Məhkəmə qərarları › İş №1(101)-177/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-177/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-177/2022 08.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri-X4, X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1, Dövlət ittihamçısı və X5, müdafiəçi –Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs1 iştirakları ilə 03 yanvar 1996-cı il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq və satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə 19 aprel 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 132 ünvanında yerləşən “OBA” marketin qarşısında tanışı Zərərçəkmiş şəxs2 658 manat dəyərində “Xiaomi Mİ 11” markalı M2010J19CG «Poco M3» modelli mobil telefonu danışmaq adı ilə aldadıb aldıqdan sonra yaxınlıqda yerləşən “OBA” marketə girib həmin marketin arxa qapısından çıxıb gedərək, həmin mobil telefonu, onun içərisində dəyəri 12 manat ***-***-**-**, dəyəri 18 manat olan ***-***-**-** saylı nömrə kartlarını və telefonun balansında olan 70 qəpik məbləğində danışıq konturunu ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 688 manat 70 qəpik məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə 21 may 2021-ci il tarixdə saat 12 radələrində ünvan 3 ünvanında yerləşən “Şah Lahmacun” restoranın qarşısında tanışı Zərərçəkmiş şəxs1 danışmaq adı ilə dəyəri 800 manat olan “Xiaomi Mİ 11” markalı «Mİ-11 LİTE» modelli mobil telefonu aldadıb aldıqdan sonra, Zərərçəkmiş şəxs1 işə başı qarışdığından sui- istifadə edərək, oradan uzaqlaşaraq getmiş, həmin telefonun içərisində dəyəri 10 manat ***-***-**-**, dəyəri 5 manat olan ***-***-**-** saylı nömrə kartlarını və həmin telefonun hər birinin balansında 1 manat olmaqla cəmi 2 manat danışıq konturlarını ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 817 manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından 22 may 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində “KİA servisin yaxınlığında 20 manat pul müqabilində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2,333 qram kustar üsulla hazırlanmış plastik qabda bir büküm narkotik vasitə heroin və bir ədəd kibrit qutusunda iki ədəd kağız bükümdə ayrı-ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,065 qram, 0,114 qram, ümumi təmiz çəkisi 0,179 qram psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamış, 23 may 2021-ci il tarixdə Nərimanov rayonu X13 küçəsi 130 ünvanında saat 18-də Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı o, saxlanılaraq, ünvan 6 ünvanında yerləşən Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətrilmiş, orada saat 20- 00-da videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun işərisindən iki ədəd kağız bükümdə ayrı-ayrılıqda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,065 qram, 0,114 qram ümumi təmiz çəkisi 0,179 qram psixotrop maddə metamfetamin və plastik qabda bir bükümdə təmiz çəkisi 2,333 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonu, X14 küçəsi 130 ünvanında kirayədə yaşayır, heç yerdə işləmir. Təxminən 2 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Əqli və fiziki cəhətdən tam sağlam olmuşdur. 23 may 2021-ci il tarixdə saat 18:00 radələrində yaşadığı ünvandan gəzmək üçün çıxarkən küçədə iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Belə ki, üzərində narkotik vasitə saxladığından şübhələndiklərini bildirərək onu Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə aparmışlar. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman əynindəki şalvarın cibindən kibrit qutusu və kiçik həcmli plastik qabı çıxardaraq masanın üzərinə qoymuşdur. O, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini ineksiya yolu ilə qəbul edir. Heç zaman satışla məşğul olmamış və bu maddələri şəxsi istifadəm üçün 22 may 2021- ci il tarixdə adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının bank hesabına "Million" aparatı vasitəsilə 20 manat ödəniş edərək sifariş etmiş və həmin gün "Razin" adlanan yerdə ağacın dibindən götürmüşdür. 19 aprel 2021-ci il tarixdə yaşadığı ünvanın qarşısında olarkən üzdən tanıdığı Xəyyam adlı şəxsi görmüş və ondan mobil telefonunu danışmaq üçün istəmişdir. O, telefonu verdikdən sonra yaxınlıqda olan "Oba" marketin içərisinə girmiş və marketin digər arxa qapısından çıxıb getmişdir. Pula ehtiyacı olduğu üçün marketdən çıxdıqdan dərhal sonra mobil telefonu söndürmüş və oradan uzaqlaşmışdır. Bir müddət sonra tanışı Əfqan Nağıyevlə görüşmüş və ona mobil telefonunu satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsini itirdiyini bildirmişdir. Belə ki, onun şəxsiyyət vəsiqəsi ilə telefonu satmaq istədiyini Əfqandan xahiş etmişdir. Onunla razılaşmış və birlikdə «Neftçilər» metro-stansiyasının yaxınlığındakı lombarda gedib orada Əfqanın şəxsiyyət vəsiqəsini lombarda təqdim etmiş və Xəyyamdan ələ keçirdiyi telefonu lombardın işçisinə verib ondan 140 manat pul götürmşdür. Bundan başqa, 21 may 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əməd Rəcəbli küçəsində yerləşən “Şah Lahmacun” restoranın qarşısında tanışı Elvinlə birlikdə Zərərçəkmiş şəxs1 ilə görüşmüş, Elvin kiməsə zəng etmək üçün Səbuhidən mobil telefonu istəyib alsa da, sonra Səbuhi telefonu ondan geri almış və Elvin getmişdir. Bir az keçmiş o, Səbuhiyə yaxınlaşaraq ondan danışmaq adı ilə “Xiomi” markalı «Mİ-11 LİTE» modelli mobil telefonu aldıqdan sonra Səbuhinin isə başı qarışdığından istifadə edərək oradan uzaqlaşmışdır. Sonra isə Elvinin yaşadığı məhəlləyə gəlmiş, onunla görüşmüş və ona şəxsiyyət vəsiqəsini itirdiyini, özünə təzə telefon nömrəsi almaq istədiyini bildirmişdir. Belə ki, Elvindən şəxsiyyət vəsiqəsini istəmiş və Elvin şəxsiyyət vəsiqəsini ona vermişdir. Daha sonra həmin şəxsiyyət vəsiqəsi ilə lombarda gedib telefonu 150 manata satmış və sonra şəxsiyyət vəsiqəsini Elvinə qaytarmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonu, X13 küçəsi 130 ünvanında müvəqqəti olaraq kirayədə yaşamış, heç yerdə işləməmişdir. Təxminən 2 ildir ki, narkotik vasitələr və psixotrop maddə hesab edilən metamfetamindən istifadə etmişdir. Əqli və fiziki cəhətdən tam sağlam olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində yaşadığı ünvandan gəzmək üçün çıxarkən küçədə iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar və özlərini Nərimanov rayon Polis İdarəsinin 18- ci Polis Şöbəsinin əməkdaşları olduğunu bildirmişlər. Bundan sonra onlar ona hüquq və vəzifələrini izah etmişlər, üzərində narkotik vasitə saxlamağından şübhələndiklərini bildirmişlər və sonra onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gəlmişlər. Bundan sonra, o, Polis Şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi ilə bağlı dövlət hesabına onun razılığı ilə müdafiəçi dəvət edilmişdir. Təhqiqatçı tərəfindən onun üzərinə video çəkilişlə müdafiəçimin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, otaqlardan birində üzərinə müdafiəçimin və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarışın keçirilməsnə başlanılmışdır. Ondan üzərində hər hansı qeyriqanuni əşyanın və ya narkotik maddənin olub olmaması soruşulmuş, sonra isə üzərinə şəxsi keçirilərkən ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, bundan sonra əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən kibrit qutusu və eyni zamanda kiçik həcmli plastik qabı çıxardaraq masanın üzərinə qoymuşdur. Ardınca şalvarımın sağ arxa cibindən alışqan və 2 ədəd ödəniş qəbzləri, özünə məxsus "Kapital Bank"a aid **********988184 nömrəli plastik hesab kartı və şalvarının sol yan cibindən isə "Nokia" markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bunlardan başqa üzərində heç nə olmamışdır. Üzərindən aşkar edilmiş maddələr narkotik vasitə və psixotrop maddələr olan “şüşə” və "kakos"un olduğunu səmimi olaraq etiraf etmişdir. Həmin narkotik maddələr özünə məxsus olmuşdur. O, həmin narkotik maddələri özü istifadə etmək üçün üzərində gəzdirmiş, münasib adam tapıldıqda isə həmin narkotik vasitədən, yaxud psixotrop maddədən bir qismini satıb pul əldə edəcəyini bildirmişdir. O, əvvəllər markotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitələri ineksiya yolu ilə qəbul etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir zor, təzyiq olmadığını bildirmişdir. Həmin narkotik maddələri şəxsi istifadəsi üçün 22 may 2021- ci il tarixdə adını bilmədiyi İran vətəndaşının bank hesabına "Million" aparatı vasitəsilə 20 manat Ödəniş edərək sifariş etmiş və həmin tarixdə "Razin" adlanan yerdə yəni Bakıxanov qəsəbəsində bir ağacın dibindən götürmüşdür. İranlı şəxsin mobil telefon nömrəsini xatırlamamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni bir qismini özü istifadə etmək məqsədilə əldə etmiş, müəyyən hissəsini isə satmaq üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 19 aprel 2021-ci il tarixdə səhər saat 11:00 radələrində işdə olan zaman tanışı Təqsirləndirilən şəxs adlı şəxs kafeyə gəlmişdir. Onunla şəxsi münasibəti olmasa da, üzdən tanımışdır. O, kafedə dönər ustasına köməklik edən zaman Elvin yaxınlaşıb danışmaq üçün telefonunu istəmiş və o da mobil telefonunu ona vermişdir. Elvinin telefonunda “whatsapp” proqramına daxil olduğunu görmüş və tez ondan mobil telefonunu almışdır. Bu zaman ona Vasif yaxınlaşmış və ona məxsus olan “Xiaomi Mi 11 LİTE” markalı mobil telefonu danışmaq üçün istəmişdir. O, telefonu istəməsinin səbəbini soruşduqda danışıb qaytaracağını bildirmişdir. Bundan sonra o, telefonunu ona vermişdir. Bir neçə dəqiqədən sonra Vasifin telefonunu qaytarmadığını xatırlamışdır. Belə ki, kafedən çıxıb Vasifi axtaran zaman, onu tapa bilməmişdir. Bundan sonra Vasifin telefonunu ələ keçirməsini başa düşmüdür. Vasifi nə qədər axtarsa da tapa bilməmişdir. Buna görə də polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Maobil telefonunun dəyəri 800 manat olmuşdur. Ancaq ona dəymiş maddi ziyan Vasifin qardaşı tərəfindən ödənilmişdir. Onun vasifə qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 21 may 2021ci il tarixdə təxminən saat 12 radələrində o, piyada Nərimanov rayonu X13 küçəsi ilə gedərkən, təxminən bir ilə yaxın olar ki, üzdən tanıdığı Təqsirləndirilən şəxs adlı şəxslə rastlaşmış və o, ona yaxınlaşaraq ona məxsus «POCO M VH» modelli, **********78009 və **********78017 imey kodlu mobil telefonunu içərisində ***-***-**-** və 070 ***-**-** saylı nömrələr olan telefonunu danışmaq üçün ondan istəmişdir. O, onu tanıdığım üçün mobil telefonu ehtibar edib ona vermişdir. O, indi danışıb telefonu ona qaytaracağını fikirləşmişdir. Vasif danışa-danışa yaxınlıqdakı “OBA” marketə daxil olmuş və o, fikirləşmişdir ki, marketdən çıxıb telefonu ona qaytaracaqdır. O, onu bayırda gözləmiş və siqaret çəkməyə başlamışdır. Bir neçə dəqiqə keçmiş, lakin Vasifin marketdən çıxmadığını görüb özü marketə girmiş və marketdə onu axtarsa da tapa bilməmişdir. Sonra marketin arxa qapısının olduğunu görmüş və başa düşmüşdür ki, Vasif həmin qapıdan çıxıb getmişdir. Vasif ondan telefonunu danışmaq adı ilə alıb aldadaraq ələ keçirmişdir. Vasif həmin vaxtı tək olmuşdur. Bundan sonra o, Vasifi axtarsa da onu tapa bilməmiş və 23 may 2021-ci il tarixdə polis şöbəsinə gedib ərizə ilə müraciət etmiş, Vasifin onun etibarından sui-istifadə etməklə mobil telefonunu güya danışıb sonra qaytaracağı adı ilə alıb ələ keçirməsini bildirmişdir. 23 may 2021-ci il tarixdə o, polis şöbəsində olarkən təsadüfən Təqsirləndirilən şəxs orada polislər tərəfindən saxlanıldığını görmüşdür. O, Vasifdən mobil teleffonunun harada olmasını soruşmuş o, telefonu lombarda qoyub pul götürdüyünü, nömrələrin isə bir nəfər tanış adama verdiyini demişdir. Ona ***-***-**-** mobil telefon nömrəsinə zəng etməsini o, şəxsin ona telefon nömrələrini qaytaracağını demişdir. O, həmin nömrəyə zəng etmiş və nömrələrinin onda olmasını bildirmişdir. Sonra həmin özünü təqdim etmədən tələsiyindən, gedəsi yeri olduğundan Layf Sentrə orada gözətçiyə yaxınlaşmağı, nömrələri ona verəcəyini və ondan götürməsini bildirmişdir. O, həmin yerə getmiş və mobil nömrələri götürmüşdür. Mobil telefonu qara korpuslu olmuş, dəyəri 658 manat olmuş, onun içərisində olan ***-***-**-** nömrə kartının dəyəri 12 manat, nar ***-***- **-** nömrənin dəyəri 18 manat, telefonumun balansında 70 qəpik danışıq konturu olmuşdur. O, telefonunu görsə onu rənginə, qurluşuna formasına və sair əlamətlərinə görə tanıya biləcəyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışr. 23 may 2021-ci il tarixdə polis şöbəsinə “Vasif” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oluşdur. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 23 may 2021 -ci il tarixli qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o və 18-ci Polis Şöbəsinin sahə inspektoru Şahid1 daxil edilmişdir. Daha sonra 23 may 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 130 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə dəvət edilmişdir. Orada onun üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən kibrit qutusu və kiçik həcmli plastik qabı çıxardaraq masanın üzərinə qoymuşdur. Kibrit qutusu açıldıqda içərisindən 02 büküm ayrı ayrılıqda hər birinin içərisində psixotrop maddəyə oxşar maddələr olduğu aşkar olunmuşdur. Bundan sonra kiçik həcmli plastik qab açıldıqda içərisində sellofana bükülmüş və bükümün də içərisində qəhvəyi rəngli, toz halında, heroinə bənzər maddə olduğu müəyyən olunmuşdur. Vasifdən bu maddələrin nə olduğu və kimdən əldə etməsi soruşulduqda, o, onların narkotik vasitə və psixotrop maddə olduğunu və şəxsi iştifadəsi üçün 22 may 2021 -ci il tarixdə adını bilmədiyi İran vətəndaşının həmin tarixdə Sabunçu rayonu ərazisində yerləşən Bakıxanov qəsəbəsindəki bir ağacın dibinə qoymaqla satmış olduğu narkotik vasitə və psixotrop maddəni götürdüyünü bildirmişdir. Həmin kütlələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon Polis İdarəsinin 18ci Polis Şöbəsində əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində Nizami rayonu, Qara Qarayev kəsişməsi 74-ünvanmda lombard işlətmişdir. 2021-ci ildə Təqsirləndirilən şəxs lombarda gəlmiş və ehtiyacı olduğundan «Xiomi Mİ 11» markalı “Poko M3 markalı mobil telefonu girov qoyub pul götürmək istədiyini bildirmişdir. O, öz şəxsiyyət vəsiqəsini itirdiyindən qohumu X6 şəxsiyyət vəsiqəsini təqdim etmiş, o, onunla razılaşaraq 140 manat pul verə biləcəyini demişdir. O, razılaşmış və o, ona 140 manat pul vermişdir. Sənədin surətini çıxardıb götürmüşdür. Bundan sonra 2021-ci ilin may ayının təxminən 21-də həmin oğlan yenə lombarda gəlmiş və “Mİ -11 Lite” modelli Xiomi markalı mobil telefonunu girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. Ona qohumu Şahid3 şəxsiyyət vəsiqəsini təqdim etmiş və o, telefona baxıb onu 150 manat civarında qiymətləndirmiş və həmin məbləğə razılaşdıqda ona 150 manat pul vermişdir. Həmin mobil telefona “Lalofo”da müştəri düşdüyündən mobil telefonu 250 manata satmışdır. 24 may 2021-ci il tarixdə polis əməkdaşları X3 ilə onun işlədiyi lombarda gəlmişlər və ondan bu şəxsin lombarda mobil telefonlar verib vermədiyi ilə maraqlanmışlar. O, Təqsirləndirilən şəxs lombarda iki ədəd mobil telefon verdiyini, həmin telefonlardan birinin lombarda olduğunu, digərinin isə satıldığını bildirmişdir. Sonra o, «Xiomi Mİ 11» markalı «Poko M3» modelli mobil telefonu polisə protokol yazılaraq təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xeyli vaxtdır ki, tanımış, onunla normal münasibəti olmuşdur. 2021-ci ilin aprel ayının 19-da səhər saatlarında Nərimanov rayonu Ə.Rəcəbli küşəsində Təqsirləndirilən şəxs ilə görüşmüş və onunla gəzə-gəzə həmin küçədə yerləşən tanışı Zərərçəkmiş şəxs1 işlədiyi “Şah Lahmacun”-da dönərxanaya yaxınlaşmışdır. Onlar Səhuhi ilə salamlaşmış və sonra o, bir tanışına zəng etmək üçün Səbuhidən mobil telefonu istəmiş və o, telefonu ona vermiş və o, telefonun vatçapını açıb nömrə yığmaq istəyəndə Səbuhi telefonu ondan geri istəmiş və o, telefonu ona qaytarmışdır. Bundan sonra o, həmin yerdən bir qədər kənara uzaqlaşmış, yaxınlıqda olan həyətlərinə tərəf getməyə başlamışdır. Vasif isə orada qalmış və təxminən 10-15 dəqiqədən sonra Vasif onların həyətinə gəlmiş və bir az söhbətdən sonra o, mobil telefon nömrəsi almaq istədiyini, lakin şəxsiyyət vəsiqəsinin olmadığı üçün onun şəxsiyyət vəsiqəsi ilə nömrə almaq istədiyini ona bildirmişdir. O, heç nədən şübhələnməmiş və şəxsiyyət vəsiqəsini ona vermişdir. Bir neçə gündən sonra Vasif ona şəxsiyyət vəsiqəsini qaytarmışdır. O, Vasifin Səbuhidən mobil telefonu danışmaq adı ilə almasını görməmiş, belə ki, o, Səbuninin telefonunu onun özünə qaytardıqdan sonra həmin yerdən uzaqlaşmış və Vasif isə orada qalmışdır. Onun özü üçün dönər sifariş etməsini düşünmüşdür. Onun şəxsiyyət vəsiqəsi ilə Vasif tərəfindən Səbuhiyə məxsus mobil telefonu danışmaq adı ilə alaraq sonradan lombarda satıb pul götürməsindən məlumatım olmadığını bildirmişdir Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilib götürülmüş bir ədəd kibrit qutusunun işərisindən iki ədəd kağız bükümdə ayrı-ayrılıqda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,065 qram, 0,114 qram ümumi təmiz çəkisi 0,179 qram psixotrop maddə metamfetamin və plastik qabda bir bükümdə təmiz çəkisi 2,333 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, həmin psixotrop maddənin ekspertiza tədqiqatından sonra qalmış 0,119 qram qalığı və narkotik vasitə heroinin 2,283 qram çəkidə qalığı saxlanılması üçün Nərimanov rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı videogörüntünü özündə əks etdirən 01 ədəd video-disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 may 2021-ci il tarixli, 6/2047 saylı məhkəmə - kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində zərfdə Azərbaycan Respublikası DİN Zərflər üçün № 224» dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən../' sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd kibrit qutusunda iki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0, 065 qram,0,114 qram ümuni təmiz çəkisi 0,179 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd plastik qabda bir ədəd bükümdə təmiz çəkisi 2,333 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Ekspertiza Mərkəzinin 10 iyun 2021-ci il tarixli 1818 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə etməsi ilə nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicənin əks göstərişi yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin verdiyi xx.xx.2021-ci il tarixli 1180 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psxiopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövürdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubliksının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin əmtəəşunaslıq ekspertizasının 06 iyul 2021ci il tarixli 9/3856 saylı rəyində göstərilir ki, 1 ədəd Çin istehsalı olan “Xiaomi” markalı M2010J19CG (RosoMZ) model mobil telefon aparatının satış üçün komplektləşdirməsinə daxil edilən aksesuarların olmamasını, istifadədə olduğunu nəzərə alaraq orta bazar qiyməti təxminən 250 manat müəyyən olunması nəzərə alınmışdır. İş üzrə Zərərçəkmiş şəxs2 həmin mobil telefonu dəyərinin 658 manat, mobil telefon nömrələrinin, telefonun balansında 70 qəpik məbləğində danışıq konturunun olmasını, ümumilikdə ona 688 manat 70 qəpik məbləğində maddi ziyanın dəyməsini göstərməsi əsaslı olduğundan, qeyd olunan məbləğ əsas götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin əmtəəşunaslıq ekspertizasının 23 iyun 2021ci il tarixli 9/3327 saylı rəyində göstərilir ki, 1 ədəd istifadədə olmuş, istifadəyə yararlı 2021-ci ildə alınmış Cənubi Koreya istehsalı olan “Xiaomi Mİ 11” markalı mobil telefon aksessuarsız, mobil telefon nömrələri ilə birlikdə orta bazar qiyməti nəzəri qaydada 558 manat müəyyən edilməsi nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs1 ona məxsus mobil telefonunun dəyərinin 800 manat olduğunu, mobil telefon nömrələrinin cəmi dəyəri 15 manat, telefonun balansında cəmi 2 manat danışıq konturunun olmasını və ona dəymiş maddi ziyanın 817 manat məbləğində göstərməsi əsaslı olduğundan qeyd olunan məbləğ əsas götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs səmimi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi, ambulator məhkəmə narkoloji, əmtəəşunaslıq və psixiatrik ekspertiza rəyləri, şəxsi axtarışın və götürmənin keçirilməsinə dair protokol, ifadənin hadisə yerində yoxlanılmasına dair protokol, hadisə yerinə keçirilmiş baxış protokolu, maddi sübutlar, əşyanın tanınmasına dair protokol, şəxsi axtarış və götürmə zamanı aparılmış video çəkilişin görüntülərinə dair video-disk, şəxsiyyət vəsiqələrin kserosurətləri, mobil telefonun təqdim edilməsinə dair protokol və digər istintaq sənədlər sübutetmənin predmeti olduğundan, həmin prosessual sənədlər iş üzrə sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. İşin faktiki halları ilə təhlil olunarkən, məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs öz əməllərinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. O, talama cinayət əməlini birbaşa qəsdlə törətdiyi və niyyətinə nail olduğu üçün cinayət başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs dələduzluq cinayəti üzrə əməli zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq zamanı vrmiş olduğu ifadələri və digər sübutlarla tam öz təsdiqini tapmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs olna elan olunmuş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamla özünü təqsirli bilməməsinə dair özünümüdafiə xarakteri daşımaqla, iş üzrə dindirilmiş şahidlərin ifadələri, eləcə də iş üzrə toplanmış digər mötəbər sübutlarla təkzib edilmiş, həmin dəlilləri özünümüdafiə kimi qiymətləndirilməklə sübut kimi qəbul olunmamalıdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, iş üzrə zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, onlara dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmiş və əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə əməl edilməklə ona ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sankisiyasının yuxarı həddinin dörddə üçündən artıq cəza təyin edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 may 2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan mərumetmə cəzasının əvvəli onun faktiki tutulduğu gündən yəni 23 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə ekspertiza xərcləri 165 (yüz almış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və Nərimanov rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilib götürülmüş bir ədəd kibrit qutusunun işərisindən iki ədəd kağız bükümdə ayrı-ayrılıqda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,065 qram, 0,114 qram ümumi təmiz çəkisi 0,179 qram psixotrop maddə metamfetamin və plastik qabda bir bükümdə təmiz çəkisi 2,333 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin psixotrop maddənin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,119 qram qalığı və narkotik vasitə heroinin 2,283 qram çəkidə qalığı məhv edilməlidir. Bir ədəd Xiaomi Boco M3” modelli mobil telefon zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. 01 ədəd videogörüntülərə aid disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 402 (dörd yüz iki) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 402 (dörd yüz iki) manat məbləğində pul ödənilsin. İş üzrə ekspertiza xərci 165 (yüz almış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Nərimanov rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilib götürülmüş bir ədəd kibrit qutusunun işərisindən iki ədəd kağız bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,119 qram psixatrop maddə metamfetamin və qalıq qalmış ümumi çəkisi 2,283 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Bir ədəd “Xiaomi Boco M3” modelli mobil telefon”un zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. 01 ədəd videogörüntülərə aid disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar