Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1776/2022 26.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X6, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddələni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, kütləvi informasiya vasitələrindən, o cümlədən, internet informasiya ehtiyatlarından istifadə etməklə satış məqsədilə naməlum İran İslam Respublikası vətəndaşı ilə «WhatsApp» və «İnstagram» vasitəsilə ünsiyyət quraraq narkotik vasitələrin alqı-satqısı barədə razılığa gəlib pulunu əvvəlcədən sonuncunun bildirdiyi bank hesabına ödəməklə ödəniş qəbzinin şəklini qeyd edilən sosial şəbəkələr vasitəsilə göndərib, narkotik vasitənin qoyulduğu yeri öyrənərək qanunsuz olaraq kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən beş ədəd bükümdə ümumi təmiz çəkisi 2,375 qram olan külli miqdarda narkotik vasitə heroin və iki ədəd bükümdə təmiz çəkisi 2,724 qram olan külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və 04 iyul 2022-ci il tarixdə əldə etdiyi iki bükümdə 1,15 qram narkotik vasitə heroini və bir bükümdə 1,630 qram psixotrop maddə metamfetamini 75 manat pul müqabilində tanışı Şahid1 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə saat 10:00 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında saxlanılıb G.Şıxlinski küçəsi 49 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, satış məqsədilə üzərində saxlamaqla daşıdığı üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,437 qram, 0,418 qram, 0,370 qram, ümumu təmiz çəkisi 1,225 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,094 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan tünd boz rəngli şalvarın sol cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. 05 iyul 2022-ci il tarixdə o yaşadığı evdə olarkən tanışı Şahid1 hazırda xatırlamadığı bir nömrədən ona zəng edərək küçəyə çıxmağını bildirmişdir. O, küçəyə çıxanda küçədə ağ rəngli bir avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilin sürücüsü avtomobildən ondan alışqanın olub-olmamasını soruşmuşdur. O, alışqanı olmadığını bildirmişdir. Bu vaxt avtomobildən sürücü və arxada oturmuş 3 nəfər avtomobildən düşmüş və özlərini polis əməkdaşları kimi təqdim edərək onu avitomobilə əyləşdirərək Polis Bölməsinə gətirmişlər. O, Şahid1 da orada olduğunu görmüşdür. Polis əməkdaşları onu gətirəndə onun üzərində heç bir nakortik vasitə olmamışdır. Bölmədə tanımadığı bir nəfər polis əməkdaşı masanın üzərinə bir neçə büküm qoymuş və ona bildirmişdir ki, həmin bükümlər onundur. Fərid həmin bükümləri ondan aldığını demişdir. Beləliklə də, Fəridi onun üzünə duruzdurmuşlar. Fərid də həmin narkotk vasitəni ondan aldığını onun üzünə demişdir. O, Fəridə heç bir narkotk vasitə satmamış, nə də onu polislər bölməyə apararkən onda narkotik vasitə olmamışdır. O, heç vaxt narkotik vasitədən istifadə etməmiş, nə də kimsəyə, eləcə də Fəridə narkotik vasitə satmamışdır. Polis şöbəsində üzdən tanımadığı, ad və soyadlarını bilmədiyi polis əməkdaşları onu döymüşlər və o məcburiyyət qarşısında videoçəkiliş zamanı narkotik vasitələrin ona məxsus olmasını demiş və bu barədə protokol tərtib olunmuş, o da həmin protokolu imzalamışdır. O, İİR vətəndaşı tanımamış, nə də ona pul göndərməmişdir. Ona bildirmişlər ki, nə yazılıbsa ona da imza etməlidir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Fəridi tutmuşlar və demişlər ki, onlara bir neçə nəfər versə, onu buraxacaqlar. Fərid də onun adını vermiş, guya ondan narkotik vasitə almışdır. Onu döymüşlər ki, boynuna almalıdır ki, Fəridə narkotik vasitə satmışdır. Döyən polis əməkdaşlarının adlarını bilmir, onları görsə tanıya bilməz. Elan olunmuş cinayət işinin 31-32-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən təqisrləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Protokolu təsdiq etmir. Orada Fərid onun üzünə durduğu üçün o imza etmişdir. Elan olunmuş cinayət işinin 144-146-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 X2 narkoloji Tibbi Yoxlamanın 18 iyul 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, onu ekspertizadan keçirmişlər, lakin orada ona bildirmişlər ki, onda narkomaniya xəstəliyi aşkar olunmamışdır. O, ekspertizadan keçirilərkən orada həkimlərə onda narkotik vasitə olmadığını, ona təsir və təzyiq olduğunu deməmişdir. Ekspert rəyi ilə razı deyil, o narkoman deyil. Elan olunmuş cinayət işinin 64-66-cı vərəqələrində olan üzləşdirmə protokoluna və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu təsdiq etmir. Həm ona, həm də Fəridə məcbur ediblər ki, protokolu imzalamalıdırlar, onlar da imzalamışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmu, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 34-cü vərəqəsində olan izahatında, 61-62, 82-85-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... bir neçə ay olar ki, narkotik maddələrin heroin və metamfetamin kimi tanıdığı növlərindən istifadə etmişdir. Narkotik maddələri tanımadığı şəxslərdən pulla almışdır. 1-2 ay olar ki, internet sosial şəbəkəsində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxs ilə danışan zaman sonuncu bildirmişdir ki, pul qarşılığında Bakı şəhərinə narkotik vasitələr göndərir. Həmin şəxs ilə sonuncu dəfə xatırlamadığı tarixdə telefonda danışan zaman sonuncudan soruşmuşdur ki, lazım olduqda narkotik vasitə göndərə bilərmi. Həmin şəxs demişdir ki, pulunu əvvəlcədən deyəcəyi hesaba ödədikdən sonra istənilən qədər müxtəlif növ narkotik maddələr göndərə bilər. Həmin şəxsdən narkotik vasitə heroin və metamfetamin göndərməsini xahiş etmiş, sonuncu da bildirdiyi hesaba pul köçürdükdən sonra deyəcəyi ünvana getdikdə narkotik vasitənin fotoşəkillərini göndərəcəyini bildirmişdir. 04 iyul 2022-ci il tarixdə günorta saatlarında İran İslam Respublikası vətəndaşı ilə danışan zaman sonuncu bildirmişdir ki, hesab deyəcək və həmin hesaba pul ödəməlidir. Həmin günü xatırlamadığı ünvanda yerləşən dayanacaqda olan terminalın yanında həmin şəxs ilə əlaqə saxlamış və bildirdiyi hesaba 75 manat pul ödəmişdir. Terminaldan ödədiyi qəbzin fotoşəkilini çəkib həmin şəxsə göndərmiş, sonra isə izi itirmək üçün qəbzi yandırmışdır. Bundan sonra həmin şəxsin deməsi əsasında xatırlamadığı ünvanda zibil qablarının yanına gəlmişdir. Yerdə olan bir ədəd ağ rəngli sellofan torbanı götürmüşdür. Torbanın içərisinə baxmış və 07 ədəd büküm olmasını görmüşdür. Bükümləri çıxarıb cibinə qoymuşdur. Bükümlərdə narkotik vasitə heroin və metamfetamin olmuşdur. Həmin günü axşam saatlarında Xətai rayonu ərazisində olan “Panorama Park”ın qarşısında tanıdığ Fərid adlı şəxs ilə rastlaşmışdır. Fəridin narkotik vasitə istifadə etməsini şifahi olaraq bilmişdir. Fəridə narkotik vasitə lazım olub-olmamasını soruşduqda sonuncu istədiyini bildirmişdir. Fəridə iki ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə metamfetamin vermişdir. Fəridə 75 manat verməli olduğunu bildirmiş və pulu aldıqdan sonra ayrılmışlar. Həmin günü yaşadığı evə gəlmişdir. 05 iyul 2022-ci il tarixdə saat 10 radələrində iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-niıı 34-cü PŞ-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşalrına özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı bildirilmiş və 35-ci PB-nə dəvət edilmişdir. Etiraz etməmiş və polis bölməsinə gətirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd boz rəngli şalvarın sol cibindən dörd ədəd sellofan bükümləri çıxarıb təqdim etmişdir. Bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə heroin və metamfetamindir, narkotik maddələri İran İslam Respublikası vətəndaşından onlayn vasitəsilə 75 manat pul ödəməklə almış, narkotik maddələrin bir neçə bükümünü satmış, qalan bükümünü isə şəxsi istifadəsi üçün saxlamışdır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır. Protokolları təsdiq etmir. O, məcbur olub imzalamış, ona görə ki, Fəridi onun üzünə durmuşdur. Ona təsir və təzyiq etmişlər , ona görə imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 35-ci PB CA üzrə əməliyyat müvəkkili işləyir. 05 iyul 2022-ci il X1 inzibati ərazidə qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və narkotik vasitə heroin əldə edərək yaşadığı evdə saxlaması barədə polis bölməsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılmış, Məzhər Seyidzadənin ətrafında əməliyyat tədbirləri keçirilmiş və Məzhər Seyidzadə saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilmişdir. Məzhər Seyidzadənin üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılarkən üzərində olan narkotik vasitəni təqdim edərək həmin vaxt narkotik vasitəni Şahid1 xx.xx.2022-ci il tarixdə şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Əməliyyatın davamı olaraq Məzhər Seyidzadənin bildirdiyi Şahid1 oğlunun rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, yəni əldə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat da olmuşdur. Həmin məlumatın yoxlanılması və Şahid1 ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə edildikdən sona Fəridin də saxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və Məzhər Seyidzadədən aldıqları məlumat əsasında onun saxlanıldığı ünvan 2 ünvanın yaxınlığına gəlmişlər. Saat 07:30 dəqiqədə orada Şahid1 əlamətlərinə görə oxşadıb Şahid1 yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək, ona da özünü təqdim etməsini bildirdikdə, həmin şəxs də Şahid1 olmasını bildirmişdir. Onlar Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Fəridi Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmiş, Fərid etiraz etməyib onlarla polis bölməsinə gəlmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra, vəkilin iştirakı ilə videoçəkiliş etməklə Fəridin üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Şahid1 əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofanı çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş və sellofan bükümlərdə qəhvəyi rəngli tozşəkilli və ağ rəngli, kristal şəkilli maddələr olması müəyyən olunmuşdur. Şahid1 həmin maddələrin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, Şahid1 həmin maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu və həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Natiq adlı şəxsdən 75 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin gün məlum olmuşdur ki, Şahid1 narkotik vasitəni satmış Natiq adlı şəxs Təqsirləndirilən şəxsdur. Eyni zamanda onlarda Təqsirləndirilən şəxs da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumat olmuşdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmişlər. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verildikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və ifşa edilməsi məqsədilə Natiqin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri Şahid2 olmuş, digər üzvü isə o təyin olunmuşdur. Həmin gün o Şahid2lə birlikdə ünvan 2 ünvanının yaxınlığına gəlmişlər. Saat 10:00 dəqiqə Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb Natiqə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək, Natiqdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, Natiqi Xətai RPİ-nin 35-ci PBnə dəvət etmişlər. Natiq heç bir etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Raport yazıb bölmə rəisinə məruzə edilmiş və bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət olunmuşdur. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sol cibindən dörd ədəd sellofan bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş və sellofan bükümlərdə qəhvəyi rəngli tozşəkilli və ağ rəngli, kristal şəkilli maddələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və haradan əldə etməsi barədə sual verildikdə, Natiq bildirmişdir ki, həmin maddələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, nakotik maddələri xx.xx.2022-ci il tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn vasitəsilə şəxsi istifadəsi üçün almış, həmin günü aldığı narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən tanışlarına satmış, qalan bükümləri isə üzərində saxlamışdır. Aşkar edilmiş sellofan bükümlər elektron tərəzi ilə çəkilmiş, üç ədəd bükümdə olan qəhvəyi rəngli, toz şəkilli maddənin ayrı-ayrılıqda çəkisi 0,45, 0,49, 0,50, bir ədəd bükümdə olan ağ rəngli kristal şəkilli maddənin çəkisi isə 1.18 qram olmuşdur. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunuş, baxışda iştirak edən şəxslər imza edərək təsdiq edilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Nə o, nə də digər polis əməkdaşlarından heç kim təqsirləndirilən şəxsin üzərinə narkotik vasitə qoymamış, videoçəkiliş zamanı narkotik vasitəni təqsirləndiriən şəxs özü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 dediklərini bir daha təsdiq etmiş, həmçinin, Şahid2 ifadəsində göstərmişdir ki, birinci olaraq Şahid1 tutmuşlar, daha sonra Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirdikdən sonra, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri apararaq sonuncunu saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Elşad adlı tanışının vasitəsilə tanıyır. Natiqlə münasibəti yaxşı olmuşdur. O, narkotik vasitələrdən istifadə edir. 05 iyul 2022-ci il tarixdə səhər saatlarında onu 2 nəfər polis əməkdaşı saxlamış və onu Xətai RPİ-nin 35-ci PB-nə gətirmişlər. Orada ona bir sıra sənədlərə imza etdirmişlər və bildirmişlər ki, onun sanksiya müddəti bitəndən sonra 3 ay sonra onu buraxacaqlar. O da yazılan sənədlərə imza etmiş, lakin heç bir sənədləri oxumamışdır. O, Natiqə heç bir məbləğdə pul verməmiş, nə də Natiqdən narkotik vasitə almamışdır. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 63, 63 a, 63b, 69-71-ci vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «...04 iyul 2022-ci il tarixdə axşam saatlarında Xətai rayonu, Gəncə prospektində yerləşən «Panorama Park» yaşayış kompleksinin qarşısında tanıdığım Natiq adlı şəxs ilə rastlaşdım. Natiq ilə söhbət edən zaman sonuncu narkotik vasitə lazım olub-olmadığını soruşdu, mən də lazım olmasını bildirdim. Mən Natiq ilə bir kənara çəkildim və sonuncu üç ədəd büküm çıxarıb mənə verdi. Mən bükümləri açdım, iki ədəd bükümdə narkotik vasitə heroin, bir ədəd bükümdə isə metamfetamin var idi. Natiqə 75 manat pul verdim və üç ədəd bükümü aldım. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, ona təqdim olunan imzalar onun imzasıdır. O, ifadələrini oxumadan imza etmişdir. Ondan ifadə alarkən ona bildirmişlər ki, imza etsin, onsuz da onu 3 aydan sonra məhkəmədə buraxacaqlar. Ona görə də o ifadələri oxumadan imza etmişdir. Ona heç bir təzyiq və təsir olunmamışdır. Elan olunmuş cinayət işinin 64-66-cı vərəqələrində olan üzləşmə protokoluna və protokolda olan imzaya əsasən Şahid1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. O, üzləşmədə elə sözlər deməmiş və protokolu oxumadan imza etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 05 iyul 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və narkotik vasitə heroin əldə edib yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 05 iyul 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 35-ci PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı Tural Əliyevin 05 iyul 2022-ci il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs özü əynində olan tünd boz rəngli şalvarın sol cibindən dörd ədəd polietilen sellofana bükülmüş üç bükümdə olan açıq qəhvəyi rəngli, toz şəkilli heroinə bənzər, bir ədəd bükümdə isə ağ rəngli, kristal şəkilli metamfetaminə bənzər kütlələri çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdəki maddələr narkotik vasitə heroin və metamfetamindir, həmin narkotik maddələri xx.xx.2022-ci il tarixdə saat 17:30 dəqiqədə onlayn vasitəsilə İran İslam Respublikası vətəndaşından bir neçə bükümdə özü istifadə etmək üçün almış, bir neçə büküm tanışlarına satmış, qalan üç bükümü isə üzərində saxlamışdır. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayıt işinin 37-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq yaşadığı məznilə polis əməkdaşları tərəfindən axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 41-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 iyul 2022-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən mənzildə axtarış aparılmış, axtarış zamanı mənzildən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 49-53-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyul 2022-ci il tarixli 6/3682 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 154” dairəvi möhür əksləri olan, “... Təqsirləndirilən şəxs ...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,437 qram, 0,418 qram, 0,370 qram, ümumi təmiz çəkisi 1,225 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,094 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş 3 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 56-59-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyul 2022-ci il tarixli 6/3684 saylı ekspert rəyinin kserosurətindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 154” dairəvi möhür əksləri olan, Məmmədov F ...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,632 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,630 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 64-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 04 iyul 2022-ci ildə Natiqlə raztlaşmış, Natiqin narkotik vasitə istifadəçisi olduğunu bilmiş, həmin gün Natiqdən iki ədəd bükümdə narkotik vasitə heroin, bir bükümdə metamfetamin alaraq, 75 manat pulu Natiqə vermişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs da Şahid1 onun üzünə qarşı dedikləri ilə razılaşıb təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 99-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 iyul 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş və özündə videogörüntüləri əks etdirən bir ədəd “DVD” diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünü təqdim etmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu əynində olan tünd boz rəngli şalvarın sol cibindən dörd ədəd sellofan bükümləri çıxarıb təqdim etmiş, həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş, sellofan bükümlərdə qəhvəyi rəngli tozşəkilli və ağ rəngli, kristal şəkilli maddələr olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, nakotik maddələri xx.xx.2022-ci il tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn vasitəsilə şəxsi istifadəsi üçün almış, həmin günü aldığı narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən tanışlarına satmış, qalan bükümləri isə üzərində saxlamışdır. Aşkar edilmiş sellofan bükümlər elektron tərəzi ilə çəkilmiş, maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Cinayət işinin 147-150-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 avqust 2022-ci il tarixli 6/4032 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs ...” soyad və imzalar qeyd edilmş zərfdəki 3 (üç) ədəd bükümdə ümumilikdə təmiz çəkisi 1,075 qram olan, üzərində Seyidzadə ...” soyad və imzalar qeyd edilmiş zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,468 qram olan və üzərində “... Məmmədov F . ...” soyad və imzalar qeyd edilmiş zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,582 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş, üzərində "... Təqsirləndirilən şəxs ... ” soyad və imzalar qeyd edilmiş zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,044 qram olan metamfetaminlə üzərində “... Şahid1 ...” soyad və imzalar qeyd edilmiş zərfdəki 1 (bir)) ədəd bükümdə təmiz çəkisi 1,580 qram olan metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Cinayət işinin 151-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin 35-ci PŞ-dən daxil olmuş 23 avqust 2022-ci il tarixli, 103-6416-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşakr edilmiş narkotik vasitə və psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 223-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefona daxil olan və çıxan zəng məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 185-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Nihad Şamoyevin 24 avqust 2022-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işindən Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə cinayət işi icraata ayrılmışdır. Cinayət işinin 190-192-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Nihad Şamoyevin 24 avqust 2022-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işindən X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi icraata ayrılmışdır. Cinayət işinin 195-197-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Nihad Şamoyevin 24 avqust 2022-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işindən sonuncunun narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik vasitədən istifadə etmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən ona təsir olduğu üçün istintaqda fərqli ifadə verdiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, cinayət işinin 218-220-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 25 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə olan material üzrə, cinayət hadisəsi olmadığından 392- C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 bildirmişdir ki, 04 iyul 2022-ci ildə Natiqlə raztlaşmış, həmin gün Natiqdən iki ədəd bükümdə narkotik vasitə heroin, bir bükümdə metamfetamin alaraq, 75 manat pulu Natiqə vermişdir. Həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs da Şahid1 onun üzünə qarşı dedikləri ilə razılaşıb təsdiq etmişdir. (iş vərəqə 64-66) Həmçinin, iş üzrə Şahid2 ifadəsində də göstərmişdir ki, birinci olaraq Şahid1 tutmuşlar, daha sonra Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirdikdən sonra, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri apararaq sonuncunu saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Natiqə pul verməmiş və Natiqdən narkotik vasitə almamışdır. İstintaqda ona 3 ay sonra buraxılacaqlarını bildirdikləri üçün, ona təqdim olunan sənədlərə oxumadan imza etmişdir. Məhkəmə kollegiyası, Şahid1 bu barədə verdiyi ifadələrini dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşıdığını, həmçinin, həm Fərid Məmmdəov, həm də Təqsirləndirilən şəxs hər ikisi istintaq təcridxanasında saxlanıldıqlarından, Şahid1 Təqsirləndirilən şəxs əleyhinə ifadə verməsinin məhkumlar arasında olan “yazılmamış qaydalara” görə düzgün qarşılanmadığını düşünüb istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyini hesab edir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234..4.4-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 111-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 134-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji X7 şəxsindən daxil olmuş 08 avqust 2022-ci il tarixli, 3452 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Cinayət işinin 135-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 09 avqust 2022-ci il tarixli, 7209 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 144-145-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin 18 iyul 2022-ci il tarixli 3880 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 05 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 21-ci vərəqəsində olan 05 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 94-98-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 4(011)- 360/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zaman aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,925 qram çəkidə narkotik vasitə olan heroin, 0,994 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməli, 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zaman aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,925 qram çəkidə narkotik vasitə olan heroin, 0,994 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1776/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1776/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver