Məhkəmə qərarları › İş №1(101)-1776/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1776/2025

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1776/2025 12.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: X8 oğlunun sədrliyi ilə, Hakimlər: X6 və və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, X4, Hüseynov Elvin Məhərrəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, evli, işsiz, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

2. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallara əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 13,326 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 12,026 qram çəkidə psixotrop maddə metamfetamin əldə etdikdən sonra Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə və psixotrop maddəni üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə saat 21:30-da Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyində saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf paketin içərisində olmaqla 01 ədəd bükümdə külli miqdarda 13,326 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda 12,026 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

3. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Şahid6 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs və Şahid6 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 13,326 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 12,026 qram çəkidə psixotrop maddə metamfetamin əldə etdikdən sonra Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə və psixotrop maddəni üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə saat 21:30-da Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyində saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf paketin içərisində olmaqla 01 ədəd bükümdə külli miqdarda 13,326 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda 12,026 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

4. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 10 mart 2025-ci il tarixində atasının qəbrini ziyarət etmək üçün Şahid6 ilə birlikdə X1 idarə etdiyi maşınla Yardımlı rayonuna getmiş, Yardımlı rayonundan Sumqayıt şəhərinə qayıdan zaman DYP-nin Qaradağ rayonu ərazisində yerləşən postunda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yaxınlaşıb onlara özlərini təqdim etmiş və onları idarəyə aparmışlar, saxlanılan zaman onun üzərində narkotik vasitə olmamış, polis əməkdaşları Abışov Dilqəmi axtarırmışlar. Dilqəm Abışovu saxlayarkən özünü də onun yanında saxlamış və üzərinə narkotik vasitə qoymuşlar, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onları ittiham etmişlər.

5. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onları DYP-nin Qaradağ rayonu ərazisində yerləşən postunda saxladıqlarını, saxlanılan zaman Abışov Dilqəm və Şahid6 ilə birlikdə olduqlarını, Şahid6 ilə 20 ildir ki, dostluq münasibətlərinin olduğunu, lakin Abışov Dilqəmi tanımadığını, Dilqəmin Şəfəqin tanışı olduğunu, Dilqəm və Şəfəqin narkotik vasitə istifadə etmələrindən və ya üzərlərində narkotik vasitə olmasından məlumatının olmadığını, narkotik vasitə istifadə etdiyini, marixuana və metamfetamin istifadə etdiyini, saxlanılan gün üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, ***-***-**-** saylı mobil nömrə istifadə etdiyini, SMS vasitəsi ilə ondan narkotik vasitə və psixotrop maddə istədiklərini, iş yoldaşlarıyla narkotik vasitə alıb birlikdə istifadə etdiklərinə görə narkotik vasitə istifadə etmək üçün onun mobil nömrəsinə SMS göndərdiklərini, iş yoldaşlarına narkotik vasitə təşkil etdiyini, 5-6 dəfə narkotik vasitə təşkil etdiyini, Elçin adlı şəxsi tanımadığını söyləmişdir. Video çəkiliş zamanı üzərindən 12 qram heroin, 13 metamfetamin aşkar olunduğunu, lakin həmin narkotik vasitələri üzərinə qoymaqlarını, video çəkiliş zamanı narkotik vasitələri tanımadığı şəxsdən aldığını, polis əməkdaşlarının ona “tok” verdiklərini, Dilqəm və Şəfəqə zor tətbiq etmədiklərini, Şəfəqi evə buraxdıqlarını, Dilqəmin axtarışda olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, Dilqəmin üzərinə 5 büküm marixuana qoyduqlarını, video çəkiliş zamanı Şəfəqin üzərindən narkotik vasitənin aşkar olunmadığını, onu polis əməkdaşlarının “yüklədiklərini”, telefonunda olan SMS-ləri polis əməkdaşlarının yazmadığını, “yükləmə” olmadığını bildirmişdir. Onu hədələdiklərinə görə, narkotik vasitələri üzərinə götürdüyünü, məhkəmədə qətimkan tədbiri seçilərkən aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu dediyini, Baş prokurora şikayət ediyinə görə saxlanılandan 2-3 ay sonra onu yenidən “toka” verdiklərini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə müdiri Elşən müəllimin onu “toka” verdiyini, təcridxanaya daxil olarkən üzərində xəsarət aşkar olunmadığını, bədənində xəsarət izinin olmadığını, onu saxlayan şəxslərin adlarını bilmədiyini, Akif Məcidov və Namiq Məcidin ona zor tətbiq etmədiklərini, müstəntiq Akif Məcidovu 2 dəfə gördüyünü, ibtidai istintaq zamanı ifadə verərkən müdafiəçinin iştirak etmədiyini, müdafiəçinin sonra gəlib ifadəsinə qol çəkdiyini söyləmişdir.

6. Bundan başqa o, verilən suallara cavab olaraq, Şahid6 ilə 20 ildir ki, dostluq münasibətinin olduğunu, Şəfəqin valideynlərinin vəfat etdiyini, Şəfəqin ondan Neftçala rayonuna valideynlərinin qəbrlərini ziyarət etmək üçün onunla birlikdə getməyi xahiş etdiyini, Neftçala rayonuna getdiklərini, sonra oradan atasının qəbrini ziyarət etmək üçün Yardımlı rayonuna getdiyini, Yardımlı rayonundan qayıdanda onları saxladıqlarını, Şəfəqin narkotik vasitə istifadə etmədiyini, ibtidai istintaq zamanı təzyiq altında olduğu üçün Şəfəqin narkotik vasitə istifadə etdiyini bildirdiyini, Şəfəqdən pul aldıqdan sonra onu buraxdıqlarını, sonra Şəfəqin DİN-ə şikayət etdiyini, Şəfəq DİN-ə şikayət etdiyinə görə ona təzyiq göstərdiklərini, ibtidai istintaq zamanı bir dəfə ifadə verdiyini, üzərində aşkar olunan narkotik vasitədən Abışov Dilqəm və Şahid6 xəbərlərinin olmadığını, 1-ci dafə ifadə verərkən ona təzyiq etdiklərini, Dilqəmi həbs etdiklərini, Şəfəqi isə buraxdıqlarını söyləmişdir. İbtidai istintaq zamanı ifadəni müstəntiqin yazdığını və ona qol çəkdirdiklərini, ona Elşən müəllimin təzyiq göstərdiyini, lakin istintaq təcridxanasına daxil olarkən bədənində xəsarət izlərinin olmadığını, döyülməyi ilə bağlı prokurorluğa şikayət etmədiyini bildirmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

7. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, Təqsirləndirilən şəxs və Abışov Dilqəmlə bağlı qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi və satışı barədə məlumat daxil olmuş, Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, 10 mart 2025ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində saat 21:30 radələrində “Opel” markalı maşına yaxınlaşıb özlərini təqdim etmiş, və onlardan da özlərini təqdim etmələrini istəmiş, onlar da özlərini təqdim edərək Şahid6, Təqsirləndirilən şəxs və Abışov Dilqəm olduqlarını bildirmiş, sonra həmin şəxsləri baş idarəyə aparmış, idarədə video çəkiliş vasitəsi ilə həmin şəxslərin üzərlərinə baxış keçirilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən 1 büküm metamfetamin və 1 büküm heroin aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir.

8. Şahid ona verilən suallara cavab olaraq, əməliyyat məlumatının Təqsirləndirilən şəxs və Abışov Dilqəm barəsində olduğunu, Abışov Dilqəmin üzərindən 5 büküm marixuana aşkar olunduğunu, Şahid6 üzərindən narkotik vasitə aşkar olunmadığını, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələrdən Şəfəq və Dilqəmin xəbərlərinin olmadığını bildirdiyini, Şahid6 Vüqardan narkotik vasitə alması barədə məlumatının olmadığını bildirmişdir.

9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2007-ci ildən tanımış, 10 mart 2025-ci il tarixdə Vüqar ilə birlikdə, Dilqəmin maşını ilə Neftçala rayonuna qəbr ziyarətinə getmiş, sonra Yardımlı rayonuna gedib, Vüqarın bacısı və atasının qəbrlərini ziyarət etmişlər. Yardımlı rayonundan Sumqayıt şəhərinə qayıdan zaman DYP-nin Qaradağ rayonu ərazisində yerləşən postunda 7-8 nəfər mülki geyimli şəxslər onları saxlamış və onları baş idarəyə aparmışlar, idarədə üzərlərinə baxış keçirilmiş, baxış zamanı Vüqarın cibindən narkotik vasitə aşkar olunmuşdur.

10. Şahid ona verilən suallara cavab olaraq, Vüqarın narkotik vasitə istifadə etməsini eşitdiyini, Vüqarın narkotik vasitədən istifadə etdiyini ona demədiyini, özünün narkotik vasitə istifadə etmədiyini, Vüqarın ona Vüqardan narkotik vasitə alması ilə bağlı böhtan atdığını, Vüqarı böhtan atmağa polis əməkdaşlarının məcbur etdiyini, özünün polis əməkdaşlarından şikayət etdiyi üçün Vüqarı onun əlehinə ifadə verməyə məcbur etdiklərini, Polis əməkdaşlarının onu da şərləmək istədiklərini, polis əməkdaşlarının ondan külli miqdarda pul istədiklərini və pul verməsə onun üzərinə külli miqdarda narkotik vasitə qoyacaqlarını bildirdiklərini və bu səbəblə məcbur olub onlara pul verdiyini, saxlanıldıqları günün səhərisi adının Sədi olduğunu bildirən polis əməkdaşına 10 min manat məbləğində pul verdiyini, polis əməkdaşının onunla birlikdə banka getdiyini, bankdan 10 min manat pul götürüb, polis əməkdaşına verdiyini, bankdan pul götürərkən polis əməkdaşının bayırda gözlədiyini, özünün axtarışda olmadığını, şikayət etdikdən sonra onun pulunu geri qaytardıqlarını, aprel ayında şikayət etdiyini, pulunu isə iyun ayında qaytardıqlarını, daha sonra qorxduğu üçün prokurorluqdan şikayətini geri götürdüyünü bildirmişdir.

Məhkəmə istintaqı zamanı tədqiq edilmiş:

11. 11 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin Təhqiqatçısı polis mayoru X5 tərəfindən tərtib edilmiş “şəxsi axtarış, baxış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və X7 10 mart 2025-ci il tarixdə saat 21;30da Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyində saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən içərisində 02 ədəd şəffaf sellofan büküm olan 01 ədəd kilidli şəffaf paket, həmin şalvarın sol yan cibindən isə 01 ədəd “Honor” markalı mobil telefon aşkar edilmiş, şəffaf paketdə aşkar olunan içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd şəffaf sellefon büküm və içərisində psixotrop maddəyə bənzər maddə olan 01 ədəd şəffaf sellefon büküm qablaşdırılmaqla və 01 ədəd “Honor” markalı mobil telefon götürülmüşdür. (cild İ, i/v: 44-47).

12. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının 11 mart 2025-ci il tarixli, 3-16-16/2-6/1044/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üstündən aşkar olunan maddələr 2 büküm...” yazıları olan zərfdə (bir) ədəd polietilen paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 13,326 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; l (bir) ədəd polietilen paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 12,026 qram ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. (cild İ, i/v: 84-87).

13. Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1498 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və Kannabinoidlərin birgə qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü İl tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ulə dispanser qeydiyyatdadır. (cild İl, i/v: 7-8).

14. Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə-Tibbi Ekspertiza və X2 X14 tərəfindən verilmiş 10.04,2025-ci il tarixli, 139/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 10-xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. (cild İl, i/v: 9-12).

15. Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə-Tibbi Ekspertiza və X2 X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1126/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Metamfetamin və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4- benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. (cild İl, i/v: 13-16).

16. Cinayət işinin ibtidai istintaqı zamanı təqirləndirilən şəxs Təqsirləndirilən şəxs telefon danışıqlarını müəyyən etmək üçün mobil operatorlardan məlumatların götürülməsi barədə Nərimanov Rayon Məhkəməsindən 12 mart 2025-ci il tarixli “istintaq hərəkətlərinin məcburi aparılması barədə” qərar alınmış və qərar icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli AZF/LGL-2792/24 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif mobil operatorlara məxsus nömrələrdən “Mellimlinde atassan”, “Olmadı ki Vüqar mən çox yıqacam səni” , “Lentin var 10m?”, “qaqa köynək lazımdı alınır?”, “Vüqar mənəm Elçindi cavab ver narahat olma”, “ay yetim alınır ya yox başa düşmədin niyə qorxdun mənnən”, “Peykanlida veziyyet necedi”, “qaqa qonaqlıqa gedirəm hardasan”, “Kloku açma ha.. Kaqizda verme mene”, “Denen 6 saatdi pul vermişik. Noldu”, “Emi iw guc varsa mene bir he yox yaz hemde gece smeni yarim gunu neciye olacag iwe ehtiyac var”, “45 m di men toya gedirem pul axtarsan gedib özün götürersen”, “qaqa ehtiyac olmadi”, “Usta salam. Lent lazımdır 20m”, “Ay qaqa.. Tebiet lazimdi.. Srocnu”, “Mellim salam 3 eded 5 metre lazimdi alinar?”, “Kartıvı yaz mənə doktor”, “Yarim + 2 tebiet”, “Ay qa mənə rizla da ver sencani.. 1 packa mən sənə borclu uje”, “A gijleme de.. Duz qoş.. Ya da pulu ver”, “Emi salam. Bidene tema duzeler? Duzelerse karta pul atim denen”, “menem ilham yeke oğlansan pul elimizde qalib seherde ise gedirem mene de bilim isimi”, “Eləmədə belə. Dünəndən pul atılıb kartıva. Alınmırsa kartı atım göndər verib camaatın pulunu”, “Mamaoghlu onu 1 litr ele axsamaa kimi eliye bilmesen saba ele”"xxxx" MMC-dən daxil olmuş CD diskdə iş üzrə əhəmiyyət kəsb edən halların olması müəyyən edildiyindən 01 ədəd CD disk 01 sentyabr 2025-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (cild İl, i/v: 195-207).

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

17. 10 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası CM- in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin bilavasitə törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində tutulmuşdur. (cild l, i/v: 18-19).

18. 12 mart 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4(005)- 329/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 mart 2025-ci il tarixdən hesablanmaqla 04 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild l, i/v: 194-196).

19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci İl tarixli qərar ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 03 ay, 10 oktyabr 2025-ci il tarixədək uzadılmışdır. (cild ll, i/v 152-153).

20. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. (cild ll, i/v 121-122).

21. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 1(060)-267/2025 nömrəli Sumqayıt Şəhər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (c cild ll, i/v 130-136).

22. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-267/2025 saylı iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arası şübhəli şəxs qismində tutulmuşdur. (cild ll, i/v 130-136).

23. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs barəsində olan “Konstitusiya və suverenlik ili” münasibətilə amnistya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsi haqqında xx.xx.2026-cı il tarixli Qərardan görünür ki, Amnistiya aktının 2.3-cü bəndinə əsasən Təqsirləndirilən şəxs ona Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)- 267/2025 nömrəli hökmü ilə təyin olunmuş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir.

Hüquqi məsələlər:

24. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

25. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

26. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.

27. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsi

28. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

29. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

30. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.

31. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

32. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 05 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

35. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

36. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

Narkotik vasitə olan heroin və psixitrop maddə olan metamfetamin həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

37. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan AR CM-nin 234.4.1-ci maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

38. Məhkəmə ilk növbədə AR CM-nin 234.4.1-ci maddəsinə münasibətdə gəldiyi qənaətin əsaslandırılmasını zəruri hesab edir.

39. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs və Şahid6 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 13,326 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 12,026 qram çəkidə psixotrop maddə metamfetamin əldə etdikdən sonra Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə və psixotrop maddəni üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyinə daşımasına dair ittiham elan olunsa da, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Şahid6 ilə məhz narkotik vasitələrin satışını təşkil etməsini, narkotik vasitələrin satışı ilə əlaqədar əvvəlcədən əlbir olmasını və buna dair razılıqlarının olmasını təsdiq edə biləcək hər hansı sübutu iş materiallarına əlavə edə bilməmişdir.

40. Məhkəmə qeyd edir ki, əməlin belə tövsif edilməsi üçün iki və ya daha çox şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması məqsədilə əvvəlcədən sövdələşmələri, törətdikləri əməl üzrə müəyyən nəticələrin əldə olunması niyyətilə birgə hərəkətlər etmələri, cinayətin törədilməsində iki və ya daha çox şəxsin qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində iştirak etmələri müəyyən edilməlidir. Yalnız mötəbər sübutlarla bu hallar müəyyən edildikdə, hətta qabaqcadan əlbir olmuş qrupa və ya mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri bu və ya digər səbəblərdən mümkün olmadıqda, qrupun və ya mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərmiş bir şəxs də CM-in 234.4.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir.

41. CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir.

42. İştirakçılığın subyektiv əlamətləri odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.

43. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir.

44. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.

45. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarında da təhlil edilən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, habelə təkrar törədilməsi anlayışlarına yuxarıda göstərilən təfsirə və hüquqi mövqeyə uyğun müvafiq izah və tövsiyələr vermişdir.

46. Belə ki, həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən "cinayətin təkrar törədilməsi”, "qabaqcadan əlbir olan bir qrup şəxs” və "mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CMin 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin CM-in 234.4.1-ci maddəsində göstərilən əlamət üzrə tövsif edilməsi istisna olunsa da, CMin 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir.

47. Hazırki işin hallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şahid6 ilə təqsirləndirilən şəxs arasında narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması, satışına dair qabaqcadan razılığın olmasını təsdiq edən hər hansı yazışmanın, telefon danışığının və ya digər sübutun olmadığı halda onun əməlində AR CM-nin 234.4.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlinməsi qanuni və əsaslı hesab edilə bilməz (nəzərə alınsa ki, təqsirləndirilən şəxsin ifadəsi yalnız digər sübutlarla təsdiq olunduqda ittihamın əsasını təşkil edə bilər).

48. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi ilə yanaşı 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülməsi və onun həmin maddələr üzrə təqsirli bilməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanı birgə iştirakçılar üçün ümumi olan cinayətin törədilməsi barədə əvvəlcədən razılaşmanın əldə olunması halını “ikitərəfli kriminal əqdin bağlanması” kimi haldan fərqləndirə bilməmişdir.

49. Halbuki, şəxslər arasında “kriminal əqd” üzrə “kontragentə” münasibətdə müəyyən hərəkətlərin yerinə yetirilməsi barədə razılığın əldə olunması (nə qədər ki, belə razılıq vahid cinayətin deyil, hər bir şəxs tərəfindən məhz onun özünə aid olan kriminal əməlin törədilməsini ehtiva edir) birgə cinayət törətmək barədə qabaqcadan razılığın əldə olunması halı ilə eyniləşdirilə bilməz (Məsələn, rüşvətin alınması və verilməsi barədə rüşvət alanla rüşvət verən arasında, qanunsuz odlu silah satanla onu əldə edən şəxs arasında və yaxud hazırkı işdə olduğu kimi narkotik vasitəni satanla onu əldə edən şəxs arasında bu əməllərin yerinə yetirilməsinə dair qabaqcadan razılığın əldə olunması vahid cinayətin birgə törədilməsi barədə razılığın əldə edilməsi anlamına gəlmir və bu üzdən cinayətdə iştirakçılıq kimi qiymətləndirilməməlidir).

50. İttiham tərəfin Təqsirləndirilən şəxs Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmələrinə və ittihamda göstərilən narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə etmə, saxlama, daşıma, satma əməllərini birgə törətmələrinə dair hər hansı məlumata malik olmaması cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan da (bu ittihamı təşkil edən “faktiki hallar”ın təsvirindən) açıq-aydın görünür.

51. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən ittiham bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir.

52. Həmin Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır.

54. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə istinad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur.

55. Təqsirləndirilən şəxsə qarşı AR Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin təqsirləndirilən şəxs və Şahid6 ilə təşkil olunmuş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir.

56. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından ibarətdir.

57. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.

58. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

59. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

60. Məhkəmə hesab edir ki, qeyd olunan normaların tələbləri ilə müqayisə etdikdə verilmiş ittihamdan AR CM-nin 234.4.1-ci maddəsinin xaric edilərək təqsirləndirilən şəxsin yalnız ittihamın sübuta yetirilmiş hissəsi üzrə Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinməsi cinayət prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir.

61. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.

62. Göstərilənləri ümumiləşdirərək məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutların məcmusu ilə öz təsdiqini tapmadığından və həmin maddə ilə verilmiş ittiham ehtimallara və formal mülahizələrə əsaslandığından həmin maddə ittihamdan xaric edilməlidir.

63. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

64. Azərbaycan Respublikası CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir.

65. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

66. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

67. Beləliklə məhkəmə, Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf paketin içərisində olmaqla 01 ədəd bükümdə külli miqdarda 13,326 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda 12,026 qram çəkidə psixotrop maddə metamfetamin satmaq məqsədilə tanışı Şahid6 və qeyriləri ilə bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi sübuta yetmədi.

68. Ona görə də, Azərbaycan Respublikasının 234.4.1-ci maddəsi ilə tövsif edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf paketin içərisində olmaqla 01 ədəd bükümdə külli miqdarda 13,326 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda 12,026 qram çəkidə psixotrop maddə metamfetamin satmaq məqsədilə tanışı Şahid6 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi bəndi onun ittihamından çıxarılmalıdır.

69. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona cəza təyin edilməlidir.

70. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir.

71. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır.

72. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir.

73. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

74. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

75. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur.

76. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 mart 2025ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

77. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

78. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-267/2025 saylı iş üzrə xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arası Təqsirləndirilən şəxs tutulduğu 4 gün hazırki iş üzrə təyin edilən cəza müddətinə hesablanaraq çıxılmalıdır.

79. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır.

80. Odur ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət sonuncu barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündan əvvəl törədilmişdir ki, qeyd edilən hal Təqsirləndirilən şəxs barəsində CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsini labüd edir.

81. Belə olan halda hazirki hökm üzrə təyin ediləcək cəza ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəza CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında toplanılaraq qəti cəza müəyyən edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır

82. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, o ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır.

83. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir.

84. İş üzrə maddi sübut Azərbayca Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatdan sonra qalıq qalan narkotik vasitə 13,226 qram heroin və 11,926 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir.

85. İş üzrə 80 (səksən) manat manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir.

86. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 60 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 660 (altı yüz altmış) manat məbləğində pul ödənilməlidir.

87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, hazırki iş üzrə təyin edilmiş cəza ilə qismən toplanılaraq, cinayətlərin məcmusu qaydasında qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-267/2025 saylı iş üzrə xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arası Təqsirləndirilən şəxs tutulduğu 4 gün hazırki iş üzrə təyin edilən cəza müddətinə hesablanaraq çıxılsın və üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-267/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli hökm ilə təyin edilmiş və çəkilmiş azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə qəti cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbayca Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatdan sonra qalıq qalan narkotik vasitə 13,226 qram heroin və 11,926 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 60 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 660 (altı yüz altmış) manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar