Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1768/2024 30.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X10 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 24 avqust 1979-cu ildə Ucar Rayonu, Qulubənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 3,240 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda- təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan 50 ədəd narkotik vasitə metodon tərkibli həbləri əldə edib üzərində saxlamaqla ünvan 5 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdə saat 23:18-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada 01 mart 2024-cü il tarixdə saat 01:04-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd yapışqan lentə bükülmüş qara rəngli sellofan bükümdə olan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə 3,240 qram çəkiclə külli miqdarda narkotik vasitə heroin və üzərində “Methadone 40” markalanma göstəricisi olan 05 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 50 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş, xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eyni olan, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan külli miqdarda narkotik vasitə metodon tərkibli həblər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər “kokos” kimi tanıdığı narkotik vasitə heroin istifadə etmişdir. Narkotik vasitələri satış məqsədilə əldə etməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini satış məqsədi ilə əldə etməsi xaric digər hissələrdə təsdiq edir. Belə ki, narkotik aslılığından müalicə alması üçün tanışı olan İran İslam Respublikası vətəndaşından 1 list “Metadon” həbini almaq üçün getmişdir. X15 Respublikası vətəndaşının nömrəsini başqa şəxsdən almışdır. “Metadon” həbini saxlanıldığı gün 23 radələrində ona deyilən yerdən götürərək cibinə qomuşdur. Bundan sonra 8-ci mikrorayon ərazisində BMCMİ-nin 5-6 nəfər əməkdaşı tərəfindən saxlanılaraq bölməyə aparılmışdır. Bölmədə yerdən götürdüyü bağlamanı açdıqda içərisindən 5 list “Metodon”, 3 qramdan bir az artıq “kokos”, yəni heroin aşkar olunmuşdur. Polis əməkdaşları ona həmin nartkotik vasitələri boynuna götürməli olduğunu desə də, o, 1 list metodon almaq üçün getdiyini bildərərək razılaşmaq istəməmişdir. Sonra narkotik vasitələrin çəkisi artırılacağı, 15 nəfər “paykavoyun” gələrək üzünə duracağı ilə hədələndiyi üçün məcbur olub bütün narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Lakin onun məqsədi 1 list metodon həbini əldə etmək olmuşdur. 1 list dərman həbləri üçün 30 manat vermişdir. Həmin miqdarda metadonla narkotik vasitə asılılığından müalicə almaq mümkündür. Şəxsi axtarış zamanı hüquq və vəzifələri izah edilməmişdir. İncəsənətlə məşğul olmuşdur. Dövlət tədbirlərində, bütün Prezident tədbirlərində iştirak etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə maddə əldə edib, saxlaması və daşıması özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 29 fevral 2024-cü il tarixdə Rəşad adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olması barədə BMCMİ-ə məlumat daxil olmuşdur. Həmin məlumatların yoxlanılması üçün o, digər polis nəfərləri - Orxan Məmmədov və Hüseyn Xudaverdiyevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Şəxsin olduğu yeri müəyyən edərək axşam saat 11 radələrində Binəqədi rayonu, N.Nərimanov küçəsində onun olduğu yerə gələrək özlərini təqdim etmişlər. Bundan sonra Rəşad da özünü təqdim etmişdir. Daha sonra sonuncuya narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu demiş və Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə olarkən Rəşadın üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansısa əşya, predmet olduğu halda təqdim etməsini təklif edilmişdir. Rəşadın üzərində bir ədəd qara bükümdə “heroin”, 5 list “methadone” və bir ədəd telefon aşkar edilmişdir. Sonuncu həmin vasitələri şəxsi istifadəsi üçün Hüseyn adlı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Daha sonra Rəşadın avtomobilinə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq edilməmişdir. 29 fevral 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Rəşad” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən edilmişdir ki, “Rəşad” adlı şəxs 24 avqust 1979-cu ildə Ucar Rayonu, Qulubənd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. (Cild 1 i.v. 4) 01 mart 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 00:28-da (faktiki saxlanılma 29 fevral saat 23:18-də) Təqsirləndirilən şəxs BMCMİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Arif Rzayev tərəfindən Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 20) 02 mart 2024-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 5 ildir narkotik vasitə istifadə etdiyini, İran İslam Respublikası vətəndaşından dərman məqsədilə narkotik vasitə əldə etdiyini bildirmişdir. (Cild 1 i.v. 97- 101) 01 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 01 mart 2024-cü il il tarixdə saat 01:04-də şəxsi axtarış və götürmə prosesi aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış, baxış və götürmənin videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə prosesində iştirak edən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı X6 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə narkotik vasitə “heroin” və “metadon” adlanan dərman olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd yapışqan lentə bükülmüş qara rəngli sellofan bükümü, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “İnfinix” markalı mobil telefonla 01 ədəd avtomobil açarını, həmin şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsi ilə 15 manat pulu, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən isə siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Mobil telefonun markasının “İnfinix” olması müəyyən olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusuna baxış keçirildi və həmin siqaretin “Winston” markalı olması, eləcə də içərisində yalnız siqaret olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 15 manat pulu hər hansı bir qanunazidd yolla əldə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd yapışqan lentə bükülmüş qara rəngli sellofan bükümə baxış keçirilərkən həmin bükümün içərisində üzərində “methadone 40” yazısı olan 05 ədəd konvalyutda 50 ədəd dərman həblərinin və 01 ədəd sellofan bükümün olması aşkar olunmuşdur. Həmin 01 ədəd sellofan büküm açıldıqda isə içərisində qəhvəyi rəngli, xüsusi spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş dərman həblərini və narkotik vasitəni onunla “Watsapp" ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayan İran İslam Respublikası vətəndaşından aldığını, əvvəllər də həmin şəxsdən narkotik vasitə əldə etdiyini, həmin narkotik vasitələri şəxsi istifadəsi məqsədi ilə əldə edərək üstündə gəzdirdiyini, həmin maddələrdən heç kimə satmadığını, pay vermədiyini, özünün 5 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş üzərində “methadone 40” yazısı olan 05 ədəd konvalyutda 50 ədəd dərman həbləri və 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmıdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd şəxsiyyət vəsiqəsi və “İnfinix” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 15 manat pul, siqaret və avtomobil açarı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “Nissan Sunny” markalı, **-GY-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış 01 mart 2024-cü il tarixdə saat 01:23-də başa çatmışdır. (Cild 1 i.v. 27-29) 22 aprel 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı həmin telefonun “Vatsapp” ani mesajlaşma tətbiqində “X16” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna məxsus +**********84 mobil nömrə istifadəçisi ilə 10 fevral 2024-cü il tarixindən 29 fevral 2024-cü il tarixdə olan vaxt ərzində səsli və video zənglərin qeydə alınması müəyyən edilmişdir. (Cild 1 i.v. 143- 146) 01 mart 2024-cü il tarixli 3-16-16/2-6/1240 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paketdəki, 1 (bir) bükümdə təmiz çəkisi 3,240 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Methadone 40” markalanma göstəricisi olan 5 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 50 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 50 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir(üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,004 qram metodon olmaqla). Metodon tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. (Cild 1 i.v. 44-49) 01 aprel 2024-cü il tarixli, 2066 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs Opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 141-142) 04 mart 2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3,140 qram olan narkotik vasitə heroin və 1.8 qram təşkil edən 45 ədəd metadon həbi DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1 i.v.102-103) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 3 gün hissəsi vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. (Cild 1 i.v. 135) Cinayət işi materillarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı məhəllə sakinləri, ictimaiyyət tərəfindən 160 saylı MKİS-ə heç bir şikayət və narazılıq daxil olmamışdır. (Cild 1i.v.137) Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X3 adında və xx.xx.2013-cü il təvəllüdlü X4 adında iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstündə narkotik vasitə “heroin” və “metadon” adlanan dərman olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd yapışqan lentə bükülmüş qara rəngli sellofan bükümü, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “İnfinix” markalı mobil telefonla 01 ədəd avtomobil açarını, həmin şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsi ilə 15 manat pulu, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən isə siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Mobil telefonun markasının “İnfinix” olması müəyyən olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusuna baxış keçirildi və həmin siqaretin “Winston” markalı olması, eləcə də içərisində yalnız siqaret olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 15 manat pulu hər hansı bir qanunazidd yolla əldə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd yapışqan lentə bükülmüş qara rəngli sellofan bükümə baxış keçirilərkən həmin bükümün içərisində üzərində “methadone 40” yazısı olan 05 ədəd konvalyutda 50 ədəd dərman həblərinin və 01 ədəd sellofan bükümün olması aşkar olunmuşdur. Həmin 01 ədəd sellofan büküm açıldıqda isə içərisində qəhvəyi rəngli, xüsusi spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş dərman həblərini və narkotik vasitəni onunla “Watsapp" ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayan İran İslam Respublikası vətəndaşından aldığını, əvvəllər də həmin şəxsdən narkotik vasitə əldə etdiyini, həmin narkotik vasitələri şəxsi istifadəsi məqsədi ilə əldə edərək üstündə gəzdirdiyini, həmin maddələrdən heç kimə satmadığını, pay vermədiyini, özünün 5 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş üzərində “methadone 40” yazısı olan 05 ədəd konvalyutda 50 ədəd dərman həbləri və 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmıdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd şəxsiyyət vəsiqəsi və “İnfinix” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 15 manat pul, siqaret və avtomobil açarı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “Nissan Sunny” markalı, **-GY-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik maddə heroin, təmiz halda 1,6 (bir tam onda altı) qramdan 160 (yüz altmış) qramadək çəkidə narkotik maddə metadon külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan heroin və metadonu könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı eyni mövqedən çıxış edərək irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək niyyətinin 1 list metadon həbi almaq olduğunu, lakin 3,240 qram heroin və ümumi miqdarı 2 qram olan 50 ədəd metadon əldə edib saxladığını, şəxsi axtarış zamanı həmin miqdarda heroin və metadonun üzərindən aşkar edildiyini, həmin maddələri satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə qismən etirafedici ifadəsi, yəni ümumi təmiz çəkisi 3,240 qram çəkidə heroin və ümumi miqdarı 2 qram olan 50 ədəd metadon həbini satış məqsədilə deyil, şəxsi istifadə məqsədilə əldə etməsi ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə də tam təsdiq edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etməsi ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxsda satış məqsədi ilə bağlı ittiham irəli sürərkən narkotik vasitələrin iki fərqli növdə olmasını, eləcə də həmin maddələrin külli miqdar təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, narkotik vasitənin 2 (iki) ayrı növdə və külli miqdarda olması özlüyündə satış məqsədinin olmasına dəlalət edə bilməz. Belə ki, hazırki işdə əldə edilmiş 3,240 qram çəkidə heroin və ümumi miqdarı 2 qram olan 50 ədəd metadon həbi külli miqdar təşkil etsə də, şəxs həmin narkotik vasitəni az bir müddətdə ərzində istifadə edə biləcəyindən satış məqsədi olmadan əldə edib saxlamasına dəlalət edir. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı ifadəsində və verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat verməmiş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını dediyini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ibtiadi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və bu barədə razılığa gəlməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroin və metadonu əldə etməsi, üzərində saxlayaraq daşıması xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 3,240 qram təşkil edən heroin və ümumi miqdarı 2 qram olan 50 ədəd metadon həbinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını əməlində onun cəzasını yüngülləşidirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 29 fevral 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji-ekspertizasının rəyini və nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə saxlanılan iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 3,140 qram olan narkotik vasitə heroin və 1.8 qram təşkil edən 45 ədəd metadon həbi məhv edilməli, 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “İnfinix” markalı mobil telefon onun özünə, razılığı olduqda isə yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 42 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə saxlanılan iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 3,140 qram olan narkotik vasitə heroin və 1,8 qram təşkil edən 45 ədəd metadon məhv edilsin, 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “İnfinix” markalı mobil telefon onun özünə, razılığı olduqda isə yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1768/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1768/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver