Məhkəmə qərarları › İş №1(101)-177/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-177/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-177/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər-mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6, nümayəndələr - Bakı şəhəri, 17 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə3 və Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Zeynalabdin qızı və müdafiəçi - Bakı şəhəri, 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1983-cü ildə Goranboy rayonu, Xanqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni ünvan 1 ünvanda yaşamış, 10 may 2022-ci il tarixdə şübhəli şəxsi qismində tutulmuş, 12 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Zeynalabdin qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zeynalabdin qızı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 2019-cu ilin əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 pul vəsaiti yatırması müqabilində ərinə məxsus mebel istehsalına şərik edəcəyi, həmin fəaliyyətdən əldə olunacaq yüksək gəlirdən ona qazanc verəcəyinə vəd verib aldadaraq inandırmış, 2019-cu ilin mart ayından 2021-ci ilin dekabr ayının sonunadək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri, “Yeni Bakı” yaşayış kompleksində və ünvan 2 ünvanda yerləşən “Çermet” körpüsü yaxınlığında hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 205.600 manat pulu alaraq vədinə əməl etməmiş, qeyd olunan məbləğdə pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zeynalabdin qızı təkrar tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanışı Zərərçəkmiş şəxs2 onu mebel istehsalına şərik edəcəyinə, əldə olunacaq gəlirdən ona yüksək qazanc verəcəyinə vəd verib aldadaraq, həmin ilin avqust ayından başlayaraq dekabr ayının sonunadək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri. “Yeni Bakı” yaşayış kompleksində və ünvan 2 ünvanda yerləşən "Çermet” körpüsü yaxınlığında hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə 85.000 manat pulu alaraq vədinə əməl etməmiş, qeyd olunan məbləğdə pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zeynalabdin qızı təkrar tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs4 Bakı şəhərində qızıl alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs3 qızıl məmulatları götürüb satacağına, əldə olunacaq qazanca onu şərik edəcəyinə dair yalandan vəd verib aldadaraq, qohumu Zərərçəkmiş şəxs4 2021-ci ilin sentyabr ayında sonuncunun yaşadığı Goranboy rayonu, Xanqərvəd kəndində yerləşən evində 12.000 manat pul almış, sonuncu dəfə isə həmin ilin oktybar ayında Zərərçəkmiş şəxs4 şəxsiyyəti məlum olmayan taksi sürücüsü ilə onun yaşadığı ünvan 3 ünvanına göndərdiyi 13.000 manat məbləğində pul vəsaitini əldə edib, hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 25.000 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zeynalabdin qızı təkrar tamah niyyəti ilə etibardan suiıstifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs5 onu mebel istehsalına şərik edəcəyinə, əldə olunacaq gəlirdən ona yüksək qazanc verəcəyinə dair vəd verib aldadaraq, 2020ci ilin yanvar ayında sonuncudan yaşadığı Goranboy rayonu, Xanqərvəd kəndindəki evdə ilkin olaraq 10.000 manat, həmin ilin mart ayında 11.000 manat, daha sonra həmin ilin mart ayından 2021-ci ilin sonunadək olan müddət ərzində qonşusu Zərərçəkmiş şəxs4 vasitəsi ilə göndərdiyi 52.000 manat məbləğində pulu hissə-hissə Goranboy rayonu, Xanqırvənd kəndində əldə edib Zərərçəkmiş şəxs5 ümumilikdə 73.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs5 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zeynalabdin qızı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 2021-ci ilin noyabr ayının əvvəllərində qonşusu Zərərçəkmiş şəxs6 mebel istehsalına şərik edəcəyinə, əldə olunacaq gəlirdən ona yüksək qazanc verəcəyinə dair vəd verib aldadaraq, həmin ayın əvvəlindən 28-ədək olan müddət ərzində Zərərçəkmiş şəxs6 baldızı X5 vasitəsi ilə 7.000 manat pulu qeyrisinin bank hesabına köçürməsinə nail olmaqla və 51.000 manat pulu isə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs6 özünün yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi "Yeni Bakı” yaşayış kompleksi, 27 saylı evin 4 saylı mənzilində əlbəəl almaqla, ümumilikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə 58.000 manat məbləğində pulunu ələ keçirərək Zərərçəkmiş şəxs6 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zeynalabdin qızı təkrar tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi iiə qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs5 Türkiyə Respublikasından qızıl-zinət əşyaları gətirəcəyini və Bakı şəhərində qızıl mağazası açıb gəlir əldə edəcəyini, əldə olunacaq yüksək qazanca onu şərik edəcəyinə dair yalandan vəd verib aldadaraq, 2021-ci il noyabr ayının 15-dən həmin ilin dekabr ayının 22-dək olan müddət ərzində hissə-hissə olmaqla 148.700 manat məbləğində pul vəsaitlərini bank hesablarına köçürmə yolu ilə və əlbəəl almaqla, 22 dekabr 2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı” yaşayış kompleksi, 27 saylı evin 4 saylı mənzilində 31.000 manat məbləğində pul vəsaitini əlbəəl almaqla, sonuncu dəfə isə 23 dekabr 2021-ci il tarixdə isə özünün yaşadığı həmin mənzildə bank hesabına köçürülməsinə nail olmaqla 5300 manat məbləğində pul vəsaitini əldə edib, ümumilikdə 185.000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs5 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zeynalabdin qızı təkrar tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 2021-ci ilin iyun ayından başlayaraq Bakı şəhəri, Nərimanov rayonu, «Gənclik» univermağında qızıl məmulatlarının satışı şöbəsində işləyən Zərərçəkmiş şəxs3 bir neçə müxtəlif qızıl məmulatları alıb dəyərini nağd ödəməklə, onda bilərəkdən ödəmə qabliyyətli olmasına dair fikir yaratmaqla qızıl-zinət əşyalarının nisyə alması barədi razılığa gəlmiş, nisyə aldığı qızıl-zinət əşyalarının pulunu hissə-hissə olmaqla qısa müddətdə ödəyəcəyi və buna maddi imkanı olması barədə yalandan vəd verərək, onu özünə inandırmaq üçün nisyə aldığı zərgərlik məmulatlarının bir qisminin pulunu ödəməklə etibarını qazanmış və Zərərçəkmiş şəxs3 ona 2021-ci ilin iyun ayından 2022-ci ilin mart ayına qədər Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanında yerləşən qızıl mağazasında hissəhissə nisyə satmasına nail olaraq, aldatma və etibarından sui-istifadə etməklə ümumilikdə 98.178 manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs Zeynalabdin qızı elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun dörd divar arasında oturmağının əsas səbəbkarı dırnaqarası zərərçəkmiş Zərərçəkmiş şəxs1dur. Bəhruz qadın adından istifadə edərək bir qadını gətirib bu həddə çatdırmışdır. Müstəntiq istintaqı qərəzli aparmışdır. Zərərçəkmiş şəxs1 o, 2009-cu ildən tanımışdır. Bəhruzun mebel işi ilə bağlı onun həyat yoldaşı ilə əlaqəsi olmamışdır. Bəhruz öz adının Aidə xanım kimi qeyd edilməsini istəmişdir. Millətin hamısını da sex açmaq adı ilə Bəhruz özü aldatmışdır. Təqsirləndirilən şəxs ifadəsinə görə, Zərərçəkmiş şəxs5 o, özünün həmkəndlisi kimi tanımışdır. O, Aytən xanımdan sələmlə götürdüyü pulu Zərərçəkmiş şəxs1 vermiş, Bəhruz da ona bildirmişdir ki, “Sədərək” ticarət mərkəzində paltar dükanı açacaqdır. Bundan əvvəl isə Bəhruz Qüdrət adlı dostu ilə maşın alveri etmişdir. Sonra Qüdrətin pulu batırdığını demişdir. Bəhruz ona bildirmişdir ki, özünün pulunu da, qardaş-bacısının pulunu da Qüdrət batırmışdır. O, götürdüyü 5000 manatı Bəhruzun vasitəsi ilə tanıdığı Qüdrətin həyat yoldaşı Gülşən adlı xanıma vermişdir. Həmin pulu da Bəhruzun vasitəsi ilə vermişdir. Bəhruz ona Suriyadan paltar vurub gətirəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs Şəhla xanım da şahiddir ki, o, həmin paltarlardan satmışdır. Bəhruz ona “Sədərək”dəki mağazanı açdığını, bir-iki ay keçəndən sonra isə mağazanı bağladığını demiş, paltarları gətirib Qüdrət adlı dostunun evinə yığmışdır. Bundan sonra Bəhruz ona paltarları saymağa, dəstələməyə kömək etməyi xahiş etmiş, o isə, evdən necə çıxacağını, həyat yoldaşına nə deyib çıxmağını soruşmuş, Bəhruz da ona bir qadın adı deyib, guya həmin qadının onun rəfiqəsi olduğunu bildirməklə, paltarların yığılmasına kömək eləməyi xahiş etmiş, hər dəstdə ona 5 manat pul verəcəyini demişdir. Sonra paltarların bir qismini də Qüdrətin boynuna qoymuş, guya Qüdrətin paltarları satıb pulunu yediyini söyləmişdir. O isə, həmin paltarlardan nə qədər satmışdırsa, hamısının pulunu Bəhruzun özünə vermiş, özünə bir manat da götürməmişdir. Hətta götürdüyü pulların faizini belə özü ödəyə bilməyəndə, o, başqa şəxslərdən pul tapıb Bəhruza vermişdir. Daha sonra Bəhruz bir şirkət açmış, onu da bir dəfə həmin şirkətə aparmışdır. Şirkət “Ömür klinikası”nın yanında yerləşmişdir. Həmin şirkəti də bir-iki ay işlətdikdən sonra pandemiya düşdüyünü, bununla əlaqədar şirkəti bağladığını bildirmiş, daha sonra spirt düzəltməyə başlamışdır. Sonra Bəhruz onlayn şəkildə paltar gətirən şirkət açmış, paltar sifariş verib gətizdirməklə məşğul olmuşdur. Bəhruz pulları da həmin şirkətə yatırtmışdır. O isə, bu camaatdan pulları götürüb Bəhruza vermişdir. Yeri gələndə də, Bəhruz onu guya kişi xeylağı ilə iş görməsi barədə ərinə və qardaşına bildirəcəyi ilə şantaj etmişdir. Avqust ayının 21-də “Kasko” şirkəti açdığını demiş, bu adla Bəhruz Rəşaddan 85.000 manat pul almışdır. O isə, nə Rəşadın üzünü görmüş, nə səsini eşitmiş, nə də onu tanımışdır. O, Rəşada özünün həyat yoldaşının mebel sexi açdığını deməmiş, onun da gətirib oraya pul yatırtmağını bildirməmişdir. X21 demişdir. Bəhruz Rəşada filankəslə iş gördüyünü bildirərək, 85.000 manat pulu hissə-hissə ondan almışdır. Bəhruzun üç nəfər taksi sürücüsü kimi fəaliyyət göstərən uşaqlıq dostları vardır, onları da öyrətmiş ki, guya həqiqətən də onlar pulu gətirib onun həyat yoldaşına pul vermişlər. Bəhruz onun evini yıxmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirdi ki, Aytən xanıma yetərincə faiz pulu ödənilmişdir. Belə ki, Leyla onun əmisi qızıdır, onunla Leylanın arasında heç bir pul haqq-hesabı olmamışdır. Yalnız Leyla vasitəçi kimi Aytəndən pul alıb ona ötürmüşdür. O da, aybaay Bəhruz pulu ödəyə bilməyəndə, onun əvəzindən pulların faizlərini ödəmişdir. Bunlar hamısı yalan və böhtandır. Onun heç kimin pulunu yemək fikri olmamışdır. Onun qardaşı 2005-ci ildə özünə ev tikmiş, Bəhruzgil isə gedib qardaşının evinin şəklini çəkmişlər ki, guya o, pulları qardaşına yedizdirmişdir. Bəhruz ona guya arxasında durduğunu, tutulmağa imkan verməyəcəyini demiş, hətta onu istintaq zamanı dəfələrlə yalan ifadələr verməyə məcbur etmişdir. Ona özünün tutulacağı halda batacağını bildirmiş, Rəşadın pulunu da boynuna almağı tapşırmışdır. Bəhruz hamını öyrətmişdir ki, guya onun həyat yoldaşı Elməddinə mebel sexinin yanında Aidə xanım tərəfindən 15.000 manat pul göndərmişdir. Onun həyat yoldaşı Elməddin mebel sexində fəhlə işləmişdir, fəhlə işləyən şəxsin isə bu qədər pulu götürməsi mümkünsüzdür. Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs1 xitabən Yasamalda “Vital klinkası”nın üstündə olan 200.000 manatlıq evi, “Oba market”in üstündə aldığı evi, “Qələbə” dairəsində aldığı evi sataraq camaatın pulunu qaytarmağı məsləhət gördü. O, Zərərçəkmiş şəxs1 ilk dəfə uşaqları parkdan gətirəndə görmüş, yolda Bəhruz ona xoşu gəldiyini söyləmiş, o isə, etiraz edərək ailəli adam olduğunu demişdir. Daha sonra o, mağazaya gedəndə Bəhruz öz nömrəsini yolda yerə atmış, o da, həmin nömrəni götürüb fikirləşmişdir ki, ona zəng edərək ailəli adam olduğunu deyərək ondan əl çəkməsini bildirəcəkdir. Lakin o, bu məqsədlə Bəhruza zəng edəndən sonra, sonuncu, ona zəng etdiyini qardaşına və həyat yoldaşına deyəcəyini bildirməklə onu şantaj etməyə başlamışdır. Təqsirləndirilən şəxs ifadəsinə görə, o, yalnız Yeganə xanıma aid epizodu qəbul edir. Yeganə xanımdan aldığı qızılları aparıb ucuz qiymətə satmış, pullarını isə qaytarmamışdır. Zərərçəkmiş şəxs4 onun əmisi qızıdır, Leyla vasitəçi kimi Aytən xanımdan pul alıb ona vermişdir. O, Aytən xanımdan əlbəəl pul almamışdır. Leylanı da şikayət etməyə vadar edən Aytən xanım olmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə ilk dəfə Zərərçəkmiş şəxs5 müraciət etmişdir. Aytən Leylanın adından da şikayət etmişdir. O, bunu sonralar bilmiş, Leyla ilə əlaqə saxlayıb nəyə görə ondan şikayət etməsi ilə maraqlanmış, Leyla isə and-aman edərək özünün şikayət etmədiiyni, Aytənin gedib onun adından şikayət etdiyini və ifadə verdiyini bildirmişdir. O, əvvəlki vəkili ilə BMCMİ-nə gedəndə orada onlara həmin işin faiz işi olduğunu, işi qeydiyyat üzrə Abşeron rayon Polis idarəsinə göndərilməli olduğunu bildirmişlər. Orada müstəntiq Ayaz Musayev olmuş, bir-iki dəfə onun yanına gedəndən sonra sonuncu dəfə gedəndə guya onun istintaqdan yayınması barədə protokol yazmışdır. İki gün onu saxlamışlar, sonra Sevinc xanımın sədrliyi ilə keçirilən məhkəmə prosesində hakim nə vaxtdan faizlə bağlı adam tutulduğunu soruşmuşdur. Faiz verənlərin heç bir vergi ödəyicisi deyil, lisenziyası yoxdur, faiz verənlərin özləri cinayət məsuliyyəti daşıyırlar. Abşeronda onu buraxmışlar. Sonra onun işi Nərimanov rayon Polis idarəsinə gəlib çıxmışdır. Mehman müəllim orada işləri bir-birinə calamışdır. Onu 16-cı Polis bölməsinə göndərmişlər ki, guya o, “Atatürk” parkında gəzdiyi vaxtı axtarışda olduğuna görə polis əməkdaşları onu yaxalamışlar. Onun Zərərçəkmiş şəxs5 heç bir manat da borcu yoxdur, ondan pulları faizə götürmüşdür, ikiqat artıqlaması ilə həmin pulları qaytarmışdır. Zərərçəkmiş şəxs6 ilə onun çox gözəl münasibətləri olmuş, onunla lotereya oynamışlar. Xırda-xırda 2000, 5000 manat faizə pul götürmüşdür. Sonuncu dəfə baldızı Gülşən xanımdan 10000 manat götürmüş, 5000 manat isə özünün qonşusu Ruhiyyə xanımdan götürmüşdür. Ruhiyyə xanıma 5000 manat pul artıqlaması ilə qaytarılmışdır, baldızı Gülşən xanımın isə 10000 manatının yarısını ödəmiş, yarısı isə ödənilməmiş qalmışdır. Yəni 58000 manatdan o, Şahid6 10000 manat qaytaranda Bəhruza demişdir ki, bu adam həyat yoldaşını diriyibdir, gör nə edirsən, haradan pul tapırsan? O da, tapdığı puldan 10000 manatı Şahid6 kartına vurmuşdur. Müstəntiq ona demişdir ki, hamı özü üçündür, sən doğru ifadə ver. Lakin o, istintaqda heç vaxt düzgün ifadə verməmişdir. Şahid6 məsələsində isə Şəhlaya yalvararaq demişdir ki, guya Şahid6 gələndə gördüyünü desin. Şəhla da ona demişdir ki, belə olan halda ona qəbz yazıb versin ki, o, 58000 manatı qardaşı Vüqara vermişdir, ondan sonra o, kağıza baxacaq, xoşuna gəlsə, onda Şahid6 üzünü duracaqdır. Təqsirləndirilən şəxs yalnız Zərərçəkmiş şəxs3 epizodu ilə bağlı özünü təqsirli bildiyini, lakin Yeganədən qızılın qramını 85 manat olduğunu bilib aldığını, Yeganə ilə bağlı ittihamda qeyd olunan məbləği qəbul etmədiyini, yalnız 45.000 manat ziyanı qəbul etdiyini və həmin ziyanı ödəməyə çalışdığını, onun pulunu danışıb ödəyəcəyini bildirdi. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, istintaqda o cür ifadələr verməyinin səbəbi müstəntiq Mehman Ələsgərovun olduğunu, Bəhruzla yaxın münasibəti olduğu üçün istintaqda onun xeyrinə ifadə verdiyini, birinci vəkilinin Pərviz Hacılı olduğunu və onun heç bir istintaq hərəkətində iştirak etmədiyini, ona təqdim olunmuş protokolları oxumadan imzaladığını, yalnız Yeganə xanımla bağlı epizodu qəbul etdiyini, Nərimanov rayon Polis idarəsinin müvqqəti saxlama yerində olarkən Bəhruzun onun ayağından basaraq hər şeyi boynuna götürməyi, belə olan halda ona köməklik edəcəyini işarə etdiyin, Şəhla xanımın Şahid6 üzünə durması məqsədilə qəbzi Şəhlaya verdiyini, Bəhruzun 10000 manat pulu Şahid6 kartına köçürdüyünü, özünün Rəşaddan pul almadığını, Leyladan da pul almadığını, Şəhla xanıma olan borcunun xeyli hissəsini qaytardığını, cəmi 5-6 min manat borcu qaldığını, Yeganə xanıma nə qədər borcunun olmasını bilmədiyini göstərdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, əri Elməddin Dəməgül qəsəbəsində yerləşən mebel sexində mebel ustası işləmişdir. Qızları yetkinlik yaşına çatmadığı üçün işləmirlər, ailəsi əri Elməddinin qazancı hesabına dolanır, Elməddinin aylıq qazancı təxminən ***-**** manatdır. Zərərçəkmiş şəxs3 ilə 2021-ci ilin may ayında tanış olmuş, onları qonşusu Bəsti adlı qadm tanış etmişdir. O, qızıl-zinət əşyalarını satmaq istədiyindən, söhbət əsnasında Bəsti ona «Gənclik» univermağında tanışı olduğunu, onun vasitəsi ilə yüksək qiymətə sata biləcəyini bildirmişdir. O, Bəsti ilə razılaşmış və qızı Sevinclə, həmçinin Bəsti ilə təxminən 2021-ci ilin may ayında «Gənclik» univermağına getmişlər. O, ona brilliant qaşları olan üzük və sırğadan ibarət dəstləri göstərdiyini, lakin Zərərçəkmiş şəxs3 qaşların yaxşı olmamasını bildirərək az pul təklif etdiyini, razılıq vermədiyini, beləliklə də onunla tanış olduğunu bildirmişdir. Bundan sonra o, bir neçə dəfə Zərərçəkmiş şəxs3 yanına gediyini, özünə və qızlarma qızıl-zinət əşyaları aldığını bildirmişdir. Növbəti gedişində Yeganə ona istəsə onun üçün lom qiymətinə zərgərlik məmulatları tapa biləcəyini bildirmişdir. O, razılaşmış və Yeganəyə əvvəlcədən qızıl məmulatlarının pulunu verdiyini, həmin məbləğə qızılzinət əşyaları gətirməsini bildirmişdir. Yeganə ona türk istehsallı olan qızıl məmulatlarının 1 qramını 60-65 manata, İtalyan istehsallı olan qızıl məmulatlarım isə 75-80 manata satacağmı bildirmişdir. 2021-ci ilin may ayından dekabr ayınadək olan müddətdə o, ona 477.000 manat pul ödədiyini bildirmişdir. O, hansı tarixlərdə hansı qızıl-zinət əşyaları almasını dəqiq deyə bilməyəcəyini, lakin həmin müddətdə lom və məmulat kimi aldığı zərgərlik məmulatlarının dəftərdə qeyd etdiyini, qeydləri istintaqa təqdim edə biləcəyini bildirmişdir. 0, həmin qızıl-zinət əşyalarını ucuz qiymətə alıb, baha qiymətə sataraq qazanc əldə etmək istədiyini, Yeganəyə isə bu barədə demədiyini bildirmişdir. Zərgərlik məmulatlarını almaq üçün tanışlarından faizə borc da götürdüyünü bildirmişdir. Faizlərin ödəmək vaxtı çatdıqda isə qızıl-zinət əşyalarını satıb əldə etdiyi pulu faizlə borc verənlərə ödədiyini, Zərərçəkmiş şəxs3 aldığı qızıllardan onda qalmadığını bildirmişdir. Sonuncu dəfə o, Pərvanə adlı qonşusuna 77.000 manatlıq zərgərlik məmulatları verdiyini, o, həmin zərgərlik məmulatlarnı Yeganədən 70.000 manata aldığını bildirmişdir. Lakin Pərvanə qızılları qəbul edəndə 39.000 manat hesablandığını, bunun səbəbi Yeganənin həmin zərgərlik məmulatlarını ona baha qiymət verməsi olduğunu bildirmişdir. O, verdiyi zərgərlik məmulatlarının müqabilində 39.000 manat aldığını və faizləri ödədiyini, Pərvanədən götürdüyü pulun faizini bir ay ödədiyini, lakin sonra ödəyə bilmədiyini bildirmişdir. Pərvanə özü də qızılları başqa şəxsə verdiyini, lakin kimə verməsini bilmədiyini bildirmişdir, faizləri ödəyə bilmədiyi üçün qızılların ona qaytarılmadığını, aldığı 39.000 manatı borc aldığı Zərərçəkmiş şəxs1 ödədiyini, Pərvanədə müqavilə və qızıl-zinət əşyalarının fotoşəklinin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 zərgərlik məmulatlarının alışından ona 97880 manat borcu qalmadığını, həmin məbləği təsdiq etmədiyini bildirmişdir. O, ona artıqlaması ilə ödədiyini və əksinə, Zərərçəkmiş şəxs3 ona 270.000 manat borcu qaldığını, sonuncu dəfə iki dəfəyə ona 77000 manat göndərdiyini, lakin Yeganə həmin qızılları vermədiyini bildirmişdir. Yeganəyə neçə dəfə haqq-hesab etməyi təklif etdiyini, o isə, işdən çıxıb evə gedəndə məlumat verəcəyini, onun bu barədə qeydlərinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 qeydlərində xx.xx.2021-ci il tarixə 46113 manat borcun olmasını, həmin gün 10.000 manat ödədiş edildiyini, 36113 manat borcun qalması, xx.xx.2021-ci ildə 9000 manat ödəniş edildiyi, 39807 manat dəyərində qızıl-zinət əşyalarını nisyə alınması, 4.10.2021 -ci ildə 15000 manat ödəniş edilməsi, 51920 manat borcun qalması, yenidən 12118 manatlıq zərgərlik məmulatlarının götürülməsi, borcun 62238 manata çatması, 5.10.2021-ci ildə 5000 manat ödədikdən sonra 57238 manat borcun qalması, bundan sonra 10986 manat və 11234 manatlıq zərgərlik məlumatları götürdükdən sonra borcun 79458 manata çatması, 19640 manat ödəniş edildikdən sonra borcun 59813 manat qalması, xx.xx.2021-ci ildə 360 manat ödədikdən sonra 59458 manat borcun qalması, yenidən 850 manatlıq qızıl-zinət əşyalarının götürülməsi borcun 60308 manata çatması, xx.xx.2021-ci ildə 20.000 manat ödənilməsindən sonra borcun 42460 manat olması, yenidən zərgərlik məmulatları götürülməsi, borcun 53540 manat olması, 20.000 manat ödəniş edildikdən sonra borcun 33540 manata düşməsi və ll.lt.2021-ci ildə 68100 manat dəyərində zərgərlik məmulatları götürdükdən sonra borcun 91705 manata çatması, 20.000 manat ödənildən sonra borcun 71705 manata düşməsi, 55261 manatlıq əlavə qızıl-zinət əşyaları götürüldükdən sonra borcun 126966 manat təşkil etməsi, 50.000 manat ödənildikdən sonra borcun 79966 manat olması və «Sevanın» 10765 manat borcunu həmin məbləğə əlavə edilməklə borcun 87731 manat təşkil etməsi, xx.xx.2021-ci ildə 74916 manatlıq zərgərlik məmulatları götürüldükdən sonra borcun 162647 manat olması, xx.xx.2021-ci ildə 42000 maııat ödənildikdən sonra borcun 12064" manat təşkil etməsi, yenidən 42000 manat ödənildikdən sonra borcun 120647 manata, 8000 manat ödədikdən sonra 112647 manata, 8000 manat ödənişdən sonra borcun 112647 manata, əlavə 62650 manatlıq zərgərlik məmulatları götürüləndən sonra borcun 175300 manata çatması, 6000 manatlıq zərgərlik məmulatları götürüldükdən sonra borcun 181300 manata çatması xx.xx.2021-ci ildə 51000 manat ödənildikdən sonra borcun 130300 manat qalması, 4000 manat ödədikdən sonra 126300 manat borcun qalması, 58580 manatlıq əlavə qızıl-zinət əşyaları götürdükdən sonra 184880 manat borc olması, 10.000 manat ödənildikdən sonra 174880 manat borcun qalması, 60.000 manat ödədikdən sonra 114880 manat borcun qalması və 17000 manat ödənildikdən sonra 97880 manat borcun qalması ilə bağlı Yeganənin onun verdiyi pulların hesabatını təqdim etmədiyini, göstərilən qızıl-zinət əşyalarını ondan aldığını, lakin sonradan qalan borcunu ödədiyini, Yeganə tərəfindən siyahıda qızılların qiymətini və çəkisini çox göstərməsini bildirmişdir. O. Yeganəyə inandığından Zərərçəkmiş şəxs3 nisyə satdığı qızıl-zinət əşyalarını verəndə siyahı tərtib etdiyini, pulları ödədikdə ona inandığından və səhlənkarlıq etdiyindən iltizam almadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs3 ilə qızıl-zinət əşyalarının şərikli satışı barədə razılığı olmadığını, qızıl-zinət əşyalarını özünə və qızlarına atdığını bildirmiş, faktiki isə o, qızıl-zinət əşyalarını satmaq üçün aldığım demişdir. Hər hansı razılaşma isə aralarında olmadığını bildirmişdir. O, Yeganəyə göndərdiyi pulun müqabilində o, ona qızıl zinət əşyaları verdiyini bildirmişdir. Bəzi hallarda ona pul verdiyini, lakin verdiyi puldan artıq məbləğdə qızıl-zinət əşyaları götürdüyünü və sonra qalan borcu qaytarmadığını bildirmişdir. Nağd pula və nisyə götürdüyü məmulatlarını qiymətini Yeganə tərəfindən müəyyən edildiyini bildirmişdir. Yeganə məmulatlarının bir hissəsini lom qiymətinə bəzilərinin isə məmulat qiymətinə satdığını və o, həmin qiymətlərlə razılaşdığını, sonradan isə siyahılarda başqa daha baha qiymət yazdığım bildirmişdir. Zərərçəkmiş şəxs3 götürdüyü zərgərlik məmulatlarını Goranboy və Gəncə şəhərlərində yaşayan qohumlarına və onların tanışlarına satdığını, həmin şəxslərin adlarını istintaqa vermək istəmədiyini, onların ona borcu olmadığını, qızılların bəzilərini nağd, bəzilərini nisyə satdığını, hazırda ona heç kimin borcu qalmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 nisyə götürdüyü zərgərlik məmulatlarının dəyərinin ödənilməsini tələb edəndə ona ərinə məxsus mebel sexinin yandığını, sonra ərin yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı çətinliyi olmasını, sonra isə qohumlarını, ərinin və qardaşım Yeganənin iş yerinə göndərib ondan pul verilməsini tələb etməsi və hədələməsi ilə bağlı deyilənlərin həqiqətən ona yalan dediyini, bəlkə Yeganənin ona verəcəyi pulların qaytarılmasında rəhmi gəlməsini bildirmişdir. O, yalan məlumatları ona borcu olduğu üçün deyil. Yeganənin ona borcu olduğu üçün dediyini bildirmişdir. «Dəryaz» qəzetinə göndərdiyi ərizədə və «Dəryaz» qəzetinin «Mütəşəkkil sələmçi dəstələri və onların qurbanları» adlı məqalədə əmisi qızı Zərərçəkmiş şəxs4 faizlə 66150 manat borc aldığını, 120990 manat qaytardığını, onun rəfiqəsi Zərərçəkmiş şəxs5 135000 borc aldığını, 319000 manat qaytarmasını, qonşusu Şəhla adlı qadından 37500 manat borc alaraq ona 17500 manat qaytarmasım, qohumu Arifədən 10.000 manat borc almasını, ona 7000 manat qaytarmasını, Zərərçəkmiş şəxs1 85000 almasını, ona 177.500 manat qaytarmasına dair məlumatları özü verdiyini, qəzetdə olan məlumatlar Zərərçəkmiş şəxs1 çıxmaq şərti ilə doğru olduğunu bildirmişdir. O, həmin şəxslərdən həqiqətən 2018-ci ildə başlayaraq hissə-hissə 15.20.30 faizlə borca aldığım, kommersiya fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirmişdir. O, əvvəlcə ev əşyalarının satışı ilə məşğul olduğunu, Bakı şəhərində alaraq Goranboya və Gəncə şəhərlərində satmasını bildirmişdir. Onun həmin şəxslər arasında heç bir borc müqaviləsi olmadığını, hazırda o, aldığı əsas borcları tam ödədiyini, Aytənə və Leylaya nə əsas borc, nə faiz borcunun qalmadığını, bu barədə qeydlərinin olmadığını bildirmişdir. Qəzet məqaləsində Zərərçəkmiş şəxs1 85000 manat faizlə borc almağını qeyd edilsə də, o, Bəhruzdan borcu Yeganədən qızıl-zinət əşyaları almaq üçün götürdüyünü, ancaq yalan olaraq guya pulu ona ərinin mebel sexnin fəaliyyətini genişləndirmək üçün lazım olduğunu bildirmişdir. O, ona hissəhissə pul verdiyini, borcun ümumi məbləğinin isə 290.600 manat təşkil etmədiyini, qeydlərini itirdiyini, xatırlamadığını bildirmişdir. Bəhruz pulun bir hissəsinin başqasına məxsus olduğunu, Bəhruz ona faizə pul vermədiyini bildirmişdir. Pullarının qaytarılmasım Bəhruz tələb etdikdə, o, Bəhruzu və Rəşadı evinə çağırdığını və onun evində söhbət zamanı onların ona verdiyi hissə-hissə 85.000 manat, cəmi 205.000 manat məbləğində pulu aldığını bir daha etiraf etdiyini bildirmişdir. O, pulu hissə-hissə qaytaracağına söz verdiyini, maddi qüsuru ilə bağlı pulları qaytara bilmədiyini bildirmişdir. Həmin söhbət zamanı Rəşadın 85.000 manat pulunu və Bəhruzdan aldığı 205.600 manat pulu mebel istehsalına deyil, qızıl-zinət alış-verişinə sərf etdiyini bildirmişdir. O, ilkin olaraq Bəhruza pulları mebel istehsalına qoyacağına və onlara da bu işdən gələn qazanca şərik edəcəyini bildirmiş, lakin pulları o, tamamilə başqa sahəyə - qızıl alış-verişinə sərf etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs6 ilə Masazır qəsəbəsində Yeni Bakı yaşayış massivində qonşuluqda yaşadığım və onunla rəfiqə olduğunu, münasibətinin həmişə normal olmasını bildirmişdir. Həqiqətən Zərərçəkmiş şəxs6 ona ilkin olaraq 2021-ci ilin oktyabr ayında 10.000 manat pul verdiyini və təxminən 15-gün keçmiş ona 12.000 manat pul qaytardığını bildirmişdir. Zərərçəkmiş şəxs6 onun təklifinə qardaşı Şahid10lə iş qurmaq məqsədi ilə 2021 -ci ilin noyabr avında ümumilikdə 51.000 manat pul verdiyim, 7.000 manat isə baldızı Vüqarın bank hesab kartına pul köçiirtdüyünü və qardaşı Vüqar həmin pulu kartından çıxararaq ona verdiyini bildirmişdir. Ümumilikdə Şəhla ona evində 58.000 manat məbləğində pul verdiyini bildirmişdir. Bu barədə o. ona öz xətti ilə qəbz yazıb verdiyini və həmin qəbzdə o, Zərərçəkmiş şəxs6- qızından 2021-ci il noyabr ayının 27-də 58 min manat aldığını və qardaşı Vüqara iş qurmaq üçün verdiyini, 2 ay müddətinə qaytaracağını göstərməsini bildirmişdir. Sonra o, həmin pulu və evdə olan 457.000 manat pulu da onun üzərinə qoyub Şəhlanın iştirakı ilə Cəmil adlı şəxsi çağırdırıb ona pulu Vüqara çatdırmasım bildirmişdir. Lakin, Cəmil həmin pulu götürüb getdiyini. Cəmil pulu Vüqara çatdırmadığını sonradan bildiyini bildirmişdir. Cəmil də onu aldadaraq ona verdiyi pulu ələ keçirdiyini və ona ziyan vurduğunu bildirmişdir. Mebel işi qurulması alınmadığı üçün və Şəhladan alınan pula cavabdehlik daşıdığı üçün o, Şəhlanın narahat olmaması üçün həmin qəbzi ona verdiyini bildirmişdir. Şəhlanın 58.000 manat pulunu qardaşı Vüqar almasa da, Vüqar həmin pulu ona qaytaracağını bildirmişdir. Bundan əlavə o, 2021 -ci itin oktyabr ayında bir dəfə Şəhla ilə birlikdə Moskva univermağa getdiyini, qızıl əşyası satmaq istədiyini, onunla birlikdə sıra ilə yerləşən mağazalara girdiklərini və sonra Nurlanın mağazasına girdiklərini bildirmişdir. Sadəcə olaraq Şəhla xanım Nurlanı tanımadığı üçün onun mağazasına girib girmədiyini dəqiq göstərə bilmədiyini demişdir. O, 3-dəfə əri ilə Nurlanın mağazasına getdiyini və ona qızıl əşyası satdığını və Nurlan da qızılları qəbul edib, qəbz yazıldığını və o qəbzi imzaladığını bildirmişdir. Lakin qeyd olunanlardan başqa o, Nurlanın işlədiyi mağazaya gedib ona 590 qram və 230 qram çəkidə qızıl əşyalan verdiyini, onları satıb 70.000 manat ona pul veriləcəyini bildirmişdir. Nurlan pulu ona həmin ilin may ayında verməsini oniar öz aralarında razılaşdıqlarını bildirmişdir. Lakin Nurlan onu aldadaraq ona verdiyi qızılları ələ keçirdiyini və pulunu qaytarmadığım bildirmişdir. Ona verdiyi qızılların fotoşəkilini işə əlavə edildiyini bildirmişdir. Bu günə kimi Nurlan qızılların pulunu ona qaytarmadığını bildirmişdir. Cəmildə onu aldadaraq 457.000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Şəhlanın 58.000 manat pulunu tam şəkildə qardaşı Vüqarın vasitəsi İlə qaytaracağım bildirmişdir. Zərərçəkmiş şəxs3 sonuncu dəfə 2021 -ci ilin dekabr ayının ortalarında o, 60.000 manat pul yığaraq onun işlədiyi ünvana gəlib iş yerinin yaxınlığında olan aptekin qarşısında onunla görüşüb təqdim etdiyini bildirmişdir. Bir neçə gün sonra isə onun işləri olduğundan ailə sürücü olan İlqarla 17.000 manat pulu Zərərçəkmiş şəxs3 göndərdiyini bildirmişdir. O. həmin 77.000 manat pulu Yeganəyə qızıl zinət əşyaları toplayıb ona satması üçün əvvəlcədən göndərdiyini bildirmişdir. Lakin həmin pulun əvəzində Yeganə ona heç bir qızıl təqdim etmədiyini bildirmişdir. Ondan ya pulunu və yaxud həmin pulun əvəzində ona verəcək qızılları verməsini tələb etdikdə o, onun ona deyil, onun ona əlavə 97.000 manat verəcəyi olduğunu bildirmişdir. O. onun bu yolla ona vermiş olduğu pulu verməkdən yaynmasını görüb evdə əri Elməddin və qardaşı Vüqara məlumat verdiyini bildirmişdir. Onlarda öz növbəsində onlarla birlikdə Yeganənin işlədiyi qızıl univermağına gələrək onun ona vermiş olduğu 77.000 manat pulu tələb etdiklərini bildirmişdir. Ərinin Elməddin və digər 4 nəfər şəxslə onun işlədiyi univermağa gələrək onu hədələyib qızıl tələb etməsi tamamilə yalan olduğunu, o əri Elməddin və qardaşı Vüqarla 1 dəfə onun işlədiyini ünvana gələrək onun ona vermiş olduğu 77.000 manat pulu tələb etdiklərini, həmçinin onun ona bu vaxta qədər satdığı qızıl-zinət əşyalarının şifahi sövdələşdikləri qiymətdən daha artıq qiymətə satmadığı üçün sözlə mübahisələrinin olmasını bildirmişdir. Yeganə ondan lom qızıl əşyaları almaq adı ilə 77.000 manat pul vəsaiti almış, lakin əvəzində qızıl-zinət əşyalarını vermədiyini bildirmişdir. Yeganədən qızılın qramını 65-75 manat c i varında aldığını, lakin o. öz hesabatında qızılın qiymətini 95-140 manata hesabladığını, bu səbəbdən də 97.000 manat fərq yarandığını bildirmişdir. Bunu o, sonradan bildiyini demişdir. Bunu o, nə səbəbə görə etdiyini bilmədiyini, Yeganənin ona qarşı şər və böhtan atdığını və əsassız yerə ondan əlavə pul almaq istədiyini bildirmişdir. Tanıdığı Şahid6 ona ərzaq məmulatı olan un və siqaret gətirəcəyini vəd verdiyini və onu inandıraraq ondan ümumilikdə 457.000 manat məbləğində hissə-hissə olmaqla pul aldığını və həmin məbləğ puldan əlavə ona 200.000 manat məbləğində qazanc verəcəyini vəd versə də, o, onu aldatdığını və pulu ələ keçirərək ona qarşı dələduzluq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 onun əmisi qızı olduğunu, onun vasitəsi ilə Zərərçəkmiş şəxs5 pul aldığını və aldığı pulları da tam ödədiyini bildirmişdir. Leylaya 201 S-ci ildən etibarən 319000 manat pulu "EmanaT vasitəsi ilə Leylanın iş yoldaşı X1 hesabına, Zərərçəkmiş şəxs5 kart hesabına, həmçinin Leylanın qohumu İlqar adlı taksi sürücüsünün vasitəsi ilə pul göndərdiyini bildirmişdir. Sonuncu dəfə isə 2021-ci ilin dekabr ayının 8-də 55000 manat pulu Goranboy rayonunda əlbəəl Leyla və Aytənə verdiyini bildirmişdir. Daha sonra o, istintaqa verdiyi əlavə ifadəsində yuxarıda qeyd etdiyi ifadəsini təkzib etmiş və göstərmişdir ki, istintaq təcridxanasında olarkən Zərərçəkmiş şəxs1 İlə əlaqə saxladığını, Zərərçəkmiş şəxs1 ona şikayəti geri götürmək istəyirsənsə müstəntiqə yenidən ifadə verməsini, pulları Şahid6 verdiyini. Şahid6 də Öz növbəsində pulİarı aparıb Vüqara verdiyini deyəcəyini bildirmişdir. Dediyi formada ifadə vermədiyi təqdirdə onun ərini və qardaşını öldürəcəyi ilə hədələdiyini demişdir. O, da əlacsız qalmış onun dedikləri ilə razılaşdığını bildirmişdir. Hal hazırda Şahid6 barəsində istintaqa verdiyi əvvəlki ifadəsindən imtina etdiyini, həmin ifadəni Bəhruzun hədə-qorxusu altında verdiyini bildirmişdir. Nurlan barəsində verdiyi ifadəsini təsdiq etdiyini. Zərərçəkmiş şəxs1 hər hansə məbləğdə borcu olmadığım, ondan cəmi 15.000 manat məbləğdə pulu sələmə aldığını və Bəhruz ona hədə-qorxu gələrək, şantaj edərək ondan qat-qat artıq məbləğdə pul aldığını bildirmişdir. Bəhruzun dostu Rəşaddan hər hansı məbləğdə pul almadığını və onu tanımadığını bildirmişdir. Zərərçəkmiş şəxs5 pulları sələmə aldığını, pulları Leyla vasitəsi ilə götürdüyünü, sonra artıqlaması ilə qaytardığım. Zərərçəkmiş şəxs4 onun barəsində dediklərinin hamısının yalan olduğunu, şər və böhtan xarakterli olduğunu, ona borcu olmadığım bildirmişdir. Zərərçəkmiş şəxs6 20.000 manat məbləğində borcu olduğunu, ona verdiyi qəbzi isə təsir altında olaraq yazdığını bildirmişdir. Zərərçəkmiş şəxs3 70.000 manat borcu olduğunu, ondan götürdüyü qızılları Nurlana verdiyini bildirmişdir (Cild 10, iş vərəqi 83-90). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və ittihamın gəldiyi nəticə ilə razı olduğunu, Təqsirləndirilən şəxs 2008-2009-cu illərdə qonşu kimi tanıdığını bildirdi. Zərərçəkmiş şəxs1 ifadəsinə görə, əvvəlcə Gülnarənin qardaşı Vüqar ondan borc pul istəmiş, o, Vüqara 15.000 manat apul vermiş, sonradan Vüqar həmin pulu geri qaytarmışdır. Ümumilikdə isə, Gülnarəgil onun 290.600 manat pulunu almışlar. Sonuncu dəfə ona demişlər ki, tanınmış bir adamın qardaşının evinin mebel işlərini həll edəcəklər. Həmin vaxt da o, Gülnarəgilə 147.000 manat pul vermişdir. Gülnarə, əri Elməddin və onların qızı ona demişlər ki, alınmış pullar Gülnarənin qardaşı Vüqardadır. Lakin ona vurulmuş maddi ziyan ödənilməmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 göstərdi ki, o, Zərərçəkmiş şəxs2 də 85.000 manat pul alıb Gülnarəyə vermişdir. Vüqar ilk dəfə ondan aldığı 15.000 manatı təxminən 5 ay sonra geri qaytarmışdır. Təqsirləndirilən şəxs verdiyi pulları iş qurmaq məqsədilə vermişdir. O, pulları hissə-hissə sürücülər İlham və Orxan adlı şəxslər vasitəsi ilə onlara göndərmişdir. Göndərdiyi pullar müxtəlif məbləğlərdə olmuşdur. Pulu göndərməmişdən qabaq o, Gülnarə ilə danışıb razılaşmış və sonra pulu göndərmişdir. Sürücü ilə pulu göndərəndən sonra zəng edib Gülnarədən pulu alıb-almadığını dəqiqləşdirmiş, Gülnarə də göndərdiyi pulların sürücü tərəfindən ona çatdırıldığını təsdiq etmişdir. İttihamda qeyd olunan 290.600 manat pul onunla Rəşada məxsus puldur. Həmin məbləgdə pulu o, 15-20 dəfəyə vermişdir. Ona birinci dəfə verdiyi pul qaytarılandan təxminən 1 ay sonra yenidən Gülnarəyə 10.000 manat pul vermiş, ondan sonra qalan pulların nə vaxt pul verdiyi xatirində qalmamışdır. Birinci dəfə verdiyi 10.000 manat puldan ona 2000-2500 qazanc qaytarılmışdır. Ümumilikdə isə, ona 22.700 manat pul qaytarılmışdır. Ona qaytarılan məbləğ verdiyi pullardan gələn qazanc olmuşdur. Hər dəfə qazang veriləndə təxminən 2000-3000 manat pul verilmişdir. Sonuncu dəfə verdiyi 147.000 manatdan ona 50.000 manat xeyir verilməli idi. 147.000 manat pulu verilənə qədər artıq Gülnarəgilə 145.000 manat verilmişdir. Həmin pulların qazancı ona veriləndən sonra 147.000 manat vermişdir. Xatirinə düşür ki, o, 2019-cu ilin noyabr ayında 50.000 manat pul vermişdir. Həmin puldan əvvəl isə bir dəfə 35.000 manat vermişdir. O, Gülnarənin dediyi sexə dəfələrlə getmiş, lakin orada heç kimi görməmiş, zəng etsə də, telefona cavab verməmişlər. Onlara inandığı üçün mebel sexinin işləyib-işləmədiyini araşdırmamışdır. O, dəfələrlə Gülnarənin həyat yoldaşına zəng etsə də, telefon zənglərinə cavab verməmişdir. Mebel sexi «Çermet» körpüsünün yanında yerləşmiş və o, həmin əraziyə gedib baxmışdır. Onun özü əvvəllər karqo işi ilə məşğul olmuş, Gülnarəgil isə mebel istehsalı ilə məşğul olmuşlar. Onu da həmin istehsala daimi şərik etmişlər. O da, Gülnarəgilə etibar etdiyi üçün daim iş yerinə gedib maraqlanmamışdır. O, Gülnarənin qardaşı Vüqarla dost olmuşdur. O, mebel sexinə avadanlıq almaq üçün Vüqara 11.000 manat pul vermişdir. Pulunun batdığını biləndə görüşmək üçün Vüqara, Gülnarəyə və Elməddinə zəng etmiş, lakin onlar görüşə gəlməmişlər. Polisə şikayət edəndən sonra Gülnarənin həyat yoldaşı Elməddin polis bölməsində olarkən azadlığa çıxandan sonra pulu qaytaracağına söz vermiş, lakin ona dəymiş ziyan hələ də ödənilməmiş qalmışdır. Buna görə də, o, vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi ilə bağlı məhkəmədə bildirdiyi mövqe ilə əlaqədar məşkəmə iclasında həmin ifadələr tədqiq edildi. Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2008-ci ildən tanımışdır. Gülnarə onunla qonşu olmuşdur. Münasibətləri qonşu kimi yaxşı olmuşdur. 2019-cu ilin əvvəllərində Gülnarə ondan 15000 manat borc istəmiş və 5 aydan sonra qaytaracağını bildirmişdir, Həqiqətən də, verdiyi vədə əməl etmiş və borcu qaytarmaq üçün ona 15000 manat vermək istəmişdir. O, Gülnarəinin həmin məbləği faizə borc almaqla əldə etməsini özündən öyrənəndən sonra pulu götürməmiş və pulu sələmçiyə qaytarmağı təklif etmişdir. Qeyd olunan vaxt Gülnarə həmin məbləği ərinin mebel sexinə yatızdıracağını, hər ay hərəsinə 700-800 manat qazanc əldə edə biləcəyini demiş, o da, onun təklifi ilə razılaşmışdır. Bundan sonra onun tələbi ilə 2019-cu ilin mart ayından 2021-ci ilin dekabr ayının 17-nə qədər ona 290.000 manat pul vermişdir. Pulu ona yaşadığı Abşeron rayonu, «Yeni Bakı» yaşayış massivində bir hissəsini, yəni sonuncu pulları Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2097 ünvanında yerləşən mebel sexinin yaxınlığında vermişdir. Gülnarə pulu ondan hissə-hissə mebel sifarişi olduğu barədə məlumat verib mebel hazırlanması üçün materialların və cihazın pulunu istəmişdir. O da, Gülnarəyə inanaraq pulu vermiş, lakin Gülnarə ona cəmi 22.700 manat qazanc kimi pul verişdir. O, Gülnarəyə dəfələrlə özünə pul lazım olduğunu bildirib istəyəndə, Gülnarə hər dəfə pulun materiala sərf olunduğunu, sifariş yerinə yetirilməsini bildirmişdir. 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs telefonlara cavab vermədiyinə görə, o, sonuncunun qızı ilə danışmış, qızı isə anası Gülnarənin qızıl alqısatqısı ilə məşğul olduğunu və həmin işdə ziyan olmasını, borcları ödəyə bilmədiyini demişdir. Həmçinin qızı ona anasının atasını da aldatdığı barədə yazılı, səsli mesaj göndərmiş, mebel fəaliyyəti ilə məşğul olmaq üçün pul istədiyini qeyd etmişdir. Gülnarə aldığı pulları mebel hazırlanmasına deyil, qızılın alqı-satqısı işinə buraxdığını başa düşmüş və ondan şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs pulları hissə-hissə verməsi barədə onun qeydləri olmuş və onu istintaqa təqdim etmişdir. 2021-ci ilin dekabr ayında ona hissə-hissə 110.000 manat pul vermişdir. Gülnarəyə faizlə borc pul verməmiş, Gülnarə yalan demiş, pulu ərinin mebel sexinə şərik olmaq üçün ona və ərinə vermişdir. Təqsirləndirilən şəxs onu əri ilə mebel sexinə şərik etsə də, son vaxtlar o, Gülnarəyə külli miqdarda pul verdiyini, əri ilə onu görüşdürməsini və bu barədə söhbət etmək istəyini bildirsə də, Gülnarə görüşə razılıq vermiş, lakin görüşü təşkil etməmiş, hər dəfə bir bəhanə gətirmişdir. O, mebel sexinin kimə məxsus olmasını bilməmişdir. Elməddinin “Çermet” körpüsü yaxınlığında olan mebel sexində işlədiyini və onun işlərindən məlumatı olduğunu bildirmişdir. O, bir dəfə 2021-ci ilin dekabr ayında Elməddinin hesabına Gülnarənin tapşırığı ilə 2600 manat pul köçürmüş, hesab nömrəsini xatırlamır, pulun ödənilməsinə dair qəbz onda saxlanılır. Bundan başqa dəfələrlə taksi sürücüləri ilə Gülnarə və əri Elməddinə pul göndərmişdir. Taksi sürücüləri İlham, Orxan və Vəli bunu təsdiq edə bilərlər. Bir dəfə də Gülnarənin tapşırığı ilə onun tanışı İlhamə adlı qadının hesab nömrəsinə 10.000 manat köçürmüş, qadının adı İlahə olmuş, soyadını xatırlamamır, qəbzin olduğunu bildirmişdir. Telefon yazışmalarının 2022-ci ilin əvvəlindən başladığını, o, Gülnarənin və qızı Sevincin «vatsap» nömrəsinə yazdığını bildirmişdir. O, verdiyi pulun nə vaxt qaytarılacağı ilə maraqlansa da, Gülnarə əvvəl ona cavab verməmiş, onun əvəzinə onunla qızı Sevinc yazışmışdır. Sevinc anası Gülnarənin ondan aldığı pulları qızıl məmulatlarının alverinə yatızdırdığını, qızıl satan şəxsin isə anasını aldatdığını bildirmişdir. Gülnarə özü cavab verəndə, guya o, pulu faizlə borc verdiyini, pulu qaytaracağını, ya da ki, qızılı ona satan şəxs tərəfindən onu aldadıldığını bildirmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq hisə-hissə 292.600 manat pulunu alaraq aldatmışdır. O, Gülnarəyə pulları 2019-cu ilin mart ayından verməyə başlamış, son dəfə onun verdiyi hesab nömrəsinə 2021-ci ilin dekabr ayının 17-də 10.000 manat pul köçürmüşdür. «Dəryaz» qəzetində «Mütəşəkkil sələmçi dəstələri» başlıqlı məqalədə faizə pulu verən şəxs kimi onu göstərməsi ilə bağlı məqalədə göstərilənlər yalandır, Gülnarəyə heç vaxt faizə pul verməmişdir. Zərərçəkmiş şəxs2 onun dostu olmuş, 2021-ci ildə ona mebel sexinə pul yatırımı etdiyini, qazanc əldə edəcəyini istəsə, onun da pul yatıra biləcəyini demiş, sexin sahibinin arvadının onun tanışı olduğunu bildirmişdir. Rəşad da təkliflə razılaşmış və 2021-ci ilin avqust ayında hissə-hissə cəmi 35.000 manat, dekabr ayında isə 50.000 manat yatırım etmişdir. O, Rəşadla həmin pulları taksi sürücüləri ilə həm Gülnarəyə, həm də dekabr ayında onun əri Elməddinə göndərmişdir. Gülnarənin vədlərini o, Rəşada çatdırmışdır. Pullarının qaytarılmasını tələb etdikdə Gülnarə onu və Rəşadı evinə çağırmış, söhbət zamanı Gülnarə onun vasitəsi ilə ona verdiyi hissə-hissə 85.000 manatı, onun isə 205.000 manatını aldığığını demişdir. Gülnarə pulu ona hissə-hissə qaytaracağına söz versə də, vədinə əməl etməmiş və onu aldatmaqda davam etmişdir. Həmin söhbət zamanı Gülnarə etiraf etmiş, Rəşadın 85.000 manat pulunu və onun 205.000 manat pulu mebel istehsalına deyil, qızıl-zinət alış-verişinə sərf etdiyini, pulları mebel istehsalına qoyacağına vəd verdiyini və onları da bu işdən gələn qazanca şərik edəcəyini bildirmişdir. Şahid11 özü onunla mebel sexinə şərikliyi barədə danışmamış, o, şəxsən pulları ona vəd verməmiş, ancaq Gülnarənin onunla danışdığını bildirmişdir. Gülnarə "Vatsapp'' proqramında Elməddinə məxsus səs yazısı atdığını, səs yazılarında Elməddin 200 minlik mebel işinin olmasını, təxminən 150 min pul olduğunu, adama təxminən 50 min manata yaxın xeyir olacağını bildirmişdir. O da, Elməddinin bu danışığına inanıb onun arvadı Təqsirləndirilən şəxs 137.000 manat pul göndərmiş, həmin pullar Elməddinə göndərilmişdir. Bundan əlavə 10.000 manat İlahə adlı qadının, 2600 manat isə Elməddinin bank kartına göndərilmişdir. O, pulları taksi sürücüləri Vəli, Orxan və İlham adlı şəxslər vasitəsi ilə dəfələrlə Elməddinə göndərmişdir. O, özü şəxsən Elməddinə pul verməmişdir. Pulları o, Gülnarəyə vermək üçün əvvəlcə onunla danışmış, o, pulu Elməddinə və yaxud onun özünə göndərilməsini bildirdikdən sonra istədiyi məbləğdə pulu inandığı və etibar etdiyi taksi sürücüləri vasitəsi ilə göndərmiş, pul Elməddinə və onun özünə çatdıqdan sonra Gülnarə ilə telefon əlaqəsi saxlamış və sonuncu, göndərilən pulların çatdığını bildirmişdir. O, Elməddinlə telefonla danışaraq "gəl görüşək, mebel biznesimizi müzakirə edək» desə də, Elməddin onunla görüşməkdən yayınmış və Gülnarə ilə məsələləri həll etməsini bildirmişdir. Bundan başqa, Elməddin ona vatsap səs yazısı göndərəndə o, özünü "Aidə" kimi adını hallandırmağı təklif etmiş, bu barədə soruşanda o, «Aidə» kimi onun adını çəkməsi həyat yoldaşı ilə onun arasında parol olduğunu bildirmişdir. Sonradan Elməddin və Gülnarənin onu aldadıb mebel biznesi oynuna saldıqlarını başa düşmüşdür. O da, onlara inanıb külli miqdarda pul vermişdir (cild 6, iş vərəqi 37-40). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, Təqsirləndirilən şəxs onun müştərisi olmuş, əvvəllər ondan qızıl-zinət əşyaları nisyə alaraq sonradan gətirib pulunu vermişdir. Lakin bir müddətdə sonra o, müxtəlif səbəblərlə görə götürdüyü qızıllarıın pullarını qaytarmamış və ona 98.000 manat borcu yaranmışdır. Dəfələrlə ondan pulunu tələb etsə də, Gülnarə hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınmışdır. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs3 bildirdi ki, əvvəllər Gülnarə həmişə ondan nisyə götürdüyü qızılların pulunu hər həftənin birinci günü gətirib ona vermişdir. Lakin qardaşı Vüqar ona zəng edəndən sonra o, Gülnarəyə qızıl verməyi dayandırmışdır. Hər dəfə Gülnarəyə qızıllar verəndə o, özündə onların qeydiyyatını aparmış, Gülnarə də aldığı qızıllara görə onun qeydiyyat kitabında imza etmişdir. O, 750 əyarlı qızılın qramını Gülnarəyə 140 manata vermiş, hazırda Təqsirləndirilən şəxs ona vurduğu 98.000 manat ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs Gülnarə Səlimovanın ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi ilə bağlı məhkəmədə bildirdiyi mövqe ilə əlaqədar məşkəmə iclasında həmin ifadələr tədqiq edildi. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs onunla tanış olan gün ondan bir neçə qızıl-zinət əşyası almış, özü maddi imkanı olan şəxs kimi məlumat vermiş, həmçinin övladlarının gələcəyi üçün qızıl-zinət əşyaları alıb saxlamaq istədiyini bildirmişdir. O, Gülnarəyə qızıl-zinət məmulatlarını nisyə satmağa razılıq vermiş və Gülnarə nisyə aldığı qızıl-zinət əşyalarının pulunu hissə-hissə tez-tez ödəyəcəyini demişdir. 2021-ci ilin iyun ayından başlayaraq 2022-ci ilin mart ayına kimi o, Gülnarəyə müxtəlif qiymətlərlə, müxtəlif adda, əyarda və çəkidə qızıl-zinət əşyalarını nisyə satmağa başlamışdır. Gülnarə qızıl-zinət əşyalarını götürdüyünü və bir həftədən sonra bir hissəsinin pulunu ödəyib əvəzinə başqa qızıl-zinət əşyası götürülməsini bildirmişdir. Bununla o, onun etibarını qazanmış və sonda 97.880 manat dəyərində qızıl-zinət əşyalarının pulunu ödəməmişdir. Təqsirləndirilən şəxs iki qızı olduğunu və zərgərlik məmulatlarını onların gələcəyi üçün aldığını bildirmişdir. Onun Gülnarə ilə zərgərlik məmulatlarının şərikli alqı-satqısına dair razılaşması olmamış, Gülnarə zərgərlik məmulatlarını özü və qızları üçün aldığını demişdir. O, Gülnarəyə malları nisyə verməyə razılıq vermiş, başqa heç bir razılaşması olmamışdır. O, qızılzinət əşyalarını Gülnarəyə və qızına verərkən, ondan pulu alarkən özündə qeydlər aparmışdır. Gülnarə bəzi hallarda imza etmiş, bəzi hallarda imza etməmişdir. Həmin qeydlərin kserosurətini istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs3 təqdim olunmuş siyahının özü tərəfindən tərtib edildiyini, həmin siyahını özü üçün tərtib etdiyini, əsas onun imzası ilə olan qeydləri də təqdim etdiyini, həmin siyahıda Gülnarə ona qalmış borcunu təsdiq etdiyini bildirmişdir. Həmin əmlakın ona məxsus olduğunu, satmaq niyyəti ilə aldığını, həmin malların heç birinin pulunu vermədiyini bildirmişdir. Həmin malları Gülnarə və əri Elməddin, qardaşı Vüqar sifariş vermişdir. Zərgərlik məmulatlatlarının kimə məxsus olmasını deyə bilmədiyini, həmin şəxsləri bu işə qatmaq istəmədiyini bildirmişdir. O da, onun götürdüyü zərgərlik məmulatlarının siyahısı olduğunu, lakin o, pulu ödəyəndə hansı malların pulları olmasının qeyd edilmədiyini, ümumi məbləğdən çıxıldığını bildirmişdir. Qızıl əşyalarının verilməsi 2021-ci ilin iyun-avqust aylarında başlanmış, son vaxtlar Gülnarə ödəmələr etməmişdir. O, əlaqə yaradıb Gülnarədən səbəbini soruşanda, hesabat etdiyini, pulu və ya malları gətirməsini demişdir. Gülnarə atasının hüzürünə getdiyini, bir həftədən sonra qayıdıb pulu ödəyəcəyini bildirmiş, o da, Gülnarə ilə razılaşmışdır. Gülnarə qayıdandan sonra ondan 1 kiloqram qızıl istəyərək ona çatdırmağı, 1 kiloqram qızılı verməsə, pulunu verməyəcəyini bildirmişdir. Əri Elməddin və qardaşı Vüqar onunla Gülnarənin nömrəsi ilə danışmışlar. O isə, «verə bilmərəm» demişdir. Vüqar hətta onu hədələmiş, MTN-də işlədiyini, pis olacağını bildirmişdir. O, qızıl-zinət əşyalarının nə üçün lazım olmasını soruşduqda, Elməddin İsrailə pul göndərməli olduğunu bildirmişdir. O, bankdan kredit götürməyi təklif etmiş, Elməddin onlara qızıla yaxşı pul verən tanışı olduğunu, ona görə də onlara qızıl lazım olduğunu bildirmişdir. O, qəti etiraz etmiş, bu söhbətin səhərisi Gülnarə və qızı Sevinc iş yerinə gəlmişlər. Gülnarə ondan üzr istəmiş və etdiyi hərəkətlərə görə vicdan əzabı çəkdiyini bildirmişdir. Bu dəfə qızı Sevinc ona heç olmasa onun xətrinə 200 qram qızıl verməsini demişdir. O, yenə imtina etmiş, onlar çıxıb getmiş və səhərisi gün Gülnarənin əri, qardaşı, xalasının əri, Gülnarə və 5 nəfər tanımadığı şəxs iş yerinə gəlmişlər və qızıl verməsini tələb edib onu məcbur etmişlər. Əri Elməddin ona qızılı verməsini, onlar borcu və təzə verilən qızılın pulunu yanvarın 10-da verəcəyini demiş, o da, onlarla razılaşmışdır. Onlar onu ölümlə hədələdiyindən o, polisə müraciət etmişdir. Polis çox gec gəlmiş və onları polis əməkdaşları polis bölməsinə aparmışlar, lakin onu qəbul edən şəxs olmamış, onlar çıxıb getmişlər. 1 saatdan sonra o, yenidən polis şöbəsinə getmiş, rəisə şikayətini bildirmiş, bundan sonra ondan izahat alınmışdır. Gülnarə qızıl-zinət əşyalarının pulunun bir hissəsini ödəmiş, bundan başqa ona ərinin mebel sexi olduğunu demiş, o da, ona inandığını bildirmişdir. O, həmin qeydlərini hazırda istintaqa təqdim etdiyini, hər dəfə mal götürəndə və ya pul verəndə, nə qədər verməsini, hansı məbləğdə mal götürməsini qeyd etdiyini bildirmişdir. O, malları Gülnarəyə verəndə tək olmuşdur. Rəsmi sənədləşmə aparmamış, qeydlərinə əsasən nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs ilə vatsap yazışmaları, telefon danışıqları və SMS-lər olduğunu bildirmişdir. Qızıl-zinət əşyalarını Elməddin və Vüqarın sifariş verdiklərini, qızı Sevinc isə qızıl-zinət əşyalarının seçilməsində iştirak etdiyini, onun anası ilə gəldiyini bildirmişdir. Gülnarə ona borcundan bir dəfə 60.000 manat verdiyini, o biri həftə sürücü İlqarla 17000 manat göndərdiyini bildirmişdir. Göndərdiyi pul əvvəl götürdüyü qızıl-zinət əşyalarına görə yaranmış borcun bir hissəsi olmuşdur. Onun Gülnarə ilə zərgərlik məmulatlarının şərikli satışı barədə razılığı olmadığını, zərgərlik məmulatlarını ondan özü üçün aldığını, ona ucuz qiymətə məmulat satmadığını bildirmişdir. Siyahı şəklində olan vərəqlərdə Təqsirləndirilən şəxs 1.11.2021-ci (8.11.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə nisyə satdığı qızıl-zinət əşyalarının adı, çəkisi, əyarı, kodu və dəyəri göstərildiyini, həmin siyahılardakı məbləğ təqdim etdiyi hesablamalar apırdığı iki vərəqdə öz əksini tapdığını bildirmişdir. Sonuncu dəfə qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə verdiyini, xx.xx.2021-ci ildən əvvəl verdiyi qızılzinət əşyalarının siyahısını saxlamadığını bildirmişdir (Cild 6, iş vərəqi 109-114). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini qeyd edərək göstərdi ki, o, kənd təsərrüfatı ilə məşğuldur, həmçinin gözəllik salonunun sahibidir. Təqsirləndirilən şəxs qohumu Leylanın vasitəsi ilə tanımışdır. Leyla birinci dəfə dərman almaq adı ilə ondan 2.000 manat borc pul istəmiş, o da, həmin pulu vermişdir. O, öz evində Leylanın iştirakı ilə Gülnarəyə 73.000 manat pul vermiş, hətta bir dəfə Gülnarənin özü də həmin pulun verilməsində iştirak etmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs5 bildirdi ki, o, Təqsirləndirilən şəxs 185.000 manat pulu qızıl alverinə görə, 73.000 manatı isə mebelə görə vermişdir. Onlar istifadəsində olan maşına görə ona etibarnamə vermiş, lakin 23 gün sonra pulun dalınca gedəndə Gülnarəgil artıq etibarnaməni ləğv etmişlər. Ona verilən qızıl saatı isə o, 2000 manata satmışdır. Hazırda Təqsirləndirilən şəxs ona 258.000 manat pul verməlidir. Ümumi ziyandan 73.000 manat pulu o, Leylanın vasitəsi ilə vermişdir. Onun Gülnarəyə verdiyi 31.000 manat ümumi 185.000 manat pulun tərkibinə daxildir. 73.000 manat pul Gülnarəyə hissə-hissə verilmiş, bunlar hamısı istintaqdakı ifadəsində qeyd olunmuşdur. O, 2000 manat pulu Leylaya dərman üçün vermiş, həmin pulu qaytarandan sonra isə Leylaya daha 5000 manat vermişdir. İş adı ilə Gülnarə ona 15-20 min manatlıq xeyir vermişdir. Onun verdiyi pulun kökü, yəni əsas məbləğ ona qaytarılmamışdır. Gülnarənin sözlərinə görə, ona tenderlərdə iştirak edib udulduqdan sonra qazanc verilməli idi. Bu günkü gündə Təqsirləndirilən şəxs, əri Elməddin və qardaşı Vüqar ona 258.000 manat maddi ziyan vurmuşlar. Odur ki, həmin ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi ilə bağlı məhkəmədə bildirdiyi mövqe ilə əlaqədar məşkəmə iclasında həmin ifadələr tədqiq edildi. Zərərçəkmiş şəxs5 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Zeynalabdin qızını, onun həyat yoldaşı Şahid11 və qardaşı Şahid10 tanımışdır. O, Goranboy rayonu, Xanqərvənd kəndində yaşamış və orada xırda sahibkarlıqla məşğul olmuşdur. Leyla 2019-cu ildə onun kənddə işlətdiyi "Miş-Miş” gözəllik salonuna gəlmiş və oradan aralarında ünsüyyət yaranmışdır. xx.xx.2020-ci ilin aprel ayında həmkəndlisi Zərərçəkmiş şəxs4 salonda ona Xırdalan şəhərində yaşayan öz əmisi qızı Gülnarənin və ailə üzvlərinin mebel biznesində fəaliyyətlə məşğul olduğunu demiş, birgə işləməyi təklif etmişdir. O da, Leylaya etibar etdiyi üçün Gülnarə ilə 2020-ci ilin təxminən ortalarında evində tanış olmuşdur. Onlar onun evinə gəlmiş və mehriban söhbət zamanı Gülnarə ona özünü işgüzar, sahibkar bir qadın kimi təqdim etmişdir. Gülnarə ona özünün və əri Elməddinin birlikdə böyük mebel istehsalı ilə Bakı şəhərində məşğul olduqlarını, tenderlər götürdüklərini və onları həyata keçirdiklərini bildirmişdir. Hətta söhbət zamanı Gülnarə tanınmış müğənnilərdən Xatirə İslamın evinin bütün mebel işlərini gördüklərini demişdir. Gülnarə onda özünə qarşı böyük inam yaratmış və onun dediklərinə heç bir şübhəsi qalmamışdır. Gülnarə isə həmin pulu mebel sexində əri Elməddinin istifadə edəcəyini, gəlir əldə edib sonradan ona tenderi udandan-udana 15.000- 20.000 manat gəlir əldə edəcəklərini demiş, maraq yaradıb pul istəmişdir. Gülnarə ondan böyük həcmdə pul istədiyini, hazırda nə qədər pulu varsa ona verməsini, qalanı hissə-hissə verə biləcəyini bildirmişdir. O, Gülnarənin dediklərinə inanmış və bundan sonra hissə-hissə 2020-ci il yanvar ayından başlayaraq 2021-ci ilin sonunadək Leylaya əlbəəl ümumilikdə 73.000 manat mebel biznesinə görə Goranboy rayonu, Xanqərvənd kəndində hissə-hissə Gülnarəyə çatdırmaq üçün pul vermiş, Leyla da pulları Gülnarəyə çatdırdığını bildirmişdir. Gülnarə mebel biznesinə yatırdığı pula görə ona cəmi 15.000 manat məbləğində qazanc pul vermişdir. Pulu hissə-hissə Leyla vasitəsi ilə, eləcə də «MilliÖn» aparatı vasitəsi ilə ona göndərmişdir. O, bir neçə dəfə Gülnarə ilə telefon əlaqəsi saxlamış və ondan niyə qazancın belə az məbləğdə olması ilə maraqlanmışdır. Gülnarə ona darıxmamağı və narahat olmamağı, tender udduqlarını, böyük qazanc olacağını, onun ana pulunun və qazancının tam şəkildə ödəniləcəyini bildirmişdir. Gülnarə bu sözlərdə onda özünə qarşı inam yaratmış və onun Gülnarəyə qarşı heç bir şübhəsi olmamışdır. O, pulları banklardan və yaxın adamlardan götürmüşdür. Həmin ərəfədə Gülnarə onunla qızıl alveri etmiş və ondan 50-60 min manat dəyərində qızıl-zinət əşyaları almış və pulları vaxtlı-vaxtında ödəmiş, Gülnarənin bu hərəkətləri onda böyük inam yaratmışdır. Bundan sonra Gülnarə hissə-hissə qızıl biznesi edəcəyini demiş, ondan əlavə olaraq ümumilikdə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 185.000 manat pulu qardaşı Vüqar, əri Elməddin və Gülnarənin aldığını bildirmişdir. Bununla da o, ümumilikdə Gülnarəyə 258.000 manat pul vermişdir. Gülnarə ona guya iş görüb gəlir əldə edəcəklərini vəd etməklə, özündə inam və etibar yaratdığını, həmin pulları mənimsədiyini bildirmişdir. Pulları «Milli ön» aparatından və bank hesablarından onunla bu işlərdə şəriki olan qardaşı Şahid10, əri Şahid11 hesablarına köçürtdüyünü bildirmişdir. Gülnarə sonuncu dəfə, yəni 2021-ci ilin dekabr ayının 22-də onu və ərini Masazır qəsəbəsindəki yaşadığı evə dəvət etmiş və orada Gülnarə, Elməddin və qardaşı Şahid10 ondan 31.000 manat almış, bir həftəyə bütün pulları qazancı ilə birlikdə tam şəkildə qaytaracağını vəd etmişlər. 31.000 manat puldan əlavə hissə-hissə olmaqla 15.000 manat Elməddin və Gülnarə onun evinə gələrək ondan almış, 30.000 manat pulu İlqar adlı taksi sürücüsü ilə, 17.000 manat, yəni 5000 ABŞ dolları Gülnarənin adına, 5000 ABŞ dolları isə Elməddinin adına ərinin dayısı qızı Lalə Nisanova və onun qızı Nuriya Levayeva tərəfindən onun xahişi ilə İsraildən pul göndərilmiş və həmin qəbzlər cinayət işinə əlavə edilmişdir. Bundan sonra hissə-hissə 10.000 manat, 11.000, 15.000 manat, 5000 manat, daha sonra 5300 manat onun tərəfindən Şahid10 şəxsi hesab karına göndərilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Elməddin, Vüqar, qızı Sevinc Aslanova və onun əri Talehin iştirakı ilə ona cəmi 233.000 manat pulun verilməsinə dair Sevinc Aslanova tərəfindən öz xətti ilə qəbz yazıldıqdan sonra Gülnarə, o, Sevinc qəbzi təsdiq etmiş, Göranboyda isə Leyla da həmin qəbzi imzası ilə təsdiq etmiş və qəbzin əslini ona vermişdir. Sonradan bu qəbzi yazmaqda məqsəd Vüqarın, Elməddinin və Gülnarənin onda inam yaratmaq istədiklərini bildirmişdir. Lakin vaxt çatdıqda Gülnarə ona mebel sexində yanğın olduğunu demiş, qızıl işində ziyan etdiyini bəhanə gətirib, onun adına Şahid11 guya ‘"Hyundai Grandeur markalı **- TK-*** nömrə nişanlı avtomobili verəcəyini vəd etmiş, etibarnamə versə də, sonradan həmin etibarnaməni də onu aldadaraq ləğv etdiyini bildirmişdir. Bununla da, Gülnarə, əri Elməddin və qardaşı Vüqar onda inam yaratmış, iş görüb pul qazanacağını vəd edərək, etibarından sui-istifadə edib ümumilikdə 250.000 manat pulunu ələ keçirmişlər. Bunu təsdiq edən çekləri, taksi sürücüsü İlqar adlı şəxslə aralarında olan yazılı sənədlə imzaları ilə təsdiq edə biləcəyini demişdir. O, Gülnarəyə verdiyi pulları bankdan və başqa şəxslərdən alıb ona çatdırdığını bildirmişdir. Gülnarə tərəfindən aldanıldığı üçün həmin borcları qaytara bilməmiş və özünə qəsd etmək səviyyəsinə çatmışdır. O, Gülnarəyə həmin pulu faizlə verməmişdir. 258.000 manat pulun Gülnarədən, Elməddindən və Vüqardan alınıb ona qaytarılmasını tələb etdiyini bildirmişdir. O, 2021-ci il noyabr ayının 15-də Mingəçevir şəhərində "Access bankdan 30.000 manat məbləğində əri ilə kredit götürdüklərini və pulun 15.000 manatını Vüqarın kart hesabına köçürdükdən sonra qalan məbləği həmin gün köçürməyin mümkün olmadığım və Vüqar ona pulu təcili göndərmək lazım olduğunu bildirmişdir. O da, həmin qaimədə göstərilən 15.000 manat pulu Şahid10 hesabına köçürmək üçün banka müraciət etsə də, bank işçiləri Vüqarın vergidən yayındığı üçün həmin qaiməyə əsasən pulu qəbul etmədiklərini bildirmişdir. Onda o, həmin məbləğ pulu «Milli Ön» aparatı vasitəsi ilə Şahid10 hesabına göndərmişdir. Lakin qaimə-sənəd onun özündə qalmışdır. Banklardan götürülmüş pul vəsaitlərinə dair zəruri sənədləri cinayət işinə əlavə edilmişdir. xx.xx.2021-ci ildə Xanqərvəd kəndindən Vüqarın hesabına 4.200 manat, 2021-ci ilin noyabr ayının 21-də Xanqərvəd kəndində «Milli ön» aparatı vasitəsi ilə Şahid10 adına 2000 manat, 02 dekabr 2021-ci ildə 4.600 manat, yenə xx.xx.2021-ci ildə 5000 manat. xx.xx.2021 -ci il tarixdə 5000 manat, «Kapital bank» vasitəsi ilə 2000 manat. xx.xx.2021-ci ildə 5000 manat, xx.xx.2021-ci ildə Mingəçevir «Milli ön» aparatı vasitəsi ilə 5000 manat, 4700 manat, xx.xx.2021-ci ildə Xanqərvənd kəndindən «Access bank» vasitəsi ilə 15.000 manat, Mingəçevir şəhərindən 15.1 1.2021-ci ildə Milli ön aparatı ilə 5000 manat, Mingəçevirdən «Kapital bank»dan 1800 manat, xx.xx.2021 -ci ildə Mingəçevirdəki «Kapital bank» aparatından 100 manat, xx.xx.2021-ci ildə yenə Mingəçevirdən aparat vasitəsi ilə 5000 manat, Naftalan şəhərindən «Kapital bank» ödəmə terminalından 10.000 manat, xx.xx.2021-ci ildə Şahid11 adma 5000 ABŞ dolları İsrail Respublikasından göndərdirdiyini bildirmişdir. 5000 ABŞ dolları isə Təqsirləndirilən şəxs adına göndərdirdiyini bildirmişdir. xx.xx.2021-ci ildə Gülnarə ona Emanat vasitəsi ilə 850 manat, daha sonra xx.xx.2021-ci ildə isə 240 manat pul göndərdiyini, həmin pulların götürdüyü qızılların borcuna aid ödənişin pulu olduğunu bildirmişdir. Onun Gülnarə ilə əvvəllər qızıl əşyalarının alqı-satqısı ilə məşğul olduqlarını, lakin qeyd etdiyi hadisələrin göstərdiyi faktlarla bağlılığı olmadığını bildirmişdir. Onlar onu inandırdıqlarını, nə qədər çox pul versə, o qədər böyük qazanc əldə edəcəyini, artıq malların Türkiyənin Beşiktaşdan sifariş edildiyini, böyük qazanc əldə edəcəklərini, onun ana pulu, gətirəcəkləri qızıllarla bərabər qazancını da verəcəyini bildirdiklərini demişdir. Hətda Gülnarə onun mobil telefonunun «vatcap»ına mebel sexinin yanması ilə əlaqədar Elməddinin ağır vəziyyətdə evdə xəstə yatmasının fotoşəkilini göndərdiyini, onların nə vəziyyətdə olduqlarını başa düşməsinə onu inandımağa çaləşmalarını, hazırda vəziyyətləri nə halda olduğunu onu başa salmağa çalışdıqlarını bildirmişdir. Onun onlara yazığı gəlməsini və nə isə onlardan tələb etməməyə çalşdıqlannı bildirmişdir. Sonradan bütün bunlar hamısı yalan bəhanələr olduğunu bildirmişdir. Daha sonra ona qızıl mağazasının piştaxtasında olan qızılların şəkillərini göndərdiyini, güya qızıl mağazası fəaliyyətdə olduğunu bildirmişdir. Sonradan ona həmin fotoşəkil Zərərçəkmiş şəxs3 adlı qadının qızıl-mağazasına aid olduğunu bildiyini demişdir. Şahid10 şəxsən ona onun özünün, Elməddinin və arvadı Giilnarənin qızıl biznesi ilə məşğul olduğunu deyib onu inandırdıqlarını bildirmişdir. Bununla da, Gülnarə, əri Elməddin və qardaşı Vüqar onda inam yaratmış, iş görüb pul qazanacağlarını vəd edərək, etibarından sui-istifadə edib ümumilikdə 258.000 manat pulunuələ keçirmişlər (Cild 7, iş vərəqi 49-50, 241-245). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, bank olmayan kredit təşkilatında işləyir. Təqsirləndirilən şəxs onun əmisi qızıdır. Gülnarə 2021-ci ildə ondan 5000 manat pulu 6%-lə, 14000 manatı 8%-lə, sentyabr ayında isə 10.000 manat pulu 15%-lə götürmüş, sonra isə 2000 manat vermişdir. O, heç vaxt Gülnarədən şikayətçi olmamışdır. Zərərçəkmiş şəxs5 həmkəndlisi kimi tanımış, münasibətləri yaxşı olmuşdur. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs4 bildirdi ki, o, Aytəndən 19.000 manat pul alıb alıb Gülnarəyə vermişdir. Sonradan isə Gülnarənin özünün Aytəndən pul aldığını bilmiş, lakin alınan pulun tam məbləğini bilməmişdir. Gülnarə ondan 25.000 manat pul götürmüş və bir dəfə ona 1500 manat pul qaytarmışdır. O, daha sonra Aytəndən 32.000 manat götürüb Gülnarəyə vermiş, həmin pulu hissə-hissə vermişdir. 5000 ABŞ dollarla bağlı qəbz vermiş və həmin pulu da Gülnarəyə vermişdir. 233.000 manat borcla bağlı o, sənədə imza etməmişdir. 19000 manat və 34080 manatı faizə vermişdir. Daha sonra Aytəndən qızılları götürüb Gülnarəyə göndərmişdir. Qızılların pulu aylara bölünüb verilmişdir. Hazırda Gülnarənin ona 25.000 manat borcu vardır. O, Təqsirləndirilən şəxs qarşı şikayətçidir və vurulmuş ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi ilə bağlı məhkəmədə bildirdiyi mövqe ilə əlaqədar məşkəmə iclasında həmin ifadələr tədqiq edildi. Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu, Xanqərvənd kəndində ailəsi ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs Zeynalabdin qızı onun əmisi qızıdır. Goranboy rayonu, Xanqərvənd kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs5 2017-ci ildən tanımışdır. O, 2018-ci ildə Aytənin kənddə işlətdiyi "Mış-Mış" gözəllik salonuna gedib-gəlmiş, oradan ünsiyyəti yaranmışdır. 2018-ci ildə dəqiq hansı ay olduğunu xatırlamasa da, salona gedən zaman Aytən ona faizə pul lazım olsa, etibarlı adama aylıq 6 faizə pul verməyə imkanı olduğunu demişdir. Həmin ərəfədə əmisi qızı Təqsirləndirilən şəxs ona zəng etmiş, xəstəliyi ilə bağlı olan müalicəsi üçün ona pul lazım olduğunu bildirmişdir. O da, həmkəndlisi Aytənin faizə pul verdiyini söyləmişdir. Bu barədə Aytənə demiş, Aytən ona 5000 manat pulu olduğunu söyləmişdir. O da, Gülnarə ilə zəngləşmiş, Aytəndə 5000 manat pul olduğunu, aylıq 6 faizə verdiyini bildirmişdir. Gülnarə dərhal bu təkliflə razılaşmış, pulu Aytəndən götürməsini demişdir. O da, Aytəndən həmin 5000 manat pulu 6 faiz aylıqla götürmüş, bir neçə gün sonra Gülnarəyə vermişdir. Bundan sonra Gülnarə iki ay olmaqla hər ay 300 manat pulu onun vasitəsi ilə Aytənə ödəmişdir. Tam məbləği isə Aytənə ödəməmişdir. Bundan sonra 2021-ci ilin yay ayınadək Gülnarə müxtəlif vaxtlarda ondan pul istəmiş, o da, Aytəndən 8 faiz aylıq olaraq 2000 manat, 4000 manat, 5000 manat, 2000 manat, 1000 manat, 2000 manat, 2000 manat, 3000 manat, 3000 manat və 2000 manat olmaqla, ümumilikdə 31.000 manat pul götürmüş, rayona gələndə həmin pulların bir qismini özünə vermiş, bəzisini isə tanımadığı taksi ilə Gülnarəyə göndərmişdir. Gülnarə bu məbləğə görə Aytənə aylıq 1620 manat və 940 pul ödəmişdir. Gülnarə elə vaxt olmuşdur ki, pulun faizini özü Aytənə göndərmiş, elə də olmuşdur ki, Aytənə çatdırmaq üçün ona vermiş, o da, həmin pulları Aytənə çatdırmışdır. 2021-ci ilin yay ayında Gülnarə kəndə gələn zaman Aytənin özü ilə görüşüb söhbət etdiyini və bundan sonra onların bir-birləri ilə əlaqə saxladıqlarını, Aytən müxtəlif işlər görüb gəlir əldə etmək məqsədi ilə həmin puldan əlavə Gülnarənin özünə ümumilikdə 100.000 manat verdiyini eşitdiyini bildirmişdir. Həmin pulun verilməsində o, iştirak etməmişdir. Həmin pulu Gülnarənin Aytəndən qızıl alveri etmək üçün aldığını eşitmişdir. Bu barədə qəbzləri Aytən ona göstərmişdir. Aytəndən Gülnarəyə alıb verdiyi pullardan götürülmüş məbləğə görə faizi hər ay Gülnarədən aldığını, Aytənə vaxtlı-vaxtında verdiyini, onun Aytənə etibarı yarandığını bildirmişdir. Hərdən də Gülnarə özü pulu taksi ilə Aytənə çatdırmaq üçün ona verdiyini bildirmişdir. Bundan sonra Gülnarənin hissə-hissə qızıl biznesi edəcəyini dediyini, Aytəndən əlavə olaraq ümumilikdə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 185.000 manat pul aldığını eşitmədiyini bildirmişdir. Bu məsələdən, yəni onların nə alıb verdiyindən onun xəbəri olmadığını bildirmişdir. Bununla da o, Aytənin dilindən onun ümumilikdə Gülnarəyə 250.000 manat pul verdiyini, Gülnarənin həmin pulu qaytarmadığını və aldatdığını eşitdiyini bildirmişdir. Onun özünün 2021-ci ilin sentyabr-oktyabr aylarında 25.000 manat pulu Gülnarəyə qızıl alveri etmək üçün kəndlərində verdiyini bildirmişdir. Gülnarə onda və Aytəndə bu biznesdə maraq yaratsa da, heç bir gəlir əldə etmədən 2021-ci ilin dekabr ayında qızıl məsələsində alverdə uduzduğunu və Yeganə adlı şəxs tərəfindən aldaqıldığını dediyini, onun da 25.000 manat pulunu onu aldadaraq ələ keçirdiyini bildirmişdir. 2021-ci ilin sentyabr-oktyabr aylarında o, Goranboy rayonunda yaşadığı kənddə Gülnarəyə bir dəfə 15000, aradan bir neçə gün sonra isə 10.000 manat pul verdiyini bildirmişdir. Gülnarə qızıl alqı-satqısı ilə məşğul olduğunu və ona da həmin işdən qazanc verəcəyini demişdir. Hətta bir dəfə o, Aytənlə oturub onun Gülnarəyə verdiyi 19.000 manat pulun faizini də hesabladıqlarını, 19000 manat pula görə 2 il müddətində Aytən 34080 manat ancaq faiz pulu verildiyini bildirmişdir. Bunu o, Aytənə evlərində bildirəndə, hətta Aytən onunla mübahisə də etmişdir. Aytəndən götürüb Gülnarəyə göndərdiyi 45000 manat pulu içərisində Aytənin baldızı qızı Gülnar Quliyevadan hissə-hissə aldığı 34000 manat pulun da daxil olduğunu bildirmişdir. Belə ki, Aytən Gülnarəyə faiz verdiyi pullardan 4000 manatını İsraildə yaşayan baldızı qızı Gülnar Quliyevadan hissə-hissə alıb onun vasitəsi ilə Təqsirləndirilən şəxs verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs da Aytənin verdiyi pulun faizlərini göndərildiyini, həmin ərəfədə Aytən ona 34000 manat pulun Gülnar Quliyevadan götürməsi barədə əlyazma qəbz alıb özündə saxladığını bildirmişdir. Əslində isə o, Gülnar Quliyevadan heç bir pul almadığını, X11 özü hissə-hissə 34000 manat pulu alıb onun vasitəsi ilə Təqsirləndirilən şəxs göndərildiyini bildirmişdir. Əmisi qızı Təqsirləndirilən şəxs Zeynalabdin qızı Bakı şəhərində qızıl alqı-satqısı ilə məşğul olan Yeganə Səümovadan qızıl məmulatları götürüb satacağına, əldə olunacaq qazanca onu şərik edəcəyinə dair yalandan vəd verib aldatdığını, 2021-ci ilin sentyabr ayında yaşadığı Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən evində 12.000 manat aldığını, sonuncu dəfə isə həmin ilin oktybar ayında adını bilmədiyi taksi sürücüsü vasitəsi ilə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs göndərdiyini, ümumilikdə Gülnarəyə 25.000 manat pul verdiyini, həmin məbləğə görə Gülnarə Yeganə adlı qadından qızıl-zinət əşyaları alıb təxminən 3-4 ay ərzində qazanc verəcəyini bildirmişdir. Konkret məbləğə razılaşılmasa da, onun ana pulu ilə bərabər qazancı da verməli olduğunu bildirmişdir. Lakin bu günə kimi onun pulunu və qazancını vermədiyini bildirmişdir. Pulu Gülnarəyə verəndə ondan heç bir rəsmi və yaxud qeyri- rəsmi qəbz almadığını, ona inandığını, Gülnarənin onun doğma əmisi qızı olduğundan və onu aldatmayacağını düşündüyünü bildirmişdir. X17 arasında vasitəçilik etməsinə səbəb onların hər ikisinin ona olan inamı olmuşdur. O, Aytənin ona Gülnarəyə çatdırılacaq müxtəlif məbləğlərdə verdiyi pulları Gülnarəyə çatdırdığını, onun vasitəçilik elməkdə heç bir marağı olmadığını bildirmişdir (Cild 7, iş vərəqi 106-107, cild 8, iş vərəqi 188-189). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, ona cinayət nəticəsində 85.000 manat maddi ziyan vurulmuşdur. Verdiyi pulun müqabilində ona 12.700 manat qazanc verilmişdir. O, dekabr ayının 14- 17-də Gülnarəyə 50.000 manat pul göndərmişdir. 2022-ci il yanvar ayının 1-2-də özünün aldanıldığını bilmişdir. Verdiyi 85.000 manat pulun 20.000 manatı onun özünə məxsus şəxsi pulu olmuş, qalan pulları isə başqa şəxslərdən alıb vermişdir. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs2 bildirdi ki, pulları Gülnarəyə müxtəlif şəxslər vasitəsilə göndərmiş, 10.000 manat pulu Vəli adlı sürücüyə Gülnarəyə aparıb çatdırmaq üçün vermişdir. 50.000 manatı isə Bəhruzla İlham adlı başqa bir taksi sürücüsünə verərək Gülnarəyə çatdırmışlar. Verilən puldan o, 12.700 manat qazanc götürmüşdür. Yalnız özünün aldanıldığını biləndən sonra Gülnarəni tanımışdır. Pulları iki dəfəyə vermişdir. Bəhruza inandığı üçün mebel sexi adlanan yerə gedib baxmamışdır. Dekabrın 30-31-də Bəhruz ona zəng edərək Gülnarənin mobil telefonuna zəng çatmadığını bildirmiş, artıq yanvar ayının 1-2-də aldanıldıqlarını bilmişlər. Hər dəfə pulları göndərəndən sonra o, özü şəxsən Gülnarə ilə əlaqə saxlamış, Gülnarə pulların özünə çatdırıldığını ona bildirmişdir. O, Gülnarənin ərini və qardaşını 5- 10 ildir ki, tanıyır. Ona vurulmuş maddi ziyan qaytarılmamışdır və hazırda ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi ilə bağlı məhkəmədə bildirdiyi mövqe ilə əlaqədar məşkəmə iclasında həmin ifadələr tədqiq edildi. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs dostu Bəhruz vasitəsi ilə tanımış, onun özünü görməmişdir. 2021-ci ilin avqust ayında Bəhruz ona tanışı Gülnarənin ərinin mebel sexi olmasını və çoxlu sifarişləri olmasını, həmin sexə pul yatırım edilməsi ilə qazanc əldə etməyin mümkün olmasını, özünün də həmin sexə şərik kimi pul yatırımı etdiyini, onun da Gülnarəyə inandığını və təklifini qəbul etdiyini bildirmişdir. O, razılıq verdikdən sonra avqust avının 23-də 10.000 manat, avqust ayının 27-28-də yenə 10.000 manat, sentyabr ayında 10.000 manat və sentyabr ayının sonunda 5000 manatı Bəhruzla birlikdə taksi sürücüləri ilə Gülnarənin evinə göndərmişlər. Bəhruz Gülnarəyə zəng vuraraq pulun Rəşada məxsus olduğunu bildirmişdir. 2021-ci ilin dekabr ayının 14də 20.000 manat, 15-də yenə 20.000 manat və dekabr ayının 17-də 10.000 manat göndərdiyini demişdir. Sonuncu 10.000 manatı Bəhruz Gülnarənin tapşırığı ilə İlahə adlı qadının hesab nömrəsinə köçürmüşdür. Pulları taksi sürücüləri İlham, Orxan və Vəli aparıb vermişlər. Beləliklə də, Gülnarəyə 85.000 manat məbləğində pul Bəhruzun vasitəsi ilə verilmişdir. Dekabr ayında verilən pullar Gülnarəyə yox, onun əri Elməddinə verildiyini bildirmişdir. Bunu taksi sürücüləri təsdiq edə biləcəklərini qeyd etmişdir. Verdiyi ilk 35000 manatdan 12700 manat qazanc kimi verildiyini bildirmişdir. O da, buna görə ona inanıb dekabr ayında pul verməyə davam etmişdir. O, Təqsirləndirilən şəxs görməmiş, lakin üzdən tanımışdır, onun barəsində Bəhruzdan eşitmişdir. 2022-ci ilin yanvar ayında Bəhruz və onunla görüşəndə ilk dəfə Glilnarəni gördüyünü bildirmişdir. Gülnarədən pullarını tələb etdiklərini bildirmişdir. Gülnarə pulları qaytaracağına dair onlara söz vermişdir. Gülnarə 10000 manat verilən pula 1-2 aya 1000 manatdan-2000 manata qədər qazanc götürəcəyimi bildirmişdir. Bu vədləri ona Bəhruz vasitəsi ilə çatdırmış, şəxsən onun özü ilə söhbət etməmişdir. Pullarının qaytarılmasını tələb etdikdə, Gülnarə onu, Bəhruzu evinə çağırmış və onun evində söhbət zamanı Gülnarə onun Bəhruz vasitəsi ilə ona verdiyi 85.000 manat pulu aldığını, pulu ona hissə-hissə qaytaracağına söz vermiş, lakin vədinə əməl etməmiş və onu aldatmaqda davam etmişdir. Elə həmin söhbət zamanı Gülnarə onun 85.000 manat pulunu və Bəhruzdan aldığı 205.000 manat pulu mebel istehsalına deyil, qızıl-zinət alış-verişinə sərf etdiyini bildirmişdir. O, Gülnarəyə pulları mebel istehsalına qoyacağına və onlara da bu işdən gələn qazanca şərik edəcəyinə vəd verdiyini, lakin Gülnarənin onları aldadaraq pulları tamamilə başqa sahəyə sərf etdiyini bildirmişdir. O, Bəhruza inanıb həmin məbləği ona verdiyini, pulun alınmasına dair isə qəbzin olmadığını bildirmişdir (Cild 6, iş vərəqi 52-53). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs6 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək göstərdi ki, təqsirləndirilən şəxslə qonşu olmuş, onun özü isə xırda ticarətlə məşğul olmuşdur. Gülnarə ondan mal almış, pulunu da vaxtlı-vaxtında qaytarmışdır. Növbəti dəfə də Gülnarəgilin evlərinə gedəndə, sonuncu, ondan pul istəmiş, üstündə yaxşı qazanc veriləcəyini bildirmişdir. O da, 2021-ci ilin sentyabr ayında Gülnarəyə 1000 manat vermişdir. Gülnarə də söz verdiyi vaxtda həmin pulu gətirib qaytarmışdır. Daha sonra 10.000 manat götürmüş, onun üstündə də 2000 manat qazanc vermişdir. İkinci dəfə yenə gəlmiş, ondan pul götürmüş, yenə də vaxtında gətirib qaytarmışdır. Noyağr ayının 25-26-da isə 39.000 manat pul vermişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs6 bildirdi ki, o, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ümumilikdə 58.000 manat pul vermişdir. Noyabr ayının 28-də onların evlərinə getmiş və pul gətirdiyini bildirmiş, evlərinə girəndən sonra Gülnarə Vüqara zəng edərək Şəhlanın pulu gətirdiyini demişdir. Həmin vaxt o, Gülnarəyə 39.000 manat pul aparmışdır. Vüqarın sözü ilə Cəmil adlı şəxs onlara gəlmiş, Gülnarənin qızı həmin pulları bir bağlamaya yığmış və Gülnarə pulları Cəmilə vermişdir. Sonradan pullarını geri ala bilməyəndə Gülnarə onun yanında Vüqara zəng etmiş, Şəhlaya pul verən şəxslərin öz pullarını istədiklərini bildirmiş, Vüqar da narahat olmamağı, pulu verəcəyini demişdir. İstintaq zamanı Cəmillə onun arasında üzləşmə olarkən, sonuncuya bir bağlama pul verildiyini, həmin pulları hara apardığını soruşmuş, Cəmil də pulları Vüqara verdiyini bildirmişdir. Gülnarəyə verdiyi pullardan 18 min manatı hissə-hissə vermişdir. Sonradan o, məcbur olub digər şəxslərdən aldığı pulları özü qaytarmışdır. 2022-ci ilin aprel ayında Gülnarə 58.000 manat pulu ondan alması barədə qəbz vermişdir. Ona vurulmuş maddi ziyan ödənilməmişdir və verdiyi 58.000 manat pulu tələb edir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi ilə bağlı məhkəmədə bildirdiyi mövqe ilə əlaqədar məşkəmə iclasında həmin ifadələr tədqiq edildi. Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olmuşdur. Təxminən 5-6 il olar ki, Təqsirləndirilən şəxs Zeynalabdin qızım tanımış və onunla Masazır qəsəbəsində yeni yaşayış massivində qonşuluqda yaşamışdır. Gülnarə 4-5 il əvvəl onun işlətdiyi həmin binada yerləşən paltar mağazasına gəlib-getmiş, aralarında alış-veriş olmuş, səmimi münasibəti yaranmışdır. 2021ci ilin oktyabr ayında Gülnarə onu evinə qonaq dəvət etmiş və söhbət zamanı Gülnarə qardaşı Şahid10lə birlikdə mebel biznesi açdığlarını və mebel istehsalı ilə məşğul olduqlarını, böyük qazanc əldə etdiklərini bildirmişdir. Bundan sonra Gülnarə ona təklif edərək, istəsə onu da bu biznesə şərik edə biləcəyini demişdir. Bunun üçün ona verəcəyi 10.000 manat pula görə aylıq 3000 manat əlavə qazanc əldə edəcəyini demiş, o da, evdə məsləhət etdikdən sonra sözünü deyəcəyini bildirmişdir. Evdə əri ilə məsləhət etdikdən sonra o, Gülnarənin təklifini qəbul etmiş və ilkin olaraq ona evində 10.000 manat pul vermişdir. Təxminən 15 gün keçmiş Gülnarə ona 2 min qazancla, yəni 12.000 manat məbləğində pul qaytarmışdır. Gülnarənin bu hərəkəti onda inam yaratmış və Gülnarə ona iri məbləğdə mebel biznesinə pul yatırmasını, daha çox qazanc əldə etməsini təklif etmişdir. O, 2021-ci ilin noyabr ayının əvvəllərindən həmin ayın 28-nə kimi olan müddət ərzində Gülnarəyə evində ikilikdə cəmi hissə-hissə 58.000 manat pul vermişdir. Həmin puldan 7.000 manat pulu baldızı X7 onun xahişi ilə Gülnarənin qardaşı Şahid10 bank hesab kartına, 3.000 manatı isə onun bank hesab kartına göndərmişdir. Vüqarın kart hesab nömrəsini ona Gülnarə vermiş və pulu Vüqarın kartına ödəməsini demişdir. Sonuncu dəfə isə o, 2021-ci ilin noyabr ayının 28-də Gülnarəyə 23.000 manat pulu onun evində vermiş, bundan sonra Gülnarə Vüqara zəng etmiş və sürücü Cəmili göndərməsini, pulun hazır olduğunu, ona göndərmək istədiyini bildirmişdir. Bir az keçmiş Cəmil adlı cavan oğlan Gülnarənin evinə gəlmiş və onun gözü qarşısında Gülnarə ona verilmiş puldan savayı, əlavə evindən pulları bir yerə topa şəkilində topalayıb selofan torbaya yığmış və sonra Cəmilə verərək aparmasını demişdir. Cəmil də pul ilə dolu olan selofan torbanı Gülnarədən almış və çıxıb getmişdir. Sonradan bir müddət keçmiş o, Gülnarəgilə getmiş və Gülnarənin yaşadığı evin boş olduğunu, evdə heç kimin olmadığını görmüşdür. O, narahat olub Gülnarəni və Vüqarı axtarmağa başlamış, Vüqar onların qonşuluğunda yaşadığını, ərinə bu barədə dediyini və əri Rəsul Vüqarla əlaqə saxladığını bildirmişdir. Şahid10 ona Gülnarənin yerini bilmədiyini və onu bacılıqdan sildiyini demişdir. Sonra bunun tam yalan olduğunu, ona qarşı dələduzluğu birlikdə etdiklərini və ona qarşı variant işlətdiklərini bildirmişdir. 2022-ci ilin yanvar ayının ilk on günlüyündə o, nəhayət Gülnarəni Vüqarın villasında axtararaq tapmış və həmin villaya gedərək orada Gülnarə ilə görüşmüşdür. Orada onunla yüksək tonda mübahisə edib, ona mebel biznesinə görə verdiyi 58.000 pulunu geri qaytarılmasını tələb etmişdir. Həmin vaxtı Vüqarın da evdə olduğunu, lakin onun digər otaqda gizləndiyini, vəziyyəti belə görüb onların mübahisə etdiyi otağa girməkdən çəkindiyini bildirmişdir. Belə ki, o, Gülnarə ilə söhbətini bitirdikdən sonra çıxıb getmək istərkən Vüqarın mənzilin giriş hissəsinin astanasında dəhlizə çıxdığını və pilləkəndən aşağı düşdüyünü görmüşdür. Bundan sonra o, dəfələrlə Vüqarın villasına getmiş, orada Gülnarədən pulun geri qaytarılmasını tələb etmişdir. Gülnarə isə ona bu villanı satıb pulu ona qaytaracağını vəd versə də, onu yenə aldatmağa nail olduğunu bildirmişdir. Sonra ona Göranboydakı ata evini onun adına Vüqarın razılığı ilə keçirəcəyinə söz versə də, yenə yalan vədlərlə onu aldatmış və guya Vüqarın evi onun adına keçirmək istəmədiyini bildirmişdir. 20 dekabr 2022-ci il tarixdə baldızı X8 ərini və Vüqarı Goranboy məhkəməsinə 10.000 manat borc pulun ödənilməsi ilə bağlı müraciət etmiş və həmin məhkəmə tərəfindən borc pulun ödənilməsi onun ərinin üzərinə qoyulsa da, əri həmin qərardan apellyasiya şikayəti vermişdir. Ümumilikdə o, Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının 28-də hissə-hissə olmaqla 58.000 manat məbləğində nağd pul vermiş, Gülnarə həmin pulu mebel biznesinə yatıracağına və ona ana pulundan başqa əlavə qazanc verəcəyini vəd vermişdir. O, Gülnarədən pulun ona verilməsinə dair qəbz istədikdə, sonuncu, ona həmin gün, yəni 2021-ci ilin noyabr ayının 28-də cəmi 58.000 manat pulu aldığını, pulu iş qurmaq üçün qardaşı Vüqara verdiyini, 2 ay müddətinə qaytaracağını qeyd etmiş və həmin qəbzi imzalayaraq ona vermişdir. Sadəcə tarix səhvən 27 yazılmış, belə ki, həmin gün tarixin 28 noyabr olmuşdur. Bu qəbzi verdikdən sonra onda Gülnarəyə qarşı müəyyən inam yaranmış və onun onu aldadacağı hiss və şübhəsi qalmamışdır. Dəfələrlə Gülnarə ona darıxma, narahat olma, 58.000 manat pulunu Vüqardan alıb ona qaytaracağını bildirmişdir. Lakin nə Gülnarə, nə də onun qardaşı Şahid10 ələ keçirdikləri 58.000 manat pulu bu günə kimi ona qaytarmamışlar. Bundan sonra, Gülnarə, onun qardaşı Vüqar və əri Elməddin tanımadığı başqa şəxsləri də aldatdıqlarına görə həbs edilmişlər (cild 10, iş vərəqi 14-17). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, Zərərçəkmiş şəxs5 onun həyat yoldaşıdır. Onlar fərdi sahibkarlıqla məşğul olurlar. Bildiyi qədər, Zərərçəkmiş şəxs4 onun həyat yoldaşı Aytəndən 5.000 manat pul istəmiş, Aytən də həmin pulu Leylaya vermişdir. X14 pulu qaytarmasını istəyəndə, sonuncu, həmin pulu bir qohumuna verdiyini, qaytarandan sonra pulunu verəcəyini söyləmişdir. Daha sonra Leyla Təqsirləndirilən şəxs onun həyat yoldaşı Aytənlə tanış etmiş və hissə-hissə olmaqla Gülnarəyə 258.000 manat pul verilmişdir. Verilən sualları cavablandıran Şahid1 bildirdi ki, sonuncu dəfə Gülnarəyə yaşadığı evdə 31.000 manat pul verilmiş, həmin pulu Gülnarənin qardaşı Vüqar götürmüşdür. Maşın isə Gülnarənin əri Elməddinin adına olmuşdur. Aytən Leylaya 5.000 manat verəndə əri kimi ona da bildirmişdir. 185.000 manat pul iki ay müddətində Gülnarəgilə verilmişdir. 5.000 manatı Aytən Leylaya borc kimi vermişdir. 73.000 manat veriləndən sonra onlara 15.000 manat qazanc verilmiş, bundan başqa onlara hər hansı qazanc pulu verilməmişdir. Həmçinin o, qızıllar görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, Zərərçəkmiş şəxs6 onun həyat yoldaşıdır və onların Təqsirləndirilən şəxs ilə normal münasibətləri olmuşdur. Belə ki, Gülnarə onlara məxsus mağazaya gedib-gəlmiş, oradan alış-veriş etmiş, nisyə də mal götürmüş, sonradan isə gətirib pulunu vermişdir. O, yalnız sonralar bilmişdir ki, Gülnarə onun həyat yoldaşı Şəhlanı aldatmış və pulunu alıb mənimsəmişdir. Sonradan bilmişdir ki, Gülnarə Şəhladan aldatma yolu ilə 58.000 manat pul almışdır. Sualları cavablandıran şahid Rəsil Dadaşpur bildirdi ki, təqsirləndirilən şəxsin ərini və qardaşını qonşu kimi tanımışdır. Qardaşı Vüqarın kartına 7.000 manat pul vurulmuşdur. Həyat yoldaşı Şəhlanın göndərdiyi pulları onların sürücüsü almış və aparıb Vüqara vermişdir. Şəhlanın Gülnarəyə 58.000 manat pulu verdyi vaxt o, bilməmiş, yalnız təxminən 39-40 min manat veriləndən sonra onun bu işlərdən xəbəri olmuşdur. Bilir ki, həyat yoldaşı Şəhla öz pullarından əlavə öz bacısından və onun bacısından da pul götürürək onlara vermişdir. Pul veriləndə Gülnarə onun həyat yoldaşı Şəhlaya əri və qardaşının tenderi udduqlarını, mebeli istehsal olunacağını və oradan Şəhlaya da qazanc veriləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Rəcəb oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs1 onun tanışıdır və aralarında yaxşı münasibətləri vardır. Bəhruz 2021-ci ilin oktyabr-dekabr ayları ərzində təxminən 7-8 dəfə ona pullar vermiş, o da, həmin pulları ona deyilən yerdə Sevinc adlı qıza anasına çatdırmaq məqsədilə vermişdir. Pulları verən zaman qızın anasının da binanın 2-ci mərtəbəsindən baxdığını və pulların qızına verilməsini görmüşdür. Bu cür callar təxminən 7-8 dəfə baş vermiş və hər dəfə müxtəlif məbləğlərdə pulları aparıb onlara vermişdir. O, həmçinin təqsirləndrilən şəxsin həyat yoldaşına da pul vermişdir. Suallara cavab verən Şahid4 ilk dəfə Elməddinə «Çerment körpüsü»nün yanında pul verdiyini, həmin pulların Bəhruza məxsus olduğunu və sonuncunun taprşırığına əsasən həmin pulları aparıb Elməddinə və qızına verdiyini, həmin şəxslərin telefon nömrəsini Bəhruzun ona verdiyini, onun da zəng edərək görüşdüyünü və pulları verdiyini, birinci dəfə 20.000 manat verdiyini, Elməddinin də pulu sayıb götürdüyünü, ümumilikdə 3-4 dəfə Elməddinə, 7-8 dəfə isə Sevinc adlı qıza pul verdiyini, Masazırdakı «Yeni Bakı» yaşayış kompleksində yerləşən binanın qarşısında qıza pulları verdiyini, qıza pulları verəndən sonra sonuncunun pulları saymadığını, «Aidə xanım» adı ilə onun pul aparıb vermədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısıdır və Gülnarə ondan pul almışdır. Növbəti dəfə o, pulu Gülnarəyə verəndə ona məlum olmuşdur ki, bacısı həmin pulu sələmçilərə verir. Onun özünün isə bacısının gördüyü işlərlə heç bir əlaqəsi yoxdur. Verilən sualları cavablandıran Şahid10 bildirdi ki, istintaq zamanı araşdırmalar aparılmış və onun barəsində olan işin istintaqaı hazırda da davam etdirilir. Gülnarə birinci dəfə ondan 2019-cu ildə pul almışdır. O, yalnız həmin məsələlər açılanda bilmişdir ki, Gülnarə sələmə pul götürmüşdür. O, bacısına 94.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs4 onun əmisi qızıdır, Gülnarənin Leyladan nə qədər pul aldığını o, bilmir. Ondan alındığı pullar qaytarılmayanda bilmişdir ki, bacısı sələmə pul almışdır. Onun özü şəxsən işdə adı çəkilən zərərçəkmiş şəxslərdən pul götürməmiş, onların heç biri ilə ünsiyyəti olmamışdır. Zərərçəkmiş şəxs5 da onların həmkəndlisidir, ümumi məsələlər açılanda bilmişdir ki, Gülnarə Aytəndən də sələmə pul almışdır. Lakin onun özü heç vaxt Aytəngillə görüşməmişdir. O, Zərərçəkmiş şəxs3 qızıl əşyaları götürməyə getməmişdir. Yalnız bir dəfə Gülnarə ona Yeganənin qızının ad günü olduğunu bildirmiş, o da, Gülnarəni həmin ad gününə aparmışdır. O, Zərərçəkmiş şəxs5 ilə heç vaxt telefonda danışmamışdır. Ona məxsus olan bank kartı bacısı Gülnarədə olmuş, ona görə də, həmin karta kimlər tərəfindən pul göndərilməsini o, bilməmişdir. Yaşadığı evdə onun yanında Aytəngil tərəfindən Gülnarəyə pul verilməmişdir. İfadələri arasında ziddiiyyətlər olduğuna görə məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid10 göstərmişdir ki, o, Sumqayıt yolunda ekologiya postunun yanında dam örtükləri satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs onun bacısıdır. O, ailəsi ilə «Yeni Bakı» yaşayış kompleksində yaşamış, Gülnarə heç bir yerdə işləməmiş, əri Şahid11 mebel sexində usta işləmişdir. Gülnarə heç bir yerdə işləməsə də, lom qiymətinə qızıl-zinət əşyaları alıb satmaqla qazanc əldə etmişdir. Gülnarə ondan qızıl almaq üçün pul istəmiş, o da, tanışlarından borc alıb ona vermişdir. O, Gülnarəyə müxtəlif vaxtlarda hissə-hissə təxminən 183.000 manat borc pul vermişdir. Gülnarə həmin məbləğdə qızıl alıb satmalı və ona olan borcunu qaytarmalı olmuşdur. Borcu ödəməli olduğu tarix tamam olduqda borcu istəmişdir. Gülnarə pulları qızıl almaq üçün almaq üçün «Gənclik» univermağmda qızıl alqısatqı şöbəsində işləyən Yeganəyə verdiyini, Yeganənin isə ona qızıl vermədiyini və bu səbəbdən borcunu qaytara bilmədiyini demişdir. Həm də Gülnarə başqalarından da qızıl almaq üçün faizlə borc götürdüyünü və qızılın alınmasına sərf etdiyini bildirmişdir. Yeganə adlı qadın qızıl məmulatlarını ona satarkən lom qiymətinə hesablamış, lakin özündə məmulat qiyməti kimi yazıb borc yaratmışdır. O, aydınlıq gətirmək üçün Gülnarə və əri Elməddinlə Yeganənin iş yerinə getmişlər və Gülnarənin aldığı qızılların siyahısını istəmişlər. Siyahıya baxanda Yeganə qızılın 1 qramını 110 və 140 manata hesabladığını bildirmişdir. Halbuki, həmin ərəfədə qızılın 1 qramının məmulat kimi qiyməti 60 manat olmuş, Yeganə isə qeyd etdiyi qiymətə satmışdır. Bundan sonra onlar çıxıb getmiş və bir daha o, həmin dükana getməmişdir. O, borclarının bir hissəsini avtomobilini satmaqla qaytarmış və hazırda da borc qaytarmaqda davam edir. Onlar univermaqa daxil olmuş və o, Yeganədən Gülnarəyə verdiyi qızıl-zinət əşyalarının siyahısım istəmişdir. Yeganə onların univermaqda qalmasına narazı olmuş, bayırda gözləmələrini tələb etmişdir. Onlar bayıra çıxmış, Yeganə əlində bir neçə A-4 vərəqələri ilə gəlmiş, vərəqələrdə Gülnarənin aldığı qızıl-zinət əşyalarının siyahısı olduğunu bildirmişdir. Gülnarə qızılları alanda ucuz qiymətə razılaşdığını, Yeganənin isə qeydlərində baha qiymətlər yazdığını, bu səbəbdən borc yarandığını bildirmişdir. Yeganə qızıl məmulatlarını həmin vaxt bu qiymətə satdığını, Gülnarə isə ucuz qiymətə almasını demişdir. O, Yeganənin vərəqlərinə baxmamış, imzaların olmasına fikir verməmişdir. Bacısı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 götürdüyü zərgərlik məmulatlarını kimlərə satması barədə məlumatı olmamış, lombarda girov qoyub pul götürmək üçün verdiyini eşitmişdir. Əmisi qızı Zərərçəkmiş şəxs4 faizlə 66150 manat borc alıb 120990 manat qaytarmasını, onun rəfiqəsi Zərərçəkmiş şəxs5 135000 borc alıb 319000 manat qaytarmasını, qonşusu Şəhla adlı qadından 37500 manat borc alıb 17500 manat qaytarmasını, qohumu Arifədən 10.000 manat borc alıb 7000 manat qaytarmasını, Zərərçəkmiş şəxs1 85000 alınıb 177500 manat qaytarmasını, kimdən dəqiq nə qədər borc almasını bilməmişdir. Sonradan məsələlərin üstü açılanda Gülnarə həmin şəxslərdən borcu qızıl almaq üçün faizlə aldığını və aldığı borcların faizlərini artıqlaması ilə qaytardığını bildirmişdir. Bacısı Yeganəyə də hissə-hissə götürdüyü qızılların pulunu ödəmişdir. Gülnarənin dediyinə görə, Yeganəyə sonuncu dəfə hissə-hissə 135.000 manat vermiş, lakin Yeganə həmin məbləği borca silib ona qızıl verməmişdir. Ola bilər ki, Gülnarə qızılları sataraq əldə etdiyi vəsaitdən borc aldığı şəxslərə də ödəmişdir. Heç kim Yeganəyə hədə-qorxu gəlməmiş, aldığı pulları borca silindiyini bildirmişdir. O, bir dəfə Yeganənin işlədiyi dükana getmiş, həmin vaxt heç bir mübahisə olmamış, ona hədə-qorxu gəlməmiş, MTN-də işlədyini deməmiş, mübahisənin Gülnarə faizə pul verənlərlə gedəndə baş verə bilməsini demişdir. Onun Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs5 arasında olan danışıqlardan xəbəri olmamış, Təqsirləndirilən şəxs onun özündən də pul istəmişdir. O da, qardaş kimi heç bir xeyir güdmədən bacısına 200.000 manatdan çox pul vermiş, həmin pulların təxminən 30-35 min manata yaxın hissəsi onun özünə məxsus olmuş, qalan hissəsini isə dost-tanışdan taparaq bacısına vermişdir. Sonradan pulların verilmə vaxtı çatanda bacısı Təqsirləndirilən şəxs ona müxtəlif səbəblər göstərərək, pulun qaytarılmasının mümkün olmadığını bildirmişdir. O, özü ev-eşiyini sataraq, bacardığı qədər pul aldığı adamların pullarının bir qismini qaytarmışdır. O, Gülnarənin konkret olaraq hansı işlə məşğul olduğunu dəqiq bilməmiş, heç maraqlanmamış, yalnız bu məsələlər, mübahisələr və borc haqq-hesabları üzə çıxdıqdan sonra maraqlanmağa başlamışdır. O, Zərərçəkmiş şəxs5 ilə heç vaxt danışmamış, onunla biznez barədə söhbəti olmamış, ondan pul istəməmiş, ona heç bir vəd verməmişdir. Zərərçəkmiş şəxs5 o, ilk dəfə 2021-ci ilin noyabr ayının 7-də rəhmətlik atasının ildönümündə görmüş, onunla həmkəndli olduğunu bilmişdir. Həmin vaxt onunla heç bir ünsiyyəti olmamışdır. Bundan sonra ikinci dəfə xx.xx.2021-ci il tarixdə Masazırda əri ilə birlikdə Gülnarənin yaşadığı evə gələrkən görmüşdür. Qeyd etdiyi bu 2 haldan başqa onların heç bir görüşü olmamışdır. Daha sonra isə artıq Gülnarə ilə Aytənin arasında pul üstündə mübahisələr yarandıqdan və bu haqq-hesablar üzə çıxdıqdan sonra da 1-2 dəfə görüşləri olmuşdur. Zərərçəkmiş şəxs5 dedikərinin tamamilə əksinə olaraq, ona hansısa mebel sexinə şərikiik təklif edilməsindən, ondan qızıl alınmasından və Gülnarənin ondan pul almasından heç bir məlumatı olmamışdır. Yalnız xx.xx.2021-ci ildə yuxanda qeyd etdiyi kimi Aytən əri ilə Gülnarənin yaşadığı evə gələrkən, Gülnarə ilə Aytən arasında pul məsələsi barədə danışıqların olduğunun şahidi olmuşdur. Həmin vaxt orada heç bir pul verilməmiş, yalnız danışıqlar aparılmışdır. Gülnarə ilə Aytən danışıqların bir hissəsini keçib otaqda öz aralarında danışmışlar. O, Zərərçəkmiş şəxs5 heç bir məbləğdə pul almamışdır. Bacısı Gülnarə hələ bu mübahisələr başlamamışdan əvvəl ona qızıl alveri ilə məşğul olduğunu bildirib, ondan öz bank kartını istəmişdir. İstəməsinə səbəb o olmuşdur ki, onun özü dam örtüklərinin satışı ilə məşğul olan sahibkar olduğundan kartının limiti yüksək olmuş, Gülnarə də bunu bilmişdir. Bu səbəbdən o, məşğul olduğu işdə malların pullarının alınıb-göndərilməsi üçün onun kartından istifadə etmək istədiyini bildirmiş, ondan kart istəmişdir. O da, həmin "'Kapital Bank"-a məxsus bank kartını ona vermişdir. Onun özünə lazım olduqda Gülnarədən kartı alıb öz işlərini görmüşdür. Gülnarə də teztez gəlib pul göndərmək lazım olduğunu bildirib, həmin kartı ondan götürüb qaytarmışdır. Mən Gülnarədən pulların hansı məbləğdə olduğunu, kimə göndərdiyini, kimlərdən pul aldığını, o karta kimlərin pul göndərdiyini heç vaxt soruşmamışdır. Bundan əlavə, bacısı Təqsirləndirilən şəxs bankdan kredit götürmək üçün 15.000 manat məbləğində qaimə-faktura lazım olduğunu bildirmiş, o da, malların adını yazaraq həmin məbləğdə qaimə-fakturanı Gülnarəyə vermişdir. Həmin qaiməfakturadan o, iş yerində gün ərzində onlarla yazıb vermişdir. Daha sonra Gülnarə ona nömrə verərək, bank işçisi olduğunu demiş, onunla danışıb qaimə-fakturada onun dediyi düzəlişləri etməyimi xahiş etmişdir. O da, Gülnarənin verdiyi nömrə ilə danışıb qaimə-fakturada onun dediyi düzəlişləri etmişdir. Telefonda danışdığı adamın kim olduğunu bilməmişdir. O, heç vaxt Zərərçəkmiş şəxs5 ilə biznes barədə danışmamış, ondan heç bir məbləğdə pul almamış, ona heç bir vəd verməmişdir. Onun Zərərçəkmiş şəxs5 ilə ilk danışığı xx.xx.2021-ci ildə əri ilə birlikdə Gülnarənin evinə gələrkən olmuşdur. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 ilə olan haqqhesablarından, danışıqlarından heç bir məlumatı olmamış, Gülnarənin xahişi ilə bir dəfə qaiməfaktura yazıb vermiş, banka təqdim ediləcəyini bilmiş, həmin vaxt Zərərçəkmiş şəxs5 isə ümumiyyətlə xəbəri olmamışdır. Təxminən xx.xx.2021-ci il tarixdə bacısı Gülnarənin həyat yoldaşı Elməddin ona zəng edərək, kənddən qonaqları gəldiyini bildirərək, onu da evə qonaq çağırmışdır. Onların evinə qonaq gedərkən Gülnarə və həyat yoldaşının da orada olduğunu görmüş, stolda onlarda oturduğu vaxtda yalnız Elməddinin işlədiyi mebel sexinin yanması barədə söhbətlər getmiş, orada hər hansı məbləğdə pulun verilməsini görməmişdir. Ümumiyyətlə, o heç vaxt Zərərçəkmiş şəxs5 iiə qızıl alveri və yaxud pul barədə söhbət etməmişdir. O, Cəmil Şiriniini təxminən 3 ildir ki, tanıyır, onun taksi fəaliyyəti ilə məşğul olduğunu və ona harasa getmək lazım olanda Cəmillə birlikdə gedib-gəldiyini, Şahid6 bacısı Gülnarə və onun əri Elməddinin də tanıdığını bildirmişdir. Lakin Gülnarənin qeyd etdikləri barədə, yəni Gülnarənin Şahid6 pul verməsi, onunla nəsə iş görməsi, Şahid6 ona qazanc qaytarması, daha sonra isə Gülnarənin ona 45.000 manat pul verməsi barədə onda heç bir məlumat olmamış, bu barədə heç vaxt eşitməmişdir. O, Şahid6 hər hansı biznes ilə, un və ya siqaret alveri ilə məşğul olması barədə heç vaxt eşitməmişdir. Onun dostu Elçini tanımış, onun toyunda da iştirak etmişdir. Lakin onun bildiyi qədəri ilə Elçin balaca köşk tipli mağaza işlətdiyini, onun un və ya siqaret biznesi ilə məşğul olmasını bilmədiyini demişdir. Təqsirləndirilən şəxs “Moskva Univermağı” adlanan yerin yaxınlığında qızıl alqı-satqısı ilə məşğul olan Nurlan adlı şəxsə 2021-ci ilin təxminən oktyabr ayında 70.000 manat dəyərində qızıl-zinət əşyaları verməsi barədə məlumatı olmamışdır. O, əvvəllər ümumiyyətlə Zərərçəkmiş şəxs6 tanımamış, təxminən 2022-ci ilin yanvar ayında bacısı Gülnarə öz ailəsi ilə birlikdə ona məxsus olan evə köçmüş və təxminən 1 ay müddətində onlar həmin evdə qalmışlar. O, ilk dəfə Şəhlanı məhz həmin ərəfədə evə gəlib-gedərkən görmüşdür. Evə gəldikdə onunla arasında heç bir söhbət olmamış, yalnız o, getdikdən sonra onun adının Şəhla olduğunu və Gülnarənin onunla birlikdə nəsə iş gördüyünü bilmişdir. O, bundan öncə bir neçə dəfə Şəhla adında xanımın olduğunu Gülnarədən eşitmişdir. Belə ki, Gülnarə ondan aldığı pulları qaytara bilmədikdə, bir neçə dəfə pulun Şəhla adında bir xanımda olduğunu, Şəhlanın nisyə qızıl payladığını, pulu yığdıqdan sonra onun pulunu qaytaracağını bildirmişdir. Yalnız bacısı Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında həbs edildikdən sonra Şəhla və onun əri ona telefonla zəng edərək, ona qarşı hədə-qorxular gəlməyə başlamışlar. Telefonla danışan zaman onlar Gülnarəyə pul verdiklərini bildirmişlər və həmin pulu onun ödəməyini tələb etmişlər. Onlara puldan xəbəri olmadığını, onlardan heç bir pul almadığını, onları tanımadığını bildirsə də, onlar ona bacısı Gülnarənin onun adı ilə onlardan pul aldığını, Gülnarənin dediyinə görə pulun ona çatdığını bildirdiklərini və həmin pulu ondan ödəməsini istədiklərini demişdir. O, onlarla telefonda mübahisə edib, onun bu məsələyə aidiyyatımın olmadığını bildirmişdir. O, ümumiyyətlə heç vaxt Təqsirləndirilən şəxs ilə əlbir olub heç kimə qarşı dələduzluq cinayəti törətməmiş, kimi isə aldatmamışdır. Şəhla ilə onun heç bir danışığı olmamış, onu heç bir biznesə, eləcə də mebel biznesinə şərik olmağa dəvət etməmişdir. Onun ümumiyyətlə mebel biznesi ilə heç bir əlaqəsi olmamışdır. Gülnarənin onun adımdan istifadə edərək kimlərəsə mebel biznesi təklif etməsindən xəbəri olmamış, Gülnarənin belə bir şey edəcəyinə inanmamış, Gülnarə həbs edildikdən sonra Şəhlanın Gülnarəyə faiz ilə pul verdiyini eşitmişdir. Dəqiq vaxtını xatırlamasa da, Gülnarə ona olan borcunun bir hissəsini - təxminən 7-8 min manat məbləğində pulu ona vermək üçün bir dəfə ona zəng edərək pulun hazır olduğunu, pulu götürmək üçün Cəmili göndərməsini xahiş etmişdir. Cəmil adlı şəxs taksi sürücüsü işləmiş və ona harasa gedib-gəlmək lazım olanda onunla gedib-gəlmiş və yaxud onu harasa göndərmişdir. Onun yanında Cəmil adlı taksi sürücüsü olduğunu Gülnarə bilmişdir. Cəmil təxminən 7-8 min manat məbləğində pulu gətirərək ona təhvil vermişdir (Cild 9, iş vərəqi 6-12). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran Şahid10 bacısı Gülnarəyə özünün 183.000 manat borc pul verdiyini, sonradan Gülnarəgil evlərini satıb pulun bir hissəsini qaytardıqlarını, Aytəngil həmin vaxt onlara qonaq gəldiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təxminən 6 il əvvəl Gülnarə paltar alveri ilə məşğul olmağa başlamış, sonra isə qızıl alverinə qoşulmuşdur. O, Gülnarədən işlərinin necə getdiyini soruşanda, həyat yoldaşı hər şeyin qaydasında olduğunu bildirmişdir. Həmin dövrlərdə həyat yoldaşının satmaq istədiyi qızılları evdən götürüb «Moskva» univermağına aparıb verdiyi hallar olmuşdur. Sonradan bilmişdir ki, Gülnarə nisyə götürdüyü qızılları baha almış, ucuz qiymətə satmışdır. Buna görə də onun qızıl sahiblərinə borcu qalmışdır. Verilən sualları cavablandıran Şahid11 özünün meyvə işi ilə məşğul olduğunu və fəhləlik etdiyini, heç vaxt mebel sexi işlətmədiyini, onun adına 5000 ABŞ dollar məbləğində pul göndərildiyini, onun da həmin pulu çıxarıb 3-cü mikrorayonda İlqar adlı şəxsə verdiyini, Aytəni tanıdığını, Gülnarənin ayrı-ayrı şəxslərə borclu olması söhbəti çıxanda Aytəndən də pul aldığını bildiyini, Aytənin onların evinə gəldiyini, bu zaman Gülnarənin ona borcu olduğunu bildirdiyini, özünün Cəmildən pul aldığını, maşını isə pul əvəzində ona verdiyini, özünün heç bir alış-verişdə iştirak etmədiyini, Bəhruzu uzaqdan-uzağa tanıdığını, bu hadisələr baş verəndən sonra Gülnarənin Bəhruzdan da pul aldığını bildiyini, Leyla Gülnarənin əmisi nəvəsi olduğunu, Şəhlanı isə qonşu kimi tanıdığını, Yeganəni bu hadisələr baş verəndən sonra tanıdığını, maşınını idarə etmək üçün Aytənin adına etibarnamə verdiyini, 750 əyarlı 80 qram çəkidə qolbağın alınması ilə bağlı Yeganə xanımının dediklərinin yalan olduğunu, özünün Yeganə xanımdan 1 kq qızılın alınmasında iştirak etmədiyini, Gülnarə heç vaxt Bəhruzdan aldığı deyilən 107.000 manat pulu ona göndərmədiyini, iki dəfə Aidə xanım adı ilə ona pul göndərildiyini, lakin qədərini xatırlamadığını, Cəmilin öz əmisindən pul götürüb ona verdiyini, sonra isə özünün həmin pulu qaytardığını, özünün Dərnəgüldə mebel sexində işlədiyini, mebel sexinin Elton adlı şəxsə məxsus olduğunu, Aidə həkim bunların qohumu olduğunu bildirdi. İfadələri arasında ziddiiyyətlər olduğuna görə məhkəmə iclasında şahidin istintaqa verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid11 göstərmişdir ki, onun həyat yoldaşı Gülnarə heç bir yerdə işləməmiş, əvvəllər qohumları arasında pal-paltar satmağa başlamış, daha sonra isə qonşu olan bir qadın ilə az miqdarda qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən 2021-ci ilin sentyabr-oktvabr aylarında Gülnarə ona evdə lom qızıl olduğunu və həmin qızılı «Moskva» Univermağına apararaq bir nəfərə verməli olduğunu bildirmiş və ondan işə gedən vaxtı onu da «Moskva» Univermağına aparmasını xahiş etmişdir. O, həmin lom qızılın miqdarını və dəyərini bilməmiş, bu barədə Gülnarədən soruşmamışdır. O, Gülnarəni həmin yerə aparmış və onunla birlikdə orada yerləşən 1 otaqlı qızıl təmir sexinə getmişlər. Sonradan adının Nurlan olduğunu bildiyi şəxsə Gülnarə selofan paketdə qızıllar vermişdir. Nurlan həmin qızıllara baxış keçirərək qəbul etmiş və Gülnarəyə pul sayaraq vermişdir. Daha sonra Nurlan Gülnarədən kitaba işləmək üçün sənəd istəmiş, Gülnarənin şəxsiyyət vəsiqəsi üstündə olmadığından o, özünün şəxsiyyət vəsiqəsini vermişdir. Nurlan həmin sənədi alaraq, kitaba nələrsə qeyd etmiş, həmin vaxt o, kənarda durduğundan Gülnarənin verdiyi qızılın miqdarını və onun nə qədər pul almasını bilməmişdir. Nurlan adlı şəxsi ilk dəfə həmin vaxt görmüşdür. Bundan sonra da bir-iki dəfə Gülnarə ondan «Moskva» Univermağına gedib lom qızıl vermək lazım olduğunu bildirmiş, onu aparmasını xahiş etmiş, o da, yenə həmin qaydada Gülnarəni həmin yerə, yəni Nurlan adlı şəxsin sexinə aparmış, həmin vaxtlarda da yenə Gülnarə evdən götürdüyü lom qızılları Nurlan adlı şəxsə vermişdir. Hər dəfə ondan kitaba yazılması üçün onun şəxsiyyət vəsiqəsini istəmiş, o da, bir problem ola biləcəyini düşünmədiyindən şəxsiyyət vəsiqəsini vermişdir. Ümumilikdə, o, Gülnarəni 2 və ya 3 dəfə «Moskva» Univermağınea aparmış, Nurlana verilən qızılları Gülnarənin hardan əldə etdiyini və həmin qızılların kimə məxsus olmasını bilməmişdir. Bundan əlavə, Nurlanın Gülnarəyə borclu qalması, pulu özündə saxlaması, həmin puldan Gülnarəyə qazanc verməsi barədə onda heç bir məlumat olmamışdır. O, Şahid6 təxminən 3 ildir ki, tanıyır, onu qaynı, yəni həyat yoldaşımın qardaşı Şahid10 vasitəsi ilə tanımışdır. Cəmil həm taksi sürücüsü işləmiş, həm də Vüqarla birlikdə onu gedəcəyi yerlərə aparıb-gətirmişdir. Daha sonra onun Cəmil ilə ailəvi münasibəti yaranmış, bundan sonra həyat yoldaşı Gülnarə harasa gedəndə taksi sürücüsü işləyən Cəmil onu bir ııeçə dəfə gedəcəyi yerlərə aparmışdır. O, Gülnarənin Şahid6 pul verməsini və ya almasını heç vaxt görməmiş və eşitməmişdir. Zərərçəkmiş şəxs5 ona 5000 ABŞ dolları göndərməsi hissədində dedikləri doğrudur. Təxminən elə qeyd edilən vaxtlarda, yəni 2021-ci ilin noyabr aylarında həyat yoldaşı Təqsirləndirilən şəxs ona Aytən adlı xanımın ona 10.000 ABŞ dolları məbləğində borcu olduğunu bildirmişdir. Lakin o, həmin borcun hansı səbəbdən yarandığını deməmişdir. Gülnarə ona Aytənin həmin pulu bank vasitəsi ilə göndərəcəyini, lakin bir adamın adına 5000 dollardan artıq pul göndərmək mümkün olmadığını demişdir. Bu səbəbdən Gülnarə həmin pulu onun adına göndəriləcəyini, birlikdə banka gedib adama 5000 dollar məbləğində pulu çıxaracaqlarını demişdir. O da, Gülnarə ilə razılaşmış, sonra birlikdə banka gedib onun adına göndərilən 5000 ABŞ dolları məbləğində pulu götürüb, elə bankın daxilində də Gülnarəyə təhvil vermişdir. O, Zərərçəkmiş şəxs6 təxminən 1-2 ildir ki, tanıyır, əvvəllər yaşadığı "Yeni Bakı” yaşayış kompleksində onlarla qonşuluqda yaşamışdır. Şəhlanın yaşadığı evin qarşısında paltar mağazası olduğunu və orada paltar satışı ilə məşğul olduğunu sonradan öyrənmişdir. Onun həyat yoldaşı ilə hər hansı biznesə başlaması, Gülnarəyə böyük məbləğlərdə pul verməsindən heç bir məlumatı olmamış, belə bir şeyin olub-olmadığını bilməmişdir. Yalnız həyat yoldaşı Gülnarə həbs edildikdən sonra bu məsələlər meydana çıxmış və müəyyən söz-söhbətlər olduğunu bilmişdir. Qaynı Şahid10 isə Gülnarə ilə birlikdə Zərərçəkmiş şəxs6 hər hansı biznes təklif etməsini heç vaxt eşitməmiş, nə əvvəllər, nə də sonradan bu barədə heç bir məlumatı olmamış, o, Gülnarənin Şahid10 ilə əlbir olub kimlərisə aldatmağına inanmır. Nərimanov rayonu ərazisində «Çermet» adlanan körpünün yanındakı fəhlə bazarında dayanıb iş gözləyir, onun tanışı Eltonun həmin yerdə mebel təmiri sexi vardır. Hərdən iş olanda Elton onu dəvət etmişdir. Həmçinin son vaxtlar Gülnarə ona qonşu bir qadınla az miqdarda qızıl-məmulatlarının alqı-satqısı ilə məşğul olduğunu, həmin qonşu Gülnarəni qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmaq üçün «Gənclik» univermağında qızıl-zinət əşyaları şöbəsi olan Yeganə ilə tanış etdiyini bildirmişdir. O, əvvəllər bu barədə bilməmiş, ondan pul istəyəndə Gülnarənin Yeganə ilə qızıl-zinət əşyalarının alveri ilə məşğul olduğunu bilmişdir. Gülnarə əvvəl ondan 3000-5000 manat pul aldığını və qaytardığını bildirmişdir. X6 15000-20000 manat pul istəməyə başladığını, onun özündə pul olmadığını, tanışlarından borc alıb verdiyini demişdir. Gülnarə həm də qardaşı Vüqardan borc aldığını, külli miqdarda pulu nə üçün alması ilə maraqlananda Gülnarə ona verdiyi pulları Yeganə borca sildiyini bildirmişdir. O, aydınlaşdırmaq üçün qaynı Vüqar və arvadı Gülnarə ilə Yeganənin iş yerinə getmişlər. Yeganədən Gülnarənin külli miqdarda borcunun yaranmasının səbəblərini soruşanda, Yeganə özündə olan kağızlardakı qeydləri təqdim etmişdir. Gülnarə hamin kağızlarda qeyd olunmuş qızıl məmulatlarını nisyə götürdüyünü etiraf etmiş lakin Yeganə ona qızılların hər qramını 60 manatdan nisyə satsa da, özündə 140 manat hesablamışdır. Gülnarə və Yeganə buna görə mübahisə etmiş, sonra onlar çıxıb getmişlər. Onlar univermağa daxil olduqlarını və Yeganədən Gülnarəyə verdiyi qızıl-zinət əşyalarının siyahısını istədiklərini, o əlində bir neçə A-4 vərəqələrini təqdim etdiyini, vərəqələrdə Gülnarənin aldığı qızıl-zinət əşyalarının siyahısı olduğunu, Yeganə qeydlərində baha qiymət yazdığını, bu səbəbdən borc yarandığını, Yeganə isə bunu etiraf etmədiyini, o, qızılın bir qramını 140 manata hesabladığını bildirmişdir. O, vərəqələrə baxmış, lakin imzaların olmasına fikir verməmişdir. Ümumiyyətlə, həmin vərəq çox qarışıq olmuş, məbləğlər sonradan da Yeganə tərəfindən əlavə edilə biləcəyini demişdir. Gülnarə bu məsələlər a ç ı l a n d a kiminsə ona qızıldan borcu qalmasını deməmişdir. Gülnarə qızılları satıb Yeganəyə ödədiyini demişdir. Kimdən dəqiq nə qədər borc almasını bilməmiş, onun qəzetə ərizə verməsini və qəzetdəki məqaləni bilməmiş, oxumamış, sonradan məsələlərin üstü açılanda Gülnarə tanışlarından faizlə borc alıb qızıl aldığını demişdir. Kimlərdən nə qədər, hansı faizlə almasını ona deməmişdir. Gülnarə özü müstəqil alver etdiyini, ona hesabat vermədiyini, onun işlərinə qatışmadığını bildirmişdir. Heç kim Yeganəyə hədəqorxu gəlməmiş, ondan borcun səbəbini soruşduqlarını, o da, sənədləri təqdim etdiyini, Gülnarə qeydlərə baxıb qiymətlərin baha yazılmasını və mübahisələrinin düşdüyünü demişdir. O, bir dəfə Yeganənin işlədiyi dükana getdiyini, orada olanda ondan qızıl tələb etmədiyini, mübahisəni Gülnarə Yeganə ilə qiymətlərlə razılaşmadığı üçün etdiyini bildirmişdir. Onlar heç univermağa daxil olmalarına Yeganə imkan verməmişdir. Bayırda söhbət etmişlər, o, heç kimə hədə-qorxu gəlməmiş, Yeganənin qeyd eldikləri tamamilə şər-böhtan olmuş, o, A4 vərəqdə yalandan rəqəmlər yazmaqla yoldaşının guya ona 98000 borcunun olduğuna inandırmağa çalışmışdır. Yeganə həmin məbləği yoldaşından ala bilmədiyindən onu və yoldaşının qardaşı Şahid10 şərləyərək, həbsinə nail olmağa və bu yolla həmin pulu onlardan almağa çalışmışdır. O, Yeganədən heç vaxt qızıl almamış, onunla bu barədə danışmamış, həyat yoldaşının da ondan qızıl alıb borcunun olması barədə sonradan məlumatı olmuşdur. O, yaşadığı evi satdığını və həmin ünvanda kiraydə yaşadığını, evin pulunu borclu olduğu şəxslərə ödədiyini, onun 45000 manat borcu olduğunu, həmin borcu ödədiyini, borcun Gülnarə üçün aldığı pullara görə yarandığını, Gülnarə isə həmin pulu Yeganəyə verdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 uzaqdan tanıyır, heç bir yaxın münasibəti olmamış və bu günə qədər onunla heç bir alış-verişi olmamışdır. Zərərçəkmiş şəxs2 da Bəhruz kimi uzaqdan tanıyır, onunla heç bir yaxın münasibəti, alış-verişi olmamış, onun nə Zərərçəkmiş şəxs1 ilə, nə də Zərərçəkmiş şəxs2 ilə mebel sexinə şərik etmək barədə danışığı olmamış, onlardan heç vaxt, heç bir məbləğdə pul almamışdır. Ümumiyyətlə, onun mebel sexi olmamış, ora kimisə şərik etməmiş, bu barədə nə Gülnarə ilə, nə Bəhruzla, nə Rəşadla, nə də ki, qeyri bir adamla bu barədə danışığı olmamışdır. Tanışı Eltona məxsus sexdə hərdən o, çağıranda gedib həmin mebel sexində fəhlə və ya usta kimi çalışmışdır. Gülnarənin ondan xəbərsiz kimdənsə mebel sexinə şərik edəcəyi adı ilə pul almasını bilməmiş, onda belə bir məlumat olmamış, ümumiyyətlə Gülnarənin belə bir addım atacağına inanmamışdır. Zərərçəkmiş şəxs5 hansısa biznezə şərik olmağa dəvət etməmiş, ona heç bir vəd verməmiş, yalnız bir dəfə həyat yoldaşı Gülnarə ondan şəxsiyyət vəsiqəsi verməsini istəmiş və onun adına pul göndəriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı olsa da, onun hansı işlə məşğul olmasından tam məlumatı olmamışdır. Həyat yoldaşı Gülnarə ona Aytənə borcunun olduğunu, ondan pul götürdüyünü, bunun üçün Aytənin nəsə girov tələb etdiyini bildirmiş və ondan öz avtomobilinə dair Zərərçəkmiş şəxs5 adma etibarnamə verməsini istəmişdir. O da, artıq bu ərəfədə Aytən ilə Gülnarənin arasında borc haqq-hesabının olduğunu bilmişdir. O, həyat yoldaşına kömək etmək məqsədi ilə onun düşdüyü bu problemdə kömək etmək üçün onun dediyi ilə razılaşmış və Zərərçəkmiş şəxs5 adına etibarnamə vermişdir. Daha sonra isə onun özünün Cəmil adlı şəxsə borcu olduğundan, həmin avtomobili alqı-satqı müqaviləsi əsasında sənədləşdirərək Cəmilin adına keçirtmişdir. Bu zaman alqı-satqı həyata keçirildiyindən, avtomatik olaraq Zərərçəkmiş şəxs5 adına verilmiş etibarnamə ləğv edilmişdir. O, heç kimi aldatmamış, heç kimə vəd verməmiş, heç kimdən pul almamışdır (Cild 10, iş vərəqi 53-61). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur və Zərərçəkmiş şəxs1 tanıyır. Bəhruz 5 dəfə ona pul vermiş, o da, hər dəfə həmin pulları aparıb «Qurtuluş 93»-də dediyi adama vermişdir. Bəhruz müxtəlif vaxtlarda və məbləğlərdə, təxminən 10-15-20 min ABŞ dolları məbləğində ona pullar vermiş, o da, həmin pulları Masazır qəsəbəsində deyilən ünvanda bir nəfər qız uşağına və Elməddinə vermişdir. Bəhruz pulu verəndə nəyə görə verdiyini soruşmamış, yalnız Bəhruzun ona verdiyi tapşırığa əsasən pulları aparıb ünvanına çatdırmışdır. Bir dəfə isə 2000 dollar götürüb Bəhruza qaytarmışdır. Pulu verəndə Elməddin onun gözünün qarşısında sayıb götürmüşdür. Apardığı pullar 50-100 manatlıq əskinaslar olmuşdur. Pulu götürən qız uşağının adını bilməmiş, lakin həmin vaxt qızın təxminən 10-12 yaşı olmuşdur. O, əvvəllər Bəhruzla bir şirkətdə işləmişdir. Bəhruzun pullarını o, 2021-ci ildə aparıb vermiş, buna qədər isə bir il əvvəldən Bəhruzu tanımışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş üzləşdirmə protokoluna əsasən, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs Zeynalabdin qızı arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ondan qızıl-zinət əşyaları aldığını, ona qarşı dələduzluq etdiyini və ümumilikdə 98.178 manat məbləğində maddi ziyan vurduğunu bir daha təsdiq etmişdir (Cild 6, iş vərəqi 139-144). Zərərçəkmiş şəxs3 ilə Şahid11 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ondan qızıl-zinət əşyaları alarkən Şahid11 və Şahid10 də iştirak etdiyini, ona qarşı dələduzluğun onların birlikdə etdiklərini və ümumilikdə həmin şəxslərin ona 98.178 manat məbləğində maddi ziyan vurduğunu təsdiq etmişdir (Cild 7, iş vərəqi 163-170). Cinayət işinə əlavə olunmuş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs Zeynalabdin qızı arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs, onun qardaşı Şahid10 və əri Şahid11 ona qarşı dələduzluq etdiklərini və külli miqdarda pulunu ələ keçirərək maddi ziyan vurduqlarını bir daha təsdiq etmişdir (Cild 7, iş vərəqi 76-78). İstintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs Zeynalabdin qızı arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu mebel işinə şərik edəcəyi adı ilə ondan hissə-hissə olmaqla 205.000 manat, Zərərçəkmiş şəxs2 isə 85.000 manat pulunu aldığını, ona qarşı dələduzluq etdiyini, qeyd olunan məbləğdə maddi ziyan vurduğunu onun üzünə qarşı söyləmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 onun üzünə qarşı dediklərini təsdiq etmişdir (Cild 6, iş vərəqi 145-149). Zərərçəkmiş şəxs1 ilə Şahid11 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu mebel işinə şərik edəcəyi adı ilə əri Şahid11la birlikdə ondan hissə-hissə olmaqla, ümumilikdə 292.600 manat pul aldığını, ona qarşı dələduzluq etdiklərini, qeyd olunan məbləğdə maddi ziyan vurduqlarını Şahid11 onun üzünə qarşı söyləmişdir (Cild 6, iş vərəqi 199- 205). Cinayət işində olan üzləşdirmə protokoluna əsasən, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs Zeynalabdin qızı arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs onu mebel işinə şərik edəcəyi adı ilə ondan hissə-hissə olmaqla 85.000 manat məbləğində pulunu aldığını, ona qarşı dələduzluq etdiyini, qeyd olunan məbləğdə maddi ziyan vurduğunu bildirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 üzləşmə zamanı dediklərini təsdiq etmişdir (Cild 6, iş vərəqi 150-152). İbtidai istintaq zamanı Şahid3 ilə Şahid11 arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid3 Zərərçəkmiş şəxs1 ona bir neçə dəfə verdiyi 10.000, 17.000 və 26.000 manat məbləğində pulları Nərimanov rayonu, “Çermet” körpüsünün yaxınlığında yerləşən ''tərəzi” adlanan yerdə Şahid11 verdiyini onun üzünə qarşı təsdiq etmişdir (Cild 6, iş vərəqi 185-189). Şahid4 Rəsəf oğlu ilə Şahid11 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid4 Zərərçəkmiş şəxs1 ona 2021-ci ilin oktyabr-dekabr aylarında bir neçə dəfəyə verdiyi 10.000, 15.000 manat, iki dəfə isə hər dəfə verdiyi 20.000 manat məbləğində pulları Nərimanov rayonu, "Çermet' körpüsü yaxınlığında yerləşən “tərəzi” adlanan yerdə Elməddin Asianova verdiyini onun üzünə qarşı söyləmişdir (Cild 6, iş vərəqi 190-194). İbtidai istintaq zamanı şahid X13 ilə Şahid11 arasında üzləşdirmə keçirilmiş, bu zaman Vəli Məmmədov Zərərçəkmiş şəxs1 ona 2021-ci ildə müxtəlif vaxtlarda bir neçə dəfəyə verdiyi 10.000, 15.000, 20.000 manat məbləğində pulları Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin qarşısında Şahid11 və bir neçə dəfə isə Elməddinin qızına verdiyini təsdiq etmişdir (Cild 6, iş vərəqi 195-198). Zərərçəkmiş şəxs3 ilə Şahid10 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 2021-ci ilin iyun-avqust aylarında Təqsirləndirilən şəxs, Şahid10 və Şahid11 qızıl əşyaları verdiyini, onların aldıqları qızılların pulunu ödəyəcəyinə vəd verdiklərini, onlar tərəfindən aldanıldığını Şahid10 üzünə qarşı söyləməklə təsdiq etmişdir (Cild 8, iş vərəqi 124-129). Zərərçəkmiş şəxs5 ilə təqsirləndirilən şəxs Şahid11 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 Şahid11, onun arvadı Təqsirləndirilən şəxs və sonuncunun qardaşı Şahid10 ona qarşı dələduzluq etdiklərini və külli miqdarda pulunu ələ keçirərək maddi ziyan vurduqlarını təsdiq etmişdir (Cild 8, iş vərəqi 231-236). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs5 ilə təqsirləndirilən şəxs Şahid10 arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs5 Şahid10, onun bacısı Təqsirləndirilən şəxs və sonuncunun əri Şahid11 ona qarşı dələduzluq etdiklərini və külli miqdarda pulunu ələ keçirərək maddi ziyan vurduqlarını təsdiq etmişdir (cild 8, iş vərəqi 237-243). İstintaq zamanı Şahid6 ilə Təqsirləndirilən şəxs Zeynalabdin qızı arasında üzləşdirmə keçirilmiş, bu zaman Şahid6 Təqsirləndirilən şəxs un və siqaret biznesi ilə məşğul olmadıqlarını, ondan bu məqsədlə pul almadığını onun üzünə qarşı söyləmişdir (Cild 9, iş vərəqi 151-153). Zərərçəkmiş şəxs6 qısı ilə Təqsirləndirilən şəxs Zeynalabdin qızı arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs onu mebel biznesinə şərik edəcəyinə dair vəd verdiyini, ümumilikdə ondan 58.000 manat məbləğində pul aldığını, onu aldatdığını, ona qarşı dələduzluq etdiyini bir daha təsdiq etmişdir (Cild 10, iş vərəqi 69-74). İstintaq zamanı Şahid5 Haşim oğlu ilə Təqsirləndirilən şəxs Zeynalabdin qızı arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid5 cəmi 3 dəfə Təqsirləndirilən şəxs qızıl-zinət əşyaları aldığını, bu barədə alqı-satqıya dair qəbz yazıldığını, qızılların pullarının ona tam ödənildiyini və əlavə qızıl əşyası ona verilmədiyini bildirmişdir (Cild 9, iş vərəqi 223-226). Təqsirləndirilən şəxs Zeynalabdin qızının ifadəsinin hadisə yerində yoxlanılmasına dair 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Moskva” univermağının həyətindəki qızıl alqısatqısı mağazasını göstərərək, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 götürdüyü qızılları mağazanın satıcısı Şahid5 Haşim oğluna satdığını bildirmişdir. Həmin yerlərin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (Cild 9, iş vərəqi 125-127). Zərərçəkmiş şəxs1 ifadəsinin hadisə yerində yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 Xırdalan şəhəri, «Yeni Bakı» yaşayış kompleksində və Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096 saylı məhəllədə hissə-hissə olmaqla taksi sürücüləri vasitəsi ilə Təqsirləndirilən şəxs ümumilikdə 290.600 manat məbləğində pulu Şahid11 və Gülnarənin qızı vasitəsi ilə verildiyini bildirmiş və həmin yerləri tam dəqiqliyi ilə göstərmişdir. Həmin yerlərin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (Cild 6, iş vərəqi 41-46). Zərərçəkmiş şəxs5 ifadəsinin hadisə yerində yoxlanılmasına dair 08 iyul 2022-ci il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs yaşadığı Xırdalan şəhəri, «Yeni Bakı» yaşayış kompleksində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzili göstərərək, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs, Şahid11 və Şahid10 31.000 manat məbləğində pulu həmin mənzildə verdiyini bildirmişdir. Bundan başqa o, Masazır qəsəbəsindəki 2 ədəd yaşayış evini göstərərək, həmin evlərin Təqsirləndirilən şəxs, Şahid11 və Şahid10 aid olduğunu bildirmişdir. Həmin yerlərin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (Cild 8, iş vərəqi 9-13). Şahid4 ifadəsinin hadisə yerində yoxlanılması barədə 24 may 2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 ünvan 6 ünvanında yerləşən «Çermet» körpüsü adlanan «Tərəzi» deyilən yerdə 2021-ci ilin müxtəlif vaxtlarında Zərərçəkmiş şəxs1 ona verdiyi 10.000, 15.000, 20.000 manat pulları Şahid11 verdiyini bildirmiş və həmin yeri tam dəqiqliyi ilə göstərmişdir. Pulun verildiyi həmin yerin fotoşəkili çəkilərək protokola əlavə edilmişdir (Cild 6, iş vərəqi 193-195). Cinayət işində olan 08 yanvar 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 işlədiyi qızıl-alqı-satqısı mağazası ünvan 7 ünvanda 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (Cild 1, iş vərəqi 18-19). Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs verdiyi qızıl-zinət əşyalarına dair tərtib olunmuş siyahıdan görünür ki, 2021-ci ilin müxtəlif vaxtlarında ona hissə-hissə olmaqla müxtəlif çeşidli qızılzinət əşyalarının verildiyi qeyd olunmuşdur. 29 aprel 2022-ci il tarixdə həmin sənədlərə keçirilmiş baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs3nan istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs nisyə satdığı qızıl-zinət əşyalarının dövriyyəsinə dair qeydləri 8 ədəd «A4» vərəqində icra olunmuşdur. Təqdim olunmuş 6 vərəq zərgərlik məmulatının adı, çəkisi, kodu, əyarı və qiyməti adlandırılan qrafalara bölünmüşdür. Vərəqələr üzərindəki tarixlərə görə ardıcıl yığıldığı və qırmızı mürəkkəblə yazan qələmlə nömrələnidiyi - 1 nömrəli vərəqdə 1 sıra nömrəsində «braslet güllü», çəki qrafasında 1 1,14, kod qrafasında 8690, əyar qrafasında 585, qiymət qrafasında 1059 man. sözləri və rəqəmləri icra olunmuşdur. Həmin vərəqədə 37 adda qızıl-zinət əşyaları qeyd olunmuş və vərəqin sonunda imza edilmişdir. Həmin vərəqədə qiymət qrafalarındakı məlumatlar toplandıqda cəmi məbləğ 58095 manat təşkil etdiyi müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs3 qızıl alqısatqısında 5 manata qədər yuvarlaşdırılaraq qiymət hesablandığıını bildirmişdir. Bu səbəbdən həmin vərəqədə 58100 manat göstərildiyi qeyd olunmuşdur. 2-ci vərəqdə siyahı «sep zəngir ağ» adlı, çəkisi 34,42 qr.. kodu 8683. əyarı 750 qiyməti 4820 manatla başlayır. 38 zərgərlik məmulatları qeyd edilmişdir. Vərəqin sağ tərəfində «obş: 52214 manat+ 737=52951. Sep 3,87 585 əyyar- 3680 manat. Sep qoşa üzüklər 3.88 585=36 08,11202 l-ci il sözləri və rəqəmləri yazılmış və imza edilmişdir». Həmin vərəqdə göstərilən qiymətləri hesabladıqda 52951 manat təşkil etmişdir. 3-cü vərəq ad qrafasında sünbül, çəki qrafasında 4,98. əyar qrafasında 585, kod qrafasında 8282, qiymət qrafasında 470 manat rəqəm və sözləri ilə başlamışdır. Siyahının sonunda «köçürdüm o biri üzü bura. Obş. 52951 manat=2310 manat=55261 manat yazıları ilə bitmişdir. Həmin vərəqədə olan qiymətləri hesabladıqda ümumi məbləğ 2310 manat təşkil etmişdir. 4-cü vərəq ad qrafasında «braslet ərəb», çəki qrafasında 35.70. kod qrafasında 8793. əyar qrafasında 21 k. qiymət qrafasında 5712 manat qeydləri ilə başlamışdır. Vərəqdə 34 adda zərgərlik məmulatları qeyd edilmişdir. Vərəqin sonunda «tarix 15.1 1.2021 göstərilmiş, imza sözü qabağında imza qeyd olunmamışdır. Vərəqin sağ tərəhndən braslet 8792 kod. 750 əyar. 15291 manat obş stımma 74916 manat sözləri və rəqəmləri qeyd edilmişdir, həmin vərəqədə göstərilən qiymətləri topladıqda vərəqin sağ hissəsində qeyd j olunmuş 15291 manatla cəmi 74916 manat təşkil etmişdir. 5-ci vərəqə siyahı «karnitur brasletlə sep» çəki qrafasında 54.80, kod qrafasında 8838, əyar qrafasında 750, qiymət qratasında 7700 manat sözləri və rəqəmləri ilə başlayır. Vərəqin sonunda tarix xx.xx.2021 -ci il ümumi məbləğ 62650 mant göstərilmişdir. Vərəqdə yuxarıdan aşağı 31 adda zərgərlik məmulatları qeyd edilmiş, vərəqin sağ tərəfindən 32-ei sıra nömrəsindən 40-cı sıra nömrəsi daxil olmaqla əlavə siyahı tərtib edilmişdir. Həmin vərəqdə qiymətlər hesablandıqda cəmi 61778 manat təşkil etmişdir. Bir adda 32-ci sıra nömrəsində qeyd olunmuş qızıl-zinət əşyasının qiyməti qeyd olunmamışdır. 6-cı vərəqdə qeydlər ad qrafasında dəniz ulduzu çəkisi qrafasında 11,66. kod qrafasında 8861, əyar qrafasında 750 qiymət qrafasında 1640 rəqəmləri və sözləri ilə başlamışdır. Siyahının sonunda ümumi məbləğ 58580 manat, tarix 30.11. 2021 göstərilmişdir. Həmin siyahıda 23 adda zərgərlik məmülatlan qeyd olunmuşdur. Qiymətlər toplandıqda 58580 manat təşkil etumişdir. iki vərəqədə olan yazılar siyahı kimi tərtib edilməmişdir. Həmin yazılar rəqəmlərin toplanmasından, çıxılmasından məmulatın adından və imzalardan ibarət olmuşdur. 1 -ci vərəqdə 46113- 10000 (20.05.21)= 36113 AZN rəqəmləri ilə baştıyır həmin qeydin altında tarix xx.xx.2021-ci il göstərilmiş və imza olmuşdur. Sonrakı qeyd Gülnarə hesab sözləri ilə başlamışdır. Yazının altında 36113 AZ borcdan -9000 (xx.xx.2021-də) ödənildiyi =27113 AZ + yenidən 39807 manat=66920 manat- 15000 AZN (4.10.2021 )=51920 AZN +(4.10.2021-də yenidən götürüb sözləri rəqəmləri qeyd olunmuş və bundan sonrakı =65833 AZN -1800 saat=64038 AZN imza +12118 (4.10.2021) sözləri və rəqəmləri üzərindən xətt çəkilmişdir. Yeni sətirdən+121118 manat (4.10.2021) = 62238- 5000=57238 AZN qeyd olunmuş və imza edilmişdir. Sonra +10986 AZN üzüklər+11234 manat=79458-19640 = 59818 qeyd olunub imza edilmişdir, imzadan sonra xx.xx.2021-360 AZN( xx.xx.2021 )=59458 AZN +850 (uşaqların brasleti)= 60308 AZN-20.000 AZ (18.10.21 )=40308 AZN +22150 AZN=62460 AZ-20000 (25.10)=42460 AZN + kod 8675, 31, 65 750 pr.=4435+ kod 8662. 11.62 q. Braslet günəş saçır=l 105+5540 AZN sevamn siyahısından çıxıb bura yazıram+48Ü00+5540=53540-20.000=33540+( xx.xx.2021) 58100(1.11.2021) +65=91705- 20.000 (8.11,2021 )=71705 azn+55261 (8.11.2021 )= 126966 man- 50000 (15 və xx.xx.2021 şoferlə birlikdə)—76966 manat və Sevamn 10765 AZN=87731+15.1 1.2021 74916=162647AZN- 42000(22/l 121 )=120647 AZN-8000 AZN (xx.xx.2021- şoferlə Sevinc və Gülü gətirdilər= 12647 AZN+62650 (xx.xx.2021 )=175300 AZN+6000 AZN=181300 AZN- 51300 AZN (2-ci gün xx.xx.2021 )= 130300 AZN borcu-4.000 (1.12.2021 -ci ildə İlqar gətirib- 126300 AZN+58580 AZN yenidən 175 ABŞ dolları qab (=184880 AZN borcludur-10.000 AZN (5.12.2021)= 174880-60000=114880- 17000=97880 sözləri və rəqəmləri qeyd olunmuşdur. Həmin iki vərəqdə olan rəqəmləri toplayıb çıxdıqda və 175 ABŞ dolları nəzərə alınmaqla borcun məbləği 98178 manat təşkil etdiyi müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs3 6 vərəqədə olan siyahıda Təqsirləndirilən şəxs götürdüyü qızılzinət əşyaları göstərilmişdir. Götürdüyü tarixlər siyahıların sonunda qeyd olunmuşdur. Həmin siyahı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və sübutetmənin predmeti olduğundan maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 6, iş vərəqi 55-63, 100-101). 220060132 nömrəli cinayət işinin ibtidai istintaq materiallarına əlavə edilmiş informasiya daşıyıcısının yaddaşında olan 1 ədəd "video" adlı qovluğun daxilindəki 1 ədəd video formatlı səsyazısma Təqsirləndirilən şəxs Zeynalabdin qızı ilə Zərərçəkmiş şəxs5 arasında mobil telefon vasitəsi ilə aparılmış danışığa və votçap vasitəsi ilə yazışmalara baxış keçiriməsinə dair tərtib edilmiş protokola əsasən, 1 ədəd CD formatlı diskin yaddaşına köçürülmüş 1 ədəd fayldakı danışıq səslər dinlənildikdə səslərdən müəyyən edildi ki, "Aytən eeeeee sirf sey olmur deyəndə ki, yox baji man yəni, eemən ordan turkiyədən ozmuz qardasimla eliyirəm, yəni ozmıız getirəsiyik, yəni sey mal olasi doy bidənə zərgər mali baxan kimi bilinir eyyvmen sənen goturduvum mallarin demək olar ki bir o ilan qolbaginnan başqa hamsi zərgər malidi baji zərgər isidi arna yəni bizdə pramoy besiktasdi nədi ordan olasidi yeni sırf zavadskoy problar olasidi yani belə zergərlə biz istiyəsi doyluk ancaq fabriçni mallar olacaq bizim mağazada ha ha haaaaa inşallah sənədə təşkil eliyejəm elə yaxsi mallar satarsan ozdə qasdi bizdə mallar olasi doy sirf yeni olar eyy tek tuksirf sal qizillaman olacaq bizdə pandora ınadellər pandora seyləmən nətər deyim sirga uzuk seep vapse o qeder belə toxunusiarda cürbəcür qızillar varki inşallah yeni aldirib axira qədər sey eləsək inşallah yaxsi olar sənədə yəni elə təşkil eliyərik ucuz qiymətə. Həmin səslər ********** saylı mobil telefon nömrəsindən ********** saylı mobil telefona ötürüldüyü müəyyən edilmişdir. Həmin səslərin Təqsirləndirilən şəxs ona məxsus olduğunu bildirmişdir. Bundan başqa, vatçap yazışmalarında ona Gülnarənin Aytəndən pul istəməsi, alması ilə bağlı mətinlər olmuşdur. Beləliklə, 2 ədəd CD formatlı disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 8, iş vərəqi 8, 210). İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs Zeynalabdin qızı və onun qızı X3 mobil telefon vasitəsi ilə 1187 vərəqədə olan qarşılıqlı vatsap yazışmalarından görünür ki, Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs Zeynalabdin qızı, onun qızı Sevinc Aslanova arasında 2019-2021-ci illərdə mobil telefon vasitəsi ilə yazışmaların olduğu müəyyən edilmişdir. Həmin yazışmaların mətnindən görünür ki: Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs qızı Sevinc Aslanova arasında anası Təqsirləndirilən şəxs 207 min manat, rayondakı adamlardan 200 min manat aldığını, şikayətlər edildiyini, atasının camaat yığışıb öldürəcəyini, telefonu əlindən alınıb izlənildiyini, atasını da öyrədib səs atdırır ki, səndən də pul aldığını, bunun nə haqq-hesab olduğunu, nə qızıl işi, mebel işi, qızıl işi nədir, bu səsləri anası atasına öyrətdiyini, anasına görə onların telefonların izlənildiyini, telefon yazışmasının güdüldüyünü, bu işlərin üstünün açıldığını, «Gənclik»də qızıl dükanında alış-veriş olduğunu, burada anasının hamını pis vəziyyətdə qoyduğunu, günahın hamısının anasında olduğunu, dayısının müflis olduğunu, anasını tutacaqlarını, hamının şikayət etdiyini, Yeganədən qızı aldığını, atasına onu “Aidə" kimi tanıtdırdığını, güya onun anasının tanışı olduğunu, onun adı ilə atasına səs atdırdığını, qoy 10 il yatmasını dediyini, hamını pis günə qoyduğunu, ona ən ağır cəza lazım olduğunu, milləti pis günə qoyduğunu, pulun qaytarılmasında ona köməklik edəcəyini, onun pulunu dayısıgilin qaytaracağını, pulun verilməli olduğunu, anasının gizləndiyini, ona səbrli olmasını, camaatın yığılaraq qapıya töküləcəklərini və sair sözlər qeyd edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 göndərdiyi votsap yazışmalarının mətnindən görünür ki, Gülnarə hamının ondan üz çevirdiyini, özünə ölüm arzuladığını, həyatının söndüyünü, Vüqara söz deyə bilmədiyini, Vüqarın yaxın durmadığını, Rəşadın 85.000 manat pullarının siyahısının göndərildiyini, burada günahkar özünün olduğunu, hamının başına oyun açdığını, cəzasını nədir çəkəcəyini, heç kimə heç nə deyə bilməyəcəyini, çarəsinin yalnız olüm olduğunu, ölümü ilə kiminsə əlinə heç nə gəlməyəcəyini, onsuz da bıçağın boğaza dirəndiyini, Vüqarla danışıb onun pulunu verəcəyini və sair sözlər qeyd edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş vatsap yazışmalarının mətnindən görünür ki, Bəhruz Gülnarəyə niyə belə elədiyini, uşaqlarının ac qaldığını, bəs uşaqların və Rəşadgil pullarını istədiklərini, pulunun olmadığını, nəyi varsa hamısını ona verdiyini, pulunun son qəpiyə qədər onda olduğunu, indi nə etməli olduğunu, camaata nə dəyəcəyini, Rəşadın yığıb hər şeyini verdiyini, ya MTN, ya da bandotdelə məlumat verəcəyini, gedib dilənib pul tapıb ona verdiyini, evi satmağa niyə qoyduğunu, onlara bu yetimin pulunu vermək lazım olduğunu niyə demədiyini, onu “Aidə" qayırdığını, Aidənin pulları nə olacağını, bu bəladan qurtarmağın, camaatın pulunun verilməsini, moşenliklik etmələrini, o, Vüqar, Elməddin yığışıb pulları düzəldib verilməsini, verilmiş pulların nə vaxt qaytarılacağını, qarşı tərəfin ona verdiyi vədlərin və sair yazılı ismariclərlə tamamlandığı müəyyən edilmişdir. Həmin 1187 vərəqədə vatcap yazışmalarına dair çıxarışlar və 1 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə olunmuşdur (Cild 7, iş vərəqi 258). Cinayət işinin materiallarına əlavə edilmiş bank köçürmələrinə əsasən, xx.xx.2021-ci ildə Xanqərvəd kəndindən Şahid10 hesabına 4.200 manat, 2021-ci ilin noyabr ayının 21-də Xanqərvəd kəndində «Milliön» aparatı vasitəsi ilə Şahid10 adına 2000 manat, 02 dekabr 2021-ci ildə 4.600 manat, yenə xx.xx.2021-ci ildə 5000 manat, xx.xx.2021-ci il tarixdə 5000 manat, «Kapital bank» vasitəsi ilə 2000 manat, xx.xx.2021-ci ildə 5000 manat, xx.xx.2021-ci ildə Mingəçevir «Milliön» aparatı vasitəsi ilə 5000 manat, 4700 manat, xx.xx.2021-ci ildə Xanqərvənd kəndindən «Access bank» vasitəsi ilə 15.000 manat, Mingəçevir şəhərindən xx.xx.2021-ci ildə «Milliön» aparatı ilə 5000 manat, Mingəçevirdən «Kapital bank» aparatından 1800 manat, xx.xx.2021-ci üdə Mingəçevirdəki «Kapital bank» aparatından 100 manat, xx.xx.2021-ci ildə yenə Mingəçevirdən aparat vasitəsi ilə 5000 manat, Naftalan şəhərindən «Kapital bank» ödəmə terminalından 10.000 manat, xx.xx.2021-ci ildə Şahid11 adına 5000 ABŞ dolları İsrail Respublikasından, 5000 ABŞ dolları isə Təqsirləndirilən şəxs adına İsrail Respublikasından göndərildiyi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zeynalabdin qızı tərəfindən yaxın tanışı Zərərçəkmiş şəxs5 borc olaraq 2021-ci ilin may ayının 15-də 30.000, 2021-ci ilin oktyabr ayının 15-də 30.000 manat, daha sonra 17.000. 10.000. 10.000, 11.000, 15.000, 5000, əmisi qızı Zərərçəkmiş şəxs4 vasitəsi ilə 68500 borc aldığını, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 tərəfindən təsdiq edilmiş ümumi məbləğin 233.000 manat təşkil etdiyinə dair öz əlyazması ilə təsdiq olunmuş 1 vərəqdə tərtib edilmiş qəbz və pul köçürmələrinə dair 17 ədəd bank qəbzləri iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 7, iş vərəqi 15-19, 21). Zərərçəkmiş şəxs5 tərəfindən xx.xx.2022-ci il tarixli ərizəsinə əlavə edilmiş "Evrohome" tikinti materialları bazarına aid 15.000 manat dəyərində tikinti və su sistemlərinə dair qaimədən görünür ki, Şahid10 istifadəsində olan ***-***-**-** saylı mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs5 güya sifariş verilmiş tikinti və su sistemlərinin siyahısının fotoşəkilini ona göndərildiyi müəyyən edilmişdir. 1 vərəqdə tərtib edilmiş həmin qaimə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 7, iş vərəqi 247). İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Zeynalabdin qızı tərəfindən 14 oktyabr 2022-ci il tarixli ərizəsinə əlavə edilmiş Zərərçəkmiş şəxs3 almış olduğu qızıl-zinət əşyalarının 2 ədəd vərəqdə fotoşəkilləri iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 9, iş vərəqi 46-47). Cinayət işində olan 26 oktyabr 2022-ci il tarixli təqdim etmə və baxış protokolundan görünür ki, Şahid5 Haşim oğlu 3 ədəd alqı-satqıya dair qəbzləri təqdim elmiş və həmin qəbzlərdə xx.xx.2021-ci il tarixdə 12.900 manat, xx.xx.2021-ci il tarixdə 25.000 manat və xx.xx.2021-ci il tarixdə 30.000 manat dəyərində qızıl əşyalarının satılması müəyyən edilmişdir. 3 ədəd vərəqədə qızd əşyalarının alqı-satqısına dair qəbzlər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (Cild 9, iş vərəqi 134-137). Cinayət işi üzrə Zərərçəkmiş şəxs6 ərizəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs Zeynalabdin qızı tərəfindən əlyazma şəklində yazılı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zeynalabdin qızı 2021-ci ilin noyabr ayının 28-də Zərərçəkmiş şəxs6 cəmi 58.000 manat pulu aldığını, pulu iş qurmaq üçün qardaşı Vüqara verdiyini, 2 ay müddətinə qaytaracağını qeyd etdiyini və imzası ilə həmin qəbzi imzaladığı müəyyən edilmişdir. Həmin qəbz iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (Cild 10, iş vərəqi 3). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs Zeynalabdin qızının məhkumluğu barədə məlumat yoxdur (cild 5, iş vərəqi 243-244). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib, dörd divar arasında oturmağının əsas səbəbkarının zərərçəkmiş Zərərçəkmiş şəxs1 olduğunu, Bəhruzun qadın adından istifadə edərək onu bu həddə çatdırdığını, müstəntiqin istintaqı qərəzli apardığını, Bəhruzun mebel işi ilə bağlı onun həyat yoldaşı ilə əlaqəsinin olmadığını, hamını sex açmaq adı ilə Bəhruzun özünün aldatdığını, yalnız Zərərçəkmiş şəxs3 aid epizodu qəbul etdiyini, lakin həmin epizodda da məbləğin şişirdildiyini, Zərərçəkmiş şəxs5 əlbəəl pul almadığını, özünün Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 pul almadığını, Zərərçəkmiş şəxs6 olan borcunun xeyli hissəsini qaytardığını, ona cəmi 5-6 min manat borcu qaldığını, Zərərçəkmiş şəxs3 nə qədər borcunun olmasını bilmədiyini göstərərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 məxsus xeyli miqdarda pul vəsaitini təkbaşına, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus külli miqdarda pul vəsaitlərini əri Şahid11 ilə, iki epizod üzrə Zərərçəkmiş şəxs5 məxsus külli miqdarda pul vəsaitlərini bir epizodda əri Şahid11 ilə, digər epizodda isə həm Şahid11, həm də qardaşı Şahid10 ilə, Zərərçəkmiş şəxs3 məxsus külli miqdarda qızıl-zinət əşyalarını isə həm Şahid11, həm də Şahid10lə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etməsi təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi və məhkəmədə tədqiq edilmiş qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə iclasında dindirilmiş və hazırkı hökmdə sadalanan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, maddi sübutlarla, məhkəmədə tədqiq edilmiş çoxsaylı istintaq hərəkətlərinin protokolları və digər sübutlarla tam təsdiq olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı dindirilərkən və üzləşdirilərkən verdiyi ifadələrindən fərqli ifadələr verməsini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış və yuxarıda sadalanan çoxsaylı sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs Zeynalabdin qızının əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Zeynalabdin qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Zeynalabdin qızına qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Zeynalabdin qızına cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zeynalabdin qızının qadın olmaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqların olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Zeynalabdin qızına təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Zeynalabdin qızına təyin olunacaq cəzanın başlanğıcı 10 may 2022-ci il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nərimanov RPİ, 16-cı Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zeynalabdin qızı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar - iltizam-qəbzlər, mobil telefon vasitəsi ilə aparılmış yazışmalara dair çıxarışlar, DVD diskləri, hadisə yerinə keçirilmiş baxış protokolu, alqı-satqıya dair qəbzlər, banklar vasitəsi ilə pul köçürmələrinə dair qəbzlər, qızıl-zinət əşyalarına dair fotoşəkillər, qaimə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı: - Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyana görə 205.600 (iki yüz beş min altı yüz) manat, mənəvi ziyanın əvəzi olaraq 20.000 (iyirmi min) manat, ümumulikdə 225.600 (iki yüz iyirmi beş min altı yüz) manat; - Zərərçəkmiş şəxs5 vurulmuş maddi ziyana görə 258.000 (iki yüz əlli səkkiz min) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Zeynalabdin qızından alınaraq onlara ödənilməsi barədə mülki iddialar qaldırmışlar. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə cinayət təqibi mərhələsində mülki iddialar qaldırmış, Zərərçəkmiş şəxs5 həmin mülki iddiaya görə müəyyən edilmiş dövlət rüsumunu ödəmiş, Zərərçəkmiş şəxs1 isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məcburi köçkün kimi dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs Zeynalabdin qızının qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətlərini törətməsi tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs1 maddi ziyandan başqa həm də mənəvi ziyanın əvəzi olaraq 20.000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə mülki iddia qaldırsa da, məhkəmə baxışı zamanı o, həmin mənəvi ziyanın ona vurulmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs5 qaldırdığı mülki iddianın təmin olunması haqqında qərar edilməsi ilə əlaqədar onun dövlət rüsumu qismində ödədiyi 549 (beş yüz qırx doqquz) manat pul vəsaiti də Təqsirləndirilən şəxs alınıb zərərçəkmiş şəxsə qaytarılmalıdır. Qeyd olunaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı qaldırdığı mülki iddia qismən təmin edilməli, yəni vurulmuş maddi ziyana görə 205.600 (iki yüz beş min altı yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs1 qaytarılmalı, mənəvi ziyanla bağlı mülki iddia təmin edilməməlidir. Həmçinin, Zərərçəkmiş şəxs5 qaldırdığı mülki iddia tam təmin olunmalı, vurulmuş maddi ziyana görə 258.000 (iki yüz əlli səkkiz min) manat və dövlət rüsumu qismində ödənilmiş 549 (beş yüz qırx doqquz) manat, ümumilikdə 258.549 (iki yüz əlli səkkiz min beş yüz qırx doqquz) manat pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Zeynalabdin qızından alınaraq Zərərçəkmiş şəxs5 qaytarılmalıdır. Bundan başqa, məhkəmə iclasında mülki iddia qaldırmamış digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Zeynalabdin qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Zeynalabdin qızı təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs Zeynalabdin qızına təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - iltizam-qəbzlər, mobil telefon vasitəsi ilə aparılmış yazışmalara dair çıxarışlar, DVD diskləri, hadisə yerinə keçirilmiş baxış protokolu, alqı-satqıya dair qəbzlər, banklar vasitəsi ilə pul köçürmələrinə dair qəbzlər, qızıl-zinət əşyalarına dair fotoşəkillər, qaimə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qaldırılmış mülki iddialar barədə aşağıdakı qərarlar qəbul edilsin: - zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Zeynalabdin qızına qarşı qaldırdığı mülki iddia qismən təmin edilsin və vurulmuş maddi ziyana görə 205.600 (iki yüz beş min altı yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Zeynalabdin qızından alınaraq Zərərçəkmiş şəxs1 qaytarılsın. Mənəvi ziyanla bağlı Zərərçəkmiş şəxs1 qaldırdığı mülki iddia təmin edilməsin. - zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Zeynalabdin qızına qarşı qaldırdığı mülki iddia tam təmin edilsin. Vurulmuş maddi ziyana görə 258.000 (iki yüz əlli səkkiz min) manat və dövlət rüsumu qismində ödənilmiş 549 (beş yüz qırx doqquz) manat, ümumilikdə 258.549 (iki yüz əlli səkkiz min beş yüz qırx doqquz) manat pul vəsaiti Təqsirləndirilən şəxs Zeynalabdin qızından alınaraq Zərərçəkmiş şəxs5 qaytarılsın. Məhkəmə iclasında mülki iddia qaldırmamış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs Zeynalabdin qızına isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar