Məhkəmə qərarları › İş №1(101)-1770/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1770/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1770/2024 05.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X5 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 02 ədəd bükümdə ayrıayrılqda təmiz çəkiləri 600 qram və 550 qram ümumi təmiz çəkisi 1150 qram 28 iyun 2005ci il tarixli «Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı 1) daxil edilən ağ rəngli kristal şəkilli maddələr küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 620 qram və 375 qram ümumi təmiz çəkisi 995 qram 28 iyun 2005-ci il tarixli «Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxil edilən tündə qəhvəyi rəngli qətranabənzər maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış tiryək əldə edib üzərində saxlamaqla daşımış, 06 yanvar 2024-cü il tarixdə saat 00:30-da Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 16 ünvanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilmiş və orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əlində olan ağ-qara rəngli sellofan torbanının içərisindən 02 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 600 qram və 550 qram ümumi təmiz çəkisi 1150 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 620 qram və 375 qram ümumi təmiz çəkisi 995 qram qəhvəyi rəngli qətranabənzər maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı vəsatət onunla əsaslanıdırlmışdır ki, 14 dekabr 2023-cü il tarixdən qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahısına (Siyahı 2) əsasən psixotrop maddə metamfetaminin 400 qramdan artıq olması xüsusilə külli miqdar hesab olunur və bu da hazırda və əməlin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin tərkibini yaradır. 06 yanvar 2024-cü il tarixli meteriaların məhkəmə eskpertizasının 3-16-16/2-6/25 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “ Azərbaycan Respublikası DİN Zərflər üçün №171”dairəvi möhür əksi, ’’Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan bağlamada, 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 600 qram və 550 qram, ümumi təmiz çəkisi 1150 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazıranmış psixotrop maddə metamfetamindir və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 620 qram və 375 qram, ümumi təmiz çəkisi 995 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 14 dekabr 2023-cü il tarixdən qüvvəyə minmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 118-ci bəndinə əsasən - 400 (dörd yüz) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin xüsusilə külli miqdar təşkil edir. Göründüyü kimi ibtidai istintaq orqanı ibtidiai araşdırma zamanı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaqla təqsirəndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək proses tərəflərini dinləyərək yuxarıda göstərilən hallara və qanunun müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti ilə də bağlı qərar qəbul etməyi zəruri hesab edir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Həmin Məcəllənin 318.2-2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada ibtidai araşdırma aparıla bilər. Bu halda ibtidai araşdırma müddəti həmin iş prokurorluğa daxil olduğu vaxtdan əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Cinayət Prosessual Məcəlləsinin 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Cinayət Prosessual Məcəlləsinin 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Qanunun yuxarıda göstərilən müddəalarına əsasən məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, yenidən eyni məzmunlu cinayət əməllərinin törədilə biləcəkləri ehtimalının olması, məhkəməyədək icraat dövründə azadlıqda qalmaqla istintaqdan qaçıb gizlənəcəyinə və bununla da istintaqın normal gedişinə maneçilik edəcəyinə kifayət qədər əsasların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 (üç) ay müddətə, yəni 05 noyabr 2024-cü il tarixədək uzadılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155-ci, 159-cu və 318-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 (üç) ay müddətə, yəni 05 noyabr 2024-cü il tarixədək uzadılsın. Qərarın surəti proses tərəflərinə təqdim edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Sədrlik edən Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar