Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1771/2022 25.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 15 avqust 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri Suraxanı rayonu, Hovsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, Yataqxana 1 TTİ, ev 24-də qeydiyyatda olmaqla, Hövsan qəsəbəsi, Zığ bağları ev 1-də yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasından Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli qərarına əsasən Azərbaycan Respubliksı Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsinin 6 ay azadılmaqla azad olunmasına baxmaxaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 2,858 qram olan narkotik vasilə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 30cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 17:15 dəqiqədə Bakı şəhəri Suraxanı rayonu, Zığ Bağları qəsəbəsi, yaşadığı evin yaxınlığında saxlanılaraq 30-cu polis şöbəsinə aparılaraq, üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,858 qram olan, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və sağ yan cibindən 01 (bir) ədəd üzərində heroin izləri olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təqribən 6 ildir ki, narkotik vasitə heroindən hər gün çəkmək yolu ilə istifadə edir. Narkotik vasitə heroini Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 17 may 2022-ci il tarixdə Suraxanı rayonu, Zığ qəsəbəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin almışdır. Həmin heroinin bir hissəsini istifadə etmiş, qalanını isə daha sonra istifadə etmək üçün saxlamışdır. 19 may 2022-ci il tarixdə yaşadığı Suraxanı rayonu, Zığ Bağları nömrəsiz fərdi evdə olarkən polis əməkdaşları evə gəlib, onun oğurluqda şübhəli olduğunu bildirmişlər. Evdən 1,6 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sonra o, polis şöbəsinə aparılmış və iki gün orada saxlanılmışdır. Oğurluq zamanı o, cəzaçəkmə müəssisəsində olduğunu bildirmişdir. Polis əməkdaşlarının təzyiqi ilə üzərindən 2,8 qram narkotik vasitə heroin aşkar olunduğunu demişdir. İbtidai istintaq zamanı müstəntiqə ifadə verərəkən aşkar edilmiş narkotik vasitənin 1,6 qram təşkil etməsini bildirmişdir. Narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə verməmişdir. Elektron tərəzini heroini istifadə edərkən onun çəkisini müəyyən etmək üçün istifadə etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilidir. Şöbəyə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa olunması üçün ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 19 may 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saat 17:15-də Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış massivində saxlanılmış, narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və üzərində saxlanılmasında, daşımasında şübhəli olduğunu bildirərək onu 30-cu PŞ-nə dəvət elmişlər. Şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onun və Şahid2 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Onların təklifi ilə Mustala Ağayev əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü və sağ yan cibindən bir ədəd qara rəngli elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Mustafa Ağavev təqdim etdiyi bir ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu xx.xx.2022-ci il tarixdə axşam saatlarında Zığ qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Mustala Ağayevin üzərində şəxsi axtarış davam etdirilsə də başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş həmin bir ədəd büküm və bir ədəd elektron tərəzi ayrı-ayrılıqda kağız zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri imzalanaraq möhürlənmişdir. Sonda tədbirin nəticəsini özündə əks etdirən protokol tərtib olunmuş, bütün iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid B.H.Nəcəfovun ifadəsinə oxşar ifadə verdi. Məhkəmə-kimyəvi ekspertizasının 20 may 2022-ci il tarixli 6/2901 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərllər üçün № 194» dairəvi möhür əksi olan iki ədəd zərfdə olan üzərində «Təqsirləndirilən şəxs..» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,858 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs..» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd qara rəngli elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və bir ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. (Qeyd: Heroinin təmiz çəkisi 2,858 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,808 qram) Ambulator məhkəmə-narkoloji ekspertizasının 4578 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 2066 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcbui müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşin 32-33-cü vərəqlərindəki 19 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü, sağ yan cibindən bir ədəd qara rəngli elektron tərəzini çıxarıb təqdim etmiş, həmin bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsində üzdən tanıdığı, adını, soyadını, ünvanını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm və 01 ədəd elektron tərəzi götürülərək iki ədəd kağız zərfə qoyulub qablaşdırılmış, həmin zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. İşin 97-ci vərəqindəki xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf polietilen bükümü, sağ yan cibindən bir ədədə qara rəngli elektron tərəzini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu Zığ qəsəbəsində üzdən tanıdığı, adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən 30 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, elektron tərəzini isə yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümün və bir ədəd elektron tərəzi ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilmiş və sonuncunun üzərindən hər hansı bir qanunla saxlanılması qadağan olunmuş əşyanın aşkar edilməmişdir. İşin 156-164-cü vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində 19 may 2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-də şəxsi axtarış və götürmə istintaq hərəkəti zaman aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,858 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində narkotik vasitə heroin izləri olan bir ədəd qara rəngli elektron tərəzi və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab kimi tanınmış, ekspertiza tədqiqatına sərf edilmiş 0,05 qram nəzərə alınmaqla qalan 2,808 qram narkotik vasitə heroin və bir ədəd qara rəngli elektron tərəzi saxlanılması üçün Suraxanı RPİ-yə təhvil verilmiş, bir ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 112-117-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə və Salyan rayon Məhkəməsinin qərarının surətindən görünür ki, Ağayev X1 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Ağayev X1 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azadılmışdır. İşin 22-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları təkzib edildiyindən məhkəmə ifadəsinə tənqidi yanaşır, yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə olan məhkumluğu Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən ödənilmədiyindən, bu hal onun barəsində CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.2.-ci madəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə 65.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,858 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 2,808 qram hissəsi, həmçinin üzərində narkotik vasitə heroinin izi olan bir ədəd qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,858 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 2,808 qram hissəsi, həmçinin üzərində narkotik vasitə heroinin izi olan bir ədəd qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1771/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1771/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver