Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1780/2021 26.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Məcidov X8 və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Mərkəz” bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, “X7” klinikasında ürək-damar cərrahı işləmiş, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, ev 16 ünvanında pasport qeydiyyatında olan və halhazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən 12,711 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na daxil edilən tərkibində təsir maddəsinin ümumi miqdarı 12,6 qram olan 84 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin həbini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 30 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 20:00-da Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 15 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə aparılıb orada üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, tərkibində təsir maddəsinin ümumi miqdarı 12,6 qram olan 84 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin həbi 6 ədəd konvolyutda olmaqla əynindəki qara rəngli uzunqol gödəkçəsinin sağ yan cibindən, eləcə də satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 7,621 qram və 5,090 qram olmaqla ümumilikdə 12,711 qram çəkidə psixtorop maddə metamfetamin gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “X7” klinikasında ürək-damar cərrahı işləmiş, psixi vəziyyətlə əlaqədar olaraq psixotrop maddə olan metamfetamindən istifadə etmiş, metamfetamini isə müxtəlif şəxslərdən almışdır. 30 yanvar 2021-ci il tarixdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasının qarşısında yerləşən «Zəfaran» aptekə gedib oradan resept əsasında 06 ədəd konvolyutda ümumilikdə 84 ədəd «Alyse 150» preqabalin maddəsini almış və müvəqqəti kirayə yaşadığı ünvan 2 ünvana getşdir. Axşam saatlarında evdə olan zaman 8-9 nəfər polis əməkdaşı içəri daxil olaraq özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmişlər. Ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O, həmin vaxt evdə şəxsi istifadəsi üçün olan metamfetamini könüllü şəkildə təqdim etmiş, hətta onlara demişdir ki, icazə versinlər, suya qatıb içsin, ona icazə vermişlər. Daha sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt könüllü şəkildə 06 ədəd konvalyutda 84 ədəd «Alyse 150» preqabalin həbini, bir bükümdə navakain tozunu, bir bükümdə nişastanı və bir bükümdə sağalmaz yaraların müalicəsində istifadə edilən müxtəlif növ dərmanların qarışığından hazırlanmış tozu təqdim etmişdir. Daha sonra onu BNMİ-nə aparmışlar. Orada vəkillə təmin edilmiş, üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs Sabir oğlunun ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 30 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin, o cümlədən, preqabalinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Beləliklə, saat 20:00 radələrində Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 3 ünvanın qarşısına getmişlər və orada onu şübhəli şəxs qismində saxlamışlar. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onlarla birgə BNMİ-nə getməyi təklif etmişlər, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Baş idarədə təhqiqatçının otağında onun üzərinə dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs paltosunun cibindən 6 list dərman həblərini, bir ədəd şəffaf sellofan bükümü və dörd ədəd şəffaf sellofan paketi çıxarıb masanın üzərinə qoydu və bildirmişdir ki, sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin, digər sellofan paketlərdə isə novakain tozu, kraxmal və sağalmayan yaraların istifadəsində istifadə olunan dərman vardır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dərman preparatlarına baxış keçirilmiş və dərman həblərinin altı ədəd konvolyutda olmaqla ümumilikdə 84 ədəd dərman həbi olduğu və üzərində «Alyse 150» yazısının yazıldığı müəyyən edilmişdir. Daha sonra bükümlərə baxış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə psixotrop maddəyə oxşar maddə, digər sellofan paketlərin üçündə psixotrop maddə metamfetaminə, bir ədəd sellofan paketdə isə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dərman preparatlarının preqabalin olduğunu, həmin preqabalin dərmanlarını özündə olan və üzərinə «Lazur hospital»ın möhürü olan reseptlər əsasında apteklərdən bir konvolyutunu 10 manata alaraq öz xəstələrinə 25 manata satdığını bildirmişdir. Axtarışın sonunda həm dərman preparatları, həm də iki sellofan büküm və paketlərdə olan maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2021-ci il tarixli 6/435 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi, «Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...» sözləri, soyad və İmzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində olan bir ədəd bükümdə təmiz çəkisi 7,621 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Digər sellofan bükümdə təmiz çəkisi 5,090 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş 84 ədəd ağ rəngli kapsulanm tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 12,6 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olduğu müəyyən edilmişdir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş təmiz çəkisi 11,905 qram olan dənəvər formalı maddə və ayrıayrılıqda təmiz çəkiləri 14,628 qram və 4,972 qram, ümumi təmiz çəkisi 19,600 qram olan ağ rəngli maddələr prokaindir. Prokain (novakain) «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarm siyahıları» na və «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısı»na daxil deyildir. Tədqiqat zamanı ümumi təmiz çəkisi 12,711 qram metamfetamindən tədqiqata cəmi 0,05 qram sərf edildiyi, preqabalin həblərindən 4 ədəd istifadə edildiyi və qalıq 80 həb olması qeyd edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 12,581 qram olan psixotrop maddə metamfetamin, 80 ədəd preqabalin həbi maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 30 yanvar 2021-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin əsasla Təqsirləndirilən şəxs müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən tərtib edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 30 yanvar 2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, 30 yanvar 2021-ci il tarixdə BNMİnin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli paltonun sağ yan cibindən 6 ədəd konvolyutda ümumilikdə 84 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri, gödəkçənin sol iç cibindən 5 ədəd bükümdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroinə bənzər maddələr, həmçinin əynindəki paltonun sol yan cibindən bir ədəd "xxxx" ASC-yə məxsus **********394047 nömrəli plastik kart aşkar edilərək götürülmüşdür. Protokolda qeyd edilənlər şəxsi axtarış və götürmə hərəkətlərində istifadə edilmiş videoçəklişin qeydə alındığı bir ədəd DVD diskə baxış keçirilərkən bir daha öz təsdiqini tapmış və iş üzrə bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5 X2 03 may 2021-ci il tarixli 1342 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən və narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalindən sui-stifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə psixatrik ekspertizasının 08 sentyabr 2021-ci il tarixli 2071 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər-hansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilməmiş, onda Üzvi emosional-ləbil pozuntusu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmamış ki, o, cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuş, onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yəni Təqsirləndirilən şəxs iş üzrə ifadə vermək iqtidarındadır, yəni öz psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs istifadəsində olan və şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş öz adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus **********394047 nömrəli plastik kart hesabına dair məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd edilən hesaba 05.10.2020-ci il tarixdən 30.01.2021-ci il tarixədək olan müddətdə ayrı-ayrı tarix və vaxtlarda müxtəlif terminallardan və ayrı-ayrı şəxslərin hesablarından müxtəlif məbləğlərdə pullar köçürülmüşdür. İş üzrə bir ədəd **********394047 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik kart maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan «RedMi» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mobil terlefonda adı qeydə alınmamış ***-***-**-** nömrənin istifadəçisi ilə 26.01.2021-ci il tarixdən 30.01.2021-ci il tarixədək 23 dəfə əlaqə saxlamış, 30.01.2021-ci il tarixdə saat 14:42-də ***-***-**-** nömrənin istifadəçisi Təqsirləndirilən şəxs zəng etmiş və saat 16:22-dək 6 dəfə aralarında əlaqə olmuşdur. Təqsirləndirilən şəxs «WhatsApp» ani mesajlaşma mübadilə sistemi ilə ***-***-**-** nömrənin istifadəçisi əlaqə yaratmış, lakin yazışmalar aparılmamışdır. ***-***- **-** nömrənin istifadəçisi «WhatsApp» ani mesajlaşma mübadilə sistemi ilə Təqsirləndirilən şəxs öz fotoşəklini göndərmişdir. İş üzrə bir ədəd «RedMi» markalı mobil telefon aparatı maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalini satmaq məqsədi ilə deyil, özü istehlak etmək məqsədi ilə əldə edib saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi həmin dəlillər məhkəmə istintaqı zamanı yoxlanmış və istintaq materialları ilə təkzib edildiyindən, məsuliyyətini yüngülləşdirmək məqsədi olduğundan məhkəmə onun bu ifadəsini özünü müdafiə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsüf edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladlarının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 30 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş məhkəmə-kimyəvi ekspertiza təqdiqatından sonra bir ədəd kağız paketdə qablaşdırılmış, tədqiqatdan sonrakı qalıq çəkisi 12,581 qram olan psixotrop maddə metamfetamin, 80 ədəd preqabalin həbi məhv edilməlidir. Bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş bir ədəd "xxxx" ASC-yə məxsus plastik kart Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs məxsus bir ədəd «RedMi» markalı mobil telefon aparatı ayrılmış cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə evkspertiza xərcləri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş məhkəmə-kimyəvi ekspertiza təqdiqatından sonra bir ədəd kağız paketdə qablaşdırılmış, tədqiqatdan sonrakı qalıq çəkisi 12,581 qram olan psixotrop maddə metamfetamin, 80 ədəd preqabalin həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Bir ədəd DVD disk iş materiallarında saxlanılsın. İş materiallarına əlavə olunmuş bir ədəd "xxxx" ASC-yə məxsus plastik kart Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs məxsus bir ədəd «RedMi» markalı mobil telefon aparatı ayrılmış cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə evkspertiza xərcləri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1780/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1780/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver