Məhkəmə qərarları › İş №1(101)-177/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-177/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-177/2025 19.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X6 və X1 ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sabunçu rayonu, Savalan qəsəbəsi, yeni yaşayış massivində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 3,701 qram psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşımış, 26 sentyabr 2023-cü il tarixdə, saat 04:00da ünvan 3 ünvanın qarşısında xidmətdə olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb ünvan 5 ünvanında yerləşən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir qutu “Winston” markalı siqaretin içərisində, bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 3,701 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, yuxarıda təsvir olunan şəkildə göstərilən həmin hərəkətləri ilə satış məqsədi olmadan külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tanışının avtomobili ilə dərman almağa gedən zaman yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra polis əməkdaşları onu qəbiristanlığa aparmış, orada onun əllərini bağlamış, onu döymüş, ona qadın tanışı ilə bağlı müxtəlif hədə-qorxu gəlmişlər. O da məcbur qalaraq polis əməkdaşlarının göstərdikləri kağıza imza etmişdir. O, əvvəllər narkotik vasitə istifadə etsə də, hadisə vaxtı onun üzərində ittihamda göstərilən psixotrop maddə olmamışdır. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, saxlanılmamışdan əvvəl “Astoria” otelində olmuşdur. Daha sonra diş ağrısı üçün dərman almağa getmişdir. Saatı tam bilməmiş, hava yeni qaralırmış, saat təxminən 19-20 radələri olmuşdur. O, həmin vaxt maşında tək olmamışdır. Tanışının avtomobili ilə yol gedirmiş. Avtomobildə bir nəfər qadın və bir nəfər kişi də olmuşdur. Polis əməkdaşları tərəfindən niyə aparıldığını bilməmiş, lakin bir saatdan çox orada saxlanılmış, hədə-qorxulara məruz qalmışdır. Polis əməkdaşları avtomobildəki digər şəxsləri də aparacaqları ilə ona hədəqorxu gəldiklərindən o da məcbur olub sənədlərə imza etmişdir. O, narkotik vasitələrdən istifadə edən olmuş, istifadə etdiyi müddətdə də ancaq 1 (bir) qrama qədər həmin maddələrdən istifadə etmişdir. Onun yanında olan digər iki nəfər də polis şöbəsinə aparılmış, oradan isə buraxılmışdır. O, fiziki təzyiqlərə məruz qalmış, polis əməkdaşları yerdə onun böyrəyinə və qabırğasına vurmuşlar. Polis şöbəsində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın müddəti bir qədər çəkmişdir. Polis şöbəsinə gətirilənə kimi qəbiristanlıqda olarkən dostu Rəşada özünəməxsus ********** nömrəsi ilə zəng edə bilmişdir. O, fiziki təzyiqlər nəticəsində etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, NZS ərazisində avtomobilində saxlanılmış, avtomobildə ondan başqa bir qız və bir oğlan da olmuşdur. Polis əməkdaşları tərəfindən əyləşdiyi avtomobil saxlanıldıqdan sonra polis əməkdaşları çatan kimi avtomobilin arxa baqaj hissəsini açmış və narkotikin harada olduğunu soruşmuşlar. Həmin vaxt onun üzərində powerbank , adapteri, iki ədəd telefonu, pul qabı olmuşdur. Onu qəbiristanlığa aparmış və orada saxlayaraq döymüşlər. Onun üzərinə şəxsi axtarış gecə saatlarında keçirilmişdir. Video çəkiliş isə səhərə yaxın olmuşdur. O, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, həmişə özünün istifadəsi üçün narkotik vasitəni təxminən 1 qram müxtəlif yerlərdən əldən etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26 sentyabr 2023-cü il tarixli izahatında, sonra həmin tarixdə şübhəli şəxs qismində dindirilərkən, eyni zamanda 27 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, 2 ilə yaxındır ki, psixotrop maddə olan metamfetamin istifadə edir. xx.xx.2023-cü il tarixdə, saat 04:00 radələrində Xətai rayonu, M.Əmirxanov küçəsi 12 ünvanının qarşısında olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun psixotrop maddələrdən istifadə etməyindən şübhələndikləri üçün onu saxlamışlar. Polis əməkdaşları onu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. O, sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmişdir. Daha sonra üzərində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən “Winston” markalı siqaretin içərisində olan şəffaf sellofan bükümü təqdim etmişdir. Ondan həmin 1 ədəd şəffaf seloffan bükümdə nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin psixotrop maddə «patı» adı ilə bildiyi “metafetamin” olmasını bildirmişdir. Həmin şəffaf sellofan açıldıqda, içərisindən kristalşəkilli kütlə aşkar edilmişdir. Bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 3,90 qramdır. Eyni zamanda ondan həmin psixotrop maddəni haradan və kimdən almağını soruşanda, maddəni özü qəbul etmək üçün xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı anket məlumatlarını bilmədiyi Cümşüd adı ilə təqdim etmiş şəxsdən Nizami rayonu, Keşlə qəsəbəsində 30 manata aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamamağını soruşanda, o, təqdim etdiyi maddədən başqa heç bir yerdə qanunsuz əşya və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılaraq, möhürlənərək götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, o, psixotrop maddəni tanımadığı yalnız üzdən gördüyü şəxsdən almış və istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır, o, həmin maddəni özü qəbul etmək üçün alaraq üstündə saxlamışdır (iş vərəqə: cild İ, səh. 35-37, 49-51, 59-61). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı etirafedici ifadələrini fiziki təzyiqlər nəticəsində verdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Hadisə baş verən gün gecə vaxtı olmuşdur. Bir nəfər şəxs özünü şübhəli apardığından ona yaxınlaşıb suallar verdikdə həmin şəxs özünü daha da şübhəli aparmağa başlamış, onlar da həmin şəxsi polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin şəxsin üzərinə şəxsi axtarış keçirilərkən, üzərindən metamfetaminə oxşar maddə aşkar edilmişdir. Həmin metamfetaminə oxşar maddə siqaret qutusunun içərisində aşkar edilmişdir. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə saxlamışlar. Onlar təqsirləndirilən şəxsi saxlayarkən sonuncu tək olmuşdur, yanında başqa şəxslər olmamışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən onlara heç bir etiraz etməmişdir. Onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir təsir, təzyiq olmamış, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Onlar təqsirləndirilən şəxsi gecə vaxtı saxlamışlar. Onlar təqsirləndirilən şəxsi saxladıqdan təxminən 20-30 dəqiqə sonra polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə aparıldıqdan təxminən 15-20 dəqiqə sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxsin polis şöbəsində üzərinə video çəkilişlə şəxsi axtarış keçirilənə qədər heç kim onun üzərində şəxsi axtarış həyata keçirməmişdir. Tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 26 sentyabr 2023-cü il tarixdə xidməti ərazidə olduğu zaman Xətai rayonu, M.Əmirxanov küçəsində Təqsirləndirilən şəxs adlı şəxsin özünü şübhəli apardığı müşahidə edilmiş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs verdikləri suallara şübhəli şəkildə cavab verdiyindən ondan narkotik vasitə qəbul edibetməməsi soruşulmuş, o da səmimi şəkildə narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Bundan sonra onu 37-ci polis şöbəsinə aparmışlar. Orada həmin şəxsin üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən bir büküm metamfetaminə oxşar maddə aşkar edilmişdir. Sual verilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddəni Kəşlə qəsəbəsindən şəxsi istifadəsi üçün almışdır. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onlara Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar. Onlar təqsirləndirilən şəxsi saxlayarkən sonuncu tək olmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkilişlə keçirilmiş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs heç bir narazılıq və ya etiraz etməmişdir. Tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir qanunsuz təsir və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə gecə vaxtı NZS ərazisində saxlanılmışdır. Onlar təqsirləndirilən şəxsə yaxınlaşarkən suallara qeyri-səmimi cavab verdiyindən ondan narkotik vasitə istifadə edib-etməməsini soruşmuşlar, sonuncu narkotik istifadə etdiyini səmimi etiraf etdiyindən onu polis şöbəsinə aparmışlar. Bu barədə İdarəyə raportla məlumat verilmişdir. Onlar Təqsirləndirilən şəxs saxladıqları yerdən birbaşa polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərindən “Winston” markalı siqaret qutusunun içərisində metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa nələrin olduğu yadında deyil. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsindən əvvəl sonuncunun üzərinə şəxsi axtarış keçirilməmişdir. Təqsirləndirilən şəxsin ifadəsində “onu qəbiristanlığa aparıb orada döymələri” ilə bağlı ifadəsində göstərdikləri tamamilə yalan məlumatlardır, onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir təsir, təzyiq olmamış və heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin təhqiqatçısı vəzifəsində işləyir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanılıb 37-ci Polis Şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış istintaq hərəkəti onun tərəfindən keçirilmişdir. Bununla əlaqədar bildirir ki, şəxsi axtarış video çəkiliş vasitəsilə keçirilmişdir. Video çəkilişi ekspert kriminalist həyata keçirtmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs vəkil təyin edilmiş, Vəkil Bürosunun sədrinə telefon vasitəsi ilə tərəfindən xəbər verilmiş və Təqsirləndirilən şəxs seçdiyi vəkilin iştirakı təmin edilmişdir. O, şəxsi axtarış bitdikən sonra şəxsi şöbənin növbətçi hissəsinə təhvil verir. Şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsinin növbətçi hissəsinə təhvil verilir, həmin şəxsi saxlayan polis əməkdaşı təhqiqatçılar olan hissəyə gəlir və şəxsdə narkotik vasitə olma ehtimalını bildirir. Daha sona həmin şəxs növbətçi hissədən onun yanına hansı formada və üzərində hansı əşyalarla birlikdə gətirilirsə o formada şəxsi axtarış keçirilir. Şəxsi axtarışdan əvvəl və ya sonra şəxsin üzərində hansı əşyaların olmasından onun xəbəri yoxdur. Təqsirləndirilən şəxs onun yanına gətirilərkən üzərində şəxsi axtarış protokolunda qeyd ediləndən başqa heç nə olmamışdır. O, hesab edir ki, Təqsirləndirilən şəxs X4 təhvil verilərkən üzərindən aşkar edilmiş digər əşyalar sonuncunun şəxsi əşyaları olduğu üçün şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs həmin şəxsi əşyalarını şöbədə növbətçi hissədə qoymuşdur, şəxsi axtarışdan sonra isə həmin şəxsi əşyalarını götürmüşdür. Təqsirləndirilən şəxsin üzərinə onun tərəfindən şəxsi axtarış keçirilərkən ondan hər hansı qanunsuz hərəkətlərə məruz qalması barədə soruşulduqda təqsirləndirilən şəxs ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini demişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfin vəsatəti əsasında iş üzrə mütəxəssis qismində dəvət olunmş X5 göstərmişdir ki, o, “Bestcomp Group” şirkətində müdir müavini vəzifəsində işləyir, ixtisası kompüter mütəxəssisidir. Təqdim edilən şəxsi axtarış istintaq hərəkətinin videoçəkilişinin əks olunduğu diskdə həmin videonun çəkildiyi tarixlə bağlı göstəricilərə nəzər yetirildikdə həmin göstəricilərdən onun 26 sentyabr 2023cü il, saat 07:54-də çəkildiyi müşahidə olunur. Videonun yaradılma saatı “ExifTool” proqramı vasitəsi ilə müəyyən edilir. Həmin proqramda videonun çəkildiyi yerə görə saatların fərqi detallarda göstərilir. Hazırki sözügedən videonun çəkildiyi vaxt kimi qeyd edilən 07:54 videonun çəkildiyi cihazın saatına uyğundur. Eyni zamanda bildirir ki, həmin videonun çəkildiyi tarixlə bağlı göstəricilərə müdaxilə edilməsi texniki cəhətdən mümkündür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _26 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol” və 27 sentyabr 2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən “Winston” markalı siqaretin içərisində olan şəffaf sellofan bükümü təqdim etmişdir. Ondan həmin 1 ədəd şəffaf seloffan bükümdə nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin psixotrop maddə «patı» adı ilə bildiyi “metafetamin” olmasını bildirmişdir. Həmin şəffaf sellofan açıldıqda, içərisindən kristalşəkilli kütlə aşkar edilmişdir. Bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 3,90 qramdır. Eyni zamanda ondan həmin psixotrop maddəni haradan və kimdən aldığı soruşulduqda, maddəni özü qəbul etmək üçün xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı anket məlumatlarını bilmədiyi Cümşüd adı ilə təqdim etmiş şəxsdən Nizami rayonu, Keşlə qəsəbəsində 30 manata aldığını və üzərində saxladığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 29-31, 64). _Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 26 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5079 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 153”dairəvəi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,701 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir (iş vərəqə: cild İ, səh. 40-44). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X7 14 dekabr 2023-cü il tarixli, 8207 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 99-100). _27 dekabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından qalıq çəkisi 3,651 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanca təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video çəkilişinin əks olunduğu bir ədəd disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 116-121). _26 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (iş vərəqə: cild İ, səh. 17). _Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir, həmin qərardan həmçinin görünür ki, təqsirləndirilən şəxsin barəsində həbslə əlaqədar təqdimata baxılarkən məhkəmədə verdiyi izahatında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini, aşkar edilmiş maddəni şəxsi istifadəsi üçün tanımadığı İran vətəndaşından aldığını bildirmişdir (iş vərəqə: cild İ, səh.71-74). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 oktyabr 2023-cü il tarixli tələbnaməsindən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, 14 sentyabr 2018-ci ildə cəzasını tam çəkmişdir. Daha sonra o, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2022ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə barəsində qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir, bundan sonra o, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 557/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona həmin hökmlə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)- 484/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarı ilə əvəz edilmiş və çəkilməmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (iş vərəqə: cild İ, səh. 76-77, 103-108, 109-115, cinayət işinin materialları). _ Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 30 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası 24 iyul 2024-cü il tarixdə bitmişdir (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və ya narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 3,701 qram “metamfetamin” psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»da müəyyən edilmiş həmin narkotik maddənin külli miqdar həddindən artıq miqdarda olmuşdur. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə özünü şübhəli apardığına görə saxlanılıb Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət edilərək, orada müdafiəçisinin iştirakı ilə və video çəkilişlə üzərində keçirilən şəxsi axtarış zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir qutu «Winston» markalı siqaretin içərisində, bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 3,701 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə araşdırması zamanı hər bir tərəf (həm ittiham, həm də müdafiə) bərabər hüquqlar və imkanlarla məhkəmədə öz mövqeyini müdafiə etmiş, hər bir tərəf öz mövqeyini müdafiə edən sübutları məhkəmədə təqdim etmiş, həmçinin məhkəmə cinayət prosesi tərəflərinin vəsatətləri ilə əlavə olaraq zəruri materialların əldə edilib iş materiallarına əlavə edib tədqiq edərək cinayət prosesi tərəflərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada prosessual çəkişməsini təmin etmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş müvafiq hüquqi prosedurlara uyğun olaraq tərəflərin təqdim etdikləri bütün sübutları, faktları, işin faktiki hallarını tərəflərin iştirakları ilə araşdırmış və həm ittiham, həm də müdafiə tərəfin təqdim etdiyi dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Cinayət işi üzrə müdafiə tərəfinin mövqeyi ittihamın təkzib olunduğu və bununla bağlı gətirilmiş dəlillər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici izahat və ifadələrinin polis əməkdaşlarının fiziki və psixoloji təzyiqləri nəticəsində verməsi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasından xeyli müddət keçdikdən sonra onun üzərində şəxsi axtarışın keçirilməsi və bu halın şəxsi axtarış istintaq hərəkətinin video çəkilişinin əks olunduğu diskdə həmin videonun çəkildiyi tarixlə bağlı göstəricilərə nəzər yetirdikdə müəyyən olunması ilə təsdiq edildiyini, bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra o, X4 təhvil verilərkən Təqsirləndirilən şəxs tərəfindən X4 şəxsi əşyalarını təhvil verilməsinin, yəni başqa əşyaların da olmasının onun üzərinə müdaxilə edildiyinin təsdiq edilməsi ilə bağlı göstərdiklərindən ibarət olmuşdur. Məhkəmə müdafiə tərəfinin ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutların qanuniliyini şübhə altına almasına dair göstərdiyi bütün dəlillərin hər birini tədqiq edib, bununla bağlı zəruri sorğular verilərək, əlavə şahid və mütəxəssisin məhkəmədə iştirakının təmin edilməsi ilə, həmçinin əldə edilmiş sənədlər və işin faktiki halları əsasında göstərilən dəlillər məhkəmə kollegiyası tərəfindən cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edilərək ayrı-ayrılıqda araşdırılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı etirafedici ifadələrini polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində məcbur qalaraq bildirməsi ilə bağlı göstərdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində olan tibbi kitabça tədqiq edilərkən Təqsirləndirilən şəxs aşkar edilmiş cərrahi əməliyyatdan sonra köhnə çapıqlardan başqa, yəni tutulduğu vaxta aid onda hər hansı xəsarətlərin mövcud olması müəyyən edilməmişdir. Həmçinin, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Polis İdarəsinin X4 daxil olarkən bədənində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar X3 məhkəməyə göndərilmiş “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsi ilə bağlı tibbi kitabça”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs X4 qəbul edilərkən onda müayinə olunduğu vaxta aid hər hansı xəsarətlər müəyyən edilməmişdir (cinayət işinin materialları). Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində həmin göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ibtidai araşdırmanın başlandığı ilkin mərhələdən sonunadək o, hər hansı fiziki, psixoloji və ya digər təzyiqlərə məruz qalması barədə hər hansı bir halı bildirməmiş, ilkin araşdırma zamanı onun üzərində video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən sorğu-sual zamanı, sonra verdiyi izahatında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, həmin maddəni özü qəbul etmək üçün İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Cümşüd adlı şəxsdən Nizami rayonu, Keşlə qəsəbəsində 30 manata aldığını və üzərində saxladığını, ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və digər təzyiqlər göstərilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh. 35-37, 49-51, 59-61). Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən həmin psixotrop maddənin onun üzərinə məcburən qoyulduğu, sonra isə etirafedici ifadələr verməyə məcbur edildiyinə dair və digər göstərdiyi hallar cinayət işinin materialları əsasında araşdırılarkən onun həmin psixotrop maddənin həqiqətən də ondan aşkar edildiyi və onun özünə məxsus olduğunu etiraf etməsi həm təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilərkən sorğu-sual və ilkin verdiyi izahat zamanı, həm sonradan müstəntiqə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən, bundan sonra da barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata məhkəmədə baxılarkən hakimə verdiyi izahatında dəfələrlə təsdiq olunmuşdur. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən onun saxlanılmasına iştirak edən polis əməkdaşları həmin istintaq hərəkəti zamanı iştirak etsələr də, sonradan müstəntiq və hakim tərəfindən icra edilmiş prosessual hərəkətlər zamanı onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının orada iştirak etmədikləri nəzərə alındıqda və onun bu zaman etirafedici ifadələr verməsini məcburi edən hər hansı halın mövcudluğu müəyyən edilmədiyindən təqsirləndirilən şəxsin hazırki məhkəmə istintaqı zamanı göstərdiyi inkaredici halların həqiqəti əks etdirmədiyi birmənalı şəkildə təsdiq olunur. Bununla bağlı həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış istintaq hərəkəti videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə keçirilmiş, həmin videoçəkiliş məhkəmə istintaqı zamanı nümayiş olunarkən təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətlərə yol verildiyi müəyyən edilməmişdir. Hətta qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə: 132). Bundan başqa, təqsirləndirilən şəxs məhkəmədə ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən onun yanında iki nəfər tanışlarının olması və həmin şəxslərlə bağlı psixoloji təzyiqlərə məruz qaldığını bildirsə də, müdafiə tərəfindən həmin şəxslərin məhkəmədə əlavə şahid qismində dindirilmələrinin cəhd edilməməsi də həmin halların inandırıcı olmadığını təsdiq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini ona qarşı göstərilən fiziki və psixoloji təzyiqlər nəticəsində verməsi barədə dəlillər irəli sürsə də, bu dəlillər əsaslı görünməmişdir. Bununla əlaqədar həmçinin qeyd edilməldiri ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3 cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı”işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrinin fiziki və psixoloji təzyiqlərin təsiri altında alınması ilə əlaqələndirsə də, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı izahat və ifadələrinin sonunda ona qarşı fiziki və ya psixi zorakılığın olmadığını bildirmişdir. Bundan başqa, müdafiə tərəfinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasından xeyli müddət keçdikdən sonra onun üzərində şəxsi axtarışın keçirilməsi və bu halın şəxsi axtarış istintaq hərəkətinin video çəkilişinin əks olunduğu diskdə həmin videonun çəkildiyi tarixlə bağlı göstəricilərə nəzər yetirdikdə müəyyən olunması ilə bağlı göstərdiyi, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra o, X4 təhvil verilərkən Təqsirləndirilən şəxs tərəfindən X4 şəxsi əşyalarını təhvil verilməsinin, yəni başqa əşyaların da olmasının onun üzərinə müdaxilə edildiyinin təsdiq edilməsi ilə bağlı göstərdiyi dəlilləri məhkəmə iş üzrə digər sübut növləri ilə müqayisəli şəkildə araşdırmaqla yanaşı, eyni zamanda həmin göstərilən dəlillərlə əlaqədar hazırki iş üzrə şəxsi axtarış istintaq hərəkətini keçirmiş təhqiqatçı Şahid3 əlavə şahid qismində dindirilməsi zamanı onun verdiyi ifadəsi ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsinin növbətçi hissəsinə təhvil verilərkən şəxsi əşyalarını növbətçi hissəyə təhvil verdiyindən və şəxsi axtarışdan sonra isə növbətçi hissədən götürdüyündən Təqsirləndirilən şəxs sonradan X4 təhvil verilərkən onun şəxsi əşyalarının da müəyyən edildiyi təsdiq edilmişdir (hansı ki, bu şəxsi əşyalar əhəmiyyət kəsb etmədiyindən və əvvəlcədən təqsirləndirilən şəxsin özü tərəfindən növbətçi hissəyə təhvil verildiyindən şəxsi axtarış zamanı diqqətdən kənarda saxlanılmış və müəyyən edilməmişdir). Təhqiqatçı Şahid3 məhkəmədə ifadəsində həmin göstərdiklərini təkzib edən hər hansı hallar isə müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasından xeyli müddət keçdikdən sonra onun üzərində şəxsi axtarışın keçirilməsi və bu halın şəxsi axtarış istintaq hərəkətinin video çəkilişinin əks olunduğu diskdə həmin videonun çəkildiyi tarixlə bağlı göstəricilərə nəzər yetirdikdə müəyyən olunması ilə bağlı göstərdiyi dəlillərin araşdırılmasından ötrü məhkəmə istintaqı zamanı mütəxəssis qismində dəvət olunmş X2 ifadəsi ilə təqdim edilən şəxsi axtarış istintaq hərəkətinin videoçəkilişinin əks olunduğu diskdə həmin videonun çəkildiyi tarixlə bağlı göstəricilərdə hansı vaxtın qeyd edilməsindən asılı olmayaraq həmin göstəricilərə müdaxilə edilməsinin texniki cəhətdən mümkün olduğunu bildirmişdir. Odur ki, həmin göstəricilərdə görünən vaxtın mötəbər istinad mənbəyi kimi seçilməsinin doğru göstərici olması digər sübutlarla yanaşı, mütəxəssisin ifadəsi ilə istisna edilmişdir. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində həmin göstərdiyi inkaredici hallarla bağlı xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri yuxarıda şərh edildiyi qaydada özünün tam iradə sərbəstliyi əsasında, heç bir təsir, təzyiq olmadan verdiyi təsdiq olunduğundan, həmin etirafedici ifadələrin hər hansı qanunsuz təzyiqlərin nəticəsində verildiyi sübut olunmadığından, cinayət işi üzrə hər hansı mötəbər sübutlarla təkzib edilmədiyindən və işin faktiki halları ilə təsdiq edildiyindən onun həmin etirafedici ifadələri mötəbər sübut növü kimi qəbul olunur. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərdiyi inkaredici hallar onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, şəxsi axtarış istintaq hərəkətinə dair videoçəkilişin əks olunduğu disk, “diskə baxış” protokolu, maddi sübut, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla təqsirləndirilən şəxsin verdiyi inkaredici ifadələr sübut növü kimi qəbul edilmir və məhkəmə onun məhkəmədə verdiyi inkaredici ifadələrini həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş, onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Odur ki, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, onun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-557/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həmin hökmlə təyin edilmiş cəzanın Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)- 484/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərarı ilə əvəz edilmiş və çəkilməmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) müddətin ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanıldığı məhkumluğundan başqa onun əvvəlki digər məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət əməlini Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-557/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli hökmü elan edilməmişdən əvvəl törətmişdir. Ona görə də, Təqsirləndirilən şəxs barəsində olmuş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin həmin hökmünə münasibətdə ona cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır.” Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə tutulduğu 26 sentyabr 2023-cü il tarixdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsini və Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 557/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli hökmünə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəlinin hazırki cinayət işi üzrə tutulduğu 26 sentyabr 2023-cü il tarixdən hesablanmasını qanunauyğun hesab edir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs birinci cinayət işi üzrə ibtidai istintaq zamanı 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində 02 gün müddətində tutulmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs birinci cinayət işi üzrə 2 ( iki) gün tutulduğu müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-557/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası çəkilib qurtardığından həmin müddət qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 14 dekabr 2023-cü il tarixli, 8207 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,651 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmənin qeydə alındığı bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-557/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə tamamilə toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olmuş birinci cinayət işi üzrə onun 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-557/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin edilmiş qəti cəza müddətinə hesablanmaqla ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hazırki cinayət işi üzrə tutulduğu 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,651 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmənin qeydə alındığı bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar