Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1769/2024 10.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X4 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx xxx 1987-ci ildə Ağdam rayonu, Əfətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Abşeron” sanatoriyasında müvəqqəti məskunlaşmış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri; xx xxxxxx 1993-cü ildə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında nömrəsiz fərdi yaşayış evində faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan “Eyyub” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə külli miqdarda 15.941,406 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 10.634,994 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərlərində qanunsuz daşımaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Abşeron” sanatoriyasında yerləşən nömrəsiz fərdi yaşayış evində qanunsuz saxlamış, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən Təqsirləndirilən şəxs1 bir ədəd bükümdə 64,994 qram çəkidə psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs2 bir ədəd bükümdə 31,406 qram çəkidə narkotik vasitə heroini ayırıb satış məqsədilə üzərlərində, Təqsirləndirilən şəxs1 7 ədəd bağlamada ümumi təmiz çəkisi 7270 qram narkotik vasitə heroin və 4 ədəd bağlamada ümumi təmiz çəkisi 4045 qram psixotrop maddə metamfetamini idarə etdiyi “AZsamand” markalı, **-PC-*** nömrə nişanlı avtomobildə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 sentyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 23:15-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib 22 sentyabr 2023-cü il tarixdə, saat 01:45-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə 64,994 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə 31,406 qram çəkidə narkotik vasitə heroin, 22 sentyabr 2023-cü il tarixdə, saat 03:00-dan etibarən Təqsirləndirilən şəxs1 idarə etdiyi “AZsamand” markalı, **-PC-*** nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerindən 7 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1290 qram, 1155 qram, 535 qram, 1360 qram, 1050 qram, 880 qram, 1000 qram, ümumi təmiz çəkisi 7270 qram narkotik vasitə heroin və 4 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1010 qram, 915 qram, 1235 qram, 885 qram, ümumi təmiz çəkisi 4045 qram psixotrop maddə metamfetamin, daha sonra Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Abşeron” sanatoriyasında yerləşən nömrəsiz fərdi yaşayış evində 22 sentyabr 2023-cü il tarixdə, saat 04:40-dan etibarən keçirilmiş baxış zamanı mənzilin yataq otağındakı çarpayının üzərindən 7 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 960 qram, 985 qram, 640 qram, 1110 qram, 995 qram, 870 qram, 965 qram, ümumi təmiz çəkisi 6525 qram psixotrop maddə metamfetamin, 8 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 950 qram, 1180 qram, 945 qram, 1020 qram, 1170 qram, 1040 qram, 1205 qram, 1130 qram, ümumi təmiz çəkisi 8640 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan “Eyyub” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə külli miqdarda 15.941,406 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 10.634,994 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərlərində qanunsuz daşımaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Abşeron” sanatoriyasında yerləşən nömrəsiz fərdi yaşayış evində qanunsuz saxlamış, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən Təqsirləndirilən şəxs1 bir ədəd bükümdə 64,994 qram çəkidə psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs2 bir ədəd bükümdə 31,406 qram çəkidə narkotik vasitə heroini ayırıb satış məqsədilə üzərlərində, Təqsirləndirilən şəxs1 7 ədəd bağlamada ümumi təmiz çəkisi 7270 qram narkotik vasitə heroin və 4 ədəd bağlamada ümumi təmiz çəkisi 4045 qram psixotrop maddə metamfetamini idarə etdiyi “AZsamand” markalı, **-PC-*** nömrə nişanlı avtomobildə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 sentyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 23:15-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib 22 sentyabr 2023-cü il tarixdə, saat 01:45-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə 64,994 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə 31,406 qram çəkidə narkotik vasitə heroin, 22 sentyabr 2023-cü il tarixdə, saat 03:00-dan etibarən Təqsirləndirilən şəxs1 idarə etdiyi “AZsamand” markalı, **-PC-*** nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerindən 7 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1290 qram, 1155 qram, 535 qram, 1360 qram, 1050 qram, 880 qram, 1000 qram, ümumi təmiz çəkisi 7270 qram narkotik vasitə heroin və 4 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1010 qram, 915 qram, 1235 qram, 885 qram, ümumi təmiz çəkisi 4045 qram psixotrop maddə metamfetamin, daha sonra Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Abşeron” sanatoriyasında yerləşən nömrəsiz fərdi yaşayış evində 22 sentyabr 2023-cü il tarixdə, saat 04:40-dan etibarən keçirilmiş baxış zamanı mənzilin yataq otağındakı çarpayının üzərindən 7 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 960 qram, 985 qram, 640 qram, 1110 qram, 995 qram, 870 qram, 965 qram, ümumi təmiz çəkisi 6525 qram psixotrop maddə metamfetamin, 8 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 950 qram, 1180 qram, 945 qram, 1020 qram, 1170 qram, 1040 qram, 1205 qram, 1130 qram, ümumi təmiz çəkisi 8640 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Lakin heç vaxt satışı ilə məşğul olmamışdır. Sonuncu dəfə azadlığa çıxandan sonra maşın alveri ilə məşğul olaraq güzaranını təmin etmişdir. Bir qardaşı və xəstə, yaşlı anası var. Təqsirləndirilən şəxs2 ilə bir məhəllədə yaşayır və dostluq münasibətləri vardır. Pünhan da narkotik vasitə istifadə edir. Onda narkotik vasitə olanda istifadə etməsi üçün Pünhana da təmənnasız vermiş, ancaq son dəfə nə vaxt ona narkotik vasitə verdiyini xatırlamır. Həmin günü, yəni 21 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında o və Pünhan yaşadıqları məhəllədəki çayxananın qarşısında olan zaman polislər onlara yaxınlaşmış, çayxananın qarşısında saxladığı maşının kimə məxsus olmasını soruşmuşlar. O, maşının ona məxsus olmasını demiş və maşına yaxınlaşan kimi onları yerə yıxmış, qollarını qandallayaraq maşında axtarış aparmışlar. Maşınında heç bir şey aşkar edilməmişdir. Onu və Pünhanı ayrı-ayrı maşınlarda baş idarəyə gətirmişlər. Polis əməkdaşları ona fiziki yox, mənəvi təzyiq göstərərək ailəli olan qardaşını saxladıqlarını, əgər dedikləri ilə razı olmasa qardaşını həbs edəcəklərini bildirmişlər. Ona görə də o razılaşmış, bundan sonra guya maşınından 6 kiloqram narkotik vasitə, yaşadığı sanatoriyada yaşayış olmayan, lazımsız əşyaların yığıldığı, işığı və qapısının kilidi olmayan yerdən isə 25 kiloqram narkotik vasitə çıxmışdır. Həmin narkotik vasitələrin ona heç bir aidiyyatı olmamışdır. O, bu işi bu qədər şişirdəcəklərini bilməmiş, ilk əvvəl 6 kiloqram, sonra 16 kiloqram, sonra 25 kiloqram olmuşdur. Razılaşdıqları 6 kiloqramın çəkiliş zamanı 13 kiloqram çıxdığını görəndən sonra anasının xəstəliyi səbəbilə boynuna almağa məcbur olmuşdur. O, hətta çəkiliş zamanı çəki barədə əməkdaşlardan soruşmuş, ona çəkilişə fikir verməməyini, hər şeyin razılaşdıqları kimi olacağını bildirmişlər. Lakin o, yenə də çəkinin razılaşdıqlarından artıq olduğunu bilməmiş, baxmayaraq ki, həmin vaxt narkotik vasitənin təsiri altında olmamışdır. Polis əməkdaşı narkotikin çəkisini elan etdikcə eşitmiş, lakin ona heç bir problem olmadığını bildirirmişlər. O, üç ay müddətində narkotikin çəkisinin daha artıq olduğunu bilməmişdir. O, ittiham aktını almayınca narkotik vasitənin çəkisinin 25 kiloqram olmasını bilməmişdir. Müstəntiq ilk olaraq 15 kiloqram 300 qram olmasını demiş, o, isə “eybi yox” deyib razı olmuş, lakin sonradan çəkinin 25 kiloqram olmasını görmüş və bununla razı olmamışdır. Onların yanında, sonra isə baş idarənin həyətində maşına baxış həyata keçirmişlər. Maşının açarı da əməliyyatçılarda olmuşdur. Onun üzərinə baxış isə baş idarənin binasında keçirilmişdir. Həmin vaxt onun üzərində cəmi iki qram narkotik vasitə olmuş, lakin “Nəcəf” adlı şəxs çəkilişdən qabaq, maşında olarkən cibindən 64 qram narkotik vasitə çıxararaq bükmüş, onun cibinə qoymuş və sonra kameraya çəkmişdir. Videoçəkilişdən əvvəl, yəni tutulandan iki saat sonra narkotikləri qoyub onu çəkilişdə çıxardıqları yerə aparmışlar. Çəkilişdə onlar deyənləri demiş, hətta narkotik vasitələri qoyduğu yerin qapısını açdığı açarı da polislər ona vermişlər, əslində qapı qıfıllı olmuş, çəkən zaman açılmış, lakin polislər açarı verib açarla açılmış kimi göstərməsini tələb etmişlər. Müstəntiq ondan düzgün ifadə almamış, sadəcə olaraq sənədləri qol çəkdirməyə gətirmişdir. O, hətta barəsində qətimkan tədbiri seçiləndə, hakim qarşısına çıxanda da bu qədər miqdarı qəbul etmədiyini demişdir. Məhəllədə qonşu həkimin evinin kamerası olmuş, həmin kameradakı görüntülərdə polislərin evinə gələrkən baş idarədən “MN-212” nömrəli, qara rəngli “Sonata” markalı avtomobildən həmin sarı paketi özlərinin çıxarıb gətirmələri aydın görünür. Lakin hazırda həmin kamera görüntülərini təqdim edə bilmir, qonşudan soruşduqda uzun zaman keçdiyinə görə görüntülərin silindiyini bildirmişlər. Polislər ondan nəyi deməyini istəmişlərsə, o da onu videoçəkiliş zamanı demişdir. “Eyyub” adında adamı tanıyır, iranlıdır, ondan təxminən 3-5 qram “kakos” almış, həmin miqdar ona falqa halında arada bir istifadə etməsi üçün bir həftə bəs etmişdir. Son dəfə 10 qram üçün 250 manat vermiş, hətta narkotik istifadəçisi olan tanışı ilə pulu iran vətəndaşına göndərib, narkotik vasitəsini alıb, aralarında bölmüşlər. ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olduğunu xatırlamır. Həmin nömrəyə yazıb, həmin şəxsdən narkotik vasitə istəmişdir. Lamiyə adlı xanım onun tanışıdır və ondan narkotik vasitə istəmişdir. Özü rayonda olduğu üçün Pünhana xəbər verib Lamiyəyə narkotik vasitə aparmağını söyləmişdir. O, “Rəşad” adlı şəxsə arvadını rayona aparması üçün avtomobilini vermiş, lakin Rəşad Suraxanı rayonun ərazisində olarkən avtomobili yol polisi saxlatmış və maşını ondan almışlar. O da avtomobili götürmək üçün özü 500 manat pul ödəmiş və bundan sonra Rəşaddan həmin pulu ona verməyini tələb etmişdir. Biləsuvar rayonunda olmamış, Neftçala rayonuna toya getmiş, Salyan rayonunun Xıdırlı kəndində isə heç vaxt olmamış, sadəcə olaraq oradan keçmişdir. 05 sentyabr 2024-cü il tarixdə hara getdiyini xatırlamır. Telefonunun əhatə dairəsində Biləsuvar rayonunda olmağını bildirən anten dairəsi ilə bağlı bir söz deyə bilmir. Füzuli rayonuna getmək istəmiş, amma portaldan qeydiyyatdan keçmədiyi üçün yoldan onu geri qaytarmışlar. Bundan əlavə tutulmamışdan təxminən 40 gün əvvəl ona “WhatsApp” tətbiqi vasitəsilə xarici nömrədən zəng gəlmiş, zəngin hansı ölkədən gəlməsinə fikir verməmişdir. Zəng edən şəxs adının Mamed olmasını, özünün “iranlı” olmasını deyib kartlarından 20.000 manatın ona göndərildiyini, həmin pulu geri qaytarmalı olduğunu demişdir. O da əgər elə bir şey varsa, polisə müraciət etmələrini, onu narahat etməmələrini bildirmişdir. Lakin buna baxmayaraq ona yenidən dəfələrlə zəng gəlmiş, o, təngə gəlib “əgər pul mənimsəmişəmsə, yaxşı eləmişəm, iranlının pulun yemişəm, sənə nə, əlin hara çatırsa şikayət et” demişdir. Əslində bu yaşına qədər nə dələduzluq, nə də oğurluq etmiş, nə də kiminsə malını mənimsəmişdir. Qeyd olunan pullar da ona gəlməmişdir. Bir gün sonra ona yenidən “WhatsApp” tətbiqi vasitəsilə Azərbaycan nömrəsindən zəng gəlmiş, o, həmin şəxsə normal telefonla zəng etməsini demiş, həmin şəxs isə belə danışmağın rahat olmasını, adının “Ramin”, özünün isə polis əməkdaşı olmasını bildirmiş, lakin harada işləməsini deməmişdir. Həmin şəxs ona “20 000 manatı yoluna qoymaq lazım olduğunu” bildirmiş, o, həmin şəxsdən kim olduğunu və əgər həqiqətən həmin məbləği mənimsəmişsə, onlara nə aidiyyatı olduğunu soruşmuş, həmin pulların iranlıya məxsus olduğunu bildirmişdir. O, həmçinin Raminə onun kartına o məbləğdə pulun köçürülməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Ramin adlı şəxs onu tanımış, maşın alveri ilə məşğul olduğunu bilmiş, lakin o, Raminə başqa şəxslərin maşınlarını satmaqla məşğul olduğunu, ayda təxminən ***-**** manat arası qazancının olduğunu, 3.000-5.000 manatla razılaşarlarsa, onlara ödəyə biləcəyini demişdir. O, narkotik vasitələrdən istifadə etməyinə görə hədələndiyi üçün Raminə 5.000 manat verməyə razı olmuşdur. Ramin dörd saatdan sonra gecə yarısı ona yenidən zəng etmiş, ona əməkdaşlıq etməyi və yaşadığı Mərdəkan qəsəbəsindəki narkotik istifadə edən şəxslər barəsində onlara məlumat ötürməyini təklif etmiş, lakin o, bu təkliflə razılaşmamışdır. Ramin sonuncu dəfə zəng edəndə hər iki nömrəni valideynlərinə verəcəyini, onların da prokurorluğa şikayət edəcəyini bildirmiş və bundan sonra ona zəng gəlməmişdir. Həmin nömrələr onun telefonunda qalmış, belə ki, onun iki telefonu olmuş, hər iki telefonu təxminən beş ay əvvəl qırıq vəziyyətdə ailə üzvlərinə qaytarmışlar. O, bu barədə heç bir yerə məlumat verməmiş, şikayət etməmiş, ilk dəfə məhkəmədə deyir. Onlar saxlanılan zaman əməliyyatçı Emin tərəfindən də ona və Pünhana əməkdaşlıq təklif edilmiş, razı olmadıqları üçün onları qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb etmişlər. Emin hətta ona kömək etmək üçün ondan 50.000 manat pul istəmişdir. Ümumiyyətlə “İranlı” və karta pul köçürülməsi söhbəti olmamış, bu onu tutmağa çalışan polislərin oyunu olmuşdur. Onun bank kartına 20.000 manat pul köçürülməmişdir. O, narkotik vasitələri müxtəlif şəxslərdən almış, çox vaxt “iranlı”lardan istəmişdir. Sonuncu dəfə tutulandan sonra qorxduğu üçün narkotik vasitəni götürməyə özü getməmiş, tanışlardan kim gedirdisə, həmin şəxsə onun üçün də almaları üçün kartlarına pul göndərmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığından barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, heç bir işlə məşğul deyil, ailədə yalnız qardaşı işləyir. O, narkotik vasitələrdən, yəni “kakos” və “patı”dan 2-3 gündən bir iynə vurmaqla istifadə edir. Dispanserdə qeydiyyatdadır. Narkotik vasitədən istifadə etdiyi üçün azadlıqdan məhrum edilmiş, 31 avqust 2022-ci ildə azadlığa buraxılmışdır. Buraxılandan 10 gün sonra yenidən narkotik vasitədən istifadə etməyə başlamışdır. Turalla uşaqlıqdan dostdur. Bəzən o, bəzən də Tural narkotik vasitə almış və bir yerdə istifadə etmişlər. Saxlanıldığı günü polislər onu və Turalı çayxananın qarşısında saxlamışlar. Həmin vaxt narkotik vasitə istifadə etdiyi üçün onun vəziyyəti pis olmuşdur. Belə ki, çayxanaya gedəndə evdən götürdüyü 20 manata aldığı 0,2 qram “kakos”dan istifadə etmiş, amma üzərində narkotik vasitə olmamışdır. Polislər onları tutub ayrı-ayrı maşında baş idarəyə gətirmiş, orada əməliyyatçılar və müstəntiq olmuşdur. İttiham aktında qeyd olunan ifadədən xəbəri yoxdur. O, Turalla birlikdə maşında tutulmamış, maşından kənarda olmuşdur. Onun nə avtomobildə, nə də evdə aşkarlanan narkotik vasitələrdən xəbər olmuşdur. Bu günə qədər danışmamağının səbəbi anasının xəstə olması, qardaşının həbsdən yeni çıxması olmuşdur. Baş idarənin əməliyyatçılarının hazırda tutulduqlarını eşitmiş və ona görə də danışır. Ailə üzvləri ilə bağlı hədə-qorxu etdikləri üçün əməkdaşlarla 34 qram narkotikin üzərindən aşkar olunması barədə razılaşmağa məcbur olmuş və yazdıqlarına qol çəkmişdir. Bundan əlavə polislər tərəfindən ona əməkdaşlıq etmək təklif olunmuş, lakin o da razı olmamışdır. Turalın xahişi ilə öz pulu ilə narkotik vasitə alıb aparıb oteldə onun sevgilisinə vermişdir. Heç bir narkotik vasitənin satışı ilə məşğul olmamış və bununla bağlı Turalla əlbir olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. 21 sentyabr 2023-cü il tarixdə etimad doğuran, məlum və qərəzsiz mənbədən ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər rayonu ərazisində qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edilmiş, müvafiq sənədləşdirmə işləri aparılmış, idarənin əməkdaşları baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. O və qrup üzvləri birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması ehtimal edilən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasının yaxınlığına yollanmışlar. 21 sentyabr 2023-cü il tarixdə, saat 23:15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bənzər şəxslər “AzSamand” markalı, **-PC-*** nömrə nişanlı avtomobilin yanında tərəflərindən saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxslərə öz anket məlumatlarını bildirmələrini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmaları bildirilmiş və üzərlərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişlər. Baş İdarədə təhqiqatçı tərəfindən müvafiq sənədləşdirmə işləri aparılmış, vəkillər dəvət edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, avtomobil və ev açarları, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd "Samsung” markalı, bir ədəd “Redmi” markalı mobil telefonlar, sol arxa cibindəki pul qabının içindən 100 ABŞ dolları, 491 manat pul, şəxsiyyət vəsiqəsi, dörd ədəd bank kartı aşkar olunmuş, metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmişdir. Sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmiş və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, əynində olan şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon, 10 manat pul aşkar olunmuş, heroinə bənzər maddə elektron tərəzidə çəkilmişdir. Aşkar edilmiş kütlələr qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Eyyub" adlı şəxsin göstərişi ilə Biləsuvar rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik vasitələri “Eyyub” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, bundan əvvəl bir dəfə Eyyubun göndərdiyi narkotiklərin ölkə ərazisində dövriyyəsini təşkil etdiyini, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olmadığını, tanışı Pünhanın idarə etdiyi avtomobildən istifadə etmək üçün narkotik vasitə götürdüyünü, əvəzində Pünhandan pul almadığını, avtomobildə narkotik vasitə saxladığını Pünhan bilsə də, narkotiklərin dövriyyəsini təşkil etməkdə ona hər hansı formada köməklik etmədiyini, “AZsamand” markalı, **-PC-*** nömrəli avtomobildə narkotik vasitə saxladığını, saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını və hər hansı zorakılığa məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, üzərindən aşkar olumuş heroinin özünə məxsus olduğunu, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 idarə etdiyi “AZsamand" markalı, **-PC-*** nömrəli avtomobilin yük hissəsindən Təqsirləndirilən şəxs1 icazəsi ilə istifadə etmək məqsədi ilə əldə etdiyini, Təqsirləndirilən şəxs1 aralarında olan söhbət zamanı ona yük hissəsində narkotik vasitə saxladığını dediyini, Təqsirləndirilən şəxs1la narkotik vasitələrin dövriyyəsində hər hansı əlbirliyinin olmadığını və polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan sonra “AZsamand" markalı, **-PC-*** nömrəli avtomobilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 avtomobilin yük hissəsində gizlətdiyi bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən yeddi bükümdə narkotik vasitə heroinə bənzər maddə, dörd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Aşkar edilmiş maddələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 yarı təmirli halda olan mənzilin girişindən sağ tərəfdə olan yataq otağındakı çarpayının üzərində saxladığı bir ədəd polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən səkkiz bükümdə heroinə bənzər, yeddi bükümdə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş maddələr elektron tərəzidə çəkilmiş, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar olunmamışdır. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Onun tərəfindən, həmçinin digər əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı formada təzyiq olmamış, həmin şəxslər könüllü olaraq narkotik vasitələri və psixotrop maddələri təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 və həmin İdarənin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı X7 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, əməliyyat müvəkkili Şahid3, şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkilləri X2, X8 tərəfindən imzalanmış 22 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 21 sentyabr 2023-cü il tarixdə, saat 23:15 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə “Azsamand” markalı, 77PC734 nömrəli avtomobilin qarşısında saxlanılaraq BNMİ-nə gətirilmiş, həmin avtomobil isə duracağa yerləşdirilmişdir. Həmin şəxslərin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında 22 sentyabr 2023-cü il tarixli əsasən BNMİ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə etməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, avtomobil və ev açarları, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı, 1 (bir) ədəd “Redmi” markalı mobil telefonlar, sol arxa cibindəki pul qabının içindən 100 (yüz) dollar, 491 (dörd yüz doxsan bir) AZN pul, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, **********285096, **********159660, **********937006, **********191305 nömrəli bank kartları aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 69 qram (altmış doqquz qram) olmuşdur. Sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, əynində olan şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon, 10 (on) AZN pul aşkar olundu. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 34 qram (otuz dörd qram) oldu. Sonra həmin kütlələr qablaşdırıldı, şübhəli şəxslər, müdafiəçilər tərəfindən imzalandı və götürüldü. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, şəxsiyyət vəsiqəsi və bank kartları götürüldü, digər əşya, predmet və pullar aidiyyəti üzrə geri qaytarıldı. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Eyyub” adlı şəxsin vasitəsi ilə Biləsuvar rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Eyyub” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağı, bundan əvvəl 1 (bir) dəfə “Eyyubun” göndərdiyi narkotikləri ölkə ərazisində dövriyyəsini təşkil etdiyini, “Eyyub” ilə cəzaçəkmə müəssisəsində tanış olduğunu, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olmadığını, tanışı Pünhanın idarə etdiyi avtomobildən istifadə etmək üçün narkotik maddə götürdüyünü, əvəzində Pünhandan pul almadığını, avtomobildə narkotik maddə saxladığını Pünhan bilsə də, narkotiklərin dövriyyəsini təşkil etməkdə ona hər hansı formada köməklik etmədiyini, əlavə olaraq idarə etdiyi, “AZsamand” markalı, 77PC734 nömrəli avtomobildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, ********** nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona qarşı hər hansı zor tədbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin narkotik maddəni tanışı Təqsirləndirilən şəxs1 idarə etdiyi, “AZsamand” markalı, 77PC734 nömrəli avtomobilin yük hissəsindən, Turalın icazəsi ilə istifadə etmək məqsədi ilə əldə etdiyini, Turalın aralarında olan söhbət zamanı ona yük hissəsində narkotik saxladığını dediyini, Turalla narkotik maddələrin dövriyyəsində hər hansı əlbirliyinin olmadığını, ********** nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, verilən sualları tam başa düşdüyünü, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və fiziki təsirin olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında olan xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən video çəkiliş aparıldı. Şəxsi axtarış saat 01:45-də başlanmış, 02:03-də bitmişdir (cild 1, i/v 53- 56). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı X7 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, əməliyyat müvəkkili Şahid3, şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkilləri X1, X8 tərəfindən imzalanmış 22 sentyabr 2023-cü il tarixli “Avtomobilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 21 sentyabr 2023-cü il tarixdə, saat 23:15 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə “AZsamand” markalı, 77PC734 nömrəli avtomobilin qarşısında saxlanılaraq BNMİ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 sözügedən avtomobildə narkotik maddə saxladığını, qeyd olunan narkotik maddələrin ona aid olduğunu, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir, Təqsirləndirilən şəxs2 də avtomobilə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə ilə müraciət etmişdir. “AZsamand” markalı, 77PC734 nömrəli avtomobildə narkotik vasitənin, psixotrop maddənin dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 22 sentyabr 2023-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparıldı. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin yük hissəsində gizlətdiyi 1 (bir) ədəd sellofan torbanı təqdim etdi. Həmin torbanın içindən 7 (yeddi) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 4 (dörd) bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olundu. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 7 kq 445 qram (yeddi kq dörd yüz qırx beş qram) oldu, sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 4 kq 32 qram (dörd kq otuz iki qram) oldu. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırıldı, üzərində müvafiq qeydlər aparılmaqla möhürləndi və götürüldü. Daha sonra avtomobilə baxış keçirildi və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası “Eyyub” adlı şəxsin vasitəsi ilə Biləsuvar rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Eyyub” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağı, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olmadığını, Pühnanın avtomobilin yük hissəsindən onun icazəsi ilə istifadə etmək üçün narkotik maddə götürdüyünü, yaşadığı mənzildə narkotik maddə saxladığını, oraya baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, aşkar olunmuş narkotik maddələri Turalın idarə etdiyi, “AZsamand” markalı, 77PC734 nömrəli avtomobildə olan narkotik maddə olması barədə məlumatının olduğunu, Turalın icazəsi ilə istifadə etmək üçün oradan narkotik maddə götürsə də, Turalla narkotik maddələrin dövriyyəsi ilə bağlı hər hansı əlaqəsinin və ya əlbirliyinin olmadığını bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı «SONY» markalı videokamera vasitəsi ilə BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən video çəkiliş aparıldı. Baxış 03:00 dəqiqədə başlandı, 03:17 dəqiqədə bitdi (cild 1, i/v 63-65). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı X7 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, əməliyyat müvəkkili Şahid3, şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkilləri X2, X8 tərəfindən imzalanmış 22 sentyabr 2023-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 21 sentyabr 2023-cü il tarixdə, saat 23:15 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə “AZsamand” markalı, 77PC734 nömrəli avtomobilin qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs1 Abşeron rayon ərazisində yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “baxış və götürmə aparılması haqqında” 22 sentyabr 2023-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1, yarı təmirli halda olan mənzilin girişindən sağ tərəfdə olan yataq otağındaki çarpayının üzərində saxladığı 1 (bir) ədəd polietilen torbanı təqdim etdi. Həmin torbanın içindən 8 (səkkiz) bükümdə, qəhvəyi rəngli, heroinə bənzər, 7 (yeddi) bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olundu. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 6 kq 775 qram (altı kq yeddi yüz yetmiş beş qram) oldu. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 8 kq 935 qram (səkkiz kq doqquz yüz otuz beş qram) oldu. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırıldı üzərində müvafiq qeydlər aparılmaqla möhürləndi və götürüldü. Daha sonra evin digər otaqlarına və hissələrinə baxış keçirildi və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Eyyub” adlı şəxsin vasitəsi ilə Biləsuvar rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Eyyub” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağı, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olmadığını, mənzildə narkotik maddə saxlaması barədə Pünhanın məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir. Penhan Mehdizadə verilən suallara cavab olaraq, Turalın yaşadığı evdən aşkar olunan narkotiklər barədə hər hansı məlumatı olmadığını bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsi ilə BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən video çəkiliş aparıldı. Baxış saat 04:40 dəqiqədə başlandı, 04:55 dəqiqədə bitdi (cild 1, i/v 71-73). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş videogörüntüləri özündə əks etdirən CD disklərə baxış keçirilmiş və baxış zamanı 22 sentyabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında”, “Avtomobilə baxış keçirilməsi və götürmə haqqında” və “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokollarda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4995 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “...Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 31,406 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 64,994 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən...” sözləri olan kağız yapışıdırılmış bir ədəd ağ rəngli polietilen bağlamadakı dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qr., 915 qr., 1235 qr., 885 qr., ümumi təmiz çəkisi 4045 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1290 qr., 1155 qr., 535 qr., 1360 qr., 1050 qr., 880 qr., 1000 qr., ümumi təmiz çəkisi 7270 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir; üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən...” sözləri olan kağız yapışıdırılmış bir ədəd narıncı rəngli sintetik parça torbanı açdıqda içərisində yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 960 qr., 985 qr., 640 qr., 1110 qr., 995 qr., 870 qr., 965 qram, ümumi təmiz çəkisi 6525 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 950 qr., 1180 qr., 945 qr., 1020 qr., 1170 qr., 1040 qr., 1205 qr., 1130 qr., ümumi təmiz çəkisi 8640 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Təqdim olunmuş zərfdəki, bir ədəd ağ rəngli polietilen bağlamada və bir ədəd narıncı rəngli sintetik parça torbadakı narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 15941,406 qramdır, psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 10634,994 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Zərfdəki heroinin təmiz çəkisi - 31,406 qr., tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 31,306 qram. Zərfdəki metamfetaminin təmiz çəkisi - 64,994 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 64,894 qram. Ağ rəngli bağlamadakı heroinin ümumi təmiz çəkisi - 7270 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 7269,9 qram. Ağ rəngli bağlamadakı metamfetaminin ümumi təmiz çəkisi - 4045 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 4044,9 qram. Torbadakı metamfetaminin ümumi təmiz çəkisi - 6525 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 6524,9 qram. Torbadakı heroinin ümumi təmiz çəkisi - 8640 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 8639,9 qram (cild 1, i/v 85-90). - 25 sentyabr 2023-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, ********* №-li cinayət işi üzrə aşkar olunub götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 15941,106 qram qalmış narkotik vasitə heroin və 10634,694 qram qalmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, i/v 167-168). - “Sübutların qiymətləndirilməsi barədə” 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış, ünvana və avtomobilə baxış aparılmasının videogörüntülərinin əks edildiyi üç ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına tikilməsi nəzərə alınmışdır (cild 2, i/v 9-24). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 008-13666-1223 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən, avtomobildən və mənzildən aşkar edilən narkotik vasitə və psixotrop maddələri də satış məqsədi ilə əldə edib saxlamaqla daşımaları aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitə və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, “Əyyub” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi, narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu və digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirlər davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəkdir (cild 1, i/v 191). - xx.xx.2023-cü il tarixli “Mobil telefon aparatının yaddaşındaki məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən Təqsirləndirilən şəxs1 götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “Redmi” markalı və 01 ədəd “Samsung” markalı mobil telefon aparatlarının yaddaşında olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (cild 1, i/v 170). - xx.xx.2023-cü il tarixli “Mobil telefon aparatının yaddaşındaki məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən Təqsirləndirilən şəxs2 götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “Redmi” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (cild 1, i/v 171). - xx.xx.2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefonla aparılan danışıqların və məlumatların "xxxx" MMC-dən götürülməsi haqqında Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən "xxxx" MMC-dən 03 aprel 2024-cü il tarixdə əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı nömrədən xx.xx.2023-cü il tarixdə ********** saylı nömrə istifadəçisinə “Men cani agriyan adamam axsamnan goturmursen gelmisem qapiyaki ne olub goren at pulu karta axsama men alindirim senede oturerem” məzmunlu, xx.xx.2023-cü il tarixdə ********** saylı nömrə istifadəçisinə “Ortaq masin catdi cixdim dusende seher duranda vurmaqliq falqadada olsa eyer varsa qum duwurt mene bitike varsa yaninda eger” məzmunlu, xx.xx.2023-cü il tarixdə ********** saylı mobil nömrə istifadəçisinə “Pünhana dedim sene sok birde kakos getirecek teli gotur sikim sortuvu”, “Pünhan gelir sikim tel icin gotur” məzmunlu, xx.xx.2023-cü il tarixdə ********** saylı nömrə istifadəçisinə “Mendekinen Agridan cixa bilisese min taksiye gəl evdeyem varda qardasim” məzmunlu, xx.xx.2023-cü il tarixdə ********** saylı mobil nömrə istifadəçisinə “Mene 3 dene rzla getir qapiya” məzmunlu, xx.xx.2023-cü il tarixdə ********** saylı nömrə istifadəçisinə “Axribci defe yadindadi dediyin sozder kisiyik dedin axi seni pis veziyetde qoymaram savah gunortuya kimi at pulu tema goturek qalmiyaq ortada” məzmunlu, xx.xx.2023-cü il tarixdə ********** saylı mobil nömrə istifadəçisinə “Qaqa pula gore yigmiram tema dedinki alindiracanı” məzmunlu sms göndərmişdir. ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2023-cü il tarixdə “Tural gor indi bir sey alindirsin mene di qardasimsan olurem agridan gelirem yoldayam.atmisam pulu” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2023-cü il tarixdə “Nolar balam 1 dene cet alda mene pul gelende cekib ataram sene 15 20 manat Siqaretim de yoxdu ureyim partyir” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2023-cü il tarixdə “Qaqa qardawimsan ozun bidene baxda cekisi zadi duz olsunda sora dala qabağa elemiyeyde qardawimsan evdeyemde gozdurem seni” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2023-cü il tarixdə “qaqa indi cekmeye biraz daw yoxundu?” məzmunlu smsləri Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı mobil nömrəyə göndərmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək başqa hər-hansı məlumat aşkar edilməmişdir. Baxış Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində 311 nömrəli xidməti otaqda “HP” markalı kompyuter aparatında keçirilmiş, saat 14:00-da başlanmış və saat 14:50-də başa çatmışdır (cild 2, i/v 8). - "xxxx" MMC tərəfindən AZF/LGL-5542/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD diskdə olan məlumatlara məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Həsənov X3 məxsus ***-***-**-** mobil telefon nömrəsinin əhatə dairəsi xx.xx.2023-cü il, saat 19:39:32-dən xx.xx.2023-cü il, saat 03:40:07-dək Biləsuvar rayonu, Salyan rayonu və Cəlilabad rayonu ərazilərində qeydə alınmışdır. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, AZF/LGL-9608/24 nömrəli məktubuna əlavə edilmiş CD diskə baxış keçirilən baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə bağlı xx.xx.2023 00:00:00 - xx.xx.2023 00:00:00 olan müddət ərzində həmin nömrədən çıxan SMS-lərin məzmunu aşağıdakı kimi olmuşdur: - xx.xx.2023-cü il, saat 14:14:23, ***-***-**-** nömrəsindən ********** nömrəsinə: “Qaqas salam bayramun mubarek atAm tema lazimdi bidene”; - xx.xx.2023-cü il, saat 17:28:44, ********** nömrəsindən ***-***-**-** nömrəsinə: “Ela koladi wuvalandadi de indi getmey cetin olar istesen saba goturuk”; - 04.01.2023-cü il, saat 15:20:19, ********** nömrəsindən ********** nömrəsinə: “Salam qaqaw tema isteyen olsa azi 5 dene 30dan ota var metide”; - 04.01.2023-cü il, saat 15:23:45, ********** nömrəsindən ********** nömrəsinə: “Ela temadi dawda var otda metide 5 den az vermir”; -xx.xx.2023-cü il, saat 02:41, ********** nömrəsindən ********** nömrəsinə: “Basuste men kulturnu yasibasi berk guvenilen biriki nefer var olardan maraqedirem dermandavar ot 100q istien oldi verebilxeyiy qaqam birde konturum azdi”; - 06.05.2023-cü il, saat 17:00:30, ********** nömrəsindən ********** nömrəsinə: “Qaqa alinmir neqede didim diyir yox serfelemir” ; - xx.xx.2023-cü il, saat 17:07:32, ********** nömrəsindən ********** nömrəsinə: “Obiri temada birazsebrli ol duzelcey daniwmiwam xebergozduyremki gedim gotrum gelim yeniki narahatolmada oncun” ; xx.xx.2023-cü il, saat 15:36:42, ********** nömrəsindən ********** nömrəsinə: “AyTotuw senetaga hemde bidene dawkesek iwni meraqede bilmersen istiyenolsaydi vererrduyde mende yigiram bira'zcun senib”; - xx.xx.2023-cü il, saat 16:19:46, ********** nömrəsindən ********** nömrəsinə: “Gelbizterefe goturmuwem”; - 15.05.2023-cü il, saat 18:02:37, ********** nömrəsindən ********** nömrəsinə: “Yox qaqa das yoxumdu”; - 19.05.2023-cü il, saat 22:12:18, ********** nömrəsindən ********** nömrəsinə: “Ala sen kotudu men cox pis vəziyyətdəyəm qaqa sen öl. Smsi gücün ya zıram sənə danışa bilmirəm Allah şahiddir”; - 21.05.2023-cü il, saat 14:45:27, ********** nömrəsindən ********** nömrəsinə: “He yaxşı qardaşım dede bəlkə a elə də vacib deyil bir de gördün atarsan özümçün qırağa yaddan çıxıb qalıb edər ximka varsa gətirərsen”; - 03.06.2023-cü il, saat 20:11:10, ********** nömrəsindən ********** nömrəsinə: “Alda qardaşım al onnan mütləq lazımdır bize o”; - 04.06.2023-cü il, saat 18:57:20, ********** nömrəsindən ********** nömrəsinə: “duz indiyədək cəmi bir cet mal çəkmişəm vallahi capaliyiram”; - 04.06.2023-cü il, saat 18:57:21, ********** nömrəsindən ********** nömrəsinə: “qaqaş indi necə olacaq bilmirəm ozzumolum heç nə qaqaş Cansağlığı y eni bir kəlmə elə diyersen Lamiyəyeki lazım deyil halal xoş olsun”; - 04.06.2023-cü il, saat 22:01:30, ********** nömrəsindən ********** nömrəsinə: “**********266201 Qəhramanova Rühəngiz atankimi dide mene qaqaş”; - 08.06.2023-cü il, saat 19:44:03, ********** nömrəsindən ********** nömrəsinə: “a Totu. 1-ci sənə yazdım dalınca da Lamiyəyə yazdım ki görüm vəzecə oldu.???”; - 09.06.2023-cü il, saat 21:59:55, ********** nömrəsindən ********** nömrəsinə: “Qaqa konturum yoxdur ətaga dedeee vallahi pulun duzqos olmağına 70-şey qalmayıb Totu. Atam qəbri mende istiremki qardaşım bütöv gotres80azn qalıb qardaşım indi uşaqlardan da zengvirram olucey yeni birşey qalmayıb Totu. Atam qəbri mende istiremki qardaşım bütöv gotresenki heç olmazsa bir gün yola veresuzde qaqaş sen öl bele dənə-dənə”; - 22.06.2023-cü il, saat 13:54:06, ********** nömrəsindən ********** nömrəsinə: “Yaxşı qardaşım besdaga ya yığıram sene o vaxtadək bidene fikirləş gör payı kankiret necədene götürüm bilim ki bugünkü güncun yerbəyeretmək olucey dede bidene fikirləş besdaga yıgıram”; - xx.xx.2023-cü il, saat 00:29:53, ********** nömrəsindən ********** nömrəsinə: “qardaşım menim vəziyyətim çox pisdi e dost evde day azqala ağrıdanusaqkimi agliyamda bu poxu bilmirsən adamı nə hallara salır illah”; - xx.xx.2023-cü il, saat 01:18:17, ********** nömrəsindən ********** nömrəsinə: “Mendekinen Agridan cixa bilisese min taksiye gel evdeyem varda qardasim”. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X10 X6 Yoxlamanın 30 mart 2024-cü il tarixli, 2020 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i/v 1-2). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X10 X6 Yoxlamanın 30 mart 2024-cü il tarixli, 2029 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i/v 3-4). - Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 5(003)-597/2023 nömrəli qərarından görünür ki, həmin qərara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 21 sentyabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, i/v 173- 176). - 22 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli, 4(005)-1388/2023 nömrəli, 20 yanvar 2024-cü il tarixli, 4(005)-66/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli, 4(005)-470/2024 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 21 sentyabr 2023-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin sonuncu qərarı ilə həbsdə saxlanılmasının müddəti 21 may 2024-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 23, 24, 161-166, 214-219, cild 2, 77-81). - 22 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli, 4(005)-1387/2023 nömrəli, 20 yanvar 2024-cü il tarixli, 4(005)-65/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli, 4(005)-469/2024 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 21 sentyabr 2023-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin sonuncu qərarı ilə həbsdə saxlanılmasının müddəti 21 may 2024-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 42, 43, 155-160, 208-213, cild 2, 71-76). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 1 i/v 239-241). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(010)-94/2019 nömrəli hökmündən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-1079/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti tətbiq edilməklə 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmə və sınaq müddəti ləğv edilməklə qəti olaraq 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 qəti cəza olaraq təyin olunmuş azadlıqdan məhrumetmənin müddəti 05 ilə endirilmişdir. xx.xx.2022-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 il 01 ay 26 gün müddətinə şərti olaraq olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır (cild 1, i/v 242-244, 245-257). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə, metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 800 qram olduqda isə xüsusilə külli miqdarda narkotik vasitə, metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 400 qram olduqda isə xüsusilə külli miqdarda psixotrop maddə hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Həmin maddənin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etmələri, saxlayaraq daşımaları özləri tərəfindən inkar edilsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, araşdırılmış ekspertiza rəyləri, təqsirləndirilən şəxslərin istifadələrində olan telefon nömrələri vasitəsilə aparılmış yazışmalar və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olan mobil telefon nömrələrindən göndərilən və həmin nömrələrə daxil olan mesajlardan onların məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaları öz təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə icraatı zamanı verdikləri ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 18.1.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. - 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. - 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. - 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. - 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs1 qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, həmin əmələ görə məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətməsi barəsində cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs2 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, həmin əmələ görə məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində olan cinayətin təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, cinayət əməlinin törədilməsində iştiraklarını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-1079/2019 nömrəli qərarı ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün hissəsi hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkmələrinin əvvəli şübhəli şəxs qismində tutulduqları xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzalarını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onlardan müştərək qaydada 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlanma kamerasına təhvil verilmiş məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra tədqiqatdan sonrakı qalıq çəkisi 15.941,106 qram heroin və tədqiqatdan sonrakı qalıq çəkisi 10.634,694 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış, ünvana və avtomobilə baxış aparılmasının videogörüntülərinin əks edildiyi üç ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri, 04 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş 56 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 336 (üç yüz otuz altı) manat olmaqla cəmi 672 (altı yüz yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)- 1079/2019 nömrəli qərarı ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlanma kamerasına təhvil verilmiş məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra tədqiqatdan sonrakı qalıq çəkisi 15.941,106 qram heroin və tədqiqatdan sonrakı qalıq çəkisi 10.634,694 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış, ünvana və avtomobilə baxış aparılmasının videogörüntülərinin əks edildiyi üç ədəd “CD” disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 336 (üç yüz otuz altı) manat olmaqla cəmi 672 (altı yüz yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva
Məhkəmə qərarları › İş №1(101)-1769/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1769/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver