Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1775/2024 06.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X6 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Astara rayonu, Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Astara rayonu, Pensər kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr olan heroini, kokaini və psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddəni əldə etmək üçün istintaqa məlum olmayan “Renat” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında, əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən ünvanlara çatdırılması üçün onun istifadəsində olan və üzərində ***-***-**-** nömrəli «İPhone 7 plus» markalı mobil telefonunda “whatsapp buisnes” proqramı vasitəsi ilə “Renat” adlı şəxsin istifadəsində olan +90 543 *** ** ** nömrə ilə əlaqə saxlamış və aralarındakı razılığa əsasən istintaqa məlum olmayan şəxs tərəfindən müxtəlif ünvanlara qoyularaq göndərilmiş fotoşəkillərə uyğun yerlərdən 1 ədəd bükümdə təmiz çəkisi 0,665 qram olan narkotik vasitə heroini, 1 ədəd bükümdə təmiz çəkisi 0,828 qram psixotrop maddə metamfetamini, 1 ədəd bükümdə təmiz çəkisi 0,157 qram narkotik vasitə kokaini əldə edib üzərində daşımaqla saxlamış, onun narkotik vasitə ilə psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİnin 36-cı PŞ-nin əməkdaşlarının xx.xx.2024-cü il tarixdə saat 15:30-da keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanının qarşısında saxlanılıb ünvan 1nin 36-cı PŞ-yə gətirilib müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi-axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,665 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,828 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,157 qram ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə kokain və şalvarın sol yan cibindən 1 ədəd «İPhone 7 plus» markalı ***-***-**-** nömrəli mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, artıq 3 ilə yaxın müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, o, həmin maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən alırmış. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində psixotrop maddə və narkotik vasitələr əldə etmək məqsədilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində mobil telefonu ilə “Telegram” sosial şəbəkəsində adını xatırlamadığı səhifənin mesajlaşma hissəsində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxslə mesajlaşaraq öz istifadəsi üçün “patı, kakos və kokain” əldə etmək istədiyini bildirmiş, həmin şəxs ona ümumilikdə 110 manat qarşılığında “patı, kakos və kokain” təşkil edə biləcəyini yazmış və həmin maddələri qoyduğu ünvanı göndərəcəyini, 110 manat pulu isə bükümləri götürdüyü yerə qoyacağını bildirərək ona psixotrop maddə və narkotik vasitələri götürəcəyi yerin ünvanını göndərmişdir. Bundan sonra o, Lökbatan qəsəbəsindən çıxıb telefonda ona göndərilən ünvana getmiş, xəritə üzrə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında ünvanı dəqiq xatırlmadığı yerə çatmışdır. Orada yolun kənarında daş parçasının altında qoyulmuş 1 ədəd şəffaf sellofan bükümdə “patı”, 1 ədəd şəffaf sellofan bükümdə “kakos” və 1 ədəd şəffaf sellofan bükümdə “kokain” olan cəmi 3 ədəd şəffaf selofan bükümləri götürmüş, bükümləri götürdüyü daş parçasının altına isə 110 manat ödəniş məbləğini yerləşdirmişdir. Bundan sonra həmin 3 ədəd bükümü əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyub oradan uzaqlaşaraq metronun “Xalqlar Dostluğu” stansiyasına düşmüşdür. Belə ki, əldə etdiyi psixotrop maddə və narkotik vasitələri gizli yer tapıb 1 bükümünü istifadə etmək üçün metronun Xətai rayonu ərazisində yerləşən “Həzi Aslanov” stansiyasından çıxmış və gizli yer axtarmaq üçün metronun yerləşdiyi küçədə piyada hərəkət edərkən saat 15:30 radələrində ünvan 5 ünvanının qarşısında olduğu zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək 36-cı PŞ-nə dəvət etmiş, o da onlarla birlikdə şöbəyə gəlmiş, orada narkotik vasitələr və psixotrop maddələrin istifadəçisi olduğunu eyni zamanda üzərində 3 büküm “şüşə”, “kakos” və “kokain” olduğunu bildirmişdir. Bundan sonra orada xidməti otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, iştirakçıların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən həmin 3 ədəd şəffaf selofan bükümlərdə olan maddələri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin içərisində psixotrop maddə və narkotik vasitələr olan bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, içərisində “patı, şüşə” olan bükümün çəkisi qablaşdırma ilə birlikdə 1,55 qramda, içərisində “kakos” olan bükümün çəkisi qablaşdırma ilə birlikdə 0,85 qramda və digər içərisində “kokain” olan bükümün çəkisi isə qablaşdırma ilə birlikdə 0,39 qramda olmaları müəyyən edilmiş, həmin bükümlər zərfə qoyulub möhürlənmiş və özü daxil olmaqla bütün iştirakçılar tərəfindən zərf imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş, ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Bundan başqa şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş üzərində ***-***-**-** saylı mobil nömrə olan “İphone 7+” markalı mobil telefon ona məxsusdur, yalnız onun istifadəsində olub, mobil telefonda olan yazışmaları özü etmiş və fotoşəkilləri də özü qeydə almışdır. Belə ki, o, +90 543 *** ** ** mobil nömrənin istifadəçisi ilə 2023-cü ilin dekabr ayında xatırlamadığı sosial şəbəkələrin birində tanış olmuş və həmin şəxs özünü ona “Renat” adı ilə təqdim etmişdir. Həmin şəxsin anket və digər məlumatlarını bilmir, real həyatda ümumiyyətlə qarşılaşmamış və görüşməmişdir. “Renat” adlı şəxslə sosial şəbəkədə danışıqlar zamanı ona bildirəcəyi ünvanlardan qabaqcadan yerləşdirilmiş narkotik vasitələr və psixotrop maddələri götürməyini və bildirəcəyi qaydada fərqli ünvanlarda gizlin yerlərə yerləşdirərək sonuncuya bildirəcəyini, bunun müqabilində isə ona pul ödənişləri edəcəyini təklif etmiş, o da həmin vaxt işsiz olduğu üçün bu təkliflə razılaşmışdır. Bu minvalla +90 543 *** ** ** mobil nömrənin istifadəçisi “Renat” adlı şəxs “Whastapp Business” tətbiqində ona narkotik vasitə və psixotrop maddələri götürəcəyi yerləri bildirmiş, həmin yerlərdə qabaqcadan yerləşdirilmiş içərisində narkotik vasitə və psixotrop maddələr olan bağlamaları götürərək sonuncuya bu barədə məlumat verirmiş, daha sonra həmin narkotik vasitə və psixotrop maddələri üzərində saxlayaraq “Renat” adlı şəxsin ona bildirdiyi qaydada müxtəlif ünvanlara gedib həmin bağlamaları gizlin yerlərə yerləşdirərək ünvanları və yerləri həmin tətbiq vasitəsilə sonuncuya bildirmişdir. Bunun müqbilində isə “Renat” adlı şəxs ona müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə onlayn qaydada pul vəsaitləri göndərmişdir. “Renat” adlı şəxsə hər dəfə ayrı-ayrı tanışlarının bank kartı nömrəsini vermiş, sonuncu isə həmin kart hesablarına pul köçürməsi etmişdir. Hər dəfə fərqli bank kartları təqdim etdiyi üçün xatırlamır və əməliyyatları kimin etməsi barədə məlumatsızdır. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, saxlanılan zaman üzərində yalnız 0,2 qram narkotik vasitə kokain olmuşdur. O heç bir zaman el arasında “kokos” adlandırılan maddədən istifadə etməmiş, həmin maddənin satışı ilə də məşğul olmamışdır. Həmçinin etiraf edici ifadələrin verməsinin əsas səbəbini isə polis əməkdaşları tərəfindən ona qarşı edilmiş fiziki təzyiq eləcə də, zorakı hərəkətlərin olması ilə izah etmişdir. O, “Renat” adlı şəxslə instaqram vasitəsi ilə tanış olmuş və 23 gün müddətində 70-80 dəfə sonuncunun müxtəlif yerlərə hər bükümdə 1 qram olmaqla narkotik vasitələri və psixotrop maddələri yerləşdirmişdir. Gördüyü iş müqabilində yalnız taksi pulu olaraq 50 manat və ona göndərilən maddələrin 30 %-ni özünə götürürmüş. Həmçinin bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq edilmiş və nəticədə burnu sınmışdır. Lakin bununla bağlı o, istintaq dövründə məhkəməyə çıxarıldığı, eləcə də istintaq təcridxanasına yerləşdirildiyi zaman hər hansı məlumat verməmiş, heç bir orqana şikayət və ya vəsatətlə müraciət etməmişdir. Daha sonra özünü təqsirli bilməsini, gənc olmasını barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qisməm etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskdə olan videogörüntülər, “İphone 7 plus” mobil telefonda olan yazışmalar və foto-şəkillərlə və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36cı PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, həmin məlumatını yoxlamaq məqsədilə tərəfindən şöbənin rəhbərliyinə məruzə edilmiş, şöbə rəhbərliyinin göstərişindən sonra sonuncunun cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra sonuncuyla birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində ünvan 6 ünvanın qarşısına gəlmiş, həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən 1 nəfər şəxsin piyada hərəkət edtiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, bundan sonra sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət etmiş, o da buna etiraz etməmiş onlarla birlikdə şöbəyə getmiş və onu şöbənin baş təhqiqatçısı Vüqar Həsənova təhvil vermişlər. Orada təhqiqatçı V.Həsənov, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə sonuncunun üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirməmişdən əvvəl sonuncuya üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmiş, sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd şəffaf selofan bükümləri çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində tünd qəhvəyi rəngli bükümün içərisində “heroin”, ağ kristalşəkilli maddə olan bükümün içərisində “patı, şüşə” və digər içərisində ağ toz şəkilli maddə olan bükümün içində “kokain” olduğunu, həmin psixotrop maddə və narkotik vasitələri xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında 110 AZN ödəniş müqabilində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra 3 ədəd şəffaf selofana bükülmüş bükümlər elektron tərəziyə qoyularaq çəkilmiş, elektron tərəzidə içərisində qəhvəyi rəngli, tozşəkilli maddə olan bükümün çəkisi qablaşdırma ilə birlikdə 0,85 qramda, içərisində ağ rəngli kristalşəkilli maddə olan bükümün çəkisi qablaşdırma ilə birlikdə 1,55 qramda və digər içərisində ağ rəngli tozşəkilli maddə olan bükümün qablaşdırma ilə birlikdə çəkisi 0,39 qramda olması müəyyən olunmuşdur. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən içərisində ***- ***-**-** saylı mobil nömrə olan “İphone 7+” markalı mobil telefon aşkar edilib götürülmüşdür. Daha sonra isə sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamış, bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı fiziki və ya psixi təyziq, eləcə də zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd şəffaf selofan bükümləri çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində tünd qəhvəyi rəngli bükümün içərisində “heroin”, ağ kristalşəkilli maddə olan bükümün içərisində “patı, şüşə” və digər içərisində ağ toz şəkilli maddə olan bükümün içində “kokain” olduğunu, həmin psixotrop maddə və narkotik vasitələri xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında 110 AZN ödəniş müqabilində tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı fiziki və ya psixi təyziq, eləcə də zorakı hərəkətlər edilməmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 79-82-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024cü tarixdən 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 182-187-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 41-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/503 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №151-li dairəvi möhür əksi, “(İmza) Cəbrayılzadə” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,665 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,828 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,157 qram ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - kokaindir. Heroin, metamfetamin və kokain müxtəlif növ və tərkibli maddələr olduğu üçün, onların arasında müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 0,828 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,778 qram. Heroinin təmiz çəkisi – 0, 665 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,615 qram. Kokainin təmiz çəkisi – 0,157 qram, tədqiqata sərf edildi – 0,03 qram, qalıq – 0,127 qram. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 195-203-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, sonuncunun üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr olan 0,615 qram heroin, 0,127 qram kokain və psixotrop maddə olan 0,778 qram metamfetamin eləcə də Təqsirləndirilən şəxs məxsus 1 ədəd “İphone 7 plus” markalı mobil telefon saxlanması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1426 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanseri idə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 120-132-ci vərəqələrində olan mobil telefon aparatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İPhone 7 plus” markalı mobil telefonuna sonuncunun və müdafiəçi İ.Ş.Şahməmmədovun iştirakı ilə təhqiqatçı H.A.Ağayev tərəfindən baxış keçirilir. Mobil telefonun «Fotoğraflar» bölməsinə baxış keçirilən zaman orada xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müxtəlif tarixlərdə və saatlarda, habelə müxtəlif ünvanlarda qablaşdırılmış şəkildə qoyulmuş maddələrin fotoşəkilləri, həmçinin xx.xx.2023-cü il tarixdə çəkilmiş qablaşdırılmış maddənin, xx.xx.2023-cü il tarixdə çəkilmiş hissələrə ayrılmış vəziyyətdə qurudulmuş marixuanaya bənzər otşəkilli maddələrin, xx.xx.2023-cü il tarixdə çəkilmiş elektron tərəzi üzərində bağlama olan, tərəzinin ekran hissəsində bağlamanın 2.14 qram olmasını əks etdirən fotoşəkillər, xx.xx.2023-cü il tarixdə çəkilmiş narkotik maddəyə bənzər 13 ədəddə bağlamaların, xx.xx.2023-cü il tarixdə çəkilmiş yarımçıq istifadə edilən qurudulmuş marixuanaya bənzər əşyanın, eyni tarixdə çəkilmiş 10 ədəd kiçik ölçüdə narkotik maddəyə bənzər bağlamaların, xx.xx.2023-cü il tarixdə çəkilmiş kağız üzərində qurudulmuş marixuanaya bənzər otşəkilli maddələrin, xx.xx.2023-cü il tarixdə çəkilmiş qurudulmuş marixuanaya bənzər otşəkilli maddənin, xx.xx.2023-cü il tarixdə çəkilmiş 5 ədəd şəffaf bükümdə psixotrop maddəyə bənzər kristalşəkilli maddələrin, xx.xx.2023-cü il tarixdə çəkilmiş elektron tərəzi üzərində bağlama olan, tərəzinin ekran hissəsində bağlamanın 55.58 qram olmasını əks etdirən, həmin tarixdə çəkilmiş elektron tərəzi üzərində bağlama olan, tərəzinin ekran hissəsində bağlamanın 20.79 qram olmasını əks etdirən, habelə eyni tarixdə çəkilmiş 4 ədəd listdə dərman həblərinin fotoşəkilləri, xx.xx.2023-cü il tarixdə çəkilmiş 15 ədəd kiçik bağlamaların, 3 ədəd listə dərman həblərinin, xx.xx.2023-cü il tarixdə çəkilmiş ekranında 96.75 qramda olmasını əks etdirən üzərində qurudulmuş marixuanaya bənzər otşəkilli maddənin olduğu elektron tərəzinin, həmin tarixdə çəkilmiş 6 ədəd qurudulmuş marixuanaya bənzər otşəkilli maddələrdən ibarət bağlamaların, eyni tarixdə çəkilmiş qurudulmuş marixuanaya bənzər otşəkilli maddənin, xx.xx.2023-cü il tarixdə çəkilmiş ekranında 0.58 qramda olmasını əks etdirən üzərində qurudulmuş marixuanaya bənzər otşəkilli maddənin olduğu elektron tərəzinin, xx.xx.2024-cü il tarixdə çəkilmiş ekranında 7.98 qramda olmasını əks etdirən üzərində qurudulmuş marixuanaya bənzər otşəkilli maddənin olduğu elektron tərəzinin, xx.xx.2024-cü il tarixdə çəkilmiş 1 manatlıq əskinasın üzərində qurudulmuş marixuanaya bənzər otşəkilli maddənin, xx.xx.2024-cü il tarixdə çəkilmiş ekranında 1.73 qramda olmasını əks etdirən üzərində sellofan bağlamanın olduğu elektron tərəzinin və həmin tarixdə çəkilmiş 5 ədəd listə üzərilərində “M40” yazıları olan dərman həblərinin fotoşəkilləri aşkarlandı. Bundan başqa həmin mobil telefonun iş masasında “Whatsapp Business” adlı proqrama daxil olub +90 543 *** ** ** mobil nömrə ilə qeydiyyata alınmış şəxslə həmin tətbiq vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddət ərzində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasına dair mesajlar, sms mətnləri, ünvanların, həmin ünvanlarda qoyulmuş bağlamaların, üzərində bağlama olan elektron tərəzinin fotoşəkilləri olması aşkarlandı. Həmin mobil nömrə ilə “Whatshapp Business” proqramında aşağıdakı sms yazışmalarının olması aşkar edildi: (Yazışmada şərti olaraq K1 kimi qeyd olunan şəxs +90 543 *** ** ** saylı nömrənin sahibi, K2 isə Təqsirləndirilən şəxsdir). K1: Arzamiz M40 7.5 list, Pati 33 gr, OT 0 gr, Gun 0 =0 azn, K2: tmm, K1: 20 adres 1 gr pati, K2: Bunu hazirliyib Cixacam evden Ama qurban sene gunortaya zada hokmen ot atdir K1: Yaxshi brom K2: ünvan (konum) K2: konuma gelsin blokunn solu divarin ustunde noqte qoydugum yerde yarim list m40 K2: ................ K1: Goture bilecek burdan? K2: Abi Men nece quymuvvam K1: ok K2: ünvan (konum) K2: Konuma gelsin 3 cu demir duz noqte qoydugum yerde 1 gr patiii K2: ................ K1: Demirin ustundedi K1: Girsenir? K2: Gornesmir K1: ok K2: Boylandin Goreresen K1: ok K2: ünvan (konum) K2: konuma gelsin 1 ci blokun sagi qapinin noqte qoydugum hissesinde yarim list m40 K2: .............. K1: Ordan dushmez icine ? K2: Yox, Butov, Demirdi, Baxmivvam K1: ünvan (konum) K1: Binayla uzbeuz sagdan 3cu blok K1: (işarələnmiş fotoşəkil) K1: Catanda xeber ele K1: 50 pati 10 liste m40 goydururram K2: Goyub, Hazirdi, ? K1: Yox catana xeber ele K2: 10 dg ly yolum qalib K1: ok K2: Abim, Atda K1: ok K1: ünvan (konum) K1: Konuma gelsin 1 e galxanda sagda divarin icinde ivvignan baxsin, 2 Gr OT K2: ünvan (konum) K2: Konuma gelsin bloka gıren kimi solda plasmasın noqtelediyim hissesinde 2 gr OT K2: .............. K2: Abim 30 adres, Hazı, R, 5 adres 2 gr ot K1: ok K1: Aramiz OT. 20 gr K1: 10 adres de at. Xeber ele K2: Atacam abim narahat olma K1: Aramiz OT. 90 gr K2: Abim, Axvvamn xeyr evdeyem, Abi, Eki 100, Pati 30, Duzdu, 15 adres 100 hesabliyassa.Abim? K1: Kk yoxdur axi K2: Kk ya gore idi? K1: Sene indi nerimanova ot atitmritam heri bro K2: He eyb yox K1: İndi nerimanova Ot goydururram K2: Tm, Abim, Bizim aramiz, Kecen sefer ravvot olmuvvdu? K1: Baximbdeyecem, Brom K1: Sen bekarsansa patilari 1 gr ele K1: Ekileri K2: Elyirem K1: 5 2 eki ele, 3 3 eki ele, 2 4 eki ele hazir olasun K2: Sen mene pul atsaydin ela olardida evpulun vererdim K1: Sen eki oati duzrsen zajazlari yazacam K2: Pati K2: 1 gr demsnde K2: Patiya zakaz yazmamisan K2: Ekiye yazmisan K1: Hamisini yazacam bashim garishgdi, Yazim K2: Yaz, Abim K1: 15 adres 1 gr pati, 1 adres 2 gr pati, 5 adres 2 eki, 4 adres 3 eki, 3 adres 4 eki, 1 adres 5 eki K2: Tm, Abim K1: Amma bular seher dur tezden ishle, Axshama saxlama brim K2: Arxayin ol K1: 1 adres 1 gr pati, 1 adres 1 gr oati, 1 adees 1 gra pati K2: Tm, 2 gr ni, Atiram, Sorads 1 ler K2: (ünvanın fotoşəkli) K2: (dəmir boruya sıxışdırılmış bağlamanın fotoşəkli) K2: (dəmir borunun işarələnmiş fotoşəkli) K2: ünvan (konum) K2: Konuma gelsin bloka giren kimi sagdaki turbanin noqtelediyim yerinde 2 gr pati K2: ünvan (konum) K2: Konuma gelsin bloka giren kimi sagda yuxaridaki turbanin icinde 1 gr pati K1: 1 adres 3 pati K2: Tm K2: ünvan (konum) K2: Konuma gelsin bloka giren kimi pillekenindibinde iceri terefinde 3 gr patiii K2: (ünvanda blokun giriş qapısının fotoşəkli) K2: (Gizlin yerə qoyulmuş bağlamanın fotoşəkli və nöqtə ilə işarə olunmuş ünvanın fotoşəkli) K2: ünvan (konum) K2: konuma gelsin bloka giren kimi solda turbanin icinde 4 Eki K1: 1 adres 2 eki K2: Abi, Atacam, 5 dene 2 Eki, Qalb, Fso K1: 1 naxad uxa ele, 2 skinibat bir adres, Seherden gozleyir bro, Ay gagash, Noldunbgenebitdi, At pox laruda, Gizdeyor mushteri, 3 saatdi K2: Tm K2: ünvan (konum) K2: Konuma gelsin bloka giren kimi soldaki olasmasin noqtelediyim hissesinde 2 Eki K1: Pati galib ? K2: Heee K1: Olari da at K2: ünvan (konum) K2: Konuma gelsin bloka giren kimi solda turbanin altinda 1 gr patii K2: (işarələnmiş fotoşəkillər) K2: ünvan (konum) K2: Konuma gelsin bloka giren kimi soldaki vvkafin divar terefden dibinde 1 gr patiii K2: (işarələnmiş fotoşəkillər) K1: 50 bayag atmisham brom K1: 50 bu 100 eliyir K2: Aha, Bugunki, Pulum, Ravvot, Geldi, Tvvk K1: Aramiz Eki 100 eded, Pati 30 gr, 0 GUN. – 100 azn K1: Aramiz Eki 61 eded, Pati 13 gr, 0 GUN. – 100 azn K1: Zakaz yazim K2: Yaz abim K1: 13 adres 1 gr pati K2: Aha, Abim, Dermannan, Goture bilerem, Axvvama K1: 2 adres 2 eki K2: Bir ede K1: Dunen kiyerleri ishleme “Whatsapp Business” bölməsində zənglər hissəsində də +90 543 *** ** ** saylı nömrə ilə olaraq danışıqlar olması müəyyən edildi. Mobil telefonun SMS bölməsinə daxil olduqda müxtəlif məzmunlu sms-lər olduğu göründü, lakin iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı bir sms aşkar olunmadı. “İPhone 7 plus” markalı mobil telefona baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Cinayət işinin 32-33 və 34-cü vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması protokolundan və DVD-R diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə saat 16:45-dən başlayaraq qeydə alınmışdır. Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı V.Ə.Həsənovun, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili İ.Ş.Şahməmmədovun və əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı sonuncuya qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən ümumilikdə 3 ədəd şəffaf selofan bükülünü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində 1 ədəd narkotik vasitə “heroin”, digərinin içərisində “kokain” və digər bükümün içərisində “şüşə” olduğunu, həmin bükümləri xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrosunun yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 110 manata aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd bükülülər ayrı-ayrılıqda “Çin” istehsalı olan elektron tərəzidə ölçülərkən çəkisinin qablaşdırma ilə birlikdə içərisində heroinə bənzər maddənin 0,85 qram, metamfetaminə bənzər maddənin 1,55 qram və kokainə bənzər maddənin isə 0,39 qram olduğu müəyyən edilir. Sonuncunun əynindəki qara rəngli cins şalvarın sol yan cibindən isə üzərində ***-***-**-** saylı mobil nömrəsi olan “İphone 7+” markalı mobil telefon aşkar edilib götürülür. Daha sonra isə sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamış, bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr 1 ədəd kağız zərfdə qablaşdırılıb AR DİN-nin “Zərflər üçün” 151 saylı möhürü ilə möhürlənərək götürülür. Həmçinin sonuncuya məxsus “İphone 7+” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülür və bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq olunur. Bundan əlavə sonuncuya müdafiəçi tərəfindən polis əməkdaşları tərəfindən saxlanılan zaman hər hansı fiziki və ya psixi təzyiqə, eləcə də zorakı hərəkətlərə məruz qalıbqalmaması soruşulduqda Təqsirləndirilən şəxs belə halın baş vermədiyini bildirir. Cinayət işinin 94-cü vərəqəsində olan Astara rayon İHB-nın Pensər kənd İƏDİ üzrə nümayəndəliyi tərəfindən veriımiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Pensər kəndində yaşadığı müddət ərzində onun haqqında kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq qanunsuz olaraq narkotik vasitələr olan heroini, kokaini və psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskdə olan videogörüntülər, “İphone 7 plus” mobil telefonunda olan yazışmalar və foto-şəkillər və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Sonuncunun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin olmaması yalnız kokainin olması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə (i/v 32-34), şübhəli və təqsirləndirilən şəxsin dindirmə (i/v 52-54, 67-70) protokollarından və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan (i/v 79-82) görünür ki, təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmədə özünü təqsirli bilərək törətdiyi əməli könüllü olaraq etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olaraq hər hansı vəsatət verməmiş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən DVD-R diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən ümumilikdə 3 ədəd şəffaf selofan bükülünü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində 1 ədəd narkotik vasitə “heroin”, digərinin içərisində “kokain” və digər bükümün içərisində “şüşə” olduğunu, həmin bükümləri xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrosunun yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 110 manata aldığını və polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təzyiqə, eləcə də zorakı hərəkətlərə məruz qalmadığını bildirir (i/v 32-34). Bundan əlavə iş materiallarında olan mobil telefon aparatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və whatsapp foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İPhone 7 plus” markalı mobil telefonuna baxış zamanı mobil telefonun «Fotoğraflar» bölməsinə baxış keçirilən zaman orada xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müxtəlif tarixlərdə və saatlarda, habelə müxtəlif ünvanlarda qablaşdırılmış şəkildə qoyulmuş maddələrin fotoşəkilləri, həmçinin xx.xx.2023-cü il tarixdə çəkilmiş qablaşdırılmış maddənin, xx.xx.2023-cü il tarixdə çəkilmiş hissələrə ayrılmış vəziyyətdə qurudulmuş marixuanaya bənzər otşəkilli maddələrin, xx.xx.2023-cü il tarixdə çəkilmiş elektron tərəzi üzərində bağlama olan, tərəzinin ekran hissəsində bağlamanın 2.14 qram olmasını əks etdirən fotoşəkillər, xx.xx.2023-cü il tarixdə çəkilmiş narkotik maddəyə bənzər 13 ədəddə bağlamaların, xx.xx.2023-cü il tarixdə çəkilmiş yarımçıq istifadə edilən qurudulmuş marixuanaya bənzər əşyanın, eyni tarixdə çəkilmiş 10 ədəd kiçik ölçüdə narkotik maddəyə bənzər bağlamaların, xx.xx.2023-cü il tarixdə çəkilmiş kağız üzərində qurudulmuş marixuanaya bənzər otşəkilli maddələrin, xx.xx.2023-cü il tarixdə çəkilmiş qurudulmuş marixuanaya bənzər otşəkilli maddənin, xx.xx.2023-cü il tarixdə çəkilmiş 5 ədəd şəffaf bükümdə psixotrop maddəyə bənzər kristalşəkilli maddələrin, xx.xx.2023-cü il tarixdə çəkilmiş elektron tərəzi üzərində bağlama olan, tərəzinin ekran hissəsində bağlamanın 55.58 qram olmasını əks etdirən, həmin tarixdə çəkilmiş elektron tərəzi üzərində bağlama olan, tərəzinin ekran hissəsində bağlamanın 20.79 qram olmasını əks etdirən, habelə eyni tarixdə çəkilmiş 4 ədəd listdə dərman həblərinin fotoşəkilləri, xx.xx.2023-cü il tarixdə çəkilmiş 15 ədəd kiçik bağlamaların, 3 ədəd listə dərman həblərinin, xx.xx.2023-cü il tarixdə çəkilmiş ekranında 96.75 qramda olmasını əks etdirən üzərində qurudulmuş marixuanaya bənzər otşəkilli maddənin olduğu elektron tərəzinin, həmin tarixdə çəkilmiş 6 ədəd qurudulmuş marixuanaya bənzər otşəkilli maddələrdən ibarət bağlamaların, eyni tarixdə çəkilmiş qurudulmuş marixuanaya bənzər otşəkilli maddənin, xx.xx.2023-cü il tarixdə çəkilmiş ekranında 0.58 qramda olmasını əks etdirən üzərində qurudulmuş marixuanaya bənzər otşəkilli maddənin olduğu elektron tərəzinin, xx.xx.2024-cü il tarixdə çəkilmiş ekranında 7.98 qramda olmasını əks etdirən üzərində qurudulmuş marixuanaya bənzər otşəkilli maddənin olduğu elektron tərəzinin, xx.xx.2024-cü il tarixdə çəkilmiş 1 manatlıq əskinasın üzərində qurudulmuş marixuanaya bənzər otşəkilli maddənin, xx.xx.2024-cü il tarixdə çəkilmiş ekranında 1.73 qramda olmasını əks etdirən üzərində sellofan bağlamanın olduğu elektron tərəzinin və həmin tarixdə çəkilmiş 5 ədəd listə üzərilərində “M40” yazıları olan dərman həblərinin fotoşəkilləri aşkarlandı. Bundan başqa həmin mobil telefonun iş masasında “Whatsapp Business” adlı proqrama daxil olub +90 543 *** ** ** mobil nömrə ilə qeydiyyata alınmış şəxslə həmin tətbiq vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddət ərzində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasına dair mesajlar, sms mətnləri, ünvanların, həmin ünvanlarda qoyulmuş bağlamaların, üzərində bağlama olan elektron tərəzinin fotoşəkilləri olması aşkarlandı. Həmin mobil nömrə ilə “Whatshapp Business” proqramında aşağıdakı sms yazışmalarının olması aşkar edildi: (Yazışmada şərti olaraq K1 kimi qeyd olunan şəxs +90 543 *** ** ** saylı nömrənin sahibi, K2 isə Təqsirləndirilən şəxsdir). K1: Arzamiz M40 7.5 list, Pati 33 gr, OT 0 gr, Gun 0 =0 azn, K2: tmm, K1: 20 adres 1 gr pati, K2: Bunu hazirliyib Cixacam evden Ama qurban sene gunortaya zada hokmen ot atdir K1: Yaxshi brom K2: ünvan (konum) K2: konuma gelsin blokunn solu divarin ustunde noqte qoydugum yerde yarim list m40 K2: ................ K1: Goture bilecek burdan? K2: Abi Men nece quymuvvam K1: ok K2: ünvan (konum) K2: Konuma gelsin 3 cu demir duz noqte qoydugum yerde 1 gr patiii K2: ................ K1: Demirin ustundedi K1: Girsenir? K2: Gornesmir K1: ok K2: Boylandin Goreresen K1: ok K2: ünvan (konum) K2: konuma gelsin 1 ci blokun sagi qapinin noqte qoydugum hissesinde yarim list m40 K2: .............. K1: Ordan dushmez icine ? K2: Yox, Butov, Demirdi, Baxmivvam K1: ünvan (konum) K1: Binayla uzbeuz sagdan 3cu blok K1: (işarələnmiş fotoşəkil) K1: Catanda xeber ele K1: 50 pati 10 liste m40 goydururram K2: Goyub, Hazirdi, ? K1: Yox catana xeber ele K2: 10 dg ly yolum qalib K1: ok K2: Abim, Atda K1: ok K1: ünvan (konum) K1: Konuma gelsin 1 e galxanda sagda divarin icinde ivvignan baxsin, 2 Gr OT K2: ünvan (konum) K2: Konuma gelsin bloka gıren kimi solda plasmasın noqtelediyim hissesinde 2 gr OT K2: .............. K2: Abim 30 adres, Hazı, R, 5 adres 2 gr ot K1: ok K1: Aramiz OT. 20 gr K1: 10 adres de at. Xeber ele K2: Atacam abim narahat olma K1: Aramiz OT. 90 gr K2: Abim, Axvvamn xeyr evdeyem, Abi, Eki 100, Pati 30, Duzdu, 15 adres 100 hesabliyassa.Abim? K1: Kk yoxdur axi K2: Kk ya gore idi? K1: Sene indi nerimanova ot atitmritam heri bro K2: He eyb yox K1: İndi nerimanova Ot goydururram K2: Tm, Abim, Bizim aramiz, Kecen sefer ravvot olmuvvdu? K1: Baximbdeyecem, Brom K1: Sen bekarsansa patilari 1 gr ele K1: Ekileri K2: Elyirem K1: 5 2 eki ele, 3 3 eki ele, 2 4 eki ele hazir olasun K2: Sen mene pul atsaydin ela olardida evpulun vererdim K1: Sen eki oati duzrsen zajazlari yazacam K2: Pati K2: 1 gr demsnde K2: Patiya zakaz yazmamisan K2: Ekiye yazmisan K1: Hamisini yazacam bashim garishgdi, Yazim K2: Yaz, Abim K1: 15 adres 1 gr pati, 1 adres 2 gr pati, 5 adres 2 eki, 4 adres 3 eki, 3 adres 4 eki, 1 adres 5 eki K2: Tm, Abim K1: Amma bular seher dur tezden ishle, Axshama saxlama brim K2: Arxayin ol K1: 1 adres 1 gr pati, 1 adres 1 gr oati, 1 adees 1 gra pati K2: Tm, 2 gr ni, Atiram, Sorads 1 ler K2: (ünvanın fotoşəkli) K2: (dəmir boruya sıxışdırılmış bağlamanın fotoşəkli) K2: (dəmir borunun işarələnmiş fotoşəkli) K2: ünvan (konum) K2: Konuma gelsin bloka giren kimi sagdaki turbanin noqtelediyim yerinde 2 gr pati K2: ünvan (konum) K2: Konuma gelsin bloka giren kimi sagda yuxaridaki turbanin icinde 1 gr pati K1: 1 adres 3 pati K2: Tm K2: ünvan (konum) K2: Konuma gelsin bloka giren kimi pillekenindibinde iceri terefinde 3 gr patiii K2: (ünvanda blokun giriş qapısının fotoşəkli) K2: (Gizlin yerə qoyulmuş bağlamanın fotoşəkli və nöqtə ilə işarə olunmuş ünvanın fotoşəkli) K2: ünvan (konum) K2: konuma gelsin bloka giren kimi solda turbanin icinde 4 Eki K1: 1 adres 2 eki K2: Abi, Atacam, 5 dene 2 Eki, Qalb, Fso K1: 1 naxad uxa ele, 2 skinibat bir adres, Seherden gozleyir bro, Ay gagash, Noldunbgenebitdi, At pox laruda, Gizdeyor mushteri, 3 saatdi K2: Tm K2: ünvan (konum) K2: Konuma gelsin bloka giren kimi soldaki olasmasin noqtelediyim hissesinde 2 Eki K1: Pati galib ? K2: Heee K1: Olari da at K2: ünvan (konum) K2: Konuma gelsin bloka giren kimi solda turbanin altinda 1 gr patii K2: (işarələnmiş fotoşəkillər) K2: ünvan (konum) K2: Konuma gelsin bloka giren kimi soldaki vvkafin divar terefden dibinde 1 gr patiii K2: (işarələnmiş fotoşəkillər) K1: 50 bayag atmisham brom K1: 50 bu 100 eliyir K2: Aha, Bugunki, Pulum, Ravvot, Geldi, Tvvk K1: Aramiz Eki 100 eded, Pati 30 gr, 0 GUN. – 100 azn K1: Aramiz Eki 61 eded, Pati 13 gr, 0 GUN. – 100 azn K1: Zakaz yazim K2: Yaz abim K1: 13 adres 1 gr pati K2: Aha, Abim, Dermannan, Goture bilerem, Axvvama K1: 2 adres 2 eki K2: Bir ede K1: Dunen kiyerleri ishleme “Whatsapp Business” bölməsində zənglər hissəsində də +90 543 *** ** ** saylı nömrə ilə olaraq danışıqlar olması müəyyən edildi. Mobil telefonun SMS bölməsinə daxil olduqda müxtəlif məzmunlu sms-lər olduğu göründü, lakin iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı bir sms aşkar olunmadı. “İPhone 7 plus” markalı mobil telefona baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq, eləcə də zorakı hərəkətlərin edilməsini bildirsə də, bununla bağlı hər hansı orqana şikayət və ya vəsatətlə müraciət etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, gənc olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və kokainin və psixotrop maddə metamfetaminin miqdarını (heroin – 0,615 qram, kokain – 0,127 qram və metamfetamin 0,778 qram) təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1426 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “İphone 7 plus” markalı mobil telefon sonuncuya qaytarmalı, iş üzrə maddi sübut kimi tanımış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr olan 0,615 qram heroin, 0,127 qram kokain və psixotrop maddə olan 0,778 qram metamfetamin məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut kimi tanınmış 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 1 ədəd “İphone 7 plus” markalı mobil telefon sonuncuya qaytarılsın. İş üzrə maddi sübut Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr olan 0,615 qram heroin, 0,127 qram kokain və psixotrop maddə olan 0,778 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1775/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1775/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver