Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1769/2022 02.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq tanışı Şahid1 100 manat pul müqabilində külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 3,330 qram narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,784 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həmin İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 1 iyun 2022-ci il tarixdə saat 01:00-da ünvan 2 ünvanda qanunsuz olaraq narkotik vasitələr əldə edib, saxlamada şühbəli şəxs qismində saxlanılıb Xətai RPİ-nin 37-ci Polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın sağ yan cibindən külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 3,330 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,784 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitələrin aludəçisi olmuş və müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib istifadə etmişdir. 31 may 2022-ci il tarixdə saat təxminən 24 radələrində Bakı metropolitenin Xətai stansiyası yaxınlığında piyada hərəkət edən zaman təsadüfən 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi vaxt tanış olduğu Orxan adlı şəxslə rastlaşmış, hal-əhval etdikdən sonra, Orxandan üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmaması ilə maraqlanmış, sonuncu bir qədər əvvəl İran İslam Respublikası vətəndaşından pul müqabilində 4 ədəd bükümdə narkotik vasitə heroin, 3 ədəd bükümdə psixotrop maddə metamfetamin aldığını demiş və 100 manat müqabilində ona 1 büküm narkotik vasitə heroin və 1 büküm psixotrop maddə metamfetamin sata biləcəyini demişdir. Həmin vaxt bədənində möhkəm ağrılar olduğu üçün Orxana 100 manat verib 1 büküm narkotik vasitə heroin və 1 büküm psixotrop maddə metamfetamin alıb cibinə qoymuşdur. Orxanla sağollaşıb ayrıldıqdan sonra, əldə etdiyi narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmək məqsədilə gizlin yer tapmaq üçün binanın qarşısı ilə hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin əməkdaşları oldqularını və onun narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirərək Xətai RPİ-nin 37-ci Polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində ona müdafiəçi təqdim edilmiş və xidməti otaqların birində vidoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra əynindəki şalvarın qabaq sağ cibindəki 2 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bükümlərin birinin içərisində narkotik vaistə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu və Orxan adlı şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş və təqdim etdiyi bükümlər qablaşdırılaraq möhürlənib götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotİklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 may 2022-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və qəbulu ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu təşkil edilmiş və 1 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində ünvan 2 ünvanda Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri, Xətai RPİ-nin 37-ci Polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncuya hüquq və vəzifələri izah olunaraq, vidoçəkilişl aparılmaqla şəxsi axtarış aparılan zaman üzərində qeyri-qanuni əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın qabaq sağ yan cibindən 2 ədəd bükümü çıxarıb təqdim edərək, bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metamfetamin olduğunu, həmin vasitələri 31 may 2022-ci il tarixdə saat 24 radələrində tanışı Orxan adlı şəxsdən şəxsi istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirildikdə birinin içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər, digərinin içərisində isə ağ rəngli, kirstallik formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmiş və elektron tərəzi ilə çəkildikdən sonra, qablaşdırılaraq möhürlənib götürülmüşdür. Faktla bağlı tərtib olunmuş protokol iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərəkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 işin faktiki hallarına və Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, narkotik vasitələrdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyinə düçar olmuş, hazırda bu xəstəlikdən əziyyət çəkir, narkotik vasitələri vaxtlı-vaxtında qəbul etmədiyi tədqirdə bədənində möhkəm ağrılar olur, yuxusuzluqdan, nəfəs darlığından və baş ağrılarından əziyyət çəkir, əvvəllər müxtəlif ardıcıllıqlarla törətdiyi quldurluq, oğurluq və qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamasına görə Azərbaycan Respublikası CM-in 181, 177 və 234-cü maddələri ilə təqsirli bilinib, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, azadlığa çıxdıqdan sonra bir müddət narkotik vasitələr və psixotrop maddələrdən istifadə, etməmiş, sonradan yenidən həmin maddələrin istifadəsinə başlamış, 31 may 2022-ci il tarixdə tanışı Ələkbər onlara gəlmiş, sonuncu narkomaniya xəstəliyindən əziyyət çəkdiyini və ağrıdığını demiş, onun üstündə narkotik vasitə və ya psixotrop maddə olub-olmaması ilə bağlı maraqlanmış, o isə öz istifadəsi üçün həm narkotik vasitə, həm də psixotrop maddə metafetamin əldə etdiyini Təqsirləndirilən şəxs demiş, Ələkbər ondan narkotik vasitə istəmiş, onların evində həmin narkotik vasitədən istifadə etmiş və getmişdir; Ələkbəri uşaqlıqdan tanımış, Ələkbər narkomaniya xəstəsi olmuş, bu səbəbdən Ələkbərə narkotik vasitə vermiş və sonuncudan pul almamışdır. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Belə ki, işdə olan 1 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 iyun 2022-ci il tarixdə saat 1:00-da ünvan 2 ünvanda qanunsuz olaraq narkotik vasitələr əldə edib, saxlamada şühbəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 37-ci Polis şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 3,7 qram qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə və 1 ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 1 qram ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin kütlələri 31 may 2022-ci il tarixdə tanışı Orxan adlı şəxsdən istifadəsi üçün 100 manat pul müqabilində aldığını bildirmişdir (1-ci cild iş vərəqi 34-35, 120-121). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 1 iyun 2022-ci il tarixli 6/3073 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş” sözləri, soyadlar və imzalar olan bir ədəd zərfdə bir ədəd təmiz çəkisi 3,330 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 ədəd bükümdə olan təmiz çəkisi 0,784 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (1-ci cild iş vərəqi 77-82). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 9 sentyabr 2022-ci il tarixli 6/4872 nömrəli ekspert rəyindən görünür ki, “Vət. Təqsirləndirilən şəxs.” və “ vət. Şahid1 aşkar olunub” qeydli zərfdəki heroinlər və metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər ( 1-ci cild iş vərəqi 175-179). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 23 avqust 2022-ci il tarixli 4670 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 173-174). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 3 sentyabr 2022-ci il tarixli tələbnamədən və Yasamal Rayon Məhkəməsinin 3 fevral 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 9 mart 2019-cu ildə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur (1-ci cild iş vərəqi 167-172). İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 1 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2 iyun 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 110-111, 139-142). İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı zamanı qeydə alınmış görüntüləri əks etdirən 1 ədəd “CD-R” formatlı disk, 1 ədəd bükümdə təmiz çəkisi 3,330 qram nakrotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,784 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqat zamanı sərf olunduqdan sonra qalıq çəkiləri 3,230 qram narkotik vasitə heroin, 0,684 qram psixotrop maddə metamfetamin Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd “CD-R” formatlı disk cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə münasibətdə, Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğun ödənildiyini nəzərə alır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyinə və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 1 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzanın çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai RPİ-də saxlanılan, tədqiqatdan sonra qalıq çəkisi 3,230 qram narkotik vasitə heroin, 0,684 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd “CD-R” formatlı disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 1 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,230 qram olan narkotik vasitə heroin, 0,684 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd “CD-R” formatlı disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 55 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1769/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1769/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver