Məhkəmə qərarları › İş №1(101)-1779/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1779/2025

03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1779/2025 03.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlunun (sədrlik edən), Əsgərova-X4 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – «Ruslan Vəliyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Saatlı rayonu Qolovino kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Saatlı rayonu Heydərabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,691 qram psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək saxlamaqla üzərində daşımış, 22 may 2025-ci il tarixdə saat 18:50-də Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyattədbiri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq həmin polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 20:05-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 4,691 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2025-ci ilin may ayının 22-də saat 17:45-də saxlanılmışdır. O həmin gün saat 17:45-də evdən çıxmış, təxminən 100-150 metr getdikdən sonra Hyundai Accent markalı avtomobil onun qabağını kəsmişdir. Avtomobildən 3 nəfər özlərini təqdim etmədən düşüb onu saxlayaraq polis bölməsinə aparmış və orada üzərinə baxış keçirmişlər. O nəyə görə saxlanıldığını bilməmişdir. Daha sonra onu narkotik istifadəçisi olduğuna görə saxladıqlarını demişlər. O isə narkotik istifadə etmədiyini demişdir. Sonra polis əməkdaşları cibinə narkotik vasitə qoyacaqlarını, videoçəkilişdə həmin narkotik vasitəni cibindən çıxarmasını və onun olduğunu qəbul etməsini demişlər. O polis əməkdaşlarının dediklərini qəbul etmədikdə isə narkotiki gedib evindən çıxaracaqları ilə təhdid etmişlər. Daha sonra onu döyməyə başlamışlar və bu zaman cibinə də nəsə qoymuşlar. O isə cibindən götürüb atmışdır. Daha sonra gətirib narkotiki stolun üstünə qoymuşlar. Polis əməkdaşları ona əgər narkotik vasitənin onun olduğunu qəbul etməsə, hal şahidi ilə baxış keçirəcəklərini demişlər. Videoçəkilişə başlamaq istəyəndə o imkan verməmişdir. Baxış keçirilən zaman müdafiəçisi olmamışdır. Müdafiəçi narkotik vasitəni ekspertizaya göndərəndən sonra gəlmişdir. Polis əməkdaşları nə saxlanılan yerdə, nə də bölmədə videoçəkiliş etməmişlər. Ona qarşı olan qərəzin səbəbini bilmir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o narkotik vasitə istifadə etmir, siqaret belə çəkmir. Əvvəllər məhkumluğu olmamış, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Saxlanılan zaman ona təsir və təzyiq olmuş, bu əməli boynuna almasa, onu ailəsi ilə təhdid edirmişlər, evindən narkotik vasitələr çıxaracaqlarını deyirmişlər. O isə heç vaxt narkotik vasitə görmədiyini demişdir. O, həyat yoldaşı və iki uşağı ilə birlikdə kirayədə yaşayır. Uşağını məktəbdən götürməyə gedən zaman may ayının 22-də, saat 17:45 radələrində evinin yaxınlığında saxlanmışdır. Saxlanılan zaman yanında və ətrafda heç kəs olmamışdır. Göy rəngli “Hyundai accent” markalı avtomobillə qarşısını kəsmişlər. “Hyundai Elantra” markalı avtomobil isə arxa tərəfində saxlamışdır. O, əvvəlcə yol soruşacaqlarını düşünmüşdür. Lakin sonra avtomobildən üstünə tökülüşmüşlər, mobil telefonunu və saatını almışlar, özlərini təqdim etmədən qolunu bağlayıb avtomobilə əyləşdirmişlər və polis bölməsinə aparmışlar. Bölmədə üstünə baxış keçirilən zaman qulaqlıq, saqqız və 13 manat pul çıxmışdır. Daha sonra onun üzərində narkotik vasitə çıxmalı olduğunu demişlər, o isə bunu qəbul etməmişdir. Onun əlini əvvəlcə qarşıdan bağlamışlar, sonra isə əllərini arxadan bağlamışlar. Bir neçə polis əməkdaşı onu sıxışdırıb döymüş və bu vaxt cibinə narkotik vasitə atmışlar. O cibindən narkotik vasitə götürüb tullamışdır. Daha sonra onu təhqiqatçının otağına gətirəndə təkrar olaraq narkotiki cibinə qoymuşlar, o isə yenə narkotik vasitəni cibindən götürüb tullamış və ona məxsus olmadığını demişdir. Bundan sonra narkotik vasitəni stola qoymuşlar və sənədlərə qol çəkməyini demişlər, o isə qol çəkməmişdir. Barəsində sanksiya seçilən zaman məhkəmədə də hazırda dediklərini demişdir. İstintaq zamanı olan ifadəni təsdiq etmir. 5 il bundan əvvəl onun yol polisi ilə mübahisəsi olmuş, o, polislə danışıqlarını videoya çəkmişdir. Həmin videonu onun “Tiktok” səhifəsindən oğurlamışlar, jurnalist Mehman Hüseynov öz səhifəsində paylaşmışdır. O, düşünür ki, saxlanmağının səbəbi də budur. X10 və narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. Onun “Tiktok” səhifəsi oğurlanmışdır. Videonun paylaşılması barədə onu tanışlarının mesaj yazması nəticəsində məlumatı olmuşdur. Video onun saxlanılmasından təxminən bir il əvvəl paylaşılmışdır. Onun üstünə baxış keçirilən zaman narkotik vasitənin onun olduğunu qəbul edib-etmədiyini soruşmuşlar, o qəbul etməmişdir. Bu zaman çöldən iki nəfər hal şahidi dəvət etmişlər. Amma üzərinə baxış keçirilən zaman heç kəs müdafiəçi də iştirak etməmişdir. Onu 3 nəfər saxlamışdır. Müdafiəçi onun üstünə baxış keçirildikdən 40 dəqiqə sonra gəlmiş, müdafiəçi gələn zaman narkotik vasitə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Hal şahidləri isə müdafiəçidən əvvəl gəlmişlər. O, müdafiəçinin iştirakından imtina etməyi ilə bağlı ərizə yazmamışdır. Əvvəlcə üstünə baxışı videoçəkilişlə aparmaq istəmişlər. Hal şahidləri və müdafiəçinin yanında onun üstünə baxış keçirilməmişdir. O tutulmazdan bir həftə əvvəl tanışları “whatsapp”-da ona polis əməkdaşı ilə çəkdiyi videonun təkrar paylaşıldığını bildirmişlər. Onu saxlayan zaman polislər özlərini təqdim etməmişlər. O saxlanılan zaman ətrafda heç kim olmamışdır. O əvvəlcə ondan yol soruşduqlarını düşünmüşdür. Lakin sonra onun telefonunu əlindən alıb avtomobilə salmışlar. Onun qışqırıb kimisə çağırmağa vaxt olmamışdır. O, hal şahidi Şahid4 bölmədə görmüşdür. Müdafiəçi narkotik vasitə qablaşdırılıb göndərildikdən 40 dəqiqə sonra gəlmişdir. O, hal şahidi Şahid5 görmüşdür. Şəxsi axtarış keçirilən zaman Şahid5 orada olmamışdır. Məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadə verərək bildirmişdir ki, 2025-ci ilin may ayında daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və sonuncunu polis bölməsinə dəvət etmişlər. Bölmədə müdafiəçi və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əməliyyat tədbirində üç nəfər olmuşlar, o, Şahid2 və Şahid3. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Əməliyyat məlumatı narkotik vasitənin saxlanması və daşınması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs Sulutəpə qəsəbəsi ərazisində axşamüstü yaxınlaşmışlar. Yaxınlaşan zaman İsrail piyada hərəkətdə və tək olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncu heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlandığı yer əsas küçələrdən biri olmuş, həmçinin hava şəraiti ilə bağlı İsrailin saxlanılması videoçəkilişlə keçirilməmişdir. Bölmədə şəxsin üzərinə baxış keçirilən zaman əməliyyatçılar, hal şahidləri, təhqiqatçı və müdafiəçi iştirak etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Saatlı rayonunda anadan olmuş, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi nömrəsiz evdə yaşayan, xx xxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi və Binəqədi rayonu ərazisində üzərində gəzdirməsi barədə 22 may 2025-ci il tarixdə polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatını raportla şöbə rəhbərliyinə məruzə etmişdir.Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərar polis bölməsinin rəhbərliyi tərəfindən möhürlənərək imza ilə təsdiq edilmişdir. 40-cı polis bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Şahid3, 40-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 22 may 2025-ci il tarixdə saat 18:50 radələrində o, Şahid3 və Şahid2la birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yaşadığı evin yaxınlığında olduğunu görmüşlər. Onlar Təqsirləndirilən şəxs saxlayıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul etdiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs polis bölməsində üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis bölməsinə aparıb baş təhqiqatçı, polis mayoru Hüseynağa Abdullayevə təhvil vermişlər. O, Təqsirləndirilən şəxs polis bölməsinə aparmaqları ilə bağlı raport yazmışdır. Baş təhqiqatçı X6 Nərimanova hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 Nərimanova müdafiəçi təyin edilmiş və polis bölməsinə dəvət edilmişdir. Şahid4 və Şahid5 adlı iki nəfər şəxs hal şahidi qismində dəvət edilmişdir. Baş təhqiqatçı X6 Nərimanova hal şahidləri barədə məlumat vermiş, etirazının olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs hal şahidlərinə və vəkil Emil Aslanova heç bir etirazının olmadığını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq üzərinə şəxsi axtarışın müdafiəçisi Emil Aslanovun iştirakı olmadan keçirilməsini bildirmişdir. Vəkil Emil Aslanov heç bir etirazının olmadığını bildirib otağı tərk etmişdir. Bundan sonra baş təhqiqatçı Hüseynağa Abdullayev xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o, polis əməkdaşları Şahid2, Şahid3, hal şahidləri Şahid4 və Şahid5 iştirak etmişlər. Baş təhqiqatçı X6 Nərimanova üzərində olması ehtimal edilən predmetləri təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa cibindən bir ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Baş təhqiqatçı X6 Nərimanovun üzərini yoxlamış, sonuncunun üzərindən başqa predmet aşkar edilməmişdir. Baş təhqiqatçı Hüseynağa Abdullayev aşkar edilmiş bükümü açmış, içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu məlum olmuşdur. Baş təhqiqatçı X6 Nərimanovun üzərindən aşkar edilmiş maddəni bükümlə birlikdə elektron tərəzidə çəkmiş və 4,84 qram miqdarında olduğu müəyyən edilmişdir. Baş təhqiqatçı X6 Nərimanovun üzərindən aşkar edilmiş maddəni bükümlə birlikdə ağ rəngli kağız zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış və möhürləmişdir. Baş təhqiqatçı Hüseynağa Abdullayev həmin zərfin üzərində qeydiyyat aparmış və onlar zərfin üzərinə imza çəkmişlər. Baş təhqiqatçı X6 Nərimanovun üzərindən aşkar edilmiş maddəni ekspertiza tədqiqatı üçün götürmüşdür. Baş təhqiqatçı X6 Nərimanovun üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Şahid1 həmçinin, ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 4,691 qram psixotrop maddə metamfetamini haradan əldə etməsi, eləcə də hər hansı bir şəxsdən alması barədə ona məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə onun işlədiyi polis bölməsinə məlumat daxil olmamış, sonuncu 4,691 qram metamfetamini istifadə etmək üçün əldə edib üzərində saxlamışdır. 4,691 qram psixotrop maddə metamfetamin 22 may 2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman məhz sonuncunun əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar edilmişdir. Həmin aşkar edilmiş 4,691 qram metamfetamin İsrailə məxsus olmuşdur. Belə ki, İsrailin psixotrop maddə əldə edib Binəqədi rayonu ərazisində üzərində saxlaması barədə 22 may 2025-ci il tarixdə 40-cı polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqə 110-113) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra Şahid1 verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, şəxsi axtarış zamanı şübhəli şəxsin müdafiəçidən imtina etdiyini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs jurnalist Mehman Hüseynovun onun videosunu paylaşması səbəbilə saxlanması düzgün deyil. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman ətrafda başqa şəxslərin olub-olmadığını xatırlamır. Əməliyyat məlumatında şəxsin üzərində nə qədər narkotik vasitə olduğu qeyd olunmamışdır. Şəxsin barəsində əməliyyat məlumatı evində narkotik vasitə olması ilə bağlı daxil olmamış, bu səbəbdən evə baxış keçirilməmişdir. Şəxsi axtarışda müdafiəçinin nəyə görə iştirak etmədiyini xatırlamır. Şəxsi saxlayan zaman özlərini təqdim etmişlər. Hal şahidlərini bölmənin qarşısından keçən zaman çağırmışlar və şəxsi axtarışda iştirak etməsi üçün dəvət etmişlər. Narkotik vasitəni şəxsin özünün təqdim edib-etmədiyini xatırlamır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, taksi sürücüsüdür. Polis əməkdaşı onu hal şahidi qismində iştirak etməyi üçün dəvət etmişdir. Bölmədə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir ədəd bükümdə narkotik vasitə çıxardıb təqdim etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirmişdir ki, aşkar edilmiş büküm açılmamışdır. Aşkar olunmuş bükümü konvertə qoymuşlar, o da üzərini imzalamışdır. İsrailə qarşı təsir və təzyiq edilməsinin şahidi olmamışdır. Bükümün İsrailin hansı cibindən çıxartdığını xatırlamır. Narkotik vasitəni İsrail özü çıxartmışdır. Şəxsi axtarış zamanı səhv etmirsə müdafiəçi də orada olmuşdur. Müdafiəçini sonda büküm konvertə qoyulanda görmüşdür. O əvvəllər bir dəfə məhkum olunmuşdur. İbtidai istintaq zamanı ifadəsini özü oxuyub imza çəkmişdir. O, bölmənin yanında kafedə əyləşmiş, bu zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Ona yaxınlaşan şəxslərdən biri formada, biri isə mülki geyimdə olmuşdur. Bölmədə otağa daxil olan zaman orada çoxlu adam olmuşdur. Aşkar edilmiş büküm konvertə qoyulan zaman müdafiəçinin də orada olduğunu görmüşdür. Bükümün içində nə olduğunu görməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. 22 may 2025-ci il tarixdə saat 19:20 radələrində o, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən 40-cı PB-nin qarşısından piyada hərəkət edən zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşmış və özünü təqdim etmişdir. Həmin polis əməkdaşı ona Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr saxlamaqda şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinə gətirildiyini, həmin bölmənin inzibati binasında Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağını demişdir. Polis əməkdaşı ondan Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O, razılaşmış və həmin polis əməkdaşı ilə birlikdə 40-cı polis bölməsinin inzibati binasına daxil olmuş, sonra orada otaqların birinə keçmişdir. Polis əməkdaşı otaqda olan bir nəfər şəxsi ona göstərmiş, həmin şəxsin Şahid5 olduğunu, Şahid5 da hal şahidi qismində Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman iştirak edəcəyini demişdir. Polis əməkdaşı Təqsirləndirilən şəxs göstərib üzərində axtarış aparılacağı demişdir. Saat 20:05-də Təqsirləndirilən şəxs üzərində onun, digər hal şahidi Şahid5, polis əməkdaşlarının iştirakı ilə axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin büküm polis əməkdaşı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş, bükümün içərisində şəffaf rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunduğu bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 4,84 qram olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərində axtarış zamanı başqa psixotrop maddəyə bənzər maddə və ya narkotik vasitəyə bənzər kütlə, həmçinin başqa hər hansı bir cinayət xarakterli əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən axtarış zamanı aşkar olunmuş bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Həmin protokol onun, digər hal şahidi Şahid5, polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs isə üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər maddənin sonuncuya məxsus olmadığını bildirib protokolu imzalamaqdan imtina etmişdir. (cild 1, iş vərəqə 69- 71) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra Şahid4 verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, büküm onun yanında açılmamış, içində nə olduğunu görməmişdir. Şəxsi axtarış zamanı iştirak edən şəxslərdən birinin müdafiəçi olduğunu düşünmüş, çünki həmin şəxsə suallar verilirmiş. Əvvəllər hal şahidi qismində iştirak etməmişdir. Ona iki nəfər polis əməkdaşı yaxınlaşıb, onlardan biri formada, biri mülki geyimdə olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, bölmənin qarşısından keçən zaman polis əməkdaşı ona yaxınlaşıb hal şahidi qismində iştirak edə bilib-bilməyəcəyimi soruşmuş, daha sonra onu bölməyə dəvət etmişlər. Sonra otaqda İsrailin üzərinə baxış keçiriləcəyini demişlər. İsrailin üzərindən narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitəni İsrail özü təqdim etmişdir. İsrail balaca bir büküm təqdim etmişdir. Bükümlər onun yanında açılmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid5 bildirmişdir ki, polis əməkdaşları ona axşamüstü yaxınlaşmışlar. İsrailin narkotik vasitəni hansı cibindən çıxardığını xatırlamır. Onun yanında İsrailə qarşı heç biri təsir və təzyiq olmamışdır. Üzərinə baxış keçirilən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Ondan başqa da hal şahidi olmuşdur. Məhkəmədə ifadə verməyi üçün ona qarşı heç bir təzyiq və təsir edilməmiş, belə ki, onun dedikləri həqiqəti əks etdirir. Onun əvvəllər məhkumluğu olmamışdır. O Sulutəpə qəsəbəsində fəhlə işləyirmiş, həmin vaxt mağazaya gedirmiş. O, bir şəxsin evində çöl şəraitində işləyir, suvaq vurur. Polis əməkdaşları onu çağıran vaxt tam qaranlıq olmamışdır. Əvvəllər heç vaxt şahid və ya hal şahidi qismində iştirak etməmişdir. Narkotik vasitə aşkar edildikdən sonra stolun üstündə qalmış, o isə çıxıb getmişdir. Ona bir nəfər formalı polis əməkdaşı yaxınlaşmışdır. Şəxsi axtarış keçirilən zaman otaqda polis əməkdaşları olmuşdur. Müdafiəçinin o çıxdıqdan sonra gəldiyini görmüşdür. Müdafiəçinin gəldiyini polis əməkdaşları özləri demişlər, o da bundan sonra həmin şəxsin müdafiəçi olduğunu bilmişdir. Narkotik vasitə aşkar edildikdən sonra ağ rəngli zərfin içinə qoyulmuş, o da hal şahidi qismində zərfin üzərinə qol çəkmiş, ondan başqa digər hal şahidi və polis əməkdaşları da qol çəkmişlər. Müdafiəçi onlar çıxdıqdan sonra gəlmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək deyilənləri təsdiq etmişdir. (cild 1, iş vərəqə 66-68) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra Şahid5 verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ona bir nəfər polis əməkdaşı yaxınlaşıb hal şahidi qismində iştirak etməyini bildirmiş, bölməyə isə həmin polis əməkdaşı və bir nəfər mülki geyimli şəxslə getmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadə verərək bildirmişdir ki, İsrail adlı şəxsin narkotik vasitələri əldə etməsi və saxlaması barədə 22 may 2025-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında qeyd olunan ünvana yaxınlaşmışlar. Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etmişlər və bölməyə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman metamfetamin aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirmişdir ki, əməliyyat qrupunda üç nəfər olmuşlar. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs Sulutəpə qəsəbəsində günün ikinci yarısı yaxınlaşmışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs yanında heç kəs olmamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlandığı yerdə çoxlu insanlar olduğuna görə üzərinə yerində baxış keçirilməsi mümkün olmamışdır. Şəxsi axtarışda iki hal şahidi, əməliyyatçılar və təhqiqatçı iştirak etmişdir. Təqsirləndirilən şəxs müdafiəçidən ərizə yazaraq imtina etmişdir. Hal şahidlərini kimin dəvət etdiyini xatırlamır. İsrailə qarşı tərəflərindən təsir və təzyiq olmamış və sonuncunun üzərinə narkotik vasitə qoyulmamışdır. Şəxsin həbsinin Mehman Hüseynovla bağlı olmasından məlumatı yoxdur. Təqsirləndirilən şəxs günün ikinci yarısı, hava işıqlı olan vaxt saxlamışlar. Şəxsi axtarışın nəyə görə hal şahidlərinin iştirakı ilə keçirildiyini xatırlamır. Təqsirləndirilən şəxs yaxınlaşan zaman özlərini təqdim etmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək deyilənləri təsdiq etmişdir. (cild 1, iş vərəqə 114-117) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin rəisi müavini Şahid3 ifadə verərək bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs saxlanılmışdır. Bölmədə üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirmişdir ki, əməliyyat qrupunda üç nəfər olmuşlar. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərinə nəyə görə saxlanıldığı yerdə baxış keçirilmədiyini xatırlamır. Tərəflərindən İsrailə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. İsrailin saxlanmasının Mehman Hüseynovla əlaqəli olması düzgün deyil. Şəxsi axtarışda əməliyyatçılar, iki hal şahidi iştirak etmiş, müdafiəçi iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərindan hansı növdə narkotik vasitənin aşkar olunduğunu xatırlamır. Şəxsi axtarışın nəyə görə hal şahidlərinin iştirakı ilə keçirildiyini və müdafiəçinin nəyə görə iştirak etmədiyini xatırlamır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək deyilənləri təsdiq etmişdir. (cild 1, iş vərəqə 121-124) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 may 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) 22 may 2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri və psixotrop maddələri gəzdirməsi barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqə 3) “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 22 may 2025-ci il tarixli qərardan, əməliyyat qrupunun yaradılması haqqında xx.xx.2025-ci il tarixli əmrdən həmin tarixli əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Binəqədi RPİ-nin 40-cı PB-də əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 4-5; 8-9) 22 may 2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələri əldə edərək istifadə etməsində şübhəli bilindiyi üçün, 22 may 2025-ci il tarixdə, saat 18:50 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına gətirilmişdir. (cild 1, iş vərəqə 10) “Şübhəli şəxsin tutulması haqqında” 22 may 2025-ci il tarixli protokoldan və həmin tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2025-ci il tarixdə, saat 19:45-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, o, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 22 may 2025-ci il tarixdən, saat 18:50-dən tutulmuş hesab edilmişdir. (cild 1, iş vərəqə 21-22) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 may 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin inzibati ərazisində xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, həmin istintaq hərəkətində Şahid4 və Şahid5 hal şahidi qismində iştirak etmişlər. Şəxsi axtarış zamanı baş təhqiqatçı Hüseynağa Abdullayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, sonuncunun üzərindən başqa hər hansı bir əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 4,84 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş kütlə ağ rəngli bir ədəd kağız zərfdə qablaşdırılmış, DİN-in 234 saylı möhürü ilə möhürlənmişdir. (cild 1, iş vərəqə 34-36) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 may 2025-ci il tarixli, 6/1924 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “xx.xx.2025-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazıları olan bir ədəd zərfin içərisində 1(bir) ədəd bükümdə təmiz çəkisi 4,691 qram maddə kütləsi psixotrop maddəmetamfetamindir. QEYD: Metamfetaminin təmiz çəkisi- 4,691 qram, tədqiqata sərf edildi- 0,1 qram, qalıq- 4,591 qram. (cild 1, iş vərəqə 54-57) “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 23 may 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə olan 4,591 qram miqdarında psixotrop maddə metamfetaminin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, 4,691 qram metamfetaminin 0,1 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 4,591 qramı saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 72-73) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 76-77) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 391/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 may 2025-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 98-100) Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına verilmiş 23 iyul 2025-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, belə maddələr əldə edib Binəqədi rayonu ərazisində üzərində saxlaması barədə 22 may 2025-ci il tarixdə 40-cı polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. 22 may 2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə 4,691 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin aşkar edilmiş 4,691 qram metamfetamin Təqsirləndirilən şəxs məxsus olmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddə istifadə etsə də, o, həmin maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini özünün istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni haradan əldə etdiyini, satmaq məqsədinin olduğu, hər hansı bir şəxsə metamfetamin satmasım müəyyən etmək mümkün olmamışdır. (cild 1, iş vərəqə 125) Məhkəmə-tibbi ekspertizasının 23 may 2025-cü il tarixli, 735 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xəsarət aşkar edilməmişdir. (cild 1, iş vərəqə 132-134) Məhkəmə-narkoloji ekspertizasının 23 may 2025-cü il tarixli, 3078 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 135-136) Məhkəmə-psixiatrik ekspertizasının 11 avqust 2025-ci il tarixli 2619 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hadisəni düzgün qavramaq qabiliyyətindədir. (cild 1, iş vərəqə 137-139) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. (cild 1, iş vərəqə 140-141) “Sübutların qiymətləndirilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında” 21 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 4,691 qram miqdarında olması və həmin miqdarla ona elan edilmiş ittiham nəzərə alınmış, Təqsirləndirilən şəxs külli miqdarda təmiz çəkisi 4,691 qram psixotrop maddə metamfetamini əldə etmə mənbəsi ilə bağlı Azərbaycan Respublikası CM- nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış, istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə olan 4,591 qram miqdarında psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 4,591 qramının saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilməsi barədə qəbul edilmiş 24 may 2025-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərar nəzərə alınmış və Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi, üzərindən aşkar edilmiş 4,691 qram metamfetaminin ona məxsus olmaması, qərar və protokolları imzalamaqdan, üzləşdirmə istintaq hərəkətində iştirak etməkdən imtina etməsi barədə vəsatəti əsassız hesab edildiyindən tam rədd edilmişdir. (cild 1, iş vərəqə 152-162) “250040191 nömrəli cinayət işindən ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 21 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,691 qram miqdarında psixotrop maddə metamfetamini haradan əldə etdiyini müəyyən etmək məqsədi ilə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmış və həmin cinayət işi icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 165-166) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-610/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni 07 oktyabr 2025-ci il tarixədək uzadılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən (AZEMİS) görünür ki, xx.xx.2016-cı ildə doğulmuş Musa və xx.xx.2019-cu ildə doğulmuş Məsumə adlı uşaqların atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-958/2025 saylı sorğuya cavab məktubu və məktuba əlavə edilmiş sonuncunun adına açılmış tibbi kitabçanın surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı xəsarət aldığını bilddirmişdir. Bədəninə baxış keçirilən zaman xəsarət izləri aşkar edilməmişdir. Bundan başqa məhkəmə-tibbi ekspertizasının 23 may 2025-cü il tarixli, 735 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət aşkar edilməmişdir. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində 2025-ci ilin may ayında Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri və psixotrop maddələri gəzdirməsi barədə məlumat daxil olduğunu, daxil olmuş əməliyyat məlumatı əsasında 22 may 2025-ci ildə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək bölməyə dəvət etdiklərini, saxlandığı yerdə çoxlu insanlar olduğuna görə üzərinə yerində baxış keçirilməsi mümkün olmadığını, polis bölməsində hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar edildiyini, Təqsirləndirilən şəxs ərizə yazaraq müdafiəçinin iştirakı olmadan üzərinə şəxs axtarış keçirilməsinə etirazının olmadığını bildirdiyini və tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç biri fiziki və ya psixi təsir və təzyiq olunmadığını bildirmişlər. Həmçinin, şəxsi axtarış və götürmə aparılması zamanı hal şahidi qismində iştirak etmiş Şahid4 və Şahid5 ifadələrində əvvəllər heç bir işdə hal şahidi olmadıqlarını, polis bölməsinin qarşısından keçərkən polis əməkdaşlarının onları hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, Təqsirləndirilən şəxs əvvəllər tanımadıqlarını, ilk dəfə polis bölməsində şəxsi axtarış zamanı gördüklərini, bölmədə olarkən onların və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən narkotik vasitəni çıxararaq polis əməkdaşlarına təqdim etdiyini və İsrailə qarşı fiziki və ya psixi təsir və təzyiq edilməsinin şahidi olmadıqlarını bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X2rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs İsmayıl oğlunun saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmiş, saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsir və təzyiq edilməsi ilə bağlı ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edərək saxlamaqla üzərində daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə qeyd edir ki, cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına verilmiş 23 iyul 2025-ci il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, belə maddələr əldə edib Binəqədi rayonu ərazisində üzərində saxlaması barədə 22 may 2025-ci il tarixdə 40-cı polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. 22 may 2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə 4,691 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin aşkar edilmiş 4,691 qram metamfetamin Təqsirləndirilən şəxs məxsus olmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddə istifadə etsə də, o, həmin maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini özünün istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni haradan əldə etdiyini, satmaq məqsədinin olduğu, hər hansı bir şəxsə metamfetamin satmasım müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda təmiz çəkisi 4,691 qram psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs həm şəxsi axtarış keçirilməsi istintaq hərəkəti zamanı təqdim etdiyi psixotrop maddənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, psixotrop maddəni satış məqsədi olmadan əldə etməsinə və əldə etdiyi külli miqdarda psixotrop maddəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahid ifadələri, ekspertiza rəyləri, “şəxsi axtarış və götürmə aparılması“ haqqında protokol və işə aid biri digərinə uyğun gələn sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Ona görə də, Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, istintaq protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində iki nəfər az yaşlı uşağının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:45-də şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 18:20-dən tutulmuş hesab edilmiş, xx.xx.2025ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Binəqədi RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş 4,591 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, müdafiəçi «Ruslan Vəliyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 35 saat vaxt sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə «Ruslan Vəliyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 385 (üç yüz səksən beş) manat məbləğində pul köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Binəqədi RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş 4,591 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına «Ruslan Vəliyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 385 (üç yüz səksən beş) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Leyla Əsgərova-Məmmədova Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar