Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1772/2022 23.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı3, Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1986-cı il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən şəhəri, S.Dağlı küçəsi, ev 57də qeydiyyatda olan, 11 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 iyun 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum mənbədən, naməlum tarixdə satış məqsədi ilə qanunsuz olaraq 07 ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 9,641 qram, 0,449 qram, 0,521 qram, 0,926 qram, 0,470 qram, 0,480 qram və 0,450 qram - ümumi təmiz çəkisi 12,757 qram olan külli miqdar təşkil edən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini və 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 28,522 qram təşkil edən tərkibində narkotik vasitələr olan bitki mənşəli kütləni - çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsini əldə edib üzərində saxlayaraq daşımış və 11 iyun 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində inzibati ərazidə xidmət aparan Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman sağ əlində saxladığı qara rəngli sellofan paketin içərisindən 07 ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, ayrıayrılıqda təmiz çəkiləri 9,641 qram, 0,449 qram, 0,521 qram, 0,926 qram, 0,470 qram, 0,480 qram və 0,450 qram - ümumi təmiz çəkisi 12,757 qram olmaqla külli miqdar təşkil edən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 28,522 qram təşkil edən, tərkibində narkotik vasitələr olan bitki mənşəli kütləni - çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi və birinin üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və 28,522 qram olmaqla, şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, tutulmazdan təxminən 3 ay əvvəl marixuanadan istifadə etməyə başlamış, marixuananın qramını tanımadığı şəxslərdən 10 manata alıb əldə etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 11 iyun 2022-ci il tarixdə Sabunçuda dayanacaqda dayanarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb onu 12-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt üstündə narkotik olsa da nə üzərində, nə də əlində olan sumkada narkotik və ya tərəzilər olmamışdır. Hətta ittihamda göstərilən İran vətəndaşı ilə də danışmamışdır. Sumkası əlindən alınmış, onun özünü isə otağa aparmışlar. Saat 12-də təhqiqatçı gəlmiş, ona məxsus sumka gətirilmiş şəxsi axtarış aparıb sumkasından kakos, marixuana və iki ədəd tərəzi çıxartmışlar. O da polislərin istəyinə uyğun olaraq həmin narkotiklərin özünə məxsus olduğunu boynuna götürmüşdür. Bu barədə təhqiqatçı Ruslan onu təlimatlandırmış, o da şəxsi axtarış zamanı deyilənləri demişdir. Şəxsi axtarış çəkilişlə aparılmış və o, çəkiliş zamanı narkotiki iranlıdan aldığını, 40 manata satıb dolanışığını təmin edəcəyini demişdir. Dediklərini polisisn təlimatlandırması əsasında bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən başına gələnlər barədə heç nə deməmişdir. İstintaq zamanı şikayət etmək lazım olduğunu bilmədiyindən ona qarşı edilən qanunsuzluqlarla bağlı şikayət etməmişdir. Aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamış, təxminən üç ay əvvəl narkotik vasitə olan qurudulmuş marixuananın istifadəsi və satışı ilə məşğul olmağa başlamış və bu yolla pul qazanıb dolanmışdır. Maddi vəziyyəti pis olduğuna görə özünə narkotik vasitə almaqda çətinlik çəkmiş, ona görə adını, soyadını və ünvanını dəqiq bilmədiyi İran vətəndaşından qurudulmuş marixuananı nisbətən ucuz və nəğd qiymətə alaraq, kibrit qutusuna qablaşdırıb bir kibrik qutusunu 40 manata sataraq həm dolanmış, həm də özünə narkotik vasitə əldə etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 11 iyun 2022-ci il tarixdə adını bilmədiyi İran vətəndaşının hesabına 380 (üç yüz səksən) manat pul köçürərək sonuncudan narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. Həmin şəxs də ona məkan atmış və o, gedib Sabunçu rayonu, Sabunçu qəsəbəsindən zibil qutusunun yanından qurudulmuş marixuananı götürmüşdür. Sonra bir az piyada hərəkətdə olan zaman digər zibil qutusunun yanından bir ədəd kiçik çantada olan narkotik vasitə “kakos”u və tərəzini tapmış, həmin maddənin narkotik vasitə olduğunu bildiyi üçün onu da götürüb üzərində saxlamışdır. Bundan sonra Sabunçu rayonu, Şəhər şossesi ilə piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənədini istəmiş, üzərində heç bir sənədi olmadığını bildirərək ifşa olunmağından qorxub polislərdən yayınmağa çalışmış, lakin bu hərəkəti ilə polis əməkdaşlarının diqqətini çəkmiş və polislər ondan şübhələndikləri üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə şöbəyə getmiş, inzibati binanın xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçi dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə videogörüntü ilə baxış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt ərizə ilə müraciət edərək üzərinə baxış keçirilməsində vəkilinin iştirak etməsinə etiraz etmiş, çünki vəkilinin gələcəkdə onu yaxşı müdafiə edə bilməsi üçün üzərində olan narkotik vasitəni gözləri ilə görməsini istəməmiş, sonra üzərinə baxış keçirilmiş, həmin vaxt ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra sağ əlində saxladığı qara rəngli paketin içərisindən bir ədəd böyük və bir ədəd kiçik ölçülü tərəzini, bir ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuananı və yeddi ədəd sellofana bükülmüş vəziyyətdə olan narkotik vasitə olan heroini (kakosu) və əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd «Samsung» markalı telefonunu çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Qurudulmuş marixuananı tanımadığı İran vətəndaşından satış məqsədilə 380 manata almış, 07 büküm heroini və 02 ədəd tərəzini tapmış, «Samsung» markalı mobil telefon isə özünə məxsus olmuşdur. Bundan sonra şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr, tərəzilər və mobil telefon qablaşdırılmış, bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Üzərindən aşkar edilərək götürülmüş nəşəni və böyük tərəzini adını bilmədiyi İran İslam Respublikası vətəndaşına 380 manat pul köçürərək satış məqsədilə almış və iranlının deməsi ilə Sabunçu qəsəbəsində zibil qutusunun yanından götürmüş, üzərindən aşkar edilərək götürülmüş digər narkotik vasitə olan kakosu və kiçik tərəzini isə Sabunçu qəsəbəsində zibil qutusunun yanında tapmışdır. Aldığı nəşəni həm özü isitifadə etmək istəmiş, həm də satıb pul qazanmaq niyyətində olmuşdur. Belə ki, qurudulmuş marixuananın bir kibrit qutusunu 40 manata satmağı planlaşdırmışdır. 380 manata narkotik vasitə aldığı İran İslam Respublikası vətəndaşı haqqında heç bir məlumatı olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona heç bir təzyiq göstərilməmişdir (iş vərəqə: cild İ, səh. 67-70). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin PPXB əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 11 iyun 2022-ci il tarixdə, saat 03:00-da həmkarı - Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati ərazisində dislokasiya üzrə gecə növbəsində xidmət apararkən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi yolun kənarında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, sonra həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirərək onlardan yayınmağa çalışmış, verilən suallara dağınıq cavablar vermiş və tez bir zamanda aralanmaq istəmişdir. Həmin şəxsin bu kimi narahatlığı və üzərində qanunla əldə edilməsi, saxlanması və daşıması qadağan edilmiş əşya, və ya maddə olması onlarda şübhə yaratıdından şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmiş, polis şöbəsində həmin şəxsin xx.xx.1986-cı ildə Siyəzən şəhərində anadan olmuş, Abşeron rayonu, Hökməli qəsəbəsində kirayə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün şöbə rəisinə raportla müraciət etmiş və Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil vermişlər. Şöbənin təhqiqatçısı, polis baş leytenantı Firuz Qasımov tərəfindən şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək müdafiəçi dəvət edilmiş, həmin müddət ərzində Təqsirləndirilən şəxs tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən sonuncunun üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Sonra Təqsirləndirilən şəxs tələbi və xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərinə onun və Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində saxlayıb daşıdığı qanunla qadağan edilmiş əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunduqda sonuncu könüllü olaraq sağ əlində saxladığı qara rəngli paketin içərisindən bir ədəd böyük və bir ədəd kiçik ölçülü tərəzini, bir ədəd sellofana bükülmüş vəziyyətdə içərisində tünd yaşıl rəngli spesifik iyə malik ot kütləsini və yeddi ədəd sellofana bükülmüş vəziyyətdə içərisində tünd qəhvəyi rəngli maddəni, daha sonra əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra Ruslan suallara cavab olaraq təqdim etdiyi ot kütləsinin qurudulmuş marixuana olmasını və tanımadığı İran İslam Respublikası vətəndaşından satış məqsədilə 380 manata almasını, 07 ədəd bükümdəki maddənin isə narkotik vasitə olan heroin olmasını, həmin heroini və 02 ədəd tərəzini tapdığını, «Samsung» markalı mobil telefonun özünə məxsus olmasını bildirmişdir. Ruslanın deməsinə görə təxminən üç ay əvvəl narkotik vasitə marixuanadan istifadə etməyə başlamış və narkotik vasitənin satışı ilə məşğul olmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd böyük və bir ədəd kiçik ölçülü tərəzi, bir ədəd sellofana bükülmüş vəziyyətdə içərisində tünd yaşıl rəngli spesifik iyə malik ot kütləsi, yeddi ədəd sellofana bükülmüş vəziyyətdə içərisində tünd qəhvəyi rəngli maddə və bir ədəd «Samsung» markalı telefon təhqiqatçı Firuz Qasımov tərəfindən qablaşdırılaraq möhürlənmiş, sonra bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuş və videoçəkilişin qeydə alındığı disk protokola əlavə edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ilə analoji ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə haqqında» 11 iyun 2022-ci il tarixli prokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq sağ əlində saxladığı qara rəngli paketin içərisindən bir ədəd böyük və bir ədəd kiçik ölçülü tərəzini, bir ədəd selofana bükülmüş vəziyyətdə içərisində tünd yaşıl rəngli ot kütləsini və yeddi ədəd sellofana bükülmüş vəziyyətdə içərisində tünd qəhvəyi rəngli maddəni, daha sonra əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı telefonu çıxarıb təqdim etmiş, sorğu zamanı təqdim etdiyi ot kütləsinin qurudulmuş marixuana olmasını və tanımadığı İran İslam Respublikası vətəndaşından satış məqsədilə 380 manata almasını, 07 ədəd bükümdəki maddənin isə narkotik vasitə olan heroin olmasını, həmin heroini və 02 ədəd tərəzini tapdığını, «Samsung» markalı mobil telefonun isə özünə məxsus olduğunu, təxminən üç adır narkotik vasitə istifadə etməsini və narkotik vasitənin satışı ilə məşğul olmasını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd böyük və bir ədəd kiçik ölçülü tərəzi, bir ədəd selofana bükülmüş vəziyyətdə içərisində tünd yaşıl rəngli ot kütləsi və yeddi ədəd sellofana bükülmüş vəziyyətdə içərisində tünd qəhvəyi rəngli maddə, bir ədəd «Samsung» markalı mobil telefon zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Daha sonra şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh. 27-28). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə baxış keçirilməsi haqqında 17 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin CD diskdə əks edilmiş görüntülər 11 iyun 2022-ci il tarixdə saat 04:15-də qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində xidməti iş otağıdır. Videogörüntüdən müəyyən edilir ki, şöbənin təhqiqatçısı, polis baş leytenantı Firuz Qasımov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini sonuncuya təklif edir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq sağ əlində saxladığı qara rəngli paketin içərisindən bir ədəd böyük və bir ədəd kiçik ölçülü tərəzini, bir ədəd selofana bükülmüş vəziyyətdə içərisində tünd yaşıl rəngli ot kütləsini və yeddi ədəd sellofana bükülmüş vəziyyətdə içərisində tünd qəhvəyi rəngli maddəni, daha sonra əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı telefonu çıxarıb təqdim edir, sorğu zamanı təqdim etdiyi ot kütləsinin qurudulmuş marixuana olmasını və tanımadığı İran İslam Respublikası vətəndaşından satış məqsədilə 380 manata almasını, 07 ədəd bükümdəki maddənin isə narkotik vasitə olan heroin olmasını, həmin heroini və 02 ədəd tərəzini tapdığını, «Samsung» markalı mobil telefonun isə özünə məxsus olduğunu, təxminən üç adır narkotik vasitə istifadə etməsini və narkotik vasitənin satışı ilə məşğul olmasını bildirir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd böyük və bir ədəd kiçik ölçülü tərəzi, bir ədəd selofana bükülmüş vəziyyətdə içərisində tünd yaşıl rəngli ot kütləsi və yeddi ədəd sellofana bükülmüş vəziyyətdə içərisində tünd qəhvəyi rəngli maddə, bir ədəd «Samsung» markalı mobil telefon zərfə qoyulur, möhürlənir və imzalarla təsdiq olunur. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 90). Bundan başqa, məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə yerləşdirilmiş videogörüntülərlə müəyyən edildi ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 11 iyun 2022-ci il tarixli protokolun və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə baxış keçirilməsi haqqında 17 iyun 2022-ci il tarixli protokolun məzmununa uyğundur. “CD” formatlı həmin diskin nümayişi zamanı hər hansı prosesual pozuntuya yol verilmədiyi müəyyən edilmişdir (iş materialları). Cinayət işinə məhkəmə baxışı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 11 iyun 2022-ci il tarixli, 7/613 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ...» sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofonda təmiz çəkisi 28,522 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Tərəzinin üzərində marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmamışdır. Tədqiq olunan rəydən həmçinin görünür ki, tədqiqata təqdim olunan marixuananın ümumi təmiz çəkisi 28,522 qram təşkil etmiş, 0,05 qram tədqiqata sərf edilmiş, 28,472 qram isə qalıq qalmışdır (iş vərəqə: cild İ, səh. 44-48). Bundan başqa, məhkəmə baxışı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizanın 11 iyun 2022-ci il tarixli, 6/3286 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin zərflər üçün №159 dairəvi möhür əksləri olan Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ...» sözləri, imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 07 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,461 qram, 0,449 qram, 0,521 qram, 0,926 qram, 0,470 qram, 0,480 qram və 0,450 qram - ümumi təmiz çəkisi 12,757 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 07 (yeddi) ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd qara rəngli elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün digər bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Tədqiq olunan rəydən həmçinin görünür ki, tədqiqata təqdim olunan heroinin ümumi təmiz çəkisi 12,757 qram olmuş, tədqiqata cəmi 0,35 qram sərf edilmiş, 12,407 qram isə ümumi qalıq qalmışdır. Heroin 2005-ci il 28 iyun tarixli, Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: cild İ, səh. 37-42). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 20 iyul 2022 il tarixli, 3954 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 113-114). İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 12,757 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 28,522 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və iki ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 12,407 qram narkotik vasitə heroin, 28,472 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və iki ədəd elektron tərəzi maddi sübut olaraq saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması prosesinin videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 115-123). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* saylı cinayət işindən onun küllü miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 115-123; 125-126). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, qurudulmuş marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 12,757 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi külli miqdar həddində olsa da, qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisi isə 28,522 qram olaraq qeyd olunan siyahıya əsasən külli miqdar təşkil etməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 12,757 qram olmaqla külli miqdar təşkil etməsi, külli miqdar təşkil etməsə belə ondan, həmçinin qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilib götürülməsi, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması, aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin 7 ədəd bükümlərdə aşkar edilib götürülməsi, orda xırda ölçülü əşyaların ölçülməsində istifadə olunan 2 ədəd elektron tərəzinin aşkar edilib götürülməsi, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda, həmçinin qurudulmuş marixuana narkotik vasitəsini əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini külli miqdarda, o cümlədən şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs həməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və sonuncu həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, o cümlədən saxlanılarkən onda ittiham aktında qeyd edildiyi qədər narkotik vasitə olmaması, üzərinə qanunsuz olaraq ittihamda göstərilən miqdarda narkotik vasitə qoyulması, etiraf etməsinə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 92-93). Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 20 iyul 2022 il tarixli, 3954 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmaqla barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 11 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 iyun 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 iyun 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan ümumi təmiz çəkisi 12,407 qram təşkil edən heroin narkotik vasitəsi, 28,472 qram qurudulmuş marixuana narkotik vasitəsi və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən sübut növü kimi qiymətləndirilmiş bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 144 (bir yüz qırx dörd) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan ümumi təmiz çəkisi 12,407 qram təşkil edən heroin narkotik vasitəsi, 28,472 qram qurudulmuş marixuana narkotik vasitəsi və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması prosesinin videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 144 (bir yüz qırx dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1772/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1772/2022
23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver