Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1777/2021 15.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 qeydiyyatda olmaqla yaşamış və barəsində Xəzər rayon məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensianar Xidmətinin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi- 3,745 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə daşıyaraq üstündə saxlamış, 22 iyul 2021-ci il tarixdə, saat 19:30 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş və həmin gün saat 20:20 radələrində Xəzər RPİ-nin 2-ci PŞnin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərmə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinin içərisindən siqaretin gümüşü kağızma bükülmüş 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,765 qram, 0,500 qram, 1,193 qram, 0,707 qram və 0,580 qram ümumi təmiz çəkisi 3,745 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, iyul ayının 22-si səhər saat 10:00-11:00 radələrində evində idi və yatmışdı. Həyat yoldaşı onu oyandıraraq evin pəncərəsinin aşağısında bir neçə nəfərin olduğunu dedi. O da ayağa qalxıb pəncərədən baxanda onların aralarında bir neçəsinin tanıdığı polis əməkdaşları olduğunu gördü. Polis əməkdaşları ona qapını açmalı olduğunu bildirərək, evə daxil olmaq istədiklərini dedilər. Onlardan evə daxil olmaq üçün icazələrinin olub-olmamasını soruşduqda icazələrinin olmadığını bildirdilər. O da onların evinə daxil olmasına etiraz etdi və onlara evdə xəstə anası və həyat yoldaşının olduğunu, atası çağıracağını və o gəldikdən sonra evə daxil olmalarının mümkün olacağını bildirdi. Onlar ona nalayiq sözlər deyirdilər. Bundan sonra o digər otağa keçib atasına zəng etdi və ona vəziyyəti izah etdi. Bundan sonra evin arxa hissəsində olan pəncərəsindən 3 nəfər polis əməkdaşı evə daxil olaraq onu yerə yıxaraq döyməyə başladılar. Bundan sonra ayaqyalın şəkildə onu polis bölməsinə apardılar. Polis bölməsində kabinetə onu salıb əlini bağladılar və söyərək onu döydülər. Bundan təxminən yarım və ya bir saat sonra onu digər otağa apardılar. Orada qabağına patı qoyub ona məxsus olmasının bildirəndə, o etiraz etdi ki onun deyil. Sonra yenə o biri otağa aparıb orada onu döydükdən sonra onu yenidən həmin otağa qaytardılar. Sonra həyat yoldaşını da bölməyə gətirdilər. Ona əgər onların təqdim etdiyi sənədi imzalasa buraxacaqlarını və imzalamayacağı təqdirdə isə evinə gedib oraya 1 kiloqram narkotik vasitə yerləşdirəcəklərini bildirdilər. O da imzaladı, orada videoçəkiliş də oldu. Bundan sonra iki gün onu müvəqqəti saxlama yerində saxladılar. Bundan sonra onu oradan çıxardılar və yenə ona sənəd təqdim etdilər və guya üzərindən külli miqdarda narkotik vasitə aşkar edildiyini və 234.4.3-cü maddə ilə məsuliyyətə cəlb edildiyini dedilər. Sonra onu 3 saylı İstintaq Təcridxanasına apardılar. Onun üzərində xəsarət izləri var idi. Onun üzərində saxlanıldığı gün narkotik vasitə olmayıb, bəzən narkotik vasitə istifadə edirdi, amma heç vaxt narkotik vasitə satmamış. Narkotik vasitəni şəxsi istifadə üçün internet vasitəsilə alırdı. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyir. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupunda o və digər əməkdaş Şahid1 iştirak edirdi. Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında tərəflərindən saxlanıldı və bundan sonra onu polis şöbəsinə apardılar. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərinə şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ cibində beş bükümdə psixotrop maddə olan metamfetamin aşkar edildi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 22 iyul 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2021-ci il tarixli 6/3035 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş ' üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,765 qr.,0,500 qr., 1,193 qr., 0,707 qr., 0,580 qr, ümumi təmiz çəkisi 3,745 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir.Tədqiqata sərf edildi 0,100 qram, qalıq 3,645 qram metamfetamin. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2021-ci il tarixli 6/3382 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “...Təqsirləndirilən şəxs...” və s. qeydli zərfdə olan 05 ədəd bükümdəki psixotrop maddə-metamfetamin kütlələri xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işində olan 22 iyul 2021-ci il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd gümüşü rəngli kağıza bükülmüş bükülülərin içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd “DVD” disk protokola əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsinin 14 avqust 2021-ci il tarixli, 2873 saylı rajmdən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 22 iyul 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsində saxlanılan qalıq 3,645 qram metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93- 1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 190 (yüz doqquz) manat 82 (səksən iki) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 iyul 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 190 (yüz doxsan) manat 82 (səksən iki) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsində saxlanılan qalıq 3,645 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1777/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1777/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver