Məhkəmə qərarları › İş №1(101)-177/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-177/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-177/2021 25.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101)-177/2021 Azərbaycan Respublikası adından Hökm Bakı Ağır Cinayətlər Məhkəməsi «25» may 2021-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə; məhkəmə iclas katibi X2, X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin Bakı Ağır cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxxxxxx 1986-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmuş, Cəlilabad şəhəri, Təbriz küçəsi ev 54-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 87, mənzil 46-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə; xx xxxxxxxx 1993-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2l 7-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə; xx xxxxxx 1988-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1, İran İslam Respublikasında yaşayan, şəxsiyyəti istintaqa məlum olmayan Milad adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi barədə razılıq əldə etmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan cinayətkar qrupun üzvü qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə İran İslam Respublikasında əldə edib, saxlayıb daşımaqla Azərbaycan Respublikasının ərazisinə keçirmiş, bundan sonra o, həmin külli miqdarda həmin narkotik vasitələri və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etmiş, saxlamış və daşımış və satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 təhvil vermişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin noyabr ayının təxminən 15-də İran İslam Respublikasında yaşayan və şəxsiyyəti istintaqa məlum olmayan Milad adlı şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitələr olan heroinin, tiryəkin, metadonun və külli miqdarda psixotrop maddə olan metamfetaminin İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi barədə razılıq əldə etmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü şəxsiyyəti istintaqa Peyman adı ilə məlum olan şəxs şəxsiyyəti istintaqa məlum olmayan cinayətkar qrupun digər üzvünə verdiyi göstəriş əsasında sonuncu qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitələr təmiz çəkisi 20,15 (iyirmi tam yüzdə on beş) qram heroini, təmiz çəkisi 600,60 (altı yüz tam yüzdə altmış) qram tiryəki və təsiredici maddəsinin miqdarı 9,40 (doqquz tam yüzdə qırx) qram təşkil edən 235 həb metadonu, eləcə də, külli miqdarda psixotrop maddə hesab edilən təmiz çəkisi 3,20 (üç tam yüzdə iyirmi) qram metamfetamini qanunsuz olaraq satış məqsədilə İran İslam Respublikasında əldə edib, saxlayıb daşımaqla Azərbaycan Respublikasının ərazisinə keçirmiş, bundan sonra keçirdiyi qeyd olunan külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni Təqsirləndirilən şəxs1 çatdırılması üçün cinayət hadisəsinə aidiyyəti olmayan Azərbaycan Respublikası vətəndaşı Şahid5 vermişdir. Bundan sonra, 17 noyabr 2019-cu il tarixdə cinayətdən məlumatsız olan Şahid5 içərisində digər əşyalarla yanaşı qeyd olunan külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan bağlamanı Təqsirləndirilən şəxs1 çatdırılması üçün cinayət hadisəsinə aidiyyəti olmayan, Astara- Bakı avtomobil yolu istiqamətində taksi sürücüsü kimi fəaliyyət göstərən digər Azərbaycan Respublikası vətəndaşı Şahid3 verərək Bakı şəhərində Təqsirləndirilən şəxs1 çatdırılmasını tapşırmış, bundan sonra Şahid3 içərisində külli miqdarda narkotik vasitələr təmiz çəkisi 20,15 (iyirmi tam yüzdə on beş) qram heroin, təmiz çəkisi 600,60 (altı yüz tam yüzdə altmış) qram tiryək və təsiredici maddəsinin miqdarı 9,40 (doqquz tam yüzdə qırx) qram təşkil edən 235 həb metadon, eləcə də, külli miqdarda psixotrop maddə hesab edilən təmiz çəkisi 3,20 (üç tam yüzdə iyirmi) qram metamfetamin olan bağlamanı həmin tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Təqsirləndirilən şəxs1 təhvil verdiyindən sonuncu həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə edib saxlayıb daşımış, özünün həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddənin satışının həyata keçirilməsi barədə əvvəlcədən cinayətkar razılaşma əldə etdiyi Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanın qarşısında təhvil vermişdir. Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması barədə razılıq əldə etmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olaraq bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamış, həmçinin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün satarkən saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 2019-cu ilin noyabr ayında Kərimov Vasif Sakit oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə ümumi razılığa gəldikdən sonra cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 cinayətin törədilməsinə aidiyyəti olmayan Azərbaycan Respublikasının vətəndaşı Şahid3 17 noyabr 2019-cu il tarixdə külli miqdarda narkotik vasitələr təmiz çəkisi 20,15 (iyirmi tam yüzdə on beş) qram heroini, təmiz çəkisi 600,60 (altı yüz tam yüzdə altmış) qram tiryəki və təsiredici maddəsinin miqdarı 9,40 (doqquz tam yüzdə qırx) qram təşkil edən 235 həb metadonu, eləcə də, külli miqdarda psixotrop maddə hesab edilən təmiz çəkisi 3,20 (üç tam yüzdə iyirmi) qram metamfetamini qanunsuz əldə edib saxlamaqla daşıyaraq yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanın qarşısında əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq ona təhvil vermiş, o da öz növbəsində qeyd olunan külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla özünün kirayədə yaşadığı ünvan 6 ünvanında qanunsuz olaraq saxlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2 tamah niyyətilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satışını həyata keçirmək məqsədilə 21 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 özünün kirayədə yaşadığı həmin mənzilində, qanunsuz olaraq əldə edib, daşıyıb saxladığı külli miqdarda narkotik vasitə olan heroindən külli miqdarda 10 qram heroini və külli miqdarda psixotrop maddə hesab edilən metamfetamindən külli miqdarda 3 qram metamfetamini 290 manat müqabilində satarkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 22 noyabr 2019-cu il tarixdə saat 00:10 radələrində hər ikisi saxlanılmış, keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən qrup üzvlərinə məxsus külli miqdarda narkotik vasitələr təmiz çəkisi 20,15 (iyirmi tam yüzdə on beş) qram heroin, təmiz çəkisi 600,60 (altı yüz tam yüzdə altmış) qram tiryək və təsiredici maddəsinin miqdarı 9,40 (doqquz tam yüzdə qırx) qram təşkil edən 235 həb metadon, eləcə də, külli miqdarda psixotrop maddə hesab edilən təmiz çəkisi 3,20 (üç tam yüzdə iyirmi) qram metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmək məqsədi ilə 21 noyabr 2019-cu il tarixdə saat 18.53-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib bu barədə müvafiq razılıq əldə etdikdən sonra narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi niyyəti ilə həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 tapşırığı ilə Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı ünvan 6 ünvanına gedərək narkotik vasitə olan külli miqdarda 10 qram heroini və psixotrop maddə hesab edilən külli miqdarda 3 qram metamfetamini Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə cəhd etmiş, lakin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 22 noyabr 2019-cu il tarixdə saat 00:10 radələrində cinayət başında yaxalandığından bilavasitə cinayət törətməyə yönəlmiş əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, baxış zamanı mənzildən narkotik vasitələr olan külli miqdarda - təmiz çəkisi 20,15 (iyirmi tam yüzdə on beş) qram heroin, təmiz çəkisi 600,60 (altı yüz tam yüzdə altmış) qram tiryəki və təsiredici maddəsinin miqdarı 9,40 (doqquz tam yüzdə qırx) qram təşkil edən 235 həb metadon, eləcə də, külli miqdarda psixotrop maddə hesab edilən təmiz çəkisi 3,20 (üç tam yüzdə iyirmi) qram metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uşaq vaxtlarından Cəlilabadda yaşayır, Təqsirləndirilən şəxs3la bir yerdə uşaqlığı keçmiş, hər ikisi güləşlə məşğul olmuşlar. Onun üzərindən heç bir narkotik vasitə aşkar olunmamış və onun ümumiyyətlə narkotiklə əlaqəsi olmamışdır. Telefonla narkotik vasitə barədə danışsa da, o, heç kimi idarə etməmiş və heç bir dəstəyə başçılığı olmamışdır. O, heç bir İran vətəndaşını tanımamışdır. O, İrandan məişətdə istifadə ediləcək müxtəlif mallar və ərzaq məhsullarını Astara şəhərindən taksi sürücüləri vasitəsi ilə gətirmişdir. Ərzaq malları Astarada çox ucuz olduğu üçün taksi sürücülərinə pul verərək həmin ərzaq mallarını alırmış. O, xalasıgilin evində olarkən, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları qəfildən evə gəlmişlər. Onun xalasıoğluna xəsarət yetirmişlər, onu isə döymüşlər. Bir də idarədə üzərinə su tökülən zaman ayılmışdır. Məhkəmədə barəsində həbs seçilərkən ona təzyiq olunmasını deməyə çalışsa da, qorxmuşdur ki, yenidən idarəyə qayıdan zaman ona təkrar təzyiq göstərərlər. Bir daha bildirir ki, onun narkotik vasitələrdən xəbəri olmamış və narkotik satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı ifadə verərkən təzyiq altında olmuşdur. Bu səbəbdən həmin ifadəsini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsini təsdiq edir. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə verməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Rəsulla Vasifi tanıyır. 2019-cu ildə cəzaçəkmə müəssisəsindən həbsdən buraxıldıqdan sonra Vasif ona iş tapmaqda kömək etmişdir. Bir müddətdən sonra o, özü istifadə etmək üçün evinə narkotik vasitə gətirmişdir. Həmin narkotikləri satmaq niyyəti olmamışdır. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları evindən çıxan narkotik vasitələri düzgün rəsmiləşdirməmişlər. Onun evindən metadonla tiryək çıxmamışdır. Evindən aşkarlanan tərəzini qızıl satmaq üçün saxlamışdır. O tərəzini yoldan tapmışdır. Təqsirləndirilən şəxs3 ondan 290 manat borc pul götürmüşdür. Bir müddət sonra həmin borcu ona qaytarmağa gələrkən birlikdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulmuşlar. O, Rəsula narkotik vasitə satmamışdır. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları evinə baxış keçirdikdən 1 saat sonra guya onun imiş kimi əlavə narkotik vasitələri ondan tapılan narkotik vasitələrə əlavə etmişlər. Ondan Təqsirləndirilən şəxs1 soruşduqda isə, o, narkotikləri Vasifdən almadığını bildirmişdir. Ona fiziki təzyiq olaraq elektrik cərəyanı vermişlər. Onun evində 5.500 manat pul vəsaiti olsa da həmin vəsaiti qeyd etməmişlər. DTX-nın əməkdaşları onun qolundan qızıl sepi də açmışlar. Evindən aşkar olunan narkotik ona məxsusdur, lakin tiryəklə, metadon onun evində olmamışdır. Onun evindən 3-3,5 qram metonfetomin aşkar olunmuşdur. O, iki ildir narkotik istifadə edir, narkotiki öz istifadəsi üçün əldə etmiş və ilk gündən narkotik vasitələrin Vasiflə əlaqəsi olmadığını, həmin narkotikin özünə aid olduğunu bildirmişdir. O, Rəsulun narkotik istifadə etməsini görməmiş və Rəsula narkotik vasitə satmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir və məhkəmə zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Nasirlə Vasifi uşaqlıq illərindən tanıyır. Onlarla Cəlilabad rayonunda güləşlə məşğul olmuşlar. O, Nasirdən bir müddət əvvəl aldığı 290 manat miqdarında olan pul vəsaitini ona geri qaytarmaq üçün evinə gedən zaman girişin qarşısında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulmuşdur. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onun üzərinə baxış keçirən zaman üzərindən heç nə aşkar olunmamışdır. Onu idarəyə aparıb döymüşlər, ancaq boynuna heç nə qoymamışlar. Onun narkotik almaq fikri olmamışdır. Ümumiyyətlə bu cinayət işində onun narkotik vasitəyə aidiyyəti yoxdur. O, tutulan zaman Nasirə borcunu vermək məqsədilə gəlmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, məhkəmə zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr ilə məhkəmə istintaqı zamanı verdikləri ifadələr arasında ziddiyətlər olduğu üçün onların ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmədə elan edilərək, tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən bir il əvvəl instagramda Milad adlı şəxslə tanış olduqdan sonra Milad ondan mobil nömrəsini istəmiş o da “vatsap” proqramı ilə yazmış və Milad ona narkotik vasitələrin qanunsuz dövriyyəsini təklif edərək son bir il ərzində müxtəlif vaxtlarda təxminən 5-6 dəfə narkotik vasitə heroin, metadon, metofetamin, tiryək göndərmişdir. Miladın yanında öz dediyi qədəri ilə Əli adlı şəxs olmuşdur. Milad həmin şəxsə həmişə ağsaqqal deyə müraciət etmişdir. Miladın sözlərinə görə Əli daha böyük işlər görür. Belə ki, bir dəfəyə Əli Azərbaycana 50-100 kiloqram narkotik vasitə göndərir. Lakin o, Əlinin üzünü görməmiş sadəcə 1 dəfə Miladın nömrəsi ilə hal-əhval tutmuşdur. 2019-cu il oktyabr ayının sonlarında Cəlilabad rayonunda Təqsirləndirilən şəxs2 görmüşdür. Nasir ona türmədən yeni çıxdığını və iş axtardığını bildirmiş, o isə Nasirə narkotik vasitələrin satışında ona kömək etdiyi halda sonuncuya pul verə biləcəyini demişdir. Nasir ona öz razılığını verdikdən sonra noyabr ayının əvvəllərində o, Təqsirləndirilən şəxs2 kirayə tutduğu və Fidan adlı nikahdan kənar münasibət saxladığı qadının da yaşadığı Sabunçu rayonu, L.Məmmədbəyova ünvanında yerləşən mənzilə aparmış və Təqsirləndirilən şəxs2 həmin evdə yaşamışdır. O, Təqsirləndirilən şəxs2 narkotik vasitələri verdikdən sonra sonuncu evdə gizlin yerlərdə həmin narkotik vasitələri yerləşdirdikdən sonra satışını həyata keçirmişdir. O, narkotik vasitələri adətən Miladın ona yönləndirdiyi şəxslərə satmışdır. O, narkotik maddə satdığı şəxsləri xatırlamır. Bəzi şəxslərə o, Təqsirləndirilən şəxs2 narkotik vasitəni götürərək özü, bəzilərinə isə Nasirin vasitəsi ilə satmışdır. Nasir adətən onun dediyi şəxslərlə Sabunçu rayonu ərazisində görüşmüşdür. Milad adlı şəxs ona sonuncu dəfə narkotik vasitləri və psixotrop maddəni 17 noyabr 2019-cu il tarixdə istifadəsində ***- ***-**-** saylı mobil telefon nömrəsi olan “Mercedes-Benz” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sürücüsü Natiq adlı şəxs vasitəsilə göndərmişdir. O, yol pulu olaraq həmin Natiq adlı şəxsə 20 manat pul vermişdir. 17 noyabr 2019-cu il tarixdə Natiq tərəfindən ona çatdırılmış narkotik vasitələri və psixotrop maddəni qeyd olunan tarixdən təxminən iki həftə əvvəl Milada sifariş vermişdir. O, narkotik vasitələrin və psixotrop maddənin qaçaq yolla Azərbaycana gətirildiyini bilsə də, həmin malın məhz hansı üsulla və kim tərəfindən gətirildiyini bilmir. Həmin narkotik vasitələri və psixotrop maddəni Sabunçuda yerləşən mənzilə aparması üçün Yasamal rayonunda yerləşən evinin həyətində Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında yaşayan Milad adlı şəxsi tanımır və Miladın onun üçün qaçaq yolla İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddə göndərməsindən Təqsirləndirilən şəxs2 məlumatı olmamışdır. Həmçinin Fidan da onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onun yaşadığı ünvandan aşkar edilmiş külli miqdarda narkotik vasitələr və psixotrop maddənin qaçaqmalmılıqla ölkə ərazisinə keçirilməsinə heç bir aidiyyatı olmamış, ümumiyyətlə Nasir və Rəsul Milad adlı şəxsi tanımamışlar. Nasir narkotik vasitələrin yalnız satışı ilə məşğul olmuş, Rəsul isə ondan yaxud Nasirdən narkotik vasitə almışdır. Onun 15 yanvar 2020-ci il tarixdə X4 qeydiyyatda olduğu və yaşadığı ünvan 7 ünvanından aşkarlanaraq götürülən külli miqdarda narkotik vasitələr olan metadon və tiryəkin ona heç bir aidiyyatı olmamış, bu barədə heç bir məlumata malik deyildir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində bildirmişdir ki, 2019-cu il oktyabr ayının 21-i cəzasını tam çəkib qurtardıqdan sonra azad olunmuş və Cəlilabad rayonuna qayıtdıqdan sonra rayonda tanışı Təqsirləndirilən şəxs1 görən zaman işsiz olduğunu, iş axtardığını bildirmişdir. Vasif ona Bakıya gəldiyi təqdirdə zəng etməyini tapşırmışdır. Bundan sonra təxminən 1 noyabr 2019-cu il tarixdə o, Bakıya gəlmiş və iki gün əmisi oğlunun kirayədə yaşadığı evdə qaldıqdan sonra Vasiflə telefon əlaqəsi saxlayaraq görüşmək istədiyini bildirmişdir. Vasif onunla Neftçilər metrostansiyası yaxınlığında görüşmüşdür. Vasif söhbət əsnasında ona “Razin” adlanan ərazidə ev tutduğunu orada tanışı Fidan adlı qızın yaşadığını bildirmişdir. Vasif iş tapana qədər ona həmin evdə qalmağı təklif etmişdir. O, Vasiflə Sabunçu rayonu, Leyla Məmmədbəyova küçəsində yerləşən bina evinə gəldikdən sonra Vasif ona qalmağı üçün yer ayırmışdır. Vasif Fidan adlı qızla nikahdan kənardan münasibət saxlamışdır. Təxminən 3-4 gün sonra Vasif evdə narkotik vasitə heroin olduğunu, ona həmin heroini dediyi şəxslərə verməyi təklif etmiş, o isə sonuncunun bu təklifini qəbul etmişdir. Vasifin evinə yerləşdikdən sonra Vasif 17 noyabr 2019-cu il tarixədək 3 dəfə həmin evə nakotik vasitə və psixotrop maddə gətirmişdir. Həmin narkotik vasitələr əsasən heroin, metafetamin, tiryək və psixotrop maddə metadon olmuşdur. O, həmin narkotik vasitələri dəqiq ayın neçəsi gətirdiyi, çəki yaxud saylarını xatırlamasa da lakin son 17 gün ərzində baş tutmuşdur. Həmin narkotik vasitələr və psixotrop maddələri o, Vasifin dediyi şəxslərə satmışdır. Heroinin bir qramını 30 manata, tiryəkin bir qramını 10 manata, metafetaminin bir qramını 15 manata, metadonun bir ədədini isə 10 manata satmışdır. Satdıqları şəxslər bəzən nağd bəzən isə nisyə olaraq narkotik vasitələri götürmüşlər. Bir neçə gün sonra isə həmin narkotik vasitələrin pulunu ödəyib yeni partiya götürmüşlər. Həmin vaxt onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi, Vasifin isə istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Onlar telefon danışıqlarında təhlükəsizlik məqsədi ilə, kiminsə qulaq asması təqdirdə heç kimin başa düşməməsi üçün şərti kod sözləri olaraq heroini “kola”, tiryəki “köynək”, metafetamini “padpress” yaxud “patı”, metadonu “meti”, qram sözünü isə bəzən “manat” deyə ifadə etmişlər. 17 noyabr 2019-cu il tarixdə Vasif ona zəng vuraraq Yasamal rayonu ərazisində yerləşən evinə çağırmışdır. Vasifin kirayə tutduğu həmin evdə o, əvvəllər olmamışdır. Vasif ona blokda sellofan bağlama verərək Sabunçuda yerləşən evinə aparmağı tapşırmışdır. Vasif ona bağlamada narkotik vasitə heroin, tiryək və metadon olduğunu bildirmiş və o, həmin bağlamanı Sabunçu rayonunda yerləşən evə gətirdikdən sonra çəkilərini çəkən zaman bağlamadan təxminən 400 qram heroin, 600 qram tiryək, 500 ədəd metadon olmuşdur. Həmin narkotik vasitələri o, evdə yerləşdirmişdir. Tutulana qədər olan müddət ərzində həmin narkotik vasitələrdən bir hissəsini satmışdır. Həmçinin qeyd olunan narkotik vasitədən onunla birlikdə saxlanılan Rəsula 12 qram heroin vermişdir. Həmin şəxs ikinci dəfə 10 qram heroin və 3 qram metafetamin almağa gələrkən saxlanılmışdır. Rəsulun narkotik vasitələrə görə 290 manat borcu olmuşdur. 21 noyabr 2019-cu il tarixdə Vasif ona vatsapla zəng edərək Cəlilabad rayonundan ümumi tanışları olan Rəsul adlı şəxsin narkotik vasitə almağa gəldiyini bildirmiş və ona Rəsula təxminən 10 qram heroin verməyi tapşımışdır. Bundan sonra Rəsul ona zəng edərək özündə Vasifə çatmalı pul olduğunu bildirmişdir. O, Rəsulun narkotik vasitə heroin üçün pul verəcəyini nəzərdə tutduğunu anlamış və Rəsulu qarşılamaq üçün yaşadığı evin qapısını açan zaman hər ikisi DTX əməkdaşları tərəfindən saxlanılmışdır. O, Rəsulun narkotik vasitə istifadəçisi olduğunu və satışını həyata keçirdiyini Vasifdən eşitmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində bildirmişdir ki, təxminən 10 ildir ki Təqsirləndirilən şəxs2la münasibəti var. Təqsirləndirilən şəxs1 isə təxminən 20 ildir ki, tanıyır. Dəfələrlə Təqsirləndirilən şəxs1 vasitəsilə Təqsirləndirilən şəxs2 “kola” kimi tanınan narkotik vasitə heroin və “patı” kimi tanınan metafetamin almışdır. Belə ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bilirdi. Təxminən 2019-cu ilin noyabr ayının əvvəllərindən etibarən bir neçə dəfə Vasifdən və Nasirdən heroin almışdır. Aldığı narkotik vasitələrin bir hissəsini özü istifadə etmiş, digər hissəsini isə Bakı şəhərində Keşlə ərazisində tanımadığı şəxslərə satmışdır. Sonuncu dəfə 21 noyabr 2019-cu il tarixdə səhər saatlarında Vasiflə danışaraq ondan 12 “kola”, yəni 12 qram narkotik vasitə olan heroin istəmiş, Vasif isə onu Nasirin yanına göndərmişdir. O, səhər saatlarında Nasirin yaşadığı Bakıxanov qəsəbəsindəki mənzilə gedərək ondan 12 qram narkotik vasitə heroin almış, lakin bunun pulunu sonra verəcəyi barədə həm Vasiflə, həm də Nasirlə razılaşmışdır. Bundan bir qədər sonra, səhər 11-12 radələrində o Vasiflə telefon əlaqəsi yaratmış, səhər Nasirdən götürdüyü 12 qram narkotik vasitə heroinin pulunu hazırladığını, bundan başqa əlavə də 10 qram heroin və 3 qram metanfetamin lazım olduğunu bildirmişdir. O, Vasifə telefon danışığı vaxtı bildirmişdir ki, lazım olan 10 qram heroinin və 3 qram metanfetaminin pulunu da verəcək, yalnız 56 manat borclu qalacaq, borcunu isə səhəri gün verəcəkdir. Borclu qalmağında səbəb isə narkotikin bir hissəsini özünün istifadə etməsi olmuş qalanını isə satıb pulunu düzəltmişdir. Özünün istifadə etdiyi narkotik vasitənin pulunu verə bilməmişdir. Narkotik vasitə heroinin qramını 10 manata, metafetaminin qramını isə 30 manata tanımadığı şəxslərə satmışdır. Danışıqdan sonra Vasif onunla razılaşmış və Nasirdən həmin narkotik vasitələri götürə biləcəyini ona demişdir. O, səhər götürdüyü və yeni alacağı narkotik vasitənin pulunu vermək üçün 21 noyabr 2019-cu il tarixdə saat 19:30 radələrində Nasirin yaşadığı Bakıxanov qəsəbəsindəki mənzilə gedərək sonuncu ilə binanın blokunda görüşmüşdür. O, borclu olduğu 290 manat pulu düzəldə bilmiş, yeni narkotik almağa əlavə pulum olmamışdır, bu səbəbdən də sifariş verdiyi narkotik vasitə heroin və metanfetamin üçün bir az borclu qalmalı olacaqmış. Blokda Nasirlə görüşən zaman çoxlu sayda şəxslər gəlmiş və Təqsirləndirilən şəxs3 bunu görüb qorxaraq qaçmaq istəmişdir. Lakin həmin şəxslər DTX əməkdaşları olduqlarını demiş, Nasiri və onu saxlamışlar. Daha sonra Nasirin evində baxış keçirilmiş və sonuncunun evindən külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 ifadələrində həmçinin bildirmişdir ki, o, aldığı bütün narkotik vasitələrin az bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə Keşlə qəsəbəsi ərazisində tanımadığı şəxslərə satmışdır. Belə ki, özü narkoman olduğu üçün həmin şəxslər ona yaxınlaşaraq narkotik vasitə istəmişlər. Hazırda həmin şəxsləri xatırlamır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri kimdən əldə etməsindən məlumatsızdır və başqa kimlərə narkotik vasitələr satdıqlarını bilmir. Bundan başqa o, Şahid6 və Milad adlı şəxsləri tanımır. Təqsirləndirilən şəxs3 telefon danışıqları ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, danışıqlar Təqsirləndirilən şəxs1la onun arasında baş vermişdir. Həmin danışıqlar zamanı o, sonuncudan şərti adla “Kola” yəni 10 qram heroin istəmiş, həmin gün isə Razində yerləşən Vasifin evinə gedərək Nasirdən heroini götürmüşdür. Götürdüyü heroinin bir hissəsini təxminən 1 qramını özü istifadə etmiş, yerdə qalan hissəsini isə Keşlədə tanımadığı şəxsə satmışdır. Noyabr ayının 21-i axşam saatlarında satış məqsədi ilə yenidən heroin və metafetamin almaq istəyərkən saxlanılmışdır. Digər telefon danışıqlarında isə Vasifin göstərişi ilə 21 noyabr 2019-cu il tarixdə səhər saatlarında Nasir ona ümumi 290 manatlıq heroin vermiş, lakin o, pulunu verməmişdir. Daha sonra bu danışıqda o, Vasifə 290 manatı verəcəyini, lakin əvvəlki 90 manat borcunu hələ verə bilməyəcəyini demişdir. X14 bu parti 10 qram heroin və 2 qram metofetamin alacağını bildirmişdir. Lakin o, Nasirlə görüşən zaman DTX əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 noyabr 2019-cu il tarixdə gecə təxminən 12 radələrində Sabunçu qəsəbəsi, L.Məmmədbəyova küçəsi ilə hərəkət edərkən 2 nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özlərini DTX əməkdaşları kimi təqdim etmişlər. Sonuncular ünvanda baxış keçirəcəklərini onun da hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. O, da özlərini DTX əməkdaşları kimi təqdim edən şəxslərin təklifini qəbul edərək tam yaxınlıqda yerləşən 14-cü binanın 7-ci mənzilinə yaxınlaşmışdır. 4-cü mərtəbədə yerləşən mənzildə həmin vaxt ondan başqa Müşfiq adlı hal şahidi də olmuşdur. DTX əməkdaşları qanunla nəzərdə tutulmuş qaydada onların hüquq və vəzifələrini izah etdikdən sonra qeyd olunan ünvanda olan Nasir, Fidan, Rəsul adlı şəxslərin iştirakı ilə baxış keçirməyə başlamışlar. Baxış zamanı sol tərfədə olan otaqda yerləşən şkafın içərisindən 8 ədəd şəffaf selofana bükülmüş müxtəlif bağlamalar aşkarlanmışdır. Onun və digər hal şahidinin iştirakı ilə həmin bağlamalara baxış keçirilərkən 235 ədəd dərmana bənzər həb, təxminən 23 qram spesifik iyli maddə, təxminən 3 qram kristal formalı maddə, təxminən 600 qram qəhvəyi rəngli spesifik qoxulu maddə aşkarlanmışdır. Söhbət əsnasında o, orada 235 ədəd dərmanın metadon adlı psixotrop maddəyə bənzəməsini, təxminən 23 qram olan maddənin narkotik maddə heroin olduğunu, təxminən 3 qram olan maddənin kristal formalı maddənin metofetamin adlı narkotik vasitə, eləcə də təxminən 600 qram olan qəhvəyi rəngli maddənin tiryək adlı narkotik vasitə olmasını bilmişdir. Bundan başqa mənzildə baş tutan baxış zamanı 1 ədəd elektron tərəzi, 1695 manat məbləğində pul, 1 ədəd “Samsung” markalı mobil telefon aşkarlanmışdır. Qeyd olunan əşyaların Nasir adlı şəxsə məxsus olduğu ona məlum olmuşdur. Həmçinin həmin vaxt orada olan Rəsul adlı şəxsin əl çantasından 360 manat pul, 1 ədəd “Samsung” markalı telefon, Probasiya xidmətinə məxsus eletron bilərzik və 1 ədəd cib bıçağı aşkarlanmışdır. Baxış zamanı aşkar edilən əşyalar və maddələr qablaşdırılaraq möhürlənmişdir. DTX əməkdaşları tərəfindən qeyd olunan baxışla bağlı protokol tərtib olunmuş, protokol oxunduqdan sonra baxış prosesi iştirakçıları tərəfindən möhürlənmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədiqi edilmiş şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 21 ildir ki, taksi sürücü kimi fəaliyyət göstərir. Əsas işi Astara-Bakı istiqamətində sərnişin daşımaqdır. İstifadəsində “Mercedes-Benz S 300” markalı, **-RA-*** qeydiyyat nişanlı avtomobil vardır. O, Təqsirləndirilən şəxs1 adlı şəxsi xatırlayaraq bildirmişdir ki, Astara rayonu sərhəd buraxılış məntəqəsinin yanında Aqşin adlı həmyerlisi təxminən 6 ildir ki, ərzaq mağazası işlədir. 2019-cu ilin təxminən noyabr ayının ortalarında Aqşin ona İrandan bağlama olduğunu onu Bakı şəhərində sahibinə təhvil verməli olduğunu bildirmişdir. Aqşin bunun müqabilində həmin şəxsin ona 10 manat verəcəyini göstərmişdir. Şahid3 bağlamanı götürdükdə, həmin bağlama parçadan olmuş və üstündə “Murad” sözü yazılmışdır. Bundan sonra o, Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Bakı şəhərində bir nəfər şəxs ona zəng edərək özünü Murad kimi qələmə vermiş və 20 yanvar dairəsinə yaxın, “Eksprimental” xəstəxananın yaxınlığında onunla görüşmüşdür. Şahid3 bağlamanı həmin şəxsə təhvil verərkən Murad adlı şəxs, yəni Təqsirləndirilən şəxs1 ona 20 manat pul vermişdir. O həmin bağlamanın içərisində nə olduğundan məlumatsız olmuşdur. Aqşin bağlamanı ona verərkən bildirmişdir ki, içərisində məhz ərzaq var. Həmin vaxtdan təxminən 1 həftə sonra Aqşin ona yenidən Bakı şəhərinə 3 ədəd bağlama aparmalı olduğunu bildirmişdir. O, Aqşinə razılıq versə də, lakin bundan bir az sonra ona Dövlət Gömrük Komitəsinin Astara şöbəsindən zəng vuraraq ora dəvət etmişdirlər. Həmin vaxt Aqşin də orada olmuşdur. Gömrük əməkdaşları ilə aparılan söhbət zamanı məlum olmuşdur ki, Aqşinə qeyd olunan bağlamaları, əvvəllər gömrükdə fəhlə kimi işləmiş Fazil adlı şəxs verir. Fazil həmin bağlamaları konfet və kofe bilərək gömrük nəzarətindən keçirərkən təsadüfən içində narkotik vasitə olduğu məlum olmuşdur. Fazil isə orada bildirmişdir ki, ona narkotik vasitəni konfet və kofe adı ilə İranda Peyman adlı şəxs verərək Aqşinə çatdırmağı tapşırmışdır. Aqşin Fazilin dediklərini təsdiqləyərək Şahid3 mobil nömrəsini İranlı Peymana verdiyini və həmin bağlamaların kimlərə çatmasından xəbərsiz olduğunu demişdir. Şahid3 Gömrük məntəqəsində olan zaman bağlamaların üzərində Arif, Murad və Hikmət adları yazıldığını görmüşdür. Bundan sonra gömrük əməkdaşları onunla birlikdə Bakı şəhərinə gələrkən, yolda təxminən Salyan ərazisində ona zəng olunmuş, həmin şəxs özünü ona Fikrət adı ilə təqdim etmişdir. O, gömrük əməkdaşlarının göstərişi ilə Fikrət adlı şəxsi 3-cü mikrorayon dairəsinə dəvət etmişdir. 3-cü mikrorayon dairəsində Fikrət adlı şəxs Şahid3 yaxınlaşarkən Gömrük əməkdaşları onu saxlamışdır. Fikrət adlı şəxs təxminən 23-24 yaşlarında Biləsuvardan rayon sakini olmuşdur. Bundan sonra növbəti şəxs Şahid3 Murad adı ilə zəng edərək bağlamanı götürəcəyini bildirmişdir. Bundan sonra gömrük əməkdaşlarının tapşırığı ilə Şahid3 onunla Bakı şəhəri, Musabəyov bağı adlanan ərazidə görüşmüşdür. Görüş zamanı Murad adı ilə özünü təqdim edən şəxs saxlanılmışdır. Söhbət əsnasında Şahid3 onun keçmiş polis işçisi olduğunu eşitmişdir. Həmin şəxs təxminən 35 yaşlarında olmuşdur. Bundan sonra Şahid3 Yasamal “Asan Xidmət”in qarşısında Arif adı ilə özünü təqdim edən şəxslə görüşmüşdür. Arif adlı şəxs gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şəxs təxminən 60 yaşlarında olmuşdur. Şahid3 ifadəsində göstərmişdir ki, xarıtladığı qədər 3 bağlamadan ümumilikdə tiryək, metofetamin və heroin aşkarlanmışdır. Lakin gömrük əməkdaşları çəkini onlara deməmişdilər. Bundan sonra gömrük əməkdaşları onu, Aqşini və Fazili sərbəst buraxmışdılar. Şahid3 həmçinin ifadəsində gəstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 Murad adı ilə bağlama verərkən eyni ssenari qurulmuşdur. Bağlama Fazil vasitəsi ilə, Aqşinə çatdırılmışdır. Aqşin onun mobil nömrəsini Peyman adlı İranlıya vermişdir. Daha sonra Şahid3 Təqsirləndirilən şəxs1 zəng vurmuş və o bağlamanı sonuncuya təhvil vermişdir. Şahid3 həmçinin ifadəsində bildirmişdir ki, o, Peyman adlı İranlını da tanıyır. Belə ki, X15 sərhəddə valyuta dəyişir, bəzən Azərbaycan tərəfə sifarişlər göndərir. Peyman təxminən 40 yaşlarına, balacaboy, eynəkli, gur qara saçlı, orta bədən quruluşlu şəxsdir. Peyman İran vətəndaşı olsa da, milliyyəti talışdır və İran Astarasında yaşayır. Həmçinin o, ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası vətəndaşları olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və İran İslam Respublikası ərazində olan şəxsiyyəti istintaqa Milad adı ilə məlum olan şəxsləri tanımır. Sonuncu dəfə 4-5 ay öncə İrana getmiş və məqsədi bazarlıq etmək olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Astara rayonu Ərçivan qəsəbəsində yaşayır. O əsasən Astara sərhəd-keçid məntəqəsində yük daşımaqla məşğul olmuş, bundan başqa, sifariş əsasında İran tərəfə keçir və oradan müxtəlif ərzaqlar alıb Azərbaycan tərəfə keçirdir. Astara keçid məntəqəsinin yaxınlığında mağaza işlədən tanışı Şahid5 19 noyabr 2019-cu il tarixdə səhər saatlarında ona zəng edərək öz mağazasına dəvət etmişdir. O, Aqşinin yanına gedən zaman sonuncu ona İran İslam Respublikasının Astara şəhərində yük olduğunu, İran ərazisində olan Peyman adlı şəxsdən bu malı götürüb Azərbaycana gətirmək lazım olduğunu bildirmişdir. Aqşin bu yükün hər 1 kiloqramı üçün ona 70 qəpik pul veriləcəyini demişdir. O, Aqşinin təklifi ilə razılaşmış və İran istiqamətində sərhədi keçərək İranın Astara keçid məntəqəsindən təxminən 50 metr aralıda olan mağaza Peymanla görüşmüşdür. Peymanı o, əvvəllər görməmişdir. Peyman təxminən 40 yaşlarında, eynəkli, bığsız və saqqalsız, normal saçlı, saçının rəngi bir qədər sarı çalarlı olan, arıq bədən quruluşlu, orta boylu şəxsdir. Peyman ona 3 ədəd bazar torbası vermiş, içərisində ərzaq, şirniyyat və yuyucu vasitələr olduğunu bildirmişdir. O, torbaları açmış, içərisində Peyman dediyi əşyaların olduğunu görmüşdür. Daha sonra o, mağazada olan tərəzi vasitəsilə torbaları ölçmüşdür. Torbaların ümumi çəkisi təxminən 70 kiloqram olmuşdur. O, torbaları götürmüş və geri qayıtmışdır. İranın Astara keçid məntəqəsində torbaları yoxlama monitoruna yerləşdirmiş, orada yoxlanıldıqdan sonra Azərbaycan tərəfinə keçərək, Azərbaycanın Astara gömrük məntəqəsinə yaxınlaşmış, orada öz pasportunu təqdim etdikdən sonra torbaları yoxlama monitoruna yerləşdirmək üçün xüsusi yerə tərəf getmişdir. O, hər gün gömrükdə olduğuna görə oradakı bütün gömrük işçilərini tanıyır. Monitora yaxınlaşan zaman onu tanıyan gömrük işçilərindən biri çay içmək üçün şirniyyatının olub-olmadığını soruşmuş o isə onda olan torbanı açaraq içərisindən 1 qutu şokolad çıxarmış və gömrük işçisinə vermişdir. Sonuncular ona təşəkkür etmişlər və qutunu açıq şokoladdan yemək istəmişlər. Bu zaman sonuncular qutunun içərisindəkinin şokolad yox, başqa bir şey olduğunu görmüşlər. Gömrük işçiləri dərhal ondan torbalardakının nə olduğunu soruşmuşlar. O isə torbalarda ərzaq, şirniyyat və yuyucu vasitələrin olduğunu bildirmişdir. Gömrük işçiləri dərhal həmin torbaları monitordan keçirtmişlər və şirniyyatların içərisində narkotik vasitələrin olduğunu bilmişlər. O, gömrük işçilərinə onun bu məsələyə heç bir aidiyyəti olmadığını, Şahid5 sifarişi ilə İrana gedib orada Peyman adlı şəxsdən bu torbaları aldığını bildirmişdir. Gömrük işçiləri dərhal Şahid5 ora dəvət etmişlər və sonuncuyla təklikdə söhbət aparmışlar. Aqşin də öz növbəsində izahat verərək bu məsələdən xəbərsiz olduğunu bildirmişdir. Daha sonra Aqşin Peymanın tapşırığı ilə bu yükləri taksi vasitəsilə Bakı şəhərinə yola salmalı olduğunu bildirmişdir. Bundan sonrakı mərhələlərdən onun xəbəri olmamışdır, axşam saatlarında gömrük işçiləri ona Bakı şəhərində narkotik vasitələri alan şəxsləri saxlandıqlarını bildirərək Aqşini və onu buraxmışlar. Şahid4 suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, həmçinin İran İslam Respublikası ərazisində olan Milad adlı şəxslərin heç birini tanımır. Onun, 17 noyabr 2019-cu il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddənin keçirilməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Astara gömrük buraxılış məntəqəsinin yanında təxminən 5 ildir ki ərzaq mağazası işlədir. Orada müxtəlif növ ərzaq malları, həmçinin təsərüffat malları satır. Mallar hamısı demək olar ki, İrandan gəlir. Həmçinin müxtəlif şəxslərə İrandan gələn məhsulları qəbul edərək anbarında saxlayır, sonra isə sonuncuların sifarişi ilə Bakı şəhərinə və digər rayonlara taksi ilə göndərir. Təxminən 15 ildir ki, İranın Astara şəhərindən Peyman adlı şəxsi tanıyır. Peyman təxminən 2019-cu ilin oktyabr ayının ortalarında ona zəng edərək İrandan ərzaq və təsarrufat malları olan bağlamalar göndərəcəyini, onun isə həmin bağlamaları götürərək Bakıya yola salmalı olduğunu bildirmişdir. Peyman həmin bağlamaların ölkə ərazisinə keçirilməsinə hər kiloqramına 1 manat verə biləcəyini demişdir. O, Peymanla razılaşdıqdan sonra Peyman noyabr ayının 19-a qədər təxminən 3-4 dəfə ona bağlama göndərmişdir. Həmin bağlamaları o, gömrüyün yanında işləyən fəhlələrin vasitəsi ilə keçirtmişdir. Bağlamaların keçirilməsinə görə o, fəhləyə hər dəfə 70 qəpik pul vermiş, qalan 30 qəpik isə ona çatmışdır. Bundan sonra o, bağlamanı Bakıya aparacaq olan taksi sürücüsünün nömrəsini İranlı Peymana atmış, Peyman isə bağlama sahiblərinə nömrəni vermişdir. Bağlamaları hər zaman orada taksi sürücüsü kimi işləyən Şahid3 vasitəsi ilə göndərmişdir. Sonuncu dəfə 2019-cu ilin noyabr ayının təxminən 19-u o, gömrükdə fəhlə işləyən Fazil adlı tanışına İran Astarasına keçərək orada Peymandan 3 ədəd bağlama götürərək keçirməsini tapşırmışdır. Bir az sonra gömrük əməkdaşları onu gömrük postuna edən zaman orada bağlamaların içərisindən narkotik vasitə tapıldığını öyrənmişdir. Daha sonra o, gömrükçülərə ətraflı olaraq baş verənləri danışmış, bağlamaları götürəcək şəxslərin sürücü Natiqə zəng vuracaqlarını, həmin şəxsləri tanımadığını bildirmişdir. Gömrükçülər Natiqi də posta dəvət etdikdən sonra Natiqə zəng vuran bağlama çatmalı olan şəxslərin hamısının saxlanıldığını öyrənmişdir. Həmin vaxt gömrükdə saxlanılan 3 bağlamadan hər biri təxminən 30 kiloqram olmuş, üzərlərində Murad, Arif, Fikrət adları yazılmışdı. Hər dəfə adlar bağlamaların üzərində olmuşdur. O, sonuncu dəfə bağlamada olan narkotik vasitələrinin kofe qablarının və şirniyyat konfetin içərisinə yerləşdirildiyini görmüşdür. Bağlamaların hər üçündə konfet və kofe olmuşdur. O, Gömrük işçilərinin söhbətindən hər 3 bağlamada tiryək, heroin və metafetamin, eləcə də kofe və konfetdən başqa xlor, tomat, mayonez, makaron, salfetka, qadın təmizlik vasitələri və yuyucu toz oduğunu eşitmişdir. 17 noyabr 2019-cu il tarixdə Peyman adlı şəxs öz tanışı vasitəsi ilə onun mağazasına 2 ədəd sərt politelen torba olan bağlama göndərmişdir. Xatırladığı qədər üstündə Murad və Arif sözləri yazılmışdır. Bağlamaların içərisində müxtəlif qida məhsulları, həmçinin də bir dəfə istifadə üçün nəzərdə tutulan paketlərdə kofe olmuşdur. O, həmin bağlamaları Şahid3lə Bakı şəhərinə yola salmış, Natiqin nömrəsini isə “vatsap”la İranlı Peymana göndərmişdir. Həmin bağlamaların Natiqdən kimin zəng edib götürməsi barədə onun məlumatı olmamışdır. Həmin bağlamada narkotik olmasından nə onun, nə də Natiqin xəbəri olmamışdır. Peyman onu oyuna gətirmiş, o da Peymana “vatsap”la zəng vuraraq söyən zaman sonuncu and içərək bu barədə xəbərinin olmadığını demiş, lakin bağlamanın kimin verdiyini bildirməmişdir. O, Peymanın nömrəsini silmiş və o vaxtdan sonuncu ilə əlaqə saxlamır. Peyman təxminən 40 yaşlarında, balacaboy, eynəkli, gur qara saçlı, orta bədən quruluşlu şəxsdir. Peymanın milliyyəti talışdır və İran Astarasında yaşayır. Şahid5 həmçinin bildirdi ki, o, Azərbaycan Respublikası vətəndaşları olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və İran İslam Respublikası ərazində olan şəxsiyyəti Milad adı ilə məlum olan şəxsləri tanımır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, bəzən narkotik vasitə olan tiryəkdən özü də istifadə etmişdir. Təqsirləndirilən şəxs1 Cəlilabad rayon sakini kimi tanıyır. Sonuncuyla heç bir qohumluq, yaxud düşmənçilik münasibəti yoxdur. O, Təqsirləndirilən şəxs1 heç vaxt narkotik vasitə almamışdır. Sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını rayondan eşitmiş, həmin narkotik vasitələrin kimdən almasından, kimə satmasından məlumatı olmamışdır. Şahid7 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə arasında baş tutan telefon danışığı zamanı Vasifdən narkotik vasitə heroin istəmiş, lakin sonradan Vasifdən narkotik vasitə almamışdır. Vasifdən narkotik vasitə heroin istəmiş lakin qiyməti baha olduğuna görə sonradan almamışdır. Danışıqda adını çəkdiyi Elnur adlı şəxs tanıdığı şəxsdir. Həmin vaxt ondan narkotik almaq istəmiş lakin sonradan alınmamışdır. O, Vasifdən borc almış, həmin borcu qaytararkən bilməyərəkdən sonuncuya 100 dollar saxta pul vermişdir. O, həmin dolları haradan aldığını xatırlamır. O, Vasifdən heroin istəmiş, lakin sonuncuya şəxsi 5000 manat borcu olduğuna görə ona heroin verməmişdir. O, borcu Vasifdən şəxsi problərinə görə almışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində 2018-ci ilin axırlarında işlədiyi “Veqas” çay evində Vasiflə tanış olduğunu, bir müddət münasibətlərinin dayandığını, 2019-cu ilin oktyabr ayının təxminən sonlarına yaxın Vasiflə yenidən münasibətlərinin bərpa edildiyini, noyabr ayının 1-2 arası sonuncunun kirayəyə ev tutduğunu, həmin evdə tanışı Nasir adlı şəxsin yaşadığını və müvəqqəti Nasirin yaşadığı evdə yaşamağı ona təklif etdiyini ifadəsində göstərmişdir. O, Vasifin təklifi ilə razılaşdığını və həmin evdə qalmağa başladığını, bu müddətdə Vasifin arabir gəlib getdiyini və bəzən də gecələr qaldığını bildirmişdir. O, Vasifin nə işlə məşğul olması barədə heç vaxt məlumatının olmadığını, Cəlilabadda obyektlərinin olduğunu, lakin həmin obyektlərin nə olduğunu bilmədiyini, ümumiyyətlə Vasifdən çox vaxt heç nə soruşmadığını, bunun səbəbi kimi Vasifin ona hesabat vermədiyini, onu həmişə qısqandığını və çox vaxt hara getdiyini, nə işlə məşğul olması barədə Vasifə bildirməli olduğunu söyləmişdir. O, bütün bunların səbəbini Vasifin onu maddi baxımdan təmin etməsi və onun pula ehtiyacının olduğunu, Vasifin onu işləməyə qoymadığını, buna görə də məcbur qalıb həm Vasiflə yaşadığını qeyd etmişdir. O, Vasifin narkotik vasitələrin qaçaqmalçılığı, alış-verişi ilə məşğul olduğu barədə heç bir məlumatının olmadığını, həmçinin Nasirin də bu işlə əlaqəsinin olub-olmaması barədə heç bir məlumatının olmadığını ifadəsində bildirmişdir. O, DTX əməkdaşları tərəfindən gecə keçirilmiş baxış zamanı yaşadığı mənzildə narkotik vasitənin olduğunu və Nasirin həmin narkotik vasitələri müxtəlif şəxslərə satmaqla məşğul olduğunu, buna qədər Vasif, Nasir və ya başqalarının narkotik vasitələrlə məşğul olmaqları, onları haradan və kimdən əldə etmələri barədə ona heç nə məlum olmadığını istintaqın diqqətinə çatdırmışdır. O, həmçinin Rəsul adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatının olmadığını, Rəsulu ilk dəfə DTX əməkdaşları tərəfindən baxış keçirilərkən gördüyünü, Nasirlə isə məhz Vasifin təklifindən sonra yaşadığı evdə tanış olduğunu, həmin evdə o, Nasirlə ayrı-ayrı otaqlarda qaldıqlarını, həmin mənzilə heç kəsin gəlib-getmədiyini, Nasirlə birlikdə həmin evdə qaldığı təxminən 20 gün ərzində Vasifdən başqa ora heç kəsin gəlmədiyini bildirmişdir. O, Nasir və Rəsul adlı ilk dəfə gördüyü həmin şəxsin iştirakı ilə DTX əməkdaşları tərəfindən baxış keçirilərkən Nasirin qaldığı otaqda, yəni qonaq otağındakı şkafdan 8 ədəd bükülünün aşkar edildiyini, həmin bükülülərə baxdıqda isə onların içərisində külli miqdarda müxtəlif növ narkotik vasitələrin olduğunu, adlarını təxmini xatırladığı narkotik vasitələrin heroin, metafetamin, tiryək, metadon həblərinin olduğunu, həmçinin baxış zamanı Nasirə məxsus 1.695 manat manat pul, 1 ədəd “Samsung” markalı mobil telefon və elektron tərəzinin aşkarlandığını, Rəsul adlı şəxsdən isə 360 manat pul, “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq və təyinatını bilmədiyi elektron cihazın aşkarlandığını bildirmişdir. O, aşkar edilən narkotik vasitə və digər əşyaların hər birinin müvafiq qaydada qablaşdırıldığını, möhürlə möhürləndiyini, sonda baxışın keçirilməsinə dair protokol tərtib edildiyini, Nasir, Rəsul adlı həmin şəxs və hal şahidləri, həmçinin özünün protokolun düzgün tərtib edildiyinə əmin olduqdan sonra onu öz imzaları ilə təsdiq etdiyini ifadəsinin sonunda göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakları Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 8 ünvanına keçirilmiş baxışla bağlı tərtib olunmuş protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı otaqda yerləşən şfanerin içində sol tərəfdən yuxarıdan birinci rəfdə 8 ədəd şəffaf sellofan bükülmüş müxtəlif ölçülü bağlamalar aşkarlandı. Hal şahidlərinin iştirakı ilə həmin bağlamalara baxılarkən bir bağlamada üzərində “M40” sözləri yazılmış 235 ədəd pisoxotrop tərkibli metadona bənzər həblər, üç ədəd kiçik bağlamada ümumi çəkisi təxminən 23 qram olan kəskin spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, bağlamaların birində spesifik iyli, ağ rəndə kristal formada ümumi çəkisi 3 qram olan narkotik vasitə metafetaminə bənzər maddə və növbəti 3 ədəd bağlamada tünd qəhvəyi rəngli, spesifik iyli, təxmini məkisi 600 qram olan narkotik vasitə tiryəkə bənzər maddər. Qeyd olunan narkotik vasitələr və psixotrop maddə qablaşdırılaraq, “DTX95” möhürü ilə möhürlənərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Dövlət Təhlükəsizliyi Xidməti Əməliyyat-Texniki İdarəsinin 5-ci şöbəsinin mütəxəssisləri tərəfindən verilmiş 22 noyabr 2019-cu il tarixli 25 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 8 ünvanından aşkar edilərək götürülmüş ümumi çəkisi 600.60 qram, qalıq çəkisi 600.45 qram olan tünd qəhvəyi rəngli maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Təmiz çəkisi 20.15 qram, qalıq çəkisi 20.00 qram olan tünd bej rəngli nəm maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təmiz çəkisi 3.20 qram, qalıq çəkisi 3,15 qram olan ağ rəngli kiçik kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir.235 ədəd kustar üsulla hazırlanmış bej rəngli dairəvi həblərin tərkibindəki ümumi təmiz çəkisi 9.40 qram, qalıq çəkisi 9.36 qram (234 həbdə) olan əsas komponent narkotik vasitə-metadondur. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 11 dekabr 2019-cu il tarixli 29476 saylı ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Zərflər üçün №103” və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Zərflər üçün №95” dairəvi möhür əksləri olan bir ədəd kağız paketdəki: ümumi sayı 234 ədəd üzərilərində F/M40 göstəriciləri olan həblərin əsas təsiredici maddəsi metadondur və 234 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 9,36 qramdır; bir ədəd bükümdə ümumi təmiz çəkisi 3,150 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; üç ədəd bükümdə ümumi təmiz çəkisi 600,45 qram olan tündqəhvəyi rəngli qətrana bənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; üç ədəd bükümdə ümumi təmiz çəkisi 20,00 qram olan tünd bej rəngli maddələr narkotik vasitə – heroindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin və tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 3,150 qr., tədqiqata sərf edildi - 0,050 qr., qalıq – 3,100 qr.; Heroinin üm.təmiz çəkisi – 20,00 qr, tədqiqata sərf olundu – 0,090 qr, qalıq- 19,91 qr.; Tiryəkin üm.təmiz çəkisi – 600,45 qr., tədqiqata sərf olundu – 0,090 qr., qalıq – 600,36 qr.; Metadon həblərinin sayı – 234 ədəd həb, tədqiqata sərf olundu – 1 ədəd həb, qalıq – 233 həb. Cinayət işi üzrə ibtidai istintaq zamanı 15 yanvar 2020-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs1 yaxın əlaqəsi şahid X4 yaşadığı ünvandan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələr tiryək və metadonun narkotik vasitə və ya psixotrop maddə olub olmamasının müəyyən edilməsi və eləcə də həmin maddələrin Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 8 ünvanından aşkar edilərək götürülmüş narkotik vasitələrlə eynilik təşkil edib-etməməsinin müəyyən edilməsi ilə bağlı 20 yanvar 2020-ci il tarixdə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 11 dekabr 2019-cu il tarixli 29476 saylı ekspertiza rəyində öz əksini tapmış qalıq ümumi təmiz çəkisi 600.36 qram olan narkotik vasitə tiryək və 233 ədəd həb narkotik vasitə metadon ekspertlərin sərəncamına verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 21 yanvar 2020-ci il tarixli 1603 saylı ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərilərində “Azərbaycan Respublikası DövlətTəhlükəsizliyi Xidməti Zərflər üçün №187” dairəvi möhür əksləri olan: 1 № - li paketdə bir ədəd 3 litrlik şüşə balonun içərisində təmiz çəkisi 2,056 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 3 №- li paketin içərisində ümumi sayı 226 ədəd üzərilərində “F/M40” göstəriciləri olan həblərin əsas təsiredici maddəsi metadondur və 226 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 9,04 qram (1 ədəd həbin tərkibindəki təsiredici maddənin miqdarının 0,040 qram) təşkil edir; 4 №- li paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 62,096 qram olan qəhvəyi rəngli maddə kütləsinin tərkibi metadon və difenhiramindən (dimedrol) ibarətdir və həmin kütlənin tərkibində metadonun quru maddəsinin təmiz çəkisi 5,52 qrdır; 5 №- li paketin içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 77,274 qr., 101,435 qr., ümumi təmiz çəkisi 178,709 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 5 № - li paketdəki narkotik vasitə tiryəklərlə 1 № - li paketdəki təmiz çəkisi 2,056 qram olan və 6 № - li paketdəki üç ədəd bükümdə ümumi təmiz çəkisi 600,36 qram olan tiryəklər kimyəvi komonent tərkiblərinə görə eynidirlər. 3 № - li paketdəki metadon həbləri 6 №-li paketdəki metadon həbləri ilə kimyəvi tərkiblərinə, təsiredici maddənin miqdarına və xarici əlamətlərinə (dərman formasına, rənginə, üzərilərindəki göstəricilərə) görə eynidirlər. Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Difenhirmanin - dimedrol “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları” na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Qeyd: Metadon kütləsinin üm.təmiz çəkisi – 62,096 qr, tədqiqata sərf olundu – 0,100 qr, qalıq- 61,996 qr.; Tiryəkin üm.təmiz çəkisi – 178,709 qr., tədqiqata sərf olundu – 0,100 qr., qalıq – 178,609 qr.; Metadon həblərinin sayı – 226 ədəd həb, tədqiqata sərf olundu – 2 ədəd həb, qalıq – 224 həb.; 6 №-li paketdəki tiryəkin üm.təmiz çəkisi - 600,36 qr, tədqiqata sərf olundu – 0,100 qr., qalıq – 600,26 qr.; 6 №-li paketdəki metadon həblərinin sayı – 233 ədəd həb, tədqiqata sərf olundu – 2 ədəd həb, qalıq – 231 həb. Cinayət işi üzrə ibtidai istintaq zamanı 22 noyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanından qrup üzvlərinə məxsus mütəxəssis və ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 600.26 qram olan narkotik vasitə tiryək, ümumi təmiz çəkisi 19.91 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 3.100 qram olan psixotrop maddə metofetamin, ümumi sayı 231 ədəd həb olan narkotik vasitə metadon iş üzrə maddi 13 aprel 2020-ci il tarixdə sübut kimi tanınmış, məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün 01 may 2020-ci il tarixdə DTX İstintaq Baş İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekpsertləri tərəfindən verilmiş 15 aprel 2020-ci il tarixli 4348 saylı ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş 1 ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.1 Ekspertizaya təqdim olunmuş 1 ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs1 məxsusdur. 2.2 Ekspertizaya təqdim olunmuş 1 ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi – X7 məxsusdur. 2.3 Ekspertizaya təqdim olunmuş 1 ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi– Təqsirləndirilən şəxs2 məxsusdur. 2.4 Ekspertizaya təqdim olunmuş 1 ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K4» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs3 məxsusdur. 2.5 Ekspertizaya təqdim olunmuş 1 ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K5» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid7 məxsusdur. 2.6 Ekspertizaya təqdim olunmuş 1 ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K6» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid3 məxsusdur. 2.7 Ekspertizaya təqdim olunmuş 1 ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi – X12 məxsusdur. 2.8 Ekspertizaya təqdim olunmuş 1 ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «Q2» kimi işarə olunmuş diktorun səsi və nitqi – X9 məxsusdur. 2.9 Ekspertizaya təqdim olunmuş 1 ədəd “HANSMANN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda X10 məxsus səs və nitq müəyyən olunmadı. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ekspertləri tərəfindən verilmiş 5 dekabr 2019-cu il tarixli 2878 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyatda alınması məsləhət görülür. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ekspertləri tərəfindən verilmiş 5 dekabr 2019-cu il tarixli 2836 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ekspertləri tərəfindən verilmiş 5 dekabr 2019-cu il tarixli 2837 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-X1 ekspertləri tərəfindən verilmiş 29 dekabr 2019-ci il tarixli 2715 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı xroniki psixi xəstəlik müəyyən edilmir. Onda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs2 öz psixi vəziyyətinə görə, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə vermiş olduqları ifadələrində özlərini irəli sürülmüş ittihamlar üzrə təqsirli bilməməklə bağlı göstərdikləri xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onların məhkəmədəki ifadələri dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, maddi sübutlar, ekspertiza rəyləri, özlərinin ibtidai istintaq zamanı vermiş olduqları ifadələrində göstərilənlərlə və işin faktiki halları ilə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı ifadələrində göstərdiklərinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadələri inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 irəli sürülmüş ittihamlar üzrə təqsirli olmaları tam sübut olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 29,234.4.3-cü maddəsi ilə tövsif edilməli və onlara həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcədə cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Kərimov X11 rayon məhkəməsinin 07.08.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə təqsirli bilinərək 02 il 10 ay azadlıqdan məhkum olunmaqla ona 01 il şərti sınaq müddəti tətbiq edilmış və 28.08.2012-ci il tarixdə hökm qüvvəyə minmişdir. Bundan sonra o, Cəlilabad rayon məhkəməsinin 28.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsilə təqsirli bilinərək əmək haqqından 15% dövlət nəfinə tutulmaqla 01 il 11 ay 24 gün müddətə islah işi cəzasına məhkum edilmiş, cəzası 19.01.2018-ci il tarixdən qüvvəyə minsə də, bu cəzanı cəkməmişdir. Ona görə də, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza 68.1-ci maddəyə görə islah işləri cəzasının dörd günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmuqla hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai rayon məhkəməsinin 17.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hökm 07.11.2018-ci il tarixdə qüvvəyə minmişdir. O, cəzasının 01 il 08 gününü çəkmiş, 05 ay 18 gün çəkilməmiş cəzası qalmışdır. Ona görə də, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin çəkilməmiş cəza hazırda təyin olunacaq cəzaya hökmlərin məcmusu üzrə toplanmaq yolu ilə, həmin Məcəllənin 68.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmuqla hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Muradov X3 rayon məhkəməsinin 14.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 02 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökm 04.10.2018-ci il tarixdə qüvvəyə minmiş və o, 21.10.2019cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar yoxdur və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini ağırlaşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 22.11.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduqları 22.11.2019-cu tarixdən hesablanmalı, həmçinin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkdikləri müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Həmçinin Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barələrində xüsusi müsadirə tətbiq edilməməlidir. Maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 məxsus “Samsung” maraklı mobil telefon, həmin mobil telefona quraşdırılmış “Bakcell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə onun yaxın qohumlarına qaytarılmalıdır. Maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 məxsus məxsus “Samsung” maraklı mobil telefon, həmin mobil telefona quraşdırılmış “Bakcell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə onun yaxın qohumlarına qaytarılmalıdır. Maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 9 ünvanından aşkar edilərək götürülmüş 1695 manat və Təqsirləndirilən şəxs3 əl çantasına keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 360 manat pul vəsaitləri onların yaxın qohumlarına qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 600.26 qram olan narkotik vasitə tiryək, ümumi təmiz çəkisi 19.91 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 3.100 qram olan psixotrop maddə metomfetamin, ümumi sayı 231 ədəd həb olan narkotik vasitə metadon, 1 ədəd elektron tərəzi məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış telefon danışıqlarının yazıldığı “Hansmann” markalı “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 381,82 (üç yüz səksən bir manat səksən iki qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X8 840 (səkkiz yüz qırx ) manat, Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X13 1440 (min dördyüz qırx ) manat miqdarında pul ödənilməlidir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 300 (üç yüz) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, 234.4.1, 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Cəlilabad rayon məhkəməsinin 28.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsilə təqsirli bilinərək təyin edilmiş əmək haqqından 15% dövlət nəfinə tutulmaqla 01 il 11 ay 24 gün müddətə islah işi cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırda təyin olunacaq cəzaya hökmlərin məcmusu üzrə toplanmaq yolu ilə, həmin Məcəllənin 68.1-ci maddəsinə görə islah işləri cəzasının dörd günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmuqla 06 ay 09 gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai rayon məhkəməsinin 17.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək məhkum olunduğu 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 18 gün çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırda təyin olunacaq cəzaya hökmlərin məcmusu üzrə toplanmaq yolu ilə, həmin Məcəllənin 68.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmuqla 02 ay 24 gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə o, qəti olaraq 06 (altı) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarında olan, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” maraklı mobil telefon, həmin mobil telefona quraşdırılmış “Bakcell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə onun yaxın qohumlarına; Təqsirləndirilən şəxs3 məxsus “Samsung” maraklı mobil telefon, həmin mobil telefona quraşdırılmış “Bakcell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə onun yaxın qohumlarına qaytarılsın; - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 9 ünvanından aşkar edilərək götürülmüş 1695 manat və Təqsirləndirilən şəxs3 əl çantasına keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 360 manat pul vəsaitləri onların yaxın qohumlarına qaytarılsın; - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 600.26 qram olan narkotik vasitə tiryək, ümumi təmiz çəkisi 19.91 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 3.100 qram olan psixotrop maddə metofetamin, ümumi sayı 231 ədəd həb olan narkotik vasitə metadon, 01 ədəd elektron tərəzi məhv edilsin; - telefon danışıqlarının yazıldığı “Hansmann” markalı “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 381,82 (üç yüz səksən bir manat səksən iki qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X8 840 (səkkiz yüz qırx ) manat, Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X13 1440 (min dörd yüz qırx ) manat miqdarında pul ödənilsin. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 300 (üç yüz) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar