Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1770/2023 21.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrində, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, üzərində və müvəqqəti yaşadığı yerdə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması və satılması barədə tanışı Təqsirləndirilən şəxs2 ilə birgə şəxsiyyəti istintaqa məlum olmayan “Şəhriyar” adlı İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri ərazisinə gətirilməklə gizlədilmiş külli miqdarda narkotik vasitəni qrup üzvü “Şəhriyar”ın verəcəyi pul qarşılığında gizlədildiyi yerdən götürüb onun göstərişinə uyğun formada müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyi sonuncuya vəd verib razılaşdıqdan sonra, naməlum vaxtda və şəraitdə qabaqcadan razılaşdırılmış yerdən “Şəhriyar” adlı şəxsin göstərişi ilə ümumi təmiz çəkisi 255,818 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 150 qram, ağ rəngli kristallik maddə şəklində, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 56,845 qram olan, tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərlərində və müvəqqəti yaşadıqları ünvan 3 ünvanında yerləşən “Titanik” otelinin 105 nömrəli otağında saxlamaqla daşımış və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün 09 mart 2023-cü il tarixdə, saat 19:45-də ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq müvəqqəti yaşadıqları ünvan 3 ünvanında yerləşən “Titanik” otelinin 105 nömrəli otağına baxış keçirilən zaman həmin otaqda taxta konstruksiyalı masanın alt hissəsindən iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 17,253 qram və 225 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 150 qram olan ağ rəngli kristallik maddə şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 11,983 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, ərazi üzrə ünvan 5 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan tünd qırmızı rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 13,565 qram olan, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin vaxt qrup üzvü Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 44,862 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, üzərində və müvəqqəti yaşadığı yerdə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması və satılması barədə tanışı Təqsirləndirilən şəxs1 ilə birgə şəxsiyyəti istintaqa məlum olmayan “Şəhriyar” adlı İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri ərazisinə gətirilməklə gizlədilmiş külli miqdarda narkotik vasitəni qrup üzvü “Şəhriyar”ın verəcəyi pul qarşılığında gizlədildiyi yerdən götürüb onun göstərişinə uyğun formada müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyi sonuncuya vəd verib razılaşdıqdan sonra, naməlum vaxtda və şəraitdə qabaqcadan razılaşdırılmış yerdən “Şəhriyar” adlı şəxsin göstərişi ilə ümumi təmiz çəkisi 255,818 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 150 qram ağ rəngli kristallik maddə şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 56,845 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərlərində və müvəqqəti yaşadıqları ünvan 3 ünvanında yerləşən “Titanik” otelinin 105 nömrəli otağında saxlamaqla daşımış və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün 09 mart 2023-cü il tarixdə, saat 19:45-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq müvəqqəti yaşadıqları ünvan 3 ünvanında yerləşən “Titanik” otelinin 105 nömrəli otağına baxış keçirilən zaman həmin otaqda taxta konstruksiyalı masanın alt hissəsindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,253 qram və 225 qram qəhvəyi rəngli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 150 qram olan, ağ rəngli kristallik maddə şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 11,983 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, ərazi üzrə ünvan 5 ünvanında yerləşən Nərimanov RPİ-nin 17ci PŞ-nə gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 44,862 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin vaxt qrup üzvü Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan tünd qırmızı rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 13,565 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Titanik” otelinin 105 nömrəli otağına 7 nəfər polis əməkdaşı daxil olmazdan qabaq polis əməkdaşları həyətdə Təqsirləndirilən şəxs2 döydükdən sonra otağa basqın etmişlər. Elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs2 heç bir təqsiri olmamışdır. Təqsirləndirilən şəxs2 otelə içkili olduğuna görə avtomaşınını idarə etməyə gəlmişdir. İttiham aktında qeyd olunan narkotik vasitələrin onlara aidiyyatı yoxdur. Polis əməkdaşları onları saxladıqdan sonra onlardan 50 min AZN pul istəmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqları zaman üzərində 61-62 qram marixuana olmuş, narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. İnstagram proqramı vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Şöhrət adlı şəxsdən əldə etmişdir. Şöhrətin nömrəsini ibtidai istintaq zamanı verdiyi ifadə də qeyd etmişdir. Whatsapp proqramı vasitəsilə ona dəfələrlə yazdıqdan sonra Şöhrətdən narkotik vasitə almağa başlamışdır. Əvvəllər fərqli qramlarla 50-50, 30-30 çəkilərdə narkotik vasitə almışdır. Narkotik vasitəni Şöhrətin kart hesabına pul atdıqdan sonra Whatsapp proqramında atılan təyinat nöqtəsindən gedib götürmüşdür. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 7 ünvanda atası və xəstə bacısı ilə birgə yaşayır, anası rəhmətə getmişdir. Təqsirləndirilən şəxs2la Zabrat qəsəbəsində yaşadıqlarına görə tanıyır. O, saxlanıldığı zaman oteldə istirahət etmişdir. Təqsirləndirilən şəxs2 içkili olduğuna görə çağırmışdır. İdarə etdiyi maşını günlük 25 AZN icarəyə götürmüşdür. Polis əməkdaşları birinci həyətdə Təqsirləndirilən şəxs2 avtomaşını işə salanda tutmuşlar. Onun və Təqsirləndirilən şəxs2 harda olmaqları ilə bağlı məlumatı telefonları vasitəsilə əldə etmişlər. Ona məxsus telefonda narkotik vasitələrin əldə olunması ilə bağlı məlumatlar var. Əldə etdiyi narkotik vasitə marixuananı 1-2 nəfər tanışına köməklik məqsədi ilə vermişdir. Cibində fevral ayında istifadə etdiyi “Patı” və “Kakos” adlı narkotik vasitələrin alışı barədə hesabat kağızı var idi. İran İslam Respublikasının vətəndaşından götürdüyü narkotik vasitələrlə bağlı qeydləri vərəqdə o, aparmışdır. Narkotik vasitələrin satışı ilə bağlı SMSlər, məkan şəkilləri, plastik bank kartı və ödəniş qəbzləri ona məxsusdur. İran İslam Respublikasının vətəndaşı ilə narkotik vasitələrin alış-satışı ilə çoxdan məşğul deyil, 2023cü ilin yanvar ayından 2-3 dəfə İran İslam Respublikasının vətəndaşı ilə iş görmüş, bunun müqabilində öz istifadəsi üçün narkotik vasitə almışdır. Hesabat kağızını cibində olan pul kisəsinin içindən aşkar etmişlər. Təqsirləndirilən şəxs2 və onun telefonlarına keçirilən baxışda iştirak etməmişlər. Kompüterdə yazılan sənədlərə məcbur qol çəkdirmişlər. Əvvəllər məhkum olunmamışdır. Polis əməkdaşları ona fiziki və psixoloji təzyiq göstərmişlər. Polis əməkdaşları ona şillə təpik vurmuşlar, 3 saylı İstintaq Təcridxanasına daxil olarkən müayinə olunmamışdır. Tutulmaqları ilə bağlı heç bir quruma şikayət etməmişlər. Narkotik vasitənin alışı ilə bağlı təklifi ilk dəfə ona Şöhrət etmişdir. Şöhrət onun nömrəsini hansısa tanışından əldə etdiyini demişdir. İbtidai istintaq zamanı bütün sənədlərə zor tətbiq olunduğu üçün imzalamışdır. Narkotik vasitələri öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs2la ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Seyidov Miryusif hotelin kotecində ona fiziki təzyiq göstərmişdir. O, deyilənlərin nəzərə alınaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, axşam 17:00-18:00 radələrində Zabrat qəsəbəsindən tanıdığı Təqsirləndirilən şəxs1 adlı şəxsdən ona zəng gəlmişdir. Təqsirləndirilən şəxs1 içkili olduğuna görə avtomaşınını idarə etmək üçün ünvan 3 ünvanında yerləşən “Titanik” otelinə dəvət etmişdir. Özü əvvəllər taxsi fəaliyyətilə məşğul olmuş, lakin 4 aydır avtomaşını yoxdur. Otelə gəldikdən sonra Təqsirləndirilən şəxs1 avtomaşının açarını götürmüşdür. Maşına yaxınlaşan zaman 7 nəfər polis əməkdaşları onu döyərək tutmuş, ona qarşı insanlığa sığmayan hərəkətlər etmişlər. “Patı”, “Kakos” adlı narkotik vasitələrdən anlayışı olmamışdır. Sonra ikisini də bir otağa salıb döymüşlər. Polis əməkdaşlarından Anar adlı şəxs qaşına xəsarət yetirmiş, həmin xəsarət video çəkilişdə belə görsənir. Polis əməkdaşları onlara aid olmayan narkotik vasitələri ciblərinə qoymağa məcbur etmişlər, qoymadıqları təqdirdə yaşadıqları mənzillərdə külli miqdarda narkotik vasitə çıxartmaqları ilə təhdid etmişlər. Nərimanov RPİ-nin 17-ci PŞ-də cibinə 56 qram marixuana adlı narkotik vasitə qoymuşlar və CM-nin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyi bildirilmişdir. Onları 2 gün Nərimanov RPİ-nin MSY-də saxlamışlar. Müstəntiq orda da ona qol çəkdirəndə CM-nin 234.1-ci maddəsi ilə ittiham olunduğunu bildirmişdir. C.Abbasovu narkotik vasitə istifadəçisi kimi tanımamışdır. Təqsirləndirilən şəxs1 Zabrat qəsəbəsində rəngsaz kimi tanımışdır. C.Abbasovla narkotik vasitənin satışı ilə bağlı əlbirliyi olmamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, onu polis əməkdaşları otelin həyətində Təqsirləndirilən şəxs1 məxsus avtomobilə əyləşən zaman saxlamışlar. Otelə Təqsirləndirilən şəxs1 içkili olduğundan onu aparmaq üçün gəlmişdir. Onlar otelin həyətində olan kotecdə olmuşlar. Təqsirləndirilən şəxs1 özünə məxsus əşyaları götürənə qədər o, avtomaşını işə salmaq üçün 1-ci çıxmışdır. Polis əməkdaşları onu Təqsirləndirilən şəxs1la birlikdə «Hyundai Elantra» markalı avtomobillə Nərimanov RPİ-nin 17-ci PŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi kimi tanımamışdır. Sürücülük hüququndan məhrum edildiyinə görə günlük icarəyə maşın götürə bilmir. Ona görə də iş vaxtlarında Təqsirləndirilən şəxs1 avtomaşınından istifadə edir. Ödənməmiş cəriməyə görə sürücülük hüququndan məhrum edilmişdir. Təqsirləndirilən şəxs1 oteldən götürməyə 15 azn pulun qarşılığında getmişdir. Telefonunun təhlükəsizlik kodunu polis əməkdaşlarına desə də telefonuna onun yanında baxış keçirtməmişlər. Telefonunda narkotik vasitə ilə bağlı məlumat yoxdur. Əvvəllər narkotik vasitə istifadəçisi olduğuna görə telefonunda marixuana adlı narkotik vasitənin və narkotik vasitələri aldığı vaxt ödədiyi pulların qəbzlərinin şəkilləri var. Narkotik vasitənin şəkillərini narkotik vasitənin çəkisini bilmək üçün həmin şəxsdən istəmişdir. Narkotik vasitəni Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan «Tofiq» adlı şəxsdən almışdır. Narkotik vasitəni pulu Tofiqin kart hesabına atdıqdan sonra yaşadığı evdən götürmüşdür. Onda olan məlumata görə Tofiq tutulmuşdur. Tofiq adlı şəxsdən 2-3 dəfə şəxsi istifadəsi üçün marixuana adlı narkotik vasitə almışdır. Narkotik vasitəni aldığı Tofiq adlı şəxsin yaşadığı evin ünvanın dəqiq deyə bilməsə də evin harda yerləşdiyini bilir. Narkotik vasitəni aldığı Tofiq adlı şəxsin soyadını bilmir. Onların ifadələrini almamışlar, sadəcə təzyiq altında yazılanlara qol çəkdirmişlər. Məhkəmədə şikayətlərini bildirəcəklərindən heç bir quruma bu günə qədər şikayət etməmişlər. 3 saylı İsintaq Təcridxanasında xəsarətləri ilə bağlı heç bir qeydiyyat aparmamışlar. Təqsirləndirilən şəxs1 tutulana qədər narkotik vasitələrin satışı və istifadəsi ilə bağlı məlumatı olmamışdır. Onun yanında mobil telefonuna baxış keçirilməyib, amma mobil telefonuna baxış protokolundakı imza ona məxsusdur. Onun mobil telefonunda narkotik vasitələrin satışı ilə bağlı ödəniş qəbzləri olmayıb, narkotik vasitə marixuananın şəkli olub. Müstəntiq onu CMnın 234.1-ci maddəsi ilə ittiham olunacağı ilə aldadıb imza etdirmişdir. Hadisədən 3-4 ay qabaq narkotik vasitə istifadə etmişdir. X14 tərəfindən təzyiq göstərilməmişdir. “Dıbış” ləqəbli polis əməkdaşı Şahid2 ona qarşı fiziki təsir göstərmişdir. Elan olunmuş ittihamda onun heç bir günahım yoxdur. İttihamda qeyd olunan narkotik vasitələrin hamısının yalandan ona məxsus olduğunu yazıblar, çünki heç bir araşdırma aparılmamışdır. O, nə narkotik vasitə satmış, nə də ki narkotik vasitə alveri ilə məşğul olmuşdur. O, saxlanıldığı gün Təqsirləndirilən şəxs1 məhlə uşağı olduğu üçün onu Titanik oteldən götürməyə getmişdir. İttihamda qeyd olunan narkotik vasitələrin ona məxsus olmasını təzyiqlə ona etiraf etdiriblər. O, haqsız yerə cavan yaşında 7-8 il qanunsuz cəza çəkməli deyil. Odur ki deyilənlərin nəzərə alınaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2022-ci ilin sonlarında sosial şəbəkə vasitəsi ilə özünü İran islam Respublikasının vətəndaşı kimi təqdim edən Şəhriyar adlı şəxslə tanış olmuşdur. Şəhriyarla sosial şəbəkə vasitəsi ilə danışan zaman onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu, Bakı şəhəri ərazisində müxtəlif şəxslərin vasitəsi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirmiş və ona də birlikdə işləməyi təklif etmişdir. Şəhriyarla danışıb razılaşmışlar ki, Bakı şəhərində əvvəlcədən təyin edilmiş müxtəlif yerlərdən narkotik vasitə və psixotrop maddələri götürüb özündə saxlayacaq, daha sonra isə onun göstərişi ilə həmin narkotik vasitə və psixotrop maddələri deyilən ünvanlara qoyub şəkilini və məkan məlumatlarını(konum) Şəhriyara göndərəcək, bəzən isə narkotik vasitələrin pulu onun bank kartına yüklənəcək, həmin puldan bir hissəsini özünə götürəcək, qalan hissəsini isə onun dediyi bank hesabına göndərəcək. Şəhriyarın təklifi ilə razılaşmış və birlikdə işləməyi qəbul etmişlər. Lakin, avtomobili olmadığından tanışı olan Kənana bu barədə danışıb onunla birlikdə işləməyini istəmiş və bunun qarşılığında ona istifadə etmək üçün narkotik vasitə verəcəyini bildirmişdir. Kənan da onunla razılaşmışdır. Lakin, Kənanla Şəhriyarın heç bir əlaqəsi olmamış, Şəhriyarla yalnız o danışmış və ona Kənan adlı dostuyla birlikdə hərəkət edəcəyini bildirmişdir. Bu razılaşmadan sonra 2022-ci ili sonlarından etibarən Bakı şəhərində əvvəlcədən təyin edilmiş müxtəlif yerlərdən narkotik vasitə və psixotrop maddələri götürüb özündə saxlamış, daha sonra isə onun göstərişi ilə həmin narkotik vasitə və psixotrop maddələri deyilən ünvanlara qoyub şəkilini və məkan məlumatlarını(konum) Şəhriyara göndərmişdir. Bunun qarşılığında Şəhriyar ona hər dəfəsində müxtəlif məbləğlərdə olmaqla pul vermişdir. Təqsirləndirilən şəxs2 isə götürdüyü narkotik vasitələri avtomobil idarə edərək deyilən ünvanlara qoymaqda ona kömək edirmiş, o isə bunun qarşılığında Kənana narkotik vasitə verirdi. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Şəhriyar ona Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, həmin narkotik vasitə və psixotrop maddəni götürməyini istəmiş və ona həmin yerin dəqiq ünvanını göndərmişdir. O da həmin gün Kənanla birlikdə Kənanın idarə etdiyi avtomobil ilə Sabunçu rayonu ərazisinə narkotik vasitələr və psixotrop maddənin qoyulduğu yerə gedib narkotik vasitə və psixotrop maddələri həmin yerdən götürmüşdür. Götürdüyü narkotik vasitələri yaşadığı evə aparmaq istəmədiyindən ünvan 8 ünvanında yerləşən «Titanik» hotelinə gəlib 105 nömrəli koteci kirayələmiş və həmin günü Kənanla birlikdə həmin kotecdə qalmışdır. Şəhriyar ona narkotik vasitələri və psixotrop maddəni qoyacağı yerləri deyəcəkmiş. Şəhriyardan məlumat gələnə qədər olan müddət ərzində götürdüyü narkotik vasitə heroinin bir hissəsini özündə saxlamış, Kənana da bir bükümdə qurudulmuş marixuana vermişdir. Qalan narkotik vasitə və psixotrop maddəni həmin kotecdə sellofan torbada masanın altında saxlamışlar. 09 mart 2023-cü il tarixdə, saat 19:45 dəqiqədə ünvan 8 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Bundan sonra müvəqqəti yaşadıqları ünvan 8 ünvanında yerləşən «Titanik» hotelinin 105 nömrəli kotecində narkotik vasitə saxladıqlarını, həmin ünvana baxış keçirilməsinə etirazları olmadığını bildirmişlər və bu barədə ərizə təqdim etmişlər və ünvana getmişlər. Ünvanda olan taxta konstruksiyalı stolun alt hissəsindən 2(iki) ədəd bükümdə heroini, 1 (bir) ədəd bükümdə qurudulmuş marixuananı, 1 (bir) ədəd bükümdə metamfetamini, 1 (bir) ədəd elektron tərəzini və 2(iki) ədəd vərəqi təqdim edərək stolun üzərinə qoymuşlar. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin ümumilikdə çəkisi 254(iki yüz əlli dörd) qram, metamfetaminin çəkisi 153(yüz əlli üç) qram, qurudulmuş marixuananın çəkisi isə 15(on beş) qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Həmçinin 2(iki) ədəd vərəq bu barədə onlara izah verildikdən sonra götürülmüşdür. Sonra yaşadıqları ünvanda digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin ona məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Şəhriyar” adlı şəxsin vasitəsi ilə tutulmamışdan 1 (bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Şəhriyar” adlı şəxsin ona 350(üç yüz əlli) manat pul verəcəyini, “Şəhriyar” adlı şəxsi təxminən 4(dörd) ay olar ki, tanıdığını, Təqsirləndirilən şəxs2 avtomobil idarə edərək ona əldə etdikləri kütlələri deyilən ünvanlara qoymaqda kömək etdiyini, əvəzində Kənana narkotik vasitə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da onun dediklərini təsdiq edərək, avtomobil idarə edərək ona əldə etdikləri kütlələri deyilən ünvanlara qoymaqda kömək etdiyini, əvəzində ona narkotik vasitə verdiyini bildirmişdir. Daha sonra onları Nərimanov RPİ-nin 17-ci PŞnin inzibati binasına gətirmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşlar. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onların üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərlərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan tünd qırmızı rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkcənin sol iç cibindən üzərində 1 (bir) ədəd 077 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd ona məxsus şəxsiyyət vəsiqəsi,1 (bir) ədəd üzərində 4169 7385 9600 1368 nömrəsi olan plastik bank kartı və 17 (on yeddi) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonar təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 22 (iyirmi iki) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd bank kartı, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonar götürülmüşdür.17 (on yeddi) manat pul isə özünə geri qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs2 qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara əngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 28(iyirmi səkkiz) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Kənanın təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın çəkisi 55(əlli beş) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı olan “Şəhriyar”ın vasitəsi ilə əldə etmişdir. Şəhriyarla yalnız “Whatsapp” vasitəsi ilə əlaqə saxladığından və heç bir vaxt görüşmədiyindən onun haqqında heç bir məlumatı yoxdur. Bu səbəbdən də kimliyi barədə heç bir məlumat verə bilmir. Aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin nə vaxt, kim tərəfindən və hansı şəraitdə Bakı şəhəri, Sabunçu rayonu ərazisinə gətirilməsi barədə heç bir məlumatı yoxdur. Şəhriyarla bu barədə heç bir danışığı olmamışdır. Baxış zamanı aşkar edilmiş vərəqlərdəki əlyazmaları o icra etmiş, həmin əlyazmalardakı “k” hərfi “kakos” sözünün qısaldılamsı, “p” hərfi isə “patı” sözünün qısaldılmasıdır. Rəqəmləri isə “kakos” və “patı”nın miqdarlarıdır, “Şəhriyar”adlı şəxsdən alıb satışını həyata keçirdiyi narkotik vasitə və psixotrop maddələrin qeydiyyatı ilə əlaqədar icra etmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş istifadəsində olan mobil telefona onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı telefonundan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin fotoşəkilləri “Şəhriyar”dan əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin fotoşəkilləridir, Bakı şəhəri ərazisindəki müxtəlif yerlərin işarələnmiş fotoşəkilləri Şəhriyarın tapşırığına uyğun olaraq ondan əldə etdiyi narkotik vasitələri qoyduğu yerlərin şəkilləri, bank ödənişləri ilə bağlı çeklərin şəkilləri isə satdığı narkotik vasitələrin pullarının göndərilməsi ilə bağlı çeklərin fotoşəkilləridir. Şəhriyarla aralarında olan razılaşmaya əsasən Bakı şəhərində əvvəlcədən təyin edilmiş müxtəlif yerlərdən narkotik vasitə və psixotrop maddələri götürüb özündə saxlamış, daha sonra isə onun göstərişi ilə həmin narkotik vasitə və psixotrop maddələri deyilən ünvanlara qoyub şəkilini və məkan məlumatlarını(konum) ona göndərmişdir. Bunun qarşılığında Şəhriyar ona hər dəfəsində müxtəlif məbləğlərdə olmaqla pul vermişdir. Təqsirləndirilən şəxs2 isə götürdüyü narkotik vasitələri avtomobil idarə edərək deyilən ünvanlara qoymaqda ona kömək edirdi. Bunun qarşılığında Kənana narkotik vasitə verirdi. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 çoxdandır tanıyır və hər ikisi narkotik vasitə istifadə edirlər. 2022-ci ilin sonlarında Ceyhun ona bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı olan “Şəhriyar” adlı şəxslə tanış olub və razılaşıblar ki, Bakı şəhərində əvvəlcədən təyin edilmiş müxtəlif yerlərdən narkotik vasitə və psixotrop maddələri götürüb özündə saxlayacaq, daha sonra isə onun göstərişi ilə həmin narkotik vasitə və psixotrop maddələri deyilən ünvanlara qoyub şəkilini və məkan məlumatlarını(konum) ona göndərəcək, Şəhriyar isə bunun qarşılığında ona pul verəcəkdir. Ceyhun narkotik vasitələri götürməkdə və lazım olan yerlərə qoymaqda avtomobiliylə ona kömək etsə istifadə etmək üçün narkotik vasitə verəcəyini bildirmiş, o da Ceyhunla razılaşmışdır. Lakin, onunla Şəhriyarın heç bir əlaqəsi olmamış, Şəhriyarla yalnız Ceyhun danışmış və Şəhriyara birlikdə hərəkət edəcəklərini bildirmişdir. Bu razılaşmadan sonra 2022-ci ili sonlarından etibarən Ceyhun Bakı şəhərində əvvəlcədən təyin edilmiş müxtəlif yerlərdən narkotik vasitə və psixotrop maddələri götürüb özündə saxlamış, daha sonra isə Şəhriyarın göstərişi ilə həmin narkotik vasitə və psixotrop maddələri deyilən ünvanlara qoyub şəkilini və məkan məlumatlarını(konum) ona göndərmişdir. Bunun qarşılığında Şəhriyar ona hər dəfəsində müxtəlif məbləğlərdə olmaqla pul vemişdir. O isə götürdükləri narkotik vasitələri avtomobil idarə edərək deyilən ünvanlara qoymaqda Ceyhuna kömək edirmiş və Ceyhun bunun qarşılığnda ona narkotik vasitə verirdi. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Şəhriyar Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirib həmin narkotik vasitə və psixotrop maddəni götürməklərini istəmiş və həmin yerin dəqiq ünvanını göndərmişdir. Həmin gün Ceyhunla birlikdə idarə etdiyi avtomobil ilə Sabunçu rayonu ərazisinə narkotik vasitələr və psixotrop maddənin qoyulduğu yerə gedib narkotik vasitə və psixotrop maddələri həmin yerdən götürmüşlər. Ceyhun götürdükləri narkotik vasitələri yaşadığı evə aparmaq istəmədiyindən ünvan 8 ünvanında yerləşən «Titanik» hotelinə gəlib 105 nömrəli koteci kirayələmişlər və həmin günü Ceyhunla birlikdə həmin kotecdə qalmışlar. Şəhriyar narkotik vasitələri və psixotrop maddəni qoyacaqları yerləri deyəcəkdi. Şəhriyardan məlumat gələnə qədər olan müddət ərzində götürdükləri narkotik vasitə heroinin bir hissəsini Ceyhun özündə saxlamış, ona da bir bükümdə qurudulmuş marixuana vermişdir. Qalan narkotik vasitə və psixotrop maddəni həmin kotecdə sellofan torbada masanın altında saxlamışlar. 09 mart 2023-cü il tarixdə, saat 19:45 dəqiqədə ünvan 8 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli, şəxs onalara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Bundan sonra müvəqqəti yaşadıqları ünvan 8 ünvanında yerləşən «Titanik» hotelinin 105 nömrəli kotecində narkotik vasitə saxladıqlarını, həmin ünvana baxış keçirilməsinə etirazları olmadığını bildirmişlər və bu barədə ərizə təqdim etmişlər və ünvana getmişlər. Ünvanda olan taxta konstruksiyalı stolun alt hissəsindən 2(iki) ədəd bükümdə heroini, 1 (bir) ədəd bükümdə qurudulmuş marixuananı, 1 (bir) ədəd bükümdə metamfetamini, 1 (bir) ədəd elektron tərəzini və 2(iki) ədəd vərəqi təqdim edərək stolun üzərinə qoymuşlar. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin ümumilikdə çəkisi 254(iki yüz əlli dörd) qram, metamfetaminin çəkisi 153(yüz əlli üç) qram, qurudulmuş marixuananın çəkisi 15 (on beş) qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, Ceyhun, iştirakçı və təhqiqatçı tərəfindən imzalanmışdır. Həmçinin 2(iki) ədəd vərəq bu barədə onlara izah verildikdən sonra götürülmüşdür. Sonra yaşadıqları ünvanın digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin ona məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Şəhriyar” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göştəfişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Şəhriyar” adlı şəxsin ona 350(üç yüz əlli) manat pul verəcəyini, “Şəhriyar” adlı şəxsi təxminən 4 ay olar ki, tanıdığını, onun avtomobil idarə edərək Ceyhuna əldə etdiyi kütlələri deyilən ünvanlara qoymaqda kömək etdiyini, əvəzində ona narkotik vasitə verdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. O, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək, avtomobil idarə edərək Ceyhuna əldə etdiyi kütlələri deyilən ünvanlara qoymaqda kömək etdiyini, əvəzində ona narkotik vasitə verdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra onları Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşlar. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onların üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərlərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Ceyhun əynində olan tünd qırmızı rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkcənin sol iç cibindən 1 ədəd üzərində 077 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, əynində olan şalvarın sağ yancibindən 1 ədəd Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd üzərində 4169 7385 9600 1368 nömrəsi olan plastik bank kartı və 17 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Ceyhunun təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 22 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Ceyhun, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd bank kartı, 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd şəxsiyyət vəsiqəsi bu barədə Ceyhuna izah verildikdən sonra götürülmüşdür. 17 manat pul isə özünə geri qaytarılmışdır. Daha sonra o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 28 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın çəkisi 55 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 28 manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin ona məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Şəhriyar” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Şəhriyar” adlı şəxsin ona 350 manat pul verəcəyini, “Şəhriyar” adlı şəxsi təxminən 4 ay olar ki, tanıdığını, onun avtomobil idarə edərək əldə etdiyi kütlələri deyilən ünvanlara qoymaqda kömək etdiyini, əvəzində ona üzərində olan narkotik vasitəni verdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. O, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək, avtomobil idarə edərək Ceyhuna əldə etdiyi kütlələri deyilən ünvanlara qoymaqda kömək etdiyini, əvəzində Ceyhunun ona üzərində olan narkotik vasitəni verdiyini, narkotik vasitə istifadəçisi olduğunu, verilən sualları tam başa düşdüyünün, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı olan “Şəhriyar”ın vasitəsi ilə əldə etmişlər. Şəhriyarla Ceyhun “Whatsapp” vasitəsi ilə əlaqə saxlamışdır. Şəhriyar ilə bir başa əlaqə saxlamasa da Şəhriyar onun Ceyhunla birlikdə olduğundan məlumatlı olmuş, Şəhriyarı tanımır. Aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələrin nə vaxt, kim tərəfindən və hansı şəraitdə Bakı şəhəri, Sabunçu rayonu ərazisinə gətirilməsi barədə heç bir məlumatı yoxdur. Baxış zamanı aşkar edilmiş üzərində əlyazmalar icra edilmiş 02 ədəd vərəqlərdəki əlyazmalar Ceyhun tərəfindən icra edilmişdir. Həmin əlyazmalardakı “k” hərfi “kakos” sözünün qısaldılması, “p” hərfi isə “patı” sözünün qısaldılmasıdır. Rəqəmləri isə “kakos” və “patı”nın miqdarlarıdır, “Şəhriyar”adlı şəxsdən alıb satışını həyata keçirdikləri narkotik vasitə və psixotrop maddələrin qeydiyyatı ilə əlaqədar icra edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə qrup rəhbəri BNMİ-nin İİEƏTŞ-nin rəis müavini Şahid2 daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 Dərnəgül şossesində hərəkətdə olan zaman saxlamışlar. Saxladıqdan sonra özlərinin bildirdikləri müvəqqəti yaşadıqları ünvan 10 ünvanında yerləşən “Titanik” hotelinin 105 nömrəli kotecə müdafiəçinin iştirakı ilə video çəkiliş zamanı hotelin otağından heroin, marixuana və metamfetamin adlı narkotik vasitələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 Nərimanov RPİ-nin 17-ci PŞ-yə aparmışlar. 17-ci PŞ-də də təhqiqatçının və müdafiəçinin iştirakı ilə üzərilərinə şəxsi axtarış aparılan zaman sonuncuların üzərindən marixuana və heroin adlı narkotik vasitə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitələri deyilən ünvanlara çatdırması üçün sonuncuya sürücülük etmişdir. Təqsirləndirilən şəxs2 sürücülüyün müqabilində Təqsirləndirilən şəxs1 narkotik vasitə almışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Nərimanov RPİ-nin 17-ci PŞdə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman üzərilərindən narkotik vasitələrdən əlavə özlərinə məxsus pul kartları və mobil telefonları var idi. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 üzərilərində aşkar olunan əşyaları video çəkiliş zamanı özləri təqdim etmişlər. Heç bir plastik bank kartından pul çıxartmamışdır. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 saxladıqları zaman 3 nəfər polis əməkdaşı iştirak etmişlər. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 Dərnəgüldə hərəkətdə olduqları vaxt saxlamışlar. Saxladıqdan sonra özləri ünvan 10 ünvanında yerləşən “Titanik” hotelinin 105 nömrəli kotecində qaldıqlarını bildirmişlər. Təxminən 15-20 qram narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 sürücülük vəsiqəsinin olubolmaması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 hotelin kotecində axtarış aparılan zaman aşkar olunan narkotik vasitənin Təqsirləndirilən şəxs2 aid olmadığını demiş, lakin Nərimanov RPİ-nin 17-ci PŞ-də viedo çəkilişlə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 Dərnəgüldə hərəkətdə olduqları zaman saxlamışlar. O, heç kimə pul təklif etməmişdir. Heç kimin plastik bank kartından pul çıxartmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə ünvan 10 ünvanında yerləşən “Titanik” hotelinin 105 nömrəli kotecində müvəqqəti yaşayan Təqsirləndirilən şəxs1 və onunla birlikdə həmin kotecdə müvəqqəti yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Həmin şəxslər saxlanılaraq müvəqqəti yaşadıqları ünvana baxış keçirilən zaman 2 büküm heroin, 1 büküm marixuana, 1 büküm metamfetamin, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin dövriyyəsi ilə bağlı 2 ədəd alqı-satqı vərəqləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Şəhriyar adlı şəxsdən Sabunçu rayonunda əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitələri İİR-nın vətəndaşının dediyi yerlərə pul müqabilində çatdırdığını bildirmişdir. Hotelin otağına baxış keçirildikdən sonra təqsirləndirilən şəxsləri Nərimanov RPİ-nin 17-ci PŞ-yə aparmışlar. 17-ci PŞ-də çəkilişlə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 üzərindən 1 büküm heroin, Təqsirləndirilən şəxs2 üzərindən 1 büküm marixuana və təqsirləndirilən şəxslərə məxsus mobil telefonlar, 17, 22 manat civarında pul, şəxsiyyət vəsiqələri, bank kartları aşkar olunmuşdur. O suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitələri ona veriləcək narkotik vasitələrin müqabilində deyilən ünvanlara çatdırırmış. Sonradan araşdırma aparsalar da Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki, psixi təsir və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxslərin mobil telefonlarında narkotik vasitələrin dövriyyəsi ilə bağlı hər bir məlumat var. Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etdiyi ünvanların hamısı nəzarətə götürülmüşdür. Polis əməkdaşlarından əlavə hotelin inzibatçısı da hotelin otağına baxış keçirilən zaman iştirak etmişdir. Çəkiliş zamanı Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmalarını etiraf etmişlər. Çəkiliş zamanı dedikləri tam yadında qalmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 saxlamışlar. İş materiallarında saxlanılma vaxtının niyə xx.xx.2023-cü il tarix yazılmasını bilmir. Hotelin inzibatçısını hotelin otağına daxil olmazdan qabaq çağırmışlar. Hotelin inzibatçısının iştirakı ilə otağa daxil olmuşlar. Hotelin inzibatçısının iştirakı ilə video çəkiliş aparılmış və bununla bağlı protokol tərtib olunub tərəflərindən imza olunmuşdur. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 küçədə hərəkətdə olan zaman saxlamışlar. Hotelin otağına baxış keçirtdikdən sonra təqsirləndirilən şəxsləri Nəriman RPİ-nin 17-ci PŞ-yə aparmışlar. Tədbir zamanı iştirak edən polis əməkdaşları təqsirləndirilən şəxslərdən 50 min manat civarında pul tələb etməmişlər. Hotelin otağına daxil olan zaman 3 nəfər polis əməkdaşı iştirak etmişlər. Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki təsir və təzyiq göstərməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. O da həmin əməliyyat qrupunun üzvü olduğu üçün tədbirdə iştirak etmişdir. Əməliyyat qrupu yaradıldıqdan sonra Nərimanov rayonunda yerləşən ünvan 10 ünvanında yerləşən “Titanik” otele getmişlər. “Titanik” otelin yaxınlığında Ceyhun və Kənan adlı şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı “Titanik” otelin otağında narkotik vasitə olduğunu etiraf etmişdir. Təhqiqatçının iştirakı ilə ilk öncə “Titanik” otelin otağına baxış keçirtmişlər. Baxış zamanı otaqdan narkotik vasitələr aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aidiyyatı üzrə Nərimanov RPİ-nin 17-ci PŞ -yə aparmışlar. 17-ci PŞ-də də təhqiqatçının iştirakı ilə saxlanılan şəxslərin üzərilərinə baxış keçirilən zaman sonuncuların üzərindən narkotik vasitələr aşkar olunmuşdur. O suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər barəsində məlumat qrup rəhbəri Şahid2 daxil olmuşdur. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs1 ünvan 10 ünvanında yerləşən “Titanik” otelin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birgə küçədə hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxsləri saxladıqları vaxt sonunculara məxsus avtomobil olsa da görməmişlər. Təqsirləndirilən şəxslərin hər ikisini də Nərimanov RPİ-nin 17-ci PŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitələri İİR-nın vətəndaşının dediyi ünvanlara qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələri ona veriləcək narkotik vasitələrin müqabilində deyilən ünvanlara çatdırırdı. Təqsirləndirilən şəxs2da üzərinə baxışda iştirak etmiş və Təqsirləndirilən şəxs2 da üzərindən narkotik vasitə aşkar olunmuşdur. “Titanik” otelə 3 nəfər BNMİ-nin əməkdaşları getmişlər. Təqsirləndirilən şəxsləri “Titanik” otelin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxsləri saxladıqdan sonra ilk öncə müvəqqəti yaşadıqları “Titanik” otelin otağına baxış keçirtmişlər. Təqsirləndirilən şəxslərin üzərinə Nərimanov RPİ-nin 17-ci PŞ-də baxış keçirtmişlər. “Titanik” otelin otağına baxış keçirilən zaman 2 büküm heroin, 1 büküm metamfetamin və 1 büküm də marixuana aşkar olunmuşdur. “Titanik” otelin otağına baxış keçirilən zaman narkotik vasitələr otağa daxil olanda sağdakı dolabın altından aşkar olunmuşdur. “Titanik” otelin otağına baxış keçirilən zaman bir nəfər kənar şəxs otelin inzibatçısı iştirak etmişdir. “Titanik” otelin inzibatçısını təhqiqatçı dəvət etmişdir. “Titanik” otelin inzibatçısını otağa baxış keçirilməzdən qabaq dəvət etmişlər. Təqsirləndirilən şəxs2 “Titanik” otelin girişinin sağında saxlamışlar. Təqsirləndirilən şəxs2 saxladıqları vaxt üzərində açar olmamışdır. Təqsirləndirilən şəxs2 saxladıqları vaxt üzərinə baxış keçirtməmişlər. Təqsirləndirilən şəxs2 üzərinə Nərimanov RPİ-nin 17-ci PŞ-də baxış keçirtmişlər. Təqsirləndirilən şəxs2 və C.Abbasova “Titanik” otelin yaxınlığında yaxınlaşmışlar. Hotelin otağına daxil olan zaman 3 nəfər polis əməkdaşı iştirak etmişlər. Təqsirləndirilən şəxs1 məxsus mobil telefondan və bank kartından kimin istifadə etdiyini bilmir. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən aşkar olunanları sənədləşdirən təhqiqatçı və müstəntiq bu suala tam dəqiq cavab verə bilərlər. Təqsirləndirilən şəxsləri saxladıqları vaxt əllərində heç bir sellofan olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir fiziki təsir və təzyiq göstərməmişdir. Təqsirləndirilən şəxsləri xx.xx.2023-cü il tarixdə saxlamışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, işlədiyi Titanik otelində olan zaman Təqsirləndirilən şəxs1 adlı şəxs qonağı ilə birlikdə qeydiyyata yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 və qonağın şəxsiyyət vəsiqələrini aldıqdan sonra onlara bir otaq vermişdir. O suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 1 günlük otaq vermişdir. Yanlarında əlavə qonaq olduğunu görməmişdir. Təqsirləndirilən şəxs1 hansı avtomobillə otelə gəldiyini bilmir. Polis əməkdaşları ilə birlikdə video çəkilişdə iştirak etmişdir. O, otağa daxil olanda artıq narkotik vasitələri aşkar etmişlər. Ona məlumat vermişlər ki, onun növbəsində otelə daxil olan Təqsirləndirilən şəxs1 adlı müştəri narkotik vasitə ilə tutulmuşdur. Otaga daxil olanda stolun üstündə 3 növdə bilmədiyi əşya olmuşdur. O, baş verən hadislərin çəkilişi zamanı işlədiyi otelin inzibatçısı kimi çıxış etmişdir. Baş verən hadisənin tarixi yadında deyil. Çəkilişə sonda gəldiyinə görə tutulan şəxsə qarşı heç bir zorakılıq faktı hiss eləməmişdir. O, otaga gələndə 5-6 nəfər polis əməkdaşı var idi. O, ifadəsi elan edildikdən sonra verilən suala cavab olaraq bildirmişdir ki, o, otağa daxil olan zaman narkotik vasitələr artıq stolun üzərində olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Nərimanov RPİ-nin müstəntiqi X9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin mürəkkəbliyindən və icraatında olan cinayət işlərinin çoxluğundan cinayət işinin başlanması haqqında qərarında, ittiham aktında, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarında sonuncuların xx.xx.2023-cü il tarixdə saxlanılmaları ilə bağlı olan hissə texniki səhvdir. Təqsirləndirilən şəxslər xx.xx.2023-cü il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən saxlanılıblar. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 09 mart 2023-cü il tarixdə xx.xx.1992-ci il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 11 ünvanında qeydiyyatda olmaqla ünvan 10 ünvanında yerləşən “Titanik” hotelinin 105 nömrəli kotecində müvəqqəti yaşayan Təqsirləndirilən şəxs1 və onunla birlikdə həmin kotecdə müvəqqəti yaşayan xx.xx.2003-cü il təvəllüdlü ünvan 12 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru X3 və DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradıldı və həmin əməliyyat qrupunun rəhbəri təyin edilmişdir. Bundan sonra keçirilmiş ilkin tədbirlərlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları yer müəyyən edilərək 09 mart 2023-cü il tarixdə saat 19:40 radələrində ünvan 10 ünvanın yaxınlığı və ətraf ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə sonra, yəni 09 mart 2023-cü il tarixdə, saat 19:45-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 10 ünvanın qarşısı ilə birlikdə piyada getdiklərini görüb sonununculara yaxınlaşaraq özlərini təqdim edib sonuncuların anket məlumatlarını dəqiqləşdirmişlər. Daha sonra onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını izah etmişlər və üzərlərində narkotik vasitə olub-olmaması barədə şifahi sorğu-sual etmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində və müvəqqəti yaşadıqları ünvan 10 ünvanında yerləşən “Titanik” hotelinin 105 nömrəli kotecində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişlər. Bundan sonra DİN-nin BNMİ-nin TQ-nin təhqiqatçısı, polis mayoru Yelmar Verdiyev dəvət edilərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və “Titanik” hotelinin inzibatçısı Şahid4 yazılı razılıqları və iştirakları ilə videoçəkiliş aparılmaqla ünvan 10 ünvanında yerləşən “Titanik” hotelinin 105 nömrəli kotecinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sözü gedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kotecdə olan taxta konstruksiyalı stolun alt hissəsindən 2(iki) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni, 1(bir) ədəd bükümdə açıq narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1(bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni, 1(bir) ədəd elektron tərəzini və 2(iki) ədəd vərəqi təqdim edərək stolun üzərinə qoymuşlar. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilən zaman heroinə bənzər kütlələrin ümumilikdə çəkisinin 254(iki yüz əlli dörd) qram, metamfetaminə bənzər kütlənin çəkisinin 153(yüz əlli üç) qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin 15(on beş) qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş kütlələr və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Həmçinin aşkar edilmiş 2(iki) ədəd vərəq bu barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izah edilməklə götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvəqqəti yaşadığı həmin ünvanın digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütələri tanıdığı İsran İslam Respublikası vətəndaşı olan “Şəhriyar” adlı şəxsin vasitəsi ilə tutulmamışdan 1(bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Şəhriyar” adlı şəxsin ona 350(üç yüz əlli) manat pul verəcəyini, “Şəhriyar” adlı şəxsi təxminən 4(dörd) aya olar ki, tanıdığını, Təqsirləndirilən şəxs2 avtomobil idarə edərək ona əldə etdiyi kütlələri deyilən ünvanlara qoymaqda kömək etdiyini, əvəzində Kənana narkotik vasitə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək, avtomobil idarə edərək Ceyhuna əldə etdiyi kütlələri deyilən ünvanlara qoymaqda kömək etdiyini, əvəzində ona narkotik vasitə verdiyini bildirmişdir. Baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs1 və Məmmədov X5 RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilərək şübhəli şəxs qismində tutulmuşlar və hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmuşlar. Daha sonra isə Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında xidməti otaqlardan birində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində videoçəkiliş aparılmaqla sonuncuların müdafiəçilərinin polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olan olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd qırmızı rəngli gödəkçənin sağ yan cibindən 1(bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sol iç cibindən üzərində 01 ədəd “Samsung” markalı mobil telefon, əynində olan şalvarın sağ yan cibindən 1(bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd plastik bank kartı və 17(on yeddi) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 22(iyirmi iki) qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlə, mobil telefon və plastik bank kartı qablaşdırılaraq götürülmüş, sonuncudan aşkar edilmiş 17(on yeddi) manat pul isə özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1(bir) ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd “Samsung” markalı mobil telefon və 28(iyirmi səkkiz) manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 55(əlli beş) qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 aşkar edilmiş kütlə və mobil telefon qablaşadırılaraq götürülmüş, 28 manat(iyirmi səkkiz) manat pul isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütələri tanıdığı İsran İslam Respublikası vətəndaşı olan “Şəhriyar” adlı şəxsin vasitəsi ilə tutulmamışdan 1(bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Şəhriyar” adlı şəxsin ona 350(üç yüz əlli) manat pul verəcəyini, “Şəhriyar” adlı şəxsi təxminən 4(dörd) ay olar ki, tanıdığını, Təqsirləndirilən şəxs2 avtomobil idarə edərək ona əldə etdiyi kütlələri deyilən ünvanlara qoymaqda kömək etdiyini, əvəzində Kənana narkotik vasitə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək, avtomobil idarə edərək Ceyhuna əldə etdiyi kütlələri deyilən ünvanlara qoymaqda kömək etdiyini, əvəzində ona üzərindən aşkar edilmiş narkotik vasitəni verdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X3 və Şahid3 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, eyni məzmunda ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Məşədilər kəndində qeydiyyatda olsa da faktiki olaraq ailəsi ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz evdə yaşayır. Təxminən 2015-ci ildən ünvan 13 ünvanında yerləşən “Titanik” hoteldə inzibaçı vəzifəsində işləyir. Otaqlar günlük müxtəlif məbləğlərdə kirayə verilir. O saat 21 radələrində səhər saat 09-dək orada işləyir. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində bir nəfər əvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs hotelə gələrək ona yaxınlaşmış və otaq kirayələmək istədiyini bildirmişdir. Ceyhuna boş olan otaqların qiymətlərini dedikdən sonra o, 30 manat ödəniş etməklə 105 nömrəli otağı bir günlük kirayələmişdir. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşğul olurmuş, çünki, Ceyhun üzərində taksi işarəsi olan avtomobili idarə edərək gəlmişdir. 105 nömrəli otağı Təqsirləndirilən şəxs1 göstərmiş və otaqdan çıxaraq inzaibati binaya qayıtmışdır. xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində işdə olan zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Onlar hotelin 105 nömrəli otağına baxış keçirlməli olduğunu bildirmişlər və ondan baxış üçün icazə istəmişlər. O yazılı şəkildə onlara icazəni təqdim etmiş və polis əməkdaşları ilə birlikdə 105 nömrəli otağa getmişdir. Otağın qarşısında əvvəllər tanımadığı bir neçə nəfər polis əməkdaşı, Təqsirləndirilən şəxs1 və sonradan tanıdığı Təqsirləndirilən şəxs2 da olmuşdur. Polis əməkdaşları onların iştirakı ilə otağa daxil olmuşlar. Otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 sağ tərəfdə kiçik masanın alt hissəsindən bir ədəd ağ rəngli torbanı çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin torbada nə olmasını soruşan zaman Təqsirləndirilən şəxs1, torbada narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Bundan sonra torbanın içərisi açılaraq polis əməkdaşları tərəfindən torbanın içərisinə baxış keçirilmişdir. Torbanın içərisindən bir neçə qara və ağ rəngli bağlamalar aşkar olunmuşdur. Baxışdan sonra torbadan aşkar olunmuş maddələr ağ zərfə qoyulmuş və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Baxışda iştirak edən şəxslər, o cümlədən o da zərfi imzalamışlar. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlavə olaraq üzərilərinə baxış keçirmək üçün polis bölməsinə aparmışlar. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (İ cild, i.v. 1-2) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları bildirilmişdir. (İ cild, i.v. 5) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin İİEƏTŞ-yə daxil olmuş məlumat əsasında sonuncuların cinayət əməllərinin ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild, i.v. 6-7) xx.xx.2023-cü il tarixli “Ünvana baxış keçirilməsi və götürmə haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sözü gedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kotecdə olan taxta konstruksiyalı stolun alt hissəsindən 02 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni, 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni, 01 ədəd elektron tərəzini və 02 ədəd vərəqi təqdim edərək stolun üzərinə qoymuşlar. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilən zaman heroinə bənzər kütlələrin ümumilikdə çəkisinin 254 qram, metamfetaminə bənzər kütlənin çəkisinin 153 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin 15 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş kütlələr və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Həmçinin aşkar edilmiş 02 ədəd vərəq bu barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izah edilməklə götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvəqqəti yaşadığı həmin ünvanın digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütələri tanıdığı İsran İslam Respublikası vətəndaşı olan “Şəhriyar” adlı şəxsin vasitəsi ilə tutulmamışdan 01 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Şəhriyar” adlı şəxsin ona 350 manat pul verəcəyini, “Şəhriyar” adlı şəxsi təxminən 04 ay olar ki, tanıdığını, Təqsirləndirilən şəxs2 avtomobil idarə edərək ona əldə etdiyi kütlələri deyilən ünvanlara qoymaqda kömək etdiyini, əvəzində Kənana narkotik vasitə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək, avtomobil idarə edərək Ceyhuna əldə etdiyi kütlələri deyilən ünvanlara qoymaqda kömək etdiyini, əvəzində ona narkotik vasitə verdiyini bildirmişdir. (İ cild, i.v. 20- 22, 119-120, 143-144) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 19:45-dən tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 32) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 19:45-dən tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 49) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olan olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd qırmızı rəngli gödəkcənin sağ yan cibindən 1(bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkcənin sol iç cibindən üzərində 01 ədəd “Samsung” markalı mobil telefon, əynində olan şalvarın sağ yan cibindən 1(bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd plastik bank kartı və 17(on yeddi) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 22(iyirmi iki) qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlə, mobil telefon və plastik bank kartı qablaşdırılaraq götürülmüş, sonuncudan aşkar edilmiş 17(on yeddi) manat pul isə özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1(bir) ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd “Samsung” markalı mobil telefon və 28(iyirmi səkkiz) manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 55(əlli beş) qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 aşkar edilmiş kütlə və mobil telefon qablaşadırılaraq götürülmüş, 28 manat(iyirmi səkkiz) manat pul isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütələri tanıdığı İsran İslam Respublikası vətəndaşı olan “Şəhriyar” adlı şəxsin vasitəsi ilə tutulmamışdan 1(bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Şəhriyar” adlı şəxsin ona 350(üç yüz əlli) manat pul verəcəyini, “Şəhriyar” adlı şəxsi təxminən 4(dörd) aya olar ki, tanıdığını, Təqsirləndirilən şəxs2 avtomobil idarə edərək ona əldə etdiyi kütlələri deyilən ünvanlara qoymaqda kömək etdiyini, əvəzində Kənana narkotik vasitə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək, avtomobil idarə edərək Ceyhuna əldə etdiyi kütlələri deyilən ünvanlara qoymaqda kömək etdiyini, əvəzində ona üzərindən aşkar edilmiş narkotik vasitəni verdiyini, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. (İ cild, i.v. 59-61, 121-122, 145-146) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/361 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri kütlələr və 1 ədəd elektron tərəzi.” yazılar və imzalar olan 1№-li kağız paketdə 1 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi – 11,983 qram bitki mənşəli kütlə, təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kağız paketdə olan 1ədəd elektron tərəzinin üzərində biki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi...” yazılar və imzalar olan 3№-li kağız paketdə 1 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi – 44,862 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqaqta təqdim olunmuş 1№-li və 3№-li kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidir. (İ cild, i.v. 73-77) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1453 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqdqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksi olan üç ədəd zərfdə olan: -üzərindən “X6 təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 13,565 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “X6 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 150,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 17,253 qram, 225,0 ümumi təmiz təmiz çəkisi 242,253 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş təmiz çəkisi 13,565 qram və təmiz çəkisi 225,0 qram olan heroinlər birbiri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, digər bir ədəd 17,253 qram heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir.Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir.(İ cild, i.v. 78-83) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(005)-439/2023 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin İİEƏTŞ-nin rəis müavini Şahid2 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (İ cild, i.v.88) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 99-101) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 123-125) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 163-168, 169-175) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (İ cild, i.v. 193-196) xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 214) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1036 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət törədilən anda xroniki psixi xətəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törədən anda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs2 özü hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur. Yoxlanılan şəxs şəxs Təqsirləndirilən şəxs2 Mustaf oğlundan hal hazırda hər hansı psixi xəstəlik müəyyən olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 göstərilən cinayəti törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hnası psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri aşkar edilmədi. O, ünsiyyətçillik, adaptivlik, özünəməxsus mövqeyə malik olmaq və s. kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs2 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs2 cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. (İ cild, i.v. 215-219) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1175 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. O, baş verən hadisələri düzgün qavramaq və təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar olunmadı. Məsuliyyətsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, inadkarlıq kimi fərdi-psixi xüsusuyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 baş verən hadisələri adekvat qavramaq, təsvir etmək və bu barədə düzgün ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs1 cinayət törədilən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl zamanı şüur və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. (İ cild, i.v. 221-224) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X15 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3039 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabiodlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 227-228) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X15 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3434 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 229-230) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş 02 ədəd vərəqədən müəyyən edilmişdir ki, 10 mart 2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən “Titanik” hotelinin 105 nömrəli kotecinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 02 ədəd milə-mil dəftər vərəqlərinə baxış zamanı vərəqlərdən birinin üzərində yuxarıdan aşağıya doğru ardıcıl olaraq “12 p, 5k5p, 7k3p, 28k, 12k8p” kimi və eyni formada ardıcıllıqla “41k16p--, 20k3p--, 12k3p--, 13k--,7k3p--,” kimi hərf və rəqəmlərdən ibarət əlyazmalar icra edilmişdir. Digər vərəqə baxış zamanı isə “3;7;9;19;17;....78;90;30;”, “M40 5 list”, “440 ot” və digər rəqəmlərdən ibarət əlyazmalar icar edildiyi müəyyən edilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin vərəqlərdəki əlyazmaların onun tərəfindən icra edildiyini, həmin əlyazmalardakı “k” hərfinin “kakos” sözünün qısaldılması, “p” hərfinin “patı” sözünün qısaldılması, rəqəmlərin isə “kakos” və “patı”nın miqdarlarının göstəriciləri olmasını, baxış keçirilən vərəqlərdəki əlyazmaların “Şəhriyar”adlı şəxsdən alıb satışını həyata keçirdiyi narkotik vasitə və psixotrop maddələrin qeydiyyatı ilə əlaqədar icra edildiyini bildirmişdir. (İİ cild, i.v. 17-19) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilən zaman “Qalareya” bölməsində elektron tərəzinin üzərində narkotik vasitələrə bənzər maddələrin çəkilməsinin, müxtəlif ünvanların şəkillərin çəkilərək həmin şəkillərdə müəyyən yerlərin işarələnməsi və müxtəlif ödəniş qəbzlərinin foto şəklinin olması aşkar olunmuş, həmin telefonun “WhatsApp” proqramına baxış zamanı “Wehriyar” adı ilə qeyd edilmiş +**********69 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan “WhatsApp” proqramında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində narkotik alış satışı, narkotik vasitələrin tərəzi vasitəsilə çəkilmiş şəkilləri narkotik vasitələrin müəyyən ünvanları qoyulması, narkotik vasitələrin ünvanlara qoyulduqdan sonra həmin ünvanları şəkilləri, həmin ünvanlardan narkotik vasitənin Təqsirləndirilən şəxs1 tərəfindən götürülərək “Şəhriyar” tərəfindən qeyd olunan ünvanlara qoyulması məzmununda səs yazıların göndərilməsi aşkar edilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 baxış zamanı telefonundan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin fotoşəkillərinin “Şəhriyar”dan əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin fotoşəkilləri olduğunu, Bakı şəhəri ərazisindəki müxtəlif yerlərin işarələnmiş fotoşəkillərinin Şəhriyarın tapşırığına uyğun olaraq ondan əldə edtiyi narkotik vasitələri qoyduğu yerlərin şəkilləri olduğunu, bank ödənişləri ilə bağlı çeklərin şəkillərinin isə satışını həyata keçirdiyi narkotik vasitələrin pullarının göndərilməsi ilə bağlı çeklərin fotoşəkilləri olduğunu bildirmişdir. (İİ cild, i.v. 20-34) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aparatına baxış zamanı “Qalareya” bölməsində narkotik vasitələrə bənzər maddələrin və bank əməliyyatları ilə bağlı ödəniş qəbzlərinin foto şəklinin olması aşkar olunmuş, baxışda iştirak edən Təqsirləndirilən şəxs2 baxış keçirilən mobil telefonun ona məxsus olduğunu, baxış zamanı mobil telefonun “Qalareya” bölməsindən aşkar edilmiş ödəniş qəbzlərinin satmış olduqları narkotik vasitələrin ödəniş qəbzləri olduğunu, narkotik vasitələrə bənzər maddələrin fotoşəkillərinin özü tərəfindən çəkildiyini və istifadə etmiş olduğu narkotik vasitələrin şəkilləri olduğunu bildirmişdir. (İİ cild, i.v. 43-44) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrinə tövsif edilmişdir. “Ünvana baxış keçirilməsi” haqqında və “şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2023-cü il tarixli istintaq hərəkətlərinin videoçəkilişləri əks olunmuş 02 ədəd “DVD” formatlı disklər, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefon və 02 ədəd milə-mil dəftər vərəqləri iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, iş üzrə aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 255,818 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 56,845 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 150,0 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla ümumi təmiz çəkisi 255,668 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 56,805 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 149,95 qram olan psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (İİ cild, i.v. 64-87) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİ cild, i.v. 95-97, 109-111) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddətləri 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 161-178) Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq saxlanılmaları üçün Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilərkən bədənləri üzərinə baxış keçirilmiş, baxış zamanı C.Abbasov və Təqsirləndirilən şəxs2 bədənlərində heç bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli sorğuya cavab məktublarından və onlara əlavə olunmuş tibbi kitabçalardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasının TSH-da təlimata uyğun olaraq həkim baxışından keçirilmiş, həbs edilmiş şəxslər tutulan zaman xəsarət almadıqlarını bildirmişlər, baxış zamanı bədənlərində yeni xəsarət izləri aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan və ona əlavə olunmuş qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmadığından və hər-hansı şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. 005393 saylı vəsiqədən və 455303 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 atası ikinci qrup, bacısı birinci qrup əlildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.4-cü maddəsi üzrə verilmiş ittihamdan imtina edərək, həmin maddə ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, dövlət ittihamçısının çıxışını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-in 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə CM-in 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi, Təqsirləndirilən şəxs2 heç bir təqsirinin olmaması və s. ilə bağlı verdiyi ifadələri, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, Təqsirləndirilən şəxs1la narkotik vasitənin satışı ilə bağlı əlbirliyinin olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən ünvana baxış keçirilməsi və götürmə haqqında, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, mobil telefonlara baxış keçirilməsi haqqında protokollar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/361 saylı, xx.xx.2023cü il tarixli rəyi ilə tədqiqata təqdim olunmuş 1№-li və 3№-li kağız paketlərdə olan marixuanaların tərkiblərinə görə eyni olması barədə rəyi və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özlərini müdafiə xarakterli ifadə, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 heç bir təqsirinin olmaması kimi ifadə verməsi də sonuncunu məsuliyyətdən yayındarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi məhkəmə qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı etirafedici ifadələr verməsinin səbəbi kimi onlara qarşı fiziki təsirlərin olmasını qeyd etsələr də, məhkəmənin sorğuları əsasında Nərimanov RPİ-dən, Nərimanov rayon Prokurorluğundan, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir xəsarət aşkar olunmamış, onlara qarşı ibtidai araşdırma zamanı hər hansı fiziki zor tətbiq edilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələrinə də tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmələri, üzərlərində və müvəqqəti yaşadığı yerdə saxlamaları və daşımalarına dair ibtidai istintaq zamanı dindirilərkən dəfələrlə verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri daha obyektiv və iş materialları ilə uyğunluq təşkil edən sübut kimi qəbul edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarında, ittiham aktında təqsirləndirilən şəxslərin xx.xx.2023-cü il tarixdə saxlanılması qeyd olunsa da, məhkəmə istintaqı zamanı dindirilmiş Nərimanov RPİ-nin müstəntiqi X9 ifadələrində cinayət işinin mürəkkəbliyindən və icraatında olan cinayət işlərinin çoxluğundan texniki səhv olaraq xx.xx.2023-cü il tarixi yerinə xx.xx.2023-cü il tarixi qeyd olunmuşdur. Qeyd edilən hal müdafiə tərəfinin göstərdikləri və iş materialları ilə üst-üstə düşdüyündən məhkəmə təqsirləndirilən şəxslərin saxlanma tarixinin xx.xx.2023-cü tarix olduğunu qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X12 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-in 234.4.1 234.4.3-cü maddələri cinayətlərin təsnifatına görə ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, atasının, bacısının əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 234.4.1, 234.4.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, aşkar olunmuş narkotik vasitələrin, psixotrop maddənin çəkilərinin heroin, qurudulmuş marixuana, metamfetamin üçün qanunla nəzərdə tutulmuş çəkidən dəfələrlə çox olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinə görə ittiham olunduqları CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 21:30-da şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 19:45-dən tutulmuş hesab edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərar ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 19:45-dən tutulmuş hesab edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərar ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə azadlıqları faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuşlar və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılırlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddətlərinin əvvəli onların azadlıqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlandıqları müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzalarının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 137 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli, Təqsirləndirilən şəxs2 isə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 255,668 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 56,805 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 149,95 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Ünvana baxış keçirilməsi” haqqında və “şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2023-cü il tarixli istintaq hərəkətlərinin videoçəkilişləri əks olunmuş 02 ədəd “DVD” formatlı disklər və 02 ədəd milə-mil dəftər vərəqləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefon özlərinə (özlərinin razılığı ilə digər şəxslərə) qaytarılmalıdır. Müdafiəçilər “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri X4 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat, Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 50 saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri X7 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat, Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X7 üçün 360 manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 300 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 255,668 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 56,805 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 149,95 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Ünvana baxış keçirilməsi” haqqında və “şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2023-cü il tarixli istintaq hərəkətlərinin videoçəkilişləri əks olunmuş 02 ədəd “DVD” formatlı disklər və 02 ədəd milə-mil dəftər vərəqləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefon özlərinə (özlərinin razılığı ilə digər şəxslərə) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 137 (yüz otuz yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 50 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 60 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X7 üçün 360 manat (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1770/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1770/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver