Məhkəmə qərarları › İş №1(101)-1776/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1776/2021

05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1776/2021 05.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə rəsmi və faktiki olaraq heç bir işlə məşğul olmadığı halda tanışlarına ölkə ərazisində fəaliyyət göstərən banklardan götürülmüş kreditin təminatı olaraq girova qoyulmuş avtomobillərin yaranmış kredit problemləri ilə bağlı açıq hərraca çıxarılmış avtomobilləri nisbətən ucuz qiymətə əldə etməkdə köməklik edə biləcəyini bildirib, özünü bacarıqlı iş adamı kimi təqdim edib, etibarlarını qazandıqdan sonra ona «Hyundai» markalı «Sonata» modelli avtomobil almaq üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs3 həmin markalı və modelli avtomobili sata biləcəyini bildirib, "xxxx" MMC-dən kirayə götürdüyü «Hyundai» markalı «Sonata» modelli avtomobili 17 mart 2018-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən telefon aksessuarları mağazasına gətirib, sonuncuya verib, inamını qazanaraq orada ilkin ödəniş kimi 10.000 manat pulu Zərərçəkmiş şəxs3 alıb ələ keçirdikdən sonra 2018-ci ilin təqribən may ayında Zərərçəkmiş şəxs3la görüşüb vermiş olduğu «Hyundai» markalı «Sonata» modelli avtomobilin kredit borcu çox olacağını bildirib, ona başqa avtomobil satacağını vəd edib, həmin avtomobili götürüb aparmış, bir neçə gün sonra "xxxx" MMC-dən kirayə götürdüyü «Hyundai» markalı «Elantra» modelli avtomobili Zərərçəkmiş şəxs3 təqdim edərək bu avtomobili onun adına rəsmiləşdiriləcəyini vəd edib, sənədləşmə işlərini həyata keçirmək üçün 2018-ci ilin təqribən avqust ayında sonuncudan Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən telefon aksessuarları mağazasında bir neçə dəfəyə daha 3.000 manat pulu alıb vədlərinə əməl etməyərək aldadıb, vahid niyyətlə əhatə edən qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 13.000 manat məbləğində pul vəsaitini ələ keçirib öz ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs3 xeyli miqdar təşkil edən 13.000 (on üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə rəsmi və faktiki olaraq heç bir işlə məşğul olmadığı halda tanışlarına ölkə ərazisində fəaliyyət göstərən banklardan götürülmüş kreditin təminatı olaraq girova qoyulmuş avtomobillərin yaranmış kredit problemləri ilə bağlı açıq hərraca çıxarılmış avtomobilləri nisbətən ucuz qiymətə əldə etməkdə köməklik edə biləcəyini bildirib, özünü bacarıqlı iş adamı kimi təqdim edib, Şahid3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 bütün sənədləşmə işləri aparılmaqla «Hyundai» markalı «Sonata» modelli avtomobil satıb, etibarını qazandıqdan sonra sonuncuya hərraca çıxarılmış dörd ədəd «Hyundai» markalı «Sonata» modelli, «Kia» markalı «Cerato» modelli, «Toyota» markalı «Corolla» modelli və «MercedesBenzE220» markalı avtomobili ucuz qiymətə satmaq imkanının olmasını bildirib, inandıraraq 2018-ci ilin yay ayında Bakı şəhəri Nəsimi rayonu, 9-cu mkr. ərazisində yerləşən «NevvLife» kafesində görüşüb "xxxx" MMC-dən kirayə götürdüyü «Hyundai» markalı «Sonata» modelli, «Kia» markalı «Cerato» modelli avtomobillər Zərərçəkmiş şəxs1 təqdim edərək ilkin ödəniş kimi 31.500 manat məbləğində pulu ondan aldıqdan bir neçə gün sonra təmir sexində olan «MercedesBenzE220» markalı, duracaqda olan «Toyota» markalı «Corolla» modelli avtomobilləri göstərib, yenə də ilkin ödəniş kimi daha 25.700 manat məbləğində pulu «NevvLife» kafesində, sənədləşmə işlərini sona çatdırmaq üçün isə 1.300 manat pul vəsaitini Aşıq adlı şəxs vasitəsi ilə, 2.500 manat məbləğində pul vəsaitini isə «Nəsimi» metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1 alıb, vədlərinə əməl etməyərək, aldadıb, vahid niyyətlə əhatə edən qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus külli miqdar təşkil edən 61.000 manat məbləğində pul vəsatini ələ keçirib, öz ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs1 külli miqdar təşkil edən 61.000 (altmış bir min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə rəsmi və faktiki olaraq heç bir işlə məşğul olmadığı halda tanışlarına ölkə ərazisində fəaliyyət göstərən banklardan götürülmüş kreditin təminatı olaraq girova qoyulmuş avtomobillərin yaranmış kredit problemləri ilə bağlı açıq hərraca çıxarılmış avtomobilləri nisbətən ucuz qiymətə əldə etməkdə köməklik edə biləcəyini bildirib, özünü bacarıqlı iş adamı kimi təqdim edib, etibarlarını qazandıqdan sonra ona «Hyundai» markalı «Sonata» modelli avtomobil almaq üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs2 «Kia» markalı «Cerato» modelli avtomobili ilkin ödəniş 5.000 manat olmaqla sata biləcəyini bildirib, inandırıb, razılığını aldıqdan sonra 2018-ci ilin avqust ayının əvvəllərində Siyəzən rayonu ərazisində yerləşən «Beşbarmaq» pirinin qarşısında görüşüb Zərərçəkmiş şəxs2 2.500 manat məbləğində pulu almış, bir neçə gün sora Bakı şəhəri «Şamaxinka» deyilən ərazidə yerləşən çayxanada görüşüb daha 1.500 manat məbləğində pulu alıb, planların dəyişdiyini «Kia» markalı «Cerato» modelli avtomobili sata bilməyəcəyini, əvəzinə «Hyundai» markalı «Sonata» modelli avtomobili ilkin ödəniş kimi 10.000 manat olmaqla sata biləcəyini, avtomobili gətirdiyini bildirib, Zərərçəkmiş şəxs2 razılığını aldıqdan sonra "xxxx" MMC-dən kirayə götürdüyü «Hyundai» markalı «Sonata» modelli avtomobili, qeydiyyat şəhadətnaməsinin surəti ilə birlikdə Zərərçəkmiş şəxs2 təqdim etdikdən sonra 2018-ci ilin təqribən avqust ayının ortalarında Zərərçəkmiş şəxs2la Bakı şəhəri «Şamaxinka» deyilən ərazidə yerləşən «Alov» zavodunun qarşısında görüşüb məzənnə ilə 3.060 manat təşkil edən 1.800 ABŞ dolları məbləğində pulu, Zərərçəkmiş şəxs2 məxsus 4.000 manat pul vəsaitini isə 2018-ci ilin sentyabr ayının əvvəllərində sonuncunun tanışı Şahid2 vasitəsi ilə Bakı şəhəri Xətai rayonu, «Mirace» çayxanasının qarşısında görüşüb, alıb, vədlərinə əməl etməyərək, aldadıb, vahid niyyətlə əhatə edən qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 11.060 manat məbləğində pul vəsatini ələ keçirib, öz ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs2 xeyli miqdar təşkil edən 11.060 (on bir min altmış) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə hər hansı bir qurumda satış meneceri kimi rəsmi fəaliyyət göstərmədiyi halda Şahid7 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs4 Bakı şəhərində mənzil almaq niyyətində olduğunu bilib özünü satış meneceri kimi təqdim edib "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasında üçüncü blok, 9-cu mərtəbədə yerləşən 78 kvadratmetr sahəsi olan mənzili ona göstərib, həmin mənzili ona kreditlə ilkin ödəniş 15.000 manat, aylıq ödənişi 500 manatdan olmaq şərti ilə ümumilikdə 50.000 manat məbləğində pul vəsaitinə sata biləcəyini bildirib, inandıraraq Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək 30 yanvar 2020-ci il tarixdə ünvan 1 ünvanında sonuncudan 2.000 manat məbləğində, niyyətinin ciddi olmasını təsdiq etmək üçün «İnam Əmlak»a məxsus blankın kserosurəti istifadə edilməklə tərtib edilmiş 08.02.2020-ci il tarixli beh müqaviləsinin surətini 08 fevral 2020-ci il tarixdə Bakı-Qazax avtomagistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün üstündə isə Zərərçəkmiş şəxs4 əri Şahid5 təqdim edib sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs4 məxsus 13.000 manat pul vəsaitini alıb ümumilikdə 15.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib öz ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs4 xeyli miqdar təşkil edən 15.000 (on beş min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs vəkili Müdafiəçi məhkəməyə vəsatət təqdim edərək, məhkəmədən iş üzrə məhkəmə aidiyyatının müəyyənləşdirilməsi hissədə yaranmış mübahisənin həll edilməsi üçün işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etdi. Dövlət ittihamçısı müdafiəçinin məhkəməyə təqdim etdiyi vəsatətin cinayət işinə əlavə olunmasını, lakin işin baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan təmin edilməməsini bildirdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 hər biri ayrı-ayrılıqda vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxmalarını bildirdilər. Təqsirləndirilən şəxs müdafiəçisi ilə həmfikir olduğunu bildirdi. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib, proses tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, təqdim olunan vəsatət əsaslıdır və təmin edilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası Baş Prokurorluğunun Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən 25.11.2020-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılaraq istintaq aparılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir (cild 01, i.v. 01-02). Cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs «KH 010» şirkəti ilə bağladığı müqavilə əsasında həmin şirkətdən icarəyə götürdüyü «Hyundai Sonata» markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibardan sui-istifadə etmə və aldatma yolu ilə X1 adı ilə sonuncunun 11.060 manat pulunu ələ keçirməsi ilə bağlı toplanmış material olmuşdur (cild 01, i.v. 03-129). 29.12.2020-ci il tarixdə baş müstəntiq Ruslan Sadıqov tərəfindən Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 184-185). 05.01.2021-ci il tarixdə baş müstəntiq Ruslan Sadıqov tərəfindən X6 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsindən ötrü aidiyyəti üzrə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir (cild 01, i.v. 191-192). 13.01.2021-ci il tarixdə ********* nömrəli cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən icraata qəbul edilərək ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsinə tövsif edilməklə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir (cild 01, i.v. 196-197). 200200008 nömrəli cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən 12.02.2020-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılaraq icraatına qəbul edilib istintaq aparılmışdır (cild 01, i.v. 198). Cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs müxtəlif banklarda girovda olan və hərrac yolu ilə satışa çıxarılan dörd ədəd avtomobili satmaq adı ilə Zərərçəkmiş şəxs1 aldadaraq etibarından sui-istifadə edib 61.000 manat pulunu ələ keçirməsi ilə bağlı toplanmış material olmuşdur (c 01, i.v. 204; c 02, i.v. 50). 05.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində baş müstəntiq Vüsal Məhərrəmov tərəfindən axtarış elan edilmişdir (c 02, i.v. 153). 01.07.2020-ci il tarixdə baş müstəntiq Vüsal Məhərrəmovun qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla istintaq davam etdirilmişdir (cild 02, i.v. 177-178). 01.07.2020-ci il tarixdə baş müstəntiq Vüsal Məhərrəmovun qərarı ilə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması ilə bağlı qərar qəbul edilmişdir (cild 02, i.v. 179-180). 200200008 nömrəli cinayət işi üzrə 23.07.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Cavid Hüseynin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 04 (dörd) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 188-193). 190200085 nömrəli cinayət işi 16.12.2019-cu il tarixdə ********* nömrəli cinayət işi materiallarından Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən ayrıca icraata ayrılaraq istintaqı aparılmışdır (cild 02, i.v. 195-196). Cinayət işinin ayrılmasına səbəb və əsas Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə «RentCar» şirkətinə məxsus «Hyundai Elantra» markalı avtomobili öz avtomobili kimi Zərərçəkmiş şəxs3 sataraq sonuncunun 15.000 manat pulunu ələ keçirməsi ilə bağlı toplanmış materiallar olmuşdur (cild 02, i.v. 197; cild 03, i.v. 131). 26.02.2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi baş müstəntiq Vüsal Məhərrəmova həvalə edildiyindən iş sonuncu tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (cild 03, i.v. 135). 05.09.2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs baş müstəntiq Vüsal Məhərrəmov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir (cild 03, i.v. 159). 29.09.2020-ci il tarixdə Xətai rayon məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 03, i.v. 188-191). 08.11.2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə baş müstəntiq Vüsal Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 03, i.v. 223-224). 11.11.2020-ci il tarixdə Bakı şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasov tərəfindən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 (üç) ay, yəni 13.02.2021-ci il tarixə kimi uzadılmışdır (cild 03, i.v. 228-229). 12.12.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə müraciəti əsasında Hacıqabul rayon polis şöbəsinin istintaq bölməsində toplanmış material ********* nömrəli cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 03, i.v. 239). 13.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 04, i.v. 169-171). 03.04.2021-ci il tarixdə ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Hacıqabul RPŞ-nin İstintaq bölməsinə göndərilmiş, 17.04.2021-ci il tarixdə həmin cinayət işi üzrə istintaq davam etdirilmişdir (cild 04, i.v. 200-202; 206). 11.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (c05,i.v. 92-95). 11.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 05, i.v. 101-103). Hacıqabul RPŞ-nin İB-nın müstəntiqi, polis kapitanı X5, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktının tərtib edilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün kifayət qədər sübutlar toplandığını nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsini rəhbər tutaraq tərtib etdiyi ittiham aktı Hacıqabul rayon prokuroru, baş ədliyyə müşaviri Rövşən Maqsudov tərəfindən təsdiq olunduqdan sonra baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 1(099)-624/2021 nömrəli 11.10.2021-ci il tarixli qərarı ilə iş məhkəmə aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 05, i.v 182-183). Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsi hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun olduğunu və şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilməməsini nəzərdə tutur. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ayrı-ayrı vaxtlarda olmaqla müxtəlif ərazilərdə törətmişdir və onun törətdiyi cinayət davam edən cinayətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 25.01.2021-ci il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikasının cinayət qanunvericiliyi uzanan və davam edən cinayətlərin anlayışını vermir. Lakin qanunvericilik bu cinayətlərin mövcudluğunu tanıyır və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəllə) 74.2-ci maddəsində həmin cinayətlərə istinad olunması heç də təsadüfi xarakter daşımır. Konstitusiya Məhkəməsinin Plenumu nəzəriyyədə uzanan və davam edən cinayətlərə verilmiş anlayışlara əsaslanaraq qeyd edir ki, uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Uzanan cinayət- konkret cinayətdir və bu səbəbdən Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Məsələn, Cinayət Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq silahın saxlanması. Davam edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir:- 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2-ci maddəsində göstərilir ki, uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir:- uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer; cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 74.4-cü maddəsinə görə, cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Həmin Məcəllənin 74.8-ci maddəsində eyni səviyyəli birinci instasiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsi onu nəzərdə tutur ki, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxılır. Məhkəmə-Hüquq Şurasının «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı və həmin qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri:- Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayonları, Xocavənd rayonu və Laçın rayonudur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyatı üzrə yaranmış mübahisə səbəbindən aidiyyatın müəyyənləşdirilməsi hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69, 74, 75, 77 və 299-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə təqdim etdiyi vəsatət cinayət işinin materiallarına əlavə olunmaqla təmin edilsin. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar