Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1773/2022 01.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1966-cı il sentyabrın 09-da Naxçıvan MSSR-in Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməmiş, ikinci dərəcəli əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 3, mənzil 44 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış 9,439 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, kustar üsulla hazırlanmış 19,653 qram çəkidə külli miqdarda narkotik vasitə tiryəki, kustar üsulla hazırlanmış 7,019 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində və yaşadığı Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 3, mənzil 44 ünvanında saxlamış, 2022-ci il iyunun 06-da saat 19:30 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanının qarşısında saxlanaraq Bakı şəhərinin Nizami Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə 4,631 qram təmiz çəkidə tünd qəhvəyi rəngli qətrana bənzər kütlə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd qızılı rəngli kağız bükümdə 0,194 qram təmiz çəkidə qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürüldükdən sonra əməliyyat tədbirlərinin davamı olmaqla həmin tarixdə saat 21:30-da Təqsirləndirilən şəxs razılığı əsasında yaşadığı Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 3, mənzil 44 ünvanına baxış keçirilərkən yataq otağında olan çarpayının altındakı qara rəngli pul qabının içərisindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 15,022 qram təmiz çəkidə tünd qəhvəyi rəngli qətrana bənzər kütlə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, iki ədəd şəffaf sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda 4,742 qram və 4,503 qram, ümumilikdə 9,245 qram təmiz çəkidə kustar üsulla hazırlanmış qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 7,019 qram təmiz çəkidə ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, dörd ildən çoxdur narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. «İnstagram» sosial şəbəkəsində tanış olduğu Ramin adlı İran İslam Respublikası vətəndaşı ilə «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxladıqda sonuncu onun üçün göstərilən maddələrdən təşkil edə biləcəyini demiş və o, Raminin verdiyi hesaba «milli ön» aparatı vasitəsi ilə pul göndərməklə çekin şəklini çəkərək atmışdır. Bundan sonra sonuncu ona narkotik vasitənin qoyulduğu yeri bildirmiş və o, həmin yerə yollanıb sifarişini götürmüşdür. 2022-ci il iyunun 03-də o, yenidən narkotik vasitə və psixotrop maddə əldə etməyi fikirləşmiş və «WhatsApp» proqramı vasitəsi ilə Raminlə əlaqə saxlamış, sonuncunun verdiyi bank hesabına «milli ön» aparatı vasitəsi ilə 150 manat köçürməklə çekin çəkdiyi şəklini atdıqdan sonra Ramin sifarişinin qoyulduğu yerin fotoşəklini göndərmiş, o da Bakı şəhəri Suraxanı rayonunun Suraxanı qəsəbəsində yerləşən avtobus dayanacağının yanındakı işıq dirəyinin altından üç ədəd büküm narkotik vasitə heroini, iki ədəd büküm narkotik vasitə tiryəki və bir ədəd büküm psixotrop maddə metamfetamini götürərək kirayədə qaldığı Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 3, mənzil 44 ünvanına aparıb gizlətmişdir. 2022-ci il iyunun 06-da saat 19:30 radələrində o, ünvan 4 ünvanının qarşısında olduğu zaman özlərini polis əməkdaşları kimi təqdim edən iki nəfər mülki geyimli şəxs yaxınlaşmaqla onu dəvət etdikləri Bakı şəhərinin Nizami Rayon Polis İdarəsində videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən əynində olan köynəyin sol cibindən bir ədəd mənzil açarını, göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan və bir ədəd qızılı rəngli kağız bükümləri çıxararaq təqdim edib içərisindəki narkotik vasitələr tiryəki və heroini necə əldə etdiyini izah etməklə kirayələdiyi ünvanda da narkotik saxladığını bildirmişdir. Bundan sonra polislər onun razılığı ilə yaşadığı ünvanda videoçəkilişlə baxış keçirəndə o, yataq otağındakı yataq dəstinin altında saxladığı bir ədəd qara rəngli qadın pul qabından iki ədəd büküm narkotik vasitə heroin, bir ədəd büküm narkotik vasitə tiryək və bir ədəd büküm psixotrop maddə metamfetamin çıxarmış, göstərilən kütlələri özü qəbul etmək üçün Ramin adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə necə əldə etdiyini təzədən danışmışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İİ qrup əlil olduğundan narkotiki bədənindəki ağrıları aradan qaldırmaqdan ötrü əldə etmişdir. Əməlindən həddindən artıq peşman olmuşdur. Polis işçiləri tərəfindən ona qarşı heç bir fiziki zor və ya mənəvi təzyiq göstərilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, 2022-ci il iyunun 06-da Təqsirləndirilən şəxs Bakı şəhərinin Nizami rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlamasına dair daxil olan məlumatı yoxlamaq məqsədi ilə ondan, habelə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradıldıqdan sonra saat 19:30 radələrində ünvan 4 ünvanının qarşısına gedib orada zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən bir nəfərə yaxınlaşmaqla özlərini təqdim etmiş və həmin şəxsin kim olduğunu dəqiqləşdirərək narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu Bakı şəhərinin Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmaqla sonuncu könüllü olaraq əynində olan göy rəngli köynəyin sol döş cibindən yaşadığı mənzilin açarını, göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan və bir ədəd siqaretin qızılı kağız bükümləri çıxarıb təqdim etməklə bükümlərdə narkotik vasitələr tiryək və heroin olduğunu, göstərilən maddələri Ramin adlı İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə öz şəxsi istifadəsi üçün pul müqabilində alaraq üstündə daşıdığını və yaşadığı Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 3, mənzil 44 ünvanında da narkotik vasitələr saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə qeyd olunan ünvanda videoçəkilişlə baxış keçirilərkən sonuncu yataq otağında olan çarpayının altındakı qara rəngli pul qabının içərisindən dörd ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitələr tiryək və heroini, psixotrop maddə metamfetamini özü qəbul etməkdən ötrü hansı qaydada Ramin adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə əldə etdiyini yenidən izah etmişdir. Aşkar olunan kütlələr paketlərə qablaşdırılıb möhürlənmiş və üzərləri iştirakçılar tərəfindən imzalanmışdır. Tərtib olunan protokolların doğruluğu imzalarla təsdiq edilmişdir. Saxlanan şəxsə qarşı fiziki zorakılıq və ya mənəvi təsir tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 Şahid2 ilə analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, əri Təqsirləndirilən şəxs narkotik aludəçisi olmaqla bədənindəki ağrılara görə həmin kütlələri qəbul etsə də heç kimə satmamışdır. Sonuncu 2022-ci il iyunun 06-da narkotik vasitə əldə etməsi, saxlaması və daşımasına görə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və göstərilən tarixdə onun evdə olmadığı müddətdə Kifayətin iştirakı ilə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 3, mənzil 44 ünvanında baxış keçirilmişdir. O, sonradan yataq otağında yerləşən çarpayının altındakı qara rəngli qadın pul qabının içərisindən dörd ədəd bükümdə narkotik vasitə və psixotrop maddə aşkar edildiyini öyrənmişdir. İş materiallarındakı Kifayət adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 2022-ci il 06 iyun tarixli raportları əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin qəbul etdiyi 2022-ci il 06 iyun tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından və eyni tarixli Ə348-087-22 №-li əməliyyat qrupunun yaradılması barədə əmrinin kserosurətindən, habelə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 07 iyun tarixli qərarının surətindən görünür ki, həmin şəxs 2022-ci il iyunun 06-da saat 19:30 radələrində ünvan 4 ünvanının qarşısında saxlanıb Bakı şəhərinin Nizami Rayon Polis İdarəsinə gətirilmiş, məhkəmə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 3-4, 7 və 50). İş materiallarındakı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2022-ci il 06 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 19:30-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun ailə üzvlərinə məlumat vermək hüququ təmin edilmişdir, protokola etiraz və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 18). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci il 06 iyun razılıq ərizəsindən, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi eyni tarixli və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022ci il 12 sentyabr tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncu əynində olan göy rəngli köynəyin sol döş cibindən bir ədəd mənzil açarını, göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan və bir ədəd qızılı rəngli kağız bükümləri təqdim edərək bükümlərdəki müvafiq qaydada narkotik vasitələr tiryək və heroini iki gün qabaq İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün alıb üstündə saxladığını, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yaşadığı ünvanda da narkotik maddələrin olduğunu bildirmiş, açar tutulan şəxsə qaytarılmış, digər aşkarlananlar zərfə qablaşdırılaraq götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmış, heç bir ərizə və şikayət, protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə baxış keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 29-32 və 172-173). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci il 06 iyun tarixli razılıq ərizələrindən, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi eyni tarixli və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022ci il 12 sentyabr tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 3, mənzil 44 ünvanına baxış keçirilərkən sonuncu yataq otağında olan çarpayının altındakı qara rəngli pul qabının içərisindən dörd ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisindəki narkotik vasitələri və psixitrop maddəni iki gün qabaq İran İslam Respublikasının vətəndaşından öz istifadəsi, bədənindəki ağrıları kəsmək üçün alaraq evində saxlamaqla heç kimə satmağını bildirmiş, aşkarlananlar zərfə qablaşdırılıb götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmış, heç bir ərizə və şikayət, protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə baxış keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 33-34, 36-38 və 174-175). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 07 iyun tarixli 6/3189 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərlərində AR DİN «Zərflər üçün № 162» möhür əksi, «…Təqsirləndirilən şəxs...» və s. adlar, soyadlar, imzalar olan iki ədəd kağız paketdən 1 №-li paketdəki bir ədəd bükümdə təmiz çəkisi 4,631 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd bükümdə təmiz çəkisi 0,194 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 №-li paketdəki bir ədəd qara rəngli pul kisəsindəki bir ədəd bükümdə təmiz çəkisi 15,022 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; bir ədəd bükümdə təmiz çəkisi 4,742 qram qəhvəyi rəngli maddə kütləsi və bir ədəd bükümdə təmiz çəkisi 4,503 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 7,019 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 №-li və 2 №-li kağız paketlərdəki narkotik vasitə tiryək kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edir; 1 №-li və 2 №-li kağız paketlərdəki qəhvəyi rəngli narkotik vasitə heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edir; bu heroin kütlələri 2 №-li kağız paketdəki açıq qəhvəyi rəngli narkotik vasitə heroin kütləsindən kimyəvi komponent tərkiblərinə görə fərqlidir, narkotik vasitə heroinin, narkotik vasitə tiryəkin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 9,319 qram, 19,553 qram və 6,919 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 110 manatdır (1-ci cild, iş vərəqi 45-48). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 08 iyun tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 74-76). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 08 iyun tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il iyunun 06-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 94-97). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il iyunun 29-da tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2014-cü il 25 dekabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2015-ci il dekabrın 12-də cəzasının sonu ilə azad edilmişdir (1-ci cild, iş vərəqi 101-106). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 28 iyun tarixli 5791 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs orada müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 107). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2013-cü il 17 iyul tarixli 253364 №-li əlilin vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliyə görə İİ qrup əlildir (1-ci cild, iş vərəqi 128). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 27 iyul tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd «Samsung Galaxy A5» markalı mobil telefon götürülmüş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 129-130). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin 2022-ci il 06 sentyabr tarixli 104-4793-1222 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini, narkotik vasitə tiryəki və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyənləşdirmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 153). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 04 avqust tarixli 4263 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, sonuncunun İİ qrup əlilliyi nəzərə alınaraq məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 154-155). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 12 sentyabr tarixli protokollardan görünür ki, bir ədəd «Samsung Galaxy A5» markalı mobil telefona və «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 12 sentyabr tarixli AZF/LGL-14839/22 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamış, fotocədvəl birinci protokola, CD diski ikinci protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 176-178 və 200- 201). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 12 sentyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs göstərilən maddədə nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 179-181). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 13 sentyabr tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, onun barəsində Azərbaycan Respublikasının CMnin 206-cı, 234.4.1.-ci və 234.4.4.-cü maddələri, Şahid1 barəsində Azərbaycan Respublikasının CM-nin 307.1.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə hazırki cinayət işindən Azərbaycan Respublikasının CMnin 234.4.3.-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin, narkotik vasitə tiryəkin və psixotrop maddə metamfetamin tədqiqatdan sonrakı təqdiqatdan sonrakı müvafiq qaydada 9,319 qram, 19,553 qram və 6,919 qram çəkidə qalıqları saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, iki ədəd DVD-R diskinin cinayət işinin materillarına əlavə olunması nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 202-217 və 219-220). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinin 2022-ci il 02 noyabr tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs «ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla sağ ağciyərin sirrotik vərəmi VMB (-)»diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlildir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, yəni satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış 9,439 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, kustar üsulla hazırlanmış 19,653 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki, kustar üsulla hazırlanmış 7,019 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində və yaşadığı Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 3, mənzil 44 ünvanında saxlamasını, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, narkotik vasitə tiryək şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 50 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs İİ qrup əlilliyini, əməlindən səmimi peşmanlığını işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs İİ qrup əlil olduğundan ona narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin, narkotik vasitə tiryəkin və psixotrop maddə metamfetamin tədqiqatdan sonrakı təqdiqatdan sonrakı müvafiq qaydada 9,319 qram, 19,553 qram və 6,919 qram çəkidə qalıqları məhv edilməli, iki ədəd DVD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 110 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 35 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 210 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il iyunun 06-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il iyunun 06-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 110 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 210 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin, narkotik vasitə tiryəkin və psixotrop maddə metamfetaminpsixotrop maddə metamfetaminpsixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı təqdiqatdan sonrakı müvafiq qaydada 9,319 qram, 19,553 qram və 6,919 qram çəkidə qalıqları məhv edilsin, iki ədəd DVD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1773/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1773/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver