Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-177/2020 23.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Zəngilan rayonun, Qaragöz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Quba rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və cəzasının əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmış, Zəngilan rayonu, Qaragöz kəndində qeydiyyatda olmaqla, Bak şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 96 ünvanında yaşamış, xx xxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıyarkən, xx xxx 2019-cu il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, 269 ünvanda yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığında Binəqədi rayon Polis idarəsi 5-ci Polis bölməsinin və X11 alayının əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə dəvət edilmiş və saat 17:30-da üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaretin rəngsiz kağızına bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 0,964 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 20,028 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 16,460 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryəki və ümumi təmiz çəkisi 10,582 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində və “xxxxxxxx” MMC-dən icarəyə götürdüyü “Hunday” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlamaqla daşıyarkən, xx xxx 2019-cu il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli kücəsi, 269 ünvanında yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığında Binəqədi RPİ-nin 5-ci PB-nin və X11 Alayının əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə dəvət edilmiş və saat 17:30-da üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd siqaretin rəngsiz kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 0,964 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, bundan sonra onun idarə etdiyi avtomobilə Bakı şəhəri, Binəqədi rayonu, S.Sani küçəsi, 6 ünvanında yerləşən 5-ci PB-nin həyətində baxış keçirilmiş və baxış zamanı avtomobilin salonunda ötürücü qutusunun arxa hissəsində yerləşən stəkan qabının içərisindən 5 (beş) ədəd şəffaf selofan kəsiyinə bükülmüş vəziyyətdə külli miqdarda ümumi təmiz çəkisi 19,064 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 2 (iki) ədəd şəffaf selofan kəsiyinə bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 16,460 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək və 5 (beş) ədəd şəffaf selofan kəsiyinə bükülmüş vəziyyətdə külli miqdarda ümumi təmiz çəkisi 10,582 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı. Bu zaman onun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlaması məhkəmədə sübut olunsa da, idarə etdiyi avtomobilin salonundan aşkar olunmuş külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən gün «Elit» ticarət mərkəzinin qarşısında köhnə tanışını görüb maşını saxlamış və həmin şəxslə söhbət edən vaxt X12 əməkdaşı ona yaxınlaşıb sənədlərini tələb etmişdir. O, polis əməkdaşına sənədini pəncərdən göstərmiş, bundan sonra polis əməkdaşı maşının yük yerinə baxmaq üçün oranı açmağı tələb etmişdir. O, maşından düşmədən maşının yük yerini açmış, bu vaxt BMW markalı maşın gəlib onun maşınının qarşısında dayanmışdır. O, polis əməkdaşlarının onu tutmaq istədiklərini hiss etmişdir. Həmin vaxt onun cibində təxminən bir qrama yaxın narkotik vasitə heroin olmuşdur. O, tez maşını işə salıb sürmüş, polis əməkdaşları isə arxadan onu qovmuşlar. Qarşıdakı «Xəqani Petrol»un yanında idarəetməni itirərək üç maşını əzmiş, həmçinin onun özünün də idarə etdiyi maşın əzilmişdir. Bu vaxt polis işçiləri avtobusu onun maşınının qarşısında saxladaraq onu tutmuşlar. Polis əməkdaşları onun idarə etdiyi maşının yük yerinə baxış keçirmiş və heç bir şey aşkar etməmişlər. Axşam saat 8 radələrində onu 5-ci Polis bölməsinə gətirmişlər və üzərinə baxış keçirilərkən özü könüllü olaraq cibində saxladığı bir büküm narkotik vasitə heroini təqdim etmişdir. Səhəri günü saat 2 radələrində isə polis əməkdaşları onun idarə etdiyi maşına baxış keçirmiş və maşının salonundan stəkan qabının içərisindən ittiham aktında göstərilən narkotik vasitələri aşkar etmişlər. Onda həmin miqdarda narkotik vasitə heç vaxt olmamışdır. İttiham aktında göstərilən narkotik vasitələrin qara bazarda qiyməti təxminən 8.000 manat edir, o isə, həyatının çox vaxtını türmədə keçirdiyindən bu qədər pulu heç vaxt ola bilməzdi. O, narkotik vasitədən istifadə edir, amma onun satışı ilə heç vaxt məşğul olmamışdır. Saxlanarkən polis əməkdaşlarına cibində bir qrama yaxın heroin olduğunu bildirmiş və həmin narkotiki polis işçilərinə özü könüllü təqdim etmişdir. Bu barədə polis işçiləri protokol yazıb onun fotoşəklini də çəkmiş, həmin narkotikə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, tutulandan sonra ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş, buna görə müvafiq orqanlara şikayət etmiş, sözünü demək üçün məhkəməni gözləmişdir. İş materialları ilə tanış olarkən heç yerə şikayət etməmiş, ibtidai istintaq zamanı yazılanları oxumadan imzalamışdır. Əvvəllər də məhkum olunduğu iş üzrə narkotik vasitəni Nərimanov rayonu ərazisində yerdən tapdığı göstərilmiş, hazırkı işdə də yenə narkotik vasitənin Nərimanov rayonunda yerdən tapıldığı yazılmışdır. Bu isə mümkün olan şey deyildir. Saxlanılan zaman hələ polis bölməsinə gətirilməmişdən qabaq onun maşınında axtarış aparılmış, lakin heç nə aşkar edilməmişdir. Sonra polis maşını ilə onu bölməyə gətirmişlər, idarə etdiyi maşını isə tanımadığı polis əməkdaşı sürüb bölmənin həyətinə gətirmişdir. Maşın gecə bölmənin həyətində qaldıqdan sonra səhər təkrar maşına baxış keçirilmişdir. O, xx xxx 2019-cu il tarixdə axşam saat 8-də tutulmuş, səhəri gün isə günorta saat 2-də maşına təkrar baxış keçirilmişdir. Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Ulduz” metrostansiyasının yaxınlığında yerdə içərisində bir neçə büküm olan olan bir selofan paketi tapmışdır. Narkotik maddə qəbul etdiyinə görə başı narkotik vasitələrdən çıxdığı üçün o, selofandakı bükümləri açmış və müəyyən etmişdir ki, bükümlərdən bir neçəsinin içindəki kütlə el arasında “kakos” adlanan narkotik vasitə olan heroinə, bir neçəsinin içindəki kütlə tiryəkə və bir neçəsinin içindəki kütlə el arasında “şüşə” adlanan narkotik vasitələrə oxşayır. O, tapdığı narkotik vasitələri öz istifadəsi üçün saxlamaq gərarına gəlmişdir. Bu məqsədlə də o, tapdığı narkotik vasitələri yaşadığı evin yaxınlığında gizlətmişdir. xx xxx 2019-cu il tarixdə o, “xxxxxxxx” MMC-dən bir ədəd “Hunday” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil içarəyə götürmüş və gizlətdiyi narkotik maddələrin bir bükümünü öz istifadəsi üçün cibinə qoymuş, qalan bükümləri isə bir salfetkaya büküb stəkana qoyaraq stəkanı avtomobilin salonundaki ötürücü qutusunun arxa hissəsinə qoymuşdur. xx xxx 2019-cu il tarixdə təxminən saat 17:00-18:00 radələrində o, «Elit» ticarət mərkəzinin yaxınlığında Rövşən adlı tanışı ilə rastlaşmış və Rövşəni avtomobilin salonuna dəvət etmişdir. Rövşən avtomobilə əyləşib bir müddət söhbət etdikdən sonra o, Rövşənə onda narkotik maddə olmasını və həmin narkotik maddəni qəbul etmək istədiyini bildirmişdir. Rövşən bir söz deməyib onun da üstündə narkotik maddə olmasını demişdir. Bundan sonra o, narkotik maddə qəbul etmək üçün avtomobili qaranlıq bir yerə sürüb yolun kənarındaki ağaclıqda saxlayıb cibindən birdəfəlik şprisi çıxardaraq narkotik maddəni qəbul etməyə hazırlaşmışdır. Bu vaxtı onun avtomobilinə polis əməkdaşları yaxınlaşmış və onun əlində şprisi görüb onları idarə etdiyi “Hunday” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə aparmışlar. Avtomobil bölmənin həyətində saxlanılmış, onları isə bölmənin inzibati binasına aparmışlar. İnzibati binada onunla Rövşəni ayrı-ayrı xidməti otaqlara aparmışlar. Bundan sonra polis əməkdaşları tərəfindən dəvət olunmuş vəkilin və hal şahidlərinin iştirakı və onun razılığı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman o, könüllü əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaretin rəngsiz kağızında olan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim edərək, narkotik vasitə heroin olmasını bildirmişdir. Onun tərəfindən təqdim edilmiş bükülü zərfə qoyularaq qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş və həmin protokol onun tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən onun, vəkilin və hal şahidlərinin iştirakı ilə idarə etdiyi “Hunday” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl polis əməkdaşları tərəfindən ona təklif edilmişdir ki, avtomobilin salonunda saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı əşya, o cümlədən də narkotik vasitələr varsa, könüllü olaraq təqdim etsin. O da, polis əməkdaşlarının təklifi ilə könüllü avtomobilin qabaq sol qapısını açaraq avtomobilin salonuna daxil olub orada ötürücü qutusunun arxasında yerləşən stəkan qabının içərisində olan bir ədəd salfetkaya bükülmüş bükülünü avtomobildən çıxardıb açaraq, ümumilikdə 12 ədəd şəffaf salofana bükülmüş bükülüləri polis əməkdaşlarına təqdim etmiş, bükülülərin içindəkinin heroin, tiryək və el arasında “şüşə” adlanan narkotik vasitələr olmasını və həmin narkotik vasitələri “Ulduz” metrostansiyasının yaxınlığında tapdığını bildirmişdir. Onun tərəfindən təqdim edilmiş bir ədəd salfetkada olan 12 ədəd şəffaf salofana bükülmüş bükülülər polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bununla bağlı protokol tərtib edilmiş və həmin protokol da onun tərəfindən imzalanmışdır. O, tapdığı narkotik vasitələri heç kimə satmamış və satmaq məqsədi olmamışdır (cild 1, iş vərəqi 72-73). Suallara cavab olaraq Təqsirləndirilən şəxs elan olunmuş ifadələrdə yazılanlarla razı olmadığını, həmin ifadənin müstəntiq tərəfindən yazıldığını və ona cinayət işinin 234.1-ci maddə ilə məhkəməyə göndərəcəyini dediyini, buna görə də ifadələri oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri, Binəqədi RPİ 5-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid6 sərbəst ifadəsində və verilmiş suallara cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisə günü həmin ərazidə X12 əməkdaşları ilə birlikdə xidmətdə olmuşdur. Onlar Arzumanı idarə etdiyi maşında başqa bir şəxslə birlikdə saxlayıb bölməyə gətirmişlər. Maşına baxış keçirilərkən o da, iştirak etmiş, lakin maşından nə aşkar olunduğunu dəqiq xatırlamır. Arzumanın üstündə saatı, pulu, telefonu olduğunu bilmir. Arzumanın üzərinə baxış keçirilən zaman videoçəkiliş aparılmamış, lakin maşına baxış keçirilən zaman çəkiliş aparılmışdır. Narkotik maddənin mənbəyi barədə soruşsalar da, Arzuman bu barədə bir şey deməmişdir. Onlarda Arzuman barədə əvvəlcədən məlumat olmamışdır. Rəhbərliyə raportu X12 əməkdaşları yazmışdır. Arzumanın üzərinə baxış keçiriləndən təxminən 30 dəqiqə sonra maşına baxış keçirilmişdir. Yerli məhkəmələr əvvəllər başqa işlər üzrə sanksiya verərkən eyni hal şahidlərinin təkrar hal şahidi qismində iştirak etmələrini irad bildirdikləri üçün Arzumanın üzərinə baxışda iştirak edən hal şahidləri maşına baxışda iştirak etməmişlər. Maşına baxış zamanı başqa iki nəfər hal şahidi iştirak etmişlər. Arzumanın üzərinə baxış keçirilən zaman çəkiliş aparılmamış, sənədləşmə işlərini təhqiqatçı aparmışdır. Maşına baxış keçirilməsində iştirak edən iki hal şahidi əvvəlki bölmə rəisi Səlim Səlimovun adamları olmuş və bölmə rəisinin məsləhəti ilə həmin hal şahidləri avtomaşına baxış keçirilməsində iştirak etmişlər. O, maşına baxış keçirilməsində iştirak etmiş hal şahidi Şahid7 da tanımamış, onun əvvəllər polis əməkdaşı olduğunu və məhkum olunmasını bilməmiş, eyni zamanda digər hal şahidi Şahid1 tanımamış, həmin hal şahidlərindən digər əməliyyat tədbirləri zamanı istifadə edib-etməməsini xatırlamır. Şahid6 ifadələri arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan və tədqiq olundu. Həmin ifadəsində Şahid6 göstərmişdir ki, o, xx xxx 2019-cu il tarixdə saat 17 radələrində X11 alayının 2-ci patrul bölüyünün polis nəfərləri, polis serjantları Şahid5 və Şahid4 ilə birlikdə inzibati ərazidə xidmət aparan zaman Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığında «Hunday» markalı avtomobilin dayandırıldığını görmüşlər. Avtomobil küçənin qaranlıq yerində saxlanıldığından avtomobilin içərisində olan iki nəfər şəxsin hərəkətləri onlara şübhəli gəlmişdir. Avtomobildəkilərin şəxsiyyətini müəyyənləşdirmək üçün onlar avtomobilə yaxınlaşmış və pəncərədən sükanın arxasında əyləşən şəxsin əlində bir ədəd spris və selofan torba görmüşlər. O, şprisi sükanın arxasında oturan şəxsin əlindən alaraq avtomobildə oturan şəxsləri avtomobil ilə birlikdə Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə aparmış və orada həmin şəxslərin şəxsiyyəti müəyyənləşdiriləndən sonra bilinmişdir ki, sükanın arxasında əyləşən və əlində şpris olan şəxs Təqsirləndirilən şəxs, qabağ oturacaqda əyləşən şəxs isə Məmmədov Rövşən Məmməd oğludur. Bundan sonra Təqsirləndirilən şəxs və Rövşən Məmmədov bölmənin ayrı-ayrı xidməti otaqlarına dəvət olunmuş və hal şahidlərin iştirakı ilə onların üzərlərində ayrı-ayrılıqda şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qeyriqanuni əşyaların təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaretin rəngsiz kağızına bükülmüş bükülünü çıxardaraq könüllü olaraq təqdim etmişdir. Həmin bükümün içində spesifik iyə məxsus olan kütlə olmuşdur. Təqsirləndirilən şəxs dediyinə görə, həmin bükülüdəki kütlə heroin olmuş, həmin narkotiki o, “Ulduz” metrostansiyasının yaxınlığında tapmış və öz istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd siqaretin rəngsiz kağızına bükülmüş bükülü zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və Təqsirləndirilən şəxs özü və hal şahidləri tərəfindən zərf imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə protokolu tərtib edilmiş və həmin protokol da Təqsirləndirilən şəxs özü və hal şahidləri tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əlindən aldığı şprisi o, sənədləşməni aparan təhqiqatçıya təqdim etmişdir (cild 1, iş vərəqi 130-131). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid6 ifadəni təsdiq etdiyini, lakin həmin ifadənin natamam olduğunu, onun avtomaşına baxış keçirilərkən də iştirak etdiyini və bu barədə müstəntiq tərəfindən yazılmış ifadədə nəyə görə qeyd olunmadığını izah edə bilmədiyini, müstəntiqin yazdığı ifadəni oxumadan imzaladığını, həmçinin avtomaşına baxış keçirilməsi haqqında protokola da adının nəyə görə yazılmadığını izah edə bilmədiyini qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilən DİN-nin X11 alayının 2-ci patrul bölüyünün polis nəfərləri Şahid5 və Şahid4 xx xxx 2019-cu il tarixdə “Elit” ticarət mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılması zamanı iştirak etdiklərini bildirərək, Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Bununla əlaqədar, ziddiyyətlər olduğuna görə həmin şahidlərin də ibtidai istintaq zamanı verdikləri ifadələr məhkəmədə tədqiq olundu. Müəyyən olundu ki, istintaq zamanı adları çəkilən şahidlər Şahid5 və Şahid4 yalnız Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etdiklərini, avtomaşına baxışda iştirak etmədiklərini bildirərək, digər Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqi 126-127, 128-129). Məhkəmə iclasında dindirilən Şahid3 sərbəst ifadəsində və verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsi tanımır. Onu tanımadığı polis əməkdaşı öz maşını ilə bölməyə aparıb, bir nəfər şəxsin üstündən narkotik vasitə aşkar olunduğunu bildirmiş və hansısa kağızlara qol çəkdirmişdir. Ona nəyə görə həmin sənədləri imzaladığı deyilməmişdir. Baxış zamanı ondan başqa tanımadığı bir nəfər də hal şahidi olmuşdur. Onlar saxlanılan şəxsin üstündən narkotik vasitə aşkar olunduğunu görmüşlər. Daha doğrusu, saxlanılan şəxs özü könüllü olaraq cibindən bir büküm narkotik çıxarıb polis işçilərinə təqdim etmişdir. O, əvvəllər heç vaxt hal şahidi olmamışdır. Təqsirləndirilən şəxs polis bölməsində gördüyünü xatırlayır və saxlanılarkən cibindən narkotik olan bükümü çıxarıb polis işçilərinə təqdim edən şəxsin Arzuman olduğunu təsdiq edir. Həmin vaxt bölmədə olan zaman polis əməkdaşları onların şəkillərini də çəkmişdir. Dindirmə zamanı iş materiallarına əlavə olunmuş protokol və fotoşəkillər təqdim olunarkən Şahid3 məhz həmin şəklin polis əməkdaşları tərəfindən çəkildiyini, şəkildə əks olunan şəxslərin o və digər tanımadığı hal şahidi, həmçinin Arzuman olduğunu təsdiq etmişdir. Məhkəmədə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə axşam təxminən saat 17 radələrində «Azadlıq» metrostansiyasının yaxınlığındaki ərazidən keçərkən bir nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim edərək bir nəfər şəxsin üzərində keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi ondan xahiş etmişdir. O da, polis əməkdaşının xahişi ilə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyə razılığını bildirərək polis əməkdaşı ilə birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə getmişdir. Ondan sonra polis əməkdaşları tərəfindən bir nəfər də hal şahidi qismində bölməyə dəvət edilmişdir. Keçiriləcək baxışdan əvvəl onlara, yəni hal şahidlərinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onlar, yəni hal şahidləri bölmənin xidməti otaqlarının birinə dəvət edilmişlər. Otaqda o, tanımadığı bir şəxs olmuş, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Baxış keçirilməmişdən əvvəl polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etməyi təklif etmişlər. Polis əməkdaşlarının təklifi ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaretin rəngsiz kağızına bükülmüş bükülünü çıxardaraq könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümün içində spesifik iyə məxsus kütlə olmuşdur. Təqsirləndirilən şəxs dediyinə görə, həmin bükülüdəki kütlə heroindir, həmin narkotiki o, “Ulduz” metrostansiyasının yaxınlığında tapmış və bir-neçə ildlr ki, narkomaniyadan əziyyət çəkdiyi üçün tapdığı heroini ağrılarını sakitləşdirmək məqsədi ilə öz istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd siqaretin rəngsiz kağızına bükülmüş bükülü zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və onlar tərəfindən, o cümlədən, onun tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş və həmin protokol da onlar, yəni hal şahidləri və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 124-125). Məhkəmə iclasında dindirilən Şahid2 xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində şəxsi axtarış keçirilməsində hal şahidi qismində iştirak etdiyini bildirərək, digər hal şahidi Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilən Şahid7 ifadəsində bildirdi ki, 2014-cü ildə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum olunmuşdur. 2019-cu il martın 28-də şərti azad olunmuş, iyunun 4-də Bakı Apellyasiya məhkəməsinin qərarı ilə həbs olunmuşdur. O, əvvəllər Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş, sahə inspektoru işləmişdir. Hadisə günü polis əməkdaşı ona yaxınlaşıb hal şahidi qismində iştirak etmək lazım olduğunu bildirmiş və o, razılaşmışdır. O, sonradan adını bildiyi Arzumanın şalvarının sağ yan cibindən narkotik vasitə aşkar olunduğunu görmüşdür. Narkotik vasitə bükümdə olmuşdur. Sonra Arzuman evdə də narkotik vasitənin olduğunu demişdir. Arzumanın evindən də narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitə bükülüyə bükülmüş vəziyyətdə ağ paroşok şəklində olmuşdur. Sonra qablaşdırma aparılmış və sənədləşmədən sonra o, çıxıb getmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Şahid7 bildirdi ki, o, Arzumanın üzərinə və evinə baxış keçirilən zaman iştirak etmiş, başqa harada iştirak etdiyini xatırlamır. O, 18 ilə yaxın polis orqanlarında işləmiş, kapitan rütbəsi ilə orqandan xaric olunmuşdur. Sonuncu dəfə Baş Mühafizə idarəsində növbətçi hissədə işləmiş və xidməti yoxlamanın nəticəsində işdən azad olunmuşdur. Daha sonra dələduzluq cinayəti törətdiyinə görə məhkum olunmuş və hal şahidi qismində iştirak edərkən şərti cəza çəkmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış yay aylarında keçirilmişdir. Onu hal şahidi qismində iştirak etməyə Baş Narkotiklə Mübarizə İdarəsinin işçiləri dəvət etmiş, lakin kimin dəvət etdiyini xatırlamır. Binəqədidə bölmənin yanından keçən zaman orada maşına baxış keçirilmiş, sonra Xırdalanda Arzumanın üzərinə baxış keçirilmişdir. Hadisə Xırdalanda baş vermiş və parkın qabağında baxış keçirilmişdir. O, polis işçiləri tərəfindən əməliyyat tədbirinə cəlb olunarkən özünün də əvvəllər polis əməkdaşı olduğunu və məhkum olunduğunu, şərti cəza aldığını deməmişdir. Arzuman Xırdalanda tutulmuş, həmin vaxt təxminən günorta vaxtları olmuşdur. O, hal şahidi kimi dəvət olunan zaman Arzuman artıq tutulmuşdur. Arzumanın üzərindən sağ cibindən bir büküm narkotik vasitə heroin çıxmışdır. Arzuman narkotiki öz istifadəsi üçün üstündə saxladığını və evdə də narkotik vasitənin olduğunu bildirmişdir. Sonra onlar bir az qabağa, yəni Arzumanın saxlanıldığı yerdən azca irəlidə yerləşən bir həyət evinə getmiş, orada da baxış keçirmişlər. Şahid7 sualları cavablandırarkən sonda həmçinin bildirdi ki, yadına düşdüyü qədər o, bir maşına baxış keçirilməsində də iştirak etmişdir. Maşına Binəqədi polisində baxış keçirilmiş, hansı bölmədə baxış keçirildiyini xatırlamır. Əvvəllər hal şahidi qismində heç bir əməliyyat tədbirində iştirak etməmiş, birinci dəfə bu iş üzrə hal şahidi olmuşdur. O, Arzumanın üzərinə, evinə, həm də maşınına baxışda hal şahidi qismində iştirak etmiş, hər üç halda da narkotik vasitə aşkar olunmuşdur. Hadisə Xırdalan ərazisində parkın yanında baş vermişdir. Tərtib olunan protokol oxunmuş və imzalanmışdır. Digər hal şahidini tanımamışdır. Maşına baxış zamanı narkotik vasitə sürətlər qutusunun yanından aşkar olunmuş, maşın “Hyundai” markalı olmuşdur. Aşkar olunan narkotik vasitə açılıb onlara göstərilmiş, ağ rəngdə heroin olmuşdur. Həmin vaxt Arzuman narkotik vasitənin istifadəçisi olduğunu bildirmişdir. Polis əməkdaşı ona zəng edib 8-ci mikrorayondakı bölmənin ərazisində maşına baxış keçirməyə dəvət etmişdir. Arzumanın üzərinə, evinə və maşınına baxış bir gündə həyata keçirilmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə axşam təxminən saat 18:00 radələrində Azadlıq metrostansiyasının yaxınlığından keçərkən, polis isçiləri ona yaxınlaşıb özlərini təqdim edərək hal şahidi qismində polis bölməsinin həyətində avtomobilə baxış keçirilməsində iştirak etməyi ondan xahiş etmişlər. O, hal şahidi qismində iştirak etməyə razılığını bildirəndən sonra polis əməkdaşları ilə birlikdə 5-ci Polis bölməsinə getmişdir. Polis bölməsində ona izah edilmişdir ki, onun iştirakı ilə Bölmənin həyətində dayanmış “Hunday” markalı avtomobilin salonuna baxış keçiriləcəkdir. Ondan başqa bir nəfər də tanımadığı şəxs hal şahidi qismində bölməyə dəvət edilmişdir. Avtomobilin salonuna keçiriləcək baxışdan əvvəl onlara, yəni hal şahidlərinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onlar, yəni hal şahidləri və özünü avtomobilin sahibi Təqsirləndirilən şəxs kimi təqdim etmiş şəxs baxış keçirmək məqsədi ilə bölmənin həyətində dayanmış **-RT-*** dövlət qeydiyyat nişanlı “Hunday” markalı avtomobilə yaxınlaşmışlar. Baxış keçirilməmişdən əvvəl polis əməkdaşları avtomobilin sahibi Təqsirləndirilən şəxs təklif etmişlər ki, avtomobilin salonunda saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı əşya, o cümlədən də, narkotik vasitələr varsa, könüllü olaraq polis əməkdaşlarına təqdim etsin. Polis əməkdaşlarının təklifi ilə Təqsirləndirilən şəxs könüllü olaraq avtomobilin qabağ sol qapısını açaraq avtomobilin salonuna daxil olub orada ötürücü qutusunun arxasında yerləşən stəkanın içərisində olan bir ədəd salfetkaya bükülmüş bükülünü avtomobildən çıxardaraq açmış və həmin bükümün içərisində spesifik iyə məxsus ümumilikdə 12 ədəd şəffaf salofana bükülmüş bükülüləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülülərin içində spesifik iyə malik kütlə olmuşdur. Təqsirləndirilən şəxs dediyinə görə, həmin bükülülərdəki kütlə heroin, tiryək və el arasında “şüşə” adlanan narkotik vasitələrdir və həmin narkotik vasitələri o, “Ulduz” metrostansiyasının yaxınlığında tapmış və narkotikdən əziyyət çəkdiyi üçün ağrılarını sakitləşdirmək məqsədi ilə özündə saxlamışdır. Belə ki, bir neçə ildlr ki, o, (Təqsirləndirilən şəxs), narkomaniyadan əziyyət çəkdiyi üçün narkotik vasitələri qəbul etməyə məcburdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd salfetkada olan 12 ədəd şəffaf salofana bükülmüş bükülülər zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və onlar, o cümlədən, onun tərəfindən imzalanmışdır. Salfetkadaki 12 ədəd şəffaf salofana bükülmüş bükülülərin neçəsinin narkotik vasitə olan heroin, neçəsinin tiryək və neçəsinin el arasında “şüşə” adlanan narkotik vasitə olmasını Təqsirləndirilən şəxs dəqiqləşdirməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş və həmin protokol da onlar, yəni hal şahidləri və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 74-75). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandırarkən Şahid7 həmin hadisədən xeyli vaxt keçdiyinə görə çox şeyi unutduğunu, yalnız bir dəfə həmin vaxt əməliyyat tədbiri keçirilərkən hal şahidi qismində iştirak etdiyini, təqsirləndirilən şəxsin üzərinə, yaşadığı evə və idarə etdiyi maşına baxış keçirilməsində iştirak etməsinin dəqiq yadına düşdüyünü ifadəsinə əlavə etdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Bakı şəhəri, Binəqədi RPİ 5-cı Polis bölməsinin təhqiqatçısı Şahid8 suallara cavab olaraq bildirdi ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində araşdırma aparmış və onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik maddə hal şahidlərinin iştirakı ilə götürülmüş, videoçəkiliş aparılmaqla sənədləşdirilib, aidiyyəti üzrə toplanmış material istintaq şöbəsinə təqdim edilmişdir. O, 2017-ci ildən hazırkı vəzifədə işləyir, daxili işlər orqanlarında isə 2014-cü ildən xidmət edir. Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən nə vaxt bölməyə gətirildiyini xatırlamır. Son vaxtlar o, baxış istintaq hərəkətlərini videoçəkilişlə aparır, hal şahidləri isə təsadüfi dəvət edilən şəxslər olurlar. İlkin araşdırmanın bütün protokollarını o, tərtib etmiş, hal şahidlərinin iştirakı ilə baxış keçirmiş, lakin Arzumanın üzərindən hansı narkotik vasitələr aşkar olunduğunu dəqiq xatırlamır. Hal şahidlərinin adlarını xatırlamır, amma onları üzdən tanıyır. Arzumanı bölməyə əməliyyat müvəkkilləri gətirmiş və onun tərəfindən baxış keçirilmişdir. Xatırladığı qədər, Təqsirləndirilən şəxs icarəyə maşın götürmüş, maşının içərisindən də narkotik maddə aşkar olunmuşdur. Maşına baxış keçirilən zaman Arzuman şəxsən iştirak etmiş, sonuncu özü maşının salonundan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Sonra həmin maddəni hal şahidlərinin iştirakı ilə qablaşdırmış və sənədləşdirmişdir. Narkotik vasitə maşının salonundan aşkar olunmuş, lakin salonda haradan çıxdığını o, hazırda dəqiq xatırlamır. Arzumanın üzərinə də baxış keçirilmişdir. Arzumanın üzərinə və maşına baxış keçirilən zaman ayrı-ayrı hal şahidləri iştirak etmişdir. Arzumanın üzərinə baxış keçirilib qurtarandan sonra orada iştirak edən hal şahidlərinin işi olduğu və tələsdikləri üçün maşına baxışda iştirak etməyə başqa hal şahidləri dəvət olunmuşdur. Səhv etmirsə, əvvəlcə maşına baxış keçirilmiş, lakin hər iki baxışın arasında nə qədər vaxt keçdiyini xatırlamır. Arzumanın üzərinə və maşına baxış keçirilən zaman videoçəkilişin aparılıb-aparılmadığını dəqiq xatırlamır. Avtomobilə baxış keçirilən zaman iştirak etmiş hal şahidləri təsadüfi şəxslər olmuş, onları əməliyyat müvəkkili Şahid6 dəvət etmişdir. Nəqliyyat vasitəsinə baxış keçirilməsi zamanı videoçəkiliş aparılarkən istintaq hərəkətinin tarixi və saatının qeyd olunmaması, həmçinin istintaq hərəkəti barədə protokolda başlanma və qurtarma vaxtlarında kimin tərəfindən düzəliş aparmasını, əməliyyat müvəkkili Şahid6 baxış zamanı iştirak etsə də, protokolda onun iştirakının nəyə görə salınmamasını izah edə bilmir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşına baxış keçirilməsində digər hal şahidi qismində iştirak etmiş Şahid1 məhkəməyə dəvət edilib dindirilməsi üçün cinayətprosessual qanunvericiliklə nəzərdə tutulmuş bütün mümkün tədbirlər görülməsinə, o cümlədən şahidin məhkəməyə məcburi gətirilməsi haqqında qərar qəbul edilməsinə baxmayaraq, şahid məhkəmə iclaslarından yayınmış, qərarın icrası müvafiq polis orqanları tərəfindən həyata keçirilməmişdir. Bununla əlaqədar, məhkəmədə proses iştirakçılarının fikirləri öyrənilməklə onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan və tədqiq olunması qərara alınmışdır. Şahid1 həmin ifadəsində bildirmişdir ki, xx xxx 2019-cu il tarixdə təxminən saat 17 radələrində o, Azadlıq metrosunun yaxınlığında olarkən mülki geyimdə olan bir şəxs yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim edərək hal şahidi qismində onu Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə dəvət etmişdir. Polis bölməsində izah edilmişdir ki, onun iştirakı ilə bölmənin həyətində dayanmış “Hunday” markalı avtomobilin salonuna baxış keçiriləcəkdir. Ondan başqa bir nəfər də hal şahidi qismində dəvət edilmişdir. Avtomobilin salonuna keçiriləcək baxışdan əvvəl onlara, yəni hal şahidlərinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onlar, yəni hal şahidləri və özünü avtomobilin sahibi Təqsirləndirilən şəxs kimi təqdim etmiş şəxs baxış keçirmək məqsədi ilə bölmənin həyətində dayanmış **-RT-*** dövlət qeydiyyat nişanlı “Hunday” markalı avtomobilə yaxınlaşmışlar. Baxış keçirilməmişdən əvvəl polis əməkdaşları avtomobilin sahibi Təqsirləndirilən şəxs təklif etmişlər ki, avtomobilin salonunda saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı əşya, o cümlədən də, narkotik vasitələr varsa, könüllü olaraq polis əməkdaşlarına təqdim etsin. Polis əməkdaşlarının təklifi ilə Təqsirləndirilən şəxs könüllü olaraq avtomobilin qabaq sol qapısını açaraq avtomobilin salonuna daxil olub orada ötürücü qutusunun arxasında yerləşən stəkanın içərisində olan bir ədəd salfetkaya bükülmüş bükülünü avtomobildən çıxardaraq bükülünü açmış və həmin bükümün içərisində spesifik iyə məxsus ümumilikdə 12 ədəd şəffaf salofana bükülmüş bükülüləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülülərin içində spesifik iyə məxsus olan kütlə olmuşdur. Təqsirləndirilən şəxs dediyinə görə, həmin bükülülərdəki kütlə heroin, tiryək və el arasında “şüşə” adlanan narkotik vasitələrdir və həmin narkotik vasitələri o, “Ulduz” metrostansiyasının yaxınlığında tapmış və narkotik vasitələrdən əziyyət çəkdiyi üçün ağrılarını sakitləşdirmək məqsədi ilə özündə saxlamışdır. Belə ki, bir-neçə ildlr ki, o (Təqsirləndirilən şəxs), narkomaniyadan əziyyət çəkdiyi üçün narkotik vasitələri qəbul etməyə məcburdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd salfetkada olan 12 ədəd şəffaf salofana bükülmüş bükülülər zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və onlar, o cümlədən də, onun tərəfindən imzalanmışdır. Salfetkadaki 12 ədəd şəffaf salofana bükülmüş bükülülərin neçəsinin narkotik vasitə olan heroin, neçəsinin tiryək və neçəsinin el arasında “şüşə” adlanan narkotik vasitə olmasını Təqsirləndirilən şəxs dəqiqləşdirməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş və həmin protokol da onlar, yəni hal şahidləri və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 72-73). Şahid1 istintaqa verdiyi ifadəsi məhkəmədə tədqiq olunarkən həmin ifadənin avtomaşına baxış keçirilməsində iştirak etmiş digər hal şahidi Şahid7 ifadəsi ilə sözbəsöz, hətta orfoqrafik səhvlərlə təkrarlandığı, kompüterdə yazılmış digər hal şahidinin ifadəsinin Köçür Yapışdır (Copy Paste) yolu ilə tərtib edildiyi müəyyən olundu. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə barədə protokola əsasən, həmin əməliyyat tədbiri zamanı X5 tərəfindən könüllü olaraq əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən siqaretin rəngsiz kağızına bükülmüş bir büküm narkotik vasitə olan heroinə oxşar qəhvəyi rəngli kütlə təqdim edilmiş, bu zaman müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 28- 32). Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2019-cu il tarixli 12256 saylı rəyinə görə, X1 üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,964 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (cild 1, iş vərəqi 41-47). İbtidai istintaq orqanının xx xxxxxxx 2019-cu il tarixli qərarına əsasən, Apzuman Rzayevin üzərindən aşkar edilib götürülmüş bir bükümdə təmiz çəkisi 0,964 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd birdəfəlik iynəli 1 (bir) milli litrlik şpris cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 202). Məhkəmə-narkolojı ekspertizasının xx xxxx 2019-cu il tarixli 1675 saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs X2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 187-188). İş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər beş dəfə müxtəlif cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonuncu dəfə o, Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və cəzasının əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqi 113-115). Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 824 saylı məktubundan görüünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 4 ay 17 gününü çəkmiş, cəzanın 1 (bir) il 1 (bir) ay 9 (doqquz) günü isə çəkilməmiş qalmışdır. Cinayət işində olan Nərimanov rayonu 36 saylı Mənzil-Kommunal istismarı sahəsinin xx.xx.2019-cu il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bak şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 96 ünvanında Zəngilan rayonundan olan məcburi köçkün kimi məskunlaşmış, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 189-190). İstintaq orqanının xx xxxxxxx 2019-cu il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 203-205). Məhkəmə kollegiyası məhkəmədə tədqiq olunmuş bütün sübutları müqayisəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaretin rəngsiz kağızına bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 0,964 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi ilə bağlı toplanmış bütün sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə əldə olunduğunu qeyd edir. Bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş narkotik vasitələr və psixotrop maddələrin aşkar edilməsi, həmin maddi sübutların rəsmiləşdirilməsi ilə bağlı əməliyyat tədbiri aşağıda qeyd olunan çoxsaylı prosessual pozuntularla həyata keçirildiyindən, həmin sübutlar mötəbər hesab oluna bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokola görə, Təqsirləndirilən şəxs idarə etdiyi “Hunday” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda ötürücü qutusunun arxa hissəsində yerləşən stəkan qabının içərisindən şəffaf selofan kəsiyinə bükülmüş 5 (beş) büküm narkotik vasitə olan heroinə oxşar qəhvəyi rəngli kütlə, 2 (iki) büküm narkotik vasitə olan tiryəkə oxşar kütlə və 5 (beş) büküm psixotrop maddə hesab edilən metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 33-35). Nəqliyyat vasitəsinə keçirilmiş baxışın videogörüntüsünə baxış keçirilməsi haqqında xx xxx 2019-cu il tarixli protokola görə, baxış zamanı X4 müdafiəçisinin yanında könüllü olaraq idarə etdiyi “Hunday” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək salonunda ötürücü qutusunun arxa hissəsində yerləşən stəkan qabının içərisindən bir ədəd salfetkaya bükülmüş 5 (beş) ədəd içində qəhvəyi rəngli, 5 (beş) ədəd içində ağ rəngli və 2 (iki) ədəd içində narkotik vasitə olan tiryək rəgli kütlə olan, ümumilikdə isə 12 (on iki) ədəd şəffaf selofan kəsiyinə bükülmüş bükümləri könüllü olaraq təqdim etmiş və təqdim etdiyi bükümlərin içindəki kütlələrin narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir (cild 1, iş vərəqi 100). Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2019-cu il tarixli 12256 saylı rəyinə görə, X1 idarə etdiyi “Hunday” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilib götürülmüş 5 (beş) ədəd bükümdə, ümumi təmiz çəkisi 19,064 qram olan qəhvəyi rəngli maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 16,460 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryəkdir. 5 (beş) ədəd bükümdə, ümumi təmiz çəkisi 10,582 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən götürülmüş heroinin ümumi təmiz çəkisi 20,028 qramdır və həmin heroinlər xarici əlamərlərinə və tərkibindəki komponentlərinə görə eynidir (cild 1, iş vərəqi 41-47). Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətlər “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublukasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmədə Təqsirləndirilən şəxs idarə etdiyi “Hunday” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair videoçəkilişin aparıldığı və iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd diskə baxış keçirilərkən aşağıdakı çatışmamazlıqlar və ziddiyyətlər müəyyən edildi: İş materiallarına əlavə edilmiş həmin diskə “0000” adlı fayl köçürülmüşdür. Fayl açıldıqda orada təhqiqatçı tərəfindən avtomaşına baxış keçirilməsi, bu zaman istintaq hərəkətinin aparılmasında təhqiqatçı Şahid8 əlavə Təqsirləndirilən şəxs, hal şahidləri Şahid1 və Şahid7, əməliyyat müvəkkili Şahid6 və müdafiəçi kimi təqdim olunmuş şəxsin iştirak etdiyi görünür. Lakin videoçəkilişi aparan şəxsin şəxsiyyəti və çəkilişin aparıldığı videotexnikanın xüsusiyyətləri barədə nə çəkiliş zamanı heç nə bildirilmir, nə də ki, sonradan tərtib olunmuş baxış protokolunda bu barədə hər hansı qeyd aparılmamışdır. Bundan başqa, təhqiqatçı tərəfindən çəkiliş zamanı hərəkətlərin ardıcıllığı sözlə ifadə edilsə də, iş üçün mühüm əhəmiyyət kəsb edən baxışın keçirilməsi tarixi və vaxtı barədə heç nə bildirilmir, həmçinin bu qeydlər videoçəkilişin aparıldığı kamera vasitəsilə də əks olunmamışdır. Diskə köçürülmüş videoçəkilişin bütövlükdə 7 dəqiqə 47 saniyə davam etdiyi, əlavə olaraq, sol və arxa hissədə avtomaşının əzik yerlərinin olması müəyyən olunur. Həmçinin diskdəki faylın xüsusiyyətlərini əks etdirən səhifədəki qeydlərdən görünür ki, həmin fayl x xxx 2019-cu il tarixdə saat 16:50:43-də yaradılmışdır. Bu isə avtomaşına baxışın onun saxlanıldığı gündən bir gün sonra, yəni xx xxx 2019-cu ildə keçirilməsi barədə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə ilə üst-üstə düşür. Lakin növbəti qeyddən görünür ki, fayla xx xxx 2019-cu il tarixdə saat 16:38:48-də, yəni fayl yaradılmamışdan bir gün qabaq dəyişiklik edilmişdir. Hətta həmin vaxtın özü də nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokolda qeyd olunmuş vaxtla müqayisə olunduqda ziddiyyətlərin olması müəyyən edilir. Belə ki, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokola əsasən, baxış saat 18:20-də başlanmış, 18:45-də başa çatmışdır. Yəni hətta xx xxx 2019-cu il saat 16:38:48də fayla dəyişiklik edilməsi haqqında qeydlə müqayisə etdikdə belə görünür ki, həmin fayl protokolda baxışın başlanmasını əks etdirən saat 18:20-dən təxminən 2 saat əvvəl – saat 16:38:48-də mövcud olmuş və faylda dəyişiklik edilmişdir. Bundan əlavə, xx xxx 2019-cu il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol məhkəmədə tədqiq olunarkən onunla həmin əməliyyat tədbirinin əks olunduğu videoçəkiliş arasında digər çatışmamazlıqların da olması müəyyən edildi. Belə ki, diskə baxış zamanı əməliyyat tədbirinin keçirilməsində təhqiqatçı Şahid8 əlavə Təqsirləndirilən şəxs, hal şahidləri Şahid1 və Şahid7, əməliyyat müvəkkili Şahid6 və müdafiəçi kimi təqdim olunmuş şəxsin iştirak etdiyi müəyyən olunsa da, naməlum səbəbdən polis əməkdaşı Şahid6 iştirakı protokola salınmamış, həmçinin protokolda baxışın başlanma və qurtarma vaxtında mexaniki üsulla düzəlişlər aparılmışdır. Çəkilişin qeyd olunduğu diskdə əməliyyat tədbirinin bütövlükdə 7 dəqiqə 47 saniyə davam etməsi təsdiq olunsa da, təhqiqatçı tərəfindən tərtib olunmuş protokola əsasən həmin vaxt 25 dəqiqə təşkil etmişdir. Polis əməkdaşı Şahid6 məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış aparılarkən, həm də nəqliyyat vasitəsinə baxış keçirilərkən özünün iştirak etdiyini göstərməsinə və sonuncu hal videoçəkilişə baxışla təsdiq olunmasına baxmayaraq, bu barədə onun istintaq orqanına verdiyi ifadəsində heç nə qeyd edilməmiş, eyni zamanda baxış protokoluna onun iştirakı salınmamışdır. Yuxarıda qeyd olunan nəqliyyat vasitəsinə baxış keçirilməsi ilə əlaqədar məhkəmə, həmçinin aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236.3, 244.1 və 246.3cü maddələrinə əsasən, baxış, axtarış (şəxsi axtarış) və götürmə kimi istintaq hərəkətləri azı 2 hal şahidinin iştirakı ilə aparılır. Həmin Məcəllənin 236.4, 245.3 və 246.3-cü maddələrinin tələbinə görə, baxış və şəxsi axtarış zamanı azı 2 hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin baxış, axtarış (şəxsi axtarış) və götürmə kimi istintaq hərəkətlərinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidlərinin iştirakı ilə keçirilməli olan istintaq hərəkətlərinin hal şahidinin iştirakı olmadan keçirilməsi cinayət-prosessual qanunvericiliyin kobud pozuntusu sayılır və bu yolla əldə edilmiş sübutlar mümkün olmayan sübutlar kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 109.1.3-109.1.8-ci maddələrində nəzərdə tutlmuş hallardan hər hansı biri mövcud olduqda, habelə şəxs bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz. Azərbaycan Respublikası CPM-nin 115.2-ci maddəsinə əsasən, hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.4-cü maddəsinə görə, bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd olaraq hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. İş materiallarına əlavə olunmuş məhkəmənin öz təşəbbüsü ilə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə etdiyi 2019-2020-ci illərə aid məlumatlardan, habelə ittiham aktı və məhkəmə hökmlərindən görünür ki, Şahid1 və Şahid7 bir sıra cinayət işlərində mütəmadi olaraq hal şahidi qismində iştirak etmişlər. Belə ki, Şahid7 1(011)-215/2019 (Bakı şəhəri, Xətai rayon Məhkəməsi), 1(101)-142/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi), 1(101)-177/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi – hazırkı cinayət işi), 1(006)-334/2019 (Bakı şəhəri, Nəsimi rayon Məhkəməsi), 1(011)-322/2019 (Bakı şəhəri, Xətai rayon Məhkəməsi), 1(101)-595/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi) və 1(101)- 762/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi) saylı cinayət işlərində, Şahid1 isə 1(011)- 322/2019 (Bakı şəhəri, Xətai rayon Məhkəməsi), 1(011)-215/2019 (Bakı şəhəri, Xətai rayon Məhkəməsi), 1(011)-234/2019 (Bakı şəhəri, Xətai rayon Məhkəməsi), 1(101)- 779/2019 (Bakı Ağır Cinayətlər Məhkəməsi), 1(101)-391/2019 (Bakı Ağır Cinayətlər Məhkəməsi), 1(101)-579/2019 (Bakı Ağır Cinayətlər Məhkəməsi), 1(101)-142/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi), 1(101)-177/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi – hazırkı cinayət işi), 1(007)-102/2019 (Bakı şəhəri, Nizami rayon Məhkəməsi), 1(011)-154/2019 (Bakı şəhəri, Xətai rayon Məhkəməsi), 1(101)-85/2020 (Bakı Ağır Cinayətlər Məhkəməsi), 1(008)-272/2019 (Bakı şəhəri, Sabunçu rayon Məhkəməsi), 1(001)-364/2019, 1(001)- 365/2019 (Bakı şəhəri, Binəqədi rayon Məhkəməsi), 1(002)-3/2020 (Bakı şəhəri, Qaradağ rayon Məhkəməsi) və sair işlərdə (cəmi 49 dəfə) hal şahidi qismində iştirak etmişdir. Həmin işlərdən 5-də göstərilən hal şahidləri birlikdə iştirak etmişlər. Yuxarıda qeyd edilənlər onu təsdiq edir ki, hal şahidi kimi mütəmadi iştirakı istisna edən qanunun müddəalarının kobud pozulması ilə yanaşı, Şahid1 ilə Şahid7 cinayət prosesində marağı olan şəxslərdir. Həmin hallar, həmçinin nəqliyyat vasitəsinə baxışda iştirak edən digər hal şahidini tanımaması, özünün cəmi 1 iş üzrə hal şahidi qismində iştirak etməsi barədə Şahid7 məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Hətta məhkəmədə verdiyi ifadəsində o, Təqsirləndirilən şəxs üzərinə, evinə və nəqliyyat vasitəsinə baxış keçirilməsində iştirak etdiyini, hal şahidi qismində iştirak etməyə onu Baş Narkotiklə Mübarizə İdarəsi işçilərinin dəvət etdiyini, təqsirləndirilən şəxsin Xırdalanda parkın yanında saxlanılaraq üzərinə baxış keçirildiyini bildirməklə, faktiki olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş və bəraət hökmü çıxarılması ilə nəticələnmiş 1(101)-142/2020 saylı cinayət işi üzrə keçirilmiş əməliyyat tədbirində iştirakını təsdiq etdi, bu isə, bütövlükdə onun ifadələrini şübhə altına almağa əsas verir. Həm də qeyd etmək lazımdır ki, Şahid7 məhkəmədə verdiyi ifadəsində özünün 18 il ərzində polis orqanlarında işlədiyini, daha sonra dələduzluq cinayəti törətdiyinə görə məhkum olunduğunu və hazırkı iş üzrə hal şahidi qismində iştirak edərkən şərti cəza çəkdiyini bildirmiş, bu isə onun hal şahidi qismində maraqlı olmasını təsdiq edir və işdə iştirakını istisna edən hallar hesab olunmalıdır. Baxışda iştirak edən digər hal şahidi Şahid1 isə məhkəmədə iştirakını təmin etmək üçün cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlərin görülməsinə baxmayaraq, sonuncunun iştirakını təmin etmək mümkün olmamış və bu yolla həmin şahid məhkəmədən yayınmışdır. Qeyd olunanlar isə, həmin şahidin də hazırkı işdə maraqlı şəxs olması barədə məhkəmənin gəldiyi nəticəni bir daha təsdiq edir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, Şahid1 və Şahid7 məhkəmə icraatında hal şahidi kimi iştirakı mütəmadi xarakter daşıdığından, habelə cinayət prosesində şəxsi maraqları olduğundan, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 115.4-cü maddəsinə əsasən, hazırkı cinayət işi üzrə onların iştirak etdiyi istintaq hərəkətləri etibarsızdır. Göstərilənlərlə yanaşı, həmçinin qeyd edilməlidir ki, obyektivlik naminə Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı hal şahidləri qismində iştirak etmiş Şahid3 və Şahid2 barədə 2019-2020-ci illərə aid məlumatlar da yoxlanılmış, bu zaman onların hər ikisinin yalnız bir dəfə hazırkı iş üzrə hal şahidi olduqları müəyyən edilmişdir. Eyni bir gündə və vaxtda eyni şəxsin üzərinə və idarə etdiy nəqliyyat vasitəsinə baxışlar keçirilməsi zamanı, birinci halda iştirak etmiş və işdə marağı olmayan iki nəfər hal şahidinin hansı səbəbdən nəqliyyat vasitəsinə də baxış keçirilməsində iştirakdan kənarlaşdırılması, əvəzində işdə marağı olan və mütəmadi olaraq əməliyyat tədbirlərində hal şahidi kimi iştirak etmiş digər iki şəxsin cəlb edilməsi başa düşülən deyildir. Qeyd olunan məsələnin araşdırılması ilə bağlı sualları cavablandırarkən əməliyyat tədbirilərini həyata keçirən əməliyyat müvəkkili Şahid6 və təhqiqatçı Şahid8 mövqeləri də fərqli olmuşdur. Belə ki, Şahid6 bunu yerli məhkəmələrin əvvəllər başqa işlər üzrə sanksiya verilərkən eyni hal şahidlərinin təkrar hal şahidi qismində iştirak etmələrinin onlara irad kimi bildirmələri ilə əlaqələndirmiş, təhqiqatçı Şahid8 isə Arzumanın üzərinə baxışda iştirak edən hal şahidlərinin tələsmələri və işi olduğu üçün maşına baxışda iştirak etmək istəməmələri, bu səbəbdən nəqliyyat vasitəsinə baxışda iştirak etmək üçün başqa hal şahidlərinin dəvət olunduğunu bildirmişdir. Bütün bunlar isə nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx xxx 2019-cu il tarixli protokolun şübhəli olması barədə məhkəmənin gəldiyi nəticəni bir daha təsdiq edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş xx xxx 2019-cu il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol mümkün olmayan sübut kimi qiymətləndirilərək CPM-nin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilməlidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş məhkəmənin digər vəzifəsi şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaqdan ibarətdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. X10 Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Cinayət-Prosessual Məcəlləsinin 125ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. X10 Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, hazırkı iş üzrə məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından külli miqdarda narkotik vasitə olan heroin və tiryək, həmçinin psixotrop maddə olan metamfetaminin aşkar edilib götürülməsi ilə bağlı əməliyyat və istintaq hərəkətləri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmışdır. Həmçinin şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğu, hal şahidlərinin iştirakının mütəmadiliyi və onların cinayət prosesində şəxsi maraqlarının olması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və tiryəki, həmçinin psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib daşıyaraq saxlama cinayətini törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr olsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Yuxarıda qeyd edilənləri məcmu halda qiymətləndirərək məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından külli miqdarda narkotik vasitə olan heroin və tiryək, həmçinin psixotrop maddə olan metamfetaminin aşkar edilib götürülməsi epizodu üzrə təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı tərəfindən kifayət qədər sübutlar toplanılmadan ehtimallara və mülahizələrə əsasən həmin epizod üzrə ona ittiham verilmiş, toplanmış sübutlar onun həmin epizod üzrə təqsirsizliyini təsdiq etmişdir. Bununla belə, Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini naməlum mənbədən qanunsuz yolla əldə edib daşıyaraq saxlaması, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə, cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Göstərilənləri ümumiləşdirərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2 və 42-ci maddələrinin rəhbər tutaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından külli miqdarda narkotik vasitə olan heroin və tiryək, həmçinin psixotrop maddə olan metamfetaminin aşkar edilib götürülməsi epizodu üzrə verilmiş ittiham ümumi ittihamdan xaric edilməklə həmin hissədə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs “xxxxxxxx” MMC-dən icarəyə götürdüyü “Hunday” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salonunda ötürücü qutusunun arxa hissəsində yerləşən stəkan qabının içərisindən 5 (beş) ədəd şəffaf selofan kəsiyinə bükülmüş vəziyyətdə külli miqdarda ümumi təmiz çəkisi 19,064 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 2 (iki) ədəd şəffaf selofan kəsiyinə bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 16,460 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək və 5 (beş) ədəd şəffaf selofan kəsiyinə bükülmüş vəziyyətdə külli miqdarda ümumi təmiz çəkisi 10,582 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetaminin aşkar edilərək götürülməsi faktı üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, Binəqədi RPİ-də saxlanılan yuxarıda qeyd olunmuş maddi sübutlar, eləcə də nəqliyyat vasitəsinə keçirilmiş baxışın videogörüntüsünü əks etdirən 1 (bi) ədəd disk həmin materiallara əlavə edilməlidir. Bununla belə, Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilərkən üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar edilməsi epizodu üzrə onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi həmin əməl düzgün tövsif edilmişdir, qeyd olunan əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qeyd olunan ittiham üzrə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Azərbaycan Respublikası 60.1.1-ci maddəsinə əsasən, cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə müxtəlif cinayətlər törətdiyinə görə məhkum olunmuş və həmin məhkumluqları ödənilmişdir. Lakin o, sonuncu dəfə Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və cəzasının əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 824 saylı məktubundan görüünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulana qədər Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 1 (bir) ay 9 (doqquz) günü çəkilməmiş qalmışdır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif cinayətlər törətməklə dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin həmin cəzaları çəkməsinə baxmayaraq, onlardan nəticə çıxarmamış və islah olunmamışdır. Məhkəmə bu halı səciyyələndirən hal kimi nəzərə alaraq, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının yuxarı həddi daxilində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 1 (bir) ay 9 (doqquz) günü çəkilməmiş qalmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 6 (altı) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü üzrə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla birləşdirilməli, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Binəqədi RPİ 5-ci Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş materiallarında olan məhkəmə-narkolojı ekspertizasının xx xxxx 2019-cu il tarixli 1675 saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs X2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Qeyd olunanlara görə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalı və o, ərazi narkoloji dispanverində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalıdır. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübut – Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş 1 ədəd siqaretin rəngsiz kağızına bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 0,964 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd birdəfəlik iynəli 1 (bir) milli litrlik şpris məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2.4, 344-347, 349, 350, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 9 (doqquz) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 6 (altı) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 6 (altı) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Binəqədi RPİ-də saxlanılan 1 ədəd siqaretin rəngsiz kağızına bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 0,964 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd birdəfəlik iynəli 1 (bir) milli litrlik şpris məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs “xxxxxxxx” MMC-dən icarəyə götürdüyü “Hunday” markalı **- RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salonunda ötürücü qutusunun arxa hissəsində yerləşən stəkan qabının içərisindən 5 (beş) ədəd şəffaf selofan kəsiyinə bükülmüş vəziyyətdə külli miqdarda ümumi təmiz çəkisi 19,064 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 2 (iki) ədəd şəffaf selofan kəsiyinə bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 16,460 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək və 5 (beş) ədəd şəffaf selofan kəsiyinə bükülmüş vəziyyətdə külli miqdarda ümumi təmiz çəkisi 10,582 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetaminin aşkar edilərək götürülməsi epizodu üzrə verilmiş ittiham ümumi ittihamdan xaric edilməklə, həmin hissədə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə mindikdən sonra həmin hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Binəqədi rayon Polis idarəsində saxlanılan ümumi təmiz çəkisi 19,064 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 2 (iki) ədəd şəffaf selofan kəsiyinə bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 16,460 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək və 5 (beş) ədəd şəffaf selofan kəsiyinə bükülmüş vəziyyətdə külli miqdarda ümumi təmiz çəkisi 10,582 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, eləcə də nəqliyyat vasitəsinə keçirilmiş baxışın videogörüntüsünü əks etdirən 1 (bi) ədəd disk həmin materiallara əlavə edilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-177/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-177/2020
23.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver