Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1775/2021 23.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti X12, müdafiəçilər - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X13 və X14 iştirakı ilə, xx xxxxxxxx 1980-ci il tarixdə Rusiya Federasiyasının Qorki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli qərarı ilə cəzadan 5 ay 3 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 310-cu və 32.4, 312.2-ci maddələri, xx xxxxx 1980-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməsinin 12 fevral 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli amnistiya qərarının 1.3 və 4-cü maddələrinə əsasən cəzadan azad olunmuş, Bakı Hərbi Məhkəməsinin 15 oktyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 334.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin 10 may 2004-cü il tarixli 61 saylı Əfv Fərmanına əsasən cəzadan azad olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya Qərarının 1.8-ci maddəsinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dimitrov küçəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 310-cu və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişlər, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ünvan 3 ünvanında yerləşən inzibati binasında sənədlərin qəbul olunması üçün nəzərdə tutulan otaqdan gizli şəkildə götürdüyü, əlillik vəziyyətinin “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 0329003AAJ0L nömrəli göndərişi əsasında 05.04.2021-ci il tarixdə qiymətləndirilərək göndərişin natamam doldurulması barədə qərar qəbul edilməsindən narazı olması ilə əlaqədar Şahid3 2021-ci ilin iyul ayının əvvəllərində qeyd edilən Agentliyə etdiyi müraciət ilə əlaqədar üzərində Şahid3 oğlu Şahid4 mobil telefon nömrəsinin də qeyd olunduğu Şahid3 şəxsiyyət vəsiqəsinin surəti əsasında məlumatlandıqdan sonra istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən 02 iyul 2021-ci il tarixdə Şahid3 oğlu Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı kimi təqdim edib tanışı olan həmin Agentliyin səlahiyyətli rəhbər vəzifəli şəxsinin əlillik dərəcəsini təyin etmək səlahiyyətinin olmasını yalandan qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə Şahid4 bildirərək, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs qismində özlərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid3 əlillik dərəcəsi verilməklə əlilliyə görə əmək pensiyasını bərpa etdirəcəyini aldatmaqla bildirərək, Şahid3 oğlu Şahid4 vasitəsilə razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə, 05 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının yaxınlığında oraya həmkəndlisi Şahid5 ilə gələn Şahid3la görüşərək Şahid5 idarə etdiyi “Naz Lifan 620” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində sonuncunun yanında Şahid3 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini şəxsən alaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid3 məxsus 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, özbaşına özlərinin vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ünvan 4 ünvanında yerləşən inzibati binasında sənədlərin qəbul olunması üçün nəzərdə tutulan otaqdan gizlin şəkildə götürdüyü, əlillik vəziyətinin “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 0307003AAEEU nömrəli göndərişi əsasında 21.04.2021-ci il tarixdə qiymətləndirilərək göndərişin natamam doldurulması barədə qərar qəbul edilməsindən narazı olması ilə əlaqədar Şahid2 2021-ci ilin iyul ayında qeyd edilən Agentliyə etdiyi müraciət ilə əlaqədar üzərində Şahid2 mobil telefon nömrəsinin də qeyd olunduğu sonuncunun şəxsiyyət vəsiqəsinin surəti əsasında qeyd edilən ərəfədə məlumatlandıqdan sonra istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 29 iyul 2021-ci il tarixdə zəng edərək özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı kimi təqdim edib tanışı olan həmin Agentliyin səlahiyyətli rəhbər vəzifəli şəxsinin əlillik dərəcəsini təyin etmək səlahiyyətinin olmasını yalandan qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə Şahid2 bildirərək, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs qismində özlərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməli olduğunu bildirib, sonuncunun cinayətdən xəbərsiz qohumu Şahid7 ilə danışdıqdan sonra isə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid2 əlillik dərəcəsi verilməklə əlilliyə görə əmək pensiyasını bərpa etdirəcəyini aldatmaqla bildirərək, Şahid2 razılığını almaqla sövdələşib, həmin niyyətlə, 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi 762 ünvanında yerləşən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yaxınlığında Şahid7 və sonuncunun əri Şahid6 ilə görüşərək sonuncudan Şahid2 məxsus 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini şəxsən alaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə Şahid2 məxsus 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özlərinin vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ünvan 3 ünvanında yerləşən inzibati binasında Tibbi sosial ekspertiza xidmətinin təşkili departamentinin cinayətdən xəbərsiz böyük mütəxəssisi X9 xidməti otağından gizli şəkildə götürdüyü, əlillik vəziyətinin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 0329003AAJ0L nömrəli göndərişi əsasında 05.08.2021-ci il tarixdə qiymətləndirilərək əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilməsindən narazı olması ilə əlaqədar Şahid1 2021-ci ilin avqust ayının əvvəlində qeyd edilən Agentliyə etdiyi müraciət ilə əlaqədar üzərində Şahid1 mobil telefon nömrəsinin də qeyd olunduğu sonuncunun xəstəliyi ilə bağlı sənədləri və şəxsiyyət vəsiqəsinin surəti əsasında qeyd edilən ərəfədə məlumatlandıqdan sonra istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən 13 avqust 2021-ci il tarixdə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2la birlikdə zəng edərək özlərini vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları kimi təqdim edib tanışları olan həmin Agentliyin səlahiyyətli rəhbər vəzifəli şəxsinin əlillik dərəcəsini təyin etmək səlahiyyətinin olmasını Şahid1 yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs qismində özlərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəklərini, yəni Şahid1 əlillik dərəcəsi verilməklə əlilliyə görə əmək pensiyası təyin etdirəcəyini yalandan vəd etməklə, Şahid1la Təqsirləndirilən şəxs2la birlikdə şəxsən razılaşmaqla sövdələşib, həmin niyyətlə 19 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının yaxınlığında Şahid1la görüşərək sonuncudan 500 (beş yüz) manat məbləğdə pul vəsaitini şəxsən alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etmiş, özbaşına özlərinin vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Şahid2 və Şahid6 tanıyır. Belə ki, qohumu Təqsirləndirilən şəxs2 2021-ci ilin iyul ayının hazırda xatırlamadığı günündə ona bir nəfər şəxsin anket məlumatlarını və mobil telefon nömrəsini verərək həmin şəxsin əlilliklə bağlı əmək pensiyası almaq üçün müraciət etdiyini, hələki ona müsbət cavab verilmədiyini bildirmiş və qazanc əldə etmək üçün nə edə biləcəklərini soruşmuşdur. O da bu işlə məşğul olub ona bir cavab verəcəyini bildirmişdir. Səbuhinin ona təqdim etdiyi anket məlumatlarında şəxsin Şahid2 olduğu göstərilmişdir. Təxminən 2021-ci ilin iyul ayının sonlarında o, öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Bünyadın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək özünü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X6 adlı həkimi kimi təqdim edərək əlillik dərəcəsinin alınması ilə bağlı müraciəti ilə onun məşğul olduğunu bildirmişdir. Bünyad özü ona 5 il ərzində əlilliklə bağlı əmək pensiyası aldığını, son 4 ay ərzində isə pensiyasının dayandırıldığını bildirmişdir. O, Bünyada bu məsələ ilə ona bağlı kömək edə biləcəyini, lakin müəyyən qədər pul lazım olacağını demiş, Bünyad da onunla əlaqə saxlayacağını bildirmişdir. Danışıqlarından bir az sonra Bünyadın qohumu olan Şahid7 adlı qadın hazırda xatırlamadığı mobil telefon nömrəsindən ona zəng edərək Bünyadın əlillik dərəcəsi ilə bağlı maraqlanmışdır. O da Şahid7 bu işlə özünün məşğul olduğunu, işi həll edə biləcəyini, lakin işin həll olunması üçün 2500 manat məbləğində pul verməli olduqlarını bildirmişdir. Şahid7 Bünyadın maddi imkanının aşağı olduğunu deyərək 2500 manatı ödəyə bilməyəcəyini bildirdikdə o, aralarında olan danışıqlardan sonra 1500 manat pul müqabilində həmin məsələni həll etməyə razılıq vermişdir. Şahid7 həmin pulun 400 manatını əvvəlcədən, qalan 1100 manatını isə iş həll olunduqdan sonra verəcəyini bildirmiş, o da buna razılıq vermişdir. Aralarında olan sövdələşmədən bir neçə gün sonra, təxminən 03-04 avqust 2021-ci il tarixdə telefon vasitəsilə danışaraq Yasamal rayonu ərazisində yerləşən Respublika xəstəxanasının yanında görüş təyin etmişlər. Həmin gün təxminən saat 19 radələrində Şahid7 əri Tərlanla birlikdə oraya gələrək ona zəng etmişlər. O da bir neçə dəqiqə sonra həmin əraziyə gedərək Afət və Tərlanla görüşmüşdür. Orada Tərlan 400 manat məbləğində pulu ona verərək Bünyadın adı elektron portalda çıxdıqdan sonra qalan 1100 manat məbləğində pulu da verəcəklərini bildirmişdir. O da yalandan vəd verdiyi üçün həmin vaxtdan sonra heç birinin telefonlarına cavab verməmiş, sonradan isə həmin nömrəni söndürərək bir daha istifadə etməmişdir. Bundan başqa, 2021-ci ilin avqust ayının hazırda dəqiq xatırlamadığı günündə Səbuhi adlı qohumu onunla Xətai rayonu, Əhmədli qəsəbəsində görüşərək ona 3 ədəd sənəd vermiş və həmin sənədləri tapdığını bildirmiş, lakin haradan tapması barədə heç nə deməmişdir. O, həmin sənədlərə baxdıqda 3 nəfər ayrı-ayrı şəxsin əlillik dərəcəsinin təyin edilməsi üçün müraciət forması olduğunu və onların hər birinə imtina gəldiyini başa düşmüşdür. Bundan sonra o, istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən sənəddə adları qeyd edilən şəxslərə zəng etmişdir. Hər üç şəxslə danışaraq özünü Dövlət Tibbi-Sosial Ekseprtiza və Reablitasiya Agentliyinin həkimi kimi təqdim etməklə adının Azər olduğunu bildirmiş və əlillik dərəcələrinin təyin edilməsinə köməklik göstərə biləcəyini deyərək bunun müqabilində 500 manat pul istəmişdir. Həmin şəxslərdən iki nəfəri onun təklifindən imtina etsə də, Şahid1 adlı şəxs onun təklifi ilə razılaşaraq əlillik dərəcəsinin təyin edilməsində ona köməklik göstərməyini xahiş etmişdir. O, bu işdə köməklik göstərəcəyini vəd edərək bunun müqabilində 500 manat pul istəmiş, lakin Şahid1 maddi imkanı aşağı olduğu üçün 300 manat verə biləcəyini bildirmişdir. O, Şahid1 rəhbərlik ilə danışaraq yenidən onunla əlaqə saxlayacağını bildirmiş və bir neçə saat sonra yenidən sonuncuya zəng edərək rəhbərliyin 300 manat razılaşmadığını, 500 manat tələb etdiyini demişdir. Bundan sonra Şahid1 həmin pulu verməyə razılaşmışdır. Şahid1 Ağdaş rayonunda yaşadığını, 19 avqust 2021-ci il tarixdə Bakı şəhərinə gələrək pulu verəcəyini demişdir. Şahid1 qeyd edilən tarixdə Bakı şəhərində gələrək ona zəng etmiş və onunla metronun “Əhmədli” stansiyasının yaxınlığında görüşərək 500 manat pulu ona verdikdən sonra o, hüquqmühafizə orqanı əməkdaşları tərəfindən saxlanılmışdır. Şahid3 Dövlət Tibbi-Sosial Ekseprtiza və Reablitasiya Agentliyinə əmək pensiyasının dayandırılması barədə qərardan şikayət etməsi barədə müraciəti üzrə təqdim etdiyi sənədləri qohumu Təqsirləndirilən şəxs2 həmin Agentlikdən gizli şəkildə götürərək ona bu barədə məlumat vermişdir. Əvvəlcə Səbuhi onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən həmin sənədlərin üzərində qeyd olunmuş hazırda xatırlamadığı telefon nömrəsinə zəng etmişdir. Telefona Şahid3 həmkəndlisi Elmar adlı şəxs cavab vermişdir. Səbuhi özünü və onu Dövlət Tibbi-Sosial Ekseprtiza və Reablitasiya Agentliyinin əməkdaşı kimi təqdim etdikdə Elmar onlara Şahların oğlu Xəzərlə əlaqə saxlamalarını bildirmişdir. Şahid3 sənədlərinin üzərində oğlu Xəzərin də mobil telefon nömrəsi yazıldığından o, istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Xəzərin istifadəsində olan hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng etmiş və onlar Xəzərə özlərini Dövlət Tibbi-Sosial Eksepertiza və Reablitasiya Agentliyinin əməkdaşları kimi təqdim edərək atası Şahid3 əmək pensiyasının bərpa olunması məsələsi ilə onların məşğul olduqlarını bildirmişdir. Hazırda dəqiq xatırlamasa da bir neçə dəfə Xəzərlə telefonda danışaraq 1500 manat pul müqabilində atasının əmək pensiyası məsələsini həll etməyə yalandan söz verib razılaşmışlar. Şahid3 eşitmə qabiliyyəti zəif olduğundan danışıqları onun oğlu Xəzərlə aparmışlar, sonuncu da atası ilə danışıb razılaşdıqdan sonra onlara cavab demişdir. Onlar razılaşdıqdan sonra Şahid3 həmkəndlisi Şahid5lə Bakı şəhərinə gələrək metronun “Əhmədli” stansiyasının yaxınlığında onunla görüşmüşlər. Elmarın idarə etdiyi avtomobilin içərisində Şahid3 ona 1500 manat pul vermişdir. Daha sonra o, həmin puldan 350 manatını Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 Şahid2 anket məlumatlarını, əlillik dərəcəsi almaq istəməsi barədə məlumatı, eləcə də mobil telefon nömrəsini ona qazanc əldə etmək niyyəti ilə vermişdir. Belə ki, Səbuhi ona həmin məlumatları verərkən qeyd edilən şəxslə danışıb pul ala biləcəyini düşünmüşdür. O isə həmin şəxslə danışıb razılığa gəlsə də, Səbuhiyə danışdığı şəxsin razılaşmadığını demiş, lakin sonradan özü razılığa gələrək həmin pulu almışdır. Səbuhi qeyd olunan məlumatları Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən gizli şəkildə götürərək ona vermişdir. Şahid2 əlillik dərəcəsi düzəldilməsi adı ilə aldığı 400 manat pulun heç bir hissəsini Səbuhi İbrahimsova verməmişdir. Təqsirləndirilən şəxs2 ilə alacaqları pulun aralarında bölünməsi barədə əvvəlcədən razılıqları olmamışdır. Təqsirləndirilən şəxs2 Şahid1 barəsində olan sənədləri ona verərkən həmin sənədləri tapdığını bildirmişdir. Məhkəmədən törətdiyi əməldən peşman olmasının, vurulmuş ziyanın tam ödənilməsinin, ona qarşı heç bir şikayət və tələbin olmamasının nəzərə alınaraq barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır. Emil onun qohumudur, son illərdə aralarında mehriban münasibət yaranmış və dostluq etməyə başlamışlar. Təxminən 2021-ci ilin iyul ayının hazırda xatırlamadığı günündə o, Birinci Qarabağ müharibəsi veteranı olan qohumu X1 oğlu Anar Məmmədovla birlikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aparmışdır. Belə ki, Alim Məmmədov əvvəllər əlilliklə bağlı əmək pensiyası alsa da, son zamanlar onun pensiyası dayandığından bununla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə getmək qərarına gəlmişdir. Alim əlilliyi ilə əlaqədar yeriməkdə çətinlik çəkdiyindən o da Alimin Agentliyə getməsinə kömək etmək məqsədilə oraya getmişdir. Agentlikdə olarkən Alimin xəstəliyi ilə bağlı sənədləri o, özü əlində saxlamış və tələb olunan sənədləri əlindəki çantadan çıxararaq həkimlərə təqdim etmişdir. Agentlikdə onları qəbul etdikləri otaqda masanın üzərində başqa sənədlər də olmuşdur. O, Alimin sənədlərini də həmin masanın üzərinə qoymuşdur. Orada işləri bitdikdən sonra o, Alimin sənədlərini həmin masanın üzərindən götürmüş və birlikdə həmin Agentliyin binasını tərk etmişlər. Sonradan həmin sənədlərə baxdıqda Alimin sənədlərinin içərisində başqa bir şəxsin şəxsiyyət vəsiqəsinin surətinin olduğunu, həmin şəxsiyyət vəsiqəsinin aşağısından sadə qələmlə telefon nömrəsi və “imtina edilib” sözlərinin yazıldığını görmüşdür. Bundan sonra Alim və oğlu evlərinə getmiş, o isə işə tələsdiyindən Agentliyə geri qayıtmadan həmin şəxsiyyət vəsiqəsinin surətini cibinə qoyaraq metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən iş yerinə getmişdir. O, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs1lə görüşmüşdür. Emil ondan haradan gəldiyini soruşduqda o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən gəldiyini bildirmişdir. Söhbət əsnasında Emilə həmin Agentlikdən səhvən başqa adamın sənədini götürdüyünü demişdir. Emil həmin sənədi ondan alaraq baxmış və həmin şəxslə danışıb əlilliyə görə əmək pensiyası düzəldə biləcəyini deyərək pul alacağını bildirmişdir. O da həmin şəxsiyyət vəsiqəsinin surətini Emilə vermişdir. Bir neçə gün sonra, təxminən 2021-ci ilin iyul ayının sonları, avqust ayının əvvəllərində Emil onunla görüşərək onun verdiyi sənədin üzərindəki telefon nömrəsi ilə əlaqə saxladığını, telefona Oğuz rayonundan olan bir kişinin cavab verdiyini, həmin kişiyə əlilliklə bağlı əmək pensiyası düzəldə biləcəyini dediyini, daha sonra həmin məsələ ilə bağlı bir qadının onunla danışıb görüşdüyünü, həmin qadının bu işdə köməklik göstərdiyi təqdirdə başqa adamların da pensiya məsələsi ilə bağlı müraciət edəcəyini dediyini, qadının da əvvəllər tibbi-sosial ekspert komissiyasında işlədiyini bildirmişdir. Bundan sonra Emil ona 150 manat pul vermişdir. O, Emildən ona verdiyi sənədlə bağlı danışdığı şəxsdən pul alıb-almadığını soruşduqda sonuncu gülə-gülə pul almadığını, hələ prosesin davam etdiyini deyərək çıxıb getmişdir. O, 2021-ci ilin avqust ayının əvvəllərində Balakən rayonunda olarkən dostu Asifin qaynatası Musa yataq xəstəsi olduğundan sonuncunu Balakən rayon mərkəzi xəstəxanasına yerləşdirmişlər. Bundan sonra o, Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində olarkən Emil ona zəng edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə getdiyi təqdirdə oradan əvvəl verdiyi sənəd kimi sənədlər götürərək ona verməsini, həmin sənədlərin sahiblərinə əlillik dərəcəsi ilə bağlı kömək edəcəyini bildirib pul alacağını və ona da buna görə hörmət edəcəyini bildirmişdir. O, əvvəlcə Emillə razılaşmamış və öz etirazını bildirmişdir. Lakin Emil həmin Agentlikdən sənəd götürüb ona verməsini təkid etmişdir. Bir neçə gün sonra, təxminən 2021-ci ilin avqust ayının ortalarında o, dostu Asifin xahişi ilə qaynatası Musanı xəstəliyi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yerləşdirə bilib-bilməyəcəklərini maraqlanmaq üçün həmin Agentliyə getmişdir. Orada olarkən təsadüfən Emil ona zəng edərək harada olduğunu soruşmuş, o da Reabilitasiya Agentliyində olduğunu bildirmişdir. Bundan sonra Emil ona təkidlə oradan vətəndaşların adına olan sənəd götürməsini tapşırmışdır. O da Reabilitasiya Agentliyində əlilliklə bağlı müraciət edən şəxslərin yaxınlaşdığı otağa tərəf yaxınlaşmış və orada müraciət edən şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərinin çıxarılaraq yığıldığı masanın üzərindən 2 ədəd şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Həmin şəxsiyyət vəsiqələrinin surətlərinin çıxarıldığı kağızların aşağı hissəsində həmçinin mobil telefon nömrəsi, xəstənin diaqnozu, hansı tarixlərdə cərrahi əməliyyatlar keçirməsi barədə qeydlər olmuşdur. Növbəti gün metronun “Əhmədli” stansiyasının yaxınlığında Emillə görüşərək həmin sənədləri ona vermişdir. Bundan sonra Emillə yaxınlıqda yerləşən taksafona yaxınlaşaraq həmin sənədlərdən birinin üzərində olan mobil telefon nömrəsinə zəng etmişlər. Əvvəlcə o, həmin mobil nömrənin istifadəçisi ilə telefonda danışaraq özünü Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı kimi təqdim etmiş və əlilliklə bağlı əmək pensiyası ilə məşğul olduqlarını bildirmişdir. Daha sonra X4 idarə rəisi olan “Azər” adlı şəxs kimi təqdim edərək telefonu Emilə vermişdir. Emil də özünü Reabilitasiya Agentliyinin “Azər” adlı həkimi kimi təqdim edərək həmin şəxsə əlilliklə bağlı dərəcə almasına köməklik edə biləcəyini bildirmişdir. Lakin həmin şəxs razılıq verməmişdir. Bundan sonra Emilin istifadəsində olan hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə digər sənəddə olan şəxsə zəng etmişlər. Yenə də əvvəlcə o, özünü Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı kimi təqdim edərək əlilliklə bağlı əmək pensiyası ilə məşğul olduqlarını bildirmişdir. Daha sonra X4 idarə rəisi olan “Azər” adlı şəxs kimi təqdim edərək telefonu Emilə vermişdir. Emil də özünü Reabilitasiya Agentliyinin “Azər” adlı həkimi kimi təqdim edərək həmin şəxsə əlilliklə bağlı dərəcə almasına köməklik edə biləcəyini, bunun üçün isə müəyyən qədər xərc tələb olunacağını bildirmişdir. Həmin şəxs Emilə fikirləşib qərar verəcəyini demişdir. Bundan sonra o, işə getməli olduğundan Emilə hər hansı xəbər olarsa ona məlumat verməsini deyərək öz iş yerinə getmişdir. Bundan sonra Emilin həmin şəxslə razılaşıb-razılaşmamağından məlumatı olmamışdır. 19 avqust 2021-ci il tarixdə Emilin hüquqmühafizə orqanı əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. O, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ümumilikdə 3 sənəd götürmüşdür. 2021-ci ilin iyul ayında ilk dəfə bir ədəd sənəd götürmüşdür. Həmin sənədin kimə məxsus olmasını xatırlamasa da, Emil sənədin üzərində olan nömrə ilə danışdıqdan sonra həmin sənədin Oğuz rayonundan olan şəxsə məxsus olduğunu bildirmişdir. Daha sonra isə 2 sənəd götürmüşdür. Həmin sənədlərdən birinin Musa adlı şəxsə məxsus olmasını xatırlasa da, digərinin kimə məxsus olmasını xatırlamır. X30-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən sənədləri götürüb verməyi müqabilində ona cəmi 150 manat pul vermişdir. Həmin pulu da ilk dəfə ona verdiyi sənədə görə vermişdir. Digər iki sənədə görə isə Emil ona hər hansı məbləğdə pul verməmişdir. O, qeyd olunan sənədlərdən birincisini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən səhvən götürmüş, ikinci dəfə isə həmin sənədləri Emilin tapşırığı ilə götürmüşdür. Emil ona həmin sənədlərin sahibləri ilə danışıb əlillik dərəcəsi ilə bağlı əmək pensiyası alacaqları barədə vəd verməklə gəlir əldə edəcəyini və həmin gəlirdən ona da hörmət edəcəyini bildirmişdir. O, Xaçmaz rayon sakini Şahid3 tanımır. Lakin ola bilsin ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ümumilikdə götürdüyü 3 ədəd sənəddən biri Şahid3 məxsus olmuşdur. O, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən gizli şəkildə sənədləri götürüb Təqsirləndirilən şəxs1 versə də, Şahid3 həmkəndlisi Şahid5lə telefon vasitəsilə danışmamış, Emilin Şahlar və ya Elmarla danışıq aparıb hansı məbləğdə pul almasından xəbəri olmamış, Emil bununla bağlı ona hər hansı məbləğdə pul verməmişdir. Qeyd etdiklərindən başqa heç bir şəxsə əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərəcəyini vəd edərək heç bir məbləğdə pul almamışdır. Məhkəmədən törətdiyi əməldən peşman olmasını, vurulmuş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq ona yüngül cəhza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri ilə bağlı tam etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Oğuz rayonunda yaşayan bacanağı Şahid2 ürək-damar xəstəliyindən əziyyət çəkdiyindən təxminən 2015-2016-cı illərdən 2-ci qrup əlilliyə görə əmək pensiyası almışdır. Lakin 2021-ci ilin aprel ayında onun əmək pensiyası dayandırılmışdır. Bünyad 08 iyul 2021-ci il tarixdə əmək pensiyasının bərpa olunması məsələsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gedərək əyani şəkildə müraciət etmişdir. Həkimlər Bünyadı qəbul edərək sənədlərinə baxdıqdan sonra sonuncuya əlillik dərəcəsinin düşmədiyini bildirmişlər. Bünyad buna öz narazılığını bildirdiyindən həmin Agentliyin əməkdaşı olan Gündüz adlı şəxs Bünyaddan şikayətçi olub-olmamasını soruşmuş, Bünyad da Gündüzə şikayətçi olduğunu bildirmişdir. Buna görə Gündüz adlı əməkdaş Bünyadın şəxsiyyət vəsiqəsinin surətini, eləcə də telefon nömrəsini kağız parçasına yazaraq götürmüş və Bünyada zəng olunacağını bildirmişdir. 29 iyul 2021-ci il tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsindən Bünyadın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə tanımadığı şəxs zəng edərək özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X6 adlı həkimi kimi təqdim etmiş və Bünyadın əlilliklə bağlı müraciətinə baxıldığını, hazırda sənədlərinin qarşısında olduğunu, özünün həmçinin nəzarət komissiyasının üzvü olduğunu, Bünyada əlillik dərəcəsi verilməsinin mümükün olduğunu bildirmişdir. Özünü Azər kimi təqdim edən həmin şəxs Bünyada əlillik dərəcəsinin verilməsi müqabilində 05 avqust 2021-ci il tarixədək 2500 manat məbləğində pul verilməli olduğunu bildirmiş, lakin Bünyad buna imkanı olmadığını deyərək razılaşmamışdır. Sonradan Azər adlı şəxslə Bünyad arasında aparılan danışıqlar zamanı 1500 manata razılaşmışlar. Təxminən 02 avqust 2021-ci il tarixdə Bünyad 1500 manat məbləğində pulu Oğuz rayonundan avtobusla ona göndərmişdir. Təxminən bir-iki gün sonra, yəni 03-04 avqust 2021-ci il tarixdə arvadı Şahid7 Azər adlı şəxsin Bünyadla əlaqə saxladığı ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək pulun onlarda olduğunu bildirmiş, Azər adlı şəxs də Yasamal rayonu ərazisində yerləşən Respublika Kliniki xəstəxanasına gələcəyini deyərək orada görüşmələrini demişdir. Həmin gün, yəni təxminən 3-4 avqust 2021-ci il tarixdə saat 19 radələrində o, arvadı Şahid7 ilə birlikdə Respublika Kliniki xəstəxanasının yanına getmişlər. X31 zəng etmiş və bundan bir neçə dəqiqə sonra Azər oraya gələrək onlarla görüşmüşdür. X29 göndərdiyi 1500 manat pulu verdikdən sonra Azər 3 gün ərzində Bünyadın adının əlilliklə bağlı elektron portalda qeyd olunacağını və məsələnin müsbət həll ediləcəyini bildirmişdir. Təxminən üç-dörd gün sonra onlar özünü Azər kimi təqdim edən şəxslə əlaqə saxlamağa çalışsalar da, həmin şəxs əvvəlcə zənglərinə cavab verməmiş, sonradan isə ümumiyyətlə telefonu söndürmüşdür. Bundan sonra onlar artıq aldadıldıqlarını başa düşmüşlər. Hazırda ona vurulmuş ziyan tam ödənilmişdir, ona görə də təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, təxminən səkkiz ildən bəri əlilliyi ilə bağlı ona təqaüd təyin olunmuş və o, bununla əlaqədar olaraq hər ay pensiya almışdır. 2021-ci ilin aprel ayından ona təyin olunmuş təqaüdün verilməsi dayandırılmışdır. Buna görə o, 08 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Sığorta və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Həyat yoldaşı Həqiqət Məmmədova və bacanağının oğlu Orman Abdullayev qeydiyyat şöbəsində işləyən Gündüz adlı şəxsə yaxınlaşaraq söhbət etmişlər. Gündüz onlardan şikayətlərinin olub-olmadığını soruşmuş və əgər şikayətləri varsa telefon nömrəsi qoymalarını bildirmişdir. Onlar da onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini Gündüzə vermişlər, həmçinin onun şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişlər. Gündüz həyat yoldaşına növbələri çatdıqda onlarla əlaqə saxlanılacağını və şikayətlərinə komissiya üzvlərinin iştirakı ilə birgə baxılacağını bildirmişdir. Bundan sonra 29 iyul 2021-ci il tarixdə saat təxminən 10-11 radələrində onun ***-***-**-** mobil telefon nömrəsinə zəng gəlmişdir. Zəng edən şəxs özünü Azər həkim kimi təqdim edərək onun şikayətinə baxacaq 11 nəfərlik komissiya üzvündən biri olduğunu bildirmişdir. Həmin şəxs ona “sənin işin düzələcək, lakin bilirsən ki, bura Azərbaycandır” demişdir. O, həmin şəxsdən nə demək istədiyini soruşduqda, sonuncu ondan 2500 manat pul istəmişdir. O, həmin məbləğdə pulu verməyə maddi imkanının olmadığını deyərək həmin şəxslə sağollaşmış və daha sonra bacanağı Şahid6 zəng edərək bu baradə ona məlumat vermişdir. Tərlan özünü Azər həkim kimi təqdim edən həmin şəxslə telefonda danışdıqdan sonra 1500 manata razılaşmışlar. O, qeyd olunan məbləğdə pulu düzəldərək təxminən 03 avqust 2021-ci il tarixdə hazırda xatırlamadığı Oğuz- Bakı marşurt xətti ilə hərəkət edən avtobus sürücüsü ilə bacanağı Tərlana göndərmişdir. Sonradan Tərlanın ona bildirməsinə görə sonuncu həmin 1500 manat pulu Bakı şəhərində şəxsən əlbəəl Azər adlı şəxsə vermişdir. 08 avqust 2021-ci il tarixdə o, Azər adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayaraq hələ də ona pensiya təyin olunmadığını bildirmiş, sonuncu isə tezliklə pensiya təyin ediləcəyini deyərək telefonu söndürmüşdür. Daha sonra isə həmin şəxsə dəfələrlə zəng etsə də onun mobil telefonuna zəng çatmamışdır. Hazırda ona vurulmuş ziyan tam ödənilmişdir, ona görə də təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, eşitmə qabiliyyəti zəif olduğundan 2013cü ildən etibarən əlilliklə bağlı əmək pensiyası almışdır. Sonuncu dəfə 29 yanvar 2021-ci il tarixdə Tibbisosial ekspert komissiyasından keçdikdən sonra həmin ilin mart ayından etibarən onun əmək pensiyası dayandırılmışdır. 2021-ci ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ona əmək pensiyasının dayandırılması barədə bildiriş gəlmişdir. Bununla bağlı o, 29 iyun 2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. O, eşitməkdə çətinlik çəkdiyindən həmin vaxt həmkəndlisi Şahid5 də onunla birlikdə getmişdir. Reabilitasiya Agentliyində onun müraciəti əsasında xəstəliyi ilə bağlı sənədlərinin və şəxsiyyət vəsiqəsinin surəti götürülmüşdür. Əlaqə telefonu istənildikdə isə Elmar özünün və onun oğlu Xəzərin mobil telefon nömrəsini Agentliyin əməkdaşına demiş, həmin əməkdaş da mobil telefon nömrələrini onun sənədlərinin üzərinə qeyd etmişdir. Həmçinin həmin əməkdaş onun müraciətinə baxılacağını və təxminən bir ay müddətində cavab veriləcəyini bildirmişdir. Bundan sonra onlar yaşadıqları kəndə geri qayıtmışlar. Təxminən 03-04 iyul 2021-ci il tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsindən Elmarın istifadəsində olan mobil telefon nömrəsinə zəng gəlmişdir. Zəng edən şəxs özünü Anar həkim kimi təqdim edərək Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı olduğunu deyərək onun əlillik məsələsi ilə bağlı zəng etdiyini bildirmişdir. Elmar da həmin şəxsə onun oğlu Xəzərlə əlaqə saxlamasını demişdir. Elə həmin gün ***-***-**-** saylı mobil telefon nömrəsindən oğlu Xəzərin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng gəlmişdir. Zəng edən şəxs Elmara olduğu kimi Xəzərə də özünü Anar həkim kimi təqdim edərək Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı olduğunu, onun əlillik məsələsi ilə bağlı zəng etdiyini bildirmişdir. Həmin şəxs telefon danışığı zamanı Xəzərə onun əlilliklə bağlı əmək pensiyasının 1 həftə-10 gün ərzində bərpa olunmasına köməklik edə biləcəyini, lakin bunun üçün 1500 manat pul verməli olduqlarını bildirmişdir. Xəzər həmin pulu verməyə maddi imkanlarının olmadığını dedikdə həmin şəxs pulun 1000 manatının rəisə çatacağını, qalan 500 manatın isə digər xərclərə sərf olunacağını demişdir. Bununla bağlı Xəzərlə həmin şəxs arasında iki gün ərzində bir neçə dəfə telefon danışığı olmuşdur. Telefon danışıqlarından sonra evdə məsləhətləşərək əmək pensiyasının bərpa olunması üçün özünü Anar həkim kimi təqdim edən şəxsə tələb etdiyi 1500 manat məbləğində pulu verməyə razılıq vermişlər. Bundan sonra o, 05 iyul 2021-ci il tarixdə 1500 manat pulu götürərək həmkəndlisi Elmarla birlikdə sonuncunun idarə etdiyi avtomobillə Bakı şəhərinə gəlmiş və metronun “Əhmədli” stansiyasının yaxınlığında Anar həkimlə görüşmüşdür. Həmin vaxt o, arxa sərnişin oturacağında, Anar həkim ön sərnişin oturacağında, Elmar isə sürücü oturacağında əyləşmişdir. Orada avtomobilin içərisində o, Elmarın yanında 1500 manat pulu Anar həkimə vermiş, sonuncu da uzağı 10 gün ərzində əlilliklə bağlı əmək pensiyasının bərpa olunacağını deyərək sağollaşıb getmişdir. Avtomobilin içərisində söhbət edərkən Elmar telefon vasitəsilə Anarın danışıqlarının bir hissəsini video lentə almışdır. Lakin həmin vaxtdan 10 gün keçdikdən sonra onun əmək pensiyası bərpa olunmadığı üçün Xəzər Anar həkimlə əlaqə saxlamış, sonuncu isə məsələnin bir az uzandığını, ən geci 05 avqust 2021-ci il tarixdə həll olunacağını bildirmişdir. Xəzər 05 avqust 2021-ci il tarixədək mütəmadi olaraq Anar həkimlə telefon əlaqəsi saxlayaraq məsələ ilə maraqlanmış, sonuncu da hər dəfə narahat olmamalarını, əmək pensiyasının bərpa olunacağını bildirmişdir. 05 avqust 2021-ci il tarixdən etibarən isə Anar həkim kimi təqdim edən şəxsin mobil telefon nömrəsi söndürülmüş və həmin nömrəyə zəng çatmamışdır. 30 avqust 2021-ci il tarixədək gözləsələr də heç bir xəbər çıxmamışdır. Bundan sonra onlar 31 avqust 2021-ci il tarixdə Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gələrək bu barədə məlumat vermişlər. Həmin Agentlikdən onlara qeyd etdikləri məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməli olduqları bildirilmişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmişdir, ona görə də təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələb yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun İlxıçı kəndində yaşayır. Atası Şahid3 eşitmə qabiliyyəti zəif olduğundan 2013-cü ildən etibarən əlilliklə bağlı əmək pensiyası almışdır. Sonuncu dəfə 29 yanvar 2021-ci il tarixdə Tibbi-sosial ekspert komissiyasından keçdikdən sonra həmin ilin mart ayından etibarən atasının əmək pensiyası dayandırılmışdır. 2021-ci ilin may ayında atasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əmək pensiyasının dayandırılması barədə bildiriş gəlmişdir. Bununla bağlı atası Şahid3 29 iyun 2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Atası eşitməkdə çətinlik çəkdiyindən həmkəndlisi Şahid5 atası ilə birlikdə getmişdir. Reabilitasiya Agentliyində atasının müraciəti əsasında xəstəliyi ilə bağlı sənədlərinin və şəxsiyyət vəsiqəsinin surəti götürülmüşdür. Əlaqə telefonu istənildikdə isə Elmar özünün və onun mobil telefon nömrəsini Agentliyin əməkdaşına demiş, həmin əməkdaş da mobil telefon nömrələrini sənədlərin üzərinə qeyd edərək müraciətlərinə təxminən bir ay müddətində baxılaraq cavab veriləcəyini bildirmişdir. Təxminən 03-04 iyul 2021-ci il tarixdə ***-***-**-** saylı telefon nömrəsindən Elmarın istifadəsində olan mobil telefon nömrəsinə zəng gəlmiş, zəng edən şəxs özünü Anar həkim kimi təqdim edərək Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı olduğunu, atasının əlillik məsələsi ilə bağlı zəng etdiyini demişdir. Elmar da həmin şəxsə onunla əlaqə saxlamasını demişdir. Elə həmin gün ***-***-**-** saylı telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng gəlmişdir. Zəng edən şəxs Elmara olduğu kimi ona da özünü Anar həkim kimi təqdim edərək Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı olduğunu, atasının əlillik məsələsi ilə bağlı zəng etdiyini, atasının əlilliklə bağlı əmək pensiyasının 1 həftə-10 gün ərzində bərpa olunmasına köməklik edə biləcəyini, lakin bunun üçün 1500 manat pul verməli olduqlarını bildirmişdir. O, 1500 manat pulu verməyə maddi imkanlarının olmadığını dedikdə həmin şəxs pulun 1000 manatının rəisə çatacağını, qalan 500 manatın isə digər xərclərə sərf olunacağını demişdir. Bununla bağlı həmin şəxslə aralarında iki gün ərzində bir neçə dəfə telefon danışığı olmuşdur. Telefon danışıqlarından sonra onlar evdə məsləhətləşərək atasının əmək pensiyasının bərpa olunması üçün 1500 manat məbləğində pulu həmin şəxsə verməyə razılaşmışlar. Bundan sonra atası 1500 manat pulu götürərək həmkəndliləri Elmarla birlikdə sonuncunun idarə etdiyi avtomobillə Bakı şəhərinə getmiş və metronun “Əhmədli” stansiyasının yaxınlığında Anar həkimlə görüşmüşlər. Orada avtomobilin içərisində atası 1500 manat pulu Elmarın yanında Anar həkimə vermiş, sonuncu da uzağı 10 gün ərzində əlilliklə bağlı əmək pensiyasının bərpa olunacağını bildirmişdir. Lakin həmin vaxtdan 10 gün keçdikdən sonra atasının əmək pensiyası bərpa olunmadığından o, Anar həkimə zəng edərək bu barədə soruşduqda, sonuncu məsələnin biraz uzandığını, ən geci 05 avqust 2021-ci il tarixdə həll olunacağını bildirmişdir. O, 05 avqust 2021-ci il tarixədək mütəmadi olaraq Anar həkimlə telefon əlaqəsi saxlayaraq məsələ ilə maraqlanmış, sonuncu hər dəfə narahat olmamalarını, əmək pensiyasının bərpa olunacağını deyərək onu arxayın etmişdir. Lakin 05 avqust 2021-ci il tarixdən etibarən özünü Anar həkim kimi təqdim edən şəxsin mobil telefon nömrəsi söndürülmüş və həmin nömrəyə zəng çatmamışdır. Hazırda ona vurulmuş ziyan tam ödənilmişdir, ona görə də təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Şahid3 həmkəndlisidir, sonuncunun oğlu Xəzər ilə dostluq münasibəti vardır. Şahid3 eşitməkdə çətinlik çəkdiyindən əlilliyə görə əmək pensiyası almış, son zamanlar isə pensiyası dayandırılmışdır. 29 iyun 2021-ci il tarixdə Şahid3 ondan əmək pensiyası ilə bağlı məsələni həll etməsi üçün onu Bakı şəhərinə aparmasını xahiş etmiş, o da razılaşaraq sonuncunu öz avtomobili ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aparmışdır. X3 müraciəti əsasında xəstəliyi ilə bağlı sənədlərinin və şəxsiyyət vəsiqəsinin surəti götürülmüş, əlaqə telefonu istənildikdə isə o, özünün və Şahların oğlu Xəzərin mobil telefon nömrəsini Agentliyin əməkdaşına demişdir. Həmin əməkdaş mobil telefon nömrələrini sənədlərin üzərinə qeyd edərək onların müraciətinə baxılacağını və təxminən bir ay müddətində cavab veriləcəyini bildirmişdir. Təxminən 3- 4 iyul 2021-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** saylı telefon nömrəsindən zəng gəlmiş, zəng edən şəxs özünü Anar həkim kimi təqdim edərək Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı olduğunu, Şahid3 əlillik məsələsi ilə bağlı zəng etdiyini bildirmişdir. O da həmin şəxsə Şahid3 ailə üzvü olmadığını deyərək sonuncunun oğlu Xəzərlə əlaqə saxlamalarını xahiş etmişdir. Bundan sonra 05 iyul 2021-ci il tarixdə Şahid3 yenidən onu Bakı şəhərinə aparmasını xahiş etmiş və onlar birlikdə Bakı şəhərinə getmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, özünü Anar həkim kimi təqdim edən şəxs Xəzərlə telefon danışığı zamanı Şahid3 əmək pensiyasının bərpa olunması üçün 1500 manat pul tələb etmiş, Şahlargil də razılaşmışdır. Onlar Bakı şəhərinə gəldikdən sonra özünü Anar həkim kimi təqdim edən şəxslə telefon əlaqəsi saxladıqda sonuncu onları metronun “Əhmədli” stansiyasının yaxınlığına çağırmış, onlar da təxminən saat 11-12 radələrində həmin yerə çatmışlar. Bundan sonra onun idarə etdiyi “Naz Lifan 620” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Anar həkimlə görüşmüşlər. Həmin vaxt o, sürücü oturacağında, Anar həkim ön, Şahlar isə arxa sərnişin oturacağında əyləşmişlər. Avtomobildə Şahlar 1500 manat pulu onun yanında özünü Anar kimi təqdim edən şəxsə vermişdir. Həmin şəxs özünü çox şübhəli apardığından o, sonuncunu telefonla videoya çəkmiş, lakin onun videoçəkiliş apardığını başa düşməməsi üçün bütün danışıqları və pulun verilməsini qeydə ala bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X15 göstərdi ki, 19 noyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. Vəzifəsi qəbula gələn vətəndaşların qeydiyyatını aparmaq, həmin şəxslərin növbəliliyini tənzimləmək və müvafiq olaraq həkimlərə yönləndirməkdən ibarətdir. Əlillik dərəcəsi almaq istəyən, əlilliklə bağlı əmək pensiyası dayandırılmış və ya əlillik dərəcəsi verilməkdən imtina olunmuş şəxslər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdikdə o və ya Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin digər əməkdaşlarından biri həmin şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini çıxararaq üzərində telefon nömrələrini qeyd etməklə onları qəbula yazır. Həmin şəxsiyyət vəsiqələrinin surətlərini qəbulda olan masanın üzərinə yığır, günün sonunda isə onları götürərək xidməti otaqlarına qoyurlar. Qəbul günündən bir və ya bir neçə gün əvvəl həmin şəxslərlə telefon əlaqəsi yaradıb qəbula dəvət edirlər. Gün ərzində Agentliyə təxminən 300-400 nəfər bununla bağlı müraciət edir. Şahid2 adlı şəxsi hazırda xatırlamır. Lakin 2021-ci ilin avqust ayının o, əmək məzuniyyətində olarkən bir nəfər şəxs ona hazırda xatırlamadığı telefon nömrəsindən zəng edərək bacanağının əlilliklə bağlı onlara müraciət etdiyini, həmin şəxsi onun qeydiyyata aldığını, sonradan bir nəfər şəxsin zəng edərək onların əməkdaşı olduğunu deyib aldadaraq pullarını ələ keçirdiyini bildirmişdir. O da həmin şəxsə bu işlə hər hansı əlaqəsinin olmadığını, əlilliklə bağlı müraciət edən hər bir şəxs kimi onun bacanağını da qeydiyyata ala biləcəyini, lakin müraciət etmiş şəxsin telefon nömrəsini heç bir halda hansısa kənar şəxsə vermədiyini bildirmişdir. O, əmək məzuniyyətindən qayıtdıqdan sonra əlilliklə bağlı müraciət etmiş şəxslərin kənar şəxslər tərəfindən aldadılaraq pullarının ələ keçirildiyini öyrənmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxsləri əvvəllər tanımamış və görməmiş, onlarla hər hansı münasibəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X16 göstərdi ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 sosial ekspertiza xidmətinin təşkili departamentinin böyük mütəxəssisi vəzifəsində işləyir, ixtisasca həkimdir. Vəzifəsi qəbula gələn vətəndaşların sənədlərini yoxlamaq, lazım gəldikdə onları müayinə etmək, əgər əlillik dərəcəsi verilməsindən imtina olunmuşdursa, imtinanın səbəbini izah etmək, eləcə də imtinanı aradan qaldıran sənədlər təqdim olunduqda həmin sənədləri qəbul edərək əlillik dərəcəsi təyin olunması ilə bağlı məsələyə baxılması üçün yuxarı rəhbərliyə təqdim olunmasından ibarətdir. Əlillik dərəcəsi verilməsi məsələsinə baxılmalı olan şəxslərin təqdim etdiyi sənədlər qəbul olunarkən onların şəxsiyyət vəsiqələrinin surətləri və telefon nömrələri də götürülür. Gün ərzində Agentliyə təxminən 300-400 nəfər müraciət edir. Şahid1 tanıyır, sonuncu əlilliklə bağlı əmək pensiyası imtina olunduğundan təxminən 12 avqust 2021-ci il tarixdə Agentliyə müraciət etmişdir. O, Şahid1 qəbul edərək müayinə etmiş, həqiqətən ona əlillik dərəcəsi verilməsinə imkan verən xəstəlik mövcud olmuşdur. Hazırda Şahid1 əlillik dərəcəsi verilməsindən imtinanın səbəbini tam xatırlamasa da, sonuncunun qeydiyyatda olduğu poliklinikadan Agentliyə göndərilmiş sənədlərində xəstəliyi və müayinələrinin nəticələri tam qeyd olunmamışdır. Şahid1 xəstəliyi ilə bağlı çatışmayan sənədlərin surətlərini ona təqdim etdikdən sonra o, həmin sənədləri xidməti otağında iş masasının üzərinə qoymuşdur. O, həmin sənədlərin üzərində Şahid1 mobil telefon nömrəsini qeyd edərək təxminən bir ay sonra əlilliyin bərpa olunub-olunmaması barədə ona məlumat veriləcəyini, müsbət halda bu barədə sistemdə adının görünəcəyini bildirmişdir. Bundan beş-altı gün sonra, təxminən 18 avqust 2021-ci il tarixdə Şahid1 yenidən onun yanına Agentliyə gəlmiş və özünü Agentliyinin əməkdaşı Azər həkim kimi təqdim edən bir şəxsin ona zəng edərək əlilliklə bağlı əmək pensiyasının bərpa olunmasında ona köməklik edə biləcəyini dediyini bildirmişdir. Bundan sonra Şahid1 həmin şəxslə telefon danışığının səs yazısını ona təqdim etmişdir. O, səs yazısına qulaq asdıqdan sonra həmin şəxsin onların əməkdaşı olmadığını başa düşmüş və bu barədə şöbə müdirlərinə məlumat vermişdir. Həmin vaxt orada olan digər əməkdaşlarla birlikdə səs yazılarına yenidən qulaq asmışlar və Şahid1la danışan şəxsin onların əməkdaşı olmadığına, Şahid1 aldatdığına əmin olmuşlar. Şahid1 həmin şəxsə bir neçə dəfə zəng etsə də cavab verilməmişdir. O, öz xidməti otağında bir neçə gün əvvəl Şahid1 ona təqdim etdiyi sənədlərin surətlərini axtarmağa başlamış, lakin həmin sənədləri tapa bilməmişdir. Bundan sonra ona aydın olmuşdur ki, həmin sənədlər onun otağından götürülmüşdür. Lakin həmin sənədlərin hansı şəraitdə götürülməsi barədə məlumatı yoxdur. O, daimi olaraq vətəndaşları qəbul etdiyindən otağının qapısı hər zaman açıq olmuş, xidməti binaları videomüşahidə altında olduğundan otaqda olmadıqda belə qapını bağlamamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxsləri tanımamış, əvvəllər həmin şəxsləri görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq işləmir. Evlidir, 1 övladı var. Ağciyər xəstəsi olduğuna görə təxminən 2015-ci ildə xəstəliklə bağlı sənədlərini tibbi komisiyaya təqdim etmiş, buna görə ona 2-ci qrup əlillik dərəcəsi və aylıq 260 manat məbləğində pensiya təyin edilmişdir. 2021-ci ilin avqust ayının 5-də mobil telefonuna ona təyin edilmiş əlillik dərəcəsinin ləğv edilməsi barədə mesaj gəlmişdir. Məsələni aydınlaşdırmaq üçün xəstəlik sənədlərini də götürüb avqust ayının 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Ləzifə adlı əməkdaş onu qəbul etmiş, sənədlərinin kserosurətlərini çıxarıb ona qaytarmış və müraciətinin qeydə alındığını, bir ay ərzində ona cavab veriləcəyini bildirmişdir. Növbəti gün, yəni 13 avqust 2021-ci il tarixdə ***-***-**-** mobil telefondan nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng gəlmişdir. Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs ona pensiyası ilə bağlı zəng etdiyini demiş və telefonu müdiri kimi təqdim etdiyi Azər adlı şəxsə vermişdir. Azər adlı şəxs rəhbərliyin göstərişi ilə əlillərə təyin edilmiş pensiyaların hamısının ləğv edildiyini, həmin pensiyaların qazilərə təyin ediləcəyini, ona da pensiya təyin edilməsindən imtina olunacağını, ona təyin edilmiş əlillik dərəcəsinin bərpa edilməsinə köməklik edə biləcəyini bildirmişdir. O, bunun nə cür olacağını, Bakıya gəlməli olub-olmadığını soruşduqda, Azər adlı şəxs ona ya onun, ya da nümayəndəsinin Bakı şəhərinə gələrək özü və yaxud iş yoldaşı ilə görüşüb məsələ ilə bağlı xərci qarşıladıqdan sonra köməklik edəcəklərini bildirmişdir. O da özünün gəlib görüşəcəyini bildirmişdir. 18 avqust 2021-ci il tarixdə o, Bakı şəhərinə gəlmiş və ***-***-**-** nömrəli mobil telefon nömrəsinə dəfələrlə zəng etsə də, zənglərinə cavab verilməmişdir. Özünü Azər həkim kimi təqdim edən şəxsin tələb etdiyi pulun qanunsuz olduğunu düşünmüş və bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Orada Ləzifə adlı həkim və digər əməkdaşlar həmin şəxsləri tanımadıqlarını, belə bir həkimin orada işləmədiyini ona bildirmişlər. Elə həmin ərəfədə həmin nömrədən ona zəng gəlmişdir. Həkimlərin məsləhəti ilə o, telefon zənginə cavab vermiş və özünü Azər kimi təqdim edən şəxsə heç nə bildirmədən ona köməklik edəcəkləri iş barədə maraqlanmışdır. Azər ona pul verəcəyi təqdirdə 320 manat məbləğində pensiya təyin ediləcəyini demiş və ondan hansı məbləğdə pul vermək imkanının olduğunu soruşmuşdur. O da bir aylıq pensiyasını verə biləcəyini demiş, lakin Azər məsələni şöbə müdiri ilə danışmalı olduğunu demişdir. Bir neçə dəqiqə sonra Azər ona yenidən zəng etmiş və 300 manata məsələnin həll olunmasının mümkün olmadığını, minimum 500 manat pul verməli olduğunu bildirmiş, o da bununla razılaşmışdır. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bu məsələnin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmalı olduğunu demişlər və onu həmin Baş İdarəyə yönləndirmişlər. Bundan sonra o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Həmin Baş İdarəyə müraciət etdikdən sonra özünü Azər kimi təqdim edən şəxs ona yenidən zəng etdikdə və o, 500 manat pul verməyə razılaşmışdır. 19 avqust 2021-ci il tarixdə o, Bakı Metropoliteninin “Əhmədli” stansiyasının yaxınlığında yerləşən “McDonalds” restoranının yanında özünü Azər kimi təqdim edən şəxsə 500 manat pul verdikdən sonra həmin özünü Azər kimi təqdim edən şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır (cild 1, iş vərəqə 42-45). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid7 Şahid6 ilə oxşar məzmunlu ifadə verərək həmçinin göstərmişdir ki, əvvəllər Oğuz rayonunda tibbi-sosial ekspert komissiyasında tibbi qeydiyyatçı işlədiyindən özünü qohumu Şahid2 Azər həkim kimi təqdim edən şəxsin mobil telefon nömrəsini alaraq öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən həmin şəxsin ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək Bünyadın əlilliklə bağlı məsələsi ilə maraqlanmış, həmin şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı olduğunu, işinin hazırda şikayətlərə baxılmasından ibarət olduğunu, Bünyadın müraciəti ilə də onun məşğul olduğunu, eləcə də 05 avqust 2021-ci il tarixədək məsələnin həll olunmalı olduğunu bildirmişdir. O da Bünyadın 2500 manat pulu verməyə maddi imkanının olmadığını bildirmiş, həmin şəxs isə həmin pul verilməzsə Bünyada əlillik dərəcəsi verilməyəcəyini demişdir. Bundan sonra o, həmin şəxslə bir neçə dəfə telefon əlaqəsi saxlamış, telefon danışıqlarından sonra özünü Azər kimi təqdim edən şəxs 1500 manat pul müqabilində həmin məsələni həll edə biləcəyini, lakin 1500 manatdan aşağı qiymətə məsələnin həll edilə bilməyəcəyini, həmin 1500 manat pulu da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yüksək vəzifəli şəxslərinə verəcəyini bildirmişdir. Bundan sonra o, özünü Azər kimi təqdim edən şəxslə arasında olan danışıqlar barədə Bünyada məlumat vermişdir. Sonradan Azər adlı şəxslə Bünyad özü danışaraq 1500 manata razılaşmışdır (cild 1, iş vərəqə 215-219). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Pul vəsaitinin və xüsusi texnikanın təqdim edilməsi haqqında 19 avqust 2021-ci il tarixli protokoldan görünür ki, özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edən və ***-***-**-** nömrəli mobil telefonun istifadəçisi olan Azər adlı şəxsin vətəndaş Şahid1 sonuncuya təyin edilmiş əlillik dərəcəsinin bərpa edilməsi müqabilində 500 manat məbləğində pul tələb etməsi barədə müraciətinə əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş ümumi dəyəri 500 manat təşkil edən 3 ədəd 100 manatlıq (A33141645, A39879252, A97194335 seriya və nömrəli) və 4 ədəd 50 manatlıq (B18041527, A85000694, A82837804, B13346659 seriya və nömrəli) əskinaslar üzərlərində xüsusi yazı vasitəsilə “Nəzarət 2021” sözləri yazılaraq Şahid1 təqdim edilmişdir. Qeyd olunan pulun özünü Azər adı təqdim edən şəxsə və yaxud onunla əlbir olan hər hansı digər şəxsə verilməsi zamanı danışıqlarının audio və video yazısının aparılması məqsədilə Şahid1 üzərindəki paltara “Stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılmış və bu avadanlıqdan istifadə qaydaları izah olunmuşdur (cid 01, iş vərəqə 21- 23). Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi haqqında 19 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində olan özünə məxsus qara rəngli iki ədəd “Samsung” markalı mobil telefon, habelə şalvarının sol yan cibində olan 3 ədəd 100 manatlıq əskinasları (A33141645, A39879252, A97194335 seriya və nömrəli) və 4 ədəd 50 manatlıq əskinasları (B18041527, A85000694, A82837804, B13346659 seriya və nömrəli), həmçinin sağ yan cibində olan 1 ədəd 50 manatlıq (A09571648 seriya və nömrəli), 1 ədəd 20 manatlıq (A81573334 seriya və nömrəli), 1 ədəd 5 manatlıq (C18161421 seriya və nömrəli) və 1 ədəd 1 manatlıq (B64596798 seriya və nömrəli) əskinasları könüllü olaraq araşdırmaya təqdim etmişdir. Təqsirləndirilən şəxs1 şalvarının sağ yan cibində olan müxtəlif əskinaslarda olan ümumilikdə 76 manat pul məbləğinin özünə məxsus olduğunu, şalvarının sol yan cibində olan 500 manat pul vəsaitini isə Şahid1 aldığını bildirmişdir. Belə ki, o, diş həkimi işləyən Səbuhi adlı tanışından 3 nəfər ayrı-ayrı şəxslərə məxsus əlillik dərəcəsinin təyin edilməsi üçün müraciət formalarını əldə etmiş, həmin sənədlərlə tanış olduqda onların hər birinə imtina gəldiyini görmüş, bundan sonra sənədlərdə adları qeyd edilmiş şəxslərə zəng edərək özünü Tibbi Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinin həkimi kimi təqdim edərək adının Azər olduğunu qeyd etmiş, daha sonra 500 manat pul müqabilində qanunsuz olaraq əlillik dərəcəsinin bərpa edilməsinin mümkün olduğunu bildirmişdir. Həmin şəxslərdən yalnız Şahid1 onunla razılaşmış və 500 manat pul məbləğini 19.08.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “McDonalds” adlanan restoranın qarşısında ona təqdim etmişdir. Həmin vaxt gündüz hava şəraiti ilə bağlı aşkar edilmiş əskinasların xüsusi cihaz vasitəsilə ultrabənövşəyi şüalar altında işıqlandırılması qeyri-mümkün olduğundan, həmin prosedurun yerinə yetirilməsi və baxışın davam etdirilməsi üçün saxlanılmış şəxs əməliyyat qrupunun müşahidəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparılmış və orada istintaq hərəkəti davam etdirilmişdir. Baxış davam etdirilərək aşkar edilmiş həmin əskinaslar ultrabənövşəyi şüalar altında xüsusi cihaz vasitəsilə işıqlandırılarkən 3 ədəd 100 manatlıq əskinasların (A33141645, A39879252, A97194335 seriya və nömrəli) və 4 ədəd 50 manatlıq əskinasların (B18041527, A85000694, A82837804, B13346659 seriya və nömrəli) üzərlərində limuniset qələmlə “Nəzarət 2021” sözlərinin yazıldığı müəyyən edilmişdir. Baxış zamanı aşkar edilən müvafiq olaraq A33141645, A39879252, A97194335 seriya və nömrəli 3 (üç) ədəd 100 (yüz) manatlıq, B18041527, A85000694, A82837804, B13346659 seriya və nömrəli 4 (dörd) ədəd 50 (əlli) manatlıq əskinaslardan ibarət 500 (beş yüz) manat məbləğində pul, Təqsirləndirilən şəxs1 məxsus A09571648 seriya və nömrəli 1 (bir) ədəd 50 (əlli) manatlıq, A81573334 seriya və nömrəli 1 (bir) ədəd 20 (iyirmi) manatlıq, C18161421 seriya və nömrəli 1 (bir) ədəd 5 (beş) manatlıq, B64596798 seriya və nömrəli 1 (bir) ədəd 1 (bir) manatlıq əskinaslardan ibarət 76 (yetmiş altı) manat məbləğində pul, habelə Təqsirləndirilən şəxs1 məxsus qara rəngli iki ədəd “Samsung” markalı mobil telefonlar götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir (cid 01, iş vərəqə 37-39). Diskə baxış keçirilməsi haqqında 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Baş İdarənin Əməliyyat idarəsindən daxil olmuş materiala əlavə edilmiş Şahid1 təqdim etdiyi səs yazılarının olduğu CDdə 3 ədəd qovluq vardır. 1-ci qovluğun adı “16-08-2021”, 2-ci qovluğun adı “18-08-2021”, 3-cü qovluğun adı isə “19-08-2021” adlanır. 1-ci qovluqda 1 ədəd, 2-ci qovluqda 2 ədəd, 3-cü qovluqda isə 3 ədəd səs yazısının olduğu fayl vardır. “16-08-2021” adlı 1-ci qovluqda olan 1 ədəd səs yazısında bir nəfər şəxs zəng edərək salamlaşdıqdan sonra zəngə cavab verən şəxsə “Musa müəllim” deyə müraciət edərək həmin şəxsinin adının Musa olduğunu dəqiqləşdirərək özünü Reabilitasiya Agentliyinin əməkdaşı kimi təqdim edib onun əmək pensiyasının 118 manat olmasını soruşur, Şahid1 isə 260 manat olduğunu bildirir. Zəng edən şəxs daha sonra Şahid1 İdarə rəisləri “Azər müəllim”in danışmaq istədiyini bildirərək dəstəyi həmin şəxsə verir. “Azər müəllim” kimi təqdim olunan şəxs Şahid1 qazilərlə bağlı əmək pensiyalarının verilməsinin dayandırıldığını, buna baxmayaraq ona 2-ci qrup əlillik dərəcəsi verilməyin mümkün olduğunu, bundan sonra 300-320 manat məbləğində əmək pensiyası alacağını, lakin bunun üçün müəyyən məbləğdə xərc tələb olunduğunu bildirir. Şahid1 isə yenidən Bakı şəhərinə gələrək komissiyadan keçməli olub-olmadığını soruşduqda isə İdarə rəisi “Azər müəllim” kimi təqdim olunan şəxs komissiya sədrinin onların yaxın adamı olduğunu, komissiyadan keçməyə ehtiyacın olmadığını, Bakı şəhərinə gəlib onunla və ya iş yoldaşı ilə görüşdükdən sonra məsələni həll edə biləcəklərini bildirir. Şahid1 da Bakı şəhərinə gələrək onlarla əlaqə saxlayıb görüşəcəyini deyir. “18-08-2021” adlı 2-ci qovluqda olan 2 ədəd səs yazısının birincisində Şahid1 özünü “Azər həkim” kimi təqdim edən şəxsə zəng edərək Bakı şəhərinə “Mərkəzə” gəldiyini, lakin Covid-19 vaksinasiya pasportu olmadığından “Mərkəzə” buraxılmadığını, oradan nə qədər zəng etsə də zənglərinə cavab vermədiyini bildirir. Özünü “Azər həkim” kimi təqdim edən şəxs yoxlamada olduğundan telefon zənginə cavab verə bilmədiyini, hazırda yoxlamadan çıxdığını deyir. Aralarında olan danışıq zamanı Şahid1 özünü “Azər həkim” kimi təqdim edən şəxsə onun əlilliklə bağlı əmək pensiyasının bərpa olunmasına köməklik göstərməsini xahiş edərək bunun müqabilində 1 aylıq pensiyasını, yəni 300-320 manat pulu verə biləcəyini bildirir. Özünü “Azər həkim” kimi təqdim edən şəxs isə həmin məbləğin çox aşağı olduğunu, şöbə rəisi ilə məsləhətləşməli olduğunu bildirir. “18-08-2021” adlı 2-ci qovluqda olan 2 ədəd səs yazısının ikincisində isə özünü “Azər həkim” kimi təqdim edən şəxs Şahid1 şöbə rəisi ilə danışdığını, 3 dənəyə məsələnin alınmayacağını bildirir, Şahid1 isə səhəri gün bu barədə danışa biləcəklərini ona bildirir. “19-08-2021” adlı 3-cü qovluqda olan 3 ədəd səs yazısının birincisində zəng edən şəxs “Azər doktor” olduğunu bildirərək Şahid1 nə qərara gəldiyini maraqlanır. Şahid1 isə 5 dəqiqə ona zəng edəcəyini bildirir. “19-08-2021” adlı 3-cü qovluqda olan 3 ədəd səs yazısının ikincisində zəng edən şəxs “dayı” deyə müraciət etdiyi şəxsə komissiyanın 5 il müddətinə olacağını bildirir və onlar razılığa gələrək axşam Bakı şəhərində görüşməyi planlaşdırırlar. “19-08-2021” adlı 3-cü qovluqda olan 3 ədəd səs yazısının üçüncüsündə Şahid1 zəng etdiyi şəxsə dediyi 5 dənəni hazırladığını, rayondan çıxaraq Bakı şəhərinə gəldiyini, axşam vaxtına qalmaq istəmədiyini və tez görüşüb geri qayıtmaq istədiyini bildirir. Hənim şəxs hazırda “Xətai VTEK”də yoxlamada olduğunu və icazə alaraq çıxacağını bildirir. Aralarında olan danışıqlardan sonra “Əhmədli” metrostansiyasının yanında görüşmələri barədə razılığa gəlirlər (cid 01, iş vərəqə 130-131). Diskə baxış keçirilməsi haqqında 30 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Baş İdarənin Əməliyyat idarəsindən daxil olmuş materiala əlavə edilmiş CD diskdə bir ədəd video fayl vardır. Həmin fayla baxış zamanı görünür ki, gizli video çəkliş Şahid1 üzərinə quraşdırılmış kamera vasitəsilə “McDonalds” restoranının qarşısında aparılır. Şahid1 Təqsirləndirilən şəxs1 ilə orada görüşür. Təqsirləndirilən şəxs1 özünü “doktor” kimi təqdim edir. Söhbət zamanı Təqsirləndirilən şəxs1 əlillik dərəcəsinin 5 il müddətinə veriləcəyini bildirir. Daha sonra Şahid1 500 manat məbləğində pulu sayaraq Təqsirləndirilən şəxs1 verir, Təqsirləndirilən şəxs1 də həmin pulu sayaraq cibinə qoyub sentyabr ayının ortalarında adının portala yerləşdiriləcəyini, sentyabr ayının sonunda isə əmək pensiyasının veriləcəyini Şahid1 deyir. Daha sonra isə Təqsirləndirilən şəxs1 saxlanılır (cid 01, iş vərəqə 181). Diskə baxış keçirilməsi haqqında 06 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 ifadəsinə əlavə etdiyi CD diskdə bir ədəd video fayl vardır. Həmin fayla baxış zamanı görünür ki, videoçəkiliş Şahid5 tərəfindən avtomobilin içərisində aparılır. Avtomobilin içərisində ön oturacaqlarda Şahid5 və Təqsirləndirilən şəxs1, arxa oturacaqda isə Şahid3 əyləşmişdir. Videoçəkilişin aparılmasından Təqsirləndirilən şəxs1 xəbərsiz olduğu görünür. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs1 Şahid3 əlilliklə bağlı əmək pensiyası verilməsindən danışır. Həmçinin Təqsirləndirilən şəxs1 rəisi ilə bu məsələni danışdığını, qazilərə görə “fiktivni” pensiyaların dayandırıldığını bildirir. Daha sonra vidoçəkiliş dayandırılır (cid 01, iş vərəqə 210). 14 sentyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid7 ifadəsinə əlavə etdiyi CD diskdə bir ədəd video fayl vardır. Həmin fayla baxış zamanı görünür ki, videoçəkiliş bir nəfər kişi cinsli şəxs tərəfindən əlində tutularaq gəzə-gəzə gizli şəkildə aparılmışdır. Lakin həmin şəxsin üzü görünmür. Həmin şəxsin çəkdiyi video görüntüdə ondan bir az arxada Təqsirləndirilən şəxs1 danışa-danışa gəldiyi görünür. Video görüntüdə həmçinin danışıq səslərindən orada daha bir nəfər qadın cinsli şəxsin olduğu da hiss olunur (cid 02, iş vərəqə 14). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş telefon danışıqlarına dair izahlı diskə baxış keçirilməsi haqqında 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, diskdə 1 ədəd qovluq var. Həmin qovluqda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə dair sms mətnləri, telefon danışıqları və anten məlumatlarının olduğu 3 ədəd fayl vardır. Qeyd edilən mobil telefon nömrəsinə dair sms mətnlərinin olduğu fayla baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə ********** saylı mobil telefon nömrəsindən 06.08.2021-ci il tarixdə saat 18:43-də “Salam axşamınız xeyir Afət xanımdı, neçə dəfə zəng edirəm açmırsız”, “nə xəbər oldu” məzmunlu, Şahid6 istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən 06.08.2021-ci il tarixdə saat 18:45-də “qaqaş zəngə cavab ver xahiş edirəm”, saat 21:14-də “mən sənə deyim sən hiss etmədinmi səni görüş zamanı videoya aldım”, “istəsən göndərərəm sənə” məzmunlu, Şahid2 istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən 07.08.2021-ci il tarixdə saat 09:38-də “Zəhmət olmasa zəngimə cavab ver, əks halda gizli kamera ilə çəkilisin var. Həttda yaşadığın ünvanın da bəllidir”, saat 11:03-də “Telefonu açsan sənin çəkilişini özünə göndərəcəm”, 10.08.2021-ci il tarixdə saat 17:29-da “Telofona cavab ver sonra gec olacaq” məzmunlu, Şahid6 istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən 10.08.2021-ci il tarixdə saat 22:20-də “oğlan aç və mesajımı oxu, sənin cəmi 2 günün var, fikirləş və nəticə” məzmunlu, Şahid2 istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən 11.08.2021-ci il tarixdə saat 17:14-də “Bu gün mərkəzdə olmuşuq, sənın şəkilini də təqdım etmişik, göy teniskalı şəkilini, sən və sənə mənim dannılarımı verən həmin şəxs də tapılıb. Sabah ərizə veriləcək, nə qədər gec deyil bu gün götürdüyünü geri ver, sonra bağışlamayacam” məzmunlu sms-lər göndərilmişdir. Telefon danışıqlarının olduğu fayla baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında 02 iyul 2021-ci il tarixdən 03 iyul 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda, Şahid2 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında 29.07.2021-ci il tarixdən 06.08.2021-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda, X11 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında 29.07.2021-ci il tarixdən 04.08.2021-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda telefon danışıqlarının aparıldığı aşkar olunmuşdur (cid 02, iş vərəqə 26-27). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş telefon danışıqlarına dair izahlı disk hesabatına baxış keçirilməsi haqqında 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə dair telefon danışıqlarının olduğu fayla baxış zamanı həmin mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında 16.08.2021-ci il tarixdə saat 14:59-da 217 saniyə, 18.08.2021-ci il tarixdə saat 18:44-də 285 saniyə, saat 18:55-də 52 saniyə, 19.08.2021-ci il tarixdə saat 08:26-da 15 saniyə, saat 08:56-da 46 saniyə, saat 08:58-də 130 saniyə, saat 10:49-da 179 saniyə, saat 14:05-də 30 saniyə, saat 14:26-də 24 saniyə, saat 14:36-da 13 saniyə və saat 14:43-də 87 saniyə telefon danışığı aparıldığı müəyyən edilmişdir (cid 02, iş vərəqə 35). Diskə baxış keçirilməsi haqqında 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Baş İdarənin Əməliyyat idarəsindən daxil olmuş Təqsirləndirilən şəxs2 qanunsuz əməllərinin videoyazısının əks olunduğu CD diskdə bir ədəd video fayl vardır. Həmin fayla baxış zamanı görünür ki, vidoçəkiliş otaqda giriş qapısı ilə üzbəüz divarın yuxarı sol küncündə yerləşdirilmiş müşahidə kamerası vasitəsilə 27 iyul 2021-ci il tarixdə aparılmışdır. Həkim otağında bir nəfər qadın cinsli, həkim xalatında olan şəxs kompüterin qarşısında stulda oturmuş, digər divarın qarşısında olan stulda isə bir nəfər kişi cinsli şəxs oturmuşdur. Həmin gün saat 10:10-da əynində qara rəngli şalvar, boz rəngli köynək, başında mavi rəngli papaq və ağzında qara rəngli tibbi maska olan Təqsirləndirilən şəxs2 qapıdan həmin otağa daxil olur. Təqsirləndirilən şəxs2 öz mobil telefonunda olan hansısa şəxsin şəxsiyyət vəsiqəsinin şəklini həkim xalatında olan xanıma təqdim edir və əlində olan sənədlərin iş masasının üzərində olan digər sənədlərin üzərinə qoyur. Həkim xalatında olan xanım şəxsiyyət vəsiqəsinin şəklinə baxdıqdan sonra qarşısında olan jurnalda axtarış aparır və Təqsirləndirilən şəxs2 telefonunu geri qaytararaq kağızda qeydiyyat aparır. Həmin vaxt xanımın başının qarışmasından istifadə edən Təqsirləndirilən şəxs2 içəri daxil olarkən iş masasının üzərinə qoyduğu sənədləri götürərkən sənədlərin altında olan digər bir neçə sənədi də gizli şəkildə götürür. Qeyd olunan xanım qeydiyyat apardığı kağız parçasını Təqsirləndirilən şəxs2 verdikdən sonra sonuncu otaqdan çıxaraq gedir (cild 2, iş vərəqə 36). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olmuş məktubdan görünür ki, Şahid2 əlillik vəziyyəti “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 0307003AAEEU nömrəli göndərişi əsasında 21.04.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. (Diaqnoz: Stenokardiyanın digər formaları, ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası İİİ (üçüncü) dərəcə, beyin infarktının nəticələri, keçirilmiş sağ beyin yarımkürəsinin işemik insultu). Sonrakı dövrdə Şahid2 Niyazı oğlu rəsmi qaydada Agentliyə müraciət etməmişdir. Şahid1 əlillik vəziyyəti “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 0218003AAJZ5 nömrəli göndərişi əsasında 05.08.2021ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. (Diaqnoz: Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, sağ ağ ciyərin fibroz-kavernoz vərəmi, sola səpələnmə, xroniki respirator çatışmazlıq, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozuntusu). Sonrakı dövrdə Şahid1 rəsmi qaydada Agentliyə müraciət etməmişdir. Şahid3 əlillik vəziyyəti “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 0329003AAJ0L nömrəli göndərişi əsasında 05.04.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. (Diaqnoz: Eşitmə sinirinin xəstəlikləri, iki tərəfli xroniki koxlear nevrit, eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli neyrosensor ağır eşitmə İV dərəcəli). Qərardan narazı qalan Sultanov X7 əyani müayinə edilmiş, tibbi-ekspert sənədləri araşdırılmış və 05.04.2021-ci il tarixdən ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir (cid 02, iş vərəqə 28-30). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmamışlar (cid 02, iş vərəqə 37-38). Şahid6, Şahid2 05 oktyabr 2021-ci tarixli, Şahid3, Şahid4 08 oktyabr 2021-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlara vurulmuş ziyan tam ödənilmişdir, heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5, 76.2-ci maddələrinə əsasən cəzadan 5 ay 3 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur (cild 02, iş vərəqə 21). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməsinin 12 fevral 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli amnistiya qərarının 1.3 və 4-cü maddələrinə əsasən cəzadan azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 Bakı Hərbi Məhkəməsinin 15 oktyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 334.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin 10 may 2004-cü il tarixli 61 saylı Əfv Fərmanına əsasən cəzadan azad olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 1.8-ci maddəsinə əsasən cəzadan azad edilmişdir (cild 02, iş vərəqə 22). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 310-cu və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 310-cu maddələrində nəzərdə tutulan əməllər az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 310-cu və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Yuxarıda şərh olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 310-cu və 32.4, 312.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özlərini təqsirli bilərək səmimi peşman olmalarını, onlara qarşı heç bir şikayət və tələbin olmamasını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 19 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 19 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 01, iş vərəqə 53-55, 123-129). Təqsirləndirilən şəxs2 26 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 26 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 01, iş vərəqə 139-141, 175-180). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 avqust 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda onlara verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - gizli çəkilişin əks olunduğu 01 ədəd CD disk, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsinin videoyazısının əks olunduğu 01 ədəd CD disk, Şahid1 təqdim etdiyi səs yazılarının olduğu 01 ədəd CD disk, Şahid3 təqdim etdiyi 01 ədəd CD disk, Şahid7 təqdim etdiyi 01 ədəd CD disk, Təqsirləndirilən şəxs2 qanunsuz əməllərinin videoyazısının əks olunduğu 01 ədəd CD disk, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A3” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A5” markalı mobil telefon aparatlarının tədqiqi nəticəsində əldə olunmuş məlumatların yazıldığı yaddaş qurğusu, Şahid6 ifadəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs1 əks olunduğu iki ədəd fotoşəkil, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, üzərlərində limuniset qələmlə “Nəzarət 2021” sözləri yazılmış 3 ədəd 100 manatlıq əskinasların (A33141645, A39879252, A97194335 seriya və nömrəli) və 4 ədəd 50 manatlıq əskinasların (B18041527, A85000694, A82837804, B13346659 seriya və nömrəli) Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-təminat şöbəsinə təhvil verildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X17 və X18 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı X13 və X14 vəkil işlədikləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli 4 saylı, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli 7 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 310cu və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 310cu və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - gizli çəkilişin əks olunduğu 01 ədəd CD disk, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsinin videoyazısının əks olunduğu 01 ədəd CD disk, Şahid1 təqdim etdiyi səs yazılarının olduğu 01 ədəd CD disk, Şahid3 təqdim etdiyi 01 ədəd CD disk, Şahid7 təqdim etdiyi 01 ədəd CD disk, Təqsirləndirilən şəxs2 qanunsuz əməllərinin videoyazısının əks olunduğu 01 ədəd CD disk, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A3” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A5” markalı mobil telefon aparatlarının tədqiqi nəticəsində əldə olunmuş məlumatların yazıldığı yaddaş qurğusu, Şahid6 təqdim etdiyi Təqsirləndirilən şəxs1 əks olunduğu iki ədəd fotoşəkil, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın; - üzərlərində limuniset qələmlə “Nəzarət 2021” sözləri yazılmış 3 ədəd 100 manatlıq əskinasların (A33141645, A39879252, A97194335 seriya və nömrəli) və 4 ədəd 50 manatlıq əskinasların (B18041527, A85000694, A82837804, B13346659 seriya və nömrəli) Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-təminat şöbəsinə təhvil verildiyi nəzərə alınsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına 5 saylı Vəkil Bürosunun hesabına X17 üçün 270 (iki yüz yetmiş) manat və X18 üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1775/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1775/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver