamaqla özünün cinayət əməllərini gizlətmək və gələcəkdə ifşa olunmamaq məqsədi güdmüşdür. Beləliklə, təqsirləndirilən şəxsin ifadəsində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar iş üzrə şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsinə dair ifadəsini, bununla yanaşı polislər tərəfindən saxlanılarkən polislərin onu döyməsi, ona bədən xəsarəti yetirmələri, həmçinin ona ünvanlanmış smslərən məlumatsız olması barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş 7,074 qram narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmin narkotik vasitəni 2 büküm halında üzərində gəzdirməsini, üzərindən əlavə olaraq da 8,866 qram çəkidə qurudulmuş marixuananın aşkar edilməsini, həmçinin təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan smslərin məzmununu və mahiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etmiş və (daşımış) saxlamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və hazırkı cinayət işi üzrə hökmdə sadalanan sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır, yəni təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Bundan əlavə iş materiallrından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yanaşı, Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə də tövsif olunmuşdur. Ona Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ona görə ittiham verilmişdir ki, o, kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək, saxlamış və daşımışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməllərini Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları tam araşdırmamışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində məhz Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması sübuta yetirilmir. Yuxarıda müəyyən edilmiş hallara ayrı-ayrılıqda və məcmu halda hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin zəruri tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Bununla yanaşı hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısı məhkəmə çıxışı mərhələsində təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan imtina edərək, həmin maddə ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının imtinası qəbul edilməli və həmin maddə ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə görə dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinə görə cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə görə dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi barədə mövqeyi xüsusi ittihamçının təqsirləndirilən şəxsin barəsində cinayət təqibini davam etdirməsinə mane olmur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş (verilmiş) ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə (üzrə) cinayət təqibinə xitam verilməli, ittihamın digər hissəsi üzrə isə, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə o, təqsirli bilinərək barəsində ədalətli cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin 4 uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və 4 uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitələrnin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan - Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında (maddi sübutların saxlanılma yerində) saxlanılan 6,874 qram çəkidə narkotik vasitə (02 ədəd bükümdə) olan heroin və 8,846 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərinin əks olunduğu 01 ədəd disk (DVD) və təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və çıxan zənglərin-smslərin əks olunduğu "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə də, narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə (üzrə) verilmiş ittihamdan imtinası qəbul edilsin və həmin maddə ilə (üzrə) cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında (maddi sübutların saxlanılma yerində) saxlanılan 6,874 qram çəkidə (02 ədəd bükümdə) narkotik vasitə olan heroin və 8,846 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərinin əks olunduğu 01 ədəd disk (DVD) və təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və çıxan zənglərin-smslərin əks olunduğu "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 164 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1768/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1768/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver