Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1778/2022 26.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, 16 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisindəki “Kubinka” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 30 manat müqabilində ağ rəngli plastik qabda bir ədəd şəffaf sellofana bükülmüş halda külli miqdarda - ümumi çəkisi 10,409 qram təşkil edən narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamaqla daşımış, həmin heroindən 0,566 qramını bir ədəd şəffaf sellofana bükərək 17 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında tanışı Şahid3 7 manata satmışdır. 17 may 2022-ci il tarixdə saat 10:40 radələrində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid3 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən məscidin yaxınlığında saxlanılaraq 43-cü Polis Bölməsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra Bölmənin inzibatı binasında Şahid3 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 0,566 qram olan kustar üsulla hazırlanmış heroin, Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən ağ rəngli plastik qabda bir ədəd şəffaf sellofana bükülmüş halda, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə Şahid3 götürülmüş heroinlə eynilik təşkil edən külli miqdarda - 9,843 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə şalvarının sağ yan cibindən bir ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, uzun illərdir ki narkotik vasitələrdən istifadə edir. Narkomaniya xəstəliyindən əziyyət çəkir. Şəxsi istifadəsi üçün narkotik vasitələri müxtəlif yerlərdən, tanımadığı şəxslərdən əldə etmişdir. Heroin aldığı şəxslərlə heç vaxt qabaqcadan əlbir olmamış, onları ümumiyyətlə əvvəlcədən tanımamış, daimi narkotik vasitə əldə etdiyi konkret şəxs də olmamışdır. Narkotik vasitə əldə etmək üçün adətən “Kubinka” adlanan məhəlləyə getmiş, orada təsadüfi qabağına çıxan şəxslərdən pulunu verib almışdır. Qabaqcadan da heç kiminlə bu məsələ üçün əlaqə saxlamamış, heç bir narkotik satanın telefonunu da bilməmişdir. Elə narkotik istifadəçilərindən hardasa “mal” satıldığını eşidəndə həmin yeri tapıb imkanı olan həddə pulunu verib narkotik vasitə almışdır. Hər dəfə öz istifadəsi üçün “mal” alanda onu üzərində saxlayaraq daşısa da, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Əvvəllər bir dəfə narkotik vasitə gəzdirdiyinə görə məhkum olunmuşdur. Son illərdə ağ ciyərlərində cidd problem olduğundan, xəstəlikdən əziyyət çəkdiyindən ağrılarına görə əsasən heroindən inyeksiya yolu ilə istifadə etmişdir. 17 may 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında tanışı Şahid3 ilə saxlanılarkən də üzərində bir dəfə istifadə etmək üçün miqdarda, ola bilsin ki, 0,25 qram çəkidə, bəlkə də bundan cüzi miqdarda az və ya çox heroin olmuşdur. Həmin heroini də bir gün əvvəl “Kubinka” deyilən ərazidə tanımadığı şəxsdən əsl adının nə olduğunu bilmədiyini, ola bilsin ki özünü “İlqar” kimi təqdim etmiş şəxsdən almışdır. Polislər onları saxlayıb 43-cü Bölməyə aparandan sonra Cəfərlə ayrı-ayrı otaqlara keçirmişlər. Orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, cins şalvarının sol yan cibindən ağ rəngli plastik qabın içərisində şəffaf sellofana bükülmüş heroinin və şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzinin çıxması barədə sənədləşmə aparılmışdır. Polislərin başa saldığına əməl edərək başqa söz deməmiş, ona istifadəçi kimi rəsmiləşdiriləcəyi söz verildiyindən razılaşmış, elə razılaşmaya uyğun da çəkiliş və sənədləşmə aparılmışdır. Orada da heroini öz istifadəsi üçün 16 may 2022-ci il tarixdə səhər saatlarında “Kubinka” deyilən yerdə tanımadığı şəxsdən aldığını bildirmişdir. Heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş və bu barədə tərtib olunmuş protokol onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Narkotik aludəçisi olan Şahid3 heroin satmamışdır. Ona görə də məhkəmədən bütün bu halların, habelə himayəsində bir azyaşlı uşağının olmasının, ailədə başqa gəlir gətirən şəxsin olmamasının nəzərə alınaraq istifadəçi kimi təqsirli bilinməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 16 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” adlanan yerdə özünü ona İlqar kimi təqdim edən şəxslə rastlaşmış, söhbət zamanı həmin şəxs onda narkotik vasitə heroin olduğunu bildirmiş, ondan 30 manat müqabilində bir ədəd plastik qabın içində şəffaf sellofana bükülmüş heroini alıb öz istifadəsi üçün əynində olan cins şalvarın sol yan cibinə qoymuş, heroin qəbul edərkən çəkisini müəyyən etmək üçün özü ilə gəzdirdiyi bir ədəd elektron tərəzi isə cins şalvarının sağ yan cibində olmuşdur. 17 may 2022-ci il tarixdə saat 10:40 radələrində Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən məscidin yaxınlığında tanışı Cəfərlə piyada gedən zaman iki nəfər mülki geyimdə polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim edib, üzərlərində narkotik vasitə olmasından şübhələndikləri üçün üzərilərinə şəxsi axtarış aparılmasından ötrü onları Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Onlar birlikdə 43-cü Polis Bölməsinə getmiş, orada Cəfərlə ayrı-ayrı otaqlara keçirilmişlər. Polis Bölməsində olan otaqların birində polislər tərəfindən ona hüquq və vəzifləri izah edilərək öz razılığı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmamışdan əvvəl üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynindəki cins şalvarının sol yan cibinə qoyduğu bir ədəd ağ rəngli plastik qabın içərisində şəffaf sellofana bükülmüş öz istifadəsi üçün aldığı heroini və cins şalvarının sağ yan cibində olan bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı polis əməkdaşlarına təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu, heroini öz istifadəsi üçün 16 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” deyilən yerdə bir nəfər tanımadığı, özünü İlqar kimi təqdim edən şəxsdən 30 manata aldığını bildirmişdir. Ondan götürülmüş heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və bu barədə tərtib olunmuş protokol onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Özü narkotik aludəçisi olmasına baxmayaraq narkotik vasitənin satışı ilə məşğul olmamış, 17 may 2022-ci il tarixdə tanışı Şahid3 7 manata heroin satmamışdır. Lakin Cəfərə narkotik vasitə lazım olduqda ona bir neçə dəfə heroin vermişdir (cild 1, iş vərəqə 298- 301). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 Tariel oğlu göstərdi ki, 16 may 2022-ci il tarixdə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs və Şahid3 qanunsuz olaraq üzərlərində narkotik vasitə gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Hər iki şəxsin mümkün anket məlumatları dəqiqləşdirilib müəyyənləşdirilmiş, bu məlumatı yoxlamaq, həmin şəxsləri ifşa etmək məqsədilə ətraflarında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün rəhbərliyə raportla müraciət edilmiş, rəsmiləşdirilmə aparılaraq əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Onun özü və Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkilləri Şahid2 və X6 və sahə inspektoru X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Rəhbərliyin razılığından sonra 17 may 2022-ci il tarixdə saat 10:40-da Təqsirləndirilən şəxs və Şahid3 ünvan 2 ünvanın yaxınlığında müəyyən edilmiş, özlərini həmin şəxslərə təqdim edərək üzərlərində narkotik vasitə və ya digər qanunla dövriyyəsi qadağan edilmiş əşya olmasından şübhəli olduqları deyilərək onları 43-cü Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsinə gəldikdən sonra bu şəxslər üçün vəkillər dəvət olunub təqdim olunmuş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra onların üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışda o və Şahid2, Şahid3 üzərində şəxsi axtarışda isə bölmənin əməkdaşları Nurəddin Babayev və İlkin Şahverdiyev iştirak etmişdir. X2vericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun və Şahid2 iştirakı ilə videoçəklişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində ola biləcək əşyaların təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən ağ rəngli plastik qabın içindəki bir ədəd şəffaf rəngli sellofan bükülünü və şalvarının sağ yan cibindən isə bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülünün içərisində qəhvəyi rəngli toz halında spesfik iyi olan narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin heroin olduğunu, həmin heroini 16 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” kimi tanınan yerdə özünü İlqar kimi təqdim edən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Qeyd olunan maddə müvafiq ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənmiş, onların iştirakları ilə təhqiqatçısı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara oxunmuş, möhürlənmiş zərf və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilən əməliyyataxtarış tədbirləri zamanı əldə edilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir bükümdə heroini 16 may 2022-ci il tarixdə səhər saatlatında Nəsimi rayonu ərazisində “Kubinka” kimi tanınan yerdə naməlum şəxsdən həm özünün istifadəsi, həm də məhz satış məqsədilə əldə etməsi, əldə etdiyi heroinin bir hissəsini artıq saxlanılmamışdan əvvəl onunla birgə saxlanılan tanışı Şahid3 7 manata satdığı müəyənləşdirilmişdir. Təqsirləndirilən şəxs satdığı heroin də şəxsi axtarışı zamanı Şahid3 aşkar olunaraq götürülmüşdür. Şahid3 də səmimi olaraq həmin aşkar edilmiş heroini Təqsirləndirilən şəxs 7 manat müqabilində aldığını etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 Tariel oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İbtidai istintaq zamanı ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 17 may 2022-ci il tarixdə saat 10:40-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən məscidin yaxınlığında tanışı Sərvanla piyada gedən zaman, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərlərinə şəxsi axtarış aparılması məqsədi ilə onları Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Onlar könüllü olaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə getmiş, Polis Bölməsində onlar ayrı-ayrı otaqlara keçirilmişlər. Polis Bölməsində videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarışı zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin maddədən başqa üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Ondan həmin bükülüdəki qəhvəyi rəngli kütlənin nə olduğu soruşulduqda, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 17 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində tanışı Sərvandan 7 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə təhqiqatçı tərəfindən müvafiq ekspertiza keçirilməsi üçün qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 169-170). Şəxsi axtarış və götürmə aparılması haqqında 17 may 2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı Azər Süleymanov tərəfindən Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaların təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən bir ədəd plastik qabın içindəki ağ rəngli bir ədəd şəffaf rəngli sellofan bükülünü, şalvarının sağ yan cibindən isə bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, sonuncunun üzərində hər hansı bir əşya olmadığını bildirmiş, Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan bükülüdəki kütlənin nə olduğu soruşulduqda o, “kakos” kimi tanıdığı həmin kütlənin narkotik vasitə heroin olduğunu, narkotik vasitəni 16 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” kimi tanınan yerdə özünü “İlqar” kimi təqdim edən şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Narkotik vasitəyə bənzər maddə və bir ədəd elektron tərəzi qablaşdırılaraq 243 nömrəli möhürlə möhürlənərək götürülmüşdir (cild 1, iş vərəqə 30-31,73). Şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Şahid3 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü masanın üzərinə qoyaraq, içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. O, həmin maddəni 17 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində onunla birlikdə saxlanılan tanışı Sərvandan 7 manat müqabilində aldığını bildirmişdir. Şahid3 aşkar edilmiş kütlə qablaşdırılaraq möhürlənmişdir (cild 1, iş vərəqə 135-136). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı şahidlər Şahid1 Tariel oğlu və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində qeyd olunan xüsusatları təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişlər (cild 1, iş vərəqə 314-321). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi ilə digər təqsirləndirilən şəxs Şahid3 ifadələri arasında ziddiyyət olduğundan keçirilmiş üzləşdirmə zamanı sonuncu ifadəsində qeyd olunan xüsusatları təsdiq edərək 17 may 2022-ci il tarixdə səhər saatlatında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində məhz ondan 7 manat müqabilində şəxsi istifadəsi üçün bir bükümdə narkotik vasitə heroin aldığını Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqə 223-224). Məhkəmə-kimyəvi ekspertizasının 18 may 2022-ci il tarixli 6/2837 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respblikası DİN Zərflər üçün N243” dairəvi möhr əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdə bir ədəd plastik qabdakı 1 (bir) bükümdə təmiz çəkisi 9,843 qram tünd qəhvəyi rəngli yumşaq konsistensiyalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Həmin zərfdə olan bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 9,783 qram təşkil etmişdir (cild 1, iş vərəqə 37-41). Məhkəmə-kimyəvi ekspertizasının 10 avqust 2022-ci il tarixli 6/4206 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş paketdəki Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə olan heroin və Şahid3 aşkar edilərək götürülmüş bir ədəd bükümdəki heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər (cild 1, iş vərəqə 243-247). Məhkəmə-psixiatrik ekspertizasının 08 avqust 2022-ci il tarixli 2083 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 240-242). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 iyul 2022-ci il tarixli 3885 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 238-239). Cinayət işinin materiallarına əlavə edilmiş doğun haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü uşağı var. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 21 iyun 2006-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12 aprel 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 93-99). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə ittiham irəli sürülərək göstərilmişdir ki, “Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanusuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 16 may 2022- ci il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə görüşüb sonuncudan satış məqsədi ilə qanunsuz olaraq 30 manat müqabilində ağ rəngli bir ədəd plastik qabda bir ədəd şəffaf sellofana bükülmüş halda ümumi çəkisi 10,409 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edərək, saxlamaqla daşımış, həmin narkotik vasitə heroindən 0,566 qramını bir ədəd şəffaf sellofana bükərək 17 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında tanışı Şahid3 7 (yeddi) manata satmış, 17 may 2022-ci il tarixdə saat 10:40 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o və Şahid3 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən məscidin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-yə gətirilmiş, onlar polis bölməsinin inzibatı binasında şübhəli şəxs qismində tutulduqdan sonra Şahid3 üzərinə axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülmüş halda təmiz çəkisi 0,566 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibindən xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə Şahid3 götürülmüş narkotik vasitə heroinlə eynilik təşkil edən ağ rəngli bir ədəd plastik qabda bir ədəd şəffaf sellofana bükülmüş halda 9,843 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir.” Qeyd olunan məzmunda ittihamla bağlı məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi bütün yuxarıda şərh olunan sübutları hərtərəfli araşdıraraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətinin törədilməsi faktı mübahisəsiz olaraq tam sübuta yetir. Amma məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı hissəsini mövcud sübutların məcmusu əsasında qiymətləndirərək bu qənaətə gəlir ki, şəxsin ona istinad edilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi kimi qiymətləndirilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi tövsifedici əlamət kimi Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət qanununun mənasına görə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayət Məcəllənin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarında da eyni hüquqi mövqe əks olunmuşdur. Hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmək üçün Təqsirləndirilən şəxs qabaqcadan kiminləsə əlbir olmasını təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini hətta ehtimal etməyə əsas verə biləcək hər hansı dəlil də mövcud deyildir. Mübahisə edilməyən hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni özü müstəqil surətdə 16 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisindəki “Kubinka” adlanan yerdə rastlaşdığı, qabaqcadan ümumiyyətlə heç bir tanışlığı və hər hansı şəkildə əlaqəsi olmayan, adını ona İlqar kimi təqdim edən və özündə heroin olduğunu bildirmiş şəxsdən – faktiki şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 30 manat müqabilində əldə etmişdir. Məhz təsvir olunan vəziyyətdə qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi heroinin bir hissəsini sonradan özünün tanışı Şahid3 satmışdır. Göründüyü kimi, “Kubinka” adlanan ərazidə rastlaşdığı, hətta qabaqcadan tanış olmaları ilə bağlı hər hansı dəlil olmayan naməlum şəxsdən təsvir olunan vəziyyətdə narkotik vasitəni əldə edərkən Təqsirləndirilən şəxs alıcı, şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxs isə satıcı qismində çıxış etmişdir. Qeyd olunan naməlum şəxsin isə Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı etdiyi sonrakı hərəkətlərə hər hansı aidiyyəti, yaxud sonrakı hərəkətlər barədə onların arasında bu və ya digər razılaşmanın olması ilə bağlı hər hansı dəlil, hətta məlumat belə mövcud deyildir. Beləliklə, Təqsirləndirilən şəxs hər hansı qeyrisi ilə qabaqcadan əlbir olmaqla narkotik vasitə əldə etməmiş, narkotik vasitəni birlikdə daşımamış, satmamış, narkotik vasitənin satışından əldə olunan gəliri kiminləsə bölməmiş və bununla bağlı hər hansı şəxsə vəd verməmişdir. Bu mənzərənin elə ibtidai araşdırma zamanı qəbul edilmiş qərarların bilavasitə özündə də əks olunmasına baxmayaraq, cinayət işinin materiallarında heç bir əsas mövcud olmadığı halda əməl yekunda həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, toplanmış ilkin sübutlar əsasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət işi 18 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış, həmin gün toplanmış materiallar aidiyyəti üzrə İstintaq şöbəsinə göndərildikdən sonra müstəntiq tərəfindən əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmiş, 19 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məhz bu maddə ilə ittiham elan olunmuşdur. İbtidai istintaqın yekunlaşma mərhələsində 06 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1-ci və 234.4.3-cü maddələrinə tövsif edilməli olunması qənaətinə gəlinmiş, qərarda bu qənaətin əsaslandırılmasına cəhd edilmiş və bir gün sonra - 07 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin maddələrlə ittiham irəli sürülmüşdür. İbtidai istintaq orqanı 06 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarında Təqsirləndirilən şəxs əməli həm də qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi tövsifedici əlaməti ilə törətməsinə dair öz mövqeyini əsaslandırarkən qeyri-müəyyən, cinayət işinin materiallarına əsaslanmayan, hansı hüquqi və məntiqi əsaslara söykəndiyi məlum olmayan dəlillər irəli sürmüşdür. Belə ki, müstəntiq həmin qərarında hər hansı sübuta əsaslanmayan mülahizələri ilə bərabər qeyd etmişdir ki, “... Araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən əldə etməsini bildirməsi onun külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsinə dəlalət edir...”. Yaxud, fərziyyə kimi səsləndirilməsi mümkün hesab edilməli olmayan şəkildə israr etmişdir ki, “...Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni 30 manata əldə etməsi reallığı özündə əks etdirmədiyindən sonuncunun şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əlbir olduğu qənaətinə gəlinir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü madəsindən həmin məcəllənin 234.4.1-ci və 234.4.3-cü maddələrinə tövsif edilməlidir...”. Anlaşılmaz əsaslandırma davam etdirilərək hətta “...Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitəni əldə edilməsi, saxlanması və daşınmasında şəxsiyyəti istintaqa məlum naməlum şəxslə əvvəllər də cinayət əlaqəsinə girdiyi ilə bağlı fikirlər yer alsa da...” kimi tamamilə yanlış, cinayət işinin materiallarında ümumiyyətlə mövcud olmayan məqam əks olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq verdiyi ifadələrində birmənalı olaraq narkotik vasitəni Nəsimi rayonu ərazisindəki “Kubinka” deyilən yerdə bir nəfər tanımadığı, əlaqə nömrəsini bilmədiyi, ilk dəfə gördüyü şəxsdən 30 manata almışdır. Müstəntiqin şərh olunan qərarında “...Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma barədə şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşdiyini və satış məqsədilə külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıdıqlarını təsdiq edən kifayət qədər dəlil və sübutlar, eləcə də istintaq sənədləri yer alır...” kimi israrlı qənaəti əks olunsa da (cild 1, iş vərəqə 260-263), əslində cinayət işinin materiallarında Təqsirləndirilən şəxs əməli qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini təsdiq edən heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs həm də qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmə tövsifedici əlaməti ilə ittiham irəli sürülməsinin əsaslandırılmasına cəhd edilmiş 06 sentyabr 2022-ci il tarixli qərarda hazırkı cinayət işindən başqa cinayət işinin ayrılması ilə bağlı hissə əsaslandırılarkən “heroinin əldə edilmə mənbəyinə görə və qabaqcadan əlbir olmuş cinayətkar qrupun iştirakçısı, şəxsiyyəti istintaqa məlum olmayan İranlı İslam Respublikası vətəndaşı naməlum şəxsə görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və və 234.4.3-cü maddələri ilə” ayrılmalı olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin “qabaqcadan əlbir olmuş cinayətkar qrupun iştirakçısı, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı” olması ilə bağlı absurd mövqeyin hansı əsasla ortaya çıxması isə tam anlaşılmazdır (cild 1, iş vərəqə 264). Hazırkı cinayət işindən sadalanan əsasla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması barədə 06 sentyabr 2022-ci il tarixli qərarın əsaslandırma hissəsində isə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olması ehtimal olunan hər hansı şəxsdən ümumiyyətlə bəhs edilməmiş, cinayət işinin məhz yalnız “narkotik vasitənin əldə edilmə mənbəyinə görə” ayrılmalı olduğu vurğulanmışdır (cild 1, iş vərəqə 277). Mənbə isə hansısa qabaqcadan əlbir olma əlamətini deyil, yalnız narkotik vasitənin əldə olunduğu qaynağı - konkret halda müəyyən edilməmiş şəxsi ehtiva edir. Narkotik vasitəni Təqsirləndirilən şəxs qanunsuz əldə etmiş, elə sonuncu ilə birlikdə saxlanılmış Şahid3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, sonradan hazırkı işlə bir icraatda birləşdirilmiş, daha sonra yenə eyni maddə ilə ayrıca icraata ayrılmışdır. Qeyd olunan şəxsə narkotik vasitəni məhz Təqsirləndirilən şəxs satması ilə bağlı sübutlar toplamış ibtidai istintaq orqanı sübutların qiymətləndirilməsi haqqında 06 sentyabr 2022-ci il tarixli qərarında yenə ziddiyyətli mövqe ifadə edərək Şahid3 üzərindən aşkar edilmiş “narkotik vasitə heroini haradan əldə etməsini …müəyyən etməyin mümkün olmadığı” kimi anlaşılmaz fikir ifadə etmişdir (cild 1, iş vərəqə 267). Halbuki, ibtidai istintaq orqanı Şahid3 hələ 19 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan etdiyi ittihamda onun narkotik vasitəni məhz Təqsirləndirilən şəxs əldə etdiyini göstərmişdir (cild 1, iş vərəqə 161). Eyni zamanda, hazırkı iş üzrə Təqsirləndirilən şəxs özünə qarşı irəli sürülmüş ittihamda da onun satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda heroinin 0,566 qramını 17 may 2022-ci il tarixdə Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında Şahid3 7 manata satması israr edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının belə yanaşması cinayət mühakimə icraatının vəzifələri, habelə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ilə ziddiyyət təşkil etməklə bərabər, həm də hüquq düşüncəsi anlayışı ilə də uzlaşmır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən konkret iş üzrə şəxsi qənaəti ifadə edən daxili inam və hüquqi biliklərin səviyyəsinin göstəricisi olan hüquq düşüncəsi yalnız sübutların tədqiqinə, sübutların qiymətləndirilməsi isə qanun və vicdan rəhbər tutulmaqla sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmalıdır. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini təsdiq edən heç bir sübutun mövcud olmadığı bir vəziyyətdə ehtimallar əsasında nəticəyə gəlinərək şəxsə həmin ittihamın irəli sürülməsi yolverilməzdir. Məhkəmə, daxili inamın və hüquq düşüncəsinin fərdi xarakterli olduğunu nəzərdə saxlamaqla, onların hər bir halda yalnız obyektiv, qərəzsiz və tam araşdırılmış sübutlara söykənməli olduğunun mübahisəsizliyini vurğulayır. Sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin qabaqcadan cinayət əlaqəsinə girmiş bir qrup şəklində deyil, məhz Sərvan İsmayılovun özü tərəfindən törədilmiş əməl kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab edir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satmaqla bağlı bəndin - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin əsas hissəsinin ona heç bir aidiyyatının olmamasına, onun üzərində cüzi miqdarda heroin olmasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 18, 82-86). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 may 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9,783 qram təşkil edən heroin və bir ədəd tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38,349). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X7 vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9,783 qram təşkil edən heroin və bir ədəd tərəzi məhv edilsin; - Şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına vəkil X9 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1778/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1778/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver